Məhkəmə qərarları › İş №2(102)-2095/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2095/2019

18.03.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2095/2019 18.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi, cavabdeh “Əmanətlərin Sığortalanması Fondu”nun vəkili X3 iştirakı ilə, İddiaçı “İddiaçı MMC-nin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 noyabr 2018-cı il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 yanvar 2018-ci il tarixli qətnaməsi ilə (haki m:N.T.Tağıyeva; 2(006)-754/2018) İddiaçı “İddiaçı MMC-nin cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı X13 üçüncü şəxs kimi cəlb edilməklə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 noyabr 2018-ci il tarixli, qətnaməsi ilə (hakimlər: E.M.Həsənov (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və F.F.Babayev; 2(103)-11611/2018) iddiaçı “İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 yanvar 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı (MMC) Əmanətlərin Sığortalanması Fonduna, 3-cü şəxs X9 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərilmişdir ki, onunla “xxxx” ASC arasında Bakı şəhəri, ************** ***ünvanında yerləşən 8 mərtəbəli qeyri-yaşayış binasının 2-ci mərtəbəsindəki ümumi sahəsi 70,2 m2 olan 54 saylı, ümumi sahəsi 70,2 m2 olan 55 saylı, ümumi sahəsi 94,9 m2 olan 60 saylı, ümumi sahəsi 34,2 m2 olan 61 saylı, ümumi sahəsi 34,2 m2 olan 62 saylı, ümumi sahəsi 178,7 m2 olan 63 saylı, ümumi sahəsi 34,2 m2 olan 64 saylı, ümumi sahəsi 103,8 m2 olan 65 saylı, ümumi sahəsi 777,6 m2 olan 127 saylı, ümumi sahəsi 32,4 m2 olan 128 saylı, ümumi sahəsi 34,2 m2 olan 129 saylı ofislərin, həmin binanın 3-cü mərtəbəsində birlikdə ümumi sahələri 1374,7 m2 olan 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18 və 19 saylı ofislərin, 4-cü mərtəbəsindəki birlikdə ümumi sahəsi 1145,1 m2 olan 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18 və 52 saylı ofislərin, 5-ci mərtə bəsindəki birlikdə ümumi sahəsi 1145,1 m2 olan 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18 və 52 saylı ofislərin, 6-cı mərtəbəsindəki birlikdə ümumi sahəsi 1145,1 m2 olan 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18 və 52 saylı ofislərin, 7-ci mərtəbəsindəki birlikdə ümumi sahəsi 1145,1 m2 olan 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18 və 52 saylı ofislərin, həmçinin 8-ci mərtəbədəki birlikdə ümumi sahəsi 1524,8 m2 olan 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29 saylı ofislərin alqı-satqısına dair AN-İ № ********, AN-İ № ********, AN-İ № ********, AN¬İ № ********, AN-İ № ********, AN-İ № 0148761, AN-İ № ******* saylı, 27 dekabr 2007-ci il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdi r. İddia tələbini onunla əsaslandırmışdır ki, 27 dekabr 2007-ci il tarixdə MMC ilə “xxxx” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən, MMC-nin mülkiyyətində olan Bakı şəhəri, *****************ünvanında yerləşən 8 mərtəbəli qeyri-yaşayış binasının 2-ci mərtəbəsindəki ümumi sahəsi 70,2 m2 olan 54 saylı, ümumi sahəsi 70,2 m2 olan 55 saylı, ümumi sahəsi 94,9 m2 olan 60 saylı, ümumi sahəsi 34,2 m2 olan 61 saylı, ümumi sahəsi 34,2 m2 olan 62 saylı, ümumi sahəsi 178,7 m2 olan 63 saylı, ümumi sahəsi 103,8 m2 olan 64 saylı, ümumi sahəsi 103,8 m2 olan 65 saylı, ümumi sahəsi 777,6 m2 olan 127 saylı, ümumi sahəsi 34,2 m2 olan 128 saylı, ümumi sahəsi 34,2 m2 olan 129 saylı ofislər; həmin binanın 3-cü mərtəbəsində birlikdə ümumi sahələri 1374.7 m2 olan 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18 və 19 saylı ofislər, 4-cü mərtəbəsindəki birlikdə ümumi sahəsi 1145.1 m2 olan 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18 və 52 saylı ofislər, 5-ci mərtəbəsindəki birlikdə ümumi sahəsi 1145.1 m2 olan 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18 və 52 saylı ofislər, 6-cı mərtəbəsindəki birlikdə ümumi sahəsi 1145.1 m2 olan 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18 və 52 saylı ofislər, 7-ci mərtəbəsindəki birlikdə ümumi sahəsi 1145.1 m2 olan 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18 və 52 saylı ofislər, həmçinin 8-ci mərtəbədəki birlikdə ümumi sahəsi 1524.8 m2 olan 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29 saylı ofislər sonuncuya satılmışdır. X10 MMC-nin təsisçisi və eyni zamanda “x xxx” Açıq Səhmdar Cəmiyyətinin təsisçilərindən olmuş, 2007-ci ilin dekabr ayında “xxxx” ASC-nin idarə heyətinin sədri X1 E6 Bankın aktivlərini artırmaq lazım gəldiyini bildirmiş, E6 isə Bankın təsisçilərindən olduğundan və S8 inandığından həmin alqı-satqı müqavilələrini heç bir vəsait almadan həyata keçirməyə razılıq vermiş, bununla əlaqədar olaraq yuxarıda göstərilən daşınmaz əmlakların MMC tərəfindən “xxxx” ASC-yə sənəd üzərində alqı-satqısı həyata keçirilmiş, lakin həmin qeyri-yaşayış sahələrinin satılmasına dair müvafiq alqı-satqı müqavilələrində qeyd edilən pul vəsaitləri X5 ödənilməmiş, ümumiyyətlə həmin dövrdə sözügedən müqavilələrdə göstərilən məbləğ “xxxx” ASC-nin kassasında mövcud olmamışdır. X10 alqı-satqı müqaviləsində göstərilən məbləğin özünə kim tərəfindən və nə vaxt ödənilə cəyini soruşduqda X13 hal-hazırda Bankın xəzinəsində müvafiq məbləğin mövcud olmadığını və yaxın vaxtlarda həmin vəsait Bankın xəzinəsinə mədaxil olduqdan sonra ona həmin ödənişin ediləcəyini bildirmişdir. Sonradan hər dəfə X10 ona ödəniləcək vəsaitin ya ödənilməsini, ya da əmlaklarının özünə qaytarılmasını tələb etdikdə S8 həmin vəsaitlərin yaxın günlərdə ödəniləcəyi vədi kimi müxtəlif bəhanələrlə pulların ödənilməsini uzatmış, 2011-ci il yanvar ayının 27-də isə X4 təsisçilərindən olduğu “xxxx” ASC-nin lisenziyası Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən alınmışdır. Bundan sonra Mərkəzi Bankın təqdimatı əsasında Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 18 mart 2011-ci il tarixli qərarı ilə “xxxx” ASC müflis elan edilmiş və “RR & VAM X7” MMC-nin direktoru X6 “xxxx” ASC-nin ləğvedicisi təyin edilmişdir. X10 əmlakların pulunun ödənilməsinə dair ləğvediciyə dəfələrlə müraciət etsə də, ləğvedici onun tələbini qeydiyyata almamış və bunu onun həmin ASC-nin təsisçilərindən olması və ASC-nin üzərinə düşən bütün öhdəlikləri icra etdikdən sonra onsuz da yerdə qalan əmlakların Bankın təsisçilərinə və həmçinin ona (E6) qaytarılacağı ilə əsaslandırmışdır. Bu illər ərzində X10 dəfələrlə əmlakları barədə maraqlanmış və hər dəfə ona ləğvedici tərəfindən ləğvetmə mərhələsinin yaxın günlərdə bitəcəyi və onun əmlaklarının özünə qaytarılacağı ilə əlaqədar vədlər verilmişdir. Yaxın vaxtlarda X5 məlum olmuşdur ki, ləğvedici öz vəzifəsindən imtina etmiş, Bankın yeni ləğvedicisi kimi isə Əmanətlərin Sığortalanması Fondu təyin edilmişdir. Bundan sonra əvvəlki ləğ vedici X2 işləri ilə yaxından tanış olduqda sonuncunun Bankın əmlaklarını dəyər-dəyməzinə satdığı, vaxtilə Bankdan götürülmüş kreditlərin təminatı olan əmlakların borclar Banka ödənilmədiyi halda girovdan azad edildiyi məlum olmuş, istər “xxxx” ASCnin, istərsə də sonrakı vaxtlarda ASC-nin ləğvedicisi olmuş A6 bu səriştəsiz və zərərli fəaliyyəti nəticəsində X4 mülkiyyət hüququ pozulmuş və o, mülki-hüquq müstəvisində faktiki olaraq zərərçəkmiş statusunda qalmışdır. Kassasiya şikayətinin dəlilləri İddiaçı “İddiaçı MMC kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qə tnaməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324,337,340,354.2,380-cı maddələrinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88,217-ci maddələrinin tələblərinin pozulması ilə əsassız və qanunsuz qəbul edilmişdir. Tərəflərin izahatı Məhkəməkollegiyasınıniclasında cavabdeh Əmanətlərin Sığortalanması Fondunun vəkili X11 məhkəmə iclasında kassasiyaşikayətintəminedilməməsinixahişetdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaçı və 3-cü şəxs heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəm kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsin ə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdır ılması hesab olunmamalıdır.Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən, müəyyən edilir ki, 27 dekabr 2007-ci il tarixdə Bakı şəhəri 9 saylı notariat kontorunda İddiaçı MMC ilə “xxxx” Açıq Səhmdar Cəmiyyəti (Bank) arasında AN-İ ********, ********, ********, ********, ********, ******* və ******* saylı “xxxx” bağlanmış, MMC, mülkiyyətindəki Bakı şəhəri, *****************ünvanında yerləşən 8 mərtəbəli qeyri-yaşayış binasının 2-ci mərtəbəsindəki ümumi sah əsi 70,2 m2 olan 54 saylı, ümumi sahəsi 70,2 m2 olan 55 saylı, ümumi sahəsi 94,9 m2 olan 60 saylı, ümumi sahəsi 34,2 m2 olan 61 saylı, ümumi sahəsi 34,2 m2 olan 62 saylı, ümumi sahəsi 178,7 m2 olan 63 saylı, ümumi sahəsi 103,8 m2 olan 64 saylı, ümumi sahəsi 103,8 m2 olan 65 saylı, ümumi sahəsi 777,6 m2 olan 127 saylı, ümumi sahəsi 32,4 m2 olan 128 saylı, ümumi sahəsi 34,2 m2 olan 129 saylı ofisləri 767 000 (yeddi yüz altmış yeddi min) manata; həmin binanın 3-cü mərtəbəsindəki birlikdə ümumi sahələri 1374,7 m2 olan 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18 və 19 saylı ofisləri 687 000 (altı yüz səksən yeddi min) manata; 4-cü mərtəbəsindəki birlikdə ümumi sahələri 1145,1 m2 olan 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18 və 52 saylı ofisləri 572 500 (be ş yüz yetmiş iki min beş yüz) manata; 5-ci mərtəbəsindəki birlikdə ümumi sahələri 1145,1 m2 olan 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18 və 52 saylı ofisləri 572 500 (beş yüz yetmiş iki min beş yüz) manata; 6-cı mərtəbəsindəki birlikdə ümumi sahələri 1145,1 m2 olan 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18 və 52 saylı ofisləri 572 500 (beş yüz yetmiş iki min beş yüz) manata; 7-ci mərtəbəsindəki birlikdə ümumi sahələri 1145,1 m2 olan 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18 və 52 saylı ofisləri 515 250 (beş yüz on beş min iki yüz əlli) manata; 8-ci mərtəbəsində yerləşən birlikdə ümumi sahələri 1524,8 m2 olan 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29 saylı ofisləri 685 800 (altı yüz səksən beş min səkkiz yüz) manata Banka satmışdır. Azərbaycan Respublikası Mərkəzi Bankı ərizə ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Bankın müflis elan edilməsi, banka ləğvedici qismində “RR & VAM X8” MMC-nin təyin edilməsi, ləğvediciyə ödəniləcək aylıq əmək haqqının 500 manat məbləğində müəyyən olunmasını xahiş etmiş, həmin məhkəmənin 18.03.2011-ci il tarixli qərarı ilə ərizə təmin edilmiş, iş üzrə qəbul edilmiş 13.04.2015-ci il tarixli qərardada əsasən isə, bankın ləğvedicisi X2 vəsatəti təmin edilərək Bankın Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondu qarşısında olan borc öhdəliklərinin yerinə yetirilməsi məqsədilə Banka məxsus Bakı şəhəri, *****************ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 8-ci mərtəbəsindəki ümumi sahəsi 626,5 m2 olan 10 nömrəli ofis, 8-ci mərtəbədəki ümumi sahəsi 1267,3 m2 olan 2 nömrəli ofis, həmin mərtəbədəki ümumi sahəsi 626,5 m2 olan 31 nömrəli ofis, 3-cü mərtəbədəki ümumi sahəsi 847,2 m2 olan 37 nömrəli ofis, 8-ci mərtəbədəki ümumi sahəsi 1267,3 m2 olan 14 nömrəli ofis, 3-cü mərtəbədəki ümumi sahəsi 405 m2 olan F korpusu 4 nömrəli ofis, 8-ci mərtəbədəki ümumi sahəsi 1708,8 m2 olan 33 nömrəli ofis, həmin mərtəbədəki ümumi sahəsi 1524,8 m2 olan 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29 nömrəli ofislər, 6-ci mərtəbədəki ümumi sahəsi 1145,7 m2 olan 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19 və 52 nömrəli ofislər, 5-ci mərtəbədəki ümumi sahəsi 1145,1 m2 olan 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18 və 52 nömrəli ofislər; 3-cü mərtəbədəki ümumi sahəsi 1374,7 m2 olan 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19 və 52 nömrəli ofislər, 7-ci mərtəbədəki ümumi sahəsi 1145,1 m2 olan 5, 6, 7 və 52 nömrəli ofislər, 4-cü mərtəbədəki ümumi sahəsi 1145,1 m2 olan 2, 3, 4, 5, 6, 7, 14, 15, 16, 17, 18 və 52 nömrəli ofislərin hərraca çıxarılması üçün qiymətləndirici şirkət tərəfindən qiymətləndirilmənin həyata keçirilməsi və həmin əmlakların açıq hərraca çıxarılmaqla satılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 avqust 2017-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının ərizəsi təmin edilərək, iflas prosesində olan “xxxx” ASC-nin ləğvedicisi “RR & VAM X8” MMC-nin direktoru X2 fəaliyyətinə xitam verilmiş və Banka ləğvedici qismində Əmanətlərin Sığortalanması Fondu təyin edilmişdir. Azərbaycan Respublika sı Mülki Məcəlləsinin: -324.1-ci maddəsinə əsasənəqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. - 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. - 324.4-cü maddəsinə əsasənmüqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. - 324.5-ci maddəsinə əsasənİradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. - 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqd lər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. - 339-cu maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər. - 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir - 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 34 7.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər İş üzrə toplanmış sübutları araşdıran apellyasiya instansiyası məhkəməsi nəticəyə gəlmişdir ki,İddiaçı Əmanətlərin Sığortalanması Fonduna qarşı hazırkı iddianı qaldırmış, yuxarıda qeyd edilən alqı-satqı müqavilələrini sırf görünüş üçün formal olaraq bağladıqlarını, bunun özünün də təsisçilərindən olduğu “xxxx” ASC-nin aktivlərini artırmaq zərurəti ilə əlaqədar olduğunu, həmin müqavilələrdə g östərilən məbləğlərin ona ödənilmədiyini iddia edərək hazırkı iddia tələblərini irəli sürmüşdür.Hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir; iddiaçının etibarsız hesab edilməsini tələb etdiyi 27 dekabr 2007-ci il tarixli alqı-satqı müqavilələrinin lazımi subyektlərin (səlahiyyətli şəxslərin) arasında bağlanmış olduğu mübahisə mövzusu deyildir; müqavilələrin, bu növ əqdlər üçün nəzərdə tutulmuş forma və məzmuna uyğun olmadığı da irəli sürülməmiş, onları bağlamış şəxslərin arasında iradə vahidliyinin yoxluğu isə sübuta yetirilməmişdir. Əksinə iddia çı, bir tərəfdən cavabdehlə notarial qaydada bağlanmış alqı-satqı müqavilələrinin həqiqi iradəsinə uyğun olmadığını, heç bir vəsait alınmadan formal olaraq bağlandığını bildirsə də, digər tərəfdən İddiaçı MMC-nin təsisçisi E6 həmin müqavilələr üzrə ödənilmədiyi irəli sürülən alqı-satqı məbləğinin özünə kim tərəfindən və nə vaxt ödəniləcəyi ilə bağlı davamlı olaraq maraqlandığını, Bankın idarə heyətinin sədri olmuş Səriyyə Səmədovanın müxtəlif bəhanələrlə həmin pulların ödənilməsini uzatdığını göstərməklə müqavilələrin görünüş üçün bağlanması barədə iddiasının dəlilləri ilə ziddiyyətli mövqe sərgiləmişdir. Nəzərə alınmalıdır ki, uydurma əqddə tərəflər, ona uyğun heç bir hüquqi nəticə (yəni özləri üçün həmin əqd üzrə hüquq və öhdəlik) yaratmaq niyyəti olmadan əqdi bağlamış olmalı, əqd üzrə h üquq və vəzifələrin əmələ gəlməməsi barəsində öz aralarında sövdələşməlidirlər. Bu baxımdan iddiaçının (onun təsisçisinin) ödənilmədiyi irəli sürülən alqı-satqı məbləğinin ödənilməsi ilə davamlı olaraq maraqlanması tərəflər arasında həmin müqavilələr üzrə hər bir halda hüquq və vəzifələrin əmələ gəldiyini, başqa sözlə, müqavilələrin hüquqi nəticə yaratmaq niyyəti olmadan bağlanmadığını və iddiaçının hər bir halda əmlaklar üzərində sərəncam vermək niyyətində olduğunu göstərir. Apellyasiya instansiyası məhkəməsi həmçinin hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iddiaçının 27.12.2007-ci il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinin təmin edilməməsi barədə hüquqi mövqeyi mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərin in qorunması, habelə MM-in 4-cü və 6-cı maddələrində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından da qanunidir. Bu qənaətə gələrkən apellyasiya instansiyası məhkəməsi nəzərə almışdır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Həmçinin iddiaçı tərəfindən müvafiq iddianın irəli sürülməsi üçün qanunla nəzərdə tutulmuş müddət də ötürülmüşdür. Etibarsız əqdlər üzrə müddətlər qanunvericlik tərəfində n iddia müddəti kimi müəyyən edilməmişdir. Başqa sözlə, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir, bu müddət keçdikdən sonra isə müvafiq hüququnu itirir. Göründüyü qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur və müddətin keçməsi məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. Apellyasiya instansiyası məhkəməsinin yuxarıda gəldiyi qənaətə görə iddiaçı hansı müqavilələri bağlamasından və onların mahiyyətindən məhz müqavilələr bağlanan tarixdə, yəni 27.12.2007-ci il tarixdə xəbərdar olmuşdur; d igər tərəfdən hətta həmin müqavilələr üzrə ödənilməli olan pul vəsaitlərinin iddiaçıya ödənilmədiyi qəbul edilsə belə, onun (təsisçisinin) S8 bəhanələrinə 10 ilə kimi uzun bir müddət ərzində davamlı olaraq inanmış olması ağlabatan (məntiqli) deyildir. Müddətlər mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüqu q münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Avropa İnsan Hüquqları Məhkəməsi də analoji hüquqi mövqedən çıxış edərək, “Miraqall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daş ıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Məhkəmə iclaslarında iştirakının təmin edilmədiyinə dair apellyatorun apellyasiya şikayətinin dəlilini də kollegiya əsassız hesab etmişdir; ona görə ki, iş materiallarından onun nümayəndəsinin məhkəmə iclası barədə məlumatlı olduğu, lakin məhkəməyə getmədiyi aydın olur; belə halın məsuliyyətini isə həmin nümayəndə özü daşımaqla bu, məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz. Ona görə də apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsini qanunu və əsaslı hesab edərək onu dəyişdirmədənsaxlamışdır. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tə rəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərəəsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 15 noyabr 2018-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar