Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5938/2022 15.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iş üzrə icraata xitam verilməsi; işə mülki icraat qaydasında baxılmasının yolverilməzliyi, inzibati orqana qarşı ziyan tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 sent yabr 2022-ci il tarixli, 2(106)-1895/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra-iddiaçı) cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi və Cavabdeh1 qarşı Beyləqan şəhərində 42 №-li SMD qəsəbəsində yerləşən qeyri-yaşayış binasına (yeməkxanaya) dair Cavabdeh1 adına Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1, Mülkiyyət Hüquqlarının qeydiyyatı və Şəhərsalma Kadastr İdarəsi tərəfindən verilmiş 22 mart 2005-ci il tarixli, 103 №-li qe ydiyyat vəsiqəsi və texniki pasportun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Beyləqan şəhərində 42 №-li SMD qəsəbəsində yerləşən yeməkxana binası Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X1, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastr İdarəsinin tərəfindən mülkiyyət hüququ əsasında Cavabdeh1 adına qeydiyyata alınmış, onun adına 22 mart 2005-ci il tarixli, 103 №-li Qeydiyyat vəsiqəsi verilmişdir. Qeyd olunan qeyri-yaşayış sahəsi Beyləqan Rayon İcra Hakimiyyətinin Beyləqan rayon Mənzil İstismar Sahəsinin balansında olmaqla dövlət mülkiyyətindədir. Mübahisəli qeyri-yaşayış sahəsi dövlət əmlakı olduğundan həmin əmlak yalnız dövlət əmlakının özəlləşdirilməsi haqqında qanunveri cilikdə nəzərdə tutulmuş qaydada, dövlət əmlakının satıcısı ilə bağlanmış alqı-satqı müqaviləsi əsasında xüsusi mülkiyyətə verilə bilərdi. Lakin yeməkxana binasının dövlət əmlakının özəlləşdirilməsi haqqında qanunvericiliyə uyğun Cavabdeh1 xüsusi mülkiyyətinə keçməsinə dair hər hansı bir hüquqmüəyyənedici sənəd yoxdur. Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X1, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastr İdarəsi tərəfindən həmin əmlakın Cavabdeh1 mülkiyyətində olmasına dair 22 mart 2005-ci İİ tarixli, 103 N-li qanunsuz qeydiyyat vəsiqəsi verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsində aparılmış araşdırma zamanı həmin əmlakın hansı sənəd əsasında dövlət mülkiyyətindən Cavabdeh1 xüsusi mülkiyyətinə keçməsinə dair heç bir sənəd aşk ar edilməmişdir. Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X1, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastr İdarəsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını həyata keçirən orqan olmuşdur və onun dövlət mülkiyyətində olan əmlakı fiziki şəxsin mülkiyyətinə vermək səlahiyyəti olmamışdır. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həmin əmlakın özəlləşdirilməsi ilə əlaqədar xx.xx.2017-ci il tarixdə keçirilmiş hərracın qalibi hazırkı iş üzrə Cavabdeh1 olmuşdur. Cavabdeh1 ona satılmış qeyri-yaşayış sahəsinin müqavilə üzrə müəyyən edilmiş satış qiymətindən 2500 (iki min beş yüz) manat ödəmiş, digər hissənin, yəni 12500 (on iki min beş yüz) manatın ödənilməsini həyata keçirməmişdir. Bununla da alqı-satqı müqaviləsinin şərtlərini pozduğundan Əmlak Məsələləri Dövlət Xid məti tərəfindən Cavabdeh1 qarşı ünvan 1 ünvanında yerləşən 166.4 kv.m qeyri-yaşayış binasının və 1259.3 kv.m torpaq sahəsinin alqı-satqısına dair müqavilənin ləğv edilməsi və müqavilə üzrə alınmış əmlakın geri qaytarılması barədə iddia ərizəsi ilə Beyləqan Rayon Məhkəməsinə müraciət edilmiş, məhkəmənin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh1 arasında bağlanmış 22 noyabr 2017-ci il tarixli, 3728 nömrəli alqı-satqı müqaviləsi ləğv edilmiş, qeyd olunan qətnamə qanuni qüvvəsini almışdır. Həmin iş üzrə aparılmış məhkəmə araşdırması zamanı tədqiq olunmuş mübahisəli qeyri-yaşayış sahəsinə dair keçirilmiş hərracın nəticələri barədə 21 noyabr 2017-ci il tarixli, 01 nömrəli protokol ilə də təsdiq olunur ki, mübahisəli qeyri-yaşayış sahəsinə dair hərrac keçirilən zaman həmin sahənin Beyləqan Rayon İcra Hakimiyyətinin Beyləqan Rayon Mənzil İstismar Sahəsinin balansında olmaqla dövlət mülkiyyətində olması hərracın qalibi Cavabdeh1 məlum olmuşdur və qeyd olunan hərrac protokolu onun tərəfindən imzalanmışdır. Cavabdeh1 mübahisəli qeyri-yaşayış sahəsini dövlətdən satın alınması üçün keçirilmiş hərracda iştirak etməklə və əmlakın dəyərinin bir hissəsini ödəməklə həmin əmlakın dövlət mülkiyyətində olduğunu qəbul etmişdir. Əks halda, qeyd edilən əmlak qanuni əsaslarla Cavabdeh1 xüsusi mülkiyyətində olsaydı, o, öz xüsusi mülkiyyətində olan əmlakı dövlətdən təkrar satın almazdı. Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X1, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastr İdarəsi tərəfindən Cavabdeh1 verilmiş 22 mart 2005-ci il tarixli, 103 N-li Qeydiyyat vəsiqəsinin qanuni əsası mövcud olmamışdır və bununla əsassız olaraq dövlət mülkiyyətində olan əmlak üzərində fiziki şəxsin xüsusi mülkiyyət hüququ rəsmiləşdirilmişdir. Bununla da qeyd edilən əmlak üzərində dövlətin mülkiyyət hüququ aşkar surətdə pozulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
3. Beyləqan Rayon Məhkəməsinin (hakim R.Nurullayev) 05 iyul 2022-ci il tarixli qərardadı ilə mülki iş üzrə icraata, işə mülki məhkəmə icraatında baxılmalı olmadığından xitam verilmişdir.
4. Birinci instansiya məhkəməsi icraata xitam verilməsinin əsası kimi göstərmişdir ki, hazırkı tələb inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın qanunsuz və əsassız olması ilə bağlıdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
5. İ ddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti apellyasiya şikayəti verərək, Beyləqan Rayon Məhkəməsinin 05 iyul 2022-ci il tarixli qərardadının ləğv edilməsi və iş üzrə icraatın təzələnməsini xahiş etmişdir.
6. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 sentyabr 2022-ci il tarixli, 2(106)-1895/2022 qərardadı ilə (hakim İ.Q. Əsədov (sədrlik edən və məruzəçi), S.İ.Mayılovdan və N.F. Mirzəyevdən ibarət tərkibdə) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Beyləqan Rayon Məhkəməsinin 05 iyul 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılması qət edilmişdir.
7. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə, İnzibati Prosessual Məcəllənin 2.2. və 2.2.7-ci maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci bəndinəa istinad edərək hesab etmişdir ki, iddiaçının tələbinin faktiki əsası texniki sənədləşmənin, qeydiyyatın qanunsuz olmasıdır.Belə olan halda, inzibati aktın mübahisələndirilməsi üçün əvvəlcə maraqlı şəxs özünün hüquqi mənafeyinə uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana müraciət etməli, arzu etdiyi hərəkət icra olunmadığı halda DƏDRX-ə qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin qeydiyyatı, eləcə də plan-ölçü cizgilərini mübahisələndirməlidir. Belə halda isə həmin tələbə mülki icraat qaydasında baxılması yolverilməzdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
8. İddiaçı kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 sentyabr 2022-ci il tarixli, 2 (106)-1895/2022 qərardadının ləğv edilməsi və Əmlak Məsələləri Dövlət Xidmətinin şikayətinə yenidən baxılması üçün işin apellyasiya instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir.
9. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarı tələbləri pozulmuşdur. Belə ki, məhkəmə qərar qəbul edərkən iddia tələbinin məzmununu nəzərə almamış, məhkəmə aidiyyəti ilə bağlı AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında əks olunmuş mövqeyin və prosessual nor maların ziddinə qərar qəbul etməklə əsassız olaraq 1-ci instansiya məhkəməsinin qanunsuz qərardadını qüvvədə saxlamışdır.
10. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
11. Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri:
12. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutl ara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
13. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərardadını bütövlüklə mübahisələndirdiyindən, hazırki kassasiya baxışının predmetini həmin məhkəmə tərəfindən mübahisələndirilən qərardad qəbul edilərkən prosessual hüquq normalarının düzgün tətbiqinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14. 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasınd a baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. 15. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 16. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 17. 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 18. 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. 19. 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya d igər növ hakimiyyət tədbiridir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
20. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, hazırkı iddiaya inzibati orqanlar arasında yarandığı üçün prosessual hüquq norması düzgün tətbiq olunmamışdır.
21. Məlum olduğu kimi iş mülki məhkəmə icraatı qaydasında məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verməlidir.
22. Nəzərə alınmalıdır ki, “iş məhkəmədə baxılmalı deyildirsə müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa (məhkəmədən kənar) orqanda baxılmalı olmasını, eləcə də iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı (cinayət, inzibati, inzibati xətalara dair işlər üzrə icraat və s.) qaydasında baxılmalı olmasını ehtiva edir.
23. Hazırkı işdə inzibati orq an olan iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi və digərlərinə qarşı iddia qaldırmışdır.
24. İrəli sürülmüş tələb isə inzibati orqan tərəfindən verilmiş qeydiyyat vəsiqəsi və texniki pasportun etibarsız hesab olunması barədədir.
25. Mübahisənin predmeti nəzərdən keçirildikdə aydın olur ki, irəli sürülmüş iddia mahiyyət etibarilə mülki mühakimə icraatı qaydasında baxılmalı olan tələb deyil.
26. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015-ci il tarixli qərarının 17-ci bəndinə görə, əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər.
27. İşin mübahisəsiz hallarından görünür ki, baxılan iş üzrə etibarsız sayılması xahiş olunan qeydiyyat mülki-hüquqi əqd əsasında aparılmamışdır. Belə olan halda, apellyasiya instansiyası məhkəməsinin göstərdiyi kimi həmin qeydin mülki mühakimə icraatında mübahisələndirilməsi yolverilməzdir.
28. Lakin istinad olunan qərarda məhkəmə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 4.3-cü maddəsinə istinad edərək vurğulamışdır ki, “Mübahisə inzibati orqanlar arasında yaranmış mübahisə ilə bağlıdır. Odur ki, mövcud mübahisə məhkəmə qaydasında deyil, inzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlərlə bağlı müəyyən olunmuş qaydada subordinasiya baxımından yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradı lmış komissiya tərəfindən həll edilməlidir.”
29. Qeyd edilən normaya əsasən, inzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlərlə bağlı mübahisələr müəyyən olunmuş qaydada subordinasiya baxımından yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən həll edilir.
30. Qeyd edilənləri nəzərə alaraq Kollegiya bu qənaətə gəlir ki, inzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlərlə bağlı mübahisələr müəyyən olunmuş qaydada subordinasiya baxımından yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən həll edilməli olduğundan icraata mübahisə predmetinin inzibati məhkəməyə aid olması əsası ilə xitam verilməsi düzgün olmamışdır. Bu halda nəzərə alınmalıdır ki, yaranmış mübahisə məhkəmə qa ydasında deyil, məhz subordinasiya baxımından yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən həll edilməlidir.
31. Ona görə də, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli və mülki işin icraatına xitam verilməlidir.
32. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1895/2022 nömrəli iş üzrə 12 sentyabr 2022-ci il tarixli qərardadı ləğv edilsin. yeni qərardad qəbul edilsin. İş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 4.3-cü maddəsinə əsasən, inzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlərlə bağlı mübahisələr müəyyən olunmuş qaydada subordinasiya baxımından yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən həll edilir. Qərar qəbul edildiyi andan qüvvəyə minir.