Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2098/2022 20.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6335/2021 nömrəli iş üzrə 12 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətli üzrə işə 20 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları: ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı sahibliyi və istifadəsində olmaqla mülkiyyət hüququnun subyekti kimi dövlət qeydiyyatına alınmamışdır. 03 fevral 2020-ci il tarixdə İddiaçı ilə Cavabdeh arasında həmin evin alqı-satqısına dair ilkin müqavilə bağlanmışdır. Həmin müqavilədə evin ümumi dəyəri 16.000 manat müəyyən olunmaqla onun 15.000 manatının notariusun bankdakı depozit hesabına keçirilməsi yolu ilə, 1000 manatın isə nəğd şəkildə ödənilməsi nəzərdə tutulmuşdur. Həmin müqaviləyə əsasən “satıcı” müqavilənin bağlandığı andan evi özəlləşdirmək barədə, “alıcı” isə evə dair Dövlət Reyestrindən Çıxarış alındıqdan sonra alqı-satqı müqaviləsini bağlamaq barədə üzərlərinə öhdəlik götürmüşlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2021-ci ilin mart ayında İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus fərdi yaşayış evini 45.000 manata satmaq barədə Cavabdehla razılaşmasına baxmayaraq onlar arasında bağlanmış ilkin alqı-satqı müqaviləsində evin dəyərinin 16.000 manat göstərilməsini, səbəbini soruşduqda cavabdehin bunu ödənilməli olan verginin azaldılması məqsədi ilə etməsini bildirməsini, cavabdehin müqavilədə müəyyən olunmuş 1000 manatı belə ona verməməsini əsas göstərməklə ilkin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, cavabdehin evdən çıxarılması və evin ona təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3175/2021 saylı, 15 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim: M.Ə.Rüstəmli ) iddia rədd edilmişdir. Apellyasiya instansi yası məhkəməsində icraat İş üzrə iddiaçı apellyasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6335/2021 saylı, 12 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.Ə.Mehdiyev (sədrlik edən və məruzəçi), N.Ş.Cəfərov və X.Ə.Sarıyev) apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 2(001)-3175/2021 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək tərəflər arasında bağlanmış 03 fevral 2020-ci il tarixli ilkin alqı-satqı müqaviləsinin etibarsız sayılması, cavabdehin həmin evdən çıxarılaraq evin iddiaçıya təhvil veri lməsi, evin ilkin alqı-satqısı ilə əlaqədar iddiaçıya ödənilmiş 21.000 manatın ondan alınaraq cavabdehə verilməsi, qətnamənin cavabdehin evdən çıxarılması və iddiaçıya təhvil verilməsi ilə pulun qaytarılması hissəsində eyni vaxtda icra edilməsi qət edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə Cavabdeh kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, qanunun qüvvəsinin düzgün tətbiq edilmədən çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçıların ın izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmədən baxılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 11.5 Mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və ya onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz. Maddə 164.1 Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Maddə 337.1 Bu Məcəlləd ə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər Maddə 146.3 Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Maddə 402.1 İlkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaş dırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsinə yönəldiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiyası məhkəməsi tərəflər arasında bağlanmış ilkin alqı-satqı müqaviləsini etibarsız sayarkən müqavilənin Dövlət Reyestrində qeydiyyata alınmayan əmlaka dair bağlanmasını, müqavilədə onun hansı müddətə bağlanmasının göstərilməməsini, müqavilənin bağlandığı vaxt dan bir ildən artıq müddətin keçməsinə baxmayaraq əmlaka dair reyestr çıxarışının alınmasının təmin edilməməsi səbəbindən əsas müqavilənin bağlanmamasını əsas göstərmişdir. Aşağıdakı səbəblərdən kollegiya hesab edir ki, qətnamə ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. (217.3) Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddianı təmin edərkən gəldiyi nəticəni qanunun həmin normasının tələblərinə uyğun əsaslandırmamışdır. İş materiallarından görünür ki, mübahisəli ev özbaşına tikili olmaqla iddiaçının həmin evə dair hər hansı bir hüququ dövlət qeydiyyatına alınmamışdır. Lakin buna baxmayaraq iddiaçı həmin evə dair cavabdehlə ilkin alqı-satqı müqaviləsini bağlamış və həmin müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.3-cü maddəsinin ziddinə olaraq notariatda təsdiq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 402.1-ci maddəsinə əsasən ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. İlkin müqavilənin məzmunundan göründüyü kimi, iddiaçı həmin müqavilə ilə gələcəkdə əsas müqavilənin bağlanması üçün üzərinə həmin evə dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış almaq barədə öhdəlik götürmüşdür. Həmin öhdəliyin ic rası iddiaçıdan deyil, Reyestr Xidmətindən asılı olmaqla onun səlahiyyətinə aid olduğundan iddiaçının həmin öhdəliyini müəyyən edən müqavilə qanuni sayıla bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. İlkin alqı-satqı müqaviləsi bağlanarkən Mülki Məcəllənin 146.3-cü maddəsində müəyyənləşdirilmiş şərt pozulduğundan həmin müqavilə tərəflər üçün heç bir hüquqi nəticə yarada bilməzdi. Göstərilən müqavilə əhəmiyyətsiz əqd olduğundan kollegiya hesab edir ki, mübahisə tərəflər arasında mövcud olmuş faktiki münasibətlər nəzərə alınmaqla həll oluna bilərdi. Müvafiq qaydada dövlət qeydiyyatına alınmamış daşınmaz əmla kın alqı-satqısına dair münasibətlər mülki qanunvericiliklə tənzimlənməsə də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.5-ci maddəsinə əsasən həmin mübahisəyə məhkəmədə baxıla bilər. İşdən görünür ki, iddiaçı özünün yaşayış yeri kimi istifadə etdiyi evi cavabdehə satmış və bunun müqabilində ondan apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunduğu kimi 21.000 manat məbləğində pul almışdır. Evin cavabdehə satılmasına iddiaçının ailə üzvləri də etiraz etməməklə bu barədə notariat ofisinə ərizə təqdim etmişlər. İşdən görünür ki, iddiaçı onunla cavabdeh arasında alqı-satqı müqaviləsinin bağlanmasını təsdiq etmiş, lakin ona əvvəldən razılaşdırılmış məbləğin ödənilməməsi əsası ilə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Mübahisəli ev isə müqavilədən sonra cavabdehin faktiki istifadəsinə keçmiş və onun tərəfindən təmir olunaraq başqasına satılmışdır. Belə olduqda, əhəmiyyətsiz əqdin etibarsız sayılması və bununla yanaşı cavabdehin evdən çıxarılmaqla evin ona təhvil verilməsi barədə iddiaçının tələbinin qanuniliyi işin yuxarıda göstərilən halları baxımından qiymətləndirilməli idi. Lakin işdən göründüyü kimi apellyasiya instansiyası məhkəməsi işin həmin hallarını nəzərə almadan və onlara müvafiq hüquqi qiymət vermədən ilkin müqaviləni etibarsız saymaqla yanaşı cavabdehin evdən çıxarılması və evin iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul etmişdir. İlkin alqı-satqı müqaviləsi əhəmiyyətsiz əqd olsa da, evin razılaşdırılmış qiyməti həmin müqavilədə 16.000 manat məbləğində müəyyən olunmuş və apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olund uğu kimi cavabdeh tərəfindən iddiaçıya 21.000 manat ödənilmişdir. İddiaçı evini cavabdehə 45.000 manata satmaq barədə razılaşmalarını iddia etsə də, ona ödənilməmiş məbləği tələb etməmiş, qanunun tələbinə uyğun olmayan qaydada bağladığı müqavilənin etibarsızlığını tələb etmişdir. Kollegiya hesab edir ki, iddiaçı cavabdehdən ona ödənilməmiş pul məbləğini bunu təsdiq edən sübutları təqdim etməklə məhkəmədə müstəqil surətdə iddia qaldıra bilər. Göstərilənlərlə əlaqədar kollegiya hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığından kassasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilərək iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Cavab deh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6335/2021 nömrəli iş üzrə 12 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2098/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-2098/2022
20.04.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver