Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2085/2021 29.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ilk iddia - zəbt edilmiş torpaq sahəsindən çıxarılma və tikilinin sökülməsi; qarşılıqlı iddia - bələdiyyə qərarının və daşınmaz əmlakın dövlət reyestri haqqında çıxarışın etibarsız hesab edilməsi və onun adına yeni qərarın və çıxarışın verilməsinin 3-cü şəxslərə həvalə edilməsi) Azərbaycan Respublikası Ali Məhkəm əsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun vəkili Vəkil Əliheydər oğlunun iştirakları ilə, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1946/2020 nömrəli iş üzrə 10 sentyabr 2020-ci il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 29 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 30.05.2013-cü il tarixli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən 0,02 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 267 nömrəli reyestr kitabının 83 nömrəli vərəqində qeydiyyata alınmışdır. ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilən məktubdan görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən **********75 reyestr nömrəli çıxarışa əsasən İddiaçı məxsus torpaq sahəsinin plan ölçü üzrə koordinatları yerində naturada üst-üstə düşür. İddiaçı məxsus torpaq sahəsində inşa edilən tikililər (fərdi yaşayış evi) torpaq sahəsinin koordinatları daxilində yerləşir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma və həmin torpaqda tikilmiş qeyri-qanuni tikilinin sök ülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin vermiş olduğu Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li çıxarışa əsasən onun mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.02 ha torpaq sahəsindən çıxarılmağına və həmin torpaqda tikdiyi qeyri-qanuni tikilinin onun hesabına sökülərək həmin ərazidən uzaqlaşdırılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı bələdiyyə qərarının və daşınmaz əmlakın dövlət reyestri haqqında çıxarışın etibarsız hesab edilməsi və onun adına yeni qərarın və çıxarışın verilməsinin 3-cü şəxslərə həvalə edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə m əhkəməyə müraciət edərək, ilk iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia ərizəsinin təmin edilməsi, Abşeron rayonu, Masazır Bələdiyyəsinin müvafiq qərarının və onun əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* №-li çıxarışın etibarsız hesab edilməsi, Abşeron rayonu, Masazır kəndində yerləşən 0.02 ha torpaq sahəsinə dair onun adına yeni qərarın verilməsinin Abşeron rayonu, Masazır Bələdiyyəsinə və onun əsasında yeni çıxarışın veriİməsinin isə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron ray on Məhkəməsinin 07 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakim H.Əhmədov, iş № 2(012)-434/2020) İddiaçı Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma və həmin torpaqda qeyriqanuni tikilinin sökülməsi barədə ilk iddiası təmin edilmiş, Cavabdeh AR ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı, 30.05.2013-cü il tarixli çıxarışa əsasən İddiaçı Məhərrər qızının mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0,02 ha torpaq sahəsində tikdiyi qeyri-qanuni tikilinin onun hesabına sökülməsi və həmin torpaq sahəsindən çıxarılması, Cavabdeh İddiaçı qarşı bələdiyyə qərarının və daşınmaz əmlakın dövlət reyestri haqqında çıxarışın etibarsız hesab edilməsi, onun adına yeni qərarın və çıxarış ın verilməsinin 3-cü şəxslərə həvalə edilməsi barədə qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı mübahisəli torpaq sahəsinin mülkiyyətçisi olmaqla, onun barəsində sahiblik, istifadə və sərəncam hüququna malikdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, ilkin iddia tələbi ilə bağlı məhkəmənin sorğusuna AR ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilən cavab məktubunda Abşeron rayonu, Masazır kəndində yerləşən **********75 reyestr nömrəli çıxarışa əsasən İddiaçı məxsus torpaq sahəsinin plan ölçü üzrə koordinatları yerində naturada üst-üstə düşdüyü və İddiaçı məxsus torpaq sahəsində inşa edilən tikililər (fərdi yaşayış evi) torpaq sahəsinin koordinatları daxilində yerləşdiyi göstərilmişdir. Məkt ubdan göründüyü kimi, iddiaçıya məxsus torpaq sahəsi plan ölçü ilə yerində üst-üstə düşür və cavabdehin tikdiyi tikili iddiaçıya məxsus həmin torpağın daxilinə düşür. Birinci instansiya məhkəməsi İddiaçı qarşı bələdiyyə qərarının etibarsız hesab edilməsi və Abşeron rayonu, Masazır kəndində yerləşən 0.02 ha torpaq sahəsinə dair Cavabdeh adına yeni qərarın verilməsinin Abşeron rayonu, Masazır Bələdiyyəsinə həvalə edilməsi ilə bağlı tələbin həmin hissəsi məhkəmənin 18.12.2019-cu il tarixli qərardadına əsasən məhkəmə qaydasında baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina etmişdir. Birinci instansiya məhkəməsi qarşılıqlı iddianın İddiaçı verilmiş daşınmaz əmlakın dövlət reyestri haqqında çıxarışın etibarsız hesab edilməsi və Cavabdeh Masazır Bələ diyyəsinin qərarı əsasında yeni çıxarışın veriİməsinin isə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsinə həvalə edilməsinə dair hissəsi ilə əlaqədar qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə cavabdehə verilmiş çıxarış əsaslı verilmiş və həmin çıxarışın etibarsız hesab edilməsi barədə iddiaçı, sübut etmək vəzifəsi onun üzərinə düşməsinə baxmayaraq tələbin əsaslığını sübut edə bilməmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Abasov və E.Əhmədov, iş № 2(105)-1946/2020) ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti t əmin edilməmiş, iş üzrə Abşeron Rayon Məhkəməsinin 07 fevral 2020-ci il tarixli, 2(012)-434/2020 saylı qətnaməsi ilk iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsindən tələb edilərək işə əlavə edilmiş İddiaçı adına RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün əsas olan sənədlərin surətlərindən görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən 0,02 ha torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən mülkiyyət hü ququ əsasında Abşeron rayonu Masazır bələdiyyəsinin adına 10.03.2012-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 267 nömrəli reyestr kitabının 83 nömrəli vərəqində qeydiyyata alınaraq MA seriyalı, ******* saylı çıxarış verilmiş, həmin çıxarış əsasında Abşeron rayonu Masazır bələdiyyəsi ilə İddiaçı arasında torpaqların alqısatqısına dair akt tərtib edilmiş, torpaq sahəsi 640 manata İddiaçı satılmış, akt 10 aprel 2012-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsində qeydə alınmışdır. Həmin aktda Abşeron rayonu Masazır bələdiyyəsinin İddiaçı bələdiyyə ərazisindən 0,02 ha torpaq sahəsi satması barədə 2012-ci il tarixli, 05/03 nömrəli qərar qəbul etməsi göstərilmişdir. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, Abşeron rayonu, Masazır kəndində yerləşən 0,02 ha torpaq sahəsi Abşeron rayonu Masazır bələdiyyəsi tərəfindən 640 manata İddiaçı satılmış, Abşeron rayonu Masazır bələdiyyəsi ilə İddiaçı arasında torpaqların alqı-satqısına dair akt tərtib edilmiş, akt 10 aprel 2012-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsində qeydə alınmışdır. Torpaqların alqı-satqısına dair akt əsasında Abşeron rayonu, Masazır kəndində yerləşən 0,02 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına 30 may 2013cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 267 nömrəli reyestr kitabının 83 nömrəli vərəqində qeydiyyata alınaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən R X seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin 07 fevral 2020-ci il tarixli məktubu ilə müəyyən edilir ki, Abşeron rayonu, Masazır kəndində yerləşən **********75 reyestr nömrəli çıxarışa əsasən İddiaçı məxsus torpaq sahəsinin plan ölçü üzrə koordinatları yerində naturada üst-üstə düşür. İddiaçı məxsus torpaq sahəsində inşa edilən tikililər (fərdi yaşayış evi) torpaq sahəsinin koordinatları daxilində yerləşir. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddianın təmin edilmiş hissəsində faktlar nöqteyi-nəzərindən qanuni v ə əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin ilk iddianın təmin edilmiş hissəsində apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi ilk iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh (Vəkil Əliheydər oğlu) kassasiya şikayətini onunla əsaslandırmışdırlar ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1946/2020 nömrəli iş üzrə 10 sentyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, ilk iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili Vəkil Əliheydər oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)1946/2020 nömrəli iş üzrə 10 sentyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, ilk iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini, kassasiya şikayətinin təmin edilməsini xahi ş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessu al qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən yalnız ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh kassasiya şikayəti vermiş və qətnaməni tam mübahisələndirmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyidən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi müəyyən edir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İV his səsinə görə, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. 55-ci maddəsinə görə hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının yaranma əsaslarından biri də bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələrdir. 67-ci maddəsinə görə torpaq üzərində hüquqların dö vlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. 84-cü maddəsinin 1, 2 3 və 6-cı hissələrinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına y ol verilmir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativhüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. 11-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiya məhkəməsinin qətnamə və ya qərardadının dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxım dan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi faktiki halların sadalanması ilə kifayətlənmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən yol verilmiş hüquq pozuntusunun konkret olaraq nədən ibarət olmasını göstərməmişdir. Belə olan halda, yalnız faktiki halların sadalanması və kassatorun mülahizələri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun poz untularına yol verməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1946/2020 nömrəli iş üzrə 10 sentyabr 2020-ci il tarixli qətnaməsi mübahisləndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2085/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-2085/2021
29.04.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver