Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2096/2023 17.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 oğluna, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın mümkünlüyü, əmlak xarakterli iddialar üzrə kassasiya şikayəti verilə bilməyən qətnamələr, kassasiya şikayətinin kassasiya baxışından çıxarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 oğluna, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı əmlak və qızıl-zinət əşyaları tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasın ın 2(106)-1886/2022 nömrəli, 11 oktyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. MÜƏYYƏN ETDİ:
1. İddiaçı məhkəməyə müraciət edərək, cehiz əmlaklarının, ona hədiyyə edilmiş qızıl-zinət əşyalarının və ya onların dəyərinin cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Sabirabad Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim Nurəddin Bağırov, iş N 2(056)-384/2022) iddia qismən təmin edilərək qızıl-zinət əşyalarından- iddia ərizəsində 79 nömrə altında qeyd olunan üzüyün (olmadığı halda 120 manat dəyərinin) Cavabdeh4 alınıb İddiaçı verilməsi, 80 nömrə altında qeyd olunan bilərziyin (olmadığı halda 200 m anat dəyərinin) Cavabdeh2 alınıb İddiaçı verilməsi, cehiz və şəxsi əşyalardan- iddia ərizəsində siyahı üzrə 1 nömrə altında qeyd olunan döşək dəsti 1 ədəd- 60 manat,
2. Yorğan dəsti 1 ədəd-50 manat,
3. Xalça 4 ədəd-480 manat,
4. Yastıq dəsti 4 ədəd-80 manat,
5. Payız yorğanı 2 ədəd-60 manat,
6. Qalın odeyal dəsti-50 manat 2 ədəd,
7. Taxt üstü pakrival - 1 ədəd-50 manat, 9. əl-üz dəsmalı 12 ədəd-72 manat,
10. Çay dəsmalı dəsti 12 ədəd- 36 manat,
11. Süfrə dəsti 3 ədəd-45 manat,
12. Skater dəsti 2 ədəd 40 manat,
13. Qab altına sərmək ücün süfrə 1 ədəd-10 manat,
14. Mətbəxt dəsmal dəsti - 2 ədəd - 30 manat,
16. Qazan dəsti 1 ədəd-55 manat,
17. Tək qazan qulplu 1 ədəd-20 manat,
18. Kauçuk vanna dəsti 1 dəst -10 manat,
19. İşlədilməmiş kauçuk qablar 5 ədəd-10 manat,
20. Kauçuk aşsüzən 1 ədəd - 3 manat, 21.Qəhvədan dəsti 2 dəst 40 manat, 22.Gəlin lampası 1 ədəd-20 manat, 23.Lüstur 1 ədəd- 50 manat,
24. Naçnik 1 ədəd- 20 manat, 25.Rumkalı bogema dəsti 4 dəst-100 manat,
26. Çay servisi 1 dəst- 80 manat,
27. Çaynik 1 ədəd- 25 manat,
28. Qənd qabı dəsti 4 ədəd-20 manat,
29. Boşqab dəsti 6 ədəd- 6 manat, 30.Salat qabı 12 ədəd-18 manat, 31.Xrustal stəkan 6 ədəd- 12 manat,
32. Nəlbəki 6 ədəd-6 manat,
33. Qutuda qaşıq vilka-bıçaq dəsti 1 ədəd-10 manat,
34. Duzqabı 4 ədəd- 2 manat,
35. Şpilka 10 dəst- 10 manat,
37. Pərdə 3 ədəd- 150 manat,
38. Podnis qutu dəsti 4 ədəd-30 manat,
39. Meyvə süzgəci- 3 manat,
43. Künc divanı 1 ədəd- 400 manat,
44. Yataq dəsti perla-1200 manat,
46. Termo yataq otağı üçün220 manat, 47.Şuba 1 ədəd-200 manat, 48.Kurtka 2 ədəd-150 manat,
54. Yay keti 1 ədəd10 mana t,
55. Yay ayaqqabı dəsti-kabluk 4 ədəd-120 manat,
56. Qış ayaqqabı dəstikabluk 2 ədəd- 70 manat, 57.Gecə paltarları 3 ədəd-240 manat, 61.Əl çantası 6 ədəd- 120 manat,
62. Ev ayaqqabısı- 6 ədəd- 30 manat,
65. Hava feni 1 ədəd-30 manat,
66. Saçburan fen 1 ədəd-20 manat,
67. Uşağın yataq dəsti-110 manat, 68.Uşaq üçün kremlər şampunlar dəst- 50 manat,
69. Uşağın paltar dəsti-70 manat,
70. Uşağın oyuncaqları – 30 manat və ya onlar olmadığı halda qeyd olunan əşyalarlın dəyərinin Cavabdeh1 oğlundan alınıb İddiaçı verilməsi qət edilmişdir.
3. İddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər İlham Əsədov (sədrlik edən və məruzəçi), Samir Mayılov və Nüsrət Mirzəyev, iş N 2(106)-1886/2022) apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi- tələb edilən əmlakın təmin edilməyən hissəsində ləğv edilmiş, həmin hissədə iddia qismən təmin edilərək 1150 manat dəyərində, 585 əyarlı qızıldan komplekt (kolye, sırğa, üzük, bilərzik dəsti); 585 əyarlı, 10 qram çəkidə qızıl nişan üzüyü, həmin əşyalar olmadıqda onların dəyəri Cavabdeh1 oğlundan, 1 ədəd 70 manat dəyərində “Ceyran” qaz sobası, 1 ədəd 250 manat dəyərində Hoffman markalı mikrodalğalı soba, 1 ədəd 150 manat dəyərində manqal, 1 ədəd 50 manat dəyərində Philips markalı ütü, həmin əşyalar olmadıqda onların dəyəri Cavabdeh3 və Cavabdeh1 oğlundan alınıb Fətiyeva (Mu stafayeva) Xatirə Yaşar qızına verilməsi qət edilmiş, qalan mübahisələndirilən hissədə iddia təmin edilməmişdir.
5. İddiaçı (Vəkil) qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın tam təmin olunmasını xahiş etmiş və şikayət 18 aprel 2023-cü il tarixli qərardadla kassasiya icraatına qəbul edilmiş, lakin sonradan müəyyən edilmişdir ki, kassasiya şikayəti mülki prosessual qanunvericiliyin tələblərinə zidd icraata qəbul edilmişdir.
6. Belə ki, MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
7. Göründüyü kimi, MPM-də əmlak xarakterli iddialar üzrə yalnız qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan yuxarı olduqda kassasiya şikayəti verilməsi nəzərdə tutulmuşdur.
8. Hazırda, mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan azdır. Belə ki, iddiaçı iddianın təmin edilmiş hissəsində 1150 manat dəyərində qızıldan komplektin cavabdeh Mahnurdan deyil Elvindən tutulmasını və cəmi 1740 manat dəyərində digər təmin edilməmiş əşyalara dair hissəni mübahisələndirir ki, bu halda da mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan azdır. Bu isə iddiaçının kassasiya şikayətinin baxılmasını qeyri- mümkün edir.
9. MPM-ə uyğun olaraq kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək, işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər (maddə 417.1.7).
10. Beləliklə, hazırkı kassasiya icraatı üzrə cavabdehin kassasiya şikayəti MPM-in tələblərinə zidd olaraq səhvən icraata qəbul olunduğu üçün Məcəllənin 417.1.7-ci maddəsinə əsasən həmin şikayətin icraata qəbul qərardadı ləğv edilməli və şikayət kassasiya baxışından çıxarılmalıdır.
11. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4 17 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı kassasiya şikayətinin icraata qəbul edilməsi barədə 18 aprel 2023-cü il tarixli qərardadı ləğv edilsin. Kassasiya şikayəti kassasiya baxışından çıxarılsın, iş Şirvan Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.