Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2117/2024 09.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 və İddiaçı2 oğlunun cavabdeh X3 qarşı ilkin iddiası, Cavabdeh1 cavabdehlər İddiaçı2 oğlu, İddiaçı1, Cavabdeh2, Başkurt Fatma Hasan qızına, (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi iddia predmeti barəsində müstəqil tələb irəli sürməyən şəxs qismində cəlb edilməklə) qarşı qarşılıqlı iddiasına dair iş üzrə QƏRARİ Kateqoriya: mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri almaq tələbi (vindikasiya iddiası) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd o ğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 oğlunun Cavabdeh1 qarşı mülkiyyət hüququna xitam verilməsi və mənzilə mülkiyyət hüququnun tanınması barədə ilk iddiası, Cavabdeh1 İddiaçı2 oğlu, İddiaçı1, Cavabdeh2, Başkurt Fatma Hasan qızına (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi iddia predmeti barəsində müstəqil tələb irəli sürməyən şəxs qismində cəlb edilməklə) qarşı mənzildən çıxarılmasına dair qarşılıqlı iddia tələbləri barədə mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)565/2024 nömrəli, 26 fevral 2024-cü il tarixli qətnaməsindən İddiaçı1 və İddiaçı2 oğlu tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəli mənzil Cavabdeh1 mülkiyyətindədir. Belə ki, 20 avqust 2015-ci il tarixli “Payçı müqaviləsi”nə əsasən, "xxxx" MTK-nın Sumqayıt filialının balansında olan Sumqayıt şəhəri, 6-cı mikrorayon, Səməd Vurğun küçəsində tikilməkdə olan 3-cü binasında, 3 blok, 8 mərtəbə, 66,6 kvm sahəsi olan 2 otaqlı 59 nömrəli mənzili Cavabdeh1 63270 ABŞ dolları dəyərində qiymətləndirilməklə satılmışdır. Müqavilənin şərtlərinə görə mənzilin dəyərindən 10890 ABŞ dolları ilkin ödəniş olaraq ödəniməli, qalan məbləğ 24 ay ərzində hər ay 2465,61 ABŞ dolları olmaqla tam ödənilməlidir.
2. Həmin mənzil üzərində Cavabdeh1 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində adına 5 avqust 2017-ci il tarixdə qeydiyya ta alınaraq, RX seriyalı, ******* saylı çıxarışla rəsmiləşdirilmişdir.
3. Cavabdeh1 İddiaçı2 oğlunun qaynısıdır (arvadının qardaşıdır).
4. İddiaçı2 oğlu 1 iyul 2023-cü il tarixdə bağlanmış “Yaşayış sahəsinin kirayəsi” haqqında müqaviləyə əsasən, Sumqayıt şəhərində 6-cı mikrorayon, Səməd Vurğun küçəsi 35k (20k) yeni tikilmiş binada 8-ci mərtəbə, 3-cü blok, 2 otaqlı 59 saylı ünvanında yerləşən mənzili Başkut Saidə kirayə vermişdir.
5. İddiaçı2 oğlu tərəfindən müxtəlif tarixlərdə Cavabdeh1 adına bank vasitəsi ilə Qazaxıstan Respublikasından pul köçürmələri həyata keçirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçılar İddiaçı1 və İddiaçı2 oğlu Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Sumqayıt şəhəri, 6-cı mikro rayon, Səməd Vurğun küçəsi 35k (20 k) 3-cü blok, 59 saylı mənzilə (bundan sonra mübahisəli mənzil) olan mülkiyyət hüququna xitam verilməsi, həmin mənzilə İddiaçı1 və İddiaçı2 oğlunun mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı2 Qazaxıstan vətəndaşıdır və orada yaşayır. İddiaçı2 qızı İddiaçı1 üçün mənzil almaq qərarına gəlmiş, bu məqsədlə Sumqayıt şəhərində 6-cı mikrorayon, Səməd Vurğun küçəsində yerləşən ”Kristal Abşeron MTK”-nın yeni tikdiyi binanın 35k (20 k) 3-cü blok, 59 saylı mənzilinə baxıb seçmiş, qiymətini razılaşdırmış, İddiaçı1 azyaşlı olduğuna, özü Azərbaycanda yaşamadığına və Azərbaycan Respublikası vətəndaşı olmadığına görə müqavilənin alıcı tərəfi kimi Cavabdeh1 göstərilmişdir. Mənzilin ilkin ödənilməli 10890 ABŞ dollarını şəxsən İddiaçı2 ödəmişdir. Mənzilə görə sonrakı ödənilən məbləğləri İddiaçı2 bank köçürmələri vasitəsi ilə hissə-hissə olmaqla Cavabdeh1 göndərmişdir. Müqavilənin əsli İddiaçı2 olmasına baxmayaraq, Hüseynov Bayramovlarla razılaşdırmadan mənzili daşınmaz əmlakın dövlət reyestrində 2017-ci il tarixdə öz adına qeydiyyata aldırıb EX seriyalı ******* nömrəli çıxarış əldə etmişdir. Bununla əlaqədar Cavabdeh1 iddiaçıları əmin edib vəd vermişdir ki, onların istədikləri zaman mənzili İddiaçı1 adına keçirəcəkdir. Lakin cavabdeh real olaraq bu istiqamətdə bütün təklif və müraciətlərdən yayınmışdır. İddiaçı2la arvadı – Cavabdeh1 bacısı X4 arasında münasibətlər 2020-ci ildən tam pisləşmiş və Bayramova Aygünün ərizəsi ilə onların nikahı 26 avqust 2022-ci il tarixdə məhkəm ə qətnaməsi ilə pozulmuşdur. İddiaçı2 23 avqust 2023-cü ildə Cavabdeh1 istifadə etdiyi mobil telefon nömrəsinə mesaj yazmaqla, habelə və onun yaşadığı ünvana (Masallı rayonu Qarğalı kəndinə) sifarişli poçtla məktub göndərərək mübahisəli mənzilin İddiaçı1 adına rəsmiləşdirilməsini xahiş etsə də, bugünə qədər heç bir müsbət nəticə əldə olunmamışdır.
8. Cavabdeh1 qarşılıqlı iddia ərizəsi və iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilk iddia tələbinin rədd edilməsi, özünün xüsusi mülkiyyətində olan mübahisəli mənzildən İddiaçı2 oğlu, İddiaçı1, Cavabdeh2, Başkurt Fatmanın və onların ailə üzvlərinin (o cümlədən övladları Əmircan, Güləngül və Hira) istifadələrinin qadağan edilməsi, cavabdehlərin və onların ailə üzvlərinin (o cümlədən övladları Əmircan, Güləngül və Hira) mübahisəli mənzildən çıxarılmaları və həmin mənzilin cavabdehlər tərəfindən Cavabdeh1 təhvil verilməsi, 2023-cü ilin mart ayından başlayaraq hər ay üçün 600 manat əldən çıxmış fayda kimi pulun cavabdehlərdən müştərək qaydada tutularaq Cavabdeh1 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 uzun müddətdir ki, mübahisəli mənzili dəyərini ödəməklə alıb və mənzilə mülkiyyət hüququ 5 avqust 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla onun xüsusi mülkiyyətindədir. Həmin mənzilə 2023-cü ilin mart ayından başqa şəxslər, yəni İddiaçı2 oğlu və İddiaçı1 birlikdə onun razılığı və xəbəri olmadan qeyri-qanuni olaraq soxulmuş, mənzilini icarəyə verdiyi şəxsləri aldadaraq onları evdən çıxarmış və m ənzildə qanunsuz olaraq yaşamağa başlamışdır. Eyni zamanda İddiaçı2 tərəfindən həmin mənzilə qanunsuz olaraq Türkiyə Respublikası vətəndaşı Cavabdeh2, ailə üzvləri, yəni arvadı və uşaqları ilə birlikdə yerləşdirilmiş mənzildən qanunsuz olaraq istifadə etmişlər. Həmin şəxslərlə Cavabdeh1 arasında heç bir müqavilə bağlanmamışdır, onun razılığı olmadan mənzildə qanunsuz olaraq yaşayırlar. Cavabdeh2 və onun ailə üzvlərinin mübahisəli mənzildə yaşaması və ya istifadə etməsi Cavabdeh1 iradəsinə və mənafeyinə ziddir. Onlarınn heç bir hüququ olmadan Cavabdeh1 məxsus evdə yaşaması və ya istifadə etməsi, mənzilə sahiblik etməsi onun mülkiyyətçi kimi mənafelərini pozmuşdur, o, öz mənzilindən istifadə edə, ona sahiblik edə bilməmişdir. Dəfələrlə cavabdehlər ilə danışıb onların mənzildən çıxmağını tələ b etsə də cavabdehlər mənzildən çıxmaqdan imtina etmişdir.
10. Cavabdeh1 nümayəndəsi Vəkil2 ilkin iddia tələbini qəbul etməyərək, qarşılıqlı iddia tələbini müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, Cavabdeh1 ona məxsus mənzilin boşaldılması ilə bağlı Sumqayıt şəhər Polis İdarəsinə, Sumqayıt şəhər Polis İdarəsinin 3cü Polis Bölməsinə, 102 xidməti-zəng mərkəzinə şikayət etmişdir.
11. Məhkəmə iclasında ilkin iddiaçıların nümayəndəsi Vəkil1 qarşılıqlı iddia tələbinə dair etiraz edərək bildirmişdir ki, mübahisəli mənzilin dəyərini İddiaçı2 tam ödəyərək qızı İddiaçı1 üçün almış, lakin həmin vaxtlarda Leyla azyaşlı olduğuna görə mənzil onun dayısı olan Cavabdeh1 adına rəsmiləşdirilmiş və çıxarış alınmışdır. Mənzilin 63.270 ABŞ dollar pulunu və daxili kredit və bank krediti faizlərini bank vasi təsi ilə hissə-hissə Cavabdeh1 göndərmiş, bir hissəsini də özü gələndə nağd vermişdir. Cavabdeh1 və ailəsinin bu mənzili almağa elə bir maddi imkanı olmayıb, hətta İddiaçı2 onlara bəzi köməkliklər etmişdir. Cavabdeh1 müxtəlif bəhanələrlə mübahiəli mənzili İddiaçı1 adına rəsmiləşdirməkdən imtina etmişdir. 2023-cü ilin avqust ayının 3-də 17 yaşlı Leyla, qardaşı Əli ilə qızı Leyla Masallı rayonu Qarğalı kəndinə dayıları Cavabdeh1 evlərinə getmiş, dayısı yenə müxləlif bəhanələrlə mənzili Leylanın adına rəsmiləşdirməmişdir. Cavabdeh1 İddiaçı2 göndərdiyi sonuncu votsap yazısında onları əmin edib bildirmişdir ki, “Mənə haram lazım deyil, mənzili Leylanın adına rəsmiləşdirib həll edəcəm”. Onun bu vədinə əməl edəcəyinə inansalar da, o, yayınmaqda davam etmişdir. Mənzilin alınması üçün "xxxx" MTK il ə ilkin danışığı Mahir aparmış, razılaşmanı da o etmiş, mənzilin pulunu tam ödəmişdir. Mənzilin mebelinin pulunu da o vermişdir.
12. Məhkəmə iclasında qarşılıqlı iddia tələbi üzrə Cavabdeh2 qarşılıqlı iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o, ailə üzvləri ilə birlikdə 4 ay əvvəl həmin evdə yaşamağa başlamışdır. Ev sahibi kimi İddiaçı2 tanımışdır. Mahir özü Qazaxıstan Respublikasında yaşayır. Qazaxıstandan gəldikdən sonra o, Mahirlə aralarında kirayə müqaviləsi bağlanmışlar. Evi onlara təhvil verəndə evin içində əşya yox idi. Onlar da İddiaçı2la razılaşmışlar ki, o, evə əşyalar alsın, Mahir də kirayə haqqından əşyaların pulunu çıxar. Onların aralarında razılıq belə olduğuna görə həmin evə əşyalar almışdır. Onlar mənzildə iki ay yaşadıqdan sonra evə bir xanım gəlmiş, özünü onlara Mahir bəyin yoldaşı kimi təqdim edib, evi gəzmək istədiyini bildirmişdir. Onlar da ona evi gəzdirmişdir. Bir gün sonra polislə evə gəlib, onları evdən çıxartmaq istəmişlər. Onlara məlum olmuşdur ki, həmin xanım Mahir bəyin baldızıdır. O, Mahir bəylə müqavilə bağlamış, əşyalar almışdır. Bu qədər xərc çəkmiş və indi ona vaxt vermədən evdən çıxmağını tələb edirlər. O, bununla razı olmadığını bildirmiş, əşyaların pulunu ona qaytardıqları halda o, evdən çıxmağa razı olacağını qeyd etmişdir.
13. İlkin iddia tələbi üzrə cavabdeh qismində işə cəlb olunmuş Başkut Fatma Hasan qızı məhkəmədə iştirak edən zaman qarşılıqlı iddia tələbini əsassız hesab edərək bildirmişdir ki, Mahir bəyin baldızı tez-tez evə baxmaq üçün başqa adamlarla gəlir. Bu vəziyyət onları narahat edir. Onun uşaqları qorxur. Onlar h əmin evdə müqavilə bağlayaraq yaşayırlar. Evə əşyalar almışlar. Bu halın baş verməsini düzgün hesab etmir. Bu səbəbdən qarşılıqlı iddia tələbini əsassız hesab etmişdir.
14. Məhkəmədə şahid qismində dindirilmiş X6 bildirmişdir ki, o, hazırda "xxxx" MTKda müdir müavini vəzifəsində çalışır. Mahir adlı şəxs təxminən 2015-ci il tarixdə mənzil almaq üçün MTK-ya yaxınlaşmışdır. Həmin vaxt o, MTK-nın direktoru vəzifəsində çalışırdı. Hazırda payçı müqaviləsində olan imza ona məxsusdur. Mahir xarici ölkə vətəndaşı olduğu üçün ona mənzil satışı həyata keçirə bilməmişlər. İki gündən sonra Mahir yanında bir şəxslə ona yaxınlaşaraq, həmin şəxsin qaynı olduğunu və mənzili qızı Leyla üçün almaq istədiyini, qızı azyaşlı olduğuna görə mənzili qaynının adına alacağını bildirmişdir. Mahirin qaynı yəni, Ramid adlı şəxslə aralarında payçı müqaviləsi bağlanmış və mənzilin ödənişləri Mahir tərəfindən həyata keçirilmişdir. Mahir mənzilin aylıq pulunu göndərdikdə həmişə ona bu barədə məlumat vermişdir.
15. Məhkəmədə şahid X9 bildirmişdir ki, Mahirlə o, bir sinifdə təhsil alıblar və uzun müddətdir dostluq münasibətindədirlər. Mahir 6-cı mkr-da tikilən yeni tikilidən mənzil almamışdan öncə onunla gedib həmin tikiliyə baxmışdır. Mahirin sonradan həmin yeni tikilidən mənzil aldığını və mənzili qaynın adına olması barədə məlumatı olmuşdur.
16. Məhkəmədə şahid X1 bildirmişdir ki, o, mebel təmiri və satışı ilə məşğul olur. Mahir yeni mənzil aldığı üçün mənzilin mebellərini onlardan sifariş etmişdir. Mahirin aldığı mənzildə mebellər onun tərəfindən quraşdırılmışdır. Mebellərin dəyəri Mahir tərəfindən ona öd ənilmişdir
17. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6403/2023 nömrəli, 11 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Gülnarə Tağızadə) ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın isə qismən təmin edilməsi, cavabdehlər İddiaçı2 oğlunun, İddiaçı1, Cavabdeh2, Başkut Fatma Hasan qızının və onların ailə üzvlərinin (o cümlədən övladları Əmircan, Güləngül və Hira) ünvan 2 ünvanında yerləşən mənzilə olan istifadələri qadağan edilərək, cavabdehlər Cavabdeh2, Başkut Fatma Hasan qızının və onların ailə üzvlərinin mübahisəli mənzildən çıxarılmaqla, həmin mənzilin iddiaçı Cavabdeh1 təhvil verilməsi qət edilmişdir. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməmişdir.
18. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh1 ilə "xxxx" MTK arasında bağlanmış 20 avqust 201 5-ci il tarixli müqaviləyə əsasən MTK Sumqayıt şəhərində 6-cı mikrorayon, Səməd Vurğun küçəsi tikilməkdə olan binada 3-cü blok, 8-ci mərtəbədə yerləşən "xxxx" MTK-nın tikilməkdə olan binasında 59 saylı mənzili alıcıya verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin şərtləri Cavabdeh1 tərəfindən icra edilmişdir, bunun əsasında sonuncunun mübahisəli mənzilə mülkiyyət hüququ yaranmışdır.
19. Bununla əlaqədar olaraq, məhkəmə iddiaçıların bir mülkiyyətçi kimi həmin mənzilə dair hüquqlarının pozulduğunu və Cavabdeh1 mülkiyyətinə xitam verilməsi tələbini əsassız hesab etmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh1 adına verilmiş RX seriyalı, ******* saylı çıxarışı nəzərə alaraq məhkəmə hesab etmişdir ki, İddiaçı2 oğlunun, İddiaçı1, Cavabdeh2, Başkut Fatma Hasan qızının və onların ailə üzvlərinin (o cümlədən övladları Əmircan, Güləngül və Hira) mübahisəli mənzildən istifadələri qadağan edilməli, Cavabdeh2, Başkut Fatma Hasan qızı və onların ailə üzvləri mübahisəli mənzildən çıxarılmaqla, həmin mənzil Cavabdeh1 təhvil verilməlidir.
20. Məhkəmə qarşılıqlı iddia tələbinin 2023-cü ilin mart ayından başlayaraq hər ay üçün 600 manat əldən çıxmış fayda kimi pulun cavabdehlər İddiaçı2 oğlunun, İddiaçı1, Cavabdeh2, Başkut Fatma Hasan qızından müştərək qaydada tutularaq iddiaçı Cavabdeh1 ödənilməsi hissəsində iddianı əsassız hesab etmiş və göstərmişdir ki, tərəflər arasında həmin tələb üzrə heç bir müqavilə mövcud deyildir.
21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konsti tusiyasının 13, 29-cu maddələrinə, “İnsan Hüquqlarının və X5 Haqqında” Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 146.1, 152.1, 152.5, 178.8-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.2, 216-220-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
22. İlk iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 oğlu apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, 2(060)-6403/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və ilk iddia tələbinin tam təmin edilməsi, qarşılıqlı iddia tələbinin isə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
23. Apellyasiya şikayəti iddia tələbinin dəlillərinə uyğyn əsaslandırılmış, h əmçinin qeyd olunmuşdur ki, işə baxan məhkəmə maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnən əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə iş materiallarına istinad etmədən, təqdim edilmiş sübutlara hüquqi qiymət vermədən, tərəflər arasında mövcud olan münasibətlərin xarakterinin mahiyyətinə varmadan və heç bir maddi hüquq normasına istinad etmədən ilkin iddia tələbinin təmin edilməməsi barədə nəticəyə gəlmiş, öz qanunsuz mövqeyini əsaslandırmaq zərurəti belə görməmişdir. Məhkəmə nəzərə almamışdır ki, mübahisəli mənzilin dəyərini İddiaçı2 tam ödəyərək qızı İddiaçı1 Mahir qızı üçün almışdır. Mənzilin dəyəri kimi 63.270 ABŞ dollar vəsaiti bank vasitəsi ilə hissə-hissə Cavabdeh1 İddiaçı2 göndərmişdir. Məhkəmə iş üzrə şahidlərin bildirdiyi faktiki hallara heç bir hüquqi qiymət verməmiş, şahid ifadələrini sadalamaqla kifayətlənmiş, tərəflərin münasibətlərinin faktiki vəziyyətini qiymətləndirməkdən yayınmışdır. Məhkəmənin hansı səbəbdən ilkin iddianı əsassız, qarşılıqlı iddianı isə qismən əsaslı hesab etməsini əsaslandırmaması məhkəmə qətnaməsinin əsassızlığına dəlalət edən haldır. Məhkəmə iş materiallarında olan köçürmə sənədlərinə də hüquqi qiymət verməmiş, cavabdehin adına köçürülən vəsaitlərə dair qəbzlərə ümumiyyətlə istinad etməmişdir. Əgər həqiqətən mənzil cavabdeh tərəfindən alınmışdırsa, hansı səbəbdən ona iddiaçı tərəfindən xeyli miqdarda vəsait köçürülməsi məsələsinə cavabdeh heç bir cavab verə bilməmiş, məhkəmə də bu halı qiymətləndirməmişdir. Məhkəmə iddiaçıların hansı qaydada mənzildən istifadə etmələri məsələsinə də münasibət bildirməmişdir. Məhkəmə ilk iddia üzrə iddiaçıların mənzili necə təmir etməsi, əşyalar, mebellər sifariş etməsi və mənzilin başqa şəxslərə icarəyə verilməsi ilə bağlı müqavilə bağlaması hallarına da biganə yanaşmışdır. Məhkəmə işə baxılması zamanı ciddi prosessual pozuntulara yol vermiş, tərəflər arasında çəkişmə prinsipinin tələblərini təmin etməmişdir. Məhkəmə iclasında qayda pozuntusuna yol verilmiş, qarşı tərəfdən etik qaydalara əməl olunmamış, habelə məhkəmə çıxışlarına qədər İddiaçı2 “Mübahisəli mənzili qızım Leyla xanım Bayramova üçün aldığımı bir daha təsdiq edərək, iddia tələbimdən və mənzilə olan hüquqlarımdan bu işdə birgə iddiaçı olan 2004-cü il təvəllüdlü qızım İddiaçı1 Mahir qızının xeyrinə imtina edirəm və xahiş edirəm iddiaçı kimi iştirakıma xitam verəsiniz.” məzmunlu yazılı, imzalı ərizə sini geri qaytararaq qəbul etməmişdir. Habelə şahid “Kristal Abşeron MTK” nın Sumqayıt filialının sədr müavini X2 izahatı qətnamədə qismən təhrif edilmiş formada əks etdirilmişdir.
24. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-565/2024 nömrəli, 26 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Ayaz Mahmudov (sədrlik edən və məruzəçi), Lətifə Məmmədova və Səyyad Qafari) ilk iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 oğlunun apellyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6403/2023 nömrəli iş üzrə 11 dekabr 2023-cü il tarixli qətnaməsi qətnaməsinin apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hər şeydən öncə ilk iddia tələbi Cavabdeh1 mübahisəli mənzilə olan mülkiyyət hüququna xitam verilməsi formasında tərtib olunsa da, iddianın hüquqi və faktiki əsasları mənzil üzərində cavabdehin adına qeydə alınmış mülkiyyət hüququna dair çıxarışın etibarsızlığına yönəlmişdir. Bütün hallarda apellyasiya kollegiyası iddia tələbi həcmində işə baxmış məhkəmə qətnaməsini apellyasiya şikayətinin dəlilləri həcmində yoxlamağı zəruri hesab etmişdir.
26. Məhkəmə kollegiyası qeyd etmişdir ki, ilk iddia üzrə iddiaçı tərəf öz iddiasının ən tutarlı dəlili qismində məhkəməyə İddiaçı2 tərəfindən müxtəlif vaxtlarda Cavabdeh1 adına pul göndərişlərini əks etdirən bank çıxarışları təqdim edərək, ödənişlərin məhz iddiaçı tərəfindən edildiyini bildirmişdir. Kollegiya qeyd olunan dəlilə münasibət bildirərək qeyd bildirmişdir ki, h əmin ödənişlərin təyinatı barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut növü təqdim edilmədiyindən, həmin dəlil əsaslı hesab edilə bilməz.
27. Araşdırılan işin tədqiqi nəticəsində müəyyən olunmuşdur ki, Cavabdeh1 adına verilmiş RX seriyalı, № ******* nömrəli çıxarış hazırda qüvvədədir.
28. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi qənaət düzgün olmuşdur. Belə ki, məhkəmə kollegiyası tərəfindən təklif olunmasına baxmayaraq ilk iddiaçı tələbini təsdiq edəcək mötəbər sübutları, məsələn mənzilin onlara məxsus olmasını, göndərilmiş pul məbləğinin məhz həmin mənzilin alınması üçün göndərildiyini, cavabdehin hüquqdan sui-istifadə etməsini, cavabdehin onların adından hərəkət etməli olma sını və s. məhkəməyə təqdim edə bilməmiş, apellyasiya şikayətinin dəlilini öz mülahizəsi əsasında əsaslandırmağa çalışmışdır.
29. Məhkəmə kollegiyası mübahisələndirilən mənzil üzərində qarşılıqlı iddiaçının mülkiyyət hüququ olmasına baxmayaraq, sonuncu bir mülkiyyətçi kimi ilk iddiaçıların (qarşılıqlı cavabdehlərin) həmin mənzilə müdaxiləsi ilə qarşılaşmışdır ki, bu da onun qanunla qorunan mülkiyyət hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilir.
30. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, mübаhisəsi gedən mənzilin qarşılıqlı iddia üzrə cavabdehlər tərəfindən istifadə olunması qarşılıqlı razılıq və ya hər hansı müqavilə əsasında bаş verməmiş və iddiaçı tərəfin irаdəsinə uyğun оlmamışdır. Göstərilən xüsusаtlаr və işin faktiki halları bir daha onu deməyə əsas verir ki, Cavabdeh1 mənzil sahəsinə mülkiyyət hüququna malik olmaqla cavabdehin çıxarılmasını tələb etmək vəzifəsinin daşıyıcısıdır. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, iddia tələbinə hüquqi qiymət verib, qarşılıqlı iddianı qismən təmin etməklə birinci instansiya məhkəməsi işin haktiki hallarına uyğun qanuni və əsaslı nəticəyə gəlmiş, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir.
31. Kollegiya hesab etmişdir ki, cavabdehlər İddiaçı2 oğlunun, İddiaçı1, Cavabdeh2, Başkut Fatma Hasan qızının sözügedən mənzilə olan istifadələri qadağan edilməli, sonuncular həmin mənzildən çıxarılmaqla, mənzil mülkiyyətçi Cavabdeh1 təhvil verilməlidir. Əks yanaşmada, yəni m ülkiyyətçinin iradəsinə zidd və özbaşına şəkildə mənzildə kənar şəxsin yaşamaqda davam etməsi mülki hüquq pozuntusu hesab edilir və mülkiyyət hüququna bu xarakterli müdaxilə qanunsuz sayılır. Mülkiyyətə müdaxilə kimi təqdim edilən hərəkətin qanuni və ya qanunsuz olmasını müəyyən etmək üçün mühüm meyarlardan biri mülkiyyətçinin iradəsidir. Bu baxımdan mülkiyyətin qorunmasına dair normalar nəzərə alınarkən, mülkiyyətçinin əmlak (mülkiyyət) mənafeləri gözardı edilməməlidir.
32. Məhkəmə kollegiyası hesab etmişdir ki, ilk iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirilən hissədə- ilk iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddianın qismən (ailə üzvlərinə münasibətdə istisna olmaqla) təmin olunmuş hissəsində gəldiyi nəticə ləğv üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi göstərilən hissələrə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla cavabdehə münasibətdə ləğv edilə bilməz.
33. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1, 139.1, 152.1, 152.5, 152.6, 157.1, 157.2, 157.4, 164.1, 560.1, 560.2, 560.3.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
34. İddiaçı1 və İddiaçı2 oğlu (Vəkil3) kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-565/2024 saylı, 26 fevral 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və ilkin iddia tələbinin tam təmin edilməsi, qarşılıqlı iddianın isə tam rədd edilmə si haqqında yeni qərar çıxarılmasını xahiş etmişdir.
35. Kassasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir.
36. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1, 157.2, 157.8, 404-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 217.1-ci maddələrinə istinad edilərək əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
37. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
38. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
39. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunve ricilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
40. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər;...
41. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
42. Maddə 152.1. Mü lkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
43. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
44. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyət çinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.
45. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.
46. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
47. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
48. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. B u zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.
49. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
50. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
51. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
52. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
53. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
54. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
55. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
56. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
57. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol veri lmir.
58. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
59. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
60. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
61. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
62. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
63. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işin hərtərəfli, tam və obyektiv araşdırılmasının təmin olunması barədə MPM-nin tələblərinə əməl olunmadan çıxarıldığına görə ləğv edilməli və iş yenidən baxılması üçün göndərilməlidir.
64. Belə ki, işin müəyyən olunmuş hallarına görə mübahisəli mənzilə dair Cavabdeh1 ilə 20 avqust 2015-ci il tarixli “Payçı müqaviləsi” bağlanmışdır. Müqaviləyə əsasən mənzilin qiyməti 63270 ABŞ dolları müəyyən olunmuşdur. Razılaşmaya uyğun olaraq mənzilin dəyərindən 10890 ABŞ dolları ilkin ödəniş kimi ödəniməli, qalan məbləğ 24 ay ərzində hər ay 2465,61 ABŞ dolları olmaqla tam ödənilməli idi. Həmin mənzil üzərində Cavabdeh1 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 5 avqust 2017-ci il tarixdə qeydiyyata alınaraq, RX seriyalı, ****** * saylı çıxarışla rəsmiləşdirilmişdir.
65. İddiaçı hazırki iddia tələbini onunla əsaslandırır ki, əslində həmin mənzili qızı Leyla üçün özü almış, MTK-nın rəhbərliyi ilə özü danışıb razılığa gəlmiş, ilkin ödənişi özü etmiş, lakin xaricdə yaşadığına və Leylanın yaşı az olduğuna görə mənzilin alğı-satqı müqaviləsini formal olaraq keçmiş qaynı olan cavabdehin adına rəsmiləşdirmiş, evin sonrakı ödənişlərini də özü bank vasitəsi ilə vaxtaşırı olaraq cavabdehə göndərmiş, bir hissəsini də özü gələndə nağd vermişdir. Aralarında olan razılığa görə cavabdeh sonradan mənzili onun qızı Leylanın adına rəsmiləşdirməli idi. Lakin cavabdeh müxtəlif bəhanələr gətirməklə mənzili Leylanın adına rəsmiləşdirməkdən imtina etmişdir.
66. İddiaçı tələbini əsaslandırmaq üçün bank vasitəsi ilə cavabdehə puı göndəril məsinə dair sübutları təqdim etmişdir. Köçürmə qəbzlərinə əsasən, İddiaçı2 oğlu tərəfindən müxtəlif tarixlərdə Cavabdeh1 adına aşağıdakı pul köçürmələri həyata keçirilmişdir: xx.xx.2015-ci ildə 3168 $, xx.xx.2015-ci ildə 3200 $, xx.xx.2015-ci ildə 5000 $, xx.xx.2015-ci ildə 5000 $ (2000 və 3000 olmaqla), xx.xx.2015-ci ildə 100 $, xx.xx.2016cı ildə 2350 $, xx.xx.2016-cı ildə 2450 $, xx.xx.2016-cı ildə 2250 $, xx.xx.2016-cı ildə 990 $, xx.xx.2016-cı ildə 1000 $, xx.xx.2017-ci ildə 1000 $, xx.xx.2017-ci ildə 1000 $,xx.xx.2017-ci ildə 600 $, xx.xx.2017-ci ildə 504 $.
67. Bundan başqa iddiaçı xx.xx.2017-ci ildə X7 adına 7000 $, Atabala Hüseynovun adına xx.xx.2018-ci ildə 400 $ və xx.xx.2018-ci ildə 400 $ məbləğdə pulu bank köçürməsi yolu ilə göndərmişdir.
68. İşə baxmış məhkəmələr həmin ödənişl ərin təyinatı barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut növü təqdim edilmədiyini əsas tutaraq, qeyd olunan ödənişlərin mənzil alınması ilə əlaqəsinin olmadığı barədə nəticəyə gəlmişdir.
69. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsində əksini tapmış işin hərtərəfli, tam və obyektiv tədqiqi prinsipinə əsaslanmır. Çünki göründüyü kimi iddiaçının istinad etdiyi həmin ödənişlərin bir hissəsi mənzilə dair bağlanmış müqavilədə mənzilin dəyərinin ödənilməsi üçün müəyyən olunmuş müddətlərdə - xx.xx.2015-xx.xx.2017-ci illərdə həyata keçirilmişdir.
70. İddiaçı tərəf həmçinin sübut kimi cavabdehlə votsap yazışmalarını təqdim etmişdir və həmin yazışmaların bəzilərində cavabdehin yazıları, mənzilin İd diaçı1 məxsus olması məzmunundadır.
71. Cavabdeh tərəf iddiaçının istinad etdiyi bank köçürmələrinin real olaraq alındığını inkar etməmiş, əksinə, cavabdehin nümayəndəsi məhkəmədə verdiyi izahatlarında bildirmişdir ki, bəhs olunan pul köçürmələri mənzillə bağlı deyildir, cavabdehin atasının adına iddiaçı üçün alınmış kredit borcunun ödənilməsi üçün göndərilən pullardır və bu barədə sübutları məhkəməyə təqdim edəcəkdir (1-ci cild səh 58, 213, 2-ci cild səh 19). Bu halda, cavabdeh tərəf qeyd olunan pul köçürmələrinin mənzillə bağlı olmadığına dair ağlabatan sübutlar təqdim etməli idi. Lakin bu barədə hər hansı sübut təqdim olunmamışdır.
72. Nəticədə bank köçürməsi yolu ilə ödənilmiş vəsaitin mənzilin alınması məqsədi ilə göndərilməsi barədə iddiaçının istinad etdiyi dəlil axıradək araşdırı lmamış, həmin məbləğin cavabdeh tərəfindən nə məqsədlə alınması müəyyən edilməmişdir.
73. Birinci instansiya məhkəməsi iddiaçının təqdim etdiyi votsap yazışmaları üzrə ümumiyyətlə hər hansı araşdırma aparmamış, həmin sübutu müzakirə edib qiymətləndirməmiş və bunu əsaslandırmamışdır. Halbuki, həmin yazışmalarda cavabdehin mənzilin İddiaçı1 aid olması barədə fikirləri ifadə olunmuşdu. İddiaçının apelyasiya şikayətində irəli sürdüyü dəlillərdən biri də məhz həmin sübutun araşdırılmamasından ibarət idi. Lakin apelyasiya icraatında da həmin dəlilə qiymət verilməmişdir.
74. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən qətnamə qanuni və əsaslı tərtib olunmalıdır.
75. Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Məhkəm ə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilibedilməməsinin səbəbləri orada aydın izah edilməlidir.
76. Nəzərə alınmalıdır ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 2 8 dekabr 2011-ci il tarixli Qərarı).
77. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30).
78. Həmin Məhkəmə “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz.
79. Mülki Prosessua l Məcəllənin 14-cü maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
80. Lakin qanunverici məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir. Məsələ məhkəmənin həqiqəti nəyin bahasına olursa olsun, hətta tərəflərin istəyinin ziddinə üzə çıxarmaq vəzifəsindən deyil, bunu necə və hansı məqsədlə müəyyən etməsindən ibarətdir. Əgər məhkəmənin fəallığı çəkişmə prinsipindən kənar a çıxmırsa, qarşısını almırsa, əksinə onun təmin edilməsində vasitəçilik edirsə, bu zaman belə fəallıq yolverilən, bəzi hallarda isə zəruri hesab edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 2011-ci il 20 may tarixli Qərarı).
81. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işin hərtərəfli, tam və obyektiv araşdırılmasının təmin olunması barədə MPM-nin tələblərinə əməl olunmadan çıxarıldığına görə ləğv edilməli və yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
82. Məhkəmə kollegiyası qeyd edir ki, işə yenidən baxılması zamanı iddiaçının təqdim etdiyi bank köçürmə lərində göstərilən pul vəsaitinin məhz mənzilin alınması üçün göndərilməsi müəyyən olunsa belə, işin bu halı ilkin iddianın təmin olunmasına əsas verməyəcəkdir. Çünki cavabdehə göndərilən pul məbləği, mənzilin dəyərindən əhəmiyyətli dərəcədə azdır və iddiaçı qalan məbləğin onun tərəfindən ödənildiyinə dair hər hansı sübut təqdim etməmişdir. Həmçinin qarşılıqlı iddia tələbi də buna müvafiq olaraq təmin olunacaqdır.
83. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.
84. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-565/2024 nömrəli, 26 fevral 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.