Məhkəmə qərarları › İş №2(102)-2094/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2094/2025

25.08.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2094/2025 25.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı (Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və "xxxx" X3 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) iddia tələbi ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: tikilinin qanunsuz hesab edilməsi və sökülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X2 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı (Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikinti də X4 Agentliyi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və "xxxx" X3 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “tikilinin qanunsuz hesab edilməsi, həmin tikilinin cavabdehin hesabına sökülməsi və əvvəlki vəziyyətinə qaytarılması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)584/2025 nömrəli, 6 fevral 2025-ci il tarixli qətnaməsindən İddiaçı (Vəkil Nümayəndə) tərəfindən verilmiş kassasiya şikayətinə 25 avqust 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. ünvan 1 ünvanında yerləşən 233,3 kv. metr və 237,7 kv. metr sahəsi olan qeyriyaşayış sahələri xx.xx.2019-cu il tari xdən qeydiyyata alınmaqla İddiaçı xüsusi mülkiyyətindədir. 2. "xxxx" MMM ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli alğı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMM ünvan 2 ünvanında yerləşən “Brilyant” yaşayış binasının zirzəmi mərtəbəsində 160 kv. metr qeyri-yaşayış sahəsi Cavabdeh satmışdır. 3. "xxxx" MMM tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli arayışdan görünür ki, "xxxx"ın inşa etdiyi ünvan 2 ünvanında yerləşən “Brilyant” yaşayış binasının zirzəmi mərtəbəsində 160 kv metr qeyri-yaşayış sahəsi Cavabdeh məxsusdur, dəyərini tam ödəmişdir, heç bir borcu yoxdur.

4. Bakı şəhəri, Yasamal rayonu, Ə.Hüseynzadə küçəsi məhəllə 405, ev 64 (yeni qaydalarla ünvan 3 ünvanında yerləşən 155,60 kv. metr sahəsi olan qeyri-yaşayış sahəsi xx.xx.2023-cü il tarixdən qeydiyyata alınmaqla C avabdeh xüsusi mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçı (bundan sonra iddiaçı) nümayəndəsi və vəkili Vəkil1 Cavabdeh (bundan sonra cavabdeh) qarşı (Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və "xxxx" X3 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsi, 6E ünvanında yerləşən zirzəmiyə giriş-çıxış qapısının, o cümlədən həmin zirzəmi üzərində aparılmış tikintinin özbaşına hesab edilməsi, həmin özbaşına tikililərin cavabdehin hesabına sökü lərək əvvəlki vəziyyətdə bərpa edilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul olunmasınıxahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 4 ünvanında yerləşən çoxmərtəbəli binanın 1-ci mərtəbəsində olan qeyri-yaşayış sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilən yeni ünvana əsasən hazırkı ünvan Bakı şəhəri, Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsi, 6E-dir. Cavabdeh öz mənafeyinə uyğun olaraq istifadəsində olan zirzəmi tipli qeyri-yaşayış sahəsinə qanunsuz olaraq giriş açmışdır. Həmin giriş iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin qabaq meydançasına düşür. Bununla da kifayətlənməyən Cavabdeh istifadəsində olan zirzəminin üzərində iddiaçının mülkiyyətində olan qeyri- yaşayış sahəsinə bitişik olan özbaşına tikinti aparmışdır. Bununla da cavabdeh həm tikinti normalarına zidd tikinti aparmış, eyni zamanda mülkiyyətçi kimi iddiaçının hüquqlarını kobud şəkildə pozmuşdur. Qeyd olunmalıdır ki, cavabdeh tərəfində zirzəmiyə açılmış qanunsuz giriş qapısı piyadalar üçün nəzərdə tutulmuş yolun səki hissəsinə düşür. Dəfələrlə iddiaçı tərəfindən cavabdehə qanunsuz hərəkətlərinə son qoyulması xahiş edilsə də, o, bütün bunlara əhəmiyyət verməmişdir. Cavabdeh ümumiyyətlə, binanın layihəsində kənara çıxaraq öz mənafeyinə uyğun olaraq özbaşına tikinti həyata keçirmişdir. Bununla da, şəhərsalma norma və qaydaları pozulmuş, o cümlədən müvafiq dövlət orqanları tərəfindən təsdiqlənmiş binanın layihəsində nəzərdə tutulmayan qanunsuz tikinti həyata keçirilmişdir. Cavabdeh tərə findən həyata keçirilən qanunsuz tikinti iddiaçının mülkiyyətçi kimi mənafelərinə toxunur və aparılmış qanunsuz tikili onun mülkiyyətində olan qeyri-yaşayış sahəsinə bitişik tikilmişdir. Qeyd olunmalıdır ki, cavabdehin istifadəsində olan zirzəmiyə qanuni giriş-çıxış mövcuddur və binanın layihəsində nəzərdə tutulmuşdur. Özbaşına zirzəmi keçidi və binanın əsas divarında layihədən kənar küçəyə giriş-çıxış qoyulması konstruktiv dəyişiklik olmaqla həm binanın təhlükəsizliyinə, həm də iddiaçının mülkiyyətində olan qeyri- yaşayış sahəsinə bitişik olmaqla onun hüquqlarını pozur. Qanunsuz tikintinin sökülməsi ilə bağlı aidiyyatı orqanlara müraciət olunsa da bu günə kimi heç bir addım atılmamışdır. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

7. Cavabdeh iddiaya qarşı etiraz edə rək göstərmişdir ki, iddiaçı ilk öncə hansı hüquqlarının pozulduğunu əsaslandırmalı, tələb etmək hüququnun olub-olmadığını sübuta yetirməlidir. Cavabdeh ünvan 6 ünvanında inşa edilmiş çoxmənzilli binanın zirzəmi mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsini 2014-cü ildə almış, mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. 2014-cü ildə həmin daşınmaz əmlakı alarkən hazırki mövcud vəziyyətdə giriş qapısı, pilləkənləri və onun üzərində örtük olmuşdur. Ötən illər ərzində iddiaçı qeyri-yaşayış sahəsi ilə bağlı hər-hansı pretenziya irəli sürməmişdir. Bu yaxınlarda icarəçi tərəfindən pilləkən qəfəsinin üzərində mövcud olan örtük sökülüb yenisi ilə əvəzlənərkən iddiaçı əvvəlcə heç bir etiraz etməsə də, işin sonuna yaxın hücüm çəkərək yüngül konstruksiyalı tikilini dağıtmış, ona maddi ziyan vu rmuş, qərəzli hərəkətlərə yol verərək səs-küy salmış, cəmiyyətə açıqca hörmətsizlik nümayiş etdirmişdir. İddiaçıya tələbinin mümkünsüz, həm də qanunsuz olduğunu izah etdikdən sonra o, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilməlidir ki, ünvan 6 ünvanındakı binanın zirzəmi mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin girişi tamamilə qanunidir və heç kəsin o cümlədən iddiaçının hüquqlarını pozmur. Çoxmənzilli binanın neçənci ildə inşa edildiyini bilməsə də, düşünür ki, mübahisəli giriş o dövrdən mövcud olmuşdur. Cavabdeh sözügedən sahəni 2014-cü ildə alarkən indiki görkəmdə olmuşdur. Bundan başqa, giriş üçün pilləkən qəfəsi iddiaçının qeyri-yaşayış sahəsinin qabaq meydançasına düşmür. İddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, onun qeyri-yaşayış sahələr i 237,7 və 233,3 kv.m. sahə ilə məhdudlaşır və bu sahələr çoxmənzilli binanın çöl tərəfini deyil, iç tərəfini əhatə edir. Başqa sözlə mübahisəli pilləkən qəfəsi yerləşdiyi yerlə iddiaçının mülkiyyətində olan 237,7 və 233,3 kv.m. sahəli qeyri-yaşayış sahələrinin hüdudları üst-üstə düşmür. İddiaçının “onun qeyri-yaşayış sahəsinin qabaq meydançasına düşür” dediyi yer isə piyadalar və avtomobillər üçün nəzərdə tutulmuş Yasamal rayon Zivərbəy Əhmədbəyov küçəsidir. İddiaçı özü mülkiyyətində olan qeyri-yaşayış sahəsinin Zivərbəy Əhmədbəyov küçəsinə baxan hissəsinə 5 qapı və 5 pilləkən quraşdıraraq insanların gediş-gəlişi üçün nəzərdə tutulmuş piyada yolunu qismən bağlamış, tikinti norma və qaydaları ilə inşaat işləri aparmamışdır. İddiaçının təqdim etdiyi xüsusi mülkiyyətində olan obyeklərin çıxa rışlarından görünür ki, qeyri-yaşayış sahələri Əlibəy Hüseynzadə küçəsi 64 ünvanındadır. Bundan başqa, pilləkən qəfəsinin qeyri-yaşayış sahəsinə bitişik olmasına gəldikdə bildirir ki, binanın sol tərəfində də demək olar ki, eyni tikinti aparılmışdır. Lakin iddiaçının yalnız ona qarşı tələblər irəli sürməsi anlaşılmazdır. Həm də nəzərə almaq lazımdır ki, çoxmənzilli binanın sol hissəsi ona aid deyildir. Beləliklə, iddiaçının iddia etdiyi kimi mülkiyyət hüquqları pozulmamışdır. Bununla belə cavabdeh tərəfindən mübahisəyə dair mütəxəssisə müraciət edilmiş və X7 və Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyinə əsasən, mübahisələndirilən tikintilər inşa edilərkən tikinti norma və qaydalarına riayət edilmiş, qeyri-yaşayış sahəsinin pilləkən qəfəsi iddiaçının mülkiyyət hüquqlarını pozmur. İddia tələbinin özbaşına tikinti aparılması ilə bağlı hissəsinə gəldikdə qeyd edilməlidir ki, mübahisəli sahədə tikinti işləri aparılmamışdır. Yalnız qeyriyaşayış sahəsinin girişi üzərində əvvəllər mövcud olmuş örtük sökülərək yenisi ilə əvəzlənmişdir. Bu isə tamamilə qanunidir. Belə ki, Azərbаycаn Respublikаsı Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.5-ci maddəsində göstərilmişdir ki, mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində kiçik memarlıq formalarının (köşklər, örtüklər və buna bənzər digər obyektlərin) tikintisinə icazə tələb olunmur. Göründüyü kimi iddiaçının bu dəlili də əsassızdır. Vurğulamalıdır ki, ümumiyyətlə ərizəçinin məhkəmədə bu cür iddia qaldırmağa subyektiv hüququ olmamışdır.

8. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ə rizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, cavabdeh tərəfindən quraşdırılmış tikili onun mülkiyyətində olan qeyri-yaşayış sahəsinə giriş çıxışı və vitraj pəncərələrini bir başa bağlamasa da, həmin tikili binanın tinindən 30-40 santı irəli çıxmaqla, yuxarı yan tərəfdən bina istiqamətinə baxılan zaman onun reklam lövhələrinin qarşısını kəsir ki, bu zamanda binadan yuxarıda yerləşən avtobus dayanacağında enən müştərilər, mağaza kimi fəaliyyət göstərən qeyri-yaşayış sahəsini birbaşa görmədiklərini, onun yerinin tapılmasında çətinlik çəkirlər. Odur ki, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. 9. “X7 və Ekspertiza Mərkəzi” MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli rəydən görünür ki, xx.xx.2014-cü İİ tarixli alğı-satqı müqaviləsinə əsasən Cavabde h məxsus olan ünvan 7 ünvanında inşa edilmiş çoxmənzilli binanın zirzəmi mərtəbəsində yerləşən qeyriyaşayış sahəsinə giriş üçün nəzərdə tutulmuş pilləkən qəfəsi və onun üzərində quraşdırılmış yüngül konstruksiyalı örtük binaya hər-hansı təhlükə yaratmır; xx.xx.2014-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən Cavabdeh məxsus olan ünvan 8 ünvanında inşa edilmiş çoxmənzilli binanın zirzəmi mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinə giriş üçün nəzərdə tutulmuş pilləkən qəfəsi və onun üzərində quraşdırılmış yüngül konstruksiyalı örtük, həmin ünvandakı çoxmənzilli binanın birinci mərtəbəsində İddiaçı aid qeyri-yaşayış sahələrinin giriş-çıxışına heç bir maneə törətmir; xx.xx.2014-cü il tarixli alğısatqı müqaviləsinə əsasən Cavabdeh məxsus olan ünvan 6 ünvanında inşa edilmiş çoxmənzilli binanın zirzəmi mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinə giriş üçün nəzərdə tutulmuş pilləkən qəfəsi və onun üzərində quraşdırılmış yüngül konstruksiyalı örtük sökülərsə, bu qeyri-yaşayış sahəsinə atmosfer çöküntülərinin dolması nəticəsində tikilinin konstruktiv elementləri üzərində müxtəlif ölçülü və həcmli qüsurların yaranmasına səbəb ola bilər; xx.xx.2014-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən Cavabdeh məxsus ünvan 6 ünvanında yerləşən çoxmənzilli binanın zirzəmi mərtəbəsində yerləşən ümumi sahəsi 160 kv. metr olan qeyri-yaşayış sahəsinin giriş hissəsindəki pilləkən qəfəsi və onun üzərində quraşdırılmış yüngül konstruksiyalı örtük həmin ünvandakı çoxmənzilli binanın birinci mərtəbəsində İddiaçı aid sahəsi 237,7 və 233,3 kv.m. olan qeyri-yaşayış sahələrinin istismarına mane törətmir; Cavabdeh məxsus ünvan 6 ünvanında yerləşən çoxmənzilli binanın zirzəmi mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinə giriş üçün nəzərdə tutulmuş pilləkən və onun üzərində quraşdırılmış yüngül konstruksiyalı örtüyün hüdudları İddiaçı aid ümumi sahəsi 237,7 və 233,3 kv.m. olan qeyri-yaşayış sahələrinin hüdudları ilə üst-üstə düşmür; Cavabdeh məxsus ünvan 6 ünvanında yerləşən çoxmənzilli binanın zirzəmi mərtəbəsində yerləşən, ümumi sahəsi 160 kv.m. olan qeyri-yaşayış sahəsi və eyni ünvanda yerləşən çoxmənzilli binanın birinci mərtəbəsindəki İddiaçı aid ümumi sahəsi 237,7 və 233,3 kv.m. olan qeyri-yaşayış sahələrinin faktiki sahələrinin ölçüləri və hüdudları həmin binanın eskiz layihə sənədlərində göstərilən ölçüləri və hüdudları ilə üst-üstə düşür.

10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, ünvan 2 ünvanında inşa edilən yüksəkmərtəbəli yaşayış binasının zirzəmi mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin çıxışında, yəni pilləkən qəfəsində layihədən kənar əlavə pilləkən və yüngül konstruksiyalardan örtük quraşdırıldığı müəyyən edilmişdir. ünvan 2 ünvanında inşa edilən yüksəkmərtəbəli yaşayış binasının zirzəmi mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin çıxışında, yəni pilləkən qəfəsində layihədən kənar inşa edilmiş tikilinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəy işikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının 4.1, 4.2. və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.4-cü və 69.5.2-1-ci bəndlərinin tələblərinə uyğun olmadığı müəyyən edilmişdir. Eyni zamanda qeyd olunmuşdur ki, tikilinin iddiaçının maraqlarına toxunub- toxunmamasının müəyyən edilməsi və tikinti texniki obyektlərinin tədqiqi” ixtisası üzrə ekspertin səlahiyyətlərinə aid olmadığından qərardadda qoyulmuş sualın ikinci hissəsi üzrə tədqiqat aparılmadı.

11. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) e-2(004)-190/2024 nömrəli, 24 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Toğrul Axundov) iddia tələbi təmin olunmamış, iddi açı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilmiş, iş üzrə məhkəmə məsrəfi olan 50 manat ekspertiza xərcinin iddiaçıdan tutularaq X1 hesabına köçürülməsi qət olunmuşdur.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qeyd edilən əlavə konsturksiyalar iddiaçıya heç bir maneə törətmir, onun giriş-çıxışını, görüntüsünü məhdudlaşdırmır, eyni zamanda iddiaçı tərəfindən onun mülkiyyət hüquqlarının pozulmasına dair sübutlar da məhkəyəmə təqdim edilməmişdir.

13. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, iddiaçının mülkiyyət hüququ binanın içərisində olan 233,3 kv. metr və 237,7 kv. metr sahələrlə məhdudlaşır. Binanın çöl hissəsi isə ümumi istifadədə olan sahədir. Cavabdehə məxsus zirzəmi də mülkiyyət hüququ ilə ona məxsusdur. Zirzəmiyə giriş çıxış da qeyd edilən sahədəndir. Binanın çöl fasadında hər hansı bir qurğuların quraşdırılması məhkəmənin qənaətinə əsasən müvafiq icra qurumu ilə vətəndaş arasında yarana biləcək mübahisə predmeti ola bilər.

14. Məhkəmə xx.xx.2024-cü il tarixli ekspert rəyinə münasibətdə qeyd etmişdir ki, sözügedən rəydə ünvan 2 ünvanında inşa edilən yüksəkmərtəbəli yaşayış binasının zirzəmi mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin çıxışında, yəni pilləkən qəfəsində layihədən kənar inşa edilmiş tikilinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təs diq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının 4.1, 4.2. və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.4-cü və 69.5.2-1-ci bəndlərinin tələblərinə uyğun olmadığı göstərilsə də, məhkəmə bununla razılaşmayaraq qeyd etmişdir ki, ekspertin istinad etdiyi normalar binalar inşa edilərkən aralarındakı məsafəyə riayət edilməsi ilə bağlıdır. Hazırda işin hallarından görünür ki, mübahisə bir binaya münasibətdə tikniti aparılması (əlavə konstruksiya quraşdırılması) ilə bağlıdır. Həmçinin qeyd edilən tikili daş və ya beton deyil, yüngül konstruksiya yəni sadəcə örtükdən ibarətdir.

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 180.1, 180.4-cü, Azərbaycan Respublikası Şəhərsalma və T ikinti Məcəlləsinin 69, 95-ci və Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 101.3, 119.1, 206.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

16. Qətnamədən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

17. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, qətnamə əsassızdır. İşə baxılarkən maddi və prosessual hüquq normaları pozulmuş, qanunsuz tikili ilə bağlı qanunvericliyin tələbləri nəzərə alınmamışdır. Tikilinin iddiaçının maraqlarını pozması məsələsinə səthi yanaşılmış, nəzərə alınmamışdır. Mübahisəli ünvanda yerləşən tikilinin birinci mərtəbəsi iddiaçıya, zirzəmi hissəsi isə cavabdehə məxsusdur. Cavabdeh qanunsuz olaraq zirzəmiyə giriş açmış, əlavə olaraq həmin girişdə qanunsuz tikinti işləri aparmışdır. Cavabdeh bununla da tikinti normalarının tələblərini pozmuşdur. Qeyd olunan tikiliyə görə iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin yan qapı və pəncərələrinin qarşısı tam örtülmüş, nəticədə iddiaçının hüquqları pozulmuşdur. Məhkəmə işdə olan Məhkəmə Ekspertizası Mərkəzinin rəyi nəzərə alınmamış, cavabdehin təqdim etdiyi rəyə əsaslanmışdır. Lazımi araşdırma aparılmamış, ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək iddia ərizəsində və şikayətdə göstərilən dəlillərə, habelə birinci instansiya məhkəməsndə verilmiş izahatlara uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, cavabdehin mülkiyyətində olan qeyri-yaşayış sahəsinin hazırki mövcud giriş hissəsi uzun müddət bu vəziyyətdə olmuş, cavabdeh həmin vəziyyətdə oranı əldə etmişdir. Lakin binanın layihəsində zirzəmi qatına giriş əks tərəfdə nəzərdə tutumuş, həmin giriş indi də mövcuddur. Əvvəllər cavabdehə məxsus zirzəmiyə (qeyri-yaşayış sahəsinə) enən pilləkənin üstündə balaca örtük və reklam lövhəsi olmuşdur. İddiaçı keçən müddət ərzində bu vəziyyətə etiraz etməmişdir. Lakin cavabdeh bu yaxınlarda həmin örtüyü sökərək pilləkənin üstünü yüngül konstruksiya ilə tamamilə örtmüş, konstruksiya eyni zamanda piyada yoluna da çıxmışdır. Nəticədə iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin görüntüsü həmin hissə də məhdudlaşmış, bununla da iddiaçının hüquqlarına müdaxilə baş vermişdir.

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X5 apellyasiya şikayətinə etiraz edərək izahatında göstərmişdir ki, iddiaçı tərəfin tələbi açıq-aşkar əsassızdır. Belə ki, iddiaçı tərəfin qeyri-yaşayış sahəsi 20 ildən, onların qeyriyaşayış sahəsi isə 10 ildən çoxdur ki, fəaliyyət göstərir. Cavabdeh 2014-cü ildə binanın zirzəmi qatında yerləşən qeyri-yaşayış sahəsini mövcud vəziyyətdə almış, giriş hissəsi bu vəziyyətdə olmuşdur. Düzdür, binanın zirzəmi qatına əks tərəfdən də pilləkən mövcuddur, lakin həmin pilləkən başqa şəxslərin obeyktinə aiddir, oradan cavabdehə məxsus qeyriyaşayış sahəsinə giriş bağlıdır. Bu hal yerində müayinə zamanı da müəyyən olunmuşdur. Obyektin bütün sənədlə ri qaydasındadır, texniki pasportda obyektin girişi aydın görsənir. Həmçinin həmin dövrə aid fotolardan da bu hal açıq-aşkar görünür. Fotolardan göründüyü kimi, uzun illər ərzində zirzəmiyə enən pilləkənin üzərində örtük və reklam lövhəsi olmuşdur. Keçən müddət ərzində, yəni cavabdeh tərəfindən həmin daşınmaz əmlakın əldə olunduğu 2014-cü ildən etibarən iddiaçı bu vəziyyətə hər hansı etiraz etməmişdir. Cavabdeh bu yaxınlarda pilləkənin üzərində olan örtüyü yenisi ilə dəyişmək istəmiş, bu məqsədlə pilləkənin üzərində yüngül konstruksiya işlərinə başlamışdır. Məqsəd isə həm təhlükəsizlik, həm də yağış sularının zirzəmiyə axmasının qarşısını almaqdan ibarət olmuşdur. İşləri yekunlaşdıran zamanı iddiaçı səs-küy salmış, örtüyün guya onun obyektinin görüntüsünü kəsməsini iddia etmişdir. Halbuki, örtük iddiaçının obyektərinə heç bir mane yaratmamaqla, onun görüntüsü üçün də xələl gətirmir. Bu hal yerində baxış zamanı da müşahidə olunmuşdur. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-584/2025 nömrəli, 6 fevral 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Rafael Eyvazov (sədrlik edən və məruzəçi), Fuad Abdıyev və Fuad Babayev) birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır.

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi əsaslandırması və gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçının sökülməsini tələb etdiyi əlavə konsturksiyalar iddiaçıy a heç bir maneə törətmir, onun giriş-çıxışını, görüntüsünü məhdudlaşdırmır, eyni zamanda iddiaçı tərəfindən onun mülkiyyət hüquqlarının pozulmasına dair sübutlar da təqdim edilməmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən də göründüyü kimi pilləkən qəfəsi binanın künc hissəsində olmaqla, onun üzərində tikilmiş yüngül konstruksiya ilə bağlanmış hissə də, binanın divar hissəsini əhatə edir. Beləliklə hər hansl bir şəkildə iddiaçının pəncərəsinin (vitrininin) önünü bağlamır. İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsində olan vitraj pəncərələri isə binanın ön hissəsinə düşür, eyni zamanda həmin sahənin əsas girişi də binanın ön hissəsində olmaqla üzərində də reklam yazıları yerləşdirilmişdir. İddiaçı pilləkən qəfəsinin bir qədər irəli çıxmaqla onun reklamının önünü kəsdiyini b ildirsə də, işin hallarından (iş materiallarında olan fotoşəkillərlə) görünür ki, giriş hissə aralıdır, reklam da hündürdə yerləşdirilmişdir. Bundan başqa konstruksiyanın bir hissəsi binadan bir qədər (təxminən 30 sm) irəli çıxsa da işin hallarıından görünür ki, zirzəmiyə düşən pilləkənin pilləsi də binanın tinindən təxminən eyni ölçüdə irəli çıxır Həmçinin, iddiaçının mülkiyyət hüququ binanın içərisində olan 233,3 kv. metr və 237,7 kv. metr sahələrlə məhdudlaşır. Binanın çöl hissəsi isə ümumi istifadədə olan sahədir. Cavabdehə məxsus zirzəmi də mülkiyyət hüququ ilə ona məxsusdur. Zirzəmiyə giriş çıxış da qeyd edilən sahədəndir. Binanın çöl fasadında hər hansı bir qurğuların quraşdırılması məhkəmənin qənaətinə əsasən müvafiq icra qurumu ilə vətəndaş arasında yarana biləcək mübahisə predm eti ola bilər.

22. Məhkəmə kollegiyası adıçəkilən konstruksiyanın quraşdırılmasının onun mülkiyyətində olan qeyri-yaşayış sahəsinin görüntüsünü məhdudlaşdırması ilə əlaqələndirərək, maraqlarına toxunması barədə apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmasının təmin olunması istiqamətində tərəflərin iştirakı ilə yerində müayinə həyata keçirmiş, müəyyən olunmuşdur ki, ünvan 9 ünvanında yerləşən binanın 1-ci mərtəbəsində yerləşən 233,3 kv. metr və 237,7 kv. metr sahəsi olan qeyri-yaşayış sahələri iddiaçıya məxsus olmaqla, icarə əsasında başqa şəxsin istifadəsindədir. Cavabdehin mülkiyyətində olan sahə isə elektronika məhsulları satılan mağaza kimi fəaliyyət göstərir, həmin zirzəmiyə giriş mübahisəli pilləkən vasitəsilə həyata keirilməklə, başqa giriş-çıxış mövcud deyildir. Həmin pilləkənin əks tərəfində də zirzəmi qatına edən digər giriş mövcuddur, lakin oradan cavabdehə məxsus sahəyə giriş mümkün deyildir. Mübahisəli pilləkənlərin üst hissəsində yüngül konstruksiyadan örtük quraşdırılmış, konstruksiya zirzəmiyə düşən pilləkənlərin ilk pilləsindən başlamaqla, pilləkənin üzərini bağlamışdır. Təqdim olunmuş fotoşəkillərdən aydın görünür ki, pilləkənin üzərində əvvəllər də yüngül konstruksiyalı örtük və reklam lövhəsi mövcud olmuşdur. Həmçinin, qeyd olunan ünvanda yerləşən iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin birinci mərtəbəsində “TAC” mağazası fəaliyyət göstərir, mağazanın ayrı-ayrılıqda birbaşa küçəyə baxan 4 böyük pəncərəsi və 1 (bir) giriş qapısı vardır. Sökülməsi tələb olunan müvafiq konstruksiya i ddiaçının mülkiyyətində olan qeyriyaşayış sahələrinə hər hansı maneə törətmir, görüntünü və istismarı məhdudlaşdırmır.

23. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 152, 180-cı, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69, 95-ci və Mülki Prosessual Məcəllənin 77.1, 106, 107, 385-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

24. Qətnamədən iddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi və ya ədalətli araşdırmanın təmin edilməsi üçün qətnaməni ləğv edib, yenidən araşdırılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar olunmasını xahiş etmişdir.

25. Kassasiya şikayəti iddia tələbinə və apellyasiya şikayətinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Ekspertiza Mərkəzinin 16 iyul 2024-cü il tarixli rəyi ilə Cavabdeh apardığı qanunsuz tikililər Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.4-cü və 69.5.2-1-ci bəndlərinin tələblərini pozmaqla inşa edildiyi təsdiqini tapmışdır.

26. Bu normanın tələblərinə zidd olaraq cavabdeh iddiaçının mülkiyyət hüquqlarını pozan qanunsuz tikintilər aparmışdır. Cavabdeh ümumuyyətlə, binanın layihəsindən kənara çıxaraq öz mənafeyinə uyğun olaraq özbaşına tikinti həyata keçirmiş, bununla da, şəhərsalma norma və qaydaları pozmuş, o cümlədən müvafiq dövlət orqanları tərəfindən təsdiqlənmiş binanın layihəsində nəzərdə tutulmayan qanun suz tikintilər həyata keçirmişdir. Cavabdeh tərəfindən həyata keçirilən qanunsuz tikinti iddiaçının mülkiyyətçi kimi mənafelərinə toxunur və aparılmış qanunsuz tikili onun mülkiyyətində olan qeyriyaşayış sahəsinə bitişik tikilmişdir. Bir məqamı diqqətə çatdırmaq istərdi ki, cavabdehin istifadəsində olan zirzəmiyə qanuni giriş-çıxış mövcuddur və binanın layihəsində nəzərdə tutulmuşdur. Özbaşına zirzəmi keçidi və binanın əsas divarında layihədən kənar küçəyə giriş-çıxış qoyulması konstruktiv dəyişiklik olmaqla həm binanın təhlükəsizliyinə, həm də iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinə bitişik olmaqla onun hüquqlarını pozur.

27. Cavabdeh tərəfindən aparılmış qanunsuz tikili iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinə bitişik tikilmişdir. O da qeyd olunmalıdır ki, cavabd ehin istifadəsində olan zirzəmiyə qanuni giriş-çıxışı mövcuddur və bu giriş binanın layihəsində nəzərdə tutulmuşdur. Özbaşına zirzəmi keçidi və binanın əsas divarında layihədən kənar küçəyə giriş-çıxış qoyulması konstruktiv dəyişiklik olmaqla həm binanın təhlükəsizliyinə, həm də iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinə bitişik olmaqla birmənalı olaraq kasatorun hüquqlarını pozur. Qanunsuz tikintinin sökülməsi ilə bağlı aidiyyatı orqanlara müraciət olunsa da, bu günədək həmin dövlət qurumları öz vəzifələrini lazımi qaydada yerinə yetirməyərək, demək olarki heç bir addım atılmayıblar. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

28. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

29. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

30. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarının və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi.

31. Maddə 95.1.1. Tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hiss əsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi sökülür.

32. Maddə 95.2. Bu Məcəllənin 95.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər.

33. Maddə 95.3. Bu Məcəllənin 95.1.3-1-ci, 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

34. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

37. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və vide o yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxu d qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

44. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

45. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

46. Mad də 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

47. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

48. Hazırkı kassasi ya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

50. Məhkəmə kolleguyası hesab edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdi r və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

51. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütü n faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

52. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsin in məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

53. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan ma ddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

54. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

55. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-584/2025 nömrəli, 6 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar