Məhkəmə qərarları › İş №2(102)-2097/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2097/2021

04.05.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2097/2021 04.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı avtomobilin geri qaytarılması tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: prosessual müddətin ötürülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Dəmirov İlqar Kamal oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-471/2020 nömrəli iş üzrə 03 dekabr 2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 04 may 2021-ci il tarixdə Al i Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Birinci və apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı Pərviz oğlu məhkəmədə Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldıraraq ona məxsus ** BC *** dövlət nömrə nişanlı, BMW X-5 Minik markalı, 2001-ci il buraxılışlı, tünd yaşıl metal rəngli Ban nömrəsi WBAFB3100XoLG91166 olan avtomaşının (hazırda ** XN *** dövlət nömrə nişanlı) Cavabdeh1 və Cavabdeh2 mülkiyyətinə keçirilməsinin və dövlət qeydiyyat nişanının dəyişdirilməsinin etibarsız hesab edilməsi və həmin avtomaşının cavabdehin qanunsuz sahibliyindən alınıb ona qaytarılması, habelə ödədiyi 30 manat məbləğində dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şabran Rayon Məhkəməsinin 26 sentyabr 2019-cu il tаrixli, 2(031)-739/2019 saylı qətnаməsi ilə (hakim Ç.Ə.İsgəndərov) İddiaçı Pərviz oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «avtomobilin qanunsuz sahiblikdən geri qaytarılması» tələbi barədə iddiasının əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 18 fevral 2020-ci il tarixli, 2(105)-471/2020 saylı qətnaməsi ilə (hakimlər E.G.Rəhimov–sədrlik edən və məruzəçi, G.F.Tağızadə və L.M.Məmmədova) İddiaçı apellyasiya şikayəti təmin edilməyərək, Şabran Rayon Məhkəməsinin 2(031)-739/2019 saylı, 26 sentyabr 2019-cu tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Sumqayıt Apellyasiya Məhkəməsinin 18 fevral 2020-ci il tarixli, 2(105)471/2020 saylı qətnaməsindən kassasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-47 1/2020 nömrəli iş üzrə 03 dekabr 2020-ci il tarixli qərardadı ilə (hakimlər E.G.Rəhimov– sədrlik edən və məruzəçi, G.F.Tağızadə və T.O.Quliyev) Sumqayıt Apellyasiya Məhkəməsinin 18 fevral 2020-ci il tarixli, 2(105)-471/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və məhkəmə müdafiəsi hüququnun təmin edilməsi üçün mülki işin apellyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətində qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarının tələblərini pozmuş, nəticədə qanunsuz və əsassız məhkəmə qərardadı qəbul etmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxslər X1 və X.X.X. İdarəsinin nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən həmin şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olma masına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). İş üzrə cavabdeh olan kassator apellyasiya instansiyası məhkəməsinin qərardadının tam ləğvini xahiş etdiyindən, həmin məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respubli kası MPM-nin 405.0.1-ci maddəsinə əsasən qətnamədən rəsmi qaydada alındığı gündən 2 (iki) ay müddətində kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa geri qaytarılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İş materiallarından görünür ki, bütün digər məhkəmə sənədləri kimi Sumqayıt Apellyasiya Məhkəməsinin 18 fevral 2020-ci il tarixli, 2(105)-471/2020 saylı qətnaməsi də 07 mart 2020-ci il tarixdə xəbərnaməli bildirişə imza edilməklə İddiaçı tərəfindən alınmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçı tərəfindən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə, yəni qətnamə alındıqdan 8 aydan çox müddət ötürülməklə verilmiş və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət verilməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 18 fevral 2020-ci il tarixli, 2(105)- 471/2020 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti geri qaytarılmalıdır Kassasiya kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı hazırkı kassasiya şikayətinə əlavə olaraq müddətin bərpasına dair ərizə əlavə etmişdir. Bu isə apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara al dı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-471/2020 nömrəli iş üzrə 03 dekabr 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar