Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-438/2023 10.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh oğluna qarşı (maraqlı şəxs qismində DƏDRX-nin 15 saylı Ərazi İdarəsi cəlb edilməklə) iş üzrə QƏRARİ (Açar sözlər: iş üzrə icraata xitam verilməsi, məhkəmə aidiyyəti qaydalarının pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh oğluna qarşı (maraqlı şəxs DƏDRX-nin 15 saylı Ərazi İdarəsi cəlb edilməklə) “torpağa mülkyyət hüququ barədə çıxarışın ləğv edilməsi” tələbinə dair Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 ok tyabr 2022-ci il tarixli, 2(104)-2554/2022 saylı qərardadından İddiaçı (vəkili Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən 0.08 ha torpaq sahəsi üzərində Cavabdeh oğlunun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 04 noyabr 2019-cu ildə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Həmin qeydiyyat Tovuz rayonu Aşağı Quşçu bələdiyyəsinin 18 aprel 2007-ci il tarixli qərarı, alğı-satqı müqaviləsi əsasında aparılmışdır.
2. İddiaçı həmin torpaq sahəsinin mərhum (13 yanvar 1996-cı il tarixdə vəfat etmiş) bibisi X2 məxsus olduğunu, torpağın cavabdehin mülkiyyətinə qanunsuz keçdiyini iddia edir. Buna görə də İddiaçı Tovuz rayonu Aşağı Qu şçu bələdiyyəsinin 18 aprel 2007-ci il tarixli qərarının Cavabdeh oğluna aid hissədə ləğv olunması barədə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmiş, lakin məhkəmənin 03 noyabr 2009-cu il tarixli, 21(114)-2009/2021 saylı qərardadı ilə həmin iddia mümkün sayılmamışdır. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Tovuz rayon Dövlət Arxivinin 07 iyun 2021-ci il tarixli 109 saylı məktubundan görünür ki, Aşağı Quşçu bələdiyyəsinin 18 aprel 2007-ci il tarixli 5 saylı protokolunun qərarında vətəndaş Cavabdeh oğlunun adı aşkar edilməmişdir. Bu halda həmin qərar iddiaçının mənafelərinə toxunmur.
3. Tovuz Rayon Məhkəməsinin 2(062)-1742/2021 saylı 04 avqust 2021-ci il tarixli qətnaməsi ilə vəfat etmiş X3 ilə İddiaçı qohumluq münasibətlərində olması faktı, yəni onun bibisi olma sı faktı müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh oğlu və maraqlı şəxs DƏDRX-nin 15 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 04 noyabr 2019-cu il tarixli ********** saylı qeydiyyat, **********32 reyestr nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçının bibisi X3 1996-cı ildə vəfat etmişdir. Bibisinə məxsus olmuş torpaq sahəsinə onun vəfatından sonra Tovuz rayonu Aşağı Quşçu bələdiyyəsinin adından cavabdehin adına çıxarış verilmişdir. Həmın çıxarış saxta sənədlər əsasında verilmişdir.
6. Tovuz Rayon Məhkəməsinin 08 iyu l 2022-ci il tarixli, 2(062)-411/2022 saylı qətnaməsi ilə (hakim Qafil Baxşıyev) iddia təmin olunmuş, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 04 noyabr 2019-cu il tarixli ********** saylı qeydiyyat, **********32 reyestr nömrəli çıxarışın ləğv edilməsi qət edilmişdir.
7. Məhkəmə həmçinin xüsusi qərardad qəbul edərək, mülki iş üzrə qərarın saxtalaşdırılmasında iştirak etmiş şəxslərin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin əlamətlərinin aşkar olunmasını Tovuz Rayon Prokurorluğunun diqqətinə çatdırmışdır.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh oğluna torpaq sahəsinin ayrılması barədə qərarın əsası yoxdur və əsası olmayan saxta sənədlər əsasında torpaq sahəsi verilmişdir. Verilən torpaq sahəsi is ə bələdiyyə torpaqlarının ehtiyat sahəsinə deyil, iddiaçının maraqlarına toxunan hissə ilə üst-üstə düşmüşdür. Belə olan halda heç bir əsası olmayan sənədlər əsasında torpaq sahəsinə verilmiş çıxarış ləğv edilməlidir.
9. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 337.1, 337.5-ci maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 106-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Cavabdeh oğlu həmin qətnamədən apellyasiya şikayəti verərək, Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(062)-411/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisə edilən evi atası inşa etdirmiş və onun istifadəsində olmuşdur. Həmin evin yerləşdiyi torpa q sahəsi isə bələdiyyə mülkiyyətində olmuş və Tovuz rayonu Aşağı Quşçu bələdiyyəsinin 18 aprel 2007-ci il tarixli qərarı ilə onun faktiki istifadəsində olduğu üçün, ona satılmış və dövlət qeydiyyatına alınmışdır. Atasının qohumu olan Sona Paşayeva bir müddət onlarla birgə yaşamış və 1996-cı ildə vəfat etmişdir. İddiaçı tərəfindən onun adına olan sənədin ləğvi barədə Gəncə İnzabati Məhkəməsində iddia qaldırılmış, bələdiyyənin qərarı iddiaçının maraqlarına toxunmadığı üçün iddia mümkünsüz sayılmışdır. Mübahisələndirilən torpaq sahəsinin iddiaçıya heç bir aidiyyəti yoxdur.
12. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-2554/2022 nömrəli, 13 oktyabr 2022-ci il tarixli qərardadı ilə (hakimlər: Loğman Süleymanov (sədrlik edən və məruzəçi), Afiq Hüseynzadə və İslam Həsənov) apellyasi ya şikayəti qismən təmin edilmiş, Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(062)-411/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, hazırki işə mülki qaydada baxılmalı olmadığından iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İddiaçıya hazırkı tələblə bağlı müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur.
13. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 04 noyabr 2019-cu il tarixli ********** saylı qeydiyyat, **********32 reyestr nömrəli çıxarışın verilməsinə əsas Tovuz rayonu Aşağı Quşçu bələdiyyəsinin 18 aprel 2007-ci il tarixli qərarı, sənədləşmə aktı, torpağın alqı-satqı aktı, ərazinin yerquruluşu planından çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədləri olmuşdur. Hazırkı t ələb əslində inzibati orqan olan DƏDK və RPHŞ 15 saylı Əİ-i tərəfindən verilmiş müvafiq çıxarışın ləğvi ilə bağlıdır. 13.1 İşin mübahisəsiz hallarından görünür ki, ləğv edilməsi xahiş edilən torpaq sahəsinin planı və ölçüsü sənədi Tovuz rayonu Aşağı Quşçu bələdiyyəsinin 18 aprel 2007ci il tarixli qərarına və torpağın alğı-satqı aktına əsasən, müvafiq çıxarış isə DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən mülki-hüquqi akt əsasında yox, inzibatı orqanın aktı əsasında verilmişdir. Belə olan halda hazırkı mübahisəyə mülki mühakimə icraatında baxılması yolverilməzdir. 13.2 Məhkəmə kollegiyasının mövqeyinə görə, birinci instansiya məhkəməsi tərəfindən qanunvericiliyin tələblərinə əməl edilməmişdir. Belə ki, hər kəsin pozulmuş hüquqlarının bərpası istənilən məhkəmə tərəfindən deyil, yalnız səlahiyyətləri qanunla əvvəlcədən müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən həyata keçirilməlidir. Lakin qeyd edilən tələblərə mülki məhkəmə icraatı qaydasında baxılmışdır.
14. Məhkəmə kollegiyası öz mövqeyini İnzibati Prosessual Məcəlləsinin 32.1, 33.1, 33.2-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 31.1, 384.0.4, 387.2.1-ci maddələrinə, “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 saylı Qərarına və “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarındakı hüquqi mövqelərə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
15. İddiaçı (vəkili Vəkil) kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 oktyabr 2022-ci il tarixli qərardadının ləğv edilməsi və Tovuz Rayon Məhkəməsinin 08 iyul 2022-ci il tarixli, 2(062)-411/2022 saylı qətnaməsinin qüvvədə saxlanılmasına dair qərar çıxarılmasını xahiş etmişdir.
16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisələndirilən 04 noyabr 2019-cu il tarixli ********** saylı, **********232 reyestr nömrəli çıxarış hər hansı inzibati akt deyil, saxta kağız parçası əsasında verilmişdir. Bu hal Tovuz Rayon Məhkəməsində işə baxılan zaman Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə edilən sorğuya verilmiş cavabla bir daha təsdiqini tapmışdır. Bununla bağlı iş materiallarında k ifayət qədər sənədlər olsa da, məhkəmə işin bu halına fikir verməmiş, qərardadını yalnız inzibati akt əsasında verilmiş çıxarışın ləğvi ilə bağlı əsaslandırmağa çalışmışdır. İş materiallarında sənədin saxtalaşdırılması ilə bağlı xüsusi qərardad da mövcuddur. Mövcud olmayan inzibati akt əsasında verilmiş çıxarışın ləğvinin mülki mübahisə olmamaması barədə mövqe əsassızdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri hazırkı işdə inzibati orqan kimi hər hansı hərəkət və hərəkətsizlik etməmişdir. Həmin orqanın cavabdehliyindən söhbət getmir. Sadəcə olaraq həmin orqanın verdiyi çıxarışın saxta sənəd əsasında verildiyinə görə ləğv edilməsi tələb edilir. Bu da iki fiziki şəxs arasında olan mülki mübahisə olduğuna görə ümumi məhkəmələrdə baxılmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, şikayətin təmin olunmamasını xahiş etmişdir. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsi
18. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
19. Maddə 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir.
20. Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir.
21. M addə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir.
22. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
23. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi
24. Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.
25. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 4 nömrəli Qərarı
26. Bənd 15.4. İnzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışd ır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPMnin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Kassasiya baxışının hədləri
27. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi i şin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
28. Hazırkı kassasiya şikayətində iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən pros essual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Çünki Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hüquq və azadlıqların müdafiəsinə dair məhkəmə təminatı hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüququdur. Məhkəmə müdafiəsi hüququnun tam həcmdə həyata keçirilməsi və pozulmuş hüquqların ədalət mühakiməsinin əsas prinsiplərinin tələblərinə cavab verən şəkildə bərpa edilməsi üçün qanunvericilikdə digər təminatlar da nəzərdə tutulmuşdur.
31. Həmin təminatlardan biri Konstitusiyanın 62-ci maddəsində təsbit edilmiş hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququdur. Konstitusiyanın bu normasında qeyd olunan “qanunla müəyyən edilmiş məhkəmə” müddəasının şərhi bu anlayışa işlərin aidiyyət qaydalarını, qanunla müəyyən edilmiş məhkəmə tərkibinin mövcudluğunu, habelə digər şərtləri də daxil etməyə əsas verir.
32. Beləliklə, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunmalıdır.
33. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı, “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14- cü maddələrinə görə hər bir şəxs, ona qarşı irəli sürülən istənilən cinayət ittihamına baxılması zamanı və yaxud hər hansı bir mülki prosesdə onun hüquq və vəzifələrinin müəyyən edilməsi zamanı qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən ədalətli və açıq məhkəmə araşdırması hüququna malikdir.
34. Qeyd olunan beynəlxalq normaların mənasına görə, hər kəsin işinin qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən araşdırılması hüququ işə istənilən məhkəmə tərəfindən deyil, səlahiyyətləri qanunla əvvəlcədən müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən hərtərəfli və obyektiv baxılmasını nəzərdə tutur.
35. Avropa Məhkəməsinin Vasilesku Rumıniyaya qarşı iş üzrə 22 may 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, yalnız işə baxmaq üçün tam həcmdə səlahiyyətə malik olan məhkəmə Konvensiyanın 6-cı maddəsində əks olunan “məhkəmə” anlayışının tələblərinə cavab vermiş olur.
36. Nəzərdən qaçırılmamalıdır ki, məhkəmə aidiyyətinin əsassız və qeyri-qanuni dəyişdirilməsi yolverilməzdir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinin tələbinə görə işlərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır.
37. Azərbaycan Respublikasının MPM-in 24.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqların müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təm in edir.
38. İşə baxmış apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 17-ci bəndinə əsasən reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati mə hkəmə icraatı qaydasında baxılmalıdır.
39. Həmçinin daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır.
40. İşdən göründüyü kimi iddiaçının ləğvini tələb etdiyi hüquqların dövlət qeydiyyatı haqqında çıxarış bələdiyyənin qərarı əsasında inzibati orqan tərəfindən aparılmışdır. İddiaçı qeydiyyatın aparılması üçün hüquqi əsasın olmadığını bildirir ki, bu halda da həmin iddiaya inzibati məhkəmələrdə baxılmalıdır.
41. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublika sı Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 15.4-cü bəndinə əsasən inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, Mülki Prosesual Məcəllənin 261.0. 261.0.1-ci madələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah edilməlidir.
42. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə Ali Məhkəmənin Plenumunun qeyd olunan qərarına uyğundur. Kassasiya şikayətinin dəlilləri qərardadın ləğvinə əsas vermir.
43. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya ş ikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 oktyabr 2022-ci il tarixli, 2(104)-2554/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.