Məhkəmə qərarları › İş №2(102)-5946/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5946/2022

19.12.2022 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququna xitam veril
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5946/2022 19.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 Razim qızı və X5 cavabdeh X16, üçüncü şəxslər X20, X19, Qazax rayon notariat ofisi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Komitəsinin Qazax rayon şöbəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: vərəsəlik şəhadətnaməsinin, onun əsasında verilmiş çıxarış və texniki pasportun etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 Razim qızı və X5 cavabdeh X16, üçüncü şəxslər X20, X19, Qazax rayon Notariat ofisi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Komitəsinin Qazax rayon şöbəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı “vərəsəlik şəhadətnaməsinin, onun əsasında verilmiş çıxarış və texniki pasportun etibarsız hesab edilməsi, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarış və texniki pasportun etibarsız hesab edilməsi, həmçinin miras əmlakda payların müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)1568/2022 nömrəli, 31 may 2022-ci il tarixli qətnaməsindən iddiaçı X17 tərəfindən verilmiş kassasiya şikayətinə 19 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. 09.04.2015-ci il tarixli Baş Kredit Müqaviləsi ilə,”DəmirBank” ASC tərəfindən X4 60 ay müddətində illik 36 faiz dərəcəsi ilə 20000 manat kredit xətti açılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçılar İddiaçı1 Razim qızı və X17 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qazax rayonu Qarapapaq kəndində yerləşən fərdi yaşayış evi və həyətyanı torpaq sahəsinə dair Qazax rayon dövlət notariat kontoru tərəfindən mərhum X3 adına verilmiş 19 may 2016-c ı il tarixli, 8V-190 nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamənin, həmin şəhadətnamə əsasında X6 adına 2016-cı ildə verilmiş **********20-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun, həmin çıxarış əsasında X16 ilə X20 arasında Qazax rayon Dövlət Notariat Kontorunda 25 noyabr 2016-cı ildə bağlanmış bağışlama müqaviləsinin, habelə həmin bağışlama müqaviləsi əsasında X12 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun etibarsız hesab edilməsi, Qazax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 12 saylı qərarına əsasən Qazax rayonunun Qarapapaq kəndindən verilmiş həyətyanı və kənd təsərrüfatı təyinatlı torpaq sahələrində n, Qazax rayonunun Qarapapaq kəndində yerləşən fərdi yaşayış evindən anasının payına düşən ½ hissəsindən, **-BG-*** dövlət qeydiyyat nömrəli avtomobildən, Qazax "xxxx" ASC-dən və Qazax "xxxx" ASC-yə məxsus Qazax şəhəri Azadlıq küçəsində yerləşən qeyri-yaşayış sahəsindən mərhum anasının payına düşən hissəsindən onların vərəsəlik qaydasında paylarının bölünüb verilməsi və mülkiyyət hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

3. İddiaçı1 Razim qızı iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək X16 ilə X19 arasında “VAZ-21214” markalı, **-BG-*** dövlət qeydiyyat nömrəli avtomobilə dair bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin və X8 adına verilmiş xx.xx.2020ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin bağlandığı andan etib arsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı2 Razim oğlu iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək X16 ilə X19 arasında Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Tovuz regional Qİ və TBŞdə “VAZ Niva” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin bağlandığı andan etibarsız hesab edilməsi, xx.xx.2020-ci il tarixdə X8 adına verilmiş “VAZ Niva” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair qeydiyyat şəhadətnaməsinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçılar İddiaçı1 Razim qızı və İddiaçı2 Razim oğlu iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək ilkin iddia tələblərinin tam həcmdə təmin edilməsi, Qazax "x xxx" ASC üzrə X6 adına qeydə alınmış 40,8548 faiz miqdarında kapital mayanın ½ hissəsinin mərhum X3 birgə nikah dövründə əldə edilmiş payı hissəsində 20,4274 faiz miqdarında kapital mayasının vərəsəlik qaydasında onların miras paylarının müəyyən edilməsi və adlarına həmin pay hissəsində kapital mayasının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər.

6. İddiaçılar iddia tələbini onunla əsaslandırılmışlar ki, ataları X16, anaları X3 birgə nikahlarından İddiaçı1 Razim qızı, İddiaçı2 Razim oğlu, X20 və Quluyeva (Budaqova) Sevda Razim qızı anadan olmuşdur. X25 (Budaqova) Qazax rayonunun Ağköynək kəndində qeydiyyatda olmaqla Rusiya Federasiyasında yaşayır. X26 isə Bakı şəhərində qeydiyyatdadır. X2 xx.xx.2015-ci ildə ölmüşdür. Valideyinləri birgə nikah dövründə Qazax "xxxx" ASC- ni və “Niva” markalı, **-BG-*** dövlət qeydiyyat nömrəli avtomobili əldə etmişlər. Bundan başqa Aqrar İslahat Komissiyasının qərarı ilə valideynlərinin birgə mülkiyyətinə Qarapapaq kəndi ərazisindən 0,08 ha həyətyanı torpaq sahəsi və 0,60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Valideynləri həmin həyətyanı torpaq sahəsi üzərində fərdi yaşayış evi tikdirmişlər. Anası vəfat etdikdən sonra atası Razim Quluyev onların razılığı olmadan anasından miras qalmış hissə ilə birlikdə Qazax "xxxx" ASC-ni, ASC-də olan səhmləri qanunsuz və əsasız olaraq X26in adına keçirmişdir. Habelə fərdi yaşayış evini və evin yerləşdiyi 0,08 ha həyətyanı torpaq sahəsini xx.xx.2016-cı il tarixli, 8V-190 saylı vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında atası öz adına rəsmiləşdirərək çıxarış və texni ki pasport almış, bunun əsasında xx.xx.2016-cı il tarixli bağışlama müqaviləsinə əsasən sözügedən əmlakları X26ə bağışlamış və xx.xx.2019-cu ildə fərdi yaşayış evi və torpaq sahəsinə dair çıxarış verilmişdir. Anasının ölümündən sonra onlara vəsiyyət edilmiş mirası faktiki qəbul etmiş, lakin vərəsəlik işi açılarkən onların razılığı alınmamış və onlara müraciət edilməmişdir. X27 mərhum anası Fatma Quluyevanın birgə nikahı dövründə əldə etdikləri “Niva” markalı, 35BG610 dövlət qeydiyyat nömrəli avtomobil anasının ölümündən sonra atası Razim Quluyev qanunsuz olaraq ilkin etibarnamə əsasında xx.xx.2020-ci il tarixdə Ağstafa şəhər sakini X1. Həmin avtomobilin ½ hissəsi anasının mülkiyyətidir. Qazax "xxxx" ASC-nin yerləşdiyi bina da valideynlərinin birgə nikahı dövründə eldə etdikləri əmlakdır. M irası faktiki olaraq onlar qəbul etməsinə baxmayaraq, mirasdan pay almaq hüququndan məhrum edilmişlər.

7. Qazax Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli 2(023)-169/2021 nömrəli qətnaməsi ilə (hakim: Fəxri Məmmədov ) iddia tələbi rədd edilmişdir.

8. Birinci instansiya məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, Fatma Quluyeva xx.xx.2015-ci il tarixdə vəfat etdikdən sonra Fatma Quluyevanın əri Razim Quluyev mirası qəbul etdiyini şəksiz nümayiş etdirərək əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamış, mirasın qəbul edilməsi haqqında yazılı ərizəni notariat kontoruna təqdim edərək qanunla müəyyən edilmiş qaydada 0,08 ha həyətyanı torpaq sahəsinə dair 19 may 2016-cı ildə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Həmin şəhadətnamə əsasında cavabdeh Razim Quluyev paylı mülkiyyətlərində olan 0,08 ha həyətyanı torpaq sahəsinə və torpaq sahəsi üzərində Fatma Quluyeva ilə birgə nikah dövründə əldə etdikləri fərdi yaşayış evinə dair öz adına dövlət reyestrindən çıxarış almışdır. Bundan sonra cavabdeh həmin çıxarış əsasında sözügedən əmlakı oğlu Eyvaz Quluyevə bağışlama müqaviləsinə əsasən bağışlamışdır. Lakin iddiaçılar İddiaçı1 və İddiaçı2 anası Fatma Quluyevadan miras qalmış əmlakları, yəni 0,08 ha həyətyanı torpaq sahəsində, 0,60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində, avtomobildə, həmçinin "xxxx" ASC-də olan payı hissəsini nə faktiki, nə də qanunla müəyyən edilmiş qaydada notariat orqanına müraciət etməklə qəbul etdiklərini bildirməmişlər. İddiaçıların mərhum anası Fatma Quluyeva ilə atası Razim Quluyevin birgə nikah dövründə əldə e tdikləri əmlaklardan 0,60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Fatma Quluyevanın payı hissəsində nə iddiaçılar, nə də digər vərəsələri vərəsəliyin qəbul edilməsi ilə bağlı notariat orqanına müraciət etməmişlər. Göründüyü kimi, iddiaçılar mirası qəbul etdiklərini şəksiz nümayiş etdirmələrinə dair hərəkətlər etməyərək, miras əmlakları qəbul etməmişlər.

9. Belə olan halda iddiaçılar mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti ötürmüş və “mirasın qəbul edilmə müddətinin bərpa edilməsi”ni tələb etməmişlər. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi”nə dair hissəsində təmin olunmamalıdır.

10. Məhkəmə, həmçinin xx.xx.2016-cı il tarixdə verilmiş 8V-190 reyestr saylı Qanun üzrə vərəsəlik hüququ haqqında şəh adətnamə əsasında X6 adına xx.xx.2016-cı il tarixdə verilmiş **********20-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun etibarsız hesab edilməsinə dair iddia tələblərini araşdıraraq hesab edir ki, iddianın göstərilən hissəsi də əsassızdır. Buna görə də iddianın göstərilən hissəsi də təmin edilməməlidir.

11. Belə ki, mübahisəli evə dair X6 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış mübahisəli torpaq sahəsinə dair xx.xx.2016-cı il tarixdə X6 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən törəmişdir. Buna görə də mübahisəli torpaq sahəsinə dair X6 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməməli olduğundan, iddia həmin hissələrdə də təmin edilməyərək, törəmə hüquq münasibəti olan mübahisəli torpaq sahəsi və evə dair X6 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasport etibarsız hesab edilməməlidir.

12. İddiaçılar qeyd olunan bağışlama müqaviləsini mübahisələndirərək bildirirlər ki, cavabdeh, yəni ataları Razim Quluyev onların xəbəri və məlumatı olmadan sözügedən torpaq sahəsini və fərdi yaşayış evini öz adına rəsmiləşdirərək qardaşları Eyvaz Quliyevə bağışlamışdır.

13. Cavabdeh isə bildirir ki, o, öz iradəsinə zidd olaraq, aldadılaraq evi və torpaq sahəsini oğlu Eyvaz Quliyevə bağışlamışdır.

14. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, cavabdeh öz iradəsi əsasında ona məxsus olan fərdi yaşayış e vini və evin yerləşdiyi həyətyanı torpaq sahəsini oğlu Eyvaz Quliyevə bağışlamaq niyyətində olmuş, birbaşa bağışlama müqaviləsi bağlamaqla mənzili Eyvaz Quliyevin mülkiyyətinə vermişdir.

15. İşin məhkəmə tərəfindən müəyyən olunmuş halları ilə Razim Quluyevin ona məxsus fərdi yaşayış evini və evin yerləşdiyi 0,08 ha həyətyanı torpaq sahəsini oğlu Eyvaz Quliyevə bağışlamaqla bağlı iradəsinin olduğu və əqdin bağlanması məqsədi ilə aldadılmadığı müəyyən edildiyindən, habelə Razim Quluyev aldadılmasını bilə-bilə əqdi mübahisələndirmədiyindən, iddiaçılar bağlanmış bağışlama müqaviləsini mübahisələndirməkdə haqlı olmadıqlarından məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməməlidir.

16. Məhkəmə qeyd etmişdir ki, iddia tələbinin X14 adına verilmiş hüquqların dövlət qeydiyyatı ha qqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi mübahisəli xx.xx.2016-cı il tarixli bağışlama müqaviləsindən irəli gəlmişdir. Ona görə də mübahisəli bağışlama müqaviləsi etibarsız sayılmadığından, iddia həmin hissədə də təmin edilməməməli, törəmə hüquq münasibəti olan mübahisəli torpaq sahəsi və evə dair X14 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasport etibarsız hesab olunmamalıdıır.

17. Məhkəmə iddia tələbinin avtomobilə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə də əsassız olduğundan təmin edilməməlidir.

18. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, “VAZ-21214” markalı, **BG-*** dövlət qeydiyyat nömrəli avtom obil xx.xx.2009-cu ildə X6 adına qeydə alınmaqla onunla Fatma Quluyevanın birgə nikahı dövründə əldə edilmişdir. X31 xx.xx.2015-ci ildə vəfat etdikdən sonra iddiaçılar və digər vərəsələr həmin avtomobilə dair vərəsəlik qaydasına pay tələb etməmiş, iddiaçılar həmin tələblə bağlı müddəti ötürməklə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət etmişlər. Sözügedən avtomobil cavabdehin xüsusi mülkiyyətində olduğundan cavabdeh həmin avtomobili qanunvericiliyin tələblərinə uyğun şəkildə xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X13 5900 manata satmışdır. X19 isə həmin müqavilə əsasında sözügedən avtomobili öz adına qeydiyyata aldırmış və ona AD 933084 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi verilmişdir.

19. Məhkəmə eyni zamanda, iddia tələbinin "xxxx" ASC-dən və səhmləri ndən vərəsəlik qaydasında payların bölünüb verilməsinə dair hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə də rədd edilməlidir.

20. Belə ki, məhkəmə araşdırması zamanı aydın olmuşdur ki, mübahisə predmeti olan ASC xx.xx.1999-cu il tarixdə dövlət qeydiyyatına alınmış və xx.xx.2010-cu il tarixli qiymətli kağız sahiblərinin reyestrinə əsasən idarə heyətinin sədri məsul şəxs, xx.xx.2011-ci il tarixli kommersiya hüquqi şəxslərin Dövlət Reyestrindən çıxarışa əsasən isə qanuni təmsilçi X15r. Cəmiyyətin səhmdarlarından biri cavabdeh X10r və nizamnamə kapitalında Razim Quluyevin mayasının miqdarı 40,8548%, səhmadrlardan biri isə X18r və onun mayasının miqdarı 0,5554% təşkil edir. İddiaçılar iddia edirlər ki, ataları Razim Quluyev anaları Fatma Quluyeva vəfat etdikdən sonra söz ügedən Cəmiyyəti və Cəmiyyətdə olan səhmləri qardaşları Eyvaz Quluyevin adına keçirmişdir. Lakin iş materiallarından görünür ki, Fatma Quluyeva vəfat etməmişdən əvvəl, yəni xx.xx.2011-ci il tarixli kommersiya hüquqi şəxslərin Dövlət Reyestrindən çıxarışda X14 adı səhmdarlar sırasında qeyd edilmişdir. Bundan əlavə iddiaçılar ASC-ni valideynlərinin birgə nikahları dövründə əldə etdiklərini iddia edirlər. Lakin iş materiallarından aydın olur ki, Cəmiyyət iddiaçıların valideynlərinin birgə nikahları dövründə, yəni xx.xx.1999-cu il tarixdə hüquqi şəxslərin dövlət qeydiyyatına alınmasına baxmayaraq qanuni təmsilçisi, idarə heyətinin sədri, məsul şəxs X15r. Həmçinin, iddiaçılar anaları Fatma Quluyeva ilə ataları Razim Quluyevin birgə nikahları dövründə Razim Quluyevin Cəmiyyətin səhmdarı kimi niz amnamə kapitalında mayasının miqdarının 40,8548% təşkil etməsini qeyd edərək, həmin miqdarın 1/2 hissəsindən pay tələb etsələr də, xx.xx.2015-ci ildə anaları Fatma Quluyevanın vəfatından 6 ilə yaxın müddət keçməsinə baxmayaraq həmin payla bağlı məhkəməyə müraciət etməyərək mirasın qəbulu üçün qapnnula müəyyən edilmiş müddəti ötürmüşlər.

21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133, 1134.1, 1145, 1146, 1151.1, 1159, 1243, 1246 və 1248.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

22. İddiaçılar İddiaçı1 Razim qızı və X17 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.

23. İddiaçıl ar İddiaçı1 Razim qızı və X17 iddia ərizəsində qeyd olunanlarla yanaşı apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılmışdır. Belə ki, məhkəmə işə baxarkən onların qanun üzrə birinci növbəli vərəsə olduqlarını nəzərə almamış və nəticədə hüquqlarını məhdudlaşdırmışdır. Mirasdan məcburi payları olduğu halda və mirası qəbul etdiklərinə dair sübutları, eləcə də cavabdehin izahatını, ərizələrini məhkəməyə təqdim etsələr də, məhkəmə iş üzrə qətnamə qəbul edərkən bunları nəzərə almamışdır. Məhkəmə öz qətnaməsində iki hala – X11 Qazax Avtovağzal ASC-nin idarə heyərinin sədri olmasına və müddətin ötürülməsinə əsaslanmışdlr. Halbuki, X7 ASC-nin sədri olması onların tələbinin təmin e dilməsinə aidiyyəti olmamışdır. Eyni zamanda müddətlə bağlı da məhkəmə düz nəticəyə gəlməmişdir, onlar mirası faktiki olaraq qəbul etmişlər.

24. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-1568/2022 nömrəli, 31 may 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Rəhman Muradovun sədrliyi və məruzəsi ilə, Fikrət Mehdiyev və Ədil Məmmədovdan ibarət tərkibdə) iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

25. Məhkəmə kollegiyası mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, iddiaçılar İddiaçı1 Razim qızı və X17 xx.xx.2015-ci il tarixdə ölmüş anaları Fatma Quluyevadadan miras qalmış ½ hissə paya, yəni onlara çatası payı faktiki olaraq qəbul etmələrini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də mirasın qəbulou üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsi əsası ilə iddianı təmin etməmişdir. Apellyasiya məhkəməsi bu nəticə ilə razılaşır. Belə ki, iddiaçılar anaları Fatma Quliyevadan miras qalmış 0,08 ha həyətyanı torpaq sahəsi, 0,60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, “VAZ-21214” markalı avtomobil və "xxxx" ASCdə olan ½ hissə paydan onlara çatası miras payı faktiki olaraq qəbul etmələrini qeyd etsələr də, onların bu dəlili iş materialları ilə öz təsdiqini tapmır. Nəzərə almaq lazımdır ki, mirasın qəbulu vərəsənin iradəsini ifadə edir. Bu zaman edilmiş hərəkətlərin kökündə mirasın qəbuluna yönəlmiş iradə ifadəsi dayanmalıdır. Yəni vərəsə bir növ atdığı addı mların mirası qəbul etmək üçün həyata keçirildiyini şüurlu şəkildə dərk etməli və gördüyü tədbirlərin mirasın qəbulundan qaynaqlanmasını aşkar etməlidir. İşin halları bu aspektən araşdırılan zaman müəyyən edilir ki, iddiaçı miras əmlakı öz mənafeyi üçün, yəni əmlakın saxlanması və normal təsərrüfatın aparılmasına yönələn hərəkətlər etməmişdir.

26. Fatma Quluyevadan miras qalmış ½ hissə paylar onun əri Razim Quluyev tərəfindən qəbul edilmiş və sonuncu mirası qəbul etdiyini şəksiz nümayiş etdirərək əmlaka sahiblik etmiş, eləcədə mirasın qəbulu ilə bağlı notariat kontoruna müraciət edərək vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Razim Quliyevin adına müvafiq sənədlər tərtib olunmuş və sonuncu sonradan həmin əmlakları oğlu Eyvaz Quliyevə ba ğışlamışdır. Ona görə də kollegiya hesab edir ki, iddia tələbini bu hissədə təmin etməməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

27. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, bağışlama müqaviləsinin etibarsız hesab edilməsinin təmin olunmaması hissədə də birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, iddiaçılar iddia ərizəsində ataları Razim Quluyevin onların xəbəri və məlumatı olmadan, eləcə də ataları Razim Quliyev aldadılaraq iradəsinə zidd torpaq sahəsini və fərdi yaşayış evini Eyvaz Quliyevə bağışladığını qeyd etmişlər. İşin faktiki hallarından isə aydın olur ki, cavabdeh Razim Quliyev mülkiyyətində olan olan fərdi yaşayış evini və torpaq sahəsini öz iradəsi əsasında oğlu Eyvaz Quliyevə bağışlamış, sonuncu da öz növbəsində həmin əmlakları qəbul etmiş dir. Bu da onu deməyə əsas verir ki, tərəflər arasında bağlanmış əqd Mülki Məcəllənin 666.1-ci maddəsinə uyğun bağlandığından etibarsız hesab olunması üçün heç bir hüquqi əsas yoxdur.

28. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133, 1134.1, 1145, 1146, 1151.1, 1159, 1243, 1246 və 1248.1, Ailə Məcəlləsinin 32-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

29. İddiaçı2 Razim oğlu (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

30. İddiaçı şikayətini iddia ərizəsinin və apellyasiya şikayətinin mə zmununa uyğun əsaslandırmış, Ailə Məcəlləsinin 32-ci, Mülki Məcəllənin 1133, 1145, 1146, 1159, 1243.2, 1246-cı maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Kassasiya şikayətinə dair etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

32. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

33. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

34. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümü ndən sonra doğulmuş uşaqları ola bilərlər.

35. Maddə 1145.Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

36. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

37. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:

38. Maddə 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar.

39. Maddə 1243.2. Vərəsə mirasın açı ldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

40. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

41. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onla rdan istifadə etməlidir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallar ına uyğun olmamasına istinad etməyə yol verilmir.

47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

48. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəm əsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

49. Hazırkı kassasiya şikayətində qətnamə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam sübahisələndirildiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

50. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan iddiaçının kassasiya şikayəti əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

51. Kassasiya ş ikayətinin dəlillərində irəli sürələn dəlillər iddia ərizəsinin əsasları və apellyasiya şikayətində irəli sürələn dəlillərlə eyni məzmunludur. Həmin dəlillər apellyasiya məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmış və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır, təkrar qiymət verilməsinə zərurəit görmür.

52. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlardan hansınn mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsasland ırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

53. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı X17 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1568/2022 nömrəli, 31 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar