Məhkəmə qərarları › İş №2(102)-2082/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2082/2023

23.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2082/2023 23.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ekspert və qiymətləndirmə rəyləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-441/2022 nömrəli, 31 avqust 20 22-ci il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 23 may 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 31 iyul 2013-cü il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – “iddiaçı” və ya “Bank”) ilə X3 (bundan sonra – “cavabdeh”) arasında “avtomobil krediti müqaviləsi” bağlanmışdır. Müqaviləyə görə cavabdehə illik 18 faizlə, 60 ay müddətinə 18188 ABŞ dolları məbləğində kredit verilmişdir. 30 iyul 2015-ci ildə tərəflər arasında razılaşma olmuş, həmin razılaşma üzrə cavabdeh 13768 ABŞ dolları məbləğində borcu illik 18 faizlə, 36 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür.

2. Cavabdehin mülkiyyətində olan “Chevrolet Cruze” markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobil (bundan sonra – “ipoteka predmeti”) kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə 31 iyul 2013-cü il tarixli müqavilə əsasında ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin dəyəri müqavilədə tərəflərin qarşılıqlı razılığı ilə 20209 ABŞ dolları məbləğində müəyyən edilmişdir. 30 iyul 2015-ci ildə tərəflər arasında razılaşma ilə ipoteka müqaviləsinə də dəyişiklik edilib.

3. Mübahisə kredit müqaviləsi üzrə öhdəliklərin icrası ilə bağlı yaranıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi ilə Beyləqan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 21 avqust 2019-cu il tarixə Banka borclu olduğu 13447.09 ABŞ dolları əsas, 1426.84 ABŞ dolları faiz, 38.66 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 14912.59 ABŞ dolları məbləğində bor cun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq Bankın xeyrinə ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin Banka ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi belə əsaslandırılıb ki, cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini lazımı qaydada icra etməmiş və nəticədə banka ümumilikdə 14912.59 ABŞ dolları məbləğində borcu qalmışdır.

6. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcllənin 269.7, 295, 385.1, 442, 462.1, 739-cu və “İpoteka haqqında” Qanunun 34-cü maddələrinə istinad etmişdir.

7. Cavabdeh birinci instansiya məhkəməsində iştirak etməmişdir.

8. Beyləqan Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2(020)-382/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. (hakim Seyfəli Seyfullayev)

9. Birinci instansiya məhkəməsi kredit və ipoteka müqavilələrinə, həmin müqavilələrlə bağlı əlavə razılaşmalara, maliyyə arayışına istinadən belə nəticəyə gəlib ki, iddia əsaslıdır.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21.2, 442, 443.1, 445.1, 445.2.1, 448, 449, 450, 462-ci Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Cavabdeh qətnamədən apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayətinin dəlilləri: - birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilən vaxtı iş barədə cavabdehin məlumatı olmamış və işə onun iştirakı təmin olunmadan baxılmışdır. Bu da ədalət m ühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında aparılmasının pozulmasına gətirib çıxarmışdır. Birinci instansiya məhkəməsində iştirakı təmin olunmadığından, sübutlarını apellyasiya şikayətində göstərmək məcburiyyətində qalmışdır; - ən başlıcası da odur ki, avtomobilin alındığı vaxt olan kompaniyaya görə 3200 ABŞ dolları məbləğində güzəşt edilmişdir. Bu hal nəzərə alınmamışdır; - bundan başqa “X6” MMM "xxxx" avtomobilinin kreditlə alınma xərcləri barədə Bank VTB Azərbaycan ASC-nin rəsmi arayışından göründüyü kimi cavabdeh ilkin ödəniş olaraq 1585 manat ödəmişdir. Bu da həmin dövrdə 2000 ABŞ dollarından artıq idi. Bir sözlə 3200 ABŞ dolları məbləğində kampaniyaya görə güzəşt 3200 ABŞ dolları+2000 ABŞ dollarından artıq məbləğ olan ilkin ödəniş əsas kredit borcundan, yəni 1 8188.00 ABŞ dollarından çıxılmalı olduğu halda, çıxılmamışdır. Halbuki 5200 ABŞ dolları əsas kredit olan 18188.00 dollarından çıxıldıqdan sonra cavabdehin əsas borcu 12988.00 ABŞ dolları təşkil etməli idi. 12988.00 ABŞ dollarına görə də bankın vermiş olduğu çıxarışa əsasən cavabdeh 12728.00 ABŞ dolları ödəmişdir; - iddiaçı Azərbaycan Respublikasının qanunlarına məhəl qoymayaraq cavabdehin ödəmiş olduğu kreditlərin hamısını faiz borcu adı altında ələ keçirmişdir. Başqa sözlə, iş üçün mühüm əhəmiyyətli olan bütün faktiki hallar araşdırılmamışdır.

13. Cavabdeh apellyasiya baxışında borcun məbləğini müəyyən edilməsi üçün ekspertiza təyin edilməsini xahiş etmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi 31 iyul 2018-ci il tarixə borcun məbləği və ipoteka predmetinin likvid dəyərinin müəyyən edi lməsi məqsədilə mühasibatlıq və qiymətləndirmə ekspertizası təyin etmişdir.

15. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/1078 nömrəli ekspert rəyinə əsasən, cavabdehin iddiaçıya müqavilə müddətinin bitmə tarixinə, yəni xx.xx.2018-ci il tarixinə 12644.09 ABŞ dolları əsas, 5904.45 ABŞ dolları faiz borcu vardır. 16. “X2” MMC-nin xx.xx.2022-ci il tarixli rəyinə əsasən ipoteka predmetinin likvid dəyəri 8471 manat təşkil etmişdir.

17. İddiaçının nümayəndəsi mühasibatlıq ekspertizanın rəyi ilə razı olmayaraq, təkrar ekspertiza keçirilməsi barədə vəsatət vermiş, vəsatətini onunla əsaslandırmışdır ki, rəydə 22 oktyabr 2015-ci il tarixdə cavabdeh tərəfindən kredit borcu üzrə 755,95 ABŞ dolları məbləğində ödəniş edilməsi göstərilib. Halbuki cavabdeh həmin tarixdə heç bir ödəniş etm əyib, əksinə, həmin tarixdə cavabdehə faydalanan şəxs kimi 755,95 ABŞ dolları məbləğində sığorta ödənişi bank hesabına köçürülmüş və cavabdeh həmin məbləği qalığı birlikdə, yəni 761 ABŞ dolları məxaric etmişdir. Lakin ekspert həmin sığorta ödənişini səhvən kredit borcunu ödənişi kimi hesablamışdır.

18. Apellyasiya instansiyası məhkəməsi iddiaçının vəsatəti əsasında əlavə mühasibatlıq ekspertizası təyin etmişdir.

19. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/4000 nömrəli ekspert rəyinə əsasən, 30 iyul 2015-ci il tarixli 1 saylı razılaşma müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla cavabdehin iddiaçıya müqavilə müddətinin bitmə tarixinə, yəni xx.xx.2018-ci il tarixinə olan borcu 14912.59 ABŞ dolları təşkil edir, o cümlədən əsas borc üzrə 13447.09 ABŞ dolları, faiz b orcu üzrə 1426.84 ABŞ dolları, cərimə üzrə 38.66 ABŞ dolları.

20. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-441/2022 nömrəli, 31 avqust 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmış, qətnamə icra olunarkən ipoteka predmetinin ilkin satış (likvid) qiyməti 8471.00 manat müəyyən edilmiş, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri cavabdehə aid edilmişdir. (hakimlər Tale Kərimov (sədrlik edən və məruzəçi), Zeynal Zeynalov, Tofiq Heydərov)

21. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh iddiaçı ilə bağlamış olduğu kredit müqaviləsindən irəli gələn öhdəliklərini lazımınca yerinə yetirmədiyindən, iddiaçının həmin cavabdehə qarşı müqavilə müddəti üçün hesablanmış əsas borc, faiz borcu və cərimənin ödənilməsindən ibarət tələbi qanuni və əsaslı olmuşdur. İş üzrə təyin olunmuş məhkəmə mühasibatlıq və əlavə məhkəmə mühasibatlıq ekspertizası rəyləri də, iddiaçı tərəfindən borc məbləğinin düzgün hesablandığını təsdiq etmişdir.

22. Apellyasiya instansiyası məhkəməsi hesab edib ki, cavabdeh iddiaçı ilə bağlamış olduğu kredit müqaviləsindən irəli gələn öhdəliklərini müqavilədə nəzərdə tutulan qaydada lazımınca icra etmədiyindən, iddiaçı tələbin ipoteka predmetinə yönəldilməsini tələb etməkdə də haqlı olmuşdur.

23. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehə münasibətdə faktlar nöqte yi nəzərindən qanuni və əsaslıdır.

24. Bununla belə, apellyasiya instansiyası məhkəməsi göstərib ki, birinci instansiya məhkəməsi tutmanı ipoteka predmetinə yönəldərək açıq hərracdan satılmalı olmasını qət etməklə yanaşı, ipoteka predmetinin ilkin satış qiymətini də müəyyən etməli idi.

25. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlib ki, qətnamədə ipoteka predmetinin ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilmədiyindən, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməli olduğundan, qətnamə icra olunarkən ipoteka predmetinin açıq hərracdan ilkin satış qiyməti apellyasiya baxışı zamanı təyin olunmuş qiymətləndirmə ekspertizasının rəyinə müvafiq olaraq 8471 manat (likvid qiymət) müəyyən edilməlidir.

26. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 317, 319.1-ci maddələri, “İpoteka haqqında” Qanunun 1.0.9, 10.4, 33, 34.1.1 və 39.3-cü maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

27. Qətnamədən cavabdeh (vəkili Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir.

28. Kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, avtomobilin alındığı vaxt olan kompaniyaya görə cavabdehə 3200 ABŞ dolları məbləğində güzəşt edilmişdir. Bank üzərinə götürmüş olduğu 3200 ABŞ dolları məbləğində edilmiş güzəştlə bağlı öhdəliyi yerinə yetir məməklə bərabər, ilkin ödəniş olaraq ödənilmiş 1585 manatı – bu da həmin dövr də 2000 ABŞ dolları edirdi – nəzərə almamışdır. Nəticədə cavabdehə maddi ziyan dəymişdir. Bankın vermiş olduğu çıxarışa əsasən cavabdehin 12728 ABŞ dolları ödəməsinə baxmayaraq məhkəmə tərəfindən buna heç bir əhəmiyyət verilməmişdir. Bankın təqdim etdiyi maliyyə arayışındakı məbləğ qətnamə ilə eynilik təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Maddə 269.7. Girovla və ipoteka ilə təmin edilmiş öh dəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər Maddə 317.2. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hər əkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 739.1. Borc mü qaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. «İpoteka haqqında» Qanun Maddə 1.0.9. ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipot eka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmaması na, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qə tnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

30. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

31. Kassasiya şikayətində borclu apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvini xahiş etsə də, şikayətin dəlillərindən görünür ki, qətnamə borcun məbləği hissəsində mübahisələndirilib. Bu baxımdan, kollegiya qətnaməni borcun məbləği hissəsində yoxlayır.

32. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yo xdur.

34. Apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq mübahisələndirilən hissədə qanuni nəticəyə gəlmişdir.

35. İddia tələbi öhdəlik münasibətlərindən irəli gəlib, kredit borcunun qaytarılması və tələbin ipoteka predmetinə yönəldilməsi barədədir.

36. İşin məhkəmələr müəyyən edilən halları da ondan ibarətdir ki, iddiaçı bankla cavabdeh arasında kredit və ipoteka müqavilələri bağlanıb, kredit müqaviləsi üzrə cavabdehə kredit verilib, cavabdeh kredit müqaviləsi üzrə öhdəlikləri icra etməyib.

37. İşdən görünür ki, birinci instansiya məhkəməsi borcun məbləğini maliyyə arayışı əsasında müəyyən etsə də, apellyasiya instansiyası məhkəməsi cavabdehin borc məbləği ilə bağlı dəlillərini yoxlamaq məqsədi ilə mühasibatlıq ekspertizası təyin edərək rəy almış və həmin r əyə uyğun olaraq borcun məbləğinin iddia tələbində olan məbləğlə (maliyyə arayışında) üst-üstə düşdüyünü müəyyən etmişdir.

38. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin cavabdehin apellyasiya şikayətinin dəlilləri üzrə gəldiyi nəticəni əsaslı sayır. Bu baxımdan, hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.

39. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, avtomobilin alındığı vaxt kompaniyaya görə cavabdehə 3200 ABŞ dolları məbləğində güzəşt edilməsi, bankın üzərinə götürmüş olduğu 3200 ABŞ dolları məbləğində edilmiş güzəştlə bağlı öhdəliyi yerinə yetirməməsi, ilkin olaraq ödənilmiş 1585 manatın (2000 ABŞ dolları) nəzərə alınmaması barədə dəlillərin kredit müqaviləsi üzrə cavabdehin öhdəlikləri ilə bağlı hər hansı əlaqəsi yox dur.

40. Bankın vermiş olduğu çıxarışa əsasən cavabdehin 12728 ABŞ dolları ödəməsinə baxmayaraq, məhkəmə tərəfindən buna heç bir əhəmiyyət verilməməsi barədə dəlillə bağlı qeyd edilməlidir ki, cavabdeh eyni dəlili apellyasiya şikayətində də göstərmiş, lakin bu dəlilini təsdiq edəcək hər hansı sübutu apellyasiya instansiyası məhkəməsinə təqdim etməmişdir.

41. Bankın təqdim etdiyi maliyyə arayışındakı məbləğlə qətnamədə qət edilən məbləğin eynilik təşkil etməsi barədə kassasiya şikayətinin dəlili də əsasızdır. Belə ki, yuxarıda qeyd edildiyi kimi, cavabdehin borcunun məbləği yalnız iddiaçının təqdim etdiyi maliyyə arayışı ilə deyil, həm də ekspert rəyi ilə müəyyən edilib.

42. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

43. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-441/2022 nömrəli, 31 avqust 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar