Məhkəmə qərarları › İş №2(102)-2071/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2071/2024

31.07.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2071/2024 31.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar X4, İddiaçı2 və X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq münasibətlərindən irəli gələn mübahisələr; mülkiyyət hüququnun müdafiəsinə dair tələblər; mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri almaq tələbi (vindikasiya tələbi); mülki hüquq pozuntularından (deliktdən) irəli gələn mübahisələr; heyvanların vurduğu zərərdən irəli gələn mübahisələr; əldən çıxmış fayda) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakim X7 məruzəsi ilə, hakimlər Mehparə Tofiq qızı Əhmədova və X8 ibarət tərkibdə, iddiaçılar X4, İddiaçı2 və X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən çıxarma, qanunsuz salınmış körpünün sökülməsi və ziyanın tutulması” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2024-cü il 20 fevral tarixli 2(106)-407/2024 nömrəli qətnaməsindən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə 2024-cü il 31 iyul tarixində Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İŞİN HALLARİ

1. Beyləqan rayonunun Kəbirli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı cəmi 3 hektar torpaq sahəsi 2021-ci il 25 fevral tarixdən X4 (bundan sonra – “birinci iddiaçı”), İddiaçı2 (bundan sonra – “ikinci iddiaçı”) və X2 (bundan sonra – “üçüncü iddiaçı”) hər birinə 1 hektar olmaqla ayrıca mülkiyyətindədir (müv afiq olaraq birinci, ikinci və üçüncü sahələr).

2. Həmin torpaq sahəsi ilə qonşuluqda yerləşən, Torpağa Mülkiyyət Hüququna dair 323 nömrəli dövlət aktı ilə X6 məxsus olmuş 1,85 hektar torpaq sahəsi 2018-ci il 24 avqust tarixdə bağlanmış icarə müqaviləsi əsasında Cavabdeh2 (bundan sonra – “birinci cavabdeh”) tərəfindən istifadə olunur (dördüncü sahə). Eyni zamanda, kənd təsərrüfatı təyinatlı 1,83 hektar torpaq sahəsi 2017-ci il 28 aprel tarixdən birinci cavabdehin mülkiyyətindədir (beşinci sahə).

3. Beyləqan rayonunun Kəbirli kəndində kənd təsərrüfatı təyinatlı 4,99 hektar torpaq sahəsi 2014-cü il 3 aprel tarixindən Cavabdeh1 (bundan sonra - “ikinci cavabdeh”) mülkiyyətindədir (altıncı sahə). 4. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra – “MMC”) 2022-ci il 13 iyun tarixli 28 nöm rəli “Qiymətləndirmə rəyinə” əsasən, iddiaçılara məxsus 3 ha yonca sahəsinin “mal-qara ilə otarılmaya görə dəymiş ziyanın məbləği 1.800 manat təşkil edir”. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat.

5. İddiaçılar Beyləqan Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərin onların mülkiyyətlərində olan 0,5 hektar pay torpaq sahəsindən çıxarılması, qanunsuz salınmış körpünün sökülməsi, torpağın onların istifadəsinə verilməsi, onların mülkiyyətində olan torpaq sahəsindəki toxumluq yonca sahəsini biçdirməklə vurulmuş 1.800 manat ziyanın, ziyanın müəyyən edilməsi üçün MMC-yə ödənilən 185 manatın və rüsum kimi ödənilmiş 40 manatın müştərək qaydada cavabdehlərdən alınıb onlara verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər.

6. İddia tələbi işin yuxarıda s adalanan faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, cavabdehlər iddiaçıların mülkiyyətində olan torpaq sahəsinin müəyyən hissəsini zəbt etmiş, iddiaçıların sahəsini mal-qaraya otazdırıb və biçdirməklə məhv edib ziyan vurmuşlar.

7. Məhkəmə baxışı zamanı təqdim edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquq şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin 2023 il 11 may tarixli 3-21-3-45/2-3406/2023 nömrəli mütəxəssis rəyində (bundan sonra – “mütəxəssis rəyi”) və onun əsasında verilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2023-cü il 25 iyun tarixli 10/3878 saylı ekspert rəyində (bundan sonra – “ekspert rəyi”) aşağıdakılar göstər ilmişdir: “1. Beyləqan rayonu Kəbirli kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********81 olan çıxarışa əsasən, X1 xüsusi mülkiyyətində olan 1.0 ha, reyestr nömrəsi **********80 olan çıxarışa əsasən, İddiaçı2 xüsusi mülkiyyətində olan 1.0 ha və reyestr nömrəsi **********82 olan çıxarışa əsasən, X3 xüsusi mülkiyyətində olan 1.0 ha torpaq sahələrinin sərhədləri (cəmi:3.0 ha) müəyyən edilmişdir.

2. Cavabdeh2 tərəfindən ancaq Beyləqan rayon Kəbirli kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınm az Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********82 olan çıxarışa əsasən, X3 xüsusi mülkiyyətində olan 1.0 ha torpaq sahəsinin 0.17 ha hissəsi istifadə olunur. Qeyd: Mübahisəli torpaq sahəsinin yerləşdiyi ərazi X11 xüsusi mülkiyyətində olan 1.85 ha (JN 323) torpaq sahəsi Cavabdeh2 tərəfindən icarə qaydası ilə istifadə olunur. X1 reyestr nömrəsi **********81 olan çıxarışa əsasən, xüsusi mülkiyyətində olan 1.0 ha və İddiaçı2 reyestr nömrəsi **********80 olan çıxarışa əsasən, xüsusi mülkiyyətində olan 1.0 ha torpaq sahələrinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xüsusi mülkiyyətində olan torpaq sahələri ilə qonşuluqları olmadığına görə onlar tərəfindən istifadə olunması müəyyən olunmadı.

3. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən biçilmiş yonca sahəsinə dəymiş ziyanın məbləği müə yyən edilməsi səlahiyyətlərinə aid olmadığı üçün rəy vermək mümkün olmamışdır.

4. Beyləqan rayonu Kəbirli kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri, Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********86 olan çıxarışa əsasən, Cavabdeh1 xüsusi mülkiyyətində olan 4.99 ha və reyestr nömrəsi **********62 olan çıxarışa əsasən, Cavabdeh2 mülkiyyətində olan 1.83 ha torpaq sahələri X5, İddiaçı2 və X3 xüsusi mülkiyyətində olan torpaq sahələri ilə sənəd üzrə üst-üstə düşmür.”

8. Beyləqan Rayon Məhkəməsi (hakim Ramiz Nurullayev) 2023-cü il 31 iyul tarixli qətnaməsi ilə iddianı qismən təmin etmiş, o cümlədən birinci cavabdehin üçüncü iddiaçının xüsusi mülkiyyətində ol an 1 ha torpaq sahəsinin 0,17 ha hissəsindən çıxarılması, ondan toxumluq yonca sahəsinə vurduğu ziyana görə 1.000 (min) manat, ziyanın müəyyən edilməsi üçün MMC-yə ödənilən 100 (yüz) manatın və dövlət rüsumu kimi ödənilmiş 25 (iyirmi beş) manat məbləğində pulun alınıb iddiaçılara verilməsini qət etmiş, iddianı ikinci cavabdehə qarşı və digər hissədə rədd etmişdir. Qətnamə ekspert rəyinə istinad edilməklə əsaslandırılmışdır.

9. Məhkəmə iddianın təmin edilməyən hissəsinə münasibətdə göstərmişdir ki, ikinci cavabdehin iddiaçılara məxsus torpaq sahələrini zəbt etməsi öz təsdiqini tapmamış, iddia ərizəsində qanunsuz tikilmiş körpünün sökülməsi göstərilsə də, iş materiallarında bununla bağlı kifayət qədər sübutlar müəyyən edilməmiş, ekspert rəyində də həmin sahədə körpü olması öz təsdiqini tapma mışdır.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (bundan sonra – “Torpaq Məcəlləsi”) 84-cü maddəsinin 1-ci, 111-ci maddəsinin 1 və 2-ci bəndlərinə, Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21.1, 139.1, 152.1, 152.5, 157.2, 164.1-ci, Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) apellyasiya instansiyası məhkəməsində icraat

11. Birinci cavabdeh Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına (bundan sonra – “apellyasiya instansiyası məhkəməsi”) apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Şikayətə görə qətnamənin qəbul edildiyi vaxt mübahisəli hesab olunan ərazinin başqa şəxsin mülkiyyətində olması və ona icarə qaydasında istifadə edilməsi üçün verilməsi halı araşdırılmamışdır.

13. İddiaçılar apellyasiya instansiyası məhkəməsindəki məhkəmə prosesində iştirak etməmişlər.

14. Apellyasiya instansiyası məhkəməsinin 2(106)-407/2024 nömrəli iş üzrə 2024cü il 20 fevral tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər İlham Əsədov (sədrlik edən və məruzəçi), Samir Mayılov və İsmayıl Əhmədov).

15. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini MM-in 21.1, 21.2, 157.2, 1096.1, 1096.2, 1097.1-ci maddələri, habelə Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci bəndinə isti nadla əsaslandırmışdır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

16. Birinci cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir.

17. Kassasiya şikayətinin dəlillərinə görə, məhkəmələr MM-in 157.2-ci maddəsini hazırkı mübahisəyə tətbiq edərkən səhvə yol vermiş, mübahisəli hesab olunan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin başqa mülkiyyətçinin torpaq sahəsi olması, onun həmin torpaq sahəsindən icarə qaydasında istifadə etdiyi nəzərə alınmamışdır.

18. Kassasiya şikayətinin digər dəlilinə görə, MM-in 152.1-152.4-cü maddəsinin tələbləri də pozulmuşdur. Belə ki, apellyasiya şikayətinə baxılanadək birinci instansiya məhkəməsinin qətnaməs i üzrə Beyləqan rayon İcra və Probasiya şöbəsinə göndərilmiş icra vərəqəsi üzrə 2023-cü il noyabrın 15-də icra işlərinin həyata keçirilməsi zamanı icra məmuru, iddiaçıların nümayəndəsi, onun, mütəxəssis və hal şahidlərinin iştirakları ilə yerə baxış keçirilmiş və bu barədə Akt tərtib olunmuşdur. Həmin Akta görə, ölçmə işlərinin aparıldığı zaman heç bir zəbt qeydə alınmamışdır. Həmin aktı apellyasiya instansiyası məhkəməsinə təqdim etsə də, məhkəmə MPM-in 88-ci maddəsinin tələblərini pozaraq iş materiallarına əlavə etməmiş və bu halı hərtərəfli, tam və obyektiv araşdırmamışdır.

19. Kassator həmçinin bildirmişdir ki, apellyasiya instansiyası məhkəməsindəki icraat zamanı MPM-in 9.1-ci maddəsinin tələblərinə riayət edilməmiş, iddiaçıların iştirakları təmin olunmamışdır.

20. Bundan başqa, kassa siya şikayətində qeyd edilir ki, məhkəmə mübahisəli hesab olunan torpaq sahəsinin başqa şəxsin mülkiyyətində olmasına və ona qarşı hər hansı bir iddianın olub-olmamasına heç bir əhəmiyyət verməmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İİ. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı mübahisələndirilən hissədə, yəni birinci cavabdehə aid hissədə, həmçinin MPM-in 416.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla yoxlanılacaqdır.

23. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndiril məsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

24. MM-in müvafiq maddələrində aşağıdakılar nəzərdə tutulur: “Maddə

21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zər ər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.” “Maddə

157. Mülkiyyətin müdafiəsi... 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.” “Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.” “Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin... əmlakına vurulmuş zərəri n... əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir....”

25. Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

26. MPM-in müvafiq maddələrində aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” “Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri... 417.1.3. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər;...” “Maddə

418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. 418.4. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq aşağıdakı hallarda ləğv edilməlidir:... 418.4.6. məhkəmə işdə iştirak etməyə cəlb edilməmiş şəxslərin hüquq və vəzifələrinə dair onların hüquqlarının pozulmasına səbəb olan qətnamə və ya qə rardad qəbul etmişsə;...” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinə dair icra vərəqəsi üzrə həyata keçirilmiş icra hərəkətləri nəticəsində tərtib edilmiş Aktla bağlı kassasiya şikayətinin dəlilləri (bax, yuxarıda § 18) əsassız hesab edilməlidir. Belə ki, iş materiallarında, o cümlədən “Elektron məhkəmə” informasiya sistemində həmin sübutun məhkəməyə təqdim edilməsi öz təsdiqini tapmır.

28. Eyni qaydada, apellyasiya instansiyası məhkəməsində iddiaçıların iştirak etməməsi nəticəsində kassatorun hüquqlarına hansı şəkildə təsir göstərməsi də aydın deyil. Hər hansı tərəfin məhkəmə prosesində iştirak etməməsi ilk növbədə həmin tərəfin hüquqlarının pozulmasına gətirib çıxara bilər və bu barədə şikayət vermək hüququ h əmin tərəfə məxsusdur.

29. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin mübahisəli ərazinin başqa şəxsin mülkiyyətində olması, birinci cavabdehin ondan icarə qaydasında istifadə etməsi və torpaq sahəsinin mülkiyyətçisinə qarşı hər hansı tələbin irəli sürülməməsinə dair dəlillərinə qiymət verilməlidir.

30. Bununla əlaqədar qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi, birinci instansiya məhkəməsinin qətnaməsində olduğu kimi, ekspert rəyinə əsaslanır (bax, yuxarıda § 7).

31. Həmin ekspert rəyində iddiaçıların və cavabdehlərin mülkiyyətində olan torpaq sahələrinin ölçüləri və koordinatlar göstərilərək, həmin torpaq sahələrinin üst-üstə düşməməsi müəyyən edilmişdir. Həmçinin, ekspert rəyində üçüncü torpaq sahəsinin 0,17 ha hissəsinin birinci cavabdeh tərəfindən istifadə edildiyi, həmin ərazinin birinci cavabdeh tərəfindən başqa şəxsin mülkiyyətində olan dördüncü torpaq sahəsinin icarə qaydasında istifadə edilməsi göstərilmişdir.

32. Eyni zamanda, apellyasiya instansiya məhkəməsinin qətnaməsində dördüncü torpaq sahəsinin koordinatlarının, yaxud onun üçüncü torpaq sahəsi ilə üst-üstə düşübdüşməməsinin müəyyən edilməsi ilə bağlı mövqe bildirilməmişdir.

33. Məhkəmə kollegiyası nəzərdən qaçırmır ki, mütəxəssis və ekspert rəyləri birinci instansiya məhkəməsinin verdiyi suallara cavab olaraq hazırlanmışdır. Eyni zamanda, apellyasiya məhkəməsi öz qətnaməsini ekspert rəyinə əsaslandırdığı halda, həmin boşluqlara nəzər yetirməli idi. Çünki, apellyasiya məhkəməsinin qətnaməsindən birinci cavabdehin dördüncü torpaq sahəsindən kənara çıxma qla, yaxud həmin torpaq sahəsi daxilində üçüncü torpaq sahəsinin bir hissəsindən istifadə etməsini müəyyən etmək mümkün deyil. Halbuki, birinci halda birinci cavabdehin üçüncü iddiaçının torpaq sahəsinin bir hissəsindən qanunsuz istifadə etdiyi nəticəsinə gəlmək mümkün olsa da, ikinci halda apellyasiya məhkəməsinin qətnaməsi dördüncü torpaq sahəsinin mülkiyyətçisinin hüquqlarının pozulmasına gətirib çıxara bilər.

34. Buna görə də, apellyasiya instansiyası məhkəməsi dördüncü torpaq sahəsinin koordinatları və ölçüləri göstərilməklə, üçüncü torpaq sahəsi ilə üst-üstə düşübdüşməməsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin etməli, göstərilən torpaq sahələrinin üst-üstə düşməsi müəyyən edildiyi təqdirdə, dördüncü torpaq sahəsinin mülkiyyətçisinin işdə iştirak etməyə cəlb edilməsi məsə ləsinə baxmalı idi.

35. Nəticədə, apellyasiya instansiya məhkəməsi cavabdehin mübahisəli torpaq sahəsindən icarə müqaviləsi əsasında istifadə etməsinə əhəmiyyət verməmiş, ekspert rəyində bu halın natamam ifadə edilməsinə baxmayaraq, müvafiq torpaq sahələrinin üstüstə düşməsi məsələsini müzakirə etməmiş, ekspert qarşısında bu barədə sual qoymamış, həmin torpaq sahəsinin paylı mülkiyyətdə olub-olmamasını, mülkiyyətçilərinin dairəsini müəyyən etməmiş, işə cəlb edilməmiş digər şəxslərin maraqlarına toxunubtoxunmaması və həmin şəxslərin hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi məsələsini nəzərdən keçirməmiş, bir sözlə, mübahisəli 0,17 hektar torpaq sahəsindən istifadənin qanuni olub-olmaması halını tam araşdırmamışdır.Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, a pellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, düzgün olmayan qətnamənin qəbul olunması ilə nəticələnmişdir.

36. Odur ki, iş üzrə yeni qərar qəbul edilməsi üçün əsaslar mövcud olmadığından kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, yuxarıda qeyd olunan zəruri hallar ətraflı araşdırılmaqla mübahisəyə yenidən hüquqi qiymət verilməsi üçün iş həmin məhkəməyə göndərilməlidir.

37. Yuxarıda göstərilənlərə və MPM-in 416, 417 və 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 kassasiya şikayəti qismən təmin olunsun. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2024-cü il 20 fevral tarixli 2(106)-407/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş yeni apellya siya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar