Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2094/2024 31.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 qarşı ("xxxx" ASC, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, X5 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) iş üzrə QƏRARİ (Açar sözlər: müqavilə azadlığı, kreditorun tələblərinin zaminə keçməsi şərtləri, əşya hüququnun məhdudlaşdırılması) Kateqoriya: Mənzil-tikinti koopertivlərinin fəaliyyətindən irəli gələn mübahisələr Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh1 qarşı ("xxxx" ASC, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və X5 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) mənzilin boşaldılması, payçı müqaviləsinin, mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun ləğvi tələbinə dair mülki iş üzrə BakıApellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-584/2024 nömrəli, 31 yanvar 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı MTK ilə payçı Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, ********* saylı "xxxx"nə əsasən İddiaçı MTK Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsində tikilməkdə olan 1-ci bina, 1-ci blok, 6-cı mərtəbədə yerləşən, 2 otaqlı 86 №-li mənzili tikib payçı Cavabdeh1 mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Payçı bu müqaviləyə əsasən pay qismində çıxış edən Səbail rayonu, Bibiheybət qəsəbəsində tikilməkdə olan 1-ci bina, 1-ci blok, 6-cı mərtəbədə yerləşən, 2 otaqlı 86 №-li mənzili qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada mənzil üzrə tələb olunan bütün ödənişləri MTK-ya ödənilməsini və həmçinin yaşayış kompleksində xidmət göstərəcək şirkətə kommunal ödəniş etməyi öhdəsinə götürmüşdür. Mənzilin dəyəri 83.664 manat müəyyən olunmuşdur. Həmin müqavilənin 4.2.7-ci bəndində razılaşdırılan şərtə əsasən, payçı tərəfindən bu müqavilənin şərtləri pozulduqda və ya "xxxx" ASC arasında imzalanmış mənzilin alışını nə zərdə tutan kredit müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirmədikdə və yaxud lazımınca yerinə yetirmədikdə, bankın rəsmi bildirişi əsasında MTK birtərəfli olaraq bu müqaviləni ləğv edib payın sahibi ola bilər. Bu halda MTK "xxxx" ASC və payçı arasında imzalanmış zaminlik müqaviləsindən irəli gələn payçının öhdəliklərini yerinə yetirməlidir. 2. “Kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəli”nə əsasən "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli 103-xx-xx-2016-MR-BY saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 240 ay müddətinə, illik 8%-lə 83.664 manat kredit verilmişdir.
3. Kreditor "xxxx" ASC, borclu Cavabdeh1 və zamin qismində İddiaçı MTK arasında bağlanmış xx.xx.2016-cı il tarixli 103-xx-xx-2016-MR-BY saylı zaminlik müqaviləsinə əsasən, za min İddiaçı MTK bankla Cavabdeh1 arasında bağlanılmış xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən 83664 manat məbləğində 240 ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı və bu borcun özünün malik olduğu pul vəsaitləri, daşınar və daşınmaz əmlakı, banklardakı vəsaitləri, qiymətli kağızları və s. hesabına ödənilməsini öhdəsinə götürmüşdür.
4. Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu,16 B saylı binanın, giriş 2, ümumi sahəsi 48,9 kv.m. olan 2 otaqdan ibarət 86 nömrəli mənzil 19 iyul 2018-ci ildə tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydə alınmışdır.
5. İpoteka saxlayan "xxxx" ASC ilə ipotekaqoyan Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu ünvanında yerləşən 16B nömrəli binanın 2-ci girişində ümumi 48,9 kv.m. sahədən ibarət 86 nömrəli 2 otaqlı mənzili xx.xx.2016-cı il tarixli 103-xx-xx-2016-MR-BY saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir. 6. "xxxx" ASC Cavabdeh1 və İddiaçı MTK-ya 20 fevral 2019-cu il tarixli bildiriş ünvanlayaraq bildirmişdir ki, 5 iş günü müddətində banka olan ödəniş cədvəli üzrə 2395 manat məbləğində borcu ödəməzsə, bankın borcu tələb etməklə1xx-xx-052016-MR-BY nömrəli xx.xx.2016-cı il tarixli zaminlik müqaviləsinə əsasən X4 zamini "xxxx"MTK-ya müraciət edəcək, o isə öz növ bəsində alqı-satqı müqaviləsinin 4.2.7-ci bəndinə əsasən kreditin təminatı kimi çıxış edən Cavabdeh1 məxsus olan Bakı şəhəri Səbayıl rayonu, Salyan yolu, ev 16B, giriş 2, mənzil 86, 48,9 kv.m, 2 otaq mənzili öz sahibliyinə keçirərək ABB qarşısında borcu bağlamaq hüququna malikdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı MTK Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu, ev 16B, giriş 2, mənzil 86, ümumi sahəsi 48,9 kv.m. olan 2 otaqlı mənzilin boşaldılması, xx.xx.2016-cı il tarixli payçı müqaviləsinin və Azərbaycan Respublikası Dövlət Əmlak Məsələləri Komitəsi yanında DƏDRX tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş dövlət reyestrindən çıxarışın və texniki pasportun ləğv edilməs i barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə iddia tələbini onunla əsaslandırılmışdır ki, kredit müqaviləsinin 7.3-cü bəndinə əsasən Cavabdeh1 aldığı kredit vəsaitini 240 ay ərzində bərabər hissələrlə kredit üzrə faizləri hər ayın 12-si tarixindən gec olmayaraq ödəməli idi. Cavabdeh1 kredit vəsaitindən istifadə etmiş, lakin yuxarıda qeyd olunan kredit müqaviləsinə əsasən tərtib edilmiş ödəniş cədvəli üzrə gecikdirilmiş borc 2395 manat təşkil etmiş və bununla da o, müqavilə şərtlərini və Mülki Məcəllənin bir sıra maddələrini kobud şəkildə pozmuşdur. İddiaçı MTK Cavabdeh1 dəfələrlə kreditin ödənilməsi barədə xəbərdarlıq etməsinə baxmayaraq, cavabdeh borcu ödəmək qabiliyyətində olmadığını bildirmişdir. Həmçinin bank tərə findən cavabdehə dəfələrlə rəsmi bildiriş göndərilmişdir. Bütün bunlara baxmayaraq, cavabdeh könüllü şəkildə mənzili boşaltmaqla təhvil verilməkdən imtina etmişdir. Bununla da cavabdeh müqavilə üzrə olan öhdəlik tələblərini yerinə yetirməmişdir. Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu, ev 16B, 86 saylı mənzildə yaşamasa da, bəzi şəxsi əşyalarını həmin mənzilə yerləşdirmişdir. Məhz bu səbəbdən də mənzil boşaldılmalıdır.
9. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(009)-1303/2019 saylı, 18 iyun 2019-cu il tarixli qətnaməsi ilə hakim Şahin Abdullayev) iddia təmin edilmişdir.
10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı ilə cavabdeh arasında bağlanılmış xx.xx.2016-cı il tarixli payçı müqaviləsinə əsasən MTK pay qismində çıxı ş edən Səbail rayonu, Bibiheybət qəsəbəsində tikilməkdə olan 1-ci bina, 1-ci blok, 6-cı mərtəbədə yerləşən, 2 otaqlı, 86 saylı mənzili tikib payçı Cavabdeh1 mülkiyyətinə verməyi, Cavabdeh1 isə müqavilədə göstərilən müddətdə və qaydada mənzil üzrə tələb olunan bütün ödənişləri MTK-ya ödənilməsini öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış müqavilənin 2.4-cü bəndinə, həmçinin xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsinin 2-ci bəndinə əsasən həmin mənzilin qiyməti - 83664 manat "Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən ödənilir, alınan mənzil üçtərəfli ipoteka müqaviləsinə əsasən yüklü edilmiş və Cavabdeh1 kredit vəsaitinin hesabına alınan mənzilin dəyərini 240 ay müddətində, illik faiz dərəcəsi 8% olmaqla tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4.2.7ci maddəsinə əsas ən Cavabdeh1 müqavilənin şərtlərini pozduqda və kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirmədikdə, MTK bankla və payçı arasında imzalanmış zaminlik müqaviləsinə əsasən payçının öhdəliklərini yerinə yetirməlidir. Cavabdeh1 payçı və ipoteka müqavilələrinə əsasən üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş və bu səbəbdən MTK bankdan rəsmi bildirişi aldıqdan sonra Cavabdeh1 bank qarşısında olan öhdəliklərini zamin kimi tam icra etmişdir. Bu səbəbdən iddiaçı bank qarşısında öhdəlikləri icra etmiş şəxs kimi cavabdehə satılmış mənzilin boşaldılması, həmin mənzilə dair iddiaçının adına verilmiş çıxarışın və texniki pasportun ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Mübahisəli mənzil daşınmaz əmlakın dövlət reyestrində cavabdehin adına qeydiyyatdan keçsə də, həmin hüquqlar ipotek a müqaviləsi ilə yüklü edilmiş və iddiaçının müqavilənin şərtlərinə əsasən həmin mənzilə dair sərəncam hüquqları yalnız müqavilə üzrə öhdəliklər tam yerinə yetirildikdən sonra yaranması nəzərdə tutulmuşdur. Lakin cavabdeh bu öhdəliklərini yerinə yetirmədiyindən, əksinə həmin öhdəliklər müqavilənin şərtlərinə əsasən iddiaçı tərəfindən yerinə yetirildiyindən, iddiaçı bağlanmış müqavilələrin tərəfi kimi hazırkı tələblə çıxış etməkdə subyektiv hüququ var.
11. Məhkəmə qeyd etmişdir ki, cavabdeh xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən, yəni mənzil üzrə pay haqqını ödəmədiyindən, onun həmin mənzilə mülkiyyət hüquqları yaranmamışdır. Digər tərəfdən cavabdeh mənzilin dəyərini tam ödəmədiyindən, MTK üzvləri tərəfindən mənzilin ona verilməsi i lə bağlı hər hansı qərar da qəbul edilməmişdir. Bu halda ona payının dəyəri ödənilməli və ya payına uyğun əmlak verilməli, habelə kooperativin nizamnaməsində nəzərdə tutulan digər ödənişlər verilməlidir. Kooperativin çıxan üzvünə payın dəyərinin ödənilməsi və ya başqa əmlakın verilməsi, əgər kooperativin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, maliyyə ili qurtardıqdan və kooperativin mühasibat balansı təsdiq edildikdən sonra həyata keçirilir.
12. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı zaminlik müqaviləsinin şərtlərinə əsasən cavabdehin əvəzinə sonuncunun bank qarşısında olan öhdəlikləri tam yerinə yetirdiyindən, həmçinin Cavabdeh1 payçı kimi üzərinə düşən öhdəlikləri, yəni mənzilin dəyərini hissə-hissə ödənilməsi ilə bağlı öhdəlikləri icra etmədiyindən, onun həmin mənzilə hər h ansı hüquqları yarana bilməz və bu səbəbdən mübahisəli mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquqlara xitam verilməlidir.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 112.1, 139-1.1.6, 149.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
14. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən Mülki Məcəllənin 423.1.ci maddəsinin tələbi pozulmuşdur. Halbuki məhkəmə həmin maddəni tətbiq etməklə iddianı rədd etməli idi. İş materiallarında iddiaçının müqavilənin ləğv edilməsi ilə bağlı hər hansı bir təklifin olmasına dair sübutun olmadığı görünür. Məhkəmənin qətnaməsi ilə cavabdeh mülkiyyəti olan mənzildən heç bir əsas olmadan məhrum edilmişdir, onun adına verilmiş çıxarışın ləğv edilməsi cavabdehin mülkiyyət hüququna birbaşa qəsddir. Birinci instansiya məhkəməsi tərəfindən sübutlara obyektiv, tam və hərtərəfli qiymət verilməmişdir. Baxmayaraq ki, iddiaçı bankla cavabdeh arasında bağlanmış ipoteka müqaviləsinin icra edilməməsinə istinad etmişdir, amma cavabdehlə öz arasında olan müqavilənin ləğvini tələb etmişdir.
16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3141/2023 nömrəli, 15 may 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Elşən Kazımov (sədrlik edən və məruzəçi) Namiq Cəfərov və İkram Şirinov) Cavabdeh1 apellyasiya şikayəti təmin edilmiş, birinci in stansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia tələbinin rədd olunması qət edilmişdir.
17. Məhkəmə kollegiyası gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı cavabdehin bankla bağladığı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə mübahisə predmeti olmuş mənzilə dair eyni tarixli payçı müqaviləsinin ləğvini və ondan törəyən digər tələbləri irəli sürmüşdür. Tərəflər arasında hazırkı mübahisənin yaranmasının səbəbi də cavabdehin bankla bağladığı 11 may 2016-cı il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsidir. Belə ki, iddiaçı cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyini əsas gətirib, eyni tarixli zaminlik müqaviləsinə əsasən cavabdehin 240 ay müddətinə ödəməli olduğu kredit borcunu bir dəfəyə ödəmiş, bununla da cavabdeh in bank qarşısında olan öhdəliyi tam icra edilmişdir. Bu işin mübahisəsiz halıdır. Bu halı iddiaçı və bank mübahisələndirməmişdir. Deməli, iddiaçı cavabdehin bank qarşısında olan, kredit müqaviləsindən irəli gələn öhdəliyini yalnız zamin olduğu üçün icra etmişdir. Ona görə də iddiaçıya öhdəliyi icra etmiş zamin kimi kreditorun (bankın) həmin öhdəlik üzrə hüquqları və kreditora girov (ipoteka) kimi mənsub olmuş hüquqları zaminin kreditorun tələbini ödədiyi həcmdə keçə bilər, həmçinin kreditora ödədiyi məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər.
18. Məhkəmə qeyd etmişdir ki, iddiaçı zamin kimi cavabdehdən kreditora ödədiyi məbləği tələb etmək əvəzinə, fərqli bir iddia ilə məhkəməyə müraciət etmişdir. Bu cür iddia qaldırılması üçün gərək faktiki hallar hansısa maddi hüquq normalarının dispozisiya şərtlərinə uyğun olsun. İddiaçı mübahisəli mənzilə dair bankın girov (ipoteka) saxlayan kimi hüquqlarının da ona keçdiyini düşünərək bu cür iddia irəli sürsə də, payçı, kredit və zaminlik müqavilələri bağlanan tarixlərdə həmin mənzil ipoteka predmeti olmamış və ona dair ipoteka müqaviləsi yalnız 31 iyul 2018-ci ildə bağlanmışdır. Mənzilə dair ipoteka müqaviləsinin daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması işdən görünməsə də ipoteka müqaviləsinin 5.1-ci bəndində də ipoteka predmetinə tutmanın qüvvədə olan qanunvericiliyə uyğun yönəldilməsi nəzərdə tutulmuşdur. Demək, iddiaçıya bankın ipoteka saxlayan kimi hüquqları keçmiş olsaydı belə, yenə də cavabdehə qarşı iddia tələbi hazırki forma da olmamalı idi. Kredit müqaviləsinin 13.9-cu bəndində göstərilən, yəni borcalan tərəfindən müqavilənin 7.3-cü bəndində nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 ay müddətində aparılmadıqda... borcverən borcalandan kredit müqaviləsi üzrə təminat kimi çıxış edən xx.xx.2016-cı il tarixli iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilənin predmeti olmuş mənzilinin boşaldılmasını tələb edir, borcalan isə qeyd-şərtsiz olaraq həmin sahəni boşaldır şərti isə əhəmiyyətsiz hesab edilir. Çünki, həmin vaxt mənzil mülkiyyət hüququ üzrə cavabdehin adına qeydə alınmasa və ipoteka predmeti olmasa da qeyd olunan formada razılaşma şərti etibarsızdır. Bu cür şərt cavabdehin mənzil üzərində olan sahiblik və istifadə hüquqlarını, mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə mülkiyyət h üququnu açıq-aşkar pozan razılaşma hesab olunur. Ona görə də bu etibarsız şərt bank üçün hansısa hüquq yaratmadığından iddiaçıya da o şərtə əsaslanaraq hazırkı iddianı irəli sürməyə əsas vermirdi.
19. Məhkəmə kollegiyasının qənaətinə görə, iddiaçı cavabdehə qarşı hazırki iddianı mübahisəli mənzilin alınmasına dair xx.xx.2016-cı il tarixli müqavilənin 4.2.7-ci bəndinin şərtlərinə əsasən əsaslandırmağa cəhd etsə də, bu hal da iddianın əsaslı olduğuna dəlalət etmir. Çünki, Mülki Məcəllənin 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Cavabdeh də iddiaçı ilə mübahisəli mənzilin alınmasına dair bağladığı müqavilə üzrə öhdəliklərini tam icra etmişdir. Başqa sözlə iddiaçı mənzilə görə ödənilməli olan vəsaitin ödənilmədiyini mübahisələ ndirmir. Əksinə özünün verdiyi maliyyə arayışına əsasən, cavabdeh xx.xx.2019-cu il tarixə kimi banka 20786,31 manat ödəmiş, bunun 4023,84 manat əsas, 16762,47 manat isə faiz olaraq təyin edilmiş, xx.xx.2019-cu il tarixinə kimi kreditin əsas məbləği 79640,16 manat, ödənilməyən faiz borcu 3421,54 manat təşkil etmiş, zaminlik müqaviləsinə əsasən Cavabdeh1 83 061,17 manat kredit borcu zamin MTK tərəfindən ödənilmişdir. Deməli, iddiaçı xx.xx.2019-cu ilə kimi cavabdehin kredit müqaviləsi üzrə ödənişlərini həyata keçirdiyini təsdiq etməklə, mənzilin dəyərinin bank tərəfindən tam ödənildiyini də təsdiq edir. Demək, cavabdehin qeyd olunan müqavilə üzrə iddiaçı qarşısında heç bir öhdəliyi qalmamışdır. Eyni zamanda öhdəlik icra olunduğu üçün müqavilə də artıq hüquqi qüvvəsini itirmişdir. Bu cür vəziy yətdə iddiaçının qüvvədə olmayan, daha doğrusu icra olunmuş müqavilədən birtərəfli qaydada imtina etməsinin hər hansı bir hüquqi nəticəsi, eləcə də həmin mənzilə dair hansısa üçüncü şəxslə yeni müqavilə bağlamaq hüququ ola bilməzdi.
20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı iş üzrə qətnamənin qəbul edilməsindən uzun müddət keçdiyindən və iş materialları ilə qətnamənin tam icra olunduğu təsdiq olunduğundan istisna olunmur ki, artıq mübahisə predmeti olmuş mənzil üçüncü şəxs(lər)in xeyrinə özgəninkiləşdirilmiş və yeni mülkiyyətçi vicdanlı əldə edən sayılır. Bu cür vəziyyətdə, Mülki Prosessual Məcəllənin 236-1.1 və 236-1.2-ci maddələrində nəzərdə tutulan, yəni icra edilmiş qətnamə ləğv edildikdə və işə yenidən baxıldıqdan sonra iddia tamamilə rədd edilməsi haqqında qətnamə çıxarıldıqd a bu aktı qəbul etmiş məhkəmə tədbirlər görməli, o cümlədən ləğv edilmiş qətnamə üzrə bir tərəfin xeyrinə alınanları digər tərəfə qaytarmalı, əmlakı qaytarmaq mümkün olmadıqda isə, həmin əmlakın dəyərini tutmalıdır, məhkəmə öz təşəbbüsü ilə icrada dönüş haqqında məsələyə baxmalı və iş üzrə icraatın yekunlaşdığı yeni qətnamədə... onu həll etməlidir tələbi hazırki iş üzrə tətbiq edilə bilməz. Birincisi ona görə ki, mənzilin yeni mülkiyyətçisi vicdanlı əldə edən olduğu halda Mülki Məcəllənin 148.2-ci maddəsinə əsasən, yəni daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməli olduğundan həmin mənzil hər bir halda geri qaytarıla bilməz. İkincisi, iş materialları ilə təsdiq olunur k i, mübahisə predmeti olmuş mənzillə bağlı kredit müqaviləsi üzrə iddiaçı zamin kimi cavabdehin əvəzinə əsas və faiz borcla birlikdə 83061,17 manat ödəmişdir. Ona görə də mənzilin qaytarılması mümkün olmasa da onun dəyəri də iddiaçıdan cavabdehin xeyrinə tutula bilməz. Buna baxmayaraq, cavabdeh mübahisə predmeti olmuş mənzillə bağlı hüquqlarının iddiaçı tərəfindən pozulduğunu və bununla da ona zərər vurulduğunu güman edərsə və buna əsas olarsa iddiaçıdan vurulmuş zərərin əvəzini tələb edər.
21. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə predmeti olan mənzili vicdanlı əldə edəni müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi iddiaçının tərəfində hazırkı işdə iştirak etmək üçün cəlb etməyə zərurət və əsas görməmişdir. Çünki, hazırkı iş üzrə qətnamənin ləğv edilərək idd ianın tam rədd edilməsi barədə yeni qətnamənin çıxarılması yuxarıda qeyd olunanlara əsasən onun hüquq və vəzifələrinə dair məsələni həll etmədiyindən hüquqlarının pozulması ilə nəticələnməyəcəkdir. Çünki, hazırkı iş üzrə həll edilən məsələlər sırf iddiaçı və cavabdehin hüquq və vəzifələrinə aiddir.
22. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxs in arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın rədd olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıqaşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda mülki hüquq subyektlərinin iradə sərbəstliyi, müqavilələr azadlığı, hüquqdan pis niyyətlə sui-istifadə etmənin qadağan olunması institutlarının yaranmasına da zərurət və əsas olmazdı.
23. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 5.3, 385.1, 386.1, 386.2, 390, 390.2, 390.4, 390.5, 390.6, 390.7, 3 99.3, 399.4, 425.1, 425.2, 427.5, 430.1, 442, 475.1, 528-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
24. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh MTK-dan aldığı mənzilə görə pay haqqını MTK-ya ödəməmiş və müqavilə maddəsinin tələbləri əsasında üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. Belə olan halda, məhkəmə Mülki Məcəllənin 385.1-ci maddəsini tətbiq edərək, həmin mənzilə dair tərəflər arasında bağlanılmış payçı müqaviləsinin ləğvi barədə MTK-nın tələbini təmin etməli idi. Lakin məhkəmə öz qətnaməsində həmin normaya istinad etsə də, hazırkı mübahisəyə münasibətdə həmin normanı düzgün tətbiq etməmiş və iddianı təmin etməmişdir.
26. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 27 sentyabr 2023-cü il tarixli, 2(102)-3374/2023 nömrəli qərarı ilə (hakimlər Əhliman Xıdırov - sədrlik edən və məruzəçi, Elşanə Vəliyeva və Elşad Şamayev) iddiaçının kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
27. Kassasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin cavabdehin qeyd olunan müqavilə üzrə iddiaçı qarşısında heç bir öhdəliyi qalmaması, öhdəlik icra olunduğu üçün müqavilənin də artıq hüquqi q üvvəsini itirməsi, bu vəziyyətdə iddiaçının qüvvədə olmayan, icra olunmuş müqavilədən birtərəfli qaydada imtina etməsinin hər hansı bir hüquqi nəticəsinin, eləcə də həmin mənzilə dair hansısa üçüncü şəxslə yeni müqavilə bağlamaq hüququ ola bilməməsi barədə mövqeyi ilə razılaşmır.
28. Zaminlik müqaviləsinə əsasən Cavabdeh1 83061,17 manat kredit borcu ("Azərbaycan Beynəlxalq Bankı” ASC-yə olan kredit borcu) zamin MTK tərəfindən ödənilmişdir. Belə olan təqdirdə tərəflər arasındakı mübahisənin həlli məqsədilə tərəflərin sərbəst iradə ifadələri ilə bağladıqları xx.xx.2016-cı il tarixli "xxxx"nin 4.2.7-ci maddəsinin tələbinə MPM-in 88-ci maddəsinin tələbləri baxımından hüquqi qiymət verilməli olduğu halda, apellyasiya instansiyası məhkəməsi belə hüquqi qiymətləndirmə aparmamışdır. Apellyasiya in stansiyası məhkəməsi həmçinin onu da araşdırıb hüquqi qiymət verməli idi ki, müqavilənin həmin bəndində nəzərdə tutulmuş rəsmi bildiriş verilib, ya yox.
29. Məhkəmə kollegiyası hesab etmişdir ki, zaminlik müqaviləsinə əsasən Cavabdeh1 83061,17 manat kredit borcunun zamin MTK tərəfindən ödənilməsi Cavabdeh1 banka qarşı olan öhdəliyinə xitam versə də, apellyasiya instansiyası məhkəməsi belə xitam verilmənin Cavabdeh1 digər müqavilələr üzrə də öhdəliyinə xitam verməsinə səbəb olub-olmadığına əsaslandırılmış hüquqi qiymət verməli olduğu halda, belə əsaslandırma aparmamışdır.
30. Məhkəmə kollegiyası qeyd etmişdir ki, ümumiyyətlə iş materiallarında kredit müqaviləsi mövcud deyildir. İş materiallarında mövcud olmayan müqavilənin şərtini əhəmiyyətsiz (etibarsız) sayan apellyasiya məhkəməsi müvafiq kredit müqaviləsinin əldə edilərək tədqiq edilməsi məqsədilə tədbirlər görməmişdir. Eləcə də tərəflərin sərbəst iradə ifadələrinə uyğun olaraq bağladıqları müqavilənin şərtinin etibarsız (əhəmiyyətsiz) hesab edilməsini kifayət qədər əsaslandıra bilməmişdir.
31. Məhkəmə kollegiyası hesab etmişdir ki, əsaslandırma qeyri-müəyyən olmuş, mübahisə predmeti olan mənzilin başqa şəxs tərəfindən əldə edilib-edilmədiyi qeyri müəyyən qalmışdır. Halbuki apellyasiya instansiyası məhkəməsi mənzilin başqa şəxs tərəfindən əldə edilməsindən şübhələnirdisə, bunu dəqqləşdirməli və nəticəsindən asılı olaraq digər şəxslərin işə cəlb edilməsi məsələsini həll etməli idi.
32. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 5.3, 385.1, 386.1, 386.2, 390, 390.2, 390.4, 390.5, 390.6, 390.7, 399.3, 399.4, 425.1, 425.2, 427.5, 430.1, 442, 475.1, 528-ci maddələrinə istinad edərək əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
33. Apellyasiya icraatı zamanı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X5 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etmiş və izahatında bildirmişdir ki, o, vicdanlı alıcıdır, pulunu ödəyib mənzili almış, eyni zamanda çıxarışı da mövcuddur. Bu səbəbdən məhkəmədən apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
34. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-584/2024 nömrəli, 31 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Sabit Bəhrəmzadə (sədrlik edən və məruzə çi) Xumar Mərdanova və Elnur Həsənov) Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
35. Məhkəmə kollegiyası hеsаb еtmişdir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə mövqeyində hüququ düzgün tətbiq etmiş, müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə doğru nəticəyə gəlmişdir. Kassasiya instansiyası məhkəməsi hüquq normalarını ətraflı təfsir etməklə əvvəlki apellyasiya baxışı zamanı buraxılmış səhvin mahiyyətinin nədən ibarət olduğunu dəqiq, aydın və inandırıcı formada izah etmişdir və qərardakı hüquqi mövqelərlə razılaşmamaq üçün heç bir əsas mövcud deyildir.
36. Məhkəmə kollegiyası qeyd etmişdir ki iş materiallarından göründüyü kimi Cavabdeh1 payçı və ipoteka müqavilələrinə əsasən üzə rinə düşən öhdəlikləri yerinə yetirməmiş və cavabdeh bankdan götürdüyü kredit məbləğini və ona hesablanmış faizləri ödəmədiyi üçün bank, MTK və payçı ilə aralarında bağlanmış üçtərəfli zaminlik müqaviləsi əsasında cavabdehin banka olan kredit borcunu, həmçinin həmin kredit borcuna hesablanmış faizləri, iddiaçının həmin bankda olan hesabından tutmaqla, geri almışdır. Belə olan halda cavabdeh MTK qarşısında öz öhdəliklərini icra etmiş sayıla bilməz. Bu səbəbdən “MTK” bankdan rəsmi bildirişi aldıqdan sonra Cavabdeh1 bank qarşısında olan öhdəliklərini zamin kimi tam icra etmişdir. Belə olan halda isə iddiaçı bank qarşısında öhdəlikləri icra etmiş şəxs kimi cavabdehə satılmış mənzilin boşaldılması, həmin mənzilə dair iddiaçının adına verilmiş çıxarışın və texniki pasportun ləğv edilməsini məhkə mədən xahiş etmişdir.
37. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı zaminlik müqaviləsinin şərtlərinə əsasən cavabdehin əvəzinə sonuncunun bank qarşısında olan öhdəlikləri tam yerinə yetirdiyindən, həmçinin Cavabdeh1 payçı kimi üzərinə düşən öhdəlikləri, yəni mənzilin dəyərini hissə-hissə ödənilməsi ilə bağlı öhdəlikləri icra etmədiyindən, onun həmin mənzilə hər hansı hüquqları yarana bilməz və bu səbəbdən mübahisəli mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquqlara xitam verməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur.
38. Digər tərəfdən, MTK cavabdehin bankdan aldığı kreditə görə zamin olduğu üçün MTK ilə cavabdeh arasında bağlanılmış xx.xx.2016-cı il tarixli "xxxx"nin 4.2.7-ci maddəsinin şərtlərinə görə payçı bank qarşısında öhdəliklərini icra etmədiyi ha lda, MTK bank qarşısında həmin borcu bağlamaqla payçıya, yəni, Cavabdeh1 məxsus olan və kreditin təminatı kimi çıxış edən mənzili öz sahibliyinə keçirmək hüququna malikdir. Buna görə də MTK cavabdehlə bağladığı xx.xx.2016-cı il tarixli "xxxx"nin ləğvi barədə məhkəmədə iddia irəli sürməkdə haqlı olmuşdur.
39. Bundan başqa, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1303/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsindən sonra icra qaydasında cavabdeh öz razılığı ilə mənzildə olan bütün əşyalarını götürmüş, hətta istilik sistemi ilə bağlı bütün qurğuları da söküb aparmışdır. Bu fakt icra məmurları və MTK tərəfindən tərtib edilmiş aktlarla da rəsmiləşdirilmişdir.
40. Bundan başqa, cavabdeh MTK-ya notarial qaydada təsdiq olunmuş ərizə verərək, payından imtina etdiyini və mənzilin başqa şəx sə satılmasına etiraz etmədiyini bildirmişdir. MTK isə qanunvericiliyin tələbinə uyğun olaraq həmin mənzili üçüncü şəxsə, yəni X1 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən həmin mənzilə dair sonuncunun adına çıxarış verilmişdir.
41. Mübahisəli mənzilin hazırkı mülkiyyətçisi olan X5 apellyasiya icraatı zamanı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş və onun tərəfindən məhkəməyə təqdim edilmiş çıxarışdan göründüyü kimi mənzil xx.xx.2021-ci il tarixdə onun adına dövlət qeydiyyatından keçmişdir. Həmin mənzilin vicdanlı alıcısı kimi oranı təmir etdirmiş və hal-hazırda da ailəsi ilə birlikdə orada yaşayır.
42. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 5.3, 385.1, 386.1, 386.2, 390, 390.2, 390.4, 390.5, 390.6, 390.7, 399. 3, 399.4, 425.1, 425.2, 427.5, 430.1, 431.1, 442, 475.1, 528-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
43. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
44. Kassasiya şikayəti apellyasiya şikayətinin eyni dəlilləri ilə əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, aparılmış məhkəmə araşdırması zamanı bütün sübutlarlara lazımi qiymət verilməmiş, işdə olan materiallar lazımınca araşdırılmamışdır. Müqavilələr arasında olan ziddiyyət üzə çıxarılmamış, yalnız iddiaçının mənafeyinə uyğun və qərəzli olaraq sübutlar qiymətləndirilmişdir.
45. Kassator şikayətini M ülki Məcəllənin 389.1-ci maddəsinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
46. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
47. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
48. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
49. Maddə 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi;... 6.1.5. müqavilələr azadlığı;... 6.2. Fiziki və hü quqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
50. Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
51. Maddə 386.1 və 386.2. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müq avilə olmalıdır. Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər.
52. Maddə
390. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
53. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir.
54. Maddə 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə ü zrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir.
55. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.
56. Maddə 390.6. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir.
57. Maddə 390.7. Əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlə r tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir.
58. Maddə 399.3. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır.
59. Maddə 399.4. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir.
60. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
61. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
62. Maddə 427.5. Əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir.
63. Maddə 430.1. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.
64. Maddə 431.1. Borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur.
65. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
66. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
67. Maddə 472.1. B orclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
68. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
69. Maddə 475.1. Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin b orcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər.
70. Maddə 475.2. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur.
71. Maddə
528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
72. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
73. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
74. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
75. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
76. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
77. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası mə hkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
78. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
79. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassas iya instansiyası məhkəməsinin mövqeyi
80. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmalı və iş yenidən baxılması üçün göndərilməlidir.
81. Belə ki, işin mahiyyəti üzrə həll olunması üçün məhkəmələr tərəfindən müəyyən olunan hallarına görə İddiaçı MTK ilə payçı Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli "xxxx"nə əsasən MTK mənzili tikib payçı Cavabdeh1 mülkiyyətinə verməyi öhdəsinə götürmüş, payçı isə mənzili qəbul edib bu müqavilədə göstərilən müddətdə və qaydada mənzil üzrə tələb olunan bütün ödənişləri MTK-ya ödənilməsini öhdəsinə götürmüşdür. Mənzilin dəyəri 83.664 manat müəyyən olunmuşdur. Eyni zamanda həmin müqavilənin 4.2.7-ci bəndində belə bir şərt müəyyən olunmuşdur ki, payçı tərəfindən bu müqavilənin şərtləri pozulduqda və ya "xxxx" ASC arasında imzalanmış mənzilin alışını nəzərdə tutan kredit müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirmədikdə və yaxud lazımınca yerinə yetirmədikdə, bankın rəsmi bildirişi əsasında MTK birtərəfli olaraq bu müqaviləni ləğv edib payın sahibi ola bilər. Bu halda MTK "xxxx" ASC və payçı arasında imzalanmış zaminlik müqaviləsindən irəli gələn payçının öhdəliklərini yerinə yetirməlidir. Cavabdeh "xxxx" ASC-dən 240 ay müddətinə, illik 8%-lə qaytarmaq şərti ilə 83.664 manat kredit almış və yuxarıda qeyd olunan "xxxx" üzrə ödəməli olduğu məbləği MTK-ya tam ödəmişdir.
82. Lakin cavabdeh banka olan kredit borcunu ödəməmişdir. Buna görə də iddiaçı cavabdehlə bağlanmış "xxxx"nin 4.2.7-ci bəndində müəyyən olunan şərtlərdən çıxış edərək hazırki iddianı qaldırır. 8
3. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilələr hazırkı mübahisənin həllində aşağıdakı münasibətlərin diqqət mərkəzində saxlanmasını tələb edir: Kooperativ üzvünün payını tam ödəməməsinin hüquqi nəticələri; Zaminliklə təmin olunan öhdəliyin zamin tərəfindən ödənildiyi halda kreditorun zaminə keçən tələb hüququnun həcmi; "xxxx"nin 4.2.7-ci bəndində müəyyən olunan şərti əsasında iddianın təmin olunmasının mümkünlüyü, bu şərtin cavabdehin əşya hüququnun məhdudlaşdırılması baxımından müqavilə azadlığı prinsiplərinə uyğunluğu.
84. İşə baxmış apelyasiya instansiyası məhkəməsi iddianın təmin olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Apelyasiya məhkəməsinin əsaslandığı dəlillərdən biri ondan ibarətdir ki, “MTK” bankdan rəsmi bildirişi aldıqdan sonr a Cavabdeh1 bank qarşısında olan öhdəliklərini zamin kimi tam icra etmişdir. Belə olan halda isə iddiaçı bank qarşısında öhdəlikləri icra etmiş şəxs kimi cavabdehə satılmış mənzilin boşaldılması, həmin mənzilə dair iddiaçının adına verilmiş çıxarışın və texniki pasportun ləğv edilməsini məhkəmədən xahiş etmişdir.
85. Göründüyü kimi məhkəmə kollegiyası iddianı təmin etməyin bu əsasını, iddiaçının zamin olaraq kreditor qarşısında cavabdehin öhdəliyini icra etməsinə istinad etmişdir.
86. Belə ki, Mülki Məcəllənin 470, 472, 475 və 476-cı maddələrinin sistemli təhlilindən göründüyü kimi zaminlik öhdəliyinin məzmunu kreditorun tələb hüququndan və zaminin ödəlik üzrə məsuliyyət daşımasından ibarətdir. Zaminlik hüquq münasibətləri subyekt tərkibi baxımından kreditor, borclu və zamindən ibarətdir. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, zaminin birgə məsuliyyəti nəzərdə tutulduğu halda zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Birgə məsuliyyətin başlıca cəhəti ondan ibarətdir ki, zaminlik müqaviləsi üzrə bu məsuliyyət növü razılaşdırıldığı halda kreditor əsas öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə öz istəyi və mülahizəsi ilə tələbini eyni zamanda həm əsas borcluya, həm də birgə məsuliyyət daşıyan zaminə və ya onlardan birinə qarşı yönəldə bilər.
87. Borclunun kreditor qarşısında öhdəliyinin zamin tərəfindən ödənildiyi halda, yuxarıda qeyd olunan subyekt tərkibinə əsaslanan hüquqi konstruksiya dəyişilir. Belə ki, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kredit ora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir.
88. Mülki Məcəllənin 475-ci maddəsi öhdəliyi icra etmiş zaminin mənafelərinin müdafiəsi məqsədi daşıyır. Həmin normanın tətbiq edilməsi üçün başılıca şərt - zaminin borcu ödəməsidir. Bu isə kreditora mənsub olmuş tələb hüququnun zaminə keçməsinə səbəb olur. Yəni öhdəlikdə şəxslərin dəyişməsi baş verir. Borcun ödənilməsi nəticəsində kreditor öhdəlikdən çıxır və onun yerini zamin tutur.
89. Həmçinin Mülki Məcəllənin 475.2-ci maddəsində deyilir ki, zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur.
90. Bu hallar onu deməyə əsas verir ki, zaminliyin hüquqi təbiəti baxımından zaminin borc luya qarşı tələb hüququ borc tam ödənildikdən sonra keçir.
91. Mülki Məcəllənin 475-ci maddəsinin dispozisiya şərtləri əsasında işin halları təhlil olunduqda görünür ki, xx.xx.2019-cu ildə iddia ərizəsi veriləndə və birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılan dövrdə iddiaçı cavabdehin banka olan borcunu ödəməmişdi. Həmin borc daha sonra – xx.xx.2020-ci il tarixdə ödənilmişdir. Məhkəmə kollegiyası dərhal qeyd edir ki, birinci instansiya məhkəməsində icraat zamanı MTK tərəfindən zaminlik üzrə öhdəlik yerinə yetirlməmiş olmasına baxmayaraq, artıq iddiaçı tərəfindən borc banka ödənildiyinə görə, iddianın əsaslılığı zaminliklə bağlı digər əsaslar üzrə təhlil olunmalıdır.
92. Baxılan iş üzrə kreditora girov saxlayan kimi mənsub olmuş hüquqların iddiaçıya keçməsinin mümkünlüyü ilə bağlı qeyd olunmalıdır ki, əvvəla, bankla cavabdehin arasında bağlanmış xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsinin dövlət qeydiyyatına alınması barədə hər hansı sübut işə əlavə olunmamışdır. Halbuki, “İpoteka haqqında” Qanunun 10.4-cü maddəsinin tələbinə əsasən ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır, ipoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir.
93. Bundan başqa, “İpoteka haqqında” Qanunun 1.0.6-cı maddəsinə görə, ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur.
94. Qeyd olunan Qanunda tutmanın ipotekaya yönəldilməsinin əsasları ilə yanaşı bunun qaydası, prosedurları, bu zaman mülkiyyətçinin hüquqlarının qorunması üçün zəruri şərtlər müəyyən olunmuşd ur və iddia tələbi qanunla müəyyən olunan qaydada ipotekaya yönəldilməni (açıq hərracda satılmasını) ehtiva etmir, yəni ipoteka saxlayan ipoteka predmetinin açıq hərracdan satılmaqla borcun ödənilməsini tələb etmək hüququna malikdir.
95. Apelyasiya instansiyası məhkəməsi daha sonra qeyd etmişdir ki, iddiaçı zaminlik müqaviləsinin şərtlərinə əsasən cavabdehin əvəzinə sonuncunun bank qarşısında olan öhdəlikləri tam yerinə yetirdiyindən, həmçinin cavabdeh payçı kimi üzərinə düşən öhdəlikləri, yəni mənzilin dəyərini hissə-hissə ödənilməsi ilə bağlı öhdəlikləri icra etmədiyindən, onun həmin mənzilə hər hansı hüquqları yarana bilməz və bu səbəbdən mübahisəli mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquqlara xitam verməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur.
96. Mə hkəmə kollegiyası cavabdehin mənzilə hüququnun yaranmadığı barədə qənaəti ilə razılaşmır. Çünki məhkəmələr tərəfindən müəyyən olunmuş işin hallarına görə, mübahisəli mənzil cavabdeh tərəfindən MTK ilə xx.xx.2016-cı il tarixdə bağlanmış müqavilə əsasında əldə edilmiş, mənzilin qiyməti tam ödənilmişdir.
97. Azərbaycan Respublikası Mülki Məcəlləsinin həmin dövrdə qüvvə olmuş 178.8ci maddəsinə görə mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər.
98. Göründüyü kimi mübahisəli mənzilə cavabdeh mülkiyyət hüququ əldə etmişdi. Buna görə də MTK-nın iddiaçının cavabdehin mənzildən çıxarılması və mənzilə dair hüquqlarına xitam veril məsi barədə tələb, cavabdehin mülkiyyət hüququna birbaşa təsir edir və bu cür müdaxilə üçün qanuni əsaslar olmadığı halda iddia tələbi təmin edilə bilməz.
99. Tərəflərin arasında bağlanmış "xxxx"nin 4.2.7-ci bəndində müəyyən olunmuş şərtlər də məhz bu nöqteyi-nəzərdən təhlil olunmalıdır.
100. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İİ hissəsinə və 59-cu maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət, xüsusi və bələdiyyə mülkiyyəti eyni qaydada tanınır və qorunur, mülkiyyətin toxunulmazlığına, həmçinin azad sahibkarlıq fəaliyyətinə və qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul olmaq hüququndan irəli gələn mülki dövriyyədə müqavilə azadlığına zəmanət verilir.
101. Konstitusiyanın göstə rilən müddəalarına uyğun olaraq hüquqi dövlətdə mülki dövriyyə sahəsində hüquq münasibətlərinin tənzimlənməsi hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi, mülkiyyətin toxunulmazlığı və müqavilə azadlığı, bu münasibətlərin subyektlərinin hüquqi statusunu müəyyənləşdirərkən ictimai və xüsusi maraqların tarazlığı, onların hüquqlarının həyata keçirilməsi və mümkün məhdudlaşdırma şərtlərinin müəyyənləşdirilməsi zamanı mütənasiblik və tarazlıq meyarlarının gözlənilməsi prinsiplərinə əsaslanmalıdır.
102. Mülki qanunvericilik müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığını təmin etməklə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.) nəzərdə tutmuşdur.
103. Məhk əmələr işlərə baxarkən mülkiyyət hüququ, müqavilə azadlığı, azad sahibkarlıq fəaliyyəti və s. kimi müxtəlif konstitusiya dəyərləri arasında balansı gözləməlidir.
104. Qanunvericilik mülki dövriyyə iştirakçılarına müqavilə azadlığını təqdim edərkən hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış etmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” 2012-ci il 12 mart tarixli Qərarı).
105. Lakin işə baxmış apelyasiya instansiyası məhkəməsi, "xxxx"nin mübahisə predmetinə çevrilmiş 4.2.7-ci bəndində müəyyən edilən şərtin qanunauyğunluğunu təhlil etməmişdir.
106. Bundan başqa, işə baxmış məhkəmələr tərəflər arasında bağlanmış "xxxx" nin ləğv olunması barədə nəticəyə gəlmişdir.
107. Qeyd olunmalıdır ki, mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur.
108. Müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin əsasları, qaydası və nəticələri Mülki Məcəllənin 421-424-cü maddələrinin norm aları ilə tənzimlənir.
109. Müqavilənin ləğv edilməsi onun qüvvəsinə xitam verir. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi əsasları aşağıdakılardır: 1) Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə; 2) Tərəflərdən birinin tələbi ilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Pozuntu o halda mühüm xarakterə malik olur ki, digər tərəfin müqavilənin məqsədlərinə nail olmasına imkan vermir; 3) Tərəflərdən biri müqavilənin icrasından tamamilə və ya hissə-hissə birtərəfli imtina etdikdə.
110. Baxılan iş üzrə müqavilənin ləğ v olunması üçün əsasların olub-olmaması da, yuxarıda qeyd olunan şərlərin qanunauyğun olmasına qiymət verildikdən sonra müəyyən edilə bilər.
111. Konstitusiyanın 60-cı maddəsində hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsi təminatı təsbit olunmuşdur. Bu təminatın əsas mexanizmlərindən biri kimi çıxış edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində (bundan sonra – MPM) ədalət mühakiməsinin həyata keçirilməsinin konstitusiya prinsipləri öz əksini tapmış, hər kəsin Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqlarının səmərəli müdafiəsi nəzərdə tutulmuşdur.
112. Ədalətli məhkəmə baxışı ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu M.Bayramovun şikayəti üzrə 9 iyun 2011-ci il tarixli Qərarında göstərmişdir ki, Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarına təmi nat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün MPM-də məhkəmənin, işdə iştirak edən şəxslərin və mülki prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir.
113. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən qətnamə qanuni və əsaslı tərtib olunmalıdır.
114. Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edi libedilməməsinin səbəbləri orada aydın izah edilməlidir.
115. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr prosessual hərəkətləri qanunun tələblərinə uyğun həyata keçirməyə borcludurlar. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işə aid hüquqi faktların tam və obyektiv araşrırılıb qiymət verilməklə əsaslandırılması tələbinə əməl olunmadan çıxarıldığına görə ləğv edilməli və yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
116. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət v erməlidir. Tərəflər arasında olan münasibətləri tənzimləyən hüquq normaları əsasında iddia tələbinə hüquqi qiymət verilib iddianın əsaslı olub olmaması müəyyən edildikdən sonra, mənzilin üçüncü şəxsin (X2) mülkiyyətinə keçməsinin iddianın təmin olunmasına təsiri təhlil edilib gəlinən nəticə əsaslandırılmalıdır.
117. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 yanvar 2024-cü il tarixli 2(103)584/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.