Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2081/2024 11.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X1 və Cavabdeh1 qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: (sığorta ödənişi, subroqasiya hüququ, iddia müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər X1 və Cavabdeh1 qarşı “ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında geri qaytarılması” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1300/2024 nömrəli iş üzrə 22 fevral 2024-cü il ta rixli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayətinə 11 iyun 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X3 məxsus 2012-ci il buraxılışlı, ** BT *** dövlət nömrə nişanlı “X14” markalı avtomobil xx.xx.2012-ci il tarixli MİB-1298/12 saylı sığorta şəhadətnaməsi əsasında "xxxx" ASC tərəfindən “Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası üzrə” sığortalanmış, sığortanın bitmə tarixi xx.xx.2015-ci il, sığorta obyektinin dəyəri 19.000 manat, sığorta məbləği xx.xx.2012-ci il tarixindən xx.xx.2013-cü il tarixinədək olan dövr üçün 19.000 manat, şərtsiz azadolma məbləği avtomobilin tam məhv olması halı üçün sığorta məbləğinin 15%-i olaraq müəyyənləşdirilmişdir. 2. 05.12.2012-ci il tarixdə X6 ilə "xxxx" ASC arasında “MİB-1298/12 saylı sığorta şəhadətnaməsi”nə 1 saylı Əlavə imzalanmış, sığortalanmış avtomobili idarə etmək səlahiyyəti olan şəxslərin siyahısına X7 əlavə edilmişdir.
3. X1 məxsus olmuş “Daewoo Tico” markalı ** FJ *** dövlət nömrə nişanlı avtomobil xx.xx.2012-ci il tarixdə etibarnamə əsasında Cavabdeh1 tərəfindən idarə olunarkən X4 idarə etdiyi “X14” markalı avtomobillə toqquşmuş, nəticədə “X14” markalı avtomobilə ziyan dəymişdir. 4. ** BT *** dövlət nömrə nişanlı “X14” markalı avtomobil X7 tərəfindən etibarnaməsiz idarə olunmuşdur.
5. Bakı şəhəri Nizami RPİ İŞ-nin müstəntiqinin 09 fevral 2013-cü il tarixli qərarı ilə Cavabdeh1 barəsində cinayət işinin başlanması rədd olunmuş, bununla belə müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsi onun təqs irindən baş vermişdir və əməlində İnzibati Xətalar Məcəlləsinin 151.2-ci maddəsinin tərkibi vardır.
6. Həmin qərarda həmçinin göstərilmişdir ki, ** BT *** dövlət nömrə nişanlı “X14” markalı avtomobil X7 tərəfindən etibarnaməsiz idarə olunduğundan, onun əməlinda İnzibati Xətalar Məcəlləsinin 152.1-ci maddəsinin tərkibi vardır və müvafiq tədbir görülməsi üçün qərarın surəti Nizami RPİ-nin DYPŞ-nə göndərilməlidir. 7. "xxxx" ASC-nin eksperti R.Məmmədovun və sığortalı X2 tərtib etdikləri xx.xx.2013cü il tarixli aktda göstərilmişdir ki, “X14” markalı avtonəqliyyat vasitəsi yol-nəqliyyat hadisəsi nəticəsində tam məhv olmuş hesab edilmişdir. 8. "xxxx" ASC-nin eksperti R. Məmmədovun və sığortalı X2 tərtib etdikləri xx.xx.2013cü il tarixli Qəzaya uğramış avtomobilin qalıq hissəsinin qiymətləndirilm əsi” aktında göstərilmişdir ki, yol nəqliyyat hadisəsindən sonra avtomobilin qalıq hissəsinin dəyəri 3323,04 manat məbləğində müəyyən olunmuşdur. 9. “Daewoo Tico” markalı ** FJ *** dövlət nömrə nişanlı avtomobilin sahibinin mülki məsuliyyəti "xxxx" ASC tərəfindən sığortalanmışdır.
10. Cavabdeh2 tərəfindən xx.xx.2009-cu il tarixdə Cavabdeh1 “Daewoo Tico” markalı avtomobilə dair sərəncam vermə hüququnu da nəzərdə tutan 30 il müddətli etibarnamə verilmişdir. 11. "xxxx" ASC-nin “Sığorta hadisələrinin tənzimlənməsi departamenti”nin direktoru tərəfindən təsdiq edilən “Zərərin hesablanması aktında” göstərilmişdir ki, “X14” markalı avtomobilə xx.xx.2013-cü il tarixdə baxış keçirilmiş, avtomobilə 17 390 manat məbləğində ziyan dəydiyi müəyyən olunmuşdur. 12. 17 oktyabr 2013-cü il tarixli sığorta akt ında göstərilmişdir ki, sığorta predmeti tam zərərə uğramış hesab edildiyindən, 19000 manat sığorta məbləğindən MİB-1298/12 saylı sığorta şəhadətnaməsində razılaşdırılmış 15% şərtsiz azadolma məbləği – 2850 manat və sığortalının avtomobilin qalıq hissəsini özündə saxlamaq istəyi nəzərə alınaraq, xx.xx.2013cü il tarixdə keçirilmiş baxış nəticəsində avtomobilin qalıq hissəsinin dəyəri kimi müəyyən edilmiş 3323,96 manat məbləği çıxılaraq sığorta ödənişi 12826,96 manat müəyyənləşdirilmişdir. Bu məbləğ faydalanan "xxxx" ASC-nin Mərkəzi filialının xx.xx.2013cü il tarixli məktubuna əsasən, sığortalının "xxxx" ASC-nin Mərkəz filialında olan hesabına köçürüləcəkdir. 13. "xxxx" ASC tərəfindən 12826,96 manat sığorta ödənişi xx.xx.2013-cü il tarixdə X2 "xxxx" ASC-nin Mərkəz filialında olan hesabı na köçürülmüşdür. 14. “X14” markalı avtomobilə dəymiş zərərə görə ödənilmiş 12 826,96 manat məbləğində sığorta ödənişinin 4091 manat hissəsi “Daewoo Tico” markalı avtomobilin sürücüsünün məsuliyyətini icbari qaydada sığortalamış "xxxx" ASC tərəfindən "xxxx" ASCyə ödənilmişdir. 15. "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixdə X5 və Cavabdeh1 məktub ünvanlanmış, 12 826,96 manat məbləğində sığorta ödənişinin 8735,96 manat məbləğində olan hissəsinin "xxxx" ASC-yə geri ödənilməsi tələb edilmişdir.
16. Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, “X14” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2012-ci il tarixdən X2 adına qeydiyyatdadır, avtomobilin istifadə edilməsi ilə bağlı sonuncu dəfə xx.xx.2019-cu il tarixdə etibarnamə verilmişd ir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
17. İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 8.735,96 manat sığorta ödənişinin, 107,36 manat məbləğində dövlət rüsumunun və 0,4 manat xidmət haqqının əvəzinin, cəmi 8.843,72 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
18. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, X5 məxsus olmuş “Daewoo Tico” markalı **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2012-ci il tarixdə Cavabdeh1 tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş, nəticədə "xxxx" ASC-də avtokasko risklərindən sığortalanmış “X14” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasit əsinə maddi zərər dəymişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Bakı şəhəri Nizami RPİ-nin müstəntiqi Abdulla Cəlilli tərəfindən araşdırma aparılmış və xx.xx.2013-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Qərara əsasən Cavabdeh1 hadisənin törədilməsində təqsirli bilinmiş, əməlində cinayət tərkibi olmadığından onun barəsində materiallar AR İXM-in 152.1-ci maddəsinə əsasən inzibati tənbeh tədbirlərinin görülməsi üçün Nizami RPİ-nin DYPŞ-ə göndərilmişdir. Hadisə nəticəsində “X14” markalı avtomobilə dəymiş zərərlə bağlı "xxxx" ASC tərəfindən 12 826,96 (on iki min səkkiz yüz iyirmi altı manat doxsan altı qəpik) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Nəqliyyat vasitəsi hadisə nəticəsində tam məhv olmuş hesab edilmiş, avtomo bilin qalıq hissəsinin dəyəri 3323,04 (üç min üç yüz iyirmi üç manat dörd qəpik) manat məbləğində müəyyən edilmişdir. “X14” markalı avtomobilə ümumilikdə 17 390 (on yeddi min üç yüz doxsan) manat məbləğində ziyan dəymişdir. Hadisə törədilən vaxt Cavabdeh2 məxsus olmuş “Daewoo Tico” markalı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyəti "xxxx" ASC tərəfindən sığortalanmış, “X14” markalı avtomobilə dəymiş zərərə görə "xxxx" ASC tərəfindən ödənilmiş 12 826,96 (on iki min səkkiz yüz iyirmi altı manat, doxsan altı qəpik) məbləğində sığorta ödənişinin 4091 (dörd min doxsan bir) manat məbləğində olan hissəsi "Daewoo Tico” markalı sürücüsünün məsuliyyətini icbari qaydada sığortalamış "xxxx" ASC tərəfindən "Bakı Sığorta” ASC-yə ödənilmişdir.
19. Cavabdeh1 məhkəmə iclasında işti rak edən nümayəndəsi (vəkili) Vəkil1 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, avtombilə dəymiş zərər şişirdilmişdir və qəza nəticəsində avtomobilin yararsız vəziyyətə düşməsi şübhəlidir. Sığorta şirkəti tərəfindən Cavabdeh1 vaxtında məlumat verilməmiş, hadisədən uzun müddət keçdikdən sonra məhkəməyə müraciət olunmuşdur. Hesab edir ki, iş üzrə digər cavabdeh Ayaz Cabarzadə məsuliyyət daşımalıdır.
20. Cavabdeh1 nümayəndəsi (vəkili) iddia müddətinin tətbiq olunması ilə bağlı ərizə də vermiş, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
21. Məhkəmənin hazırlıq iclasında iştirak edən cavabdeh Ayaz Cabarzadə iddia ilə razı olmadığını bildirmiş, iddia ərizəsinə etirazını və iddia müddətinin tətbiqi ilə bağlı ərizəsini təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmi şdir. Ərizədə həmçinin qeyd olunmuşdur ki, “Daewoo Tico” markalı avtomobil 2009-cu ildə Cavabdeh1 satılmışdır və buna görə hadisə ilə bağlı həmin şəxs məsuliyyət daşıyır.
22. Məhkəmənin təyinatı əsasında tədqiqat aparan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyində göstərilmişdir ki, “..."xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2013-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla “X14” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 16.846 manat müəyyən edilmişdir”.
23. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim İ.Qaralov) 6 noyabr 2023-cü il tarixli, 2(006)-1310/23 nömrəli qətnaməsi ilə iddia təbəbinin qismən təmin olunması, Cavabdeh1 8.735,96 (səkkiz min yeddi yüz otuz beş manat doxsan altı qəpik) manat məbləğində sığorta ödənişinin, 107,36 (yüz yeddi manat, otuz altı qəpik) manat məbləğində dövlət rüsumunun və 0,4 (qırx qəpik) manat xidmət haqqının əvəzi olmaqla, cəmi 8843,72 (səkkiz min səkkiz yüz qırx üç manat yetmiş iki qəpik) məbləğində pulun tutulub "xxxx" ASC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə, yəni digər Cavabdeh2 münasibətdə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 150 (yüz əlli) manatın Cavabdeh1 tutulub Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
24. Məhkəmənin mövqeyi aşağıdakı kimi olmuşdur:
25. Hazırkı mübahisə üzrə iddia müddəti olaraq ümumi iddia müddəti, yəni 10 illik müddət tətbiq edilməlidir. Ümumi iddia müddət inin tətbiq edilməsi üçün müddətin başlama vaxtı ilə bağlı tərəflər arasında fikir ayrılığı mövcuddur. İddiaçı sığortaçı olaraq kasko sığorta müqaviləsi üzrə baş vermiş sığorta hadisəsinə görə sığortalıya 17 oktyabr 2013-cü il tarixdə sığorta ödənişini vermişdir. Hazırkı iddia reqres öhdəliklərlə bağlı olduğundan iddia müddətin axımı əsas öhdəliyin icra olunduğu vaxtdan, yəni 17 oktyabr 2013-cü il tarixdən hesablanmalıdır. İddiaçı tərəf isə 10 il müddət bitməmiş, yəni 01 fevral 2023-cü il tarixdə iddia ilə məhkəməyə müraciət etmişdir. Bununla da iddiaçı iddia müddətini ötürməmişdir.
26. İş materialları ilə müəyyən olunur ki, yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh1 təqsirli bilinmişdir. Baş vermiş sığorta hadisəsinə görə “X14” markalı avtonəqliyyat vasitəsinə dəymiş maddi zərərlə bağlı "xxxx" ASC tərəfindən 12.826,96 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Sığorta ödənişi Cavabdeh1 təqsirli hərəkəti nəticəsində törədildiyindən iddiaçının subroqasiya hüququ yaranmışdır. Ona görə də iddiaçı subroqasiya hüququndan istifadə edərək iddia irəli sürməkdə haqlı olmuşdur.
27. Subroqasiya qaydasında tələb olunan məbləğ ilə bağlı qeyd olunmalıdır ki, iddiaçı tərəfindən təqdim edilmiş sübutlara əsasən “X14” markalı avtomobilə 17.390 manat zərər vurulduğu göstərilmişdir. xx.xx.2023-cü il tarixli 9/4291 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyi ilə köhnəlmə faizi nəzərə alınmadan qeyd olunan zərərin məbləği təsdiq olunur. "xxxx" ASC tərəfindən sığortalıya ödənilmiş 12.826,96 manat məbləğdən "xxxx" ASC tərəfindən icbari sığorta qaydasında ödənilmiş 4091 manat çıxıldıqdan sonra yerdə ödənilməmiş 8.735,96 manat zərər qalır. Qeyd olunan məbləğ iddiaçının tələb etdiyi məbləğlə uyğun gəlir.
28. Qəzadan sonra avtomobilin yararlılığı ilə bağlı yaranmış ziddiyyətlə bağlı isə məhkəmə qeyd etmişdir ki, sığorta ödənişi sözügedən avtomobilə dəymiş faktiki zərərə görə hesablanmışdır. Avtomobilə isə həqiqətən də göstərilən məbləğdə zərər dəyməsi iş materialları ilə sübut olunur. İddiaçı tərəfindən verilmiş həmin sığorta ödənişi subroqasiya qaydasında tələb olunduğundan, sözügedən qəza nəticəsində avtomobilin təmirə yararsız vəziyyətə düşüb-düşməməsi iddia tələbinin əsaslılığına təsir göstərmir.
29. Yol-nəqliyyat hadisəsi vaxtı Cavabdeh1 yüksək təhlükə mənbəyi olan “Daewoo Tico” markalı **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobili qanuni əsasla idarə etmiş, digər Cavabdeh2 isə həmin avtomobilin mülkiyyətçisi olmuş və avtomobili etibarnamə əsasında Cavabdeh1 vermişdir.
30. Bununla bağlı məhkəmə belə nəticəyə gəlmişdir ki, yol-nəqliyyat hadisəsi baş verən zaman yüksək təhlükə mənbəyi olan avtomobil qanuni əsaslarla Cavabdeh1 istifadəsində olduğundan, həmçinin onun təqsirli olması sübuta yetirildiyindən, həmin mənbənin vurduğu zərərə görə cavabdehlərdən yalnız Cavabdeh1 məsuliyyət daşımalıdır.
31. Gəldiyi nəticənin hüquqi əsaslandırması üçün məhkəmə, Mülki Məcəllənin 21-ci, 372.2-ci, 377.4-cü, 373.1-ci, 936.2-ci, 936.5-ci, 1108.1-ci maddələrinə istinad etmişdir. b)Apellyasiya instansiyası məhkəməsində icraat
32. Qətnamədən Cavabdeh1 nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
33. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etməmiş, qanunu yanlış təfsir etmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. İddia müddətinin ötürülmüş olmasını nəzərə almamışdır. Sığortalanmış avtomobilə 17.390 manat ziyan dəydiyi sübuta yetirilməmişdir, sığortalıya 12.826,96 manat ödənildiyinə dair sübut təqdim edilməmişdir. Bundan başqa, hadisədən 10 il sonra iddia qaldırmaqla iddiaçı subroqasiya hüququndan sui-istifadə etmişdir.
34. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 22 fevral 2024-cü il tarixli, 2(103)-1300/2024 saylı qətnaməsi ilə (hakimlər E.Həsənov (sədrlik edən və məruzəçi), S.Bəhrəmzadə və X.Mərdanova) Cavabdeh1 apellyasiya şikayət i təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1310/2023 saylı iş üzrə 06 noyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni “Cavabdeh1 8735,96 (səkkiz min yeddi yüz otuz beş manat doxsan altı qəpik) manat məbləğində sığorta ödənişinin, 107,36 (yüz yeddi manat, otuz altı qəpik) manat məbləğində dövlət rüsumunun və 0,4 (qırx qəpik) manat xidmət haqqının əvəzi olmaqla, cəmi 8.843,72 (səkkiz min səkkiz yüz qırx üç manat yetmiş iki qəpik) məbləğində pulun tutulub "xxxx" ASC-yə ödənilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 150 (yüz əlli) manatın Cavabdeh1 tutulub Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi” hissəsində ləğv olunması, iddia tələbinin həmin hissədə də təmin edilməməsi, ekspertiza tədqiqatlarını n dəyəri olan 150 (yüz əlli) manatın "xxxx" ASC-dən alınaraq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
35. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd etmişdir:
36. Vahid məhkəmə təcrübəsini formalaşdıran Azərbaycan Respublikası Ali Məhkəməsinin mövqeyi ondan ibarətdir ki, subroqasiya tələbi üzrə iddia müddətinin axımı sığorta ödənişinin verildiyi andan hesablansa da, bu müddət mülki hüquq pozuntusunun (deliktin) törədildiyi tarixdən keçən on illik ümumi iddia müddətindən artıq ola bilməz (2(102)-46/2024 saylı iş üzrə xx.xx.2024-cü il tarixli Qərar).
37. Həmin mövqeyə görə, “ümumi iddia müddəti (on il) mülki hüquqi tələblərin məhkəmə qaydasında təqib edilməsinin mümkün olduğu son müddətidir (mütləq müddət). Mülki hüquq pozuntusu (delikt) üzrə qanunda xüsusi müddət nəzərdə tutulmadığından bu əsasa söykənən tələblər üzrə də on illik iddia müddəti tətbiq olunur. Belə ki, deliktin törədildiyi tarixdən etibarən on il keçmişdirsə həmin qanunazidd əmələ görə iddia müddəti ötmüş hesab edilir. Bu müddətin aşılması mümkün sayılmır, axımı sonradan başlamış iddia müddətləri də on ilin tamamında başa çatır. Bu baxımdan reqres tələb üzrə iddia müddətinin axımının əsas öhdəliyin icrası anından başlanması delikt üzrə ümumi iddia müddətinin aşılmasına əsas verə bilməz. Odur ki, ilkin kreditorun tələb hüququndan istifadə edən sığortaçının birtərəfli hərəkəti (sığorta ödənişini sonradan ödəməsi, yaxud hansısa səbəbdən gecikdirməsi) borclunun müdafiə vasitəsi olan on illik ümumi iddia müddətini onun zərərinə a rtıra bilməz (məsələn, sığortaçı ödənişi hadisənin və zərərin baş verməsindən 9 il sonra ödəməklə borclunun yararlana biləcəyi ümumi iddia müddətini 19 ilə uzada bilməz). Əks yanaşma, yəni deliktin törədildiyi vaxtdan on il keçəndən sonra (iddia müddətini tətbiq edən) borclunun təqib edilməsi, başqa sözlə, borclunun qeyrimüəyyən müddətə məhkəmə çəkişməsi təhdidi altında qalması ümumi iddia müddətini mənasız edərdi. Belə vəziyyət bu institutun mahiyyəti və məqsədi ilə uzlaşmır”.
38. Ali Məhkəmənin formalaşdırdığı təcrübəni əsas götürən kollegiya hesab etmişdir ki, ilkin kreditorun zərər vuran şəxsə qarşı tələb hüququ on illik iddia müddəti ilə məhdudlaşırsa, yəni borclu ilkin kreditor qarşısında delikt törətdiyi tarixdən on il ərzində təqib olunmaq öhdəliyi daşıyırsa, yeni kreditora keçən h əmin tələb üzrə müddət bundan artıq ola bilməz.
39. O da nəzərə alınmalıdır ki, mülki hüquq münasibətlərinin iştirakçıları özlərinin birtərəfli hərəkətləri ilə başqa şəxslərin vəziyyətini ağırlaşdıra bilməzlər. Bu səbəbdən mülki dövriyyənin azadlığında üçüncü şəxslərin hüquqlarına xələl gətirilməməsi, eləcə də mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə olunması Mülki Məcəllənin məqsəd və vəzifələri kimi nəzərdə tutulmuşdur.
40. Hazırkı işdə müəyyən edilən odur ki, mülki hüquq pozuntusu cavabdeh tərəfindən 26 dekabr 2012-ci il tarixdə törədilmiş, iddia isə 01 fevral 2023-cü il tarixdə qaldırılmışdır.
41. Belə olan halda qanunla müəyyən olunmuş on illik ümumi iddia müddəti ötmüş, cavabdeh bu barədə yazılı ərizə vermişdir. Bu hal iddianın rədd edilməsi üçün əsasdı r.
42. Apellyasiya kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1.1, 1.2, 21, 199.1, 202, 372.1, 372.2, 373.1, 375.1, 375.2, 377.1, 377.4, 883.1, 904.1, 904.2, 922, 923.1, 923.2, 923.3, 923.4, 925.1, 925.2, 925.3, 926.1, 927.1, 931, 934.1, 936.1, 936.2, 1114-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
43. İddiaçı "xxxx" ASC kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
44. Kassasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, apellyasiya məhkəməsi qətnaməni onunla əsaslandırmışdır ki, vahid məhkəmə təcrübəsini formalaşdıran Azərbaycan Respublikası Ali Məhkəməsini n mövqeyi ondan ibarətdir ki, subroqasiya tətörədildiyi tarixdən keçən on illik ümumi iddia müddətindən artıq ola bilməz (1(102)46/2024 saylı iş üzrəxx.xx.2024-cü il tarixli Qərar). Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi həmin qərardakı mövqe ilə razılaşmırlar və həmin qərardan əlavə kassasiya şikayətinin verilməsi, həmçinin, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu, «Konstitusiya məhkəməsi haqqında» Azərbaycan Respublikasının Qanunun 34.1 və 34.2ci maddələrinin tələblərinə müvafiq qaydada Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə şikayət verilməsi nəzərdə tutulmuşdur.
45. Bakı şəhəri, Nizami RPİ-nin xx.xx.2013-cüil tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan müəyyən olunur ki, Cavabdeh1 baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsin də təqsirli bilinmiş, lakin əməlində cinayət tərkibi olmadığına görə onun barəsində materiallar AR İXM-in 152.1-ci maddəsinə əsasən inzibati tənbeh tədbirlərinin görülməsi üçün Nizami RPİ-nin DYPŞ-ə göndərilmişdir.
46. Nizami RPİ-nin 09 fevral 2013-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından sonra Cavabdeh1 baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində təqsiri öz təsdiqini tapmışdır. Subroqasiya iddiasının deliktlərdən yaranan öhdəlik olduğunu nəzərə alsaq iddiaçının öz hüququnun pozulmasını bildiyi və bilməli olduğu anın həmin tarixdən sonra iddiaçıya məlum olduğu aşkar görünür və hesab edirlər ki, bu işin mübahisəsiz halıdır.
47. Qanunvericiliyin normalarından da göründüyü kimi iddiaçının subroqasiya hüququnun yaranması üçün sığortalanmış əmlaka vur ulmuş zərərə görə məsuliyyət daşıyan şəxsin müəyyən edilməsi zəruridir və zərərə görə məsuliyyət daşıyan şəxs müəyyən olunmadığı halda hansı əsasla iddiaçının subroqasiya hüququ üzrə iddia müddətinin mülki hüquq pozuntusunun (deliktin) törədildiyi andan keçən 10(illik) ümumi iddia müddətindən artıq ola bilməməsi barədə mülahizə yürütmək olar? Bu sual ritorik sual olsa da apellyasiya instansiyası məhkəməsi qətnamədə məhz bu suala aydınlıq gətirməli idi. Bununla yanaşı Nizami Rayon Polis Şöbəsinin yol-nəqliyyat hadisəsi barədə arayışı da xx.xx.2013-cü il tarixdə iddiaçı "xxxx" ASC-yə daxil olmuşdur (daxil olma ştammından sənədin məhz qeyd edilən tarixdə ASC-yə daxil olduğu görünür) və həmin tarixdə də müqavilə üzrə sığorta ödənişi edilmişdir. İddia ərizəsi isə xx.xx.2023-cü il tarixdə məhk əməyə verilmişdir.
48. Nizami Rayon Polis İdarəsinin yol-nəqliyyat hadisəsi barədə arayışı (iddia ərizəsinə əlavə edilmişdir) xx.xx.2013-cü il tarixdə iddiaçı "xxxx" ASC-yə daxil olduğu və cavabdehin təqsirinin Nizami RPİ-nin xx.xx.2013-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə öz təsdiqini tapdığı halda hansı əsasla ilkin kreditorun tələb hüququndan istifadə edən sığortaçının birtərəfli hərəkəti (sığorta ödənişini sonradan ödəməsi, yaxud hansısa səbəbdən gecikdirməsi) ilə borclunun müdafiə vasitəsi olan on illik ümumi iddia müddətini onun zərərinə artırdığı və borclunu qeyri-müəyyən müddətə məhkəmə çəkişməsi təhdidi altında saxlaması barədə nəticə çıxarıla bilər? Delikt öz təsdiqini tapmadığı halda sığortaçı hansı əsasla subroqasiya qaydasında iddia qald ıra bilər?
49. Apellyasiya Məhkəməsi qeyd edilən sualları da aydınlaşdırmalı olduğu halda öz qərarında bu sualların cavabını heçbir əsaslı dəlillərlə izah etməmişdir.
50. Məhz qanunvericiliyin qeyd edilən norması da sığorta ödənişinin verilməsi və ya sığorta ödənişinin verilməsindən imtina olunması əsaslarının müəyyən edilməsi üçün sığortaçının imperativ qaydada yol-nəqliyyat hadisəsini törətməkdə təqsirli şəxsi müəyyən etməli olduğunu və bunun üçün səlahiyyətli dövlət orqanının qərarının qəbul edilməsini gözləməli olduğunu təsbit edir. Hazırkı halda isə Nizami RPİ-nin xx.xx.2013-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı qeyd edilən halları (zərərçəkənin müvafiq hadisənin baş verməsinə yönələn qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi, habelə hadisə ilə bir başa səbəb əlaqəsində olan qəsdən cinayət törətməsi) müəyyən edir və sığortaçı imperativ qaydada sığorta ödənişi etmək və sığorta ödənişi etməkdən imtina etmək üçün səlahiyyətli dövlət orqanının yol-nəqliyyat hadisəsi barədə qəbul etdiyi qərarı gözləməlidir.
51. Sadalanan hallar iddiaçının öz hüququnun pozulduğunu bildiyi və bilməli olduğu anın Nizami RPİ-nin qeyd edilən qərarına münasibətdə xx.xx.2013-cü il tarixi, həmin idarənin yol-nəqliyyat hadisəsi barədə arayışının daxil olma tarixi ilə yanaşıldıqda isə xx.xx.2013-cü il tarixi olduğunu deməyə əsas verir.
52. Məsələyə apellyasiya məhkəməsinin mövqeyindən yanaşıldıqda belə nəticəyə gəlmək olar ki, yol-nəqliyyat hadisəsi törədildiyi gündən sığortaçının ehtimal olunan hüquqlarının pozulmasına görə subroqasiya hüququ yaranır. Hesab edirlə r ki, belə yanaşma subroqasiya institutunun mahiyyətinə tamamilə ziddir və yalnış məhkəmə təcrübəsinin formalaşmasına zəmin yaradır.
53. Apellyasiya instansiyası məhkəməsi bir tərəfdən iddia müddətinin axımının sığorta ödənişinin verildiyi andan hesablanmalı olduğunu göstərsə də, digər tərəfdən bu müddətin mülki hüquq pozuntusunun (deliktin) törədildiyi tarixdən keçən on illik ümumi iddia müddətindən artıq ola bilmədiyini qeyd edir. Bu yanaşma isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1, 377.4, 933 və 936-cı maddələrinin tələblərinə zidd olmaqla yanaşı, həmin maddələrin hüquqi əsaslarını formallığa çevirir və onların tətbiqini istisna edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
54. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
55. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
56. İddiaçı kasasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kasassiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Re spublikası Mülki Məcəlləsi:
57. Maddə 1.1. Bu Məcəllənin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etməkdir.
58. Maddə 1.2. Bu Məcəllənin vəzifələri aşağıdakılardır:... mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək.
59. Maddə
21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şə xsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
60. Maddə 199.1. Borclu öhdəlik üzrə tələblərin yeni kreditora güzəşt edildiyi barədə bildirişi aldığı məqamda ilkin kreditora qarşı malik olduğu etirazları yeni kreditorun tələbinə qarşı irəli sürə bilər.
61. Maddə
202. Hüquqlara və tələblərə mülkiyyət hüququnun əldə edilməsi qaydaları qanuna, məhkəmənin və ya digər səlahiyyətli dövlət orqanının qərarına əsasən həyata keçirilən tələbin güzəştinə də müvafiq surətdə tətbiq olunur.
62. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
63. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
64. Maddə 373.1. Ümumi id dia müddəti on il təşkil edir.
65. Maddə 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.
66. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
67. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
68. Maddə 377.4. Reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır.
69. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığor ta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.
70. Maddə 1114. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
71. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
72. Maddə 76.1 Tərəflərin təl əb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
73. Maddə 76.2 Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
74. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
75. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
76. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
77. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
78. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnə n prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
79. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi iş materiallarını araşdıraraq və artıq formalaşmış məhkəmə təcrübəsinə əsaslanaraq bu qənaətə gəlmişdir ki, ümumi iddia müddəti (on il) mülki hüquqi tələblərin məhkəmə qaydasında təqib edilməsinin mümkün olduğu son müddətidir (mütləq müddət). Mülki hüquq pozuntusu (delikt) üzrə qanunda xüsusi müddət nəzərdə tutulmadığından bu əsasa söykənən tələblər üzrə də on illik iddia müddəti tətbiq olunur. Belə ki, deliktin törədildiyi tarixdən etibarən on il keçmişdirsə həmin qanunazidd əmələ görə iddia müddəti ötmüş hesab edilir. Bu mü ddətin aşılması mümkün sayılmır, axımı sonradan başlamış iddia müddətləri də on ilin tamamında başa çatır. Bu baxımdan reqres tələb üzrə iddia müddətinin axımının əsas öhdəliyin icrası anından başlanması delikt üzrə ümumi iddia müddətinin aşılmasına əsas verə bilməz. Odur ki, ilkin kreditorun tələb hüququndan istifadə edən sığortaçının birtərəfli hərəkəti (sığorta ödənişini sonradan ödəməsi, yaxud hansısa səbəbdən gecikdirməsi) borclunun müdafiə vasitəsi olan on illik ümumi iddia müddətini onun zərərinə artıra bilməz. Əks yanaşma, yəni deliktin törədildiyi vaxtdan on il keçəndən sonra (iddia müddətini tətbiq edən) borclunun təqib edilməsi, başqa sözlə, borclunun qeyri-müəyyən müddətə məhkəmə çəkişməsi təhdidi altında qalması ümumi iddia müddətini mənasız edərdi. Belə vəziyyət bu institutun mahiyyəti və məqsədi ilə uzlaşmır.
80. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, ilkin kreditorun zərər vuran şəxsə qarşı tələb hüququ on illik iddia müddəti ilə məhdudlaşırsa, yəni borclu ilkin kreditor qarşısında delikt törətdiyi tarixdən on il ərzində təqib olunmaq öhdəliyi daşıyırsa, yeni kreditora keçən həmin tələb üzrə müddət bundan artıq ola bilməz.
81. Baxılan iş üzrə isə mülki hüquq pozuntusu cavabdeh tərəfindən 26 dekabr 2012-ci il tarixdə törədilmiş, iddia isə 01 fevral 2023-cü il tarixdə qaldırılmışdır. Mülki hüquq münasibətlərinin iştirakçıları özlərinin birtərəfli hərəkətləri ilə başqa şəxslərin vəziyyətini ağırlaşdıra bilməzlər. Bu səbəbdən mülki dövriyyənin azadlığında üçüncü şəxslərin hüquqlarına xələl gətirilməməsi, eləcə də mülki hüquq subyektlərinin hüquqların ın və qanuni mənafelərinin müdafiə olunması Mülki Məcəllənin məqsəd və vəzifələri kimi nəzərdə tutulmuşdur.
82. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
83. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürməd ən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
84. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
85. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
86. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. B akı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1300/2024 nömrəli, 22 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir