Məhkəmə qərarları › İş №2(102)-2080/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2080/2019

23.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2080/2019 23.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 oktyabr 2018-ci il tarixli 2(103)-11478/2018 saylı qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon məhkəməsinin 06 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakim İ.N.Abbasova, iş № 2(011)-5578/2018) iddia çı ləğv prosesində olan İddiaçı ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit borcunun ödənilməsi və s. tələbinə dair iddiası qismən təmin edilərək cavabdehdən əsas kredit və faiz borcuna görə cəmi 4372,49 ABŞ dollarının tutulması, tutmanın ipoteka predmeti olan cavabdehə məxsus avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılmaqla əldə olunmuş vəsaitin hesabına borcun ödənilməsi, cavabdehdən əldən çıxmış faydaya görə 2082 ABŞ dollarının tutulmasına dair hissədə iddianın rədd olunması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: A.N.İmanov, E.Q.Nəbiyev və R.Ə.Qurbanov) iddiaçının apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Xətai rayon məhkəməsinin 06 avqust 2018-ci il tar ixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: 11 mart 2010-cu il tarixdə bankla Cavabdeh arasında kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən bank tərəfindən cavabdehə minik avtomobilinin alınması məqsədi ilə illik istifadə dərəcəsi 26 faiz olmaqla 18 ay müddətinə 5000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kreditin təminatı kimi cavabdehə məxsus avtomobil 11.03.2010-cu il tarixli ipoteka müqaviləsinə əsasən yüklü edilmişdir. Tərəflər arasında bağlanmış 11 mart 2014-cü il tarixli razılaşmaya əsasən kreditin müddəti 11 sentyabr 2015-ci il tarixə kimi uzadılmışdır. 2018-ci ilin may ayında bankın ləğvedicisi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən borcun ödənilməsinin lazımınca təmin olunmaması səbəbindən 06 aprel 2018-ci il tarixdə cavabd ehin banka 3.131.49 ABŞ dolları məbləğində əsas kredit və 1.241 ABŞ dolları məbləğində faiz borcunun yaranmasını əsas göstərməklə həmin borcun və əldən çıxmış faydaya görə 2082 ABŞ dolları olmaqla, cəmi 6.454,49 ABŞ dollarının tutulması və tutmanın minik avtomobilinə yönəldilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə iddiaçı kassasiya şikayəti verərək cavabdehin kredit borcunu vaxtında ödəməməklə banka əldən çıxmış fayda şəklində ziyan vurmasını, lakin məhkəmə kollegiyasının qanunsuz olaraq iddia tələbini həmin hissədə rədd etməsini əsas göstərməklə qətnamənin həmin hissədə ləğv edilib iddianın tam həcmdə təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdi r. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, iddiaçı qətnamənin qanuniliyini yalnız əldən çıxmış fayd aya görə iddia tələbinin rədd olunmasına dair hissədə mübahisələndirmiş, cavabdeh isə qətnamədən kassasiya şikayəti verməmişdir. Göstərilən vəziyyətdə kollegiya hesab edir ki, qətnamənin qanuniliyi yalnız əldən çıxmış faydaya görə iddia tələbi rədd olunmuş hissədə yoxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. (21.1) Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (21.2) İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, kredit müqaviləsinin müddəti bank tərəfindən iki dəfə uzadılmış və borcun tutulması barədə məhkəməyə uzun müddət ərzində müraciət olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehin təqsiri üzündən ona əldən çıxmış fayda şəklində ziyan dəyməsini bank sübuta yetirə bilməmişdir. Kollegiya apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsi ilə razılaşaraq hesab edir ki, bankın iddia tələbinin həmin hissədə təmin edilməsi üç ün qanuni əsaslar olmamışdır. Göstərilənlərlə əlaqədar kollegiya qətnaməni mübahisələndirilən hissədə qanuni sayır və hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 17 oktyabr 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar