Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2093/2025 10.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Bəylərov Nazı̇ m Aslan oğlunun Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər:əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi; işə bərpa tələbi, işçi əmək vəzifələrini kobud şəkildə pozduğuna görə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı Bəylərov Nazı̇ m Aslan oğlunun Cavabdeh MMC-yə qarşı əmrin ləğvi işə bərpa və ödənilmiş əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(103 )-1429/2025 nömrəli qətnaməsindən iddiaçı Bəylərov Nazı̇ m Aslan oğlu tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh MMC-nin İdarə Heyətinin sədri vəzifəsini icra edən X2 Poçt Filialının (PF) rəisi İddiaçı əmək müqaviləsinin ləğv edilməsi haqqında 30 iyul 2024-cü il tarixli əmrinə əsasən Daxili Nəzarət Departamentindən daxil olmuş xx.xx.2024-cü il tarixli 3-27109/16/2/3-1- 16022/2024 nömrəli təqdimatda 01 iyul 2024-cü il tarixində Kəlbəcər PF-nin baş xəzinəsində və tabeli poçt şöbələrində həyata keçirilmiş qəfləti yoxlama zamanı nağd pul və digər qiymətlilər sistem üzərindən üzləşdirilərkən bir neçə halda çatışmamazlıq aşkar edildiyi bildirilmişdir. Belə ki, baş xəzinədə 4860 manat na ğd pul əskikliyi müəyyən edilmiş və PÖN üzrə 5892,70 manat qalıq olduğu halda, göstərilən qiymətlilər faktiki aşkar edilməmişdir. Kəlbəcər PF-nin rəisi İddiaçı baş xəzinədə olan nağd pul çatışmamazlığını Gömrük Komitəsinə ödənişlər edildiyini və həmin məbləğin sahibkarlar tərəfindən ona verilmiş plastik kart hesabında olduğunu bildirmişdir (filial rəisinin izahatları əlavə edilir). Nağd pul çatışmazlığı yoxlama zamanı İddiaçı tərəfindən tam bərpa edilmişdir (sistem üzərindən 01 iyul 2024-cü il tarixli “hesabdan çıxarış”əlavə edilir). Cari ilin iyun ayı üzrə sistem üzərindən araşdırılma aparılarkən məlum olmuşdur ki, Kəlbəcər PF üzrə yalnız 13 iyun 2024-cü il tarixdə 2328,84 manat gömrük komitəsinə ödənişlər edilmişdir. Yəni Baş xəzinədə olan çatışmamazlıqla iyun ayında Gömrük Komitəsinə ed ilmiş ödənişlər arasındakı fərqin 2531,16 manat hissəsi daha əvvəlki aylarda yarandığı məlum olur. İddiaçı PÖN və markalı zərflər üzrə çatışmamazlığın səbəbini 2019-2021-ci illərdə qaimə əsasında hüquqi şəxslərə verdiyini, lakin sistem üzrə məxaric edilmədiyini bildirmişdir. Həmçinin filialın Müştəri xidmətləri şöbəsində PÖN və markalı zərflər üzrə 1412,62 manat və “Azərcell” danışıq kartları üzrə isə 690 manat dəyərində çatışmamazlıq aşkar edilmişdir. Aşkar edilmiş çatışmayan məbləğ araşdırma zamanı bərpa etdirilmişdir. Kəlbəcər PF-nin rəisi İddiaçı xidməti işində yol verdiyi nöqsan AR Əmək Məcəlləsinin 72-ci maddəsinin (“Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar”) tələblərinə əsasən əmək vəzifələrinin kobud şəkildə pozulması halı kimi qiymətləndirildiyinə görə AR ƏM -nin 70-ci maddəsinin “ç”bəndinə əsasən işdən azad edilməsinə hüquqi əsas yaradır. Beləliklə, İddiaçı əmək funksiyası və vəzifə təlimatı üzrə öhdəliklərini yerinə yetirməməsinin zəruri hüquqi sənədlərlə təsdiq edildiyini, həmçinin işəgötürənin təşəbbüsü ilə onun işdən azad olunmasına dair Həmkarlar Komitəsinin müvafiq rəyini nəzərə alıb, AR ƏM-nin 70-ci maddəsinin "ç" bəndini rəhbər tutaraq, Cavabdeh MMC-nin X5 (PF) rəisi İddiaçı AR ƏM-nin 70-ci maddəsinin “ç”bəndinə əsasən 30 iyul 2024-cü il tarixdən tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinin ləğv olunması qərara alınmışdır.
2. İddiaçı tərəfindən Cavabdeh MMC-nin İdarə Heyətinin sədri vəzifəsini icra edən İ.Mustafayevə ünvanlanmış izahatdan görünür ki, 01 iyul 2024-cü il tarixdə filialın baş xəzinəsində və MXŞ- də yoxlama aparılıb və aşağıdakılar müəyyən edilmişdir: Baş xəzinə üzrə 4680manat nağd pul, 5892,70 manat PÖN çatışmamazlığı aşkar edilmişdi. MXŞ-də isə 1412,62 manat PÖN və 690 manat Azərcell ödəmə kartları çatışmamazlığı aşkar edilmişdir. Bunun səbəbini bununla izah edir ki, sahibkarlar üçün gömrük komitəsinə ödəniş aparılmış, bu ödənişlərə sahibkarlara məxsus bank kartından çıxarır. Sahibkarların kartında yaranmış problemə görə həmin vəsaitin çıxarılması gecikmişdir. Yoxlama olduğu dövrdə həmin pul kartdan çıxarılaraq 25 dəqiqə ərzində bərpa olunmuşdur. Baş xəzinədə yaranmış PÖN çatışmamazlığı ilə bağlı qeyd etmək istəyir ki, hüquqi şəxslərə verilmiş PÖN və markalı zərflər tərəfindən qaimə əsasında verilmiş, lakin sistemdə silinmə aparılmamışdır. Bununla bağlı Gəncə RPF-nin baş mühasi binə hansı təşkilata nə qədər mal verdiyi barədə məlumat vermiş və həmən təşkilata qaimə vurulmasını xahiş etmişdir. MXŞ-də PÖN çatışmamazlığı ilə bağlı bildirmək istəyir ki, əməliyyata tərəfindən PÖN və markalı zərflərin satışını təyinatı üzrə düzgün işlənməsi səbəbində azalma olmuş, lakin həmin vəsait MXŞ-nin xəzinəsinə təyinatından kənar mədaxil olunub. Həmçinin Azərcell ödəmə kartları ilə bağlı bildirir ki, həmin kartların satışını həyata keçirilməsi ilə bağlı marketlərə vermiş və yoxlama zamanı həmin pul MXŞnin xəzinəsinə mədaxil olmuşdur. Yoxlama ərzində baş xəzinə və MXŞ-nin xəzinələri (nağd pul) sıfırlanıb.
3. DND-nin PƏNŞ-nin aparıcı mütəxəssisi - Rəşad Soltanov, Gəncə RPF-nin PƏM1 Lətif Məmmədov, Kəlbəcər PF nin rəisi- İddiaçı, Kəlbəcər PF-nin MXŞ-nin əməliyyatçısı - Ülviyyə Fərm anzadənin iştirakı ilə tərtib edilmiş Kəlbəcər RF-nin 01 iyul 2024-cü il tarixli Aktından görünür ki, 01 iyul 2024-cü il tarixdə Baş xəzinə və MXŞ-də nağd pul və digər qiymətlilər sistem üzrə üzləşdirildi bir neçə halda əskikliklər müəyyən edilmişdir. Belə kı, sistem üzrə Baş xəzinədə 4680 manat nağd pul əskikliyi və 5892,70 manat PÖN və markalı zərfin ümumiyyətlə baş xəzinədə olmadığı aşkar edilmişdir. MXŞdə PÖN və markalı zərflər üzrə 1412,62 manat və Azərcell ödəmə kartları üzrə isə 690 manat dəyərində çatışmamazlıq aşkar edilmişdir. Azərcell ödəmə kartları üzrə 690 manat məlbəğ satış əməliyyatı olunaraq vəsait MXŞ-nin xəzinəsinə bərpa edildi. Filial rəisi Nazım Bəylərov izahatında baş xəzinədə olan nağd pul əskikliyinin səbəbini sahibkarlar tərəfindən gömrük komitəsinə məxsus rüsumları n ödənildiyini qeyd edərək həmin pulların kart hesabında olduğunu bildirmiş və dərhal əskiklik kartdan çıxarılaraq tarn olaraq bərpa edilmişdir.
4. Cavabdeh MMC-nin Daxili Nəzarət Departamentinin direktoru Vyaçeslav Məmmədov tərəfindən tərəfindən Cavabdeh MMC-nin İdarə Heyətinin sədri vəzifəsini icra edən İ.Mustafayevə ünvanlanmış Təqdimatından görünür ki, 01 iyul 2024-cü il tarixində Kəlbəcər PF-nin baş xəzinəsində və tabeli Poçt şöbələrində qəfləti yoxlama aparılmışdır. Yoxlama zamanı naqd pul və digər qiymətlilər sistem üzrə üzləşdirilərkən bir neçə halda çatışmamazlıq aşkarlanmış və sənədləşdirilmişdir. Belə ki, baş xəzinədə 4860 manat nağd pul əskikliyi müəyyən edilmiş və PÖN üzrə 5892,70 manat qalıq olduğu halda göstərilən qiymətlilər faktiki aşkar edilməmişdir. Kəlbəcər PF-nin rəisi İddiaçı baş xəzinədə olan nağd pul çatışmamazlığını Gömrük komitəsinə ödənişlər edildiyini və həmin məbləğin sahibkarlar tərəfindən ona verilmiş plastik kart hesabında olduğunu bildirmişdir. Nağd pul çatışmamazlığı yoxlama zamanı İddiaçı tərəfindən tam bərpa edilmişdir. İyun ayı üzrə Departament tərəfindən sistem üzərindən araşdırılma aparılmış və məlum olmuşdur ki, Kəlbəcər PF üzrə yalnız 13 iyun 2024-cü il tarixdə 2328,84 manat gömrük komitəsinə ödənişlər qəbul edilmişdir. Yəni baş xəzinədə olan çatışmamazlıqla iyun ayında gömrük komitəsinə edilmiş ödənişlər arasınadakı fərqin 2531,16 manat hissəsi daha əvvəlki aylardan gəldiyi ehtimal olunur. İddiaçı PÖN və markalı zərflər üzrə çatışmamazlığın səbəbini 2019-2021-ci illərdə qaimə əsasında hüquqi şəxslərə verdiyini, lakin sistem üzrə məx aric edilmədiyini bildirmişdir. Qeyd olunan illərin üzləşmə aktları və qaimələr təqdim olunmadığından, sistem məlumatları arxivləşdirildiyindən, Kəlbəcər PF tərəfindən göstərilən xidmətlərin araşdırılması imkan xaricindədir. MXŞ-də PÖN və markalı zərflər üzrə 1412,62 manat və Azərcell danışıq kartları üzrə isə 690 manat dəyərində çatışmamazlıq aşkar edilmişdir. Azərcell danışıq kartları üzrə yoxlama zamanı 690 manat məbləğ Ü.Fərmanzadə tərəfindən satış əməliyyatı edilmiş və əskiklik bərpa edilmişdir. MXŞ-nin müdiri əvəzi Ü.Fərmanzadə MXŞdə olan PÖN və markalı zərflər üzrə çatışmamazlığı hüququ şəxslərə təyinatı üzrə düzgün satış etmədiyini (yəni zərf satışı kimi) və sistem üzərindən düzgün işlənmədiyini (yəni markalayıcı həkki kimi) bildirmişdir. 2022-ci il tarixdən bu günədək PÖN və marka lı zərflər üzrə çatışmamazlığın Departament tərəfindən sistem üzrə araşdırılması aparılmış və həmin məbləğin 1123,50 manat təyinatı üzrə düzgün satış edilmədiyi və zərf satışı kimi sistemə işlənildiyi, digər hissəsi markalayıcı həkki kimi işləndiyi təsdiqini tapmışdır. Bu baxımdan MXŞ-nin sistem üzərindən PÖN qalığından 1412,62 manat məbləğin azaldılmasına etiraz etmirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq, aidiyyatı üzrə göstəriş verilməsi xahiş olunmuşdur.
5. İdarə Heyətinin sədri vəzifəsini icra edən İşi Mustafayev tərəfindən Rabitə işçiləri X1 Bakı 2 şöbəsinin sədri Nüsrət Səmədova ünvanlanmış məktubdan görünür ki, Daxili Nəzarət Departamentindən daxil olmuş 22 iyul 2024-cü il tarixli 3-27-109/16/2/3-116022/2024 nömrəli təqdimatda bildirilir ki, 01 iyul 2024-cü il tarixində Kəlb əcər PF-nin baş xəzinəsində və tabeli Poçt şöbələrində qəfləti yoxlama aparılmışdır. Yoxlama zamanı nağd pul və digər qiymətlilər sistem üzərindən üzləşdirilərkən bir neçə halda çatışmamazlıq aşkar edilmişdir. Belə ki, baş xəzinədə 4860 manat nağd pul əskikliyi müəyyən edilmiş və PÖN üzrə 5892.70 manat qalıq olduğu halda, göstərilən qiymətlilər faktiki aşkar edilməmişdir. Kəlbəcər PF-nin rəisi İddiaçı baş xəzinədə olan nağd pul çatışmamazlığını Gömrük Komitəsinə ödənişlər edildiyini və həmin məbləğin sahibkarlar tərəfindən ona verilmiş plastik kart hesabında olduğunu bildirmişdir. Nağd pul çatışmazlığı yoxlama zamanı İddiaçı tərəfindən tam bərpa edilmişdir. Cari ilin iyun ayı üzrə sistem üzərindən araşdırılma aparılarkən məlum olmuşdur ki, Kəlbəcər PF üzrə yalnız xx.xx.2024-cü il tarixdə 2 328.84 manat gömrük komitəsinə ödənişlər edilmişdir. Yəni Baş xəzinədə olan çatışmamazlıqla iyun ayında Gömrük Komitəsinə edilmiş ödənişlər arasındakı fərqin 2531.16 AZN hissəsi daha əvvəlki aylarda yarandığı məlum olur. İddiaçı PÖN və markalı zərflər üzrə çatışmamazlığın səbəbini 2019-2021- ci illərdə qaimə əsasında hüquqi şəxslərə verdiyini, lakin sistem üzrə məxaric edilmədiyini bildirmişdir. Filialın Müştəri xidmətləri şöbəsində PÖN və markalı zərflər üzrə 1412.62 manat və “Azərcell” danışıq kartları üzrə isə 690.0 AZN dəyərində çatışmamazlıq aşkar edilmişdir. Aşkar edilmiş çatışmayan məbləğ (690.0 AZN) araşdırma zamanı bərpa etdirilmişdir. Kəlbəcər PF-nin rəisi İddiaçı xidməti işində yol verdiyi nöqsan AR Əmək Məcəlləsinin 72-ci maddəsinin (“Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar”) tələblərinə əsasən əmək vəzifələrinin kobud şəkildə pozulması halı kimi qiymətləndirildiyinə görə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsinə hüquqi əsas yaradır. Qeyd olunan hüquqi əsasları nəzərə alaraq, İddiaçı AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmasına Həmkarlar Komitəsinin iclasında baxıb nəticəsi barədə müvafiq rəyin Cavabdeh MMC-yə təqdim edilməsi xahiş olunur. Həmçinin bildirilir ki, göstərilən məsələnin müzakirəsi zamanı Həmkarlar İttifaqının iclasındakı çıxışlar, səslənən fikirlər iclas protokolunda geniş və ətraflı əks olunmalı, qəbul olunacaq qərar iclasda iştirak edən komitə üzvlərinin hər biri tərəfindən imza edilməli, yol verilmiş nöqsanın sübutu üçün tələb olunan zəruri sənədlər (akt, izahat) protokola əlavə olunmalıdır.
6. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Rabitə işçiləri X1 “Bakı-2” şöbəsinin iclasının 27 nömrəli, 26 iyul 2024-cü il tarixli protokola əsasən xidməti fəaliyyətində ciddi nöqsana yol verməsinin müvafiq hüquqi sənədlərlə təsdiq edildiyini və bununla bağlı aparılan araşdırmada hüquq prosedur qaydalarına əməl olunduğunu nəzərə alaraq HİK-nin Bakı 2 şöbəsinin iclas iştirakçıları Kəlbəcər RPF-nin rəisi İddiaçı AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunmasına etiraz etmir.
7. Cavabdeh Milli Operatorun 30 mart 2011-ci il tarixli, 47 nömrəli əmrinə əsasən RRQ-də işləməyən rabitəçilərə minium əmək haqqı və çörək pulu xərclərinin ödənilməsi üçün ayrılmış vəsaitin ödənişinin nöqsanlı həyata keçirildiyinə, mühasibat uçotuna və i stismar fəaliyyətinə lazımı nəzarəti təmin etmədiyinə və audit aktında göstərilmiş digər nöqsanlara görə RRQ-nin rəisi İddiaçı "töhmət" elan edilmişdir.
8. Cavabdeh Milli Operatorun 07 fevral 2020-ci il tarixli, 259 nömrəli əmrinə əsasən Cavabdeh MMC-nin 27 yanvar 2020-ci il tarixli 152 nömrəli əmri ilə X3 maliyyə-təsərrüfat fəaliyyətinin auditi zamanı aşkar edilmiş ciddi nöqsan və çatışmazlığı nəzərə alaraq X3 rəisi İddiaçı 07 fevral 2020-cı il tarixdən aşkar edilmiş çatışmazlığın aradan qaldırıldığı son tarixədək vəzifəsindən kənarlaşdırılmışdır.
9. Cavabdeh Milli Operatorun 05 mart 2020-ci il tarixli, 465 nömrəli əmrindən görünür ki, Cavabdeh MMC-nin X3 (RQ) rəisi İddiaçı “sonuncu xəbərdarlıqla şiddətli töhmət” verilmişdir.
10. Cavabdeh MMC-nin İdarə Heyətinin sədri X7 tənbehi verilmə si haqqında 01 mart 2023-cü il tarixli əmrindən görünür ki, Cavabdeh MMC-nin... Kəlbəcər PF-nin rəisi İddiaçı “töhmət" verilmiş, xidməti fəaliyyətlərində təkrar nöqsana yol verəcəkləri halda, barələrində daha ciddi intizam tənbehi görüləcəyi onların nəzərinə çatdırılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə azad olunması barədə xx.xx.2024- cü il tarixli əmrin ləğv edilməsi, onu tutduğu vəzifəyə bərpa olunması, vəzifədən azad olunduğu vaxtdan faktiki işə bərpa olunacağı vaxtadək ona hesablanmalı olan əmək haqqının və tərəfindən mediasiya sessiyasında ödənilən 55 manat rüsumun cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəm ədən xahiş etmişdir.
12. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh MMC-nin 30 iyul 2024-cü il tarixli əmri ilə o, tutduğu vəzifədən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 30 iyul 2024-cü il tarixdən azad olmuş və onunla olan əmək müqaviləsi ləğv edilib. Qeyd edilən əmrin verilməsinə əsas X6 Daxili Nəzarət Departamenti tərəfindən aparılmış yoxlamanın nəticələri göstərilmişdir. Daxili Nəzarət Departamentinin aktına əsasən aparılmış yoxlama nəticəsində aşkar olunan hallar aşağıdakılardan ibarət olmuşdur: 4.860 manat nağd pul əskikliyi müəyyən edilmişdir. PÖN üzrə 5892,70 manat qalıq olduğu halda, göstərilən qiymətlilər faktiki aşkar edilməmişdir. Müştəri xidmətləri şöbəsində PÖN və markalı zərflər üzrə 1412,62 manat çatışmamazlıq aşkar edilmişdir. “Azercell” danışı q kartları üzrə 690 manat dəyərində çatışmamazlıq aşkar edilmişdir. Yuxarıda qeyd etdiyi kimi cavabdeh onu AR Əmək Məcəlləsinin 70 “ç” bəndi ilə işdən azad etməklə səbəb kimi yuxarıdakıları əsas gətirmişdir. Hesab edir ki, qeyd edilən hallara istinad etməklə onun işdən azad olunması qanunsuz və əsassız olmuşdur. Belə ki, işdən azad olma əmrində istinad olunan hallarla bağlı məqamları aşağıda qeyd edir. 4860 manat nağd pul əksikliyi barədə bildirir ki, həqiqətən də yoxlama aparılan zaman xəzinədə qeyd edilən məbləğdə pul əskikliyi olmuşdur. Səbəbi o olmuşdur ki, o, poçtun dövriyyəsini artırmaq və nəticə olaraq daha çox mənfəət vermək üçün vergi və s. ödənişlərini rəhbərlik etdiyi poçt vasitəsilə aparılması məqsədilə bir neçə sahibkarı cəlb etmişdir. Həmin sahibkarlar qeyd etdiyi ödənişlərin i rəhbərlik etdiyi poçt vasitəsilə edirdilər. Hansı ki, onlar bunu elektron ödəniş sistemləri və ya banklar vasitəsilə də edə bilərdilər. Sırf şəxsi əlaqələri nəticəsində onlar bu ödənişlərini rəhbərlik etdiyi poçt vasitəsilə edirdilər. Ödəniş etdikləri müddətdə təxminən ******* manat həcmində ödənişlər edilmişdir ki, bunların da nəticəsində Cavabdeh MMC-yə təxmini 5000-6000 manat məbləğində mənfəət verilmişdir. Qeyd etdiyi sahibkarlar ödənişləri barədə ona bildirdikdə, o onların ödənişlərini edir və sahibkarların ona verdikləri kartdakı vəsaitlərindən silirdi. Sonuncu ödənişləri zamanı (may 2024-də) adəti üzrə poçt vasitəsilə onların 4860 manat məbləğində ödənişləri edildi, lakin kartlarında problem olduğu üçün həmin vəsaiti kartdan silə bimədi və kart problemlərini həll etmələri müəyyən müddət çəkdi. Poçt filialı üçün vacib müştəri olduqları üçün o onlara dərhal pulu ödəmələrini tələb edə bilmədi və kartda olan problemin tez bir zamanda aradan qalxacağını, bu səbəbdən gözləməyi xahiş etdilər. Yoxlama da bu dövrə tasədüf etdiyi üçün bu fakt pozuntu kimi qəbul edildi. Bu irad ona bildirilən kimi, o, sahibkarlara bunu bildirdi və onlar onun şəxsi kartına bu vəsaiti göndərdilər, o da öz növbəsində həmin vəsaiti məxaric edərək dərhal poçtun kassasına ödədi. Göründüyü kimi, bu pozuntu halında onun məqsədi oğurluq, mənimsəmə və s. kimi şəxsi maraq güdən hal olmamışdır. Sadəcə olaraq, qeyd etdiyi kartda yaranmış problem səbəbindən gecikmənin yaranması olmuşdur. PÖN üzrə 5892,70 manat qalıq olduğu halda göstərilən qiymətlilər faktiki aşkar edilməmişdir. Bu halın mahiyyəti ondan ib arətdir ki, yoxlama zamanı sistem üzrə 5892,70 manatlıq zərfin poçtda olduğu (istifadə edilmədiyi) görünsə də, onların faktiki olaraq yerində olmadığı qeyd edilmişdir. Lakin faktiki olaraq bildirmək istəyir ki, qeyd edilən zərflərin sistemdə qalıq kimi görünməsi texniki səhvdir. Faktiki olaraq qeyd edilən məbləğdə zərflər poçt tərəfindən işlənmiş və əldə olunan vəsaitləri də ümumi qaydada (müəssisə-təşkilatlar tərəfindən köçürmə qaydasında) ödənilmişdir. Bu zərflər 2019-2021ci illər ərzində Kəlbəcər rayon DYP idarəsi və Kəlbəcər rayon icra hakimiyyəti tərəfindən sifariş olunmuş, işlənmiş və köçürmələri də edilmişdir. Hər birində 60 ədəd olmaqla 115 reyestr tərtib edilmiş və xidmət üzrə göndərişlər çatdırılmışdır. Bu zərflərin Azərpoçtun sistemində qalıq kimi görünməsi texniki haldır. Bu halda yenə də onun şəxsi bir marağı, məsuliyyətsizliyi və s. kimi təqsirli hərəkətləri yoxdur. Əsas odur ki, qeyd edilən texniki faktın sənədlərlə elə olmadığı öz təsdiqini tapır və texniki halın digər sənəd-sübutlarla öz təsdiqini tapmadığı halda onun günahlandırılması əsassızdır. Texnikada hər bir səhvlik ola bilər. Lakin bunu digər yanakı hallarla müəyyən etməyə imkan varsa, faktiki hal araşdırılmalıdır. Primitiv olaraq texnikaya əsaslanmaqla yekun nəticəyə gəlmək əsassızıdr. Məlumat üçün bildirir ki, o, təsdiqedici sənədləri yoxlama zamanı təqdim etmişdir. Lakin onlar həmin dövrün məlumatlarının arxivlə yoxlanılmasının mümkün olmadığını əsas gətirərək, həmin sənədlərin üzləşdirilməsi, müəyyən edilməsini araşdırmadılar. Primitiv olaraq texnikanın məlumatlarına əsaslandılar. Eyni zamanda bildirir ki, bu hal 2020-ci ildə Cavabdeh MMC tərəfindən rəhbərlik etdiyi poçt şöbəsində yoxlama aparılarkən pozuntu kimi qeyd edilməmişdir. Müştəri xidmətləri şöbəsində PÖN və markalı zərflər üzrə 1412,62 manat çatışmamazlıq aşkar edilmişdir. Qeyd edilənlə bağlı bildirmək istəyir ki, bu qeydin mahiyyəti ondan ibarətdir ki, 2021-2023-cü illər üzrə 1462 manatlıq zərf poçt şöbəsində yoxdur. Əslində isə qeyd edilən zərflər qeyd edilən dövrlərdə işlənmiş və onların işlənməsindən əldə olunan vəsait Cavabdeha ödənilmişdir. Belə ki, Kəlbəcər RİH və digər orqanlara təqdim edilən həmin zərflər təyinatına uyğun olaraq istifadə edilmişdir. Bunu müvafiq orqanların tərtib etdikləri qaimə-fakturaların məzmunundan da müəyyən etmək olur. Həmin fakturaları yoxlamaya da təqdim etmişdir. Cavab olaraq bildir dilər ki, fakturaları qəbul edirlər, lakin sistemdə də, gərək bunlar görünər və silinərdi ki, onun poçtu üzərində qalıq kimi görünməsin. Yəni yoxlama özü də əmin oldu ki, “aşkarlanmayan”, sanki satılıb pulu onun tərəfindən özününküləşdirilən zərflər əslində təyinatına uyğun işlənilib və əldə olunan vəsait kassaya ödənilib (müəssisə-təşkilatlar köçürmə edib). Bu halda da, hər hansı maddi ziyan vurulmayıb. Qalır onların sistemdən silinməsinə, bu, əməliyyatçıların işidir. Həmçinin texniki məqam olduğu, hər hansı maddi maraq və s. ziyan olmadığı üçün bu pozuntu da, 70 “ç” tətbiq etmək üçün əsas deyil. “Azercell” danışıq kartları üzrə 690 manat dəyərində çatışmamazlıq aşkar edilmişdir. Qeyd edilən halla bağlı bildirir ki, bəli yoxlama zamanı satış məqsədilə verilmiş poçtda 690 manat məbləğində Azərcell kartları (kontur) aşkar edilməmişdir. Bunun səbəbi isə odur ki, həmin kartlar poçt şöbəsində satılmadığı, qaldığı üçün onların satılması məqsədilə qonşu mağazaya vermişdir. Yoxlama bunu irad bildirən kimi, onları mağazadan götürüb yoxlamaya təqdim etdi. Bəli, o bu halı pozuntu kimi qəbul etsə də, ancaq bu kimi texniki hallar onun AR Əmək Məcəlləsinin 70 “ç” bəndi ilə işdən azad olmağı üçün əsas deyil. Bu kimi şəxsi maraq, oğurluq, mənimsəmə, işəgötürənə maddi zərər vurmayan pozuntular istənilən təşkilat, müəssisələrdə ola bilər. Bunlar aradan qaldırılması asan və mümkün olan pozuntulardır. Bu kimi hallarla bağlı işçiyə xəbərdarlıq, töhmət və ya ağırlıq dərəcəsinə görə şiddətli töhmət də verilə bilər. Lakin Əmək Məcəlləsinin 70 “ç” bəndi ilə işdən azad olunması çox ağır cəzadır. O, 1987-ci ildən Poçtda işləyir. 2009-cü ildən Azərpoçt MMC-nin X5 rəisi vəzifəsində çalışır. Poçt sahəsində işlədiyi 1987-ci ildən hesablanarsa 37 illik, X5 rəisi vəzifəsində işlədiyi 15 illik dövrdə hər hansı pozuntusu, inzibati tənbehi və ya xoşagəlməz hər hansı əməli olmayıb. Əksinə, dəfələrlə rəhbərlik tərəfindən Fəxri fərmanlarla və digər təltiflərlə qiymətləndirilmişdir. Bu sahə üzrə bir neçə sertifikatın sahibidir. Belə ki, Azərbaycan Bank Tədris Mərkəzinin təşkilatçısı ilə 18 sentyabr 2009 – 19 sentyabr 2009cu illərdə keçrilmiş filialların idarə edilməsi mövzusunda keçirilən təlim üzrə müvafiq sertifikata layiq görülmüşdür. AR Rabitə və İnformasiya Texnologiyaları naziri cənab Əli Abbasov tərəfindən 04 dekabr 2009-cu il tarixli Fəxri Fərmanla təltif edilmişdir. 17 noyabr 2022-ci ild ə YAP Kəlbəcər rayon təşkilatının sədri cənab Həbib Misirov tərəfindən YAP-n fəal üzvü olaraq, uzun müddət partiya dəyərlərinin təbliğində və ictimai proseslərdə aktiv iştirak etdiyi üçün təltif edilmişdir. “Respublika” qəzetinin 02 oktyabr 2015-ci il tarixli buraxılışında rəhbərlik etdiyi poçt şöbəsində işin düzgün təşkili ilə bağlı məqalə dərc olunmuşdur. Dəgər Fəxri fərman və təltiflərə layiq görülmüşdür. 2021-2024-cü illər ərzində işlədiyi dövrdə rəsmi olaraq filial rəisi olsa da, işçi çatışmamazlığı səbəbindən aşağıda qeyd etdiyi vəzifələri icra etmişdir: Poçt əməliyyatları üzrə mühasib, xəzinadar, inkassator, kargüzar, əməliyyatçı və ya poçtalyon məzuniyyətdə və ya başqa səbəbdən işdə olmadığı dövrdə onları da əvəz etmişdir. Yəni rəsmi vəzifəsi rəis olsa da, ailəsini dolandırmaq üç ün ona tapşırılan bütün işləri vicdanla görməyə çalışmışdır. Heç vaxt işlədiyi təşkilata maddi maraq naminə hər hansı formada maddi ziyan vurmamışdır. Özü 3-cü qrup əlildir, ailəlidir və 3 qız övladının atasıdır. Xırda nöqsanlarını qəbul edir. Lakin işin hallarından göründüyü kimi, aşkar olan pozuntular onun 37 illik iş həyatını Əmək Məcəlləsinin 70 “ç” bəndi ilə məhv etməyə əsas vermir. Onun iş həyatı bu formada məhv edilməklə, həmçinin himayəsində 3 qız övladı olan bir ailənin məhv olması ilə nəticələnir. Mübahisələndirdiyi əmrin məzmunundan və işin digər hallarından göründüyü kimi, o, təşkilata hər hansı maddi ziyan vurmamışdır. Hazırda da, təşkilata ödəməli olduğu hər hansı maddi ziyan yoxdur. Bu səbəblərdən də hesab edir ki, ona tətbiq edilən cəza işin hallarına uyğun gəlmir.
13. Məhk əmə iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə1 iddianı qəbul etməyərək, onun əsassız olduğundan təmin edilmədən saxlanılmasını xahiş etmiş və bildirmişdir ki, iddia tələbi tamamilə qanunsuz və əsassızdır. Belə ki, İddiaçı iddia ərizəsində bildirmişdir ki, o, poçtun dövriyyəsini artırmaq və nəticə olaraq Cəmiyyətə daha çox mənfəət vermək üçün vergi və s. ödənişlərini rəhbərlik etdiyi poçt vasitəsi ilə aparılması məqsədi ilə bir neçə sahibkarı cəlb etmişdir. İddiaçının mövqeyinə əsasən məhz həmin sahibkarların ödənişlərinin poçt vasitəsi ilə həyata keçirilməsi Cavabdeh MMC-yə təxminən 5000-6000 manat məbləğində mənfəət verilmişdir. İddiaçı qeyd edir ki, həmin sahibkarlar ödənişləri barədə ona bildirdikdə, iddiaçı onların ödənişlərini edir və sahibkarların ona verdikləri kartlar dakı vəsaitlərindən silirdi. Sonuncu ödəniş zamanı (may 2024-də) həmişəki kimi, poçt vasitəsi ilə onların 4860 manat məbləğində ödənişlər edildi, lakin iddiaçının deməsinə görə sahibkarların kartlarında problem olduğu üçün həmin vəsaiti kartdan silə bilməmiş və həmin kart problemlərini həll etmələri bir müddət çəkmişdir. Lakin məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, iddiaçının bu mövqeyi və öz özbaşına fəaliyyətini ört-bastır etmə cəhdləri tamamilə əsassızdır. İddiaçı qeyd edir ki, həmin şəxslər poçt filialı üçün vacib müştəri olduğundan, o həmin şəxslərdən dərhal pul ödəmələrini tələb edə bilməmiş və həmin şəxslərin kartlarda olan problemin tez bir zamanda aradan qalxacağı, bu səbəbdən gözləmək barədə xahişini qəbul etmişdir. Bu fakt özlüyündə İddiaçı işinə qarşı məsuliyyətsiz yanaşdığ ını, öz şəxsi əlaqələrini rəhbərlik etdiyi poçt filialının fəaliyyətindən daha üstün tutduğunun bariz göstəricisidir. Bu fakt onu göstərir ki, İddiaçı üçün poçt filialının kassasında əskikliyin olması, əlaqədə olduğu şəxslərlə münasibətinin pozulmamasından önəmli deyil. Bununla yanaşı İddiaçı iddia ərizəsində bildirmişdir ki, 4860 manat yaranmış fərq “əməkdaşlıq” etdiyi sahibkarların may ayında həyata keçirdiyi ödənişlə bağlı olmuşdur. Lakin, müvafiq nöqsanların aşkarlanması xx.xx.2024-cü il tarixində baş vermişdir. Yəni 2 aya yaxın müddət ərzində iddiaçının qeyd etdiyi və səbəbini açıqlamadığı “kart problemləri” öz həllini tapmamışdır. Lakin maraqlıdır ki, yoxlama baş tutduqdan və müvafiq nöqsanlar aşkarlandığı andan qısa müddət sonra 4860 manat pul məbləği kassaya bərpa edilmişdir. Belə görünür ki, müvafiq yoxlama baş tutmasaydı, iddiaçının “əməkdaşlıq” etdiyi şəxslər həmin pul vəsaitini göndərməyi bir qədər də uzadacaqdı və ya heç həyata keçirməyəcəkdi. Heç bir şəxsi və ya digər marağı olmadığını iddia edən İddiaçı isə bu vəziyyətdən narahat deyilmiş kimi görünürdü. Həmçinin 01 iyul 2024-cü ildə X6 aparılan qəfləti yoxlama zamanı məlum olmuşdur ki, PÖN üzrə 5862,70 manat çatışmazlıq vardır. Faktiki olaraq aşkar edilməyən zərflərin çatışmazlığının əsas səbəbi olaraq texniki xətanın baş verdiyi və bunun səbəbini sənədlərlə də sübut edildiyi qeyd edilir, lakin iddiaçının qeyd etdiyi 2019-2020-ci illərin üzləşmə aktları və qaimələr təqdim olunmadığından, sistem məlumatları arxivləşdirildiyindən, Kəlbəcər PF tərəfindən göstərilən xidmətlərin araşdırılması qeyrimümkündür. Yə ni iddiaçı bununla bağlı heç bir sübut təqdim edə bilmir və faktiki olaraq zərflərin çatışmazlığının həmin zərflərin işləndiyi və sistemdə qeyd edildiyi üçün baş verməsini sübut edə bilməmişdir. Eyni zamanda 01 iyul 2024-cü ildə X6 aparılan qəfləti yoxlama zamanı "xxxx" MMC-yə məxsus 690 manat məbləğində danışıq kartlarının olmaması aşkar edilmişdir. İddiaçı danışıq kartlarının olmama səbəbi kimi həmin kartları qonşu mağazaya satılması üçün verdiyini qeyd etmişdir. Məqsədinin maraq, oğurluq, mənimsəmə və ya başqa şəkildə ziyan vurmadığını iddia edən iddiaçı heç bir tabeçilik və subordinasiya qaydalarına riayət etmədən kifayət qədər önəmli hesab edilən (690 manat) məbləğdə danışıq kartını digər bir sahibkarlıq obyektinə satılması üçün təqdim etmişdir. Nəzərə alınsa ki, həmin danışıq kartlar ı iddiaçının rəhbərlik etdiyi poçt filialına satılması üçün təqdim olunmuşdur və müvafiq kartların daha tez satılması üçün həmin kartları digər sahibkarlıq obyektinə həvalə etmək kimi bir vəzifə filialın rəisinin üzərinə qoyulmamışdır, habelə filialın rəisinə belə bir hüquq və ya səlahiyyət verilməmişdir, İddiaçı heç bir rəsmi razılıq almadan belə bir addım atması maddi maraq gözləyib-gözləməməsindən asılı olaraq birbaşa olaraq əmək funksiyalarını pozmaq və əmək müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirməmək kimi qiymətləndirilməlidir. Qeyd edilənlərə əsasən İddiaçı əməlləri AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) işçinin əmək müqaviləsinin ləğv edilməsi üçün hüquqi əsa s yaratmışdır. Qeyd etmək lazımdır ki, Rabitə işçiləri X1 “Bakı-2" şöbəsinin xx.xx.2024-cü il tarixli iclasında xidməti fəaliyyətində nöqsana yol verməsinin müvafiq sənədlərlə təsdiq edildiyini və bununla bağlı aparılan araşdırmada prosedur qaydalarına əməl olunduğunu nəzərə alaraq, iclas iştirakçıları İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunmasına etiraz etməmişdir.
14. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim Mədinə Bağırova) 25 noyabr 2024-cü il tarixli, 2(009)-2107/2024 nömrəli qətnaməsi ilə iddia təmin olunaraq “Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyətinin 30 iyul 2024-cü il tarixli əmrinin ləğv edilməsi, İddiaçı "xxxx" MMC-nin X5 rəisi vəzifəsinə bərpa olunması və ona məcburi işburaxmaya görə əmək haqqı ödənilməsi, Cavabdeh MM C-dən mediasiya sessiyasına ödənilmiş 55 manat rüsum tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
15. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən bu Məcəllənin 72-ci maddəsində göstərilən kobud pozuntuların onun əməllərində mövcud olması arqumenti əsaslı hesab edilə bilməz, belə ki, iddiaçının belə pozuntulara yol vermiş olması və bu pozuntunun müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozaraq mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurması işin faktiki halları ilə təkzib olunur. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olunmuşdur ki, iddiaçı ya istinad olunan pozuntu onun qəsdi, səhlənkarlığı, yaxud etinasızlığı səbəbindən baş verməmiş, eləcə də, həmin pozuntu nəticəsində onun işlədiyi iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulduğu və ya işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə ciddi ziyan dəydiyi sübuta yetirilməmişdir. Məhkəmə iclasında sübutların tədqiqi ilə eləcə də müəyyən olundu ki, yoxlama zamanı müəyyən edilmiş nağd pul çatışmamazlığı iddiaçı tərəfindən tam bərpa edilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Məhkəmə icla sında sübutların tədqiqi ilə kifayət qədər müəyyən olundu ki, işlədiyi müddət ərzində iddiaçı əmək funksiyalarını yerinə yetirərkən səhlənkarlığa, etinasızlığa yol verməmiş və cavabdeh təşkilata qəsdən heç bir ziyan vurmamışdır. İşin sadalanan hallarından və yuxarıda qeyd olunan hüquq normalarından da göründüyü kimi işəgötürən Cavabdeh MMC-nin X5 (PF) rəisi İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən vəzifədən azad olunması açıq-aşkar qanunsuz və əsassız olmuşdur.
16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70, 71, 72, 300-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icr aat
17. Cavabdeh tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verilərək qətnamənin ləğv və iddianın rədd olunması xahiş edilmişdir.
18. Apellyasiya şikayətinin dəlillərinə görə, birinci instansiya məhkəməsi işin faktiki halları ilə əmək qanunvericiliyin tələbləri arasında əlaqəni qanunsuz və əsassız olaraq düzgün müəyyən etməmişdir. Belə ki, Əmək Məcəlləsinin 72-ci maddəsində əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar sadalanmış və işçinin əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi bu hallardan biri kimi göstərilmişdir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, iddiaçının əmək müqaviləsinə xitam verilməsinin səbəbi kimi göstərilən hər hans ı formada kobud səhvi, yaxud işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi şərtdir. Məhz sadalanan halların mövcudluğu, işçi tərəfindən yol verilən pozuntunun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi çərçivəsində qiymətləndirilməsinə və həmin Məcəllənin tələblərinə əməl olunması şərtilə onun əmək müqaviləsinə xitam verilməsinə yol aça bilər. Birinci instansiya məhkəməsi 25 noyabr 2024-cü il tarixli qətnaməsində göstərmişdir ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən bu Məcəllənin 72-ci maddəsində göstərilən kobud pozuntuların onun əməllərində mövcud olması arqumenti əsaslı hesab edilə bilməz, belə ki, iddiaçının belə pozuntulara yol vermiş olması və bu pozuntunun müvafiq iş yerində işin, is tehsalın, əmək və icra intizamının normal ahəngini pozaraq mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurması işin faktiki halları ilə təkzib olunur. Habelə məhkəmə birinci instansiya məhkəməsi müvafiq qətnaməsində bildirmişdir ki, iddiaçıya istinad olunan pozuntu onun qəsdi, səhlənkarlığı, yaxud etinasızlığı səbəbindən baş verməmiş, eləcə də, həmin pozuntu nəticəsində onun işlədiyi iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulduğu və ya işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə ciddi ziyan dəydiyi sübuta yetirilməmişdir. Məhkəmə iclasında sübutların tədqiqi ilə eləcə də müəyyən olun du ki, yoxlama zamanı müəyyən edilmiş nağd pul çatışmazlığı iddiaçı tərəfindən tam bərpa edilmişdir. Buna görə də birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək iddia tələbini əsaslı saymış və onun təmin edilməsi qənaətinə gəlmişdir. Lakin birinci instansiya məhkəməsi işin faktiki hallarını qiymətləndirərkən yalnızca maddi nəticəyə əsaslanmış, iddiaçı tərəfindən edilmiş qanunsuz hərəkətləri və bunun nəticəsində cəmiyyətdə işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozaraq mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan vurulmasını, iddiaçı tərəfindən onun üzərinə qanunvericiliklə təlimatlarına uyğun olaraq qoyulmuş əmək vəzifələrini kobud şəkildə pozmasını, öz vəzifə səlahiyyətl ərindən suiistifadə edərək rəhbəri olduğu poçt filialının kassasında olan əskikliyə etinasız yanaşmasını və işin faktiki halları ilə bağlı digər nüansları nəzərə almaqdan imtina etmişdir. Nəzərə çatdırmaq istəyir ki, maddi ziyanın olmaması və ya vurulmuş ziyanın sonradan bərpa edilməsi əmək vəzifələrinin kobud şəkildə pozulması faktını inkar etmir. İşin hallarına nəzər yetirdikdə aydın olur ki, İddiaçı Cəmiyyətin rəhbərliyinə heç bir məlumat vermədən öz kassasından bir neçə sahibkar üçün gömrük və digər maliyyə ödənişlərini həyata keçirirmiş, onların əvəzinə ödənişi kassasında olan pul vəsaitindən istifadə edərək etmiş daha sonra həmin sahibkarların iddiaçıya təqdim etdiyi bank kartlarından vəsaitləri məxaric edərək əskikliyi bərpa edirmiş. İddiaçı sonuncu dəfə may ayının ortalarında hər zamankı kimi sahibkarın adına ödəniş etmiş, lakin deməsinə görə guya onların bank kartında olan problemə görə pul vəsaitini yoxlama vaxtına qədər (xx.xx.2024-cü il) bərpa edə bilməmişdir. Göstərilən fakt sübut edir ki, İddiaçı rəhbərlik etdiyi poçt filialın kassasında 2 aya yaxın müddətdə çatışmazlıq mövcud olmuş, lakin o, bu barədə rəhbərliyə heç bir məlumat verməmiş, subordinasiya qaydalarına əməl etməmiş, habelə öz vəzifə təlimatının göstərişlərini pozaraq qanunsuz olaraq başqalarının adından pul köçürməsi həyata keçirmişdir. Habelə iddiaçı birinci instansiya məhkəməsinin baxış iclasında pul vəsaiti çatışmazlığının yoxlama həyata keçiriləndən çox qısa müddət ərzində bərpa edildiyini bildirmiş, pul vəsaiti çatışmazlığının sahibkarların bank kartında yaranmış problemlərlə əlaqələndirmiş, çatışmazlığın gec bərpa edilmə səbəbi kimi isə sahibkarların poçt filialı üçün son dərəcə əhəmiyyətli müştərilər olduğunu əsas gətirmiş, ona görə də onları tələsdirməmək üçün kassasında olan pul əskikliyinə “göz yummuşdur”. Bununla yanaşı İddiaçı yenə də tabeçilik qaydalarına zidd olaraq 690 manat məbləğində “Azercell” danışıq kartlarını satılması üçün digər obyektlərə icazəsiz olaraq təqdim etmişdir. Öz mülahizəsinə görə heç bir şəxsi, maddi və sair marağı olmadan sadəcə həmin danışıq kartlarının satılması üçün digər obyektlərə təqdim edən İddiaçı rəhbərlik tərəfindən göstəriş verilməməsinə baxmayaraq bu kimi özbaşına hərəkətləri birbaşa olaraq onun vəzifə təlimatlarını pozur və bu əməllərdə başqa maraqlarının olmasını istisna etmir. Bu fakt isə özlüyündə iddiaçının öz işinə qarşı sərişt əsiz yanaşmasının, şəxsi əlaqələrini öz işindən daha üstün tutduğunun göstəricisidir. Bu kimi hallar cəmiyyətdə işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozulması, cəmiyyətlə onun X5 arasında işgüzar və tabeçilik münasibətlərinin, habelə qarşılıqlı etimad prinsiplərinin pozulmasına gətirib çıxarmışdır. Bununla yanaşı qeyd etmək lazımdır ki, iddiaçı öz iddia ərizəsində indiyə qədər öz əmək vəzifələrini çox düzgün icra etdiyini, heç bir qüsur və ya xəta törətmədiyini, əksinə öz fəaliyyətinə görə təltifnamə aldığını bildirmişdir. Lakin birinci instansiya məhkəməsinə 2 töhmət, 1 sonuncu xəbərdarlıqla şiddətli töhmət və 1 kənarlaşdırma əmri təqdim edilmişdir. Göstərilən sənədlər İddiaçı öz işində heç də qüsursuz olmadığını, nöqsanlara yol verdiyini və bununla da, İddiaçı qeyri -səmimi və yalan mövqeyininin açıq şəkildə göstəricisidir. Həmçinin qeyd edilən faktlar İddiaçı digər ifadələrində də qeyrisəmimi olduğunu istisna etmir. Yekun olaraq, məhkəmə qanunvericiliyin müvafiq müddəasını məhdud olaraq tətbiq etmiş, sadəcə maddi ziyanın mövcud olmaması ilə kifayətlənmiş və işin bütün faktiki hallarını nəzərə almadan əsassız olaraq yekun qətnamə çıxarmışdır. Göründüyü kimi, işəgötürən tərəfindən İddiaçı əməlləri ilə onun barəsində tətbiq edilmiş intizam tənbeh tədbiri arasında səbəbli əlaqə müəyyən edilmiş, müvafiq əmrlə işçinin öz əmək vəzifələrini kobud şəkildə pozaraq Cəmiyyətdə işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qor unan mənafelərinə ziyan vurması faktı aşkar edilmişdir. Lakin məhkəmə işəgötürən tərəfindən AR Əmək Məcəlləsinin 70, 71-ci maddələrinin tələblərinə uyğun olaraq işçinin əmək müqaviləsinə xitam verilməsi qaydalarına əməl edilməsinə baxmayaraq sadəcə maddi ziyanın olmaması faktını əsas gətirmiş və digər hər hansı bir fakta istinad etməyərək qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Qeyd edilənlərə müvafiq olaraq aydın olur ki, “əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi” faktı işəgötürən tərəfindən aşkar edilmiş və nəticə etibarı ilə iddiaçının hərəkətləri ilə proposionar qaydada iddiaçı barədə tədbir görülmüşdür. Lakin məhkəmə tərəfindən işin faktiki halları məhdud qaydada dəyərləndirildiyi üçün yekun nəticədə Əmək Məcəlləsinin 72-ci maddəsinin qaydası pozularaq qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Beləliklə, Səbail Rayon Məhkəməsi yalnız iddiaçının şifahi mülahizələrinə əsaslanaraq mövqe bildirmiş, iddiaçının qeyri-səmimi, onun xeyrinə olan faktları şişirdərək özünü günahsız kimi göstərməsinə istinad etmiş, cavabdeh tərəfindən təqdim edilmiş sübutları qəbul etsə də, yekun qərar verərkən həmin sübutları nəzərə almadan prosessual pozuntuya yol vermişdir. Əsində və tabeli poçt şöbələrində qəfləti yoxlama aparılmışdır. Yoxlama zamanı nağd pul və digər qiymətlilər sistem üzrə üzləşdirilərkən bir neçə halda çatışmazlıq aşkarlanmış və sənədləşdirilmişdir. Müvafiq yoxlama zamanı baş xəzinədə 4860 manat nağd pul əskikliyi, PÖN üzrə 5892,70 manat d əyərində çatışmazlıq, MXŞ-də PÖN və markalı zərflər üzrə 1412,62 manat və Azercell danışıq kartları üzrə isə 690 manat dəyərində çatışmazlıq aşkar edilmişdir. Yaranmış çatışmazlıqlarla bağlı olaraq Kəlbəcər PF-nin rəisi İddiaçı baş xəzinədə olan nağd pul çatışmazlığını Gömrük Komitəsinə ödənişlər edildiyini və həmin məbləğin sahibkarlar tərəfindən ona verilmiş plastik kart hesabında olduğunu bildirmişdir. Nağd pul çatışmazlığı yoxlama zamanı İddiaçı tərəfindən tam bərpa edilmişdir. Həmçinin İddiaçı PÖN və markalı zərflər üzrə çatışmazlığın səbəbini 2019-2021-ci illərdə qaimə əsasında hüquqi şəxslərə verdiyini, lakin sistem üzrə məxaric edilmədiyini bildirmişdir. Lakin qeyd olunan illərin üzləşmə aktları və qaimələr təqdim olunmadığından, sistem məlumatları arxivləşdirildiyindən, Kəlbəcər P F tərəfindən göstərilən xidmətlərin araşdırılması mümkün olmamışdır. Azercell danışıq kartları üzrə yoxlama zamanı 690 manat məbləğ Ü.Fərmanzadə tərəfindən satış əməliyyatı edilmiş və əskiklik bərpa edilmişdir. Bununla yanaşı MXŞ-nin müdiri əvəzi Ü.Fərmanzadə MXŞ- də olan PÖN və markalı zərflər üzrə çatışmazlığı hüquqi şəxslərə təyinatı üzrə düzgün satış etmədiyini (yəni zərf satışı kimi) və sistem üzərindən düzgün işlənmədiyini (yəni markalayıcı həkki kimi) bildirmişdir. Kəlbəcər PF-nin rəisi İddiaçı hərəkətləri AR Əmək Məcəlləsinin 72-ci maddəsinin tələblərinə görə əmək vəzifələrinin kobud şəkildə pozulması halı kimi qiymətlənləndirildiyi üçün AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmasına hüquqi əsas yaratmışdır. İddiaçı yol verdiyi nöqsana görə barəsində görüləcək intizam tənbehinə rəy bildirilməsi ilə bağlı Cavabdeh MMC-nin Həmkarlar Komitəsinin iclasında baxılmış və Həmkarlar Komitəsinin qərarında İddiaçı AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmasına dair müvafiq rəy bildirilmişdir. 30 iyul 2024-cü il tarixli əmrlə İddiaçı Aslan oğlunun əmək müqaviləsi ləğv edilmişdir. Daha sonra Bəylərov X4” MMC-yə qarşı iddia ərizəsi ilə 24 sentyabr 2024-cü il tarixində Səbail Rayon Məhkəməsinə müraciət edərək, işdən çıxarılma əmrinin ləğv edilməsini, əvvəlki vəzifəsinə bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını və məcburi iş buraxma müddəti üçün hesablanmalı əmək haqqı məbləğinin ödənilməsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin faktiki və hüquqi əsasları işin faktiki h alları ilə kifayət qədər uyğunluq təşkil etməmiş, məhkəmə sübutları məhdud çərçivədə araşdıraraq yekun qətnamə qəbul etmişdir. Maddi ziyanın olmaması və ya vurulmuş ziyanın sonradan bərpa edilməsi əmək vəzifələrinin kobud şəkildə pozulması faktını inkar etmir.
19. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər – Fərrux Qasımov (sədrlik edən və məruzəçi), Günay Axundova və Xəyal Sarıyev) xx.xx.2025-ci il tarixli 2(103)-1429/2025008 nömrəli qətnaməsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 25 noyabr 2024-cü il tarixli, 2(009)- 2107/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 25 noyabr 2024-cü il tarixli, 2(009)- 2107/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin çıxarılması, İddiaçı Cavabdehn ə qarşı əmrin ləğvi, işə bərpa və ödənilməmiş əmək haqqının ödənilməsi barədə iddiasının rədd edilməsi qət edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən gəldiyi qənaəti onunla əsaslandırır ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən bu Məcəllənin 72-ci maddəsində göstərilən kobud pozuntuların onun əməllərində mövcud olması arqumenti əsaslı hesab edilə bilməz, belə ki, iddiaçının belə pozuntulara yol vermiş olması və bu pozuntunun müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozaraq mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurması işin faktiki halları ilə təkzib olunur, məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olunmuşdur ki, iddiaçıya istinad olunan pozuntu onun qəsdi, səhlənkarlığı, yaxud etinasızlığı səbəbindən baş verməmiş, eləcə də, həmin pozuntu nəticəsində onun işlədiyi iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulduğu və ya işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə ciddi ziyan dəydiyi sübuta yetirilməmişdir, işlədiyi müddət ərzində iddiaçı əmək funksiyalarını yerinə yetirərkən səhlənkarlığa, etinasızlığa yol verməmiş və cavabdeh təşkilata qəsdən heç bir ziyan vurmamışdır.
21. İşin hallarını apellyasiya şikayətinin dəlilləri baxımından araşdıran məhkəmə kollegiyası qeyd etmişdir ki, Cavabdeh MMC tərəfindən təsdiq olunmuş, iddiaçı tərəfindən 01 iyul 2019-cu il tarixdə tanış olması ilə bağlı qeyd yazılaraq imzalanmış “poçt filialının müdirinin vəzifə təlimatı”nın “vəzifə öhdəlikləri və onların təsnifatı” adlanan bölməsində aşağıdakılar qeyd olunmuşdur: - poçt filialında və tabeli poçt şöbələrində gündəlik aparılan bütün əməliyyatların mərkəzləşdirilmiş sistemə (proqrama) vaxtında işlənməsinə, gündəlik ictimai balans alınmasına nəzarət etmək: - poçt filialının tabeli poçt şöbələrinə gündəlik poçtun daşınmasına, mübadiləsinə, çatdırılmasına, nağd pulların inkassasiya olunmasına nəzarət etmək;
22. İşin hallarından görünür ki, əmrin verilməsi üçün əsaslar aşağıdakılardır: - 4860 manat nağd pul əskikliyi; PÖN üzrə 5892,70 manat qalıq olduğu halda, göstərilən qiymətlilər faktiki aşkar edilməmişdir; Müştəri xidmətləri şöbəsində PÖN və markalı zərflər üzrə 1412,62 manat çatışmamazlıq aşkar edilmişdir; “Azercell” danışıq kartları üzrə 690 manat dəyərində çatışmamazlıq aşkar edilmişdir. 23. 4860 manat nağd pul və “Azercell” danışıq kartları üzrə 690 manat dəyərində çatışmamazlığın mövcudluğu faktı iddiaçının özü tərəfindən də təsdiq olunur, lakin iddiaçı bu çatışmazlığın dərhal aradan qaldırılmasını və cavabdehə hər hansı bir zərər vurmadığını bildirir.
24. Məhkəmə kollegiyası qeyd etmişdir ki, zərərin aradan qaldırılması həmin zərərin mövcud vurulmaması kimi qiymətləndirilə bilməz. Qeyd olunan çatışmamazlıq iddiaçı tərəfindən vəzifə təlimatının tələbləri pozulmaqla törədilmiş hüquq pozuntusu nəticəsində baş vermişdir, yəni, nəticə ilə iddiaçının əməli arasında səbəbli əla qə mövcuddur və bu fakt iddiaçının özünün əsaslandırması ilə yanaşı mötəbərliliyi şübhə doğurmayan aktlar və arayışlarla təsdiqini tapır.
25. İş materiallarından görünür ki, iddiaçı barəsində əvvəllər də eyni xarakterli əməllərin törədilməsinə görə müxtəlif vaxtlarda töhmət, sonuncu xəbərdarlıqla şiddətli töhmət, vəzifədən kənarlaşdırma kimi ciddi intizam tədbirləri tətbiq olunmuşdur. Hətta 07 fevral 2020-ci il tarixli əmrə əsasən iddiaçının aşkar edilmiş çatışmazlığın aradan qaldırıldığı son tarixədək vəzifəsindən kənarlaşdırılması qərara alınmışdır.
26. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçının bu epizodlardla bağlı irəli sürdüyü arqumentlər (poçtun dövriyyəsini artırmaq və nəticə olaraq daha çox mənfəət vermək üçün vergi və s. ödənişlərini rəhbərlik etdiyi poçt vasitəsil ə aparılması məqsədilə sahibkarların cəlb olunması, bunun nəticəsində cavabdehin mənfəət əldə etməsi, danışıq kartlarının poçt şöbəsində satılmadığı, qaldığı üçün onların satılması məqsədilə qonşu mağazaya verməsi) bir daha onun əmək funsiyasını, təlimatın tələblərini pozduğunu təsdiq edir.
27. Zərərin vurulması faktı təsdiqini tapdığı, bu fakt ilə iddiaçının əməli arasında səbəbli əlaqə olduğu halda birinci instansiya məhkəməsi səhvən bu nəticəyə gəlmişdir ki, “iddiaçının belə pozuntulara yol vermiş olması və bu pozuntunun müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozaraq mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurması işin faktiki halları ilə təkzib olunur.
28. Əmrin verilməsi üçün digər 2 əsas - PÖN üzrə 5892,70 manat qalıq olduğu halda, göstərilən qiymətlilər faktiki aşkar edilməməsi və müştəri xidmətləri şöbəsində PÖN və markalı zərflər üzrə 1412,62 manat çatışmamazlığın aşkar edilməsi ilə bağlı iddiaçının gətirdiyi dəlillər ondan ibarətdir ki, zərflərin sistemdə qalıq kimi görünməsi texniki səhvdir, faktiki olaraq qeyd edilən məbləğdə zərflər poçt tərəfindən işlənmiş və əldə olunan vəsaitləri də ümumi qaydada (müəssisə-təşkilatlar tərəfindən köçürmə qaydasında) ödənilmişdir, sistemdə qalıq kimi görünməsi texniki haldır, 2021-2023-cü illər üzrə 1462 manatlıq zərflər qeyd edilən dövrlərdə işlənmiş və onların işlənməsindən əldə olunan vəsait Cavabdeha ödənilmişdir, lakin bu məlumat sistemdə görünmür.
29. Lakin qətnamənin 25 -ci bəndində qeyd olunduğu kimi poçt filialında və tabeli poçt şöbələrində gündəlik aparılan bütün əməliyyatların mərkəzləşdirilmiş sistemə (proqrama) vaxtında işlənməsinə, gündəlik ictimai balans alınmasına nəzarət etmək də iddiaçının vəzifəsidir, hətta bu arqument təsdiq olunsa belə, gəlinən nəticə iddiaçı tərəfindən vəzifə təlimatından irəli gələn vəzifələrin yerinə yetirilməməsidir.
30. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3-cü maddəsinin 5 və 9-cu hissələrinə, 10-cu maddəsinə, 43-cü maddəsinin 2-ci hissəsinə, 57ci maddəsinin 1-ci hissəsinə, 68-ci maddəsinin 1-ci hissəsinə 70-ci maddəsinin “ç” bəndinə, 71-ci maddəsinin 2 və 3-cü hissələrinə, 72-ci maddəsinə, 80-ci madəsinin 1 və 2ci hissələrinə, 186-cı maddəsini 1 və 2-ci hissələrinə, 187-ci maddəsinin 1 və 2-ci hissələrinə, 300-cü maddəsinin 1-ci hissəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
31. İddiaçı Bəylərov Nazı̇ m Aslan oğlu (Vəkil2) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-(103)-1429/2025 saylı qətnaməsini ləğv edərək iddia tələbinin təmin edilməsi barədə qərar verilməsini və ya işi yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərməyi xahiş etmişdir.
32. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işəgötürən öz əmrində onun “əməlini” Əmək Məcəlləsinin 72-ci maddəsinə əsasən əmək vəzifələrinin kobud şəkildə pozulması kimi qiymətləndirib. Əmək Məcəlləsinin 72-ci maddəsinin müvafiq bəndlərinə nəzər yetirsək görərik ki, həmin bəndl ərdə onun pozuntusuna aid heç bir uyğunluq yoxdur. Ehtimal olunan ondan ibarətdir ki. işəgötürən ona maddi ziyan vurduğunu iddia edə bilər, lakin bu hal da yoxdur. İşəgötürənə hər hansı maddi ziyan vurmamışdır. Mübahisələndirilən əmrdə də, bu barədə heç bir qeyd yoxdur. 72-ci maddənin digər əsaslarına gəldikdə isə (a bəndi- işə gəlməmə, b bəndi sərxoşluq halı, ç bəndi xəsarət yetirmə və s..) onların da onunla heç bir əlaqəsi yoxdur.
33. Sual olunur, barəsində aşkar olunan faktlar əsasında 71.2-ci maddədə qeyd edilən hallardan hansı baş verib? a) müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulubmu? – Cavabdeh bunu sübut edən hansı fakta əsaslanır? b) mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla q orunan mənafelərinə hər hansı formada ziyan dəyibmi? - Cavabdeh bunu sübut edən hansı fakta əsaslanır? Aşkar olunan faktlar ziyanın dəydiyini təsdiq edirmi? Xeyir, çünki cavabdehin əmrində ziyan vurulması ilə bağlı qeyd yoxdur. Eyni zamanda bunu Səbail Rayon Məhkəməsində verdikləri izahatlarda da, təsdiq ediblər ki, işəgötürənə ziyan dəyməyib.Təbii ki, işin hallarından da göründüyü kimi aşkarlanan faktlar yuxarıda qeyd edilən hallardan hər hansı birinin əmələ gəlməsinə səbəb olmayıb. Əmək Məcəlləsinin 70-ci, 71.2-ci və 72-ci maddələrinin qarşılıqlı analizindən və məhkəmə təcrübəsindən onu demək olar ki, işçi o halda 70-ci maddənin “ç” bəndi ilə işdən azad oluna bilər ki, onun əməllərində 72-ci maddənin hər hansı bir bəndində qeyd edilənlər mövcud olmaqla 71.2-ci bəndində qeyd edilən nəticə lər baş vermiş olsun. Hazırki mübahisədə isə belə hallar mövcud deyil.
34. Qətnamənin 32 və 33 -cü bəndlərində məhkəmə qeyd edir ki, əmrin verilməsi üçün digər 2 əsas – PÖN üzrə 5892,70 manat qalıq olduğu halda göstərilən qiymətlilərin faktiki aşkar edilməməsi və müştəri xidmətləri şöbəsində PÖN vəmarkalı zərflər üzrə 1412, 62 manat çatışmamazlığın aşkar edilməsi ilə bağlı iddiaçının texniki səhv kimi gətirdiyi dəlillər əslində iddiaçının vəzifə borcunun icra edilməməsi ilə bağlıdır. Məhkəmənin qeyd edilən fikrinə münasibətdə qeyd etmək istərdi ki, hesab etsək ki, iddiaçının vəzifə öhdəliyini lazımi qaydada icra etməməsi səbəbindən bu texniki səhv formalaşıb, yenə də bu texniki məqamı sənədləri üzləşdirməklə aradan qaldırmaq mümkündür. Texniki məqamın arxasında duran əsas məsələ - qeyd e dilən məbləğdə zərflərlərin istifadə edilib əldə olunan vəsaitin ortada olmaması ilə bağlıdırsa, bu faktı elektron sistemlə müəyyən etmək mümkün olmasa da, sənədlər müəyyən etmək olur ki, zərflər təyinatına uyğun istifadə edilib, əldə olunan vəsait isə cəmiyyətin hesabına mədaxil edilib. Bu zərflər 2019- 2021-ci illər ərzində Kəlbəcər rayon DYP idarəsi və Kəlbəcər rayon icra hakimiyyəti tərəfindən sifariş olunmuş, işlənmiş və köçürmələri də edilmişdir. (müvafiq fakturalar iş materiallarında mövcuddur) Yəni, bu fakta münasibıtdə də, hər hansı pul itkisi-ziyan yoxdur, görünən pozuntu bunların elektron sistemə işlənibişlənməməsidir ki, bu da öz təqsdiqini tapacağı halda bu pozuntunun cəzası intizam tənbehi olaraq əmək müqaviləsinə 70”ç” bəndi ilə xitam verilməsi deyil. Hər birində 60 ədəd olm aqla 115 reyestr tərtib edilmiş və xidmət üzrə göndərişlər çatdırılmışdır. Bu zərflərin Azərpoçtun sistemində qalıq kimi görsənməsi texniki haldır. Bu halda yenə də şəxsi bir marağı, məsuliyyətsizliyi və s. kimi təqsirli hərəkətləri yoxdur. Əsas odur ki, qeyd edilən texniki faktın sənədlərlə elə olmadığı öz təsdiqini tapır və çatışmamazlıq kimi qeyd edilən bu halın sənəd-sübutlarla öz təsdiqini tapmadığı halda onun günahlandırılmağı əsassızdır. Texnikada hər bir səhvlik ola bilər. Lakin bunu digər yanakı hallarla müəyyən etməyə inkan varsa, faktiki hal araşdırılmalıdır. Primitiv olaraq texnikaya əsaslanmaqla yekun nəticəyə gəlmək əsassızıdr. Təsdiqedici sənədləri yoxlama zamanı təqdim etmişdir. Lakin cavabdeh həmin dövrün məlumatlarının arxivlə yoxlanılmasını mümkün olmadığını əsas gətirə rək, həmin sənədlərin üzləşdirilməsini, müəyyən edilməsini araşdırmadılar. Primitiv olaraq texnikanın məlumatlarına əsaslandılar. Eyni zamanda, bu hal 2020-ci ildə Azərpoçt MMC tərəfindən rəhbərlik etdiyi poçt şöbəsində yoxlama aparılarkən pozuntu kimi qeyd edilməmişdir. 2020-ci ildə Audit yoxlamasının keçirildiyini, hazırda qeyd edilən bu faktların 2020-ci ilədək dövrü əhatə etdiyini, 2020-ci il Audit yoxlamasında bu texniki halın pozuntu hesab edilmədiyini nəzərə alaraq, qanunvericiliyin qeyd edilən normasının tələbindən də göründüyü kimi, işəgötürən bu faktı sonradan 2024-cü ildə pozuntu hesab etsə belə, müddətin keçməsi ilə bağlı ümumiyyətlə intizam tənbehi tətbiq edə bilməzdi.
35. Cavabdeh onunla əmək müqaviləsini 70-ci maddənin “ç” bəndi ilə ləğv etməklə eyni zamanda Əmək Məcəlləsin in 186-cı maddəsinin 3-cü bəndinin tələblərini də pozub. Həmin bəndə əsasən intizam tənbehi tətbiq edilərkən şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini nəzərə almayıb.
36. Məhkəmə iddiaçıya intizam tənbehi olaraq Əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsini əsaslı hesab etdiyi hallardan biri də ondan ibarətdir ki, iddiaçı tərəfindən əvvəllər də eyni xarakterli əməllərin törədilməsinə görə müxtəlif vaxtlarda töhmət və s.. intizam tədbirləri tətbiq edilmişdir. (Qətnamənin 29-cu bəndi) Qeyd edilən məsələyə münasibətdə bildirirlər ki, AR Əmək Məcəlləsinin 72-ci maddəsinin ə) bəndinə əsasən törədilən xəta o halda kobud pozuntu hesab edilərək 70 “ç” bəndində nəzərdə tutulan intizam tənbehi tətbiq edilə bilər ki, əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozmuş olsun. Lakin məhkəmənin istinad etdiyi intizam tənbehi 2011 və 2020-ci illərdə tətbiq edilmişdir. Eyni zamanda Əmək Məcəlləsinin 190.1-ci maddəsinə əsasən intizam tənbehi verildiyi gündən 6 ay müddətində qüvvədə qalır. Qeyd edilən intizam tənbehlərinin verilməsinin üzərindən isə müvafiq olaraq 4 və 13 il keçmişdir.
37. Nəticəsi özündə real zərəri ifadə edən və ümumiyyətlə aradan qaldırılmayan hər hansı intizam pozuntusu (cəmiyyətə məxsus vəsaitin israf edilməsi, əmlakına real ziyan vurulması və s..) ilə iddiaçı tərəfindən törədilmiş vəzifə öhdəliklərinin pozulması (hər hansı faktiki zərər olmadan) arasında bunlara tətbiq ediləcək intizam tənbehinin növünün seçilməsində hər hansı fərq olmamalıdır? Yəni, real zərəri vurmaqla onu aradan qaldırmayan şəxsə də 70 “ç” bəndi tətbiq edilsin, zərər olmadan sadəcə vəzifə öhdəliklərini pozan şəxsə də 70 “ç” bəndinin tətbiq edilməsi əmək qanunvericiliyinin tələblərinə və ümumiyyətlə ədalət prinsipinə ziddir.
38. Kassasiya şikayəti əsaslandırılarkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə, 71-ci maddəsinin 2-ci hissəsinə, 72-ci maddəsinə, 186-cı maddəsinin 3-cü hissəsinə, 187-ci maddəsinin 3-cü hissəsinə, Azərbaycan Respublikasının MPM-in 77.1, 88-ci maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
39. Cavabdeh (nümayəndə və Vəkil3) kassasiya şikayətinə qarşı etiraz verərək İddiaçı və onun vəkilinin kassasiya şikayətinin təmin edilməməsi ni və iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-(103)-1429/2025 saylı qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
40. Maddə 3.
5. Əmək müqaviləsi (kontraktı) (bundan sonra – əmək müqaviləsi) – işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə.
41. Maddə 3.
9. Əmək funksiyası — əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusu.
42. Maddə 10.
43. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: 44. a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funk siyasını vicdanla yerinə yetirmək; 45. b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək;
46. Maddə 43. 47.
2. Əmək müqaviləsində mütləq aşağıdakı əsas şərtlər və məlumatlar göstərilməlidir: e) işçinin əmək funksiyası; f) tərəflərin əmək müqaviləsi üzrə qarşılıqlı öhdəlikləri;
48. Maddə 57.
1. İşəgötürən işçinin əmək funksiyasının — əmək müqaviləsində nəzərdə tutulan, bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir.
49. Maddə 68.
1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
50. Maddə
70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) işçi özünün əmək funksiyasını və y a əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda;
51. Maddə 71.
2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin lə ğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
52. Maddə
72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması;[136] c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak o lması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi.
53. Maddə 80.
1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.
54. Maddə 186.
1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.
2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.
55. Maddə 187.
1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb e dir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.
2. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir.
56. Maddə 300.
1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçü n əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
57. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
58. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
59. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcada n müəyyən edilmiş qüvvəsi yoxdur.
60. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
61. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
62. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
63. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
64. Maddə 416.2. Apellyasiya insta nsiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
65. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
66. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
67. Qanunun tələbinə görə, k assasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
68. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
69. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahis əli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
70. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və kasasiya şikayətində göstərilən hallara prosessual hüquq normalarının tələbinə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
71. Be lə ki, apellyasiya məhkəməsi qeyd etmişdir ki, zərərin aradan qaldırılması həmin zərərin mövcud vurulmaması kimi qiymətləndirilə bilməz. Qeyd olunan çatışmamazlıq iddiaçı tərəfindən vəzifə təlimatının tələbləri pozulmaqla törədilmiş hüquq pozuntusu nəticəsində baş vermişdir, yəni, nəticə ilə iddiaçının əməli arasında səbəbli əlaqə mövcuddur və bu fakt iddiaçının özünün əsaslandırması ilə yanaşı mötəbərliliyi şübhə doğurmayan aktlar və arayışlarla təsdiqini tapır.
72. İddiaçının bu epizodlardla bağlı irəli sürdüyü arqumentlər (poçtun dövriyyəsini artırmaq və nəticə olaraq daha çox mənfəət vermək üçün vergi və s. ödənişlərini rəhbərlik etdiyi poçt vasitəsilə aparılması məqsədilə sahibkarların cəlb olunması, bunun nəticəsində cavabdehin mənfəət əldə etməsi, danışıq kartlarının poçt şöbəsində satılmadığı, qaldığı üçün onların satılması məqsədilə qonşu mağazaya verməsi) bir daha onun əmək funsiyasını, təlimatın tələblərini pozduğunu təsdiq edir.
73. Əmrin verilməsi üçün digər 2 əsas - PÖN üzrə 5892,70 manat qalıq olduğu halda, göstərilən qiymətlilər faktiki aşkar edilməməsi və müştəri xidmətləri şöbəsində PÖN və markalı zərflər üzrə 1412,62 manat çatışmamazlığın aşkar edilməsi ilə bağlı iddiaçının gətirdiyi dəlillər ondan ibarətdir ki, zərflərin sistemdə qalıq kimi görünməsi texniki səhvdir, faktiki olaraq qeyd edilən məbləğdə zərflər poçt tərəfindən işlənmiş və əldə olunan vəsaitləri də ümumi qaydada (müəssisə-təşkilatlar tərəfindən köçürmə qaydasında) ödənilmişdir, sistemdə qalıq kimi görünməsi texniki haldır, 2021-2023-cü illər üzrə 1462 manatlıq zərflər qeyd edilən dövrlərdə işlənmiş və onların işlənməsindən əldə olunan vəsait Cavabdeha ödənilmişdir, lakin bu məlumat sistemdə görünmür.
74. Lakin poçt filialında və tabeli poçt şöbələrində gündəlik aparılan bütün əməliyyatların mərkəzləşdirilmiş sistemə (proqrama) vaxtında işlənməsinə, gündəlik ictimai balans alınmasına nəzarət etmək də iddiaçının vəzifəsidir, hətta bu arqument təsdiq olunsa belə, gəlinən nəticə iddiaçı tərəfindən vəzifə təlimatından irəli gələn vəzifələrin yerinə yetirilməməsidir.
75. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv ed ilməsi üçün əsas təşkil etmir.
76. Ona görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
77. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 8 aprel 2025-ci il tarixli 2(103)1429/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.