Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-762/2023 23.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 oktyabr 2022-ci il i tarixli, 2(103)5901/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şi kayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 4 saylı evin 12 saylı mənzili üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və X2 qarşı “mənzildən çıxarılma, mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair ilk iddiası təmin edilməmiş, iddiaçılar Cavabdeh1 və X1 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiaları təmin edilməklə, Cavabdeh1 və X1 ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqlarının tanınması qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlər Cavabdeh1 və Nurullayeva (Musayeva) Mətanət Rauf qızına qarşı iddia ərizəsi ilə, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən ümumilikdə 9000 manat məbləğində kompensasiya ödənilməklə, cavabdehlərin mülkiyyət hüququ əsasında ona məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən 4 saylı evin 12 saylı mənzilində olan istifadə hüququna xitam verilməsi, cavabdehlərin həmin mənzildən çıxarılması və həmin mənzilin cavabdehlərin hesabına boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının yoldaşı və qızı ilə birlikdə mülkiyyətində olan mənzilə köçməsinə zərurət yaranmışdır. Qızının 3 yetkinlik yaşına çatmayan uşağı vardır. Ümumi sahəsi 25,84 kv.m-dan ibarət olan iddiaçıya məxsus həmin mənzildə cavabdehlərlə birlikdə yaşaması mümkün deyildir. Cavabdeh1 ünvan 2 ünvanında yerləşən 6 saylı fərdi yaşayış evini vardır və həmin mənzil cavabdehlər tərəfindən kirayəyə verilmişdir.
5. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin edilərək keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 05 may 2022-ci il tarixli rəyinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən 4 saylı evin 12 saylı mənzilinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 60000,0 manat (51x1200) məbləğində müəyyən olunur. Mənzillərin kirayə haqqının müəyyən edilməsi tikinti-texniki ekspertinin səlahiyyətinə aid olmadığından, bu sual üzrə tədqiqat aparılmamışdır.
6. Bi rinci instansiya məhkəməsinə təqdim edilən "xxxx" MMC-nin 19 may 2022-ci il tarixli qiymətləndirmə hesabatına əsasən, İddiaçı məxsus olan ünvan 3 ünvanında 5 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən 2 otaqlı, 12 nömrəli mənzilin həmin tarixə olan vizual orta bazar dəyəri 42000 manat və bir aylıq kirayə haqqı 100-150 manat aralığında dəyişir.
7. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli, 2(010)151/2022 nömrəli qətnaməsi ilə (hakim R.N.Qafarova) iddia təmin edilərək, İddiaçı tərəfindən ümumilikdə 9000 manat məbləğində kompensasiya ödənilməklə, cavabdehlər Cavabdeh1 və X1 iddiaçıya məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən 4 saylı evin 12 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh1 və X1 iddiaçıya m əxsus Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən 4 saylı evin 12 saylı mənzildən çıxarılmaları, həmin mənzil cavabdehlərin hesabına boşaldılaraq iddiaçıya təhvil verilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu, Mülki Məcəlləsinin 228.2-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli və “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli q ərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli qərarlarına, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent qərarlarına istinad edərək hesab etmişdir ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi mülkiyyətçinin birmənalı olaraq qanunla müəyyən edilən hüququdur. Bu məsələnin həlli istifadəçi və ya məhkəmənin mülahizəsindən asılı deyil. Eyni zamanda istifadəçinin mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ yoxdur. Lakin, istifadə hüququnun xitamı zamanı elə bir əvəzləşdirilmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçi davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin.
9. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən cavabdehlərə təklif edilən 9000 manat məbləğində pul vəsaiti ilə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verilməsi üçün kifayət edir. Kompensasiya məbləği müəyyən edilərkən cavabdehlərin 3 il ərzində kirayə mənzildə yaşaya bilmələri nəzərə alınmış, kirayə mənzillərin qiyməti isə cavabdehlərin məhkəmə iclaslarında qeyd etdikləri məbləğdə, yəni 250 manatdan hesablanmışdır. Belə ki, hər ay 250 manatdan 3 illik kirayə haqqını hesabladıqda 9000 manat (3x12x250=9000) edir ki, həmin məbləğ də qanuni və ədalətli hesab olunmalıdır.
10. Cavabdehlərin ev almaq üçün 20000 manat məbləğində kompensasiya ödənilməklə iddia tələbini qəbul etmələri barədə dəlilləri nə qiymət verərək məhkəmə qeyd etmişdir ki, hazırkı iddia tələbinə dair işlərə baxarkən cavabdehlərin başqa mənzil almaları üçün kompensasiya verilməsi deyil, müəyyən müddət üçün eyni şəraitdə mənzildə yaşamaları üçün lazım olan pulun verilməsi nəzərə alınır.
11. Birinci instansiya məhkəməsi həmçinin cavabdehlərin məhkəməyə təqdim etdiyi internet saytlarından çıxarışlarla bağlı qeyd etmişdir ki, həmin saytlardan çıxarışlarda müvafiq mənzillər üzrə kirayə qiymətləri nəzərdə tutulsa da, cavabdehlər hazırda yaşadıqları mənzilin yerləşdiyi ərazidə və ölçüdə olmayan mənzillərin kirayə haqlarını məhkəməyə təqdim etmişlər. Cavabdehlər məhkəmə iclaslarında hazırda yaşadıqları ərazidə qonşularının evlərini 200-250 manata kirayə verdiklərini bildirmişlər. b) Apellyasiya instansiyası məhkəməsində icr aat
12. Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli, 2(010)-151/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, kompensasiyanın məbləğinin 15000 manat müəyyən edilməsi, əlavə olaraq kompensasiyanın cavabdehlərin mübahisəli mənzildən çıxarılması ilə eyni vaxtda ödənilməsi və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya instansiyası məhkəməsinə təqdim olunmuş "xxxx" MMC-nin 04 oktyabr 2022-ci il tarixli arayışına əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən 4 saylı evin 12 saylı mənzil üzrə həmin ərazidə yerləşən 2 otaqlı mənzillərə 2021-2022-ci il tarixinə orta aylıq kirayə haqqı 220-250 manat təşkil edir.
14. Bakı Apellyasiya Məhkəməsin in Mülki kollegiyasının 25 oktyabr 2022-ci il tarixli, 2(103)-5901/2022 nömrəli qətnaməsi ilə (hakimlər X.A.Mərdanovanın sədrliyi və məruzəsi ilə, E.M.Həsənovun və V.N.Sadıqovun iştirakı ilə) apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli, 2(010)-151/2022 nömrəli qətnaməsi ləğv edilmiş, iddia təmin edilməmişdir.
15. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apellyasiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, qanunvericilikdə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün istifadəçiyə ödənilməli məbləğin konkret miqdarı müəyyən olunmasa da, əsas meyar olaraq bazar qiyməti ilə müvafiq kompensasiya ödənilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2 -ci maddəsində istifadə olunan “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mülkiyyətin dəyərinə münasibətdə deyil, davamlı surətdə başqa mənzildə yaşamağı davam etdirmək üçün zəruri olan vəsait kimi başa düşülməlidir.
16. Həmçinin, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu evin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir.
17. İş materiallarından görünür ki, iddia üzrə cavabdehlər yaşayış sahəsindən ancaq istifadə etmək hüququna malikdir və kompensasiya həmin hüququn itirilməsinin əvəzi kimi onlara təklif olunan pul məbləğidir. Yəni, sadə baxışla yanaşılsa, mübahisəli münasibətin sonunda mənzilin tərkib hissəsindən istifadə etmək hüququ olan şəxslər həmin hüququ itirir və qanun bu hüququn əvə zli xitamını nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin mənasına görə mülkiyyətçinin ödəməli olduğu kompensasiyanın məbləği, mənzil istifadəçisinin itirdiyi istifadə hüququnun ədalətli əvəzinə bərabərdir.
18. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırki mübahisə üzrə iddiaçı evin mülkiyyətçisi olduğundan, həmin ev cavabdehlərlə birlikdə birgə mülkiyyətdə olmadığından, cavabdehlərin mənzildən yalnız istifadə hüququ olduğundan iddia tələbi kompensasiya məbləğinin itiriləcək istifadə hüququnun ədalətli əvəzinə bərabər olmadığı üçün təmin edilməməlidir.
19. Məhkəmə bu nəticəsini, mənzilin yerləşdiyi ərazi, cavabdehlərin həmin evdə uzun müddət yaşayıb sosial mühitə malik olması, mənzildən çıxacağı halda uşaqları ilə birlikdə çıxmalı olması, hə mçinin Əmlak Ekspert Mərkəzinin 04 oktyabr 2022-ci il tarixli arayışı nəzərə alınmaqla kompensasiya məbləğini müəyyən edilməsi ilə əsaslanmışdır.
20. Apellyasiya instansiyası məhkəməsi işin bütün hallarının məcmusuna, hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab etmişdir ki, iddiaçının kompensasiya verilməklə cavabdehlərin uşaqları ilə birlikdə mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması barədə tələbi mülkiyyət hüququnun müdafiəsi kontekstindən qanuni və əsaslı olsa da, mülkiyyətçinin cavabdehlərə təklif etdiyi 9000 manat kompensasiya məbləği mənzildən istifadə hüququna xitam verilməsinin əvəzində adekvat kompensasiya hesab oluna bilməz. Belə ki, cavabdehlərə təklif edilən 9000 manat məbləğ cavabdehlərin uşaqları ilə birlikdə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitdə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün kifayət deyildir. Belə bir vəziyyətdə həmin məbləğin verilməsi ilə cavabdehlərin uşaqları ilə birlikdə mübahisəli evdən istifadə hüquqlarına xitam verilməsi cavabdehlərin mənzil hüquqlarını pozmuş olacaqdır.
21. Apellyasiya məhkəməsi təklif olunan kompensasiya məbləğinin miqdarı ilə bağlı qeyd etmişdir ki, iddianın təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin adekvatlığının müəyyən edilməsindən də asılıdır. Belə ki, istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülki yyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir.
22. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəf apellyasiya şikayətində mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləğinin 15000 manat məbləğində müəyyən edilməsini tələb etsələr də, bu nəticəyə gəlinməsi üçün mülkiyyətçinin mövqeyi (razılığı) öyrənilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəll əsinin 228.2ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli Qərarında göstərilir ki, birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır.
23. Lakin iddiaçının apellyasiya instansiyası məhkəməsinin iclaslarında iştirak etməməsi səbəbindən onun həmin məbləğin ödənilməsinə dair mövqeyini aydınlaşdırmaq mümk ün olmamışdır.
24. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli, “S.Süleymanovanın şikayəti üzrə” 02 aprel 2010-cu il tarixli, “N.Məmmədovanın şikayəti” 31 yanvar 2006-cı il tarixli, “R.Ağalarovun şikayəti üzrə” 26 sentyabr 2007-ci il tarixli qərarları ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
25. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 oktyabr 2022-ci il tarixli, 2(103)-5901/2022 nömrəli qətnaməsinin ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Məhkəməsi tərəfindən Mülki Məcəllənin 152, 228.2-ci, Mülki Prosessual Məcəllənin 88-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, mənzilin sahibi olan iddiaçı özünə məxsus olan mübahisəli mənzildən istifadə edə bilməməklə yanaşı həmin əmlakla bağlı sərəncam da verə bilmir. Cavabdehlər təklif olunan kompensasiya məbləği ilə razılaşmasalar da, məhkəmə mənzilin yerləşdiyi yeri və təmir səviyyəsini nəzərə almamışdır. Məhkəmədə sübutları tam və hərtərəfli araşdırılmamışdır.
27. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
28. Cavabdehlər Cavabd eh1 və Cavabdeh2 kassasiya şikayətinə qarşı etiraz verərək təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər.
29. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının təklif etdiyi 9000 manat kompensasiya cavabdehlərin yeni yaşayış sahəsi ilə təmin olunması üçün az məbləğdir. Kassasiya baxışının hədləri:
30. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş mater iallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
31. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kassasiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
32. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu madd əsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququ dur. 157.4-ci maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasını n tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 34. “R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi bildirmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslə rin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.... Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bi r əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. 36. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bə ndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün istinad olunsa da, həmin normalar səhv təfsir edilmiş, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.
38. Belə ki, cavabdehlərin mübahisələndirilən yaşayış sahəsinə istifadə hüquqlarının olması işin mübahisəsiz halıdır. Bu səbəbdən Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə görə cavabdehlərin həmin hüququna yalnız tərəflərin razılaşması ilə və ya belə razılaşma olmadıqda, məhkəmə qaydasında cavabdehlərə bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
39. İddiaçı cavabdehlərin bu hüquqlarına xitam verilməsi üçün 9000 manat məbləğində kompensasiya verilməsini təklif etmiş, birinci instansiya məhkəməsi həmin məbləğin cavabdehlərin mübahisəli mənzilə xas olmuş şəraitlə müqayisədə oxşar 3 il ərzində yaşamaq üçün kifayət hesab etmişdi r.
40. Lakin, apellyasiya məhkəməsi iddianı rədd edərkən hesab etmişdir ki, təklif olunan kompensasiya cavabdehlərin yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə oxşar şəraitli mənzildə davamlı surətdə yaşamaq imkanının təmin edilməsi üçün yetərli deyildir.
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin yaşayış sahəsindən istifadə hüququna kompensasiya verilməklə xitam verilməsinin mümkün olması, lakin təklif olunan kompensasiyanın məbləğinin iddianın təmin olunması üçün kifayət etməməsi qənaətinə gəldiyi halda, maddi hüquq normalarının tələblərinə əsasən təklif olunmalı kompensasiyanın məbləğini müəyyən etməlidir.
42. Belə ki, cavabdehlər apellyasiya şikayətində onlara 15000 manat kompensasiya verilməklə, istifadə hüquqlarına xitam verilməsini xahi ş etmiş, apellyasiya məhkəməsi isə iddiaçının apellyasiya icraatında iştirak etmədiyi üçün göstərilən məbləğə dair sonuncunun mövqeyinin (razılığının) alınmasının qeyri-mümkünlüyünə istinad etmişdir.
43. Lakin, apellyasiya məhkəməsi qətnaməsinin əsaslandırıcı hissəsində kompensasiyanın məbləğinin bazar qiymətinə uyğun olaraq müəyyən edilməsi istiqamətində araşdırma aparmamış, özü də, belə kompensasiyanın məbləğini müəyyən etməmişdir.
44. Halbuki, apellyasiya məhkəməsinin özünün də istinad etdiyi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 iyul 2016-cı il tarixli qərarında qeyd edil mişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır.
45. Yəni göründüyü kimi, Konstitusiya Məhkəməsinin mövqeyinə əsasən kompensasiya məbləği tərəflərin (iddiaçının və cavabdehin) təklifləri əsasında deyil, özü tərəfində n müəyyən olunur, sonra isə həmin kompensasiyaya dair iddiaçının razılığının alınması tələb olunur.
46. Göründüyü kimi, apellyasiya məhkəməsi tərəfindən Mülki Məcəllənin 228.2-ci maddəsinin tətbiqində Konstitusiya Məhkəməsi Plenumunun rəsmi şərhi baxımından səhvə yol vermişdir.
47. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin yaşayış sahəsindən istifadə hüquqlarına kompensasiya verilməklə xitam verilməsinin mümkün olduğu qənaətinə gəldiyi halda, Konstitusiya Məhkəməsi Plenumunun istinad edilən qərarına uyğun olaraq hazırki tələb üzrə ədalətli kompensasiya məbləği müəyyən edilməli və sonra tərəflərin bu məbləğə olan münasibətləri aydınlaşdırılmalıdır.
48. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.
49. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.
50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 oktyabr 2022-ci il i tarixli, 2(103)-5901/2022 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməs inə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.