Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2093/2019 08.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi, İddiaçı, vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhкəməsinin MК-nın 15 noyabr 2018-ci il tarixli qərardadından İddiaçı və onun vəkili Vəkil kassasiya şiкаyəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Apellyasiya Məhkəməsinin MK-nın 15 noyabr 2018-ci il tarixli qərardadı ilə (sədrlik edən E.Həsənov, hakimlər X.Mərdanova və F.Babayev, İş № 2(103)-2426/2018 ) şikayət təmin edilməyərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)2426/2018 saylı 09 mart 2018-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə Nərimanov rayon İcra və Probasiya şöbəsinin icra məmurunun 16 oktyabr 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İŞİN HALLARİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 may 2017-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin olunmaması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 09 mart 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 may 2017-ci il tarixli qətnaməsinin “31 iyul 2015-ci il tarixli 161M saylı əmrin ləğv edilməsi və işə bərpa olunma” tələbinin təmin edilmədiyi hissədə ləğv olunması, həmin iddia tələblərinin təmin edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin istehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin 31 iyul 2015-ci il tarixli 161M saylı əmrinin ləğv edilməklə İddiaçı həmin Mərkəzin Bakı şəhəri, Suraxanı rayonunda yerləşən 47 saylı mağazasına müdir vəzifəsinə bərpa olunması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 avqust 2018-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 09 mart 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılmış və 03 sentyabr 2018-ci il tarixdə icra vərəqəsi verilərək icraya yönəldilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Tələbkar İddiaçı və onun vəkili Vəkil kassasiy a şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, məhkəmə iddiaçının yenidən qanunsuz tutduğu vəzifəsindən azad olunması faktına əhəmiyyət verməmişdir. Məhkəmə, dövlət məmurlarının xüsusi mülkiyyətin yenidən özgəninkiləşdirilməsinin mümkünsüz olması faktına düzgün hüquqi qiymət verməmişdir. Halbuki, cavabdeh tərəf iddiaçının Konstitusiya ilə qorunan hüquqlarını kobudcasına pozmuşdur.Ona görə də Bakı Apellyasiya Məhkəməsinin 15 noyabr 2018-ci il tarili qərardadının ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edirlər. Məhkəmə коllеgiyаsının iclаsında tələbkar İddiaçı və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini Bakı Apellyasiya Məhkəməsinin 15 noyabr 2018-ci il tarili qərardadını n ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etdilər. Məhkəmə коllеgiyаsının iclаsının yеri və vахtı bаrədə digər tərəflərə lаzımi qаydаdа bildiriş göndərilmiş оlsа dа, digər tərəflər üzürlü səbəblər оlmаdаn məhкəmə коllеgiyаsının iclаsınа gəlməmişlər. Аzərbаycаn Rеspubliкаsı МPМ-nin 415.3-cü mаddəsinə əsаsən коllеgiyа işə gəlməyən digər tərəflərin iştirакı оlmаdаn bахılmаsını mümкün hеsаb еdir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın qəbul etdiyi 15 noyabr 2018-ci il tarixli qərardadı dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kass asiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin iş materialları üzrə gəldiyi nəticədən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 03 sentyabr 2018-ci il tarixdə verdiyi icra vərəqəsində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin 31 iyul 2015-ci il tarixli 161M saylı əmrinin ləğv edilməklə İddiaçı həmin Mərkəzin Bakı şəhəri, Suraxanı rayonunda yerləşən 47 saylı mağazasına müdir vəzifəsinə bərpa olunması göstərişi verilmişdir; iş materiallarından isə borclu təşkilat tərəfindən 27.08.2018-ci il tarixdə müvafiq əmr verilərək sözügedən göstərişin yerinə yetirildiyi aydın olur. Bu baxımdan icra m əmuru icra sənədinin icraatına xitam verməkdə haqlı olmuşdur və şikayətin dəlilləri həmin qərarın ləğvi üçün əsas təşkil etmir. “İcra haqqında” Qanunun 20.1.5-ci maddəsinə görə, icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir və İddiaçı müdir vəzifəsinə bərpa olunduğu mağazanın hərracdan satılması tamamilə başqa mübahisənin predmetidir. Başqa sözlə əgər tələbkar mağaza ilə bağlı keçirilmiş hərracı və onun digər şəxsə satılmasını, eləcə də yenidən işdən çıxarılmasını qanunsuz hesab edirsə, bununla bağlı iddia irəli sürə bilər, lakin onun belə hüquqa malik olması Bakı Apellyasiya Məhkəməsinin 03 sentyabr 2018-ci il tarixdə verdiyi icra sənədinin icrasına xitam verilməsinə maneə törətmir. Ona görə də şikayət təmin edilmədən, Nərimanov rayon İcra və Probasiya şöbəsinin ic ra məmurunun mübahisələndirilən qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası kassatorun qanunvericiliyin tələblərinin pozulması barədə dəlillərini əsassız hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi düzgün olaraq bu qənaətə gəlmidir ki, icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir və İddiaçı müdir vəzifəsinə bərpa olunduğu mağazanın hərracdan satılması tamamilə başqa mübahisənin predmetidir. Belə olan halda Bakı Apellyasiya Məhkəməsinin icra sənədinin tam icra olunduğu barədə gəldiyi nəticə düzgündür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdır malı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi işdə olan sübutlarla tərəfin irəli sürdüyü dəlillərə lazımi hüquqi qiymət verərək iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, qəbul etdiyi qərardad qanuni və əsaslı olmaqla, hüquq norm aları düzgün tətbiq edilmişdir. Kassasiya şikayətinin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas ola bilməz, ona görə də kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın həmin iş üzrə 15 noyabr 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2093/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2093/2019
08.04.2019 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver