Məhkəmə qərarları › İş №2(102)-211/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-211/2023

15.02.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-211/2023 15.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı ilkin iddia tələbi, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbi ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-211/2023 (Açar sözlər: mənzilə köçürülmə; kompensasiya ödəməklə mənzildən istifadə hüququna xitam verilməsi) Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X13 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadəyə dair maneələrin aradan qaldırılması və yaşayış sahəsinə məcburi köçürülmə” tələbinə dair ilkin iddiası və Cavabdeh İddiaçı qarşı “ kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4733/2022 saylı, 06 sentyabr 2022-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 15 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx xxxx 2002-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası X3, anası Cavabdehdır. İddiaçı 2005-ci ildə Cavabdeh tərəfindən övladlığa götürülüb.

2. Bakı şəhəri, Nəsimi rayonu, R.Rza küçəsi, ev 35 ünvanında yerləşən, 1 otaqdan ibarət 1 saylı mənzil Cavabdeh adına xüsusi mülkiyyətçi kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 276 №-li reyestr kitabında xx.xx.1994-cü il tarixdə qeydiyyat aparılmışdır.

3. Cavabdeh və İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadırlar. 4. ünvan 222-ci il tarixli qərarına əsasən iddiaçı Cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə (üçüncü şəxs İddiaçı) qarşı “mənzildə qeydiyyatdan çıxarılma” tələbinə dair iddiası təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı nüayəndəsi və vəkili Nümayəndə1 Cavabdeh qarşı “yaşayış sahəsindən istifadəyə dair maneələrin aradan qaldırılması və yaşayış sahəsinə məcburi köçürülmə” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən yaşayış evinə məcburi köçürülməsini, həmin yaşayış evindən istifadəy ə dair maneələrin törədilməsinin cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. İşin yuxarıda qeyd edilən faktiki hallarına istinad edilməklə iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının anasıdır. O, 2005-ci ildə iddiaçını övladlığa götürmüşdür. İddiaçının hazırda 19 yaşı vardır. Uzun illərdir ki, onlar birlikdə mübahisəli mənzildə yaşamışlar. Cavabdeh iddiaçını həmin mənzilə ailə üzvü kimi köçürmüşdür və mübahisəli sahə iddiaçının yeganə yaşayış evidir. O, tələbədir və ödənişli əsaslarla ali təhsil alır. İddiaçı hər zaman düşünürdü ki, onu övladlığa götürən cavabdeh ona ana kimi baxıb, doğma münasibət bəsləyəcəkdir. Lakin, ona bəlli olmayan səbəblərdən son dövrdə onun münasibəti kəskin şəkildə pisləşmişdir. İddiaçı hesab etmişdir ki, cavabd eh mübahisəli evi satmaq üçün onu evdən çıxarmaq istəyir. Bunun üçün müxtəlif bəhanələr danışır. Dəfələrlə ondan əşyalarını da götürüb evdən çıxıb getməyini tələb edib. Özü qəsdən dözülməz ab-hava yaratmış, aqresivlik etmişdir. Bunların nəticə vermədiyini görəndə cavabdeh 09 noyabr 2021-ci il tarixdə gecə saatlarında onunla mübahisə etməyə başlamış, iddiaçını evdən qovmuşdur. Cavabdeh açarları iddiaçıdan alıb, qapının kilidini bağlamış və o vaxtdan bu günədək onu evə buraxmır. İddiaçı cavabdehə izah edə bilmir ki, kimsəsiz tələbədir, qalacağı yeri yoxdur, dost-tanışlarından maddi və s. yardım istəməyə məcburdur, çıxılmaz, ağır vəziyyətdə qalmışdır. Buna görə də, son halda məhkəməyə müraciət etmişdir. Onun qalmağa başqa yeri yoxdur, cavabdehin isə iddiaçını yaşayış yerindən məhrum etməyə hü ququ yoxdur.

7. Cavabdeh İddiaçı qarşı “kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı sözügedən mənzildən istifadə hüququna kompensasiya verilməklə xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının iddia ərizəsində əks etdirdiyi ifadələr doğru deyil və həqiqəti əks etdirmir. O, iddiaçını evdən qovmamışdır. İddiaçı özü 08 noyabr 2020-ci il tarixdə ürək nahiyyəsindən edilən əməliyyatdan sonra onu çarpayıda köməksiz vəziyyətdə, xəstə yatan halda qoyub, yeriyə bilmədiyi, baxıma ehtiyacı olması barədə israrlı yalvarışlarına məhəl qoymayaraq, ərə getdiyini, əri ilə 3 otaqlı mənzil kirayə götürdüklərini, bundan sonra orada yaşayacaqlarını bildirərək çıxıb getmişdir. Bütün bunlara və onun getdiyi vaxt onun yataq xəstəsi olduğuna qonşuları - X4, X5, X7 və qeyriləri də şahiddirlər. iddiaçının övladlıq vəzifəsini yerinə yetirməyərək, onu xəstə yatağında qoyaraq 08 noyabr 2020-ci il tarixdə Şuşa şəhəri işğaldan azad olunan gün, evi tərk etmişdir. Hazırda tək yaşayır, ürək çatışmazlığı xəstəliyindən əziyyət çəkir, ürək nahiyyəsindən ağır cərrahiyə əməliyyatı olunduğu üçün mütəmadi müalicə alır, Bakı şəhərində yaxın qohumları yoxdur, bacıları Moskva şəhərində yaşayırlar. Qeyd olunan mənzildə həmin günədək xx.xx.2002-ci ildə anadan olmuş, 2005-ci ildə övladlığa götürdüyü iddiaçı ilə birlikdə yaşamışdır. Ona bu çətin dövrdən bu günədək qonşuları yardım etmişlər. Bundan sonra iddiaçı evləndiyini dediyi tanışı X6 ilə birlikdə 2020-ci ilin noyabr ayının 15-də onun yaşadığı evə gəlmiş, ona meyvə və yarımkiloluq şüşə qabın yarısı həcmində plov verərək çıxıb getmişlər. Həmin plovdan 2 qaşıq yedikdən sonra vəziyyəti pisləşmiş, tibbi müdaxilədən sonra özünə gəlmişdir. Bundan 3 gün sonra iddiaçı zəng edərək, ona heç nə olmadığını biləndə çox təəccüblənmişdir. Sonralar öyrənmişdir ki, o, əməliyyat olunanda iddiaçı evləndiyi dediyi tanışı ilə birlikdə Xaçmaz rayonuna gedərək oradakı valideynlərindən ona miras qalan evi və torpaq sahəsini Elmir İsmayılzadəyə göstərmişdir. İddiaçı bir uşaq kimi çətin tərbiyə olunan, qəddarlığa meyilli olmuşdur. O, həmişə çalışmışdır ki, iddiaçını düzgün tərbiyə etsin. 2020-ci ilin sonunda onun səhhətində problem olanda iddiaçı evdən tez-tez çıxıb getmiş, gecələr evə gəlməmiş, bəzən isə səhərə yaxın evə gəlmişdir. İddiaçının qəddarlığa meyilli olmasını onun çəkdiyi rəsmlərdən də hiss etmişdir. Belə ki, iddiaçının çəkdiyi bütün insan və heyvan rəsmlərində qan əsas rol oynayır. Onun çəkdiyi bir qız rəsmində ingiliscə “mənimlə oyna“ yazıb, qızın ağzından, ürəyindən və çiynindən qan gəlir, qızın hər iki qolu dirsək nahiyyəsindən kəsilmiş, hər iki qolun kəsik yerlərindən qan gəlir. Digər bir rəsmdə o, zəncirlə birləşdirilmiş, ilan dolaşmış, qan içində qadın və kişi rəsmləri çəkmişdir. İddiaçının dediyinə görə həmin rəsmlər onun və sevgilisi Elmirin rəsmidir. Onları kim ayırsa rəsmdəki kimi qanı axacaqdır. İddiaçının çəkdiyi belə rəsmlər çox olmuş, indi isə onda 7 belə rəsm qalıb. Onların surətlərini qarşılıqlı iddia ərizəsinə əlavə etmişdir. Bundan başqa, iddiaçı e vdən gedəndən sonra o, otaqdan 3 ədəd termometr və kəsici alət tapmışdır. Bu barədə qonşusu Fomaya da demişdir. O, və Foma iddiaçı ilə söhbət edəndə bildirmişdir ki, termometrləri o, özü alıb, onlar işləmir. O, həkimə bunu deyəndə həkim ona bildirmişdir ki, həmin termometrlərin birindəki civə kifayətdir ki, insan zəhərlənsin və ölsün. O, dərhal bilmişdir ki, işləməyən, xarab termometrləri iddiaçıya Elmirgil verib ki, onu termometrdə olan civə ilə zəhərləsinlər. Əks halda eyni markalı termometrləri alması, evdə gizli saxlaması, başqa nə məqsəd daşıdığı sual yaradır. Eyni zamanda 2021-ci ilin yanvar ayının 17-də iddiaçı, Elmir İsmayılzadə və onun atası evlərinin yanına gəlib ona demişlər ki, guya onlar nikaha daxil olmaq üçün qeydiyyat şöbəsinə gedirlər, hətta onu inandırmaq üçün gül də almı şdılar. Lakin, o, bilmişdir ki, onu aldadırlar və istəyirlər ki, Rəşadı evə qeydiyyata aldırsınlar. Göründüyü kimi, onun həyatı indi də təhlükə altındadır. Sonradan bilmişdir ki, onlar bununla Elmir İsmayılzadənin onun mənzilinə qeydə alınmasına nail olmaq istəyiblər, lakin o, artıq onların necə bir insan olduqlarını bildiyi üçün buna razı olmamışdır. Bununla da iddiaçı və Elmir İsmayılzadə onu zəhərləyib öldürərək mənzilinə və Xaçmaz şəhərindəki ata mülkünə sahib çıxmaq istəmişlər. Qeyd olunan hadisə ilə bağlı o, Nəsimi rayon prokurorluğuna rəsmi şikayət ərizəsi yazmışdır. Həmin ərizə ilə əlaqədar Nəsimi rayon prokuroru 19 aprel 2021-ci il tarixdə Nəsimi rayon Polis İdarəsinə onun təhlükəsizliyinin təmin olunması üçün qanuni tədbir görülməsindən ötrü məktub yazmış, ona qarşı edilən qanuns uz hərəkətlər haqqında isə hazırda Nəsimi rayon prokurorluğunda araşdırma aparılır. Lakin, o, prokurorluqda izahat verəndə bildirmişdir ki, iddiaçı qəddarlığa meyilli qızdır, buna görə də onun təhlükəsizliyin təmin olunmasını xahiş etmişdir. Lakin iddiaçının cinayət məsuliyyətinə cəlb olunmasını bir ana kimi istəməmişdir. Odur ki, iddiaçının yaşamadığı, mülkiyyətçisi barədə cinayət törətməyə cəhd etdiyi mənzildə qeydiyyatda qalması üçün hüquqi əsas yoxdur, onun qeydiyyatı yalnız formal xarakter daşıyır, onun təhlükəsizliyinə xidmət etmir və eyni zamanda faktiki vəziyyəti əks etdirmir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, iddiaçının xüsusi mülkiyyətində olan ünvan 3 ünvandan qeydiyyatdan çıxarılması barədə Nəsimi Rayon Polis İdarəsinə xx.xx.2021-ci il tarixdə ərizə ilə müraciət etmişdi r. Müraciətinə cavab olaraq Nəsimi Rayon Polis İdarəsindən vəkil Nümayəndə2 ünvanlanmış 18 may 2021-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, müraciətdə göstərilən şəxsin mübahisəli yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qeydiyyatdan çıxarılma barədə qətnaməsi əsasında həyata keçirilir. Göründüyü kimi, müraciətinin qanunvericilikdə göstərilən əsaslara tam cavab verməsinə baxmayaraq, inzibati orqan əsassız olaraq formal məzmunlu imtina verməklə onun hüquqlarını məhdudlaşdırmışdır. Hüquqlarının bərpa edilməsi üçün o, məhkəməyə müraciət etmək məcburiyyətinə qalmışdır. Ona görə də o, Bakı İnzibati Məhkəməsinə xx.xx.2021-ci ildə iddia ərizəsi verərək, iddiaçının mülkiyyətçisi olduğu ün van 1 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsini Nəsimi Rayon Polis İdarəsinin üzərinə qoyulmasını xahiş etmişdir. Həmin iddia ərizəsi Bakı İnzibati məhkəməsinin hakimi Rüstəm Kərimlinin icraatında baxılmaqdadır. Qeyd olunanlara əsasən, iddiaçının bu qanunsuz hərəkətlərindən sonra onunla eyni mənzildə yaşamağı qeyri-mümkündür, iddiaçının yaşadığı 1 otaqlı mənzilə köçürülməsi barədə qətnamə çıxarılması, baxıma ehtiyacı olan yaşlı və xəstə bir qadın kimi onun həyatına real təhlükə törədər, ağır nəticəyə gətirib çıxarmaqla, ədalətsizlik olardı.

9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1008/2022 saylı, 06 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim Natavan Tağıyeva) ilk iddia təmin edilmiş, qarşılıqlı iddia isə rədd edilmişdir.

10. Birinci instansiya məhkəməsi ilk iddia tələbi ilə bağlı öz mövqeyini onunla əsaslandırmışdır ki, Mülki Məcəllənin 157.2-ci maddəsinə uyğun olaraq iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) öz əmlakını geri tələb etmək hüququ mövcuddur və o, həmin hüququndan istifadə etməklə hazırkı iddia tələbini irəli sürməkdə haqlı olmuşdur.

11. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbi ilə bağlı bildirmişdir ki, mübahisələndirilən mənzilə iddiaçının (qarşılıqli iddia üzrə cavabdeh) da istifadə hüququ olduğundan, həmin mənzildə yaşayan və qeydiyyatda olan cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı) həmin mənzildən iddiaçının qeydiyyatdan çıxarılması tələbi ilə ilkin iddia üzrə iddiaçının mülkiyyət hüquqlarını pozur. Belə ki, iddiaçı (qarşılıqli iddia üzrə cavabdeh) ünvan 1 ünvanına məcburi köçürülməli və həmin yaşayış evindən istifadəyə dair maneələr törədilməsi ilkin iddia üzrə cavabdehə qadağan edilməlidir.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5, 157.2, 157.4-cü maddələri, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli qərarına, Mülki Məcəllənin 228.1 və 228.1-ci, Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli, “Azərbay can Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” xx.xx.2008-ci il tarixli qərarına istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat.

13. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) və onun nümayəndəsi və vəkili Nümayəndə2 qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ünvan 1-dən istifadə hüququna konpensasiya verilməklə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verdiyindən mülki iş üzrə ədalətsiz, qanunsuz və əsassız qətnamə qəbul etmişdir. "xxxx" MMC tərəfindən tərtib edilmiş 19 mart 202 2-ci il tarixli arayışa əsasən ünvan 1 ünvanında yerləşən mənzilin orta aylıq kirayə haqqı 250-300 manatdır. Lakin məhkəmə həmin arayışı və və arayışa əlavə edilmiş 276 PLS nömrəli hesab-fakturanı elektron məhkəmə portalında iş materiallarına əlavə etməmiş, həmin sənədləri tədqiq etməmiş, qətnamədə bu barədə heç nə göstərməmişdir. Eyni zamanda məhkəmənin birinci iclasında onların vəsatətinə iddiaçının təqdim etdiyi, guya onun mənzildən zorla qovulmasını “sübut” edən səs yazısı olan “CD” diskinə məhkəmədə qulaq asıldı. “CD” diskində olan səs yazısı aydın eşidilmirdi. Bir nəfər qadın rus dilində hündür səslə “atıb getdin” deyir, digər qadın isə yavaş səslə “yaxşı” deyirdi. Məhkəməyə təqdim edilmiş səs yazısı saxta sübut əldə etmək üçün qəsdən yazılmış, saxtalaşdırılmış səs yazısıdır. Onu təq dim edənlər həmin yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını göstərməyə borcludur. Səbinənin mənzildən özü getməsi təsdiq olunsa da bununla bağlı da məhkəmə zəruri araşdırma aparmamışdır. İddiaçının uzun müddət qeydiyyatda olduğu mənzildə yaşamaması, cavabdehlə (qarşılıqlı iddia üzrə iddiaçı) ilə münaqişədə olması, aqressiv xarakterə malik olması, çəkdiyi şəkillərdə insanlar və heyvanlar üzərində zorakılığı təbliğ edən rəsmlərin də ona dəlalət etdiyini göstərdiyini, onun bu rəsmlərlə cavabdehi (qarşılıqlı iddia üzrə iddiaçı) hədələdiyi barədə, onun cavabdehlə (qarşılıqlı iddia üzrə iddiaçı) cəmi 40 kvadratmetr olan mənzil sahəsində yaşaması yaşlı və ağır xəstə olan sonuncunun həyatı üçün təhlükəli olduğunu göstərən sübutlar heçə sayılaraq, iş üzrə ədalətsiz, qanunsuz v ə qərəzli qətnamə çıxarılmışdır. Birinci instansiya məhkəməsi iş üzrə keçirilmiş cəmi 2 iclasın heç birində, nə xx.xx.2022-ci il tarixdəki, nə də xx.xx.2002-ci il tarixdəki, hər biri cəmi 10 dəqiqə çəkmiş iclaslarda heç bir sübut tədqiq etməmişdir.

15. İddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) vəkili Vəkil2 apellyasiya şikayətinə qarşı yazılı etiraz verərək göstərmişdir ki, apellyasiya şikayətinin dəlilləri təklif edilən kompensasiyanın nə zaman, hansı qaydada, hansı məbləğdə birdəfəlik və ya hissə-hissə ödənilməsinin məlum olmadığından ibarətdir. Hazırda iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) həqiqətən də həmin mənzildə yaşamır. O, bu halı təsdiqləyir və təkzib etmir. İddiaçı bildirir ki, 08 noyabr 2020-ci ildən mənzildən qovulub, həmin tarixdən bu günədək orada yaşamır, çünki analığı onu həmin mənzilə buraxmır. Lakin iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) həmin mənzildə könüllü olaraq getməyib, analığı onu qovmuş, kilidi dəyişdirmişdir. İddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) nikaha daxil olması barədə qeyd aşkar edilməmişdir. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) övladlığa götürülməsə idi, dövlət tərəfindən təminatlı vətəndaş sıyahısına daxil olmaq hüququ olacaqdı. Lakin o, bu hüququndan məhrum edilmişdir. Çünki hazırda o, cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı) qızı kimi qeydiyyatdadır. 16. "xxxx" MMC tərəfindən tərtib edilmiş 19 mart 2022-ci il tarixli arayışla müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən mənzilin orta aylıq kirayə haqqı 250-300 manatdır.

17. Apellyasiya icraatı zamanı "xxxx" MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, R.Rza küçəsi, ev 35 ünvanında yerləşən 1 nömrəli mənzilin sahəsinə uyğun olan mənzillərin aylıq kirayə haqqının dəyəri barədə hesablamalar aparılmış, MMC-nin 16 avqust 2022-ci il tarixli arayışına əsasən, həmin məbləğ 420-480 manat təşkil etmişdir.

18. Həmçinin, apellyasiya baxışı zamanı "xxxx" MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, R.Rza küçəsi, ev 35 ünvanında yerləşən 1 nömrəli mənzilin sahəsinə uyğun olan mənzillərin aylıq kirayə haqqının dəyəri barədə hesablamalar aparılmış, müəssisənin 02 sentyabr 2022-ci il tarixli arayışına əsasən, həmin məbləğ 220-250 manat təşkil etmişdir.

19. Apellyasiya icraatı zamanı qarşılıqlı iddia üzrə iddiaçı (cavabdeh) ərizə ilə məhkəməyə müraciət edərək iddiaçıya (qarşılıqlı iddia üzrə cavabdeh) əvvəl 9.000 manat, daha sonra 10.000 manat kompensasiya verilməklə o nun Bakı şəhəri, Nəsimi rayonu, R.Rza küçəsi, 35 saylı evin 1 saylı mənzilindən istifadə hüququna xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

20. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4733/2022 saylı, 06 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər: Emin Mehdiyev (sədrlik edən və məruzəçi), Namiq Cəfərov və Xəyal Sarıyev) apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) cavabdehə (qarşılıqlı iddia üzrə iddiaçı) qarşı “yaşayış sahəsindən istifadəyə dair maneələrin aradan qaldırılması və yaşayış sahəsinə məcburi köçürülmə tələbinə dair” ilk iddia tələbinin təmin edilməsi, iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) ün van 1 ünvanında yerləşən yaşayış evinə məcburi köçürülməsi, həmin yaşayış evindən istifadəyə dair maneələrin törədilməsinin cavabdehə (qarşılıqlı iddia üzrə iddiaçı) qadağan edilməsi, cavabdehin iddiaçıya qarşı “kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsinin təmin olunmaması qət edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin istinad etdiyi maddi hüquq normaları mülkiyyətçinin hüquqlarının müdafiəsini təmin edən normalardır. İşin hallarından aydın olduğu kimi, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) köçürülməsini istədiyi evin sahibi, mülkiyyətçisi deyil, həmin daşınmaz əmlakın mülkiyyətçisi cavabdehdir (qarşılıqlı iddia üzrə iddiaçı). İddiaçı (qarşıl ıqlı iddia üzrə cavabdeh) cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı) ailə üzvü olduğu üçün onun həmin mənzilə köçürülmək, həmin mənzildən istifadə etmək hüquqları vardır. Göründüyü kimi, birinci instansiya məhkəməsi iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) mübahisəli mənzilə mülkiyyət hüququ olmadığı halda onun mülkiyyət hüquqlarının pozulması barədə səhv nəticəyə gəlmiş və maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.

22. Həmçinin, məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbini təmin etməsə də, bununla bağlı hər hansı əsaslandırmaya istinad etməmişdir.

23. Apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddia tələbinə münasibətdə bildirmişdir ki, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) övladlığa götürüldüyü vaxtdan daimi olaraq mübahisəl i evdə yaşamış, onun başqa daimi yaşayış yeri yoxdur, rəsmi nikaha daxil omayıb, tələbədir, daimi iş yeri və qazancı mövcud deyildir. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçının cavabdehə təklif etdiyi 10.000 manat kompensasiya məbləği cavabdehin oxşar şəraitli mənzildə davamlı surətdə yaşamaq imkanının təmin edilməsi üçün yetərli deyil, mənzildən istifadə hüququna xitam verilməsinin əvəzində adekvat kompensasiya hesab oluna bilməz.

24. Bundan başqa, məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) yaşayış sahəsindən istifadə hüququna kompensasiya verilməklə xitam verilməsinin mümkün olması, lakin təklif olunan kompensasiyanın məbləğinin iddianın təmin olunması üçün kifayət etməməsi qənaətinə gəldiyi halda, maddi hüquq normalarının tələblərinə əsasən təklif olunmalı kompensasiyanın məbləğini müəyyən etməlidir.

25. Məhkəmə kollegiyası iş üzrə tədqiq edilmiş sübutları nəzərə alaraq, kompensasiyanın məbləğinin 20.000 manat həddində müəyyən edilməsini ədalətli və adekvat olduğunu qeyd edərək, qarşılıqlı iddia üzrə cavabdehə (qarşılıqlı iddia üzrə iddiaçı) kompensasiyanın məbləğinin qaldırılmasını təklif etsə də, həmin tərəf daha artıq kompensasiya məbləğinin təklif olunması ilə razılaşmamışdır.

26. Apellyasiya instansiyası məhkəməsi onu da qeyd etmişdir ki, iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) daimi yaşayış yerinin olmamasını nəzərə alınaraq onun istifadə hüququ olan həmin mənzilə köçürülməsinin zəruri olduğu hesab edilməlidir. Digər tərəfdən iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) həmin mənzili öz iradəsi əleyhinə tərk etməsi onun ana sına məxsus olan mənzildə yaşamaq hüququnun itirilməsinə əsas ola bilməz.

27. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2, 228.5-ci maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 384.0.2-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 228.1 və 228.1-ci, Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü, 149.2.3-cü və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli qərarın a istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: Kassasiya şikayətinin dəlilləri.

28. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) (Vəkil Nümayəndə2) qətnamədən kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi işin faktiki hallarını nəzərə almamış, Nəsimi rayon prokurorluğunun araşdırma materiallarında əks olunan iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) və X1 olmaları faktını, birlikdə yaşamaları barədə izahatlarını, cavabdehə (qarşılıqlı iddia üzrə iddiaçı) qarşı qanunsuz hərəkətlər edərək onun mənzilinə sahiblənmək cəhdlərini nəzərə almamış, nəticədə qeyd edilən maddi hüquq normalarının pozulması ilə, cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı) mülkiyyət hüququnun pozulmasına yönələn qanunsuz və ədalətsiz qətnamə qəbul etmişdir. Bundan başqa, məhkəmə kollegiyası əsassız olaraq iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) daimi yaşayış yerinin olmaması, onun həmin mənzili öz iradəsi əleyhinə tərk etməsi, onun istifadə hüququ olan həmin mənzilə köçürülməsinin zəruri olduğu qənaətinə gəlmişdir. Lakin əksinə işdə olan sübutlar onun daimi yaşayış yerinin olmasına, işləməsinə, ödənişli əsaslarla təhsil almasına, mülkiyyətçiyə qarşı qanunsuz hərəkətlərə yol verdiyini və gələcəkdə də yol verəcəyini sübut edir. Bütün bunlar onun cavabdehə (qarşılıqlı iddia üzrə iddiaçı) məxsus mənzildə yaş amaq hüququnun itirilməsi üçün əsas olduğunu göstərir. Həmçinin, cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı) mənzili cəmi 41 kv.metr olmaqla köhnə, birinci mərtəbədə, təmirsiz, şəraitsiz olsa da, qiymətləndirmədə bunlar nəzərə alınmasa da, bazar qiyməti ilə 20.000 manat kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi tələb edilmişdir. Lakin, birinci instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsi zamanı müəyyən edildiyi kimi qarşılıqlı iddia tələbi ilə bağlı hər hansı əsaslandırmaya istinad etməmişdir. Bunula bağlı, məhkəmə kollegiyası da araşdırma zamanı birtərəfliliyə yol verilərək cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı) qanunla qorunan mülkiyyət hüquqlarının pozulmasına səbəb olan qətnamə qəbul etmişdir. Digər tərəfdən məhkəmə kollegiyası "xxxx" MMC-nin araşdırma apa rmadan reallığı əks etdirməyən həddən artıq şişirdilmiş rəqəmlərini əsas götürmüş, "xxxx" MMC tərəfindən yerində yoxlanılaraq, tərtib edilmiş arayışa, 18 vərəqədən ibarət araşdırma materiallarına əhəmiyyət verməmiş, onları tədqiq etməmiş, həmin qiymətləndirmə materialının əsası olan arayışları “elektron məhkəmə sisteminə” yerləşdirməmiş, qiymətləndirmə materialları ilə tanış olmaq üçün verilən işin təxirə salınması barədə vəsatətə belə baxmamışdır.

30. Kassasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyasının 29, 31-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 157.2, 228.2-ci maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsasla ndırmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri.

31. İddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) vəkili Vəkil2 kassasiya şikayətinə qarşı etiraz edərək bildirmişdir ki, mübahisəli mənzil “Torqovi” adlandırılan küçənin arxa tərəfində yerləşir və rəsmi olaraq 1 otaqdan ibarət olsa da, qarşısında cavabdeh tərəfindən sonradan əlavə edilmiş 2 yardımçı sahə (otaqlar) var ki, oranı da cavabdeh kirayə verir və hər ay kirayə haqqı alır. Yəni, evin qiyməti cavabdehin dediyi kimi 40.00050.000 manat deyil, məhz 70.000-85.000 manat arasında olar. Bundan başqa, cavabdeh iddiaçını övladlığa götürüb saxlamasaydı, dövlət tərəfindən uşaq evlərində böyüyən şəxslərin yetkinlik yaşına çatdıqda mənzillərlə təmin olunması həyata keçirilə bilər. Lakin iddiaçı bu hüquqdan məhrum edilmiş və hazırda da c avabdehin qızı kimi rəsmi sənədlərdə adı gedir. Həmçinin, qeyd olunan hər iki qiymətlndirmə aktı elektron sistemə yerləşdirilmişdir. Lakin qiymətləndirmə şirkətlərindən brinin aktının yalnız bir səhifəsi yerləşdirilmiş, o da o baxımdan ola bilər ki, 17 səhifənin bütün səhifələrinin yerləşdirilməsi, yüklənməsi qeyri-mümkün olur. Əlavə olaraq, vəkil təmsil etdiyi şəxsin adından istənilən hərəkətləri, eləcə də, vəsatət verməklə sənədlərin surətlərini işin içərisindən götürmək hüququna malikdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

32. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasını n tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

33. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mənzil Məcəlləsi

34. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

35. Maddə 30.2 Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə et mək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

38. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlər in ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir

39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

42. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

43. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

44. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gə ldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

46. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

47. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnam ə və ya qərardadınıqismən ləğv edə və yatamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

48. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri:

49. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, ara şdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

50. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsini kollegiya tam yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi

51. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi kassasiya qaydasında yoxlanılarkən, qarşılıqlı iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının düzgün tətbi q olunmaması və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilməsi müəyyən edilmişdir.

52. Məhkəmə kollegiyasının mövqeyinə görə ki, birinci instansiya məhkəməsinin istinad etdiyi maddi hüquq normalarının mülkiyyətçinin hüquqlarının müdafiəsini təmin edən normalar olması, iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) köçürülməsini istədiyi evin sahibi, mülkiyyətçisi olmadığı, cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı) ailə üzvü olduğu üçün onun həmin mənzilə köçürülmək, həmin mənzildən istifadə etmək hüquqlarının olması, birinci instansiya məhkəməsinin iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) mübahisəli mənzilə mülkiyyət hüququ olmadığı halda onun mülkiyyət hüquqlarının pozulması barədə səhv nəticəyə gəlməsi və mad di hüquq normalarını düzgün tətbiq etməməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olsa da, cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı) kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi barədə qarşılıqlı iddiasının rədd edilməsi barədə nəticə düzgün əsaslanmadığından qanunsuzdur.

53. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən görünür ki, apelyasiya məhkəməsi ilk iddianı təmin edərək, cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı) iddiaçıya (qarşılıqlı iddia üzrə cavabdeh) təklif etdiyi 10.000 manat kompensasiya məbləğinin iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) oxşar şəraitli mənzildə davamlı surətdə yaşamaq imkanının təmin edilməsi üçün yetərli olmaması, mənzildən istifadə hüququna xitam verilməsinin əvəzində adekvat kompensasiya hesa b olunmamasını müəyyən edərək, birinci instansiya məhkəməsinin qarşılıqlı iddianın rədd edilməsi barədə mövqeyini təkrarlamış, gəlidiy nəticəni də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 228.1 və 228.1-ci, Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarı və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü, 149.2.3-cü və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli qərarı ilə əsaslandırmışdır.

54. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək, qarşılıqlı iddianı rədd etməklə işin müəyyən etdiyi hallarına uy ğun olaraq, təklif edilən 10.000 manat kompensasiya məbləğinin mənzildən istifadə hüququna xitam verilməsinin əvəzində adekvat kompensasiya olmaması barədə düzgün nəticəyə gəlsə də, kompensasiyanın bazar qiymətinə uyğun məbləğinin nə qədər olmasını müəyyən etməməklə səhvə yol vermişdir.

55. Bundan başqa apellyasiya instansiya məhkəməsi qarşılıqlı iddianı rədd edərkən qətnamədə iş üzrə tədqiq edilmiş sübutları nəzərə alaraq, kompensasiyanın məbləğinin 20.000 manat həddində müəyyən edilməsini ədalətli və adekvat olduğunu qeyd edərək, qarşılıqlı iddia üzrə cavabdehə (qarşılıqlı iddia üzrə iddiaçı) kompensasiyanın məbləğinin qaldırılmasını təklif etdiyini, lakin həmin tərəfin daha artıq kompensasiya məbləğinin təklif olunması ilə razılaşmadığını müəyyən etməklə, mübahisəni tam həll etməməklə y anaşı, gələcəkdə mülkiyyətçi olan cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı) 20.000 manatdan aşağı həddə kompensasiya ödənilməklə iddiaçının mənzilə istifadə hüququna xitam verilməsi barədə analoji iddia qaldırmaq hüququnu məhdudlaşdırmışdır.

56. Halbuki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir.

57. Hazırki iş də apellyasiya instansiya məhkəməsi tərəfindən 10.000 manat kompensasiya məbləğinin iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) oxşar şəraitli mənzildə davamlı surətdə yaşamaq imkanının təmin edilməsi üçün yetərli olmaması, mənzildən istifadə hüququna xitam verilməsinin əvəzində adekvat kompensasiya hesab olunmaması müəyyən edilsə də, kompensasiyanın bazar qiymətinə uyğun olaraq nə qədər olmalı olması müəyyən edilməmişdir. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarına görə isə bu, mütləq şəkildə müəyyən edilməlidir.

58. İddia ərizəsində göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olaraq müəyyən edilməsi prosessual qənaət prinsipinə əməl edilməsini təmin edir, mülkiyyətçinin hər dəfə müəyyən məbləğdə artırılmış kompensasiya təklifi ilə bağlı analoji iddiaları qaldırmasının qarşını alır.

59. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

60. İşə yenidən baxılarkən məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, hazırki qətnamənin ləğv olunma əsası kimi şərh edilən pozuntuları aradan qaldırmalı və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.

61. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən v erilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4733/2022 saylı, 06 sentyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar