Məhkəmə qərarları › İş №2(102)-2514/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2514/2023

09.08.2023 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququna xitam veril
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2514/2023 09.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 Cavabdeh1 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “daşınmaz əmlaka çıxarışların etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın mübahisələndirilməsi, işə mülki icraat qaydasında baxılmasının yolverilməzliyi, iş üzrə icraata xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşa d Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X5 ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 fevral 2023-cü il tarixli, 2(104)331/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Daşkəsən rayon Quşçu bələdiyyəsinin 24 noyabr 2006-cı il tarixli 08 nömrəli qərarı ilə İddiaçı1 həmin bələdiyyənin fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən 0,06 ha torpaq sahəsinin satılması qərara alınmışdır. 2.1.Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsi tərəfindən X6 adına Daşkəsən rayonu, Quşçu kəndində yerləşən 0,06 ha yaşayış məntəqələrinin tor paqları təyinatlı torpaq sahəsinə dair 25 may 2006-cı il tarixli JN184A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə işlənilmişdir. 2.2.X9 19 iyun 2008-ci il tarixli müqavilə ilə 0,06 ha torpaq sahəsinin 0,02 ha hissəsini X3, sonuncuya 21 iyul 2008-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. 2.3.X10 10 aprel 2020-ci il tarixli müqavilə ilə 0,02 ha torpaq sahəsini X1, sonuncuya 16 aprel 2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. X2 həmin torpaq sahəsinə dair ünvanı Gəncə şəhəri, Nizami rayonu, Rizvan Nağıyev küçəsi, 19 olan 06 may 2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. 2.4.X7 12 may 2020-ci il tarixli müqavilə ilə Rizvan Nağıyev küçəsi, 19-da yerləşən torpaq sahəsini Cavabdeh1 satmış, sonuncuya 01 iyun 202 0-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Daha sonra Cavabdeh1 ünvanı dəyişdirilərək ünvan 2inə 01 iyun 2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. 2.5."xxxx" MMC tərəfindən Cavabdeh1 bu torpaq sahəsində inşa edilən yaşayış evinə eskiz-layihə verilmiş, Gəncə şəhəri İcra Hakimiyyəti başçısının Aparatının 18 noyabr 2020-ci il tarixli məktubunda Saib Təbrizi küçəsi, 17 saylı ünvanda inşa edilmiş ümumi sahəsi 119,5 kv.m. olan 2 otaqlı fərdi yaşayış evinin Cavabdeh1 adına mülkiyyət hüququnun qeydiyyata alınmasını məqsədə uyğun hesab etmiş və Cavabdeh1 0,02 ha torpaq sahəsində yerləşən tikili “A”-da 35,6 kv.m iki yaşayış otaqları, 33,7 kv.m köməkçi sahə, tikili “B”-də 20,7 kv.m hamam, tikili “C”-də 25,2 kv.m əl damından ibarət fərdi yaşayış evinə 08 fevral 2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı1 Cavabdeh1 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin adına Gəncə şəhəri, Nizami rayonu, Saib Təbrizi küçəsi, 17 ünvanında yerləşən torpaq sahəsinə dair verilmiş 01 iyun 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın və fərdi yaşayış evinə dair 08 fevral 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Gəncə şəhəri, Gülüstan qəsəbəsi, Sahib Təbrizi küçəsində yerləşən, Quşçu Bələdiyyə fonduna aid 0,06 ha torpaq sahəsini Quşçu Bələdiyyəsinin 24 dekabr 2006-cı il tarixli, 08 saylı qərarı ilə alqı-satqı yolu ilə almış və həmin torpaq sahəsi ona məxsusdur. Cavabdehin adına 01 iyun 2020-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınan 0,02 ha torpaq sahəsi iddiaçının ərazisinə düşür və guya həmin torpaq sahəsində ev inşa olunmuşdur. Lakin faktiki olaraq həmin 0,02 ha torpaq sahəsində heç bir tikili olmamış, hazırda da yoxdur. Həmin 0,02 ha torpaq sahəsinin qonşuluğunda yerləşən Quşçu Bələdiyyəsinin ona satdığı torpaq sahəsində yerləşən onun evi səhvən 01 iyun 202 0-ci il tarixli çıxarışda yerləşən torpaq sahəsinə aid edilməklə rəsmiləşdirilmişdir. Bunun ardınca iddiaçıya məxsus həmin evə cavabdehin adına 08 fevral 2021-ci il tarixdə **********4 qeydiyyat nömrəli çıxarış verilmişdir.

5. Birinci instansiya məhkəməsində təyin edilərək keçirilmiş məhkəmə tikintitexniki ekspertizasının 25 avqust 2022-ci il tarixli rəyindən görünür ki, 3 saylı Gəncə Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh1 məxsus olan 200.0 kv.m torpaq sahəsindən, Cavabdeh1 faktiki istifadə halının mövcud olmadığı, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh1 məxsus olan 200.0 kv.m torpaq sahəsinin faktiki olaraq İddiaçı1 istifadəsində olduğu müəyyən olunmuşdur. Daxil olmuş mülki iş materiallarına, Quşçu Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 08 saylı qərarı və həmin qərar əsasında tərtib olunmuş hər hansı sxematik plan əlavə edilmədiyindən 2-ci və 3-cü sualların cavablandırılması mümkün deyildir. 3 saylı Gəncə Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış ilə Cavabdeh1 adına qeydiyyata alınmış fərdi yaşayış evinin döngə nöqtələrinin koordinatları faktiki vəziyyətə uyğundur və həmin fərdi yaşayış evi, xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh1 məxsus olan 200.0 kv.m torpaq sahəsinin üzərində yerləşdiyi müəyyən edilmişdir. 3 saylı Gəncə Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən iddiaçının mübahisələndirdiyi faktiki istifadəsində olan 1471.59 kv.m torpaq sahəsi və həmin torpaq sahəsinin da xilində yerləşən, xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan 200.0 kv.m torpaq sahəsi üzərində, fərdi yaşayış evi, hamam və əl damı müşahidə olunmuşdur.

6. Gəncə Şəhər Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli, 2(125)-115/2022 nömrəli qətnaməsi ilə (hakim K.Z.Hüseynov) iddia rədd edilmişdir.

7. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı iddiaçının cavabdehə qarşı daşınmaz əmlaka dair çıxarışın etibarsız hesab edilməsi barədə iddia qaldırmaq üçün subyektiv hüququnun mövcud olmadığı müəyyən edilmişdir.

8. Belə ki, iddiaçıya ayrılmış 0,06 ha torpaq sahəsi ilə bağlı Daşkəsən rayon Quşçu bələdiyyəsinin xx.xx.2006-cı il tarixli qərarı olsa da, həmin torpaq sahəsinin planda yerləşməsini, sər hədlərini və digər zəruri texniki göstəricilərini əks etdirən sxem, eskiz və s. olmadığından həmin torpaq sahəsinin sərhədlərini, harada yerləşməsini və cavabdeh tərəfindən zəbt olunmasını müəyyən etmək mümkün olmamışdır.

9. Məhkəmə tərəfindən iddiaçıya torpaq sahəsinin zəruri texniki göstəricilərini əks etdirən sənədlərin təqdim edilməsi təklif edilsə də, iddiaçı bu barədə məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Həmçinin ekspert rəyi ilə iddiaçının torpaq sahəsinin harada yerləşməsini və cavabdeh tərəfindən zəbt olunduğunu müəyyən etmək mümkün olmamışdır.

10. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 5.1, 14.2, 77.1, 217.4-cü maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarı ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. İddiaçı1 apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli, 2(125)-115/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 fevral 2023-cü il tarixli, 2(104)-331/2023 nömrəli qətnaməsi ilə (hakimlər R.Z.Mamedovun sədrliyi və məruzəsi ilə, hakimlər A.V.Bayramovun və A.V.İsgəndərovanın iştirakı ilə) apellyasiya şikayəti təmin edilmə miş, Gəncə Şəhər Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli, 2(125)-115/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi qeyd etmişdir ki, ekspert rəyi ilə iddiaçının torpaq sahəsinin harada yerləşməsini və cavabdeh tərəfindən zəbt olunduğunu müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi hazırki iddia tələbi üzrə İddiaçı1 subyektiv hüquqa malik deyildir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

14. İddiaçı1 kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 fevral 2023-cü il tarixli, 2(104)-331/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdi r.

15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, Mülki Məcəllənin 149-cu, Torpaq Məcəlləsinin 43-cü, Mülki Prosessual Məcəllənin 14.2, 88, 217, 218-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının təqdim etdiyi sübutu nəzərə almayaraq, əsassız olaraq iddiaçının subyektiv hüquqa malik olmaması nəticəsinə gəlmişdir. Bununla da, iddiaçının ədalətli məhkəmə araşdırılması hüququ pozulmuşdur. Cavabdeh torpaq sahəsini alandan sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi-nin əməkdaşları ilə qanunsuz əlaqəyə girərək, torpaq sahəsinin koordinatlarını sürüşdürərək, iddia çıya məxsus olan torpaq sahəsinin üzərində dövlət reyestrində işləmişlər. Hazırki mübahisənin yaranmasına səbəb koordinatların dəyişməsi olmuşdur. Lakin iddiaçı apellyasiya məhkəməsinin diqqətini bu hala cəlb etsə də, apellyasiya məhkəməsi araşdırma aparmamışdır.

16. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

17. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

18. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən ma ddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

19. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən kassasiya baxışının hədlərini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ v ə daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyr inə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 141.1-ci maddəsinə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. 21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və di gər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatında n imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olubolmamasının müəyyən edilməsi;

4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya inst ansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.5-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8-259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir.

24. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 4 saylı Qərarının 17-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülkihüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mü bahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraa tı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər.... Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələ rə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülkihüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır.

25. Hazırki iş üzrə mübahisə predmetini təşkil edən torpaq sahəsi alqı-satqı müqaviləsi əsasında cavabdehin mülkiyyətinə keçsə də, iddiaçı müvafiq müqaviləni, habelə əvvəlki mülkiyyətçilərin hüquqlarını mübahisələndirməmişdir. Ümumiyyətlə 0,02 ha torpaq sahəsi üzərində cavabdehin mülkiyyət hüququ mübahisə predmetini təşkil etmir.

26. İddiaçı yalnız cavabdehin adına tərtib olunmuş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışl arın etibarsız hesab olunmasını tələb edir və əsas kimi cavabdehin torpağı aldıqdan sonra onun adına verilən həmin sənədlərin dövlət reyestri aparan orqan tərəfindən düzgün işlənilməməsini, cavabdehin mülkiyyətində olan torpaq sahəsinin və evin koordinatlarının “sürüşdürülərək” iddiaçının istifadəsində olan torpaq sahəsinin üzərində qeydiyyata alınmasını göstərir.

27. Beləliklə müəyyən olunur ki, hazırki iddianın mahiyyəti torpaq sahəsinin cavabdehin adına qeydiyyata alınmasına dair daşınmaz əmlakın dövlət reyestrini aparan orqanın qanunsuzluğu, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 9.1-ci maddəsində göstərilən vəzifələrini icra etməməsi (o cümlədən daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması, ziddiyyətləri aşkar etməməsi) təşkil edir.

28. Reyestrdəki qeydiyyat isə inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən fəaliyyətinin nəticəsidir. Odur ki, reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldığından və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdiyindən, iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir.

29. Lakin iddiaçı reyestrdəki qeydiyyatın etibarsızlığı ilə bağlı hazırki iddianı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparan orqana qarşı inzibati məhkəmə icraatı qaydasında deyil, əmlak üzərində hüquqları qeydə alınmış fiziki şəxsə qarşı mülki mühakimə icraatı qaydasınd a irəli sürmüş, məhkəmələr isə iddiaya mahiyyəti üzrə baxaraq, yuxarıda qeyd olunan məhkəmə aktlarını qəbul etmişlər.

30. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 15.4-cü bəndinə əsasən... inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid i ş səhvən məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.

31. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmasını nəzərə almamış və bununla da, prosessual hüquq normalarını pozmuşdur.

32. Odur ki, iddiaçının kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməklə, iş üzrə icraata Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən xitam verilməli, iddiaçıya daşınmaz əmlakın dövl ət reyestrində olan qeydin qanunsuz olması ilə bağlı həmin reyestri aparan dövlət orqanına müraciət etmək, sonuncunun qəbul edəcəyi qərardan narazı olduğu halda isə aidiyyəti üzrə inzibati məhkəməyə iddia vermək hüququ izah olunmalıdır.

33. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 410, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 fevral 2023-cü il tarixli, 2(104)-331/2023 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı1 Cavabdeh1 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gənc ə Ərazi İdarəsinə qarşı “daşınmaz əmlaka çıxarışların etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə icraata Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən, mülki mühakimə icraatı qaydasında məhkəmədə baxılmalı olmaması ilə əlaqədar xitam verilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar