Məhkəmə qərarları › İş №2(102)-2102/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2102/2025

01.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2102/2025 01.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit borcu üzrə əldən çıxmış faydanın tutulması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasından imtina, qətnamənin elektron kabinetə yerləşdirilməsi, prosessual müddətin axımı, müddətin buraxılma səbəbinin üzrlü olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcu üzrə əldən çıxmış faydanın tutulması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli 2(103)-6183/2022 nömrəli qərardadından İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin şikayətinə 01 iyul 2025-ci il tarixdə Respublikası Ali Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. İddiaçı BOKT ASC (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 vurulmuş zərərin əvəzi olaraq 5307 manat pulun və ödənilmiş 73.10 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-973/2022 saylı, 16 iyun 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim H.M. Əhmədova)

3. İddiaçı apellyasiya şikayəti verərək, Rayon Məhkəməsinin qətnamənin ləğv, iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6183/2022 saylı, 19 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Rayon Məhkəməsinin e- qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Elşən Kazımov (sədrlik edən və məruzəçi), Akif İsgəndərov, İlham Kərimli)

5. İddiaçı 07 aprel 2025-ci il tarixdə kasasiya şikayəti və şikayət verilməsi üçün prosessual müddətin bərpası barədə ərizə vermişdir.

6. Müddətin bərpası barədə ərizə onunla əsaslandırılmışdır ki, Elektron Məhkəmə sistemlərində olan problemlə əlaqədar apellyasiya instansiyası məhkəməsinin xx.xx.2022ci il tarixli qətnaməsini görə bilməmişlər. Texniki problem həll edildikdən sonra işçilər tərəfindən həmin qətnamə diqqətdən qaçırıldığı üçün kassasiya şikayəti vaxtında verilməmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 may 2025-ci il tarixli, 2(103)-6183/2022 nömrəli qərardadı ilə kassasiya şikayəti vermək üçün ötürülmüş prosessual müddətin bərpası barədə iddiaçının ərizəsi təmin edilməmiş, kassasiya şikayəti geri qaytarılmışdır. (hakimlər Elşən Kazımov (sədrlik edən və məruzəçi), Namiq Cəfərov, İkram Şirinov)

8. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iş materiallarının 121-ci vərəqindəki məhkəmə sənədlərinin proses iştirakçılarının Elektron kabinetinə yerləşdirilməsinə dair “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışına əsasən, qətnamə xx.xx.2022-ci il tarixdə, saat 10:10-da elektron imza ilə təsdiq edilməklə iddiaçıya məxsus şəxsi elektron kabinetində yerləşdirilmişdir. Yəni, 19 noyabr 2022-ci il tarixdə kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş 2 aylıq prosessual müddət bitib. Həmin müddət bitdikdən sonra, 07 aprel 2025-ci il tarixdə kassasiya şikayəti elektron kabinet vasitəsilə “Elektron Məhkəmə İnformasiya Sistemi”nə yerləşdirilmişdir.

9. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı qətnamədən kassasiya şikayətini 07 aprel 2025-ci il tarixdə vermiş, bununla da müddəti ötürmüşdür.

10. Apellyasiya instansiyası məhkəməsi vurğulamışdır ki, iddiaçı kassasiya şikayəti vermək üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi üçün hər hansı bir üzrlü səbəbə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir.

11. Apellyasiy a instansiyası məhkəməsinin mövqeyinə görə “Elektron məhkəmə” informasiya sistemində hər hansı bir problem yaranmış olsa idi belə, həmin problemin həll edilməsi və qətnaməni görmək üçün 2 il 6 aya yaxın müddət lazım olması inandırıcı və ağlabatan deyildir. Üstəlik, texniki problem həll edildikdən sonra işçilərin diqqətindən həmin qətnamənin qaçırıldığı da müddətin üzrlü səbəbdən ötürülməsi və bərpası üçün əsas ola bilməz. Çünki bu hal qarşı tərəfin hüquqlarının pozulmasına səbəb olur.

12. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Prosesual Məcəllənin 133.1, 133.3, 135.5, 135.6, 135.7, 405, 408.1 və 408.1.4-cü maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

13. İddiaçı (onun vəkili Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiya məh kəməsinin qərardadının ləğv edilməsi, müddətin bərpa edilərək kassasiya şikayətinin baxılması üçün Ali Məhkəməyə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, müddətin buraxılmasının üzrlü hesab edilməsinə dair ərizədə də bildirdikləri kimi, məhkəmə qətnaməsi iddiaçıya elektron qaydada təqdim edilsə də, həmin dövrdə Elekron Məhkəmə kabinetində olan nasazlıqlara görə qətnamənin gəlməsindən xəbərləri olmayıb. Daha sonra cavabdeh müraciət edərək iş üzrə qətnamənin qüvvəyə minməsi barədə bildirdikdən sonra iddiaçı qətnaməni əldə edib. Göründüyü kimi, qətnamədən kassasiya şikayəti vermək üçün müddətin buraxılması texniki nasazlıqlarla əlaqədar olmuşdur. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinini q arşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Maddə 10-1.8. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş iş materialları kağız daşıyıcıda olan materiallara bərabər tutulur və onlarla eyni hüquqi qüvvəyə malikdir Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sistemini n tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 405.0.1. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində ondan kassasiya şikayəti verilə bilər. Maddə 408.1.4 Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa geri qaytarılır. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsa sdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarı...qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qə rəzsizlik baxımından şübhə altına alınmasın. Kassasiya baxışının hədləri

16. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

17. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvini xahiş etmişdir. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərardadını tam yoxlayır.

18. Məhkəmə kollegiyas ı hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

20. Apellyasiya instansiyasının müəyyən etdiyi işin hallarından görünür ki, barəsində kassasiya şikayəti verilən Bakı Apellyasiya Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli q ətnaməsi 26 sentyabr 2022-ci il tarixdə iddiaçının elektron kabinetinə yerləşdirilmiş, iddiaçı kassasiya şikayətini elektron kabinet vasitəsilə 07 aprel 2025-ci il tarixdə vermişdir.

21. İddiaçı prosessual müddətin bərpası barədə ərizə vermiş və yuxarıda göstərilən əsaslarla apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, prosessual müddətin üzrlü səbəbdən ötürülməsi barədə cavabdehin dəlilləri əsassızdır.

22. Mülki Prosessual Məcəllənin 135.5-ci maddəsinə görə bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

23. Mülki Prosessual Məcəllənin 135.1-ci maddəsinə görə bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsin də sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır.

24. Mülki Prosessual Məcəllənin 135.6-cı maddəsinə görə də “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

25. Nəzərə alınsa ki, MPM-in 135.5-ci maddəsinə görə həmin Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş h esab edilir və MPM-in 10-1.8 və 135.6-cı maddələrinə görə də elektron sənəd formasında tərtib edilmiş iş materialları kağız daşıyıcıda olan materiallara bərabər tutulur və onlarla eyni hüquqi qüvvəyə malikdir və məhkəmə sənədləri elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır, belə olan halda, məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir.

26. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini Mülki Prosessual Məcəllənin 10-1.3, 10-1.5, 10-1.8, 135.5 və 135.6-cı maddələrinin tələbləri baxımından əsassız sayır. Belə ki, həmin normalara görə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habe lə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməli olması və digər tələblər imperativ qaydada müəyyən edilmişdir.

27. İddiaçının kassasiya şikayətinin dəlilləri isə imperativ qaydada müəyyən edilən qaydanın istisna edilməsinə yönəlmişdir ki, bu da “Elektron məhkəmə” informasiya sisteminin əhəmiyyətini heçə endirməklə yolverilməz hesab edilməlidir.

28. Bundan əlavə, iddiaçı müddətin bərpası barədə ərizədə və hazırki kassasiya şikayətində Elektron Məhkəmə kabinetində olan nasazlıqlar və texniki problem həll edildikdən sonra həmin qətnamənin işçilərin diqqətindən qaçırılması ilə bağlı dəlillər irəli sürmüşdür.

29. Qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsi Plenumunun yuxar ıda adı çəkilən qərarında hüquqi mövqe ondan ibarət olub ki, yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, həmin səbəblərin mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı və şəxsin özü tərəfindən onların dəf edilməsi imkanı mümkün olmamalıdır.

30. Üstəlik, iddiaçı Elektron Məhkəmə kabinetində olan nasazlıqlarla bağlı iddia irəli sürsə də, bunun nəyə görə 2 il yarım müddət ərzində davam etməsini ağlabatan məntiqlə izah edə bilməmişdir.

31. Həmçinin nəzərə alınmalıdır ki, hazırki iş üzrə iddiaçının hüquqi şəxs olmaqla elektron sənəd dövriyyəsinə ehtiyatlı və intizamlı yanaşmalı olması, üstəlik, kadr potensialı və peşəkar hüquqi yardım almaq imkanı onun Elektron Məhkəmə kabinetində olan nasazlıqlar və texniki problem həll edildikdən sonra həmin qətnamənin işçil ərin diqqətindən qaçırılması ilə bağlı hallara istinad etməsini istisna edir, buna görə də bu dəlillər, ümumiyyətlə, qəbul edilən sayıla bilməz.

32. Eyni zamanda iddiaçı kassasiya şikayətində yeni dəlil irəli sürərək qətnamənin qüvvəyə minməsindən cavabdeh vasitəsilə xəbər tutduğunu bildirmişdir ki, kassasiya baxışında bu məzmunda yeni dəlil sürülməsi, ümumiyyətlə, yolverilməzdir.

33. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri əsasızdır, buna görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

34. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin kassas iya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6183/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar