Məhkəmə qərarları › İş №2(102)-2098/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2098/2021

17.05.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2098/2021 17.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair ilk Cavabdeh İddiaçı qarşı “əmlak və borc” tələbinə dair qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ Açar sözlər: birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X19 oğlunun katibliyi, İddiaçı, onun vəkili X7, Cavabdeh və onun vəkili Vəkil iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105 )-2404/2020 nömrəli iş üzrə 14 oktyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 17 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Sumqayıt Şəhər Məhkəməsinin 27.06.2019-cu il tarixli, 2(060)-5305/2019 saylı qətnaməsi ilə İddiaçı və Cavabdeh arasında Rusiya Federasiyasının Başkırdıstan Respublikası Ufa şəhər Kalinin bələdiyyə təhsili administrasiyasının VVAQ şöbəsində 02.07.2005-ci il tarixdə bağlanmış, 436 nömrəsi ilə qeydə alınmış nikah pozulmuş, birgə nikahdan doğulmuş 20.02.2003-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər anası Cavabdeh yanında qalması, 20 may 2019-cu il tarixdən etibarən 20.02.2003-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay sabit pul məbləğində 160 manat miqdarında alimentin İddiaçı tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah pozulduqdan sonra 10.09.2019-cu il tarixdə akt qeydləri kitabında 365 nömrə ilə qeyd edilmişdir. 27.05.2014-cü il tarixli, 47 nömrəli müqavilədən görünür ki, Cavabdeh mənzil almaq üçün “xxxx” MKT-ya müraciət etmiş və “xxxx” MKT tərəfindən 1 kv.m-nin dəyəri 550 manat olan X ərazisində yerləşən smeta sənədlərinə uyğun tikiləcəyi binasında 1 otaqlı, sahəsi 54.5 kv.m olan mənzili Cavabdeh 29.975 manata satmışdır. “xxxx” MKT tərəfindən verilmiş maliyyə arayışından görünür ki, mübahisəli mənzilin pay dəyəri payçı tərəfindən tam ödənilmiş və MTK-ya borc yoxdur. İş üzrə qəb ul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” MTK-nın X layihə-smeta sənədlərinə uyğun tikilmiş yaşayış binasında yerləşən və 47 saylı, 27 may 2014-cü il tarixli müqavilə ilə cavabdeh tərəfindən alınmış ümumi sahəsi 54,5 kv.m təşkil edən mənzildən onun 1/2 payının müəyyən edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə 02.07.2005-ci il tarixdə rəsmi qaydada evlənmiş və birgə nikahdan 20.02.2003-cü il tarixdə Lalə adlı bir nəfər uşaqları doğulmuşdur. Cavabdeh nikahın pozulması barədə məhkəmədə iddia qaldırmışdır. Cavabdeh ilə birgə nikahda olduqları zaman ərzində, yəni 2014-cü ildə hər ikisinin məsləhətləşməsi və onun Rusiya Federasiyasında işlədiyi dövrdə qazand ığı pul vəsaiti hesabına ev almaq qərarına gəlmişlər. Buna görə də, dostu X10 vasitəsi ilə cavabdehə ev almaq üçün 23.04.2014-cü il tarixdə 300 ABŞ dolları, 26.05.2014-cü il tarixdə 20.000 ABŞ dolları, 22.09.2014-cü il tarixdə 5000 ABŞ dolları məbləğində pul vəsaiti göndərmişdir. Eyni zamanda 07.10.2013-cü il tarixdə X12 vasitəsi ilə cavabdehin adına 300 ABŞ dolları, 06.03.2014-cü il tarixdə 300 ABŞ dolları, 01.07.2014-cü il tarixdə 250 ABŞ dolları, 31.08.2017-ci il tarixdə 3000 rubl və 11.12.2017-ci il tarixdə 2000 rubl pul vəsaitlərini göndərmişdir. Həmçinin 21.03.2011-ci il tarixdən 05.06.2015-ci il tarixədək onun tərəfindən cavabdehin adına bank vasitəsi ilə 3150 ABŞ dolları məbləğində pul vəsaiti göndərmişdir. Cavabdehə göndərdiyi pul vəsaitlərinin hesabına onunla “xxxx” MTK arasında 47 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən cavabdeh “xxxx” Mənzil-Tikinti Kooperativin X mikrorayonda tikəcəyi kooperativ yaşayış binasından 1 otaqlı mənzil almaq üçün “xxxx” Koorperativinə müraciət etmiş və tərəflər arasında müqavilə bağlanmışdır. Göstərilən müqavilənin 9-cu bəndinə əsasən “xxxx” MTK-nın X mikrorayonda layihə-smeta sənədlərinə uyğun tikəcəyi yaşayış binasında 1 otaqlı mənzilin ümumi sahəsi 54,5 kv.m təşkil edir. Qeyd olunan müqavilənin tələblərinə əsasən alınan mənzilin hər bir kv.m sahəsinin dəyəri 550 manat, həmin mənzilin ümumi dəyəri isə 29.975 manat təşkil edir. Cavabdeh və “xxxx” MTK arasında bağlanmış 47 saylı, 27 may 2014-cü il tarixli müqavilə əsasında alınmış mənzil, sonuncunun adına rəsmi nikahda olduqları müddətdə alınmışdır və həmin əmlak onların ümumi birgə mülkiyyəti sayılır. İddiaçı iddia ərizəsinə əlavə verib, “xxxx” MTK-nın X mikrorayonda layihə-smeta sənədlərinə uyğun tikilmiş yaşayış binasında yerləşən və 47 saylı, 27 may 2014-cü il tarixli müqavilə ilə cavabdeh tərəfindən alınmış ümumi sahəsi 54,5 kv.m təşkil edən mənzildən onun 1/2 payının müəyyən edilməsi, cavabdeh ona məxsus Belarusiya istehsalı olan soyuducu və çəkisi 50 qram (bismark modelli kişi qızıl üzük) qiyməti 2500 manat kişi qızıl-üzüyünün alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, o, 02 iyul 2005-ci il tarixdə cavabdeh iddiaçı ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş və cehiz əmlaklarını cavabdehin ünvan 1 ünva nında yerləşdirmişdir. O, cavabdehdən əmlaklarını tələb etsə də cavabdeh onları qaytarmamışdır. Ona məxsus olan və hazırda cavabdehin qeyri-qanuni sahibliyində qalan cehiz əmlakları qorka-(açıq-qəhvəyi, tünd qəhvəyi zolaqlı)-800 manat, divan, kreslo (yaşıl xaki, hündür karalevski)-1500 manat, jurnal stolu150 manat, 1 stol, 6 stul-700 manat, şfaner 6 qapılı, taxt, güzgülü makiyaj stolu, pufik, 2 tumba3500 manat, künc divanı (fıstıqdan düzəlmə)-500 manat, stol, tablet fıstıqdan-4 ədəd-300 manat, Gəncə xalçası qırmızı fonlu-600 manat, Belqia xalçası zoğalı fonlu-200 manat, Cəbrayıl xalçası-əl xalçası qara fonlu, laləli-1000 manat, 3 kilim (qırmızı-qara, sarı, yaşıl-qırmızı zo!aqlı)-300 manat, qonaq otağı üçün teatralnı zakaz ağ aşağısı zolaqlı 3 qatlı pərdə-350 manat, yataq otağı üçün açıq-qə hvəyi rəngli pərdə, yataq örtüyü dəsti-400 manat, uşaq otağı üçün ağ tül, açıq-qəhvəyi rəngli qıraq pərdə-150 manat, balkon üçün ağ aşağısı rəngli işləməli tül pərdə-150 manat, qalın tüklü yataq örtüyü dəsti-250 manat, nazik tüklü yataq örtüyü dəsti-150 manat, nazik yataq örtüyü dəsti-50 manat, zərli çəhrəyı yataq örtüyü dəsti-100 manat, qalın süfrə (TDR istehsalı)-100 manat, ağ xallı süfrə (Rusiya)-25 manat, ağ tikməli ipək süfrə (Türkiyə)-40 manat, qəhvəyi rəngli, xallı divan-kreslo örtüsü-150 manat, taxt döşəyi-19 kq-80 manat, tək döşək-16 kq-150 manat, zoğal rəngli tək döşək-15 kq-48 manat, yorğan-18 kq-180 manat, 6 ədəd 4 kq-dan qaz tükündən yastıq120 manat, 2 qaz tükündən yastıq-40 manat, 12 döşəkcə-120 manat, 6 pastel dəsti -180 manat, 4 tək nəfərlik pastel dəsti-80 manat, 10 mələfə -100 manat, 10 yastıq üzü-50 manat, 10 qətvə-120 manat, 12 əl dəsmalı-72 manat, 12 çay dəsmalı-60 manat, Hamam dəsti-150 manat, madonna yemək dəsti (Çexiya)-400 manat, madonna çay dəsti (Çexiya) 300 manat, madonna kofe dəsti (Çexiya)-200 manat, 2 madonna çərəz qabı 3 mərtəbəli-50 manat, 2 böyük, ayaqlı meyvə qabı – 200 manat, 2 böyük güldan -160 manat, 2 orta, altı bucaqlı meyvə qabı-80 manat, 2 orta, oval meyvə qabı-70 manat, 4 tülpan salfet qabı (Rusiya)-80 manat, 2 qayıq formalı konfet qabı (Rusiya)-50 manat, 12 çay stəkanı (Ukrayna)-120 manat, 12 armudu stəkan (Ukrayna)-100 manat, 2 mürəbbə qabı-30 manat, 2 tünd göy bagema konfet qabı-60 manat, 12 yaşıl bagema rumka-60 manat, 12 xrustal fıncan-80 manat, 12 xrustal duz qabı-30 manat, 6 xrustal duz qabı-20 manat, 12 xrustal mürəbbə qabı- 30 manat, qırmızı ağ xallı çay dəsti-50 manat, çuğun çaydan-15 manat, 2 çuğun 10 litrlik vedrə-40 manat, 2 xrustal qrafın (Rusiya)-80 manat, Samsung televizor- 250 manat, Panasonic videoplayer-100 manat, LG tozsoran-150 manat, Vitek mikser-40 manat, Philips, Scarlet ütü-40 manat, ətçəkən -100 manat, qızının dəri gödəkcəsi-200 manat, özünün dəri gödəkcəsi-300 manat, dəri gödəkcənin biser mexi-100 manat, Norka şuba qara papaqlı dizdən aşağıya doğru rəngi açılan-2500 manat, 2 qadın çantası -100 manat, böyük, boz rəngli it (Rusiya)-100 manat, orta, ağ-qara rəngli it (Rusiya)-70 manat, narıncı fil-30 manat, şrek -30 manat, ayı-20 manat, pələng-40 manat, qarğa-20 manat, gəlincik -20 manat, çəhrayı toxunma gəlincik (Rusiya)-20 manat, göy toxunma gəlincik-30 manat, bundan əlavə qeyd etdiyi kimi, o na və qızına məxsus boyunbağı (750 əyar, 23 qram) - 1840 manat, bilərzik (750 əyar, 17 qram) - 1360 manat, komplekt (585 əyar, 1 5 qram, briliant) -1000 manat, nişan üzüyü (585 əyar, 6 qram, briliant) -800 manat, üzük (583 əyar, 8 qram, qırmızı qaşlı) - 400 manat, üzük (583 əyar, 3 qram, çəhrayı qaşlı) - 150 manat, üzük (583 əyar, 5 qram, yaşıl qaşlı) - 250 manat, sırğa (750 əyar 3 qram) - 240 manat, sırğa (583 əyar, 5 qram) - 250 manat, boyunbağı (583 əyar, 5 qram) -250 manat, klon (585 əyar, 2 qram) - 120 manat, klon (583 əyar, 1 qram) - 50 manat, bilərzik (585 əyar, 3 qram) -180 manat, bilərzik (583 əyar, 1 qram) - 50 manat olan əmlaklardan ibarətdir. Eyni zamanda qeyd edir ki, o, 2010-cu ilin yayında Rusiyada cavabdeh İddiaçı 10000 ABŞ dolları məbləğində borc pul vermişdir. Belə ki, hə min vaxt Xin Rusiya Federasiyası Başkiriya Respublikasının Ufa şəhərində «reketlərlə» ciddi problemləri var idi və ondan pul tələb olunurdu. X də qorxusundan həmin pulu verməyə məcbur idi. O, Rusiyada kosmetik firmada ətir satışı ilə məşğul olduğundan ordan yığılan pulu İddiaçı vermişdir. Bundan əlavə bildirir ki, Rusiyada Xə qarşı çoxsaylı məhkəmə işləri vardır və X həmin işləri uduzmuşdur. Qeyd olunanlara əsaslanaraq, cavabdeh İddiaçı ona məxsus olan yuxarıdakı göstərilmiş 83 adda olan cehiz əmlakının və ya onun dəyərinin, boyunbağı (750 əyar, 23 qram) - 1840 manat, bilərzik (750 əyar, 17 qram) - 1360 manat, komplekt (585 əyar, 15 qram, briliant) -1000 manat, nişan üzüyü (585 əyar, 6 qram, brilyant) -800 manat, üzük (583 əyar, 8 qram, qırmızı qaşlı) - 400 manat, üzük (583 əyar, 3 qram, ç əhrayı qaşlı) - 150 manat, üzük (583 əyar, 5 qram, yaşıl qaşlı) - 250 manat, sırğa (750 əyar 3 qram) - 240 manat, sırğa (583 əyar, 5 qram) - 250 manat, boyunbağı (583 əyar, 5 qram) - 250 manat, klon (585 əyar, 2 qram) - 120 manat, klon (583 əyar, 1 qram) - 50 manat, bilərzik (585 əyar, 3 qram) -180 manat, bilərzik (583 əyar, 1 qram) - 50 manat dəyərində olan qızıl-zinət əşyalarının və ya onların dəyərinin, habelə, 10000 ABŞ dolları məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin araşdırması zamanı X8 şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, o, Xi və Xni tanıyır. O, 2017-ci ilin sentyabr ayının 11-dən 2019-cu ilin aprel ayının 11-nə kimi iddiaçının valideyinlərinə məxsus Bakı şəhəri, Qaradağ rayonunda yerləşən 5 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 3 otaqlı mənzildə hər ay 250 manat verməklə kirayədə yaşamışdır. Həmin müddət ərzində o, kirayə pulunun Xin anasına, qardaşı Fazilə vermişdir. İddiaçının anasına məxsus 3 otaqlı evin iki otağını ona kirayə vermişlər. Həmin mənzilin 1 otağında isə Xyə məxsus cehiz əmlakları yığılmışdır. Rihiyyə evə gəlib qapını açdıqda o, Xnin cehizinin həmin otaqda yığıldığını görmüşdür. Xnin istədiyi vaxt öz əmlaklarına baxmaq imkanı olmuşdur. O, bəzi ayların kirayə haqqını Xnin özünə vermişdir. X2 ifadəsində göstərmişdir ki, tərəflər onun valideyinləridir. O, hal-hazırda anası ilə birlikdə 1 ilə yaxındır ki, yeni aldıqları mənzildə yaşayırlar. Həmin ev alınanda atası bilirdi ki, ev ona alınıb. Sonradan atası həmin evlə bağlı məhkəmədə iddia qaldıranda o, pi s olmuşdur. Sonra o, atasına mobil telefon vasitəsi ilə zəng edərək bildirmişdir ki, həmin ev onundur, lakin atası ona bildirmişdir ki, ona heç nə maraqlı deyil, həmin ev satılıb bölünəcəkdir. X1 ifadəsində göstərmişdir ki, iddiaçı onun qardaşıdır. X onların evinə gəlin gələndə az miqdarda qab-qaçaq gətirmişdir. X gəlin gələn zaman cehiz kimi mebel gətirməmişdir. Onların evində olan mebeli toydan 2 il qabaq o, anası ilə birlikdə Bakı şəhəri, 8 mkr., ərazisində yerləşən mebel mağazalarının birindən almışdır. Bundan başqa, onun valideyinlərinə məxsus Qaradağ rayonundakı evin kirayə pulunu 2-3 il X almışdır. Sumqayıt şəhərində yeni alınmış evin pulunun çox hissəsini qardaşı X Rusiya Federasiyasında işləyən zaman göndərmişdir. X5 ifadəsində göstərmişdir ki, o, Xnin anasıdır. Tərəflər ailə qura rkən o, qızına çoxlu cehiz vermiş və həmin cehizləri Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən 3 otaqlı mənzilə aparmışlar. Mübahisəli mənzili o, öz hesabına almışdır. Evin alınmasında o, qardaşından 15.000 manat borc pul almışdır. X həmin evin alınmasında pul verməmişdir. Həmin evi də o, öz hesabına təmir etdirmişdir. Qızı X ailə qurmamışdan qabaq onun həyat yoldaşı ona 6000 manat vermişdir ki, qızına mebel alsın. O, da həmin pula qızı X üçün cehiz kimi mebel almışdır. Sumqayıt Şəhər Məhkəməsinin (hakim Azər İsmayılov) 19 iyun 2020-ci il tarixli, 2(060)229/2020 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair ilkin və Cavabdeh İddiaçı qarşı əmlak və borc tələbinə dair qarşılıqlı iddialar üzrə ilkin iddiası qismən təmin edil ib, “xxxx” MTK tərəfindən X mikrorayonda tikilmiş yaşayış binasında yerləşən və 47 saylı 27 may 2014-cü il tarixli müqavilə ilə əldə edilmiş ümumi sahəsi 54.5 kv.metr təşkil edən mənzilə dair pay hüquqları 3/5 hissədə Cavabdeh, 2/5 hissədə İddiaçı olması müəyyən edilmiş, ilkin iddia tələbi qalan hissədə və qarşılıqlı iddia tələbi təmin edilməmişdir. İş materialları və işin araşdırılan hallarına əsasən müəyyən edilmişdir ki, tərəflər 02.07.2005ci il tarixdə rəsmi nikaha girərək, ailə həyatı qurmuşlar və “xxxx” MTK tərəfindən X mikrorayonda tikilmiş yaşayış binasında yerləşən ümumi sahəsi 54,5 kv.m təşkil edən mənzil onların birgə nikahda olduqları dövrdə əldə edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflərin mövqeyini və mənafeyini, mübahisələndirilən birgə nikah dövrün də əldə edilmiş əmlakın alınmasında tərəflərin rolunu, qanunvericiliyin yuxarıda qeyd edilən tələblərini rəhbər tutub, tərəflərin birgə nikahdan anadan olmuş iddiaçının yanında qalan uşağın mənafeyini və mənzilin mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığını nəzərə alaraq, hesab edir ki, tərəflərin birgə nikah dövründə əldə etdikləri həmin mənzilə dair pay hüquqları 3/5 hissədə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, 2/5 hissədə isə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı olmaqla müəyyən edilməsi məqsədə uyğundur. Həmçinin Belarusiya istehsalı olan soyuducunun və çəkisi 50 qram olan (bismark modelli kişi qızıl üzük) qiyməti 2500 manat kişi qızıl üzüyün cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsində gəldiyi nət icəni onunla əsaslandırmışdır ki, iddiaçı Belarusiya istehsalı olan soyuducunun və çəkisi 50 qram olan (bismark modelli kişi qızıl üzük) qiyməti 2500 manat kişi qızıl üzüyün mövcud olması, onların dəyəri və həmin əmlakların cavabdehdə olması barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Məhkəmə Cavabdeh İddiaçı qarşı əmlak və borc tələbinə dair qarşılıqlı iddia tələbi üzrə iş materiallarına əsasən müəyyən etmişdir ki, iddiaçı Musatafayev X 2018-ci ilin avqust ayında Azərbaycan Respublikasına qayıtmış və həmin vaxta kimi qarşılıqlı iddia üzrə tələb edilən cehiz əmlakları və qızıl-zinət əşyaları Cavabdeh sahibliyində və istifadəsində olmuşdur. Bundan başqa, Cavabdeh İddiaçı müxtəlif adlarda və qiymətlərdə olan qızıl-zinət əşyalarını, cehiz əmlaklarını və 10.000 ABŞ dolları məbləğind ə pulu tələb etsə də, həmin qızıl-zinət əşyalarının və cehiz əmlaklarının mövcud olması və hazırda da İddiaçı olması və İddiaçı 10.000 ABŞ dolları məbləğində pulu borc verməsi barədə məhkəməyə mötəbər sübutlar təqdim edə bilməmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1, 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır. İddiaçı apelyasiya şikayəti verərək Sumqayıt şəhər Məhkəməsinin 19 iyun 2020-ci il tarixli, 2(060)-229/2020 saylı qətnaməsinin qismən ləğv edilərək ilk iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayəti verərək Sumqayıt şəhər Məhkəməsinin 19 iyun 2020-ci il tarixli, 2(060)-229/2020 saylı qətnaməsinin ləğv edilib, ilk iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Telman Quliyev - sədrlik edən və məruzəçi, Gülnarə Tağızadə və Lətifə Məmmədova) 14 oktyabr 2020-ci il tarixli 2(105)2404/2020 nömrəli qətnaməsi ilə hər iki tərəfin ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətləri təmin edilməyərək Sumqayıt Şəhər Məhkəməsinin 19 iyun 2020-ci il tarixli, 2(060)-229/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası işin hallarına və tərəflərin arasında mövcud olan mübahisəyə hüquqi qiymət verərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinmiş nəticə işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğundur. Birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını t am, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən, apelyasiya şikayətlərinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Cavabdeh kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2404/2020 nömrəli iş üzrə 14 oktyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək işin yeni apelyasiya baxışına göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi verilmiş iddia tələbi üzrə qətnamə çıxarmayıb, tamamilə fərqli məzmunda qətnamə çıxarı bdır. Apelyasiya şikayətində göstərilməsinə baxmayaraq apelyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu dəlilinə heç bir hüquqi qiymət verməyib. İddiaçı iddia tələbi mənzilin bölünməsi barədə olmuş, məhkəmə çıxışları mərhələsində iddianın tamamilə əsassız olması barədə dəlillər irəli sürməklə yanaşı, həm də iddia əsaslı olarsa belə bu formada təmin oluna bilməyəcəyini bildiriş, çünki mübahisəli mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməyib və onun bölgüsü mümkün deyil, iddiaçı ən yaxşı halda kooperativdəki payın bölgüsü barədə iddia qaldırmalı idi. İddiaçı məhkəməyə öz iddia tələbini təsdiq etmək üçün guya cavabdehə evin alınması üçün Rusiyadan pul göndərməsinə dair qəbzlər təqdim etmişdir ki, həmin qəbzlərin heç birində onun adı yoxdur. Başqa şəxslərin cavab dehə pul göndərməsinə dair qəbzlərə məhkəmə də heç bir hüquqi qiymət verməmişdir. Halbuki, həmin qəbzlər sübut edir ki, iddiaçı yalan danışır, əgər o pul göndərirdisə, elə öz adından göndərərdi. Mübahisəli mənzil formal olaraq tərəflərin birgə nikah dövründə alınsa da, onların ümumi gəlirləri hesabına alınmamışdır və məhkəmə iclasında şahidlərin ifadələri və cavabdehin özünün etirafı ilə sübuta yetirilmişdir ki, tərəflərin ailə münasibətlərinə faktiki olaraq 2008-ci ildən xitam verilib və nikahları yalnız kağız üzərində mövcud olub. İddiaçı mübahisəli mənzilin ümumi gəlirlər hesabına alındığını sübuta yetirə bilməmiş, əksinə, cavabdeh buna borclu olmasa da, sübuta yetirmişdir ki, həmin mənzil tərəflərin birgə gəlirləri hesabına deyil, ailə münasibətlərinə faktiki xitam verildikdən bir neçə il sonra Cavabdeh şəxsi gəlirləri və aldığı borclar, eləcə də anasının və qardaşının köməkliyi ilə alınıb, təmir olunubdur. Cavabdeh əşyaların mövcudluğunu və qarşı tərəfin evində olmasını foto- video sübutlarla, şahidlərin, cavabdehin anasının, qızının və həmin evdə kirayədə qalmış kirayəşinin izahatları ilə sübuta yetirmişdir. Qarşı tərəf isə, qarşılıqlı iddiaya etiraz etsə də heç bir sübut təqdim etməmişdir. Yalnız şahid qismində ifadə verən bacısı demişdir ki, guya Cavabdeh gələndə heç bir cehiz əmlakı gətirməmiş, yalnız pərdə və yorğan-döşək gətirmişdir. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etiraz və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh və onun vəkili Vəkil məhkəmə iclasında kassasiya şikayətinin dəli llərini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. İddiaçı və onun vəkili X11 məhkəmə iclasında kassasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə 31.1. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Maddə 31.2. Nikah müqaviləsində başqa hal nəzərdə tutu lmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Maddə 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ərarvadın hər birinin ayrıca mülkiyyətindədir (ər -arvadın hər birinin əmlakıdır). Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Maddə 37.2. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi t ərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən yalnız cavabdeh kassasiya şikayəti verdiyindən, həmin kassasiya şikayəti əsasında qətnamə ilkin iddianın təmin edilmiş hissəsində və qarşılıqlı iddianın rədd edilmiş hissəsind ə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq məhkəmə kollegiyası qeyd edir ki, məhkəmənin iddiaçının cavabdeh tərəfindən alınmış ümumi sahəsi 54,5 kv.m təşkil edən mənzildən onun 1/2 payının müəyyən edilməsini tələb etməsi, məhkəmə tərəfindən isə iddiaçının müba hisəli mənzilə dair paya hüquqlarının müəyyən edilməsi iddia tələbindən kənara çıxma kimi qiymətləndirilə bilməz. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 27 avqust 2012-ci il tarixli Qərarında qeyd etmişdir ki, prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək olar: iddianın predmeti və onun əsası (Mülki Prosessual Məcəllənin 53 və 153-cü maddələri). Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir. Mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının, bar əsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüququ başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair 23 fevral 2016-cı il tarixli qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsi ilə bağlı qeyd etmişdir ki, qanunverici mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. İddia tələbindən kənara çıxmanı isə yalnız qanunla nəzərdə tutulan müstəsna hallarla şərtləndirmişdir. Belə ki, məhkəmə iddiaçının verdiyi tələbləri onlardan kənara çıxmaq yolu ilə tamamlaya bilər. Məhkəmənin belə bir hüq uqa malik olması iddianın predmetinin dəyişdirilməsinə yönəlməmişdir. Məhkəmə yalnız iddianın göstərilən ünsürlərinin hüdudlarından kənara çıxmaq, bununla da iddiaçıya verilən hüququn sərhədlərini genişləndirmək hüququna malikdir. Məhkəmənin həmçinin, məhkəmə araşdırılmasının gedişində aşkara çıxan yeni hallara istinad edərək, iddianın əsasına əlavə etmək hüququ vardır. Məhkəmə qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxdıqda, bu barədə qətnamənin əsaslandırıcı və nəticə hissəsində göstərməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki işdə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı birgə nikah dövründə əldə edilmiş mənzildə mülkiyyətçi kimi payının müəyyən edilməsini istəyir. Bu səbəbdən həmin payın mənzilə və ya mənzilə dair paya hüqu q kimi tanınması iddianın predmetini dəyişmir. Kassasiya şikayətinin digər dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, tərəflər 2005ci ildən rəsmi nikahda olmuş, iddiaçının məhz nikah dövründə, 2014-cü ildə cavabdehin adına alınmış əmlakın əldə olunmasında bu və ya digər formada iştirak etmədiyini qəbul etmək ağlabatan mühakimə əsasında məntiqli deyildir. Bu cür yanaşma həm də hüququn üstünlüyü, normativhüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir və kollegiya bu qənaətə gələrkən həmçinin ədalət, insaf və mənəviyyat tələblərini nəzərə alır. Digər tərəfdən, qanunvericilik ər-arvadın ümumi birgə mülkiyyətini yalnız onların “ümumi gəlirləri hesabına əldə edilən əşyalar”la məhdudlaşdırmamı ş, “ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ərin (arvadın) da ümumi əmlak üzərində hüquqa malik olduğunu” təsbit etmişdir. Tərəflərin 2008-ci ildən ailə münasibətlərinə faktiki xitam verilməsi işə baxan məhkəmələr tərəfindən müəyyən edilməmişdir. İş üzrə müəyyən edilməyən faktlara isə kassasiya şikayətində istinad edilməsi yolverilməzdir. Qarşılıqlı iddia tələbinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Həmçinin nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Sadalanan hüquq normalarına görə birgə nikah dövründə hədiyyə kimi əldə olunmuş əmlakları və özünə məxsus cehiz əşyalarını digər şəxsdən məhkəmə qaydasında tələb edən şəxs həmin əmlakların mövcudluğunu və göstərilən dəyərdə olduğunu, əşyala rın onun mülkiyyətində olduğunu və hazırda özgəsinin qanunsuz sahibliyində qaldığını sübuta yetirməlidir. Yalnız mübahisəli əşyaların mövcudluğunun, iddiaçıya məxsusluğunun və müvafiq dəyərdə olduğunun sübuta yetirilməsi, yaxud cavabdeh tərəfindən mübahisələndirilməməsi belə iddiaların təmin olunması üçün birmənalı əsas deyildir. Bu baxımdan oxşar işlər üzrə birgə yaşadıqları evdən gedərkən mübahisəli əşyaları özü ilə aparmadığını və əşyaların cavabdehdə qaldığını sübut etmə yükü iddiaçının üzərinə düşür. Baxılan işin hallarından asılı olaraq məhkəmə iddiaçının evdən getmə şəraitini nəzərə almaqla, tələb olunan əşyaların cavabdeh tərəfdə qaldığı barədə qənaətə gələ, yaxud əşyaların aparıldığını sübut etmək yükünü cavabdeh tərəfin üzərinə qoya bilər. Lakin bunun üçün iddiaçı ilk növbədə həq iqətən də birgə yaşadıqları evi mübahisəli əmlakları özü ilə aparmaq imkanı olmadan tərk etdiyini sübuta yetirməli, yaxud cavabdeh tərəf bu halı mübahisələndirməməildir. Qeyd olunan hallarla bağlı işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi qəbul oluna bilər ki, həmin izahatlar işdə olan digər sübutlarla təsdiqlənmiş olsun. Hazırki iş üzrə məhkəmələr tərəfindən isə müəyyən edilmişdir ki, İddiaçı 2018-ci ilin avqust ayında Azərbaycan Respublikasına qayıtmış və həmin vaxta kimi qarşılıqlı iddia üzrə tələb edilən cehiz əmlakları və qızıl-zinət əşyaları Cavabdeh sahibliyində və istifadəsində olmuşdur. Belə olan halda, həmin əmlakların İddiaçı qalması iş üzrə sübuta yetirilməmiş hesab olunur. Kassasiya şikayətinin bu əşyalar ilə ba ğlı dəlilləri işin hallarının sübut olunmamasına və məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına yönəldiyi üçün hazırkı icraat çərçivəsində bu dəlillər üzrə araşdırma aparılmır və onlara qiymət verilmir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2404/2020 nömrəli iş üzrə 14 oktyabr 2020-ci il tarixli qətnaməsi yoxlanılan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar