Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4028/2025 11.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 oğlunun Cavabdeh1 qarşı ilk, Cavabdeh1 cavabdehlər İddiaçı2 oğlu və digərlərinə qarşı qarşılıqlı iddiası barədə mülki iş üzrə qarşı iş üzrə QƏRARİ İş № 2(102)-4028 /2026 Açar sözlər: tapşırıq müqaviləsi, mülkiyyət hüququnun tanınması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Şamayev Elşad Yaquboviç və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 oğlunun Cavabdeh1 qarşı cavabdehlərin mülkiyyət hüququna xitam verilməsi və iddiaçıların mülkiyyət hüququnun tanınması barədə ilk, Cavabdeh1 cavabdehlər İddiaçı2 oğlu, İddiaçı1, Cavabdeh2, Başkurt Fatma Hasan qızına (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi iddia predmeti barəsində müstəqil tələb irəli sürməyən şəxs qismində cəlb edilməklə) qarşı mənzildən istifadənin qadağan edilməsi və s. barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1020/2025 nömrəli 29 sentyabr 2025-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh1 ilə "xxxx" MTK arasında bağlanmış 20 avqus t 2015-ci il tarixli müqaviləyə əsasən Sumqayıt şəhəri, 6-cı mikrorayon, Səməd Vurğun küçəsinin 3-cü binasında yerləşən 66,6 kvm sahəsi olan 2 otaqlı 59 nömrəli mənzil ümumi dəyəri 63270 ABŞ dolları təşkil etməklə, ilkin ödəniş 10890 ABŞ dolları, hər ay isə 2365,71 ABŞ dollar ödəmək şərti ilə Cavabdeh1 satılmışdır.
2. İddiaçı2 oğlu 1 iyul 2023-cü il tarixdə bağlanmış “Yaşayış sahəsinin kirayəsi” haqqında müqaviləyə əsasən, cavabdehin mülkiyyətində olan Sumqayıt şəhərində 6-cı mikrorayon, Səməd Vurğun küçəsi 35k (20k) yeni tikilmiş binada 8-ci mərtəbə, 3-cü blok, 2 otaqlı 59 saylı ünvanında yerləşən mənzili Başkut Saidə kirayə vermişdir.
3. İddiaçı2 oğlu tərəfindən Cavabdeh1 adına xx.xx.2015-ci ildə 3168 ABŞ dolları, xx.xx.2015-ci ildə 100 ABŞ dolları, xx.xx.2016-cı ildə 2350 ABŞ dolları, x x.xx.2016-cı il tarixdə 2400 ABŞ dolları, xx.xx.2016-cı ildə 1000 ABŞ dolları, xx.xx.2017-ci ildə 1000 ABŞ dolları, xx.xx.2017-ci ildə 1000 ABŞ dolları,xx.xx.2017-ci ildə 600 ABŞ dolları pul köçürülmüşdür.
4. X12 tərəfindən Cavabdeh1 adına xx.xx.2016-cı ildə 2350 ABŞ dolları, xx.xx.2015-ci ildə 3200 ABŞ dolları, xx.xx.2015-ci ildə 5000 ABŞ dolları pul köçürülmüşdür.
5. Luiza Şadimanova tərəfindən Cavabdeh1 adına xx.xx.2015-ci il tarixdə 3000 ABŞ dolları, xx.xx.2015-ci il tarixdə 2000 ABŞ dolları pul köçürülmüşdür.
6. X8 tərəfindən Cavabdeh1 adına xx.xx.2016-cı ildə 2450 ABŞ dolları pul köçürülmüşdür.
7. İş materiallarında olan bank sənədlərindən görünür ki, X6 tərəfindən Cavabdeh1 adına xx.xx.2016-cı il tarixdə 990 ABŞ dolları, xx.xx.2017-ci il tarixdə 1000 ABŞ dolları, xx.xx.2017-ci ildə 400 ABŞ dolları, xx.xx.2016-cı ildə 2350 ABŞ dolları, xx.xx.2016-cı ildə 600 ABŞ dolları pul köçürülmüşdür.
8. İddiaçı2 oğlu tərəfindən Hüseynov Atabala Binyət oğlunun adına xx.xx.2015-ci ildə 5000 ABŞ dolları, xx.xx.2017-ci ildə 500 ABŞ dolları, xx.xx.2018-ci ildə 400 ABŞ dolları, xx.xx.2018-ci ildə 400 ABŞ dolları, xx.xx.2016-cı ildə 2250 ABŞ dolları pul köçürülmüşdür.
9. X6 tərəfindən Hüseynov Atabala Binyət oğlunun adına xx.xx.2018-ci il tarixdə 600 ABŞ dolları, xx.xx.2018-ci ildə 400 ABŞ dolları, xx.xx.2016-cı il tarixdə 2350 ABŞ dolları pul köçürülmüşdür.
10. İddiaçı2 oğlu tərəfindən xx.xx.2017-ci ildə X9 adına 7000 ABŞ dolları məbləğlərində pul vəsaiti köçürülmüşdür.
11. İddiaçı2 oğlu tərəfindən xx.xx.2015-ci il tarixdə 203 ABŞ dolları, xx.xx.2016-cı ildə 303 ABŞ dolları, xx.xx.2016 -cı ildə 2374 ABŞ dolları, X6 tərəfindən xx.xx.2016-cı ildə 2400 ABŞ dolları pul vəsaiti köçürülmüşdür.
12. İş materiallarına əlavə edilmiş “WhatsApp” proqramı ilə 2022-ci ilin oktyabr ayından 2023-cü ilin avqust ayınadək olan yazışmalara əsasən, iddiaçı(İddiaçı2) cavabdehə “Qızı Leylanın sənədlərini göndərdiyini, evi ona hədiyyə etməyini və Orucla danışmağını”, cavabdeh isə “evi gələn ay Leylanın adına keçirəcəyini, narahat olmamasını” iddiaçıya bildirir.
13. Başqa bir yazışmada iddiaçı cavabdehə “Evi niyə qızının adına keçirtmədiyini” sualını vermiş, cavabdeh isə “Birinci gün keçirəcəm də vaxt olmadı alınmadı mənə ev lazım deyil. Dedim keçirəcəm, br gün gec, bir gün tez, fərqi nədi” cavabını vermişdir.
14. Başqa bir yazışmada iddiaçı cavabdehə mesaj ünvanlayaraq “qızının adına ev olsun deyə işləyib onun adına ev aldığını, hər ay pul göndərdiyini” bildirmiş, cavabdeh isə “Ev Leylanındı, bundan arxayin ol, mənə lazım deyil. Allaha and olsun Leylanındı, indi alınmır, başqa vaxt olsun keçirəcəm... mənə haram lazım deyil” deyə cavab vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
15. İddiaçılar İddiaçı1 və İddiaçı2 oğlu Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ünvan 3 mənzilə olan mülkiyyət hüququna xitam verilməsi, həmin mənzilə İddiaçı1 və İddiaçı2 oğlunun mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
16. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı2 Qazaxıstan vətəndaşıdır və orada yaşayır. İddiaçı2 qızı İddiaçı1 üçün mənzil almaq qərarına gəlmiş, bu məqsədlə Sumqayıt şəhərində 6-cı mikrorayon, Səməd Vurğun küçəsində yerləşən ”Kristal Abşeron MTK”-nın yeni tikdiyi binanın 35k (20 k) 3-cü blok, 59 saylı mənzilinə baxıb seçmiş, qiymətini razılaşdırmış, İddiaçı1 azyaşlı olduğuna, özü Azərbaycanda yaşamadığına və Azərbaycan Respublikası vətəndaşı olmadığına görə müqavilənin alıcı tərəfi kimi Cavabdeh1 göstərilmişdir. Mənzilin ilkin ödənilməli 10890 ABŞ dollarını şəxsən İddiaçı2 ödəmişdir. Mənzilə görə sonrakı ödənilən məbləğləri İddiaçı2 bank köçürmələri vasitəsi ilə hissə-hissə olmaqla Cavabdeh1 göndərmişdir. Müqavilənin əsli İddiaçı2 olmasına baxmayaraq, Hüseynov Bayramovlarla razılaşdırmadan mənzili daşınmaz əmlakın dövlət reyestrində 2017-ci il tarixdə öz adına qeydiyyata aldırıb EX seriyalı ******* nömrəli çıxarış əldə etmişdir. Bununla əlaqədar Cavabd eh1 iddiaçıları əmin edib vəd vermişdir ki, onların istədikləri zaman mənzili İddiaçı1 adına keçirəcəkdir. Lakin cavabdeh real olaraq bu istiqamətdə bütün təklif və müraciətlərdən yayınmışdır. İddiaçı2la arvadı – Cavabdeh1 bacısı X6 arasında münasibətlər 2020-ci ildən tam pisləşmiş və Bayramova Aygünün ərizəsi ilə onların nikahı 26 avqust 2022-ci il tarixdə məhkəmə qətnaməsi ilə pozulmuşdur. İddiaçı2 23 avqust 2023-cü ildə Cavabdeh1 istifadə etdiyi mobil telefon nömrəsinə mesaj yazmaqla, habelə və onun yaşadığı ünvana (Masallı rayonu Qarğalı kəndinə) sifarişli poçtla məktub göndərərək mübahisəli mənzilin İddiaçı1 adına rəsmiləşdirilməsini xahiş etsə də, bugünə qədər heç bir müsbət nəticə əldə olunmamışdır.
17. Cavabdeh1 qarşılıqlı iddia ərizəsi və iddia tələbinin artırılması barədə ərizə i lə məhkəməyə müraciət edərək özünün xüsusi mülkiyyətində olan mübahisəli mənzildən İddiaçı2 oğlu, İddiaçı1, Cavabdeh2, Başkurt Fatmanın və onların ailə üzvlərinin (o cümlədən övladları Əmircan, Güləngül və Hira) istifadələrinin qadağan edilməsi, cavabdehlərin və onların ailə üzvlərinin (o cümlədən övladları Əmircan, Güləngül və Hira) mübahisəli mənzildən çıxarılmaları və həmin mənzilin cavabdehlər tərəfindən Cavabdeh1 təhvil verilməsi, 2023-cü ilin mart ayından başlayaraq hər ay üçün 600 manat əldən çıxmış fayda kimi pulun cavabdehlərdən müştərək qaydada tutularaq Cavabdeh1 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 uzun müddətdir ki, mübahisəli mənzili dəyərini ödəməklə alıb və mənzilə mülkiyyət hüququ 5 avqust 2017 -ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla onun xüsusi mülkiyyətindədir. Həmin mənzilə 2023-cü ilin mart ayından başqa şəxslər, yəni İddiaçı2 oğlu və İddiaçı1 birlikdə onun razılığı və xəbəri olmadan qeyri-qanuni olaraq soxulmuş, mənzilini icarəyə verdiyi şəxsləri aldadaraq onları evdən çıxarmış və mənzildə qanunsuz olaraq yaşamağa başlamışdır. Eyni zamanda İddiaçı2 tərəfindən həmin mənzilə qanunsuz olaraq Türkiyə Respublikası vətəndaşı Cavabdeh2, ailə üzvləri, yəni arvadı və uşaqları ilə birlikdə yerləşdirilmiş mənzildən qanunsuz olaraq istifadə etmişlər. Həmin şəxslərlə Cavabdeh1 arasında heç bir müqavilə bağlanmamışdır, onun razılığı olmadan mənzildə qanunsuz olaraq yaşayırlar. Cavabdeh2 və onun ailə üzvlərinin mübahisəli mənzildə yaşaması və ya istifadə e tməsi Cavabdeh1 iradəsinə və mənafeyinə ziddir. Onlarınn heç bir hüququ olmadan Cavabdeh1 məxsus evdə yaşaması və ya istifadə etməsi, mənzilə sahiblik etməsi onun mülkiyyətçi kimi mənafelərini pozmuşdur, o, öz mənzilindən istifadə edə, ona sahiblik edə bilməmişdir. Dəfələrlə cavabdehlər ilə danışıb onların mənzildən çıxmağını tələb etsə də cavabdehlər mənzildən çıxmaqdan imtina etmişdir.
19. Məhkəmə iclasında ilkin iddiaçıların nümayəndəsi Vəkil1 qarşılıqlı iddia tələbinə dair etiraz edərək bildirmişdir ki, mübahisəli mənzilin dəyərini İddiaçı2 tam ödəyərək qızı İddiaçı1 üçün almış, lakin həmin vaxtlarda Leyla azyaşlı olduğuna görə mənzil onun dayısı olan Cavabdeh1 adına rəsmiləşdirilmiş və çıxarış alınmışdır. Mənzilin 63.270 ABŞ dollar pulunu və daxili kredit və bank krediti faizlərini ba nk vasitəsi ilə hissə-hissə Cavabdeh1 göndərmiş, bir hissəsini də özü gələndə nağd vermişdir. Cavabdeh1 və ailəsinin bu mənzili almağa elə bir maddi imkanı olmayıb, hətta İddiaçı2 onlara köməklik etmişdir. Cavabdeh1 müxtəlif bəhanələrlə mübahisəli mənzili İddiaçı1 adına rəsmiləşdirməkdən imtina etmişdir. 2023-cü ilin avqust ayının 3-də 17 yaşlı Leyla, qardaşı Əli ilə qızı Leyla - Masallı rayonu Qarğalı kəndinə dayıları Cavabdeh1 evlərinə getmiş, dayısı yenə müxtəlif bəhanələrlə mənzili Leylanın adına rəsmiləşdirməmişdir. Cavabdeh1 İddiaçı2 göndərdiyi sonuncu votsap yazısında onları əmin edib bildirmişdir ki, “Mənə haram lazım deyil, mənzili Leylanın adına rəsmiləşdirib həll edəcəm”. Onun bu vədinə əməl edəcəyinə inansalar da, o, yayınmaqda davam etmişdir. Mənzilin alınması üçün "xxxx" MTK ilə ilkin danışığı Mahir aparmış, razılaşmanı da o etmiş, mənzilin pulunu tam ödəmişdir. Mənzilin mebelinin pulunu da o vermişdir.
20. Məhkəmə iclasında qarşılıqlı iddia tələbi üzrə Cavabdeh2 qarşılıqlı iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o, ailə üzvləri ilə birlikdə 4 ay əvvəl həmin evdə yaşamağa başlamışdır. Ev sahibi kimi İddiaçı2 tanımışdır. Mahir özü Qazaxıstan Respublikasında yaşayır. Qazaxıstandan gəldikdən sonra o, Mahirlə aralarında kirayə müqaviləsi bağlanmışlar. Evi onlara təhvil verəndə evin içində əşya yox idi. Onlar da İddiaçı2la razılaşmışlar ki, o, evə əşyalar alsın, Mahir də kirayə haqqından əşyaların pulunu çıxar. Onların aralarında razılıq belə olduğuna görə həmin evə əşyalar almışdır. Onlar mənzildə iki ay yaşadıqdan sonra evə bir xanım gəlmiş, özünü onlara Mahir bəyin yoldaşı kimi təqdim edib, evi gəzmək istədiyini bildirmişdir. Onlar da ona evi gəzdirmişdir. Bir gün sonra polislə evə gəlib, onları evdən çıxartmaq istəmişlər. Onlara məlum olmuşdur ki, həmin xanım Mahir bəyin baldızıdır. O, Mahir bəylə müqavilə bağlamış, əşyalar almışdır. Bu qədər xərc çəkmiş və indi ona vaxt vermədən evdən çıxmağını tələb edirlər. O, bununla razı olmadığını bildirmiş, əşyaların pulunu ona qaytardıqları halda o, evdən çıxmağa razı olacağını qeyd etmişdir.
21. İlk iddia tələbi üzrə cavabdeh qismində işə cəlb olunmuş Başkut Fatma Hasan qızı məhkəmədə iştirak edən zaman qarşılıqlı iddia tələbini əsassız hesab edərək bildirmişdir ki, Mahir bəyin baldızı tez-tez evə baxmaq üçün başqa adamlarla gəlir. Bu vəziyyət onları narahat edir. Onun uşaqları qorxur. Onlar həm in evdə müqavilə bağlayaraq yaşayırlar. Evə əşyalar almışlar. Bu halın baş verməsini düzgün hesab etmir. Bu səbəbdən qarşılıqlı iddia tələbini əsassız hesab etmişdir.
22. Məhkəmədə şahid qismində dindirilmiş X10 bildirmişdir ki, o, hazırda "xxxx" MTK-da müdir müavini vəzifəsində çalışır. Mahir adlı şəxs təxminən 2015-ci il tarixdə mənzil almaq üçün MTK-ya yaxınlaşmışdır. Həmin vaxt o, MTK-nın direktoru vəzifəsində çalışırdı. Hazırda payçı müqaviləsində olan imza ona məxsusdur. Mahir xarici ölkə vətəndaşı olduğu üçün ona mənzil satışı həyata keçirə bilməmişlər. İki gündən sonra Mahir yanında bir şəxslə ona yaxınlaşaraq, həmin şəxsin qaynı olduğunu və mənzili qızı Leyla üçün almaq istədiyini, qızı azyaşlı olduğuna görə mənzili qaynının adına alacağını bildirmişdir. Mahirin qaynı yəni, Ramid adlı şəxslə aralarında payçı müqaviləsi bağlanmış və mənzilin ödənişləri Mahir tərəfindən həyata keçirilmişdir. Mahir mənzilin aylıq pulunu göndərdikdə həmişə ona bu barədə məlumat vermişdir.
23. Məhkəmədə şahid X16 bildirmişdir ki, Mahirlə o, bir sinifdə təhsil alıblar və uzun müddətdir dostluq münasibətindədirlər. Mahir 6-cı mkr-da tikilən yeni tikilidən mənzil almamışdan öncə onunla gedib həmin tikiliyə baxmışdır. Mahirin sonradan həmin yeni tikilidən mənzil aldığını və mənzili qaynın adına olması barədə məlumatı olmuşdur.
24. Məhkəmədə şahid X2 bildirmişdir ki, o, mebel təmiri və satışı ilə məşğul olur. Mahir yeni mənzil aldığı üçün mənzilin mebellərini onlardan sifariş etmişdir. Mahirin aldığı mənzildə mebellər onun tərəfindən quraşdırılmışdır. Mebellərin dəyəri Mahir tərəfindən ona ödənilmişdir.
25. Sumqayıt Şəhər Məhkəməsinin (hakim G.Tağızadə) 2(060)-6403/2023 nömrəli, 11 dekabr 2023-cü il tarixli qətnaməsi ilə ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın isə qismən təmin edilməsi, cavabdehlər İddiaçı2 oğlunun, İddiaçı1, Cavabdeh2, Başkut Fatma Hasan qızının və onların ailə üzvlərinin (o cümlədən övladları Əmircan, Güləngül və Hira) ünvan 2 ünvanında yerləşən mənzilə olan istifadələrinin qadağan edilərək, cavabdehlər Cavabdeh2, Başkut Fatma Hasan qızının və onların ailə üzvlərinin mübahisəli mənzildən çıxarılmaqla, həmin mənzilin iddiaçı Cavabdeh1 təhvil verilməsi qət edilmiş, qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməmişdir.
26. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh1 ilə "xxxx" MTK arasında bağlanmış 20 avqust 2015- ci il tarixli müqaviləyə əsasən MTK Sumqayıt şəhərində 6-cı mikrorayon, Səməd Vurğun küçəsi tikilməkdə olan binada 3-cü blok, 8-ci mərtəbədə yerləşən "xxxx" MTKnın tikilməkdə olan binasında 59 saylı mənzili alıcıya verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin şərtləri Cavabdeh1 tərəfindən icra edilmişdir, bunun əsasında sonuncunun mübahisəli mənzilə mülkiyyət hüququ yaranmışdır.
27. Bununla əlaqədar olaraq, məhkəmə iddiaçıların bir mülkiyyətçi kimi həmin mənzilə dair hüquqlarının pozulduğunu və Cavabdeh1 mülkiyyətinə xitam verilməsi tələbini əsassız hesab etmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh1 adına verilmiş RX seriyalı, ******* saylı çıxarışı nəzərə alaraq məhkəmə he sab etmişdir ki, İddiaçı2 oğlunun, İddiaçı1, Cavabdeh2, Başkut Fatma Hasan qızının və onların ailə üzvlərinin (o cümlədən övladları Əmircan, Güləngül və Hira) mübahisəli mənzildən istifadələri qadağan edilməli, Cavabdeh2, Başkut Fatma Hasan qızı və onların ailə üzvləri mübahisəli mənzildən çıxarılmaqla, həmin mənzil Cavabdeh1 təhvil verilməlidir.
28. Məhkəmə qarşılıqlı iddia tələbinin 2023-cü ilin mart ayından başlayaraq hər ay üçün 600 manat əldən çıxmış fayda kimi pulun cavabdehlər İddiaçı2 oğlunun, İddiaçı1, Cavabdeh2, Başkut Fatma Hasan qızından müştərək qaydada tutularaq iddiaçı Cavabdeh1 ödənilməsi hissəsində iddianı əsassız hesab etmiş və göstərmişdir ki, tərəflər arasında həmin tələb üzrə heç bir müqavilə mövcud deyildir.
29. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiy asının 13, 29-cu maddələrinə, “İnsan Hüquqlarının və X7 Haqqında” Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 146.1, 152.1, 152.5, 178.8-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.2, 216-220-ci maddələrinə istinad edərək əsaslandırmışdır Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
30. İlk iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 oğlu apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-6403/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və ilk iddia tələbinin tam təmin edilməsi, qarşılıqlı iddia tələbinin isə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
31. Apellyasiya şikayəti iddia tələbinin dəlillərinə uyğun əsaslandırılmış, həmçin in qeyd olunmuşdur ki, işə baxan məhkəmə maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnən əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə iş materiallarına istinad etmədən, təqdim edilmiş sübutlara hüquqi qiymət vermədən, tərəflər arasında mövcud olan münasibətlərin xarakterinin mahiyyətinə varmadan və heç bir maddi hüquq normasına istinad etmədən ilkin iddia tələbinin təmin edilməməsi barədə nəticəyə gəlmiş, öz qanunsuz mövqeyini əsaslandırmaq zərurəti belə görməmişdir. Məhkəmə nəzərə almamışdır ki, mübahisəli mənzilin dəyərini İddiaçı2 tam ödəyərək qızı İddiaçı1 Mahir qızı üçün almışdır. Mənzilin dəyəri kimi 63.270 ABŞ dollar vəsaiti bank vasitəsi ilə hissə-hissə Cavabdeh1 İddiaçı2 göndərmişdir. Məhkəmə iş üzrə şahidlərin bildirdiyi faktiki hallara heç bir hüquqi qi ymət verməmiş, şahid ifadələrini sadalamaqla kifayətlənmiş, tərəflərin münasibətlərinin faktiki vəziyyətini qiymətləndirməkdən yayınmışdır. Məhkəmənin hansı səbəbdən ilkin iddianı əsassız, qarşılıqlı iddianı isə qismən əsaslı hesab etməsini əsaslandırmaması məhkəmə qətnaməsinin əsassızlığına dəlalət edən haldır. Məhkəmə iş materiallarında olan köçürmə sənədlərinə də hüquqi qiymət verməmiş, cavabdehin adına köçürülən vəsaitlərə dair qəbzlərə ümumiyyətlə istinad etməmişdir. Əgər həqiqətən mənzil cavabdeh tərəfindən alınmışdırsa, hansı səbəbdən ona iddiaçı tərəfindən xeyli miqdarda vəsait köçürülməsi məsələsinə cavabdeh heç bir cavab verə bilməmiş, məhkəmə də bu halı qiymətləndirməmişdir. Məhkəmə iddiaçıların hansı qaydada mənzildən istifadə etmələri məsələsinə də münasibət bildirməmişdir. Mə hkəmə ilk iddia üzrə iddiaçıların mənzili necə təmir etməsi, əşyalar, mebellər sifariş etməsi və mənzilin başqa şəxslərə icarəyə verilməsi ilə bağlı müqavilə bağlaması hallarına da biganə yanaşmışdır. Məhkəmə işə baxılması zamanı ciddi prosessual pozuntulara yol vermiş, tərəflər arasında çəkişmə prinsipinin tələblərini təmin etməmişdir. Məhkəmə iclasında qayda pozuntusuna yol verilmiş, qarşı tərəfdən etik qaydalara əməl olunmamış, habelə məhkəmə çıxışlarına qədər İddiaçı2 “Mübahisəli mənzili qızım Leyla xanım Bayramova üçün aldığımı bir daha təsdiq edərək, iddia tələbimdən və mənzilə olan hüquqlarımdan bu işdə birgə iddiaçı olan 2004-cü il təvəllüdlü qızım İddiaçı1 Mahir qızının xeyrinə imtina edirəm və xahiş edirəm iddiaçı kimi iştirakıma xitam verəsiniz.” məzmunlu yazılı, imzalı ərizəsin i geri qaytararaq qəbul etməmişdir. Habelə şahid “Kristal Abşeron MTK”nın Sumqayıt filialının sədr müavini X4 izahatı qətnamədə qismən təhrif edilmiş formada əks etdirilmişdir.
32. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Ayaz Mahmudov (sədrlik edən və məruzəçi), Lətifə Məmmədova və Səyyad Qafari) 2(105)565/2024 nömrəli, 26 fevral 2024-cü il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)6403/2023 nömrəli iş üzrə 11 dekabr 2023-cü il tarixli qətnaməsi qismən – “və onların ailə üzvlərinin (o cümlədən övladları Əmircan, Güləngül və Hira) ünvan 2 ünvanında yerləşən mənzilə olan istifadələrinin qadağan edilməsi, onların həmin mənzildən çıxarılmaları” hissəsində ləğv edilməsi, həmin hissədə qarşılıqlı iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. 3
3. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Ayaz Mahmudov (sədrlik edən və məruzəçi), Lətifə Məmmədova və Səyyad Qafari) 2(105)565/2024 nömrəli, 26 fevral 2024-cü il tarixli qətnaməsi ilə ilk iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 oğlunun apellyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6403/2023 nömrəli iş üzrə 11 dekabr 2023-cü il tarixli qətnaməsinin apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Kassasiya instansiyası məhkəməsində birinci icraat
34. İddiaçı1 və İddiaçı2 oğlu kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-565/2024 saylı, 26 fevral 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və ilkin iddia tələbinin tam təmin edilməsi, qarşılıqlı iddianın i sə tam rədd edilməsi haqqında yeni qərar çıxarılmasını xahiş etmişdirlər.
35. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (hakimlər İspəndiyar Şəfiyev (məruzəçi), Əhməd Əhmədov və Vüqar Həsənov) xx.xx.2024-cü il tarixli, 2(102)-2117/2024 nömrəli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-565/2024 nömrəli, 26 fevral 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.
36. Kassasiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, kassasiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, işə baxmış məhkəmələr həmin ödənişlərin təyinatı barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut növü təqdim edilmədiyini əsas tutaraq, qeyd olunan ödən işlərin mənzil alınması ilə əlaqəsinin olmadığı barədə nəticəyə gəlmişdir. Bank köçürməsi yolu ilə ödənilmiş vəsaitin mənzilin alınması məqsədi ilə göndərilməsi barədə iddiaçının istinad etdiyi dəlil axıradək araşdırılmamış, həmin məbləğin cavabdeh tərəfindən nə məqsədlə alınması müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi iddiaçının təqdim etdiyi votsap yazışmaları üzrə ümumiyyətlə hər hansı araşdırma aparmamış, həmin sübutu müzakirə edib qiymətləndirməmiş və bunu əsaslandırmamışdır. Halbuki, həmin yazışmalarda cavabdehin mənzilin İddiaçı1 aid olması barədə fikirləri ifadə olunmuşdu. İddiaçının apellyasiya şikayətində irəli sürdüyü dəlillərdən biri də məhz həmin sübutun araşdırılmamasından ibarət idi. Lakin apellyasiya icraatında da həmin dəlilə qiymət verilməmişdir.
37. Ali Məhkəm ənin Mülki kollegiyası qərarın 82-ci bəndində həmçinin qeyd etmişdir ki, işə yenidən baxılması zamanı iddiaçının təqdim etdiyi bank köçürmələrində göstərilən pul vəsaitinin məhz mənzilin alınması üçün göndərilməsi müəyyən olunsa belə, işin bu halı ilkin iddianın təmin olunmasına əsas verməyəcəkdir. Çünki cavabdehə göndərilən pul məbləği, mənzilin dəyərindən əhəmiyyətli dərəcədə azdır və iddiaçı qalan məbləğin onun tərəfindən ödənildiyinə dair hər hansı sübut təqdim etməmişdir. Həmçinin qarşılıqlı iddia tələbi də buna müvafiq olaraq təmin olunacaqdır. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
38. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 noyabr 2024-cü il tarixli, 2(105)-1464/2024 nömrəli qətnaməsi ilə (hakim L.Rəhimlinin sədrliyi və məruzəsi ilə, hakimlər A.Süle ymanova və F.Məmmədovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)6403/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
39. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, ilk iddia üzrə iddiaçılar tələbini əsaslandırmaq üçün məhkəməyə təqdim olunmuş bank köçürülmələri barədə qəbzlərdən görünür ki, İddiaçı2 oğlu tərəfindən Cavabdeh1 adına xx.xx.2015-ci ildə 3168 ABŞ dolları, xx.xx.2015ci ildə 100 ABŞ dolları, xx.xx.2016-cı ildə 2350 ABŞ dolları, xx.xx.2016-cı ildə 1000 ABŞ dolları, xx.xx.2017-ci ildə 1000 ABŞ dolları, xx.xx.2017-ci ildə 1000 ABŞ dolları,xx.xx.2017-ci ildə 600 ABŞ dolları məbləğində pul vəsaitləri köçürülmüşdür.
40. Həmçinin İddiaçı2 oğlu tərəfindən xx.xx.2017-ci ildə X9 adına 7000 ABŞ dolları, Atabala Hüseynovun adına isə xx.xx.2015ci ildə 5000 ABŞ dolları, xx.xx.2016-cı ildə 2250 ABŞ dolları, xx.xx.2017-ci ildə 500 ABŞ dolları, xx.xx.2018-ci ildə 400 ABŞ dolları və xx.xx.2018-ci ildə 400 ABŞ dolları məbləğlərində pul vəsaitləri köçürülmüşdür.
41. Kollegiya hesab etmişdir ki, Aygün Bayramova, Aslan Şadimanov, Luiza Şadimanova tərəfindən edilmiş pul köçürülmələri, İddiaçı2 tərəfindən göndərilmiş pul vəsaiti kimi qiymətləndirilə bilməz.
42. İkinci apellyasiya icraatı zamanı Cavabdeh1 nümayəndəsi və vəkili tərəfindən verilmiş etirazda mənzilin dəyərinin Cavabdeh1 tərəfindən "xxxx" QSC ilə Atabala Hüseynov arasında və "xxxx" ASC ilə Cavabdeh1 ilə arasında bağlanmış kredit müqavilələr üzrə götürülmüş pul vəsaitlərin hesabına öd ənilməsi bildirilmişdir. Həmçinin etirazda göstərilmişdir ki, yuxarıda qeyd olunan köçürülmələri İddiaçı2 keçmiş arvadı Aygün Bayramova ilə iş qurmaq məqsədi iə götürülmüş borc pul vəsaitlərin qaytarılması ilə bağlıdır. Lakin məhkəmə kollegiyasının araşdırması zamanı ilk iddia üzrə Cavabdeh1 tərəfindən qeyd olunan pul köçürmələrinin həmin borclar ilə bağlı olmasına dair hər hansı sübut təqdim olunmamışdır.
43. Kollegiya “Whatsapp” yazışmaları ilə bağlı qeyd etmişdir ki, həmin yazışmalar mübahisəli mənzilə görə ödənilmiş pul vəsaitinin məhz İddiaçı2 tərəfindən edilməsini təsdiq edən və ilk iddianın təmin olunması üçün kifayət edən sübut kimi hesab edilə bilməz.
44. Kollegiya həmçinin şahid ifadələri ilə bağlı iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə hüquqi dəyərləndirmə apara raq, hesab etmişdir ki, həmin sübutlar ilk iddianın təmin olunması üçün əsas ola bilməz.
45. İşdən həmçinin müəyyən olunur ki, mübahisəli mənzilə kommunal xidmətlərin göstərilməsi barədə müqavilələr ilk iddia üzrə Cavabdeh1 adına bağlanmış və həmin xidmətlərə görə ödənişlər də məhz onun tərəfindən edilmişdir.
46. Digər tərəfdən, ilk iddia üzrə iddiaçı tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş cədvəldən görünür ki, pul köçürmələri xx.xx.2018-ci il tarixədək edilmişdir. Halbuki Cavabdeh1 həmin mənzil üzərində mülkiyyət hüququ artıq xx.xx.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Belə olan halda, kollegiya köçürülən pul vəsaitlərin məhz mənzilin alınması üçün olmasını inandırıcı hesab etmir.
47. Kollegiya həmçinin hesab etmişdir ki, İddiaçı2 oğlu tərə findən Cavabdeh1 adına köçürülmüş pul vəsaitin məbləği mübahisəli mənzilin dəyərindən kifayət qədər az olduğundan, həmin pul göndərişlərini təsdiq edən qəbzlər iddianın təmin olunması üçün əsas və sübut kimi çıxış edə bilməz. Beləliklə qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
48. Apellyasiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3, 14.1, 14.2, 139.1, 152.1, 152.5, 152.6, 157.1, 157.2, 157.4, 164.1, 560.1, 560.2, 560.3, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kasassiya məhkəməsindəki ikinci icraat
49. İlk iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 oğlu qətnamədən birgə kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və ilkin iddianın tam təmin edilməsi, qarşılıqlı iddianın isə tam rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər.
50. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 13 may 2025-ci il tarixli 2(102)-971/2025 nömrəli qərarı ilə (hakimlər Baxışova Vüsalə (sədrlik edən) Babayev Zəki və Əliyev Zaur) kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 noyabr 2024-cü il tarixli, 2(105)1464/2024 nömrəli qətnaməsi ləğv edilməklə iş yeni apelyasiya baxışına qaytarıl mışdır.
41. Kassasiya kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, ilk iddia üzrə iddiaçının iddia tələbində irəli sürdüyü faktiki hallara əsasən tərəflər arasında şifahi tapşırıq müqaviləsi bağlandığını iddia edildiyi müəyyən olunur. İddiaçı göstərmişdir ki, Cavabdeh1 hazırda mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən mənzili onun tapşırığı və vəsaiti hesabına öz adına əldə etmiş, lakin tapşırıqdan kənara çıxaraq sonradan mənzili qızı İddiaçı1 adına rəsmiləşdirməmişdir. Tələbin qanuni əsasını MM-nin 782.1-ci maddəsi təşkil edir. Həmin normaya əsasən vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur.
42. MPM-nin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
43. İş üzrə qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-2117/2024 nömrəli qərarında apellyasiya instansiyası məhkəməsinə iddiaçı tərəfindən təqdim edilmiş “Whatsapp” yazışmalarının araşdırılması, həmin sübutun tərəflərlə müzakirə edildikdən sonra qiymətləndirilməsi və məhkəmənin həmin sübutla bağlı mövqeyinin əsaslandırılması barədə göstəriş verilmişdir.
44. Kassasiya şikayətinin dəlilləri üzrə araşdırma aparılaraq müəyyən edilmişdir ki, işə təkrar baxmış apellyasiya instansiyası məhkəməsi prosessual pozuntuya yol verərək bu göstərişə əməl etməmişdir. Belə ki, məhkəmə iclas protokollarından məhkəmənin iş materiallarına əlavə edilmiş “Whatsapp” yazışmaları üzrə araşdırma apardığı, həmin yazışmalar ın tərəflərlə müzakirə edildiyi (yazışmanın mübahisə tərəflər arasında həyata keçirilib-keçirilmədiyi, əgər yazışmanın həyata keçirildiyi nömrə cavabdehə məxsusdursa cavabdehin yazışmalarla bağlı izahatı), mötəbərliyinin yoxlanıldığı müəyyən edilmir. Məhkəmə qətnamədə “Whatsapp” yazışmalarını mübahisəli mənzilə görə ödənilmiş pul vəsaitinin məhz İddiaçı2 tərəfindən edilməsini təsdiq edən və ilk iddianın təmin olunması üçün kifayət edən sübut hesab etmədiyini qeyd etsə də, məhkəmənin bu mövqeyi əsaslandırılmamışdır.
45. Mübahisə tərəfləri arasındakı telefon vasitəsi ilə həyata keçirilmiş danışıqların mülki icraat zamanı sübut qismində qəbul edilməsinin mümkünlüyü “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının A zərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında öz əksini tapmışdır. Həmin qərardakı hüquqi mövqeyə görə, “şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələri əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danı şıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.”
46. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab etmişdir ki, ilk iddia üzrə iddiaçının təqdim etdiyi sübut üzrə araşdırma aparılmaması işin hallarına düzgün qiymət verilməməsi və əsaslı olmayan qətnamənin qəbul edilməsi ilə nəticələndiyindən, o cümlədən ilk iddia tələbinin qanuni əsası düzgün müəyyən edilmədiyindən mübahisələndirilən qətnamə ləğv edilərək hər iki iddia tələbi ilə bağlı hissədə yeni baxışa qaytarılmalıdır.
47. Kollegiya eyni zamanda qeyd etməyi zərurui hesab edir ki, əgər cavabdehin mülkiyyətində olan mənzilin həqiqətən iddiaçının vəsaiti hesabına əldə edildiyi təsdiq edilərsə tapşırıq nəticəsində əldə edilmiş əmlakın daşı nmaz əmlak olduğu nəzərə alınaraq Mülki Məcəllənin 782.1-ci maddəsinə əsasən tələbin təmin edilməsinin mümkün olubolmadığına hüquqi qiymət verilməlidir. Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat:
48. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1020/2025 nömrəli 29 sentyabr 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər X11 (sədrlik edən və məruzəçi), X1 və X17) apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, 2(060)-6403/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, ilk iddianın qismən təmin edilməsi, Cavabdeh1 ilə "xxxx" MTK arasında bağlanmış 20 avqust 2015-ci il tarixli müqaviləyə əsasən əldə edilmiş, Sumqayıt şəhəri, 6cı mikrorayon, Səməd Vurğun küçəsi 35k (20 k) 3-cü giriş, 59 saylı mənzil üzərində İddiaçı1 mülki yyət hüququ tanınması və həmin əmlak üzərində Cavabdeh1 mülkiyyət hüququna (RX seriyalı, ******* saylı çıxarışla rəsmiləşdirilmiş) xitam verilməsi, ilk iddianın İddiaçı2 oğlunun mənzil üzərində mülkiyyət hüququnun tanınması hissəsində təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir.
49. Məhkəmə kollegiyasının iclasında müəyyən edimişdir ki, Cavabdeh1 20 avqust 2015-ci il tarixli müqaviləyə əsasən "xxxx" MTK-dan Sumqayıt şəhəri, 6-cı mikrorayon, Səməd Vurğun küçəsinin 3-cü binasında yerləşən 66,6 kvm sahəsi olan 2 otaqlı 59 nömrəli mənzil ümumi dəyəri 63270 ABŞ dolları təşkil etməklə, ilkin ödəniş 10890 ABŞ dolları, hər ay isə 2365,71 ABŞ dollar ödəmək şərti ilə mənzili almışdır. Həmçinin, həmin mənzilin ödənişini həyata keçirmək üçün Cavabdeh1la Azərbaycan Beynəlxalq Bankı arasında 17 fevral 2016-cı il tarixdə kredit müqaviləsi bağlanmış və Cavabdeh1 59265 manat borc pul verilmiş və həmin kredit müqaviləsi üzrə borc məbləği tam olaraq, vaxtından əvvəl ödənilmişdir. Mənzil üzərində cavabdehin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, RX seriyalı, ******* saylı çıxarışla rəsmiləşdirilmişdir.
50. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, mübahisəli mənzilin İddiaçı2 tapşırığına əsasən gələcəkdə digər iddiaçı Layla Bayramovanın mülkiyyətinə keçirilməsi şərti ilə Cavabdeh1 tərəfindən alınması işdə olan sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş İddiaçı2 oğlu, X12, Luiza Şadimanova, X8 və X6 tərəfindən Qazaxıstan Respublikas ından Cavabdeh1, onun atası Hüseynov Atabala Binyət oğlunun və X16 adına pul məbləğləri köçürülmşdür ki, həmin məbləğlərin köçürülməsi məhz cavabdeh tərəfindən mənzilin alqı-satqısı baş verdikdən sonra olmuşdur. İddiaçı həmin məbləğlərin məhz mübahisəli evin alınması ilə əlaqədar köçürüldüyünü, cavabdeh tərəf isə ona və atasına göndərilmiş pul vəsaitlərinin təyinatının iddiaçının ona olan borcunu geri qaytarması ilə bağlı olmasını iddia etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh mübahisəli ev alınmamışdan əvvəl iddiaçının Qazaxıstan Respublikasında mağaza tikintisi ilə əlaqədar ondan 30000 manatdan yuxarı borc aldığını iddia etsə də buna dair məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Digər tərəfdən cavabdeh mübahisəli mənzilə görə ilkin ödənişi atasının bankdan götürdü yü borc hesabına ödədiyini və qəbzin onda olmasını iddia etsə də həmin qəbzi əsli məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmişdir. Cavabdeh isə həmin sənədin qarşı tərəfdə olmasını, o cümlədən iddiaçının ona olan 30000 manat borc məbləğinə münasibətdə atasının da götürdüyü borcla birlikdə iddiaçı tərəfindən göndərilmiş pul məbləğinin işdə olan sübutlarla 60000 ABŞ dolları civarında olmasına dair hər hansı əsaslı bir arqument irəli sürə bilməmişdir. Pul göndərən şəxslərdən X12 və Luiza Şadimanovanın da məhkəməyə təqdim edilmiş ərizələrinə əsasən də onlar pul məbləğini iddiaçının xahişi əsasında göndərdiklərini bəyan etmişlər. İddiaçı pul göndərən şəxslərdən X3 da göndərdiyi pulların məhz mübahisəli evin alınması ilə əlaqədar olduğunu iddia etmi şdir ki, məhkəmə kollegiyası iddiaçının bu dəlilini ağılabatan və inandırıcı hesab etmişdir. Belə ki, pulların göndərildiyi zaman iddiaçı cavabdehin bacısı olan X6 ilə nikah münasibətində olmaqla, ailə münasibətləri pis olmamışdır ki, bu da onların qızları üçün ev alınması üçün birgə hərəkət etməsi anlamına gəlmişdir. Hərçənd ki, cavabdeh iddiaya qarşı yazılı etirazında bacısı olan Aygün Bayramovanın da göndərdiyi pulların təyinatının ondan alınmış borcu geri qaytarması olduğunu iddia etmişdir. İddiaçının cavabdehdən borc almasının sübut edilməməsi halında isə həmin məbləğlərin birmənalı olaraq evin alınması üçün göndərilməsi təsdiq olunur. İddiaçı2la cavabdeh arasında olan “WhatsApp” yazışmaları isə mənzilin dəyərinin tam şəkildə iddiaçı tərəfindən ödənilməsini təsdiq etməkdədir.
51. Bund an başqa, ən əsas olaraq məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş iddiaçı ilə cavabdeh arasında olan “WhatsApp” tətbiqindəki 2022-ci ilin oktyabr ayından 2023-cü ilin avqust ayınadək olan yazışmalarla da mübahisəli əmlakın İddiaçı1 mülkiyyətinə keçirilməsi şərti ilə alınması təsdiq olunmaqdadır. Hərçənd ki, məhkəmə kollegiyasının iclasında cavabdeh həqiqətən də mənzilin iddiaçı olan bacısı qızı Leyla Bayramaovanın mülkiyyətinə keçirmək niyyətində olduğunu, lakin bunu onun universitetə daxil olması şərti ilə vəd etdiyini, sonradan isə iddiaçının bacısı ilə münasibətlərinin pozulduğuna görə fikrindən daşındığını bildirsə də həmin mənzilin İddiaçı2 tapşırığı və onun göndərdiyi pullarla almadığını iddia etmişdir. Cavabdehin bu etirazı isə həmin yazışmal arla təsdiq olunmamışdır.
52. Belə ki, iş materiallarında qeyd olunan məzmunda yazışmalar kifayət qədər olmaqla, həmin yazışmalardan birindən görünür ki, iddiaçı cavabdehə mesaj ünvanlayaraq “qızının adına ev olsun deyə işləyib onun adına ev aldığını, hər ay pul göndərdiyini” bildirmiş, cavabdeh isə “Ev Leylanındı, bundan arxayin ol, mənə lazım deyil. Allaha and olsun Leylanındı, indi alınmır, başqa vaxt olsun keçirəcəm,.... mənə haram lazım deyil” deyə cavab vermişdir. Hərçənd ki, cavabdeh mənzilin İddiaçı2 tapşırığı və onun göndərdiyi pullarla alımadığını iddia etdiyi halda cavabında bunu təkzib etməmiş, əksinə cavabı ilə mənzilin onun tapşırığı və göndərdiyi pullarla almasını təsdiq etmiş, sadəcə vaxtının olmaması ilə əlaqələndirməklə gələcəkdə tapşırığı tam olaraq icra edəcəyini vəd etmiş, hətta əks olan hərəkətləri haramçılıqla qınamışdir. Məhkəmə kollegiyasının iclasında isə cavabdeh həmin yazışmalara münasibətdə qeyd etmişdir ki, bəzi hallarda cavabdehə cavab verə bilməmiş, lakin sonradan zəng edərək müvafiq münasibətini bildirmişdir. Məhkəmə kollegiyası cavabdehin bu etiraz dəlilini əsassız hesab etmişdir. Belə ki, cavabdeh iddiaçının evin qızının adına keçirilməsi ilə bağlı bütün yazışmalarda mənzilin iddiaçının hesabına alınmasını inkar edə biləcək hər hansı bir ifadə işlətməmişdir.
53. Bundan başqa birinci instnasiya məhkəməsində şahid qismində dindirilmiş cavabdehlə bağlanmış müqaviləni imzalamış, "xxxx" MTK-nın nümayəndəsi X10 da mənzilin əslində iddiaçı tərəfindən qızı üçün alındığını, digər şahid X2 da mənzilin mübellərinin iddiaçı tərəfindən sifariş olundu ğunu və pulunun da onun tərəfindən ödənildiyini bildirmişdir ki, qeyd edilən şahid ifadələri də iddiaçının iddiasının əsaslı olmasını təsdiq etmişdir.
54. Bundan başqa işin müəyyən edilmiş hallarına əsasən mübahisəli mənzil iddiaçı tərəfindən kirayəyə verilmişdir ki, bu da faktiki olaraq iddiaçının həmin əmlakı öz əmlakı kimi istifadə etməsini təsdiq etmişdir. Cavabdeh isə bu fakta iddiaçının dayısı oğluna 3000 manat borcu olması və həmin borcu ödəmək üçün kirayə haqqının onun alması üçün müqaviləni bağladığını, onun isə maddi imkanı yaxşı olduğundan iddiaçının təklifi ilə razılaşdığını bildirmişdir ki, iddiaçının bu dəlili də ağılabatan və inandırıcı olmamışdır. Belə ki, iddiaçının öz dayısı oğluna borcu olduğu halda kirayə müqavilənin məhz onun tərəfindən bağlanması məcburiyyəti anlaşıla n olmamışdır. Belə ki, cavabdeh iddiaçıya maddi köməklik göstərmək istədiyi halda kirayə müqaviləsini özü bağlamaqla, müqavilə üzrə aldığı məbləği iddiaçıya verməsi mümkün olmuşdur.
55. Beləliklə, işdə olan sübutlarla təsdiq olunmuşdur ki, İddiaçı2la Cavabdeh1 arasında üçüncü şəxsin xeyrinə şifahi qaydada tapşırıq müqaviləsi bağlanmış, həmin tapşırığa əsasən mübahisəli mənzil gələcəkdə digər İddiaçı1 mülkiyyətinə keçirilməsi şərti ilə Cavabdeh1 tərəfindən alınmış, həmin mənzilin dəyəri iddiaçı tərəfindən tam şəkildə ödənilmişdir. Birgə iddiaçı qismində iddiaçıların Mülki Məcəllənin 403.2-ci maddəsinin tələbinə əsasən hazırkı tələbi irəli sürmək hüquqları yaranmışdır. Cavabdeh tapşırıq müqaviləsi üzrə İddiaçı1 yetkinlik yaşına çatdığı zaman həmin əmlakı onun mülkiyyətinə keçirmək öhdəliyini götrmüş, İddiaçı1 xx.xx.2022-ci il tarixdə yetkinlik yaşına çatmış, həmçinin həmin ərəfədə iddiaçı ilə cavabdehin bacısı arasında ailə münasibətləri pozulmuş, cavabdeh isə əsassız olaraq bu səbəbdən müqavilə üzrə öhdəliyini pozaraq, tapşırıq müqaviləsi üzrə əldə etdiklərini xeyrinə müqavilə bağlanmış İddiaçı1 verməmiş, yəni mübahisəli mənzili onun mülkiyyətinə keçirməmişdir.
56. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Mülki Məcəllənin 390.3-cü maddəsinin tələbi baxımından iddiaçıların cavabdehi mübahisəli mənzilin İddiaçı1 mülkiyyətinə keçirmək üçün müqavilə bağlamağa məcburetməyə hüquqları olmaqla yanaşı, həmin norma ilə Mülki Məcəllənin 157.1 və 782.1-ci maddələlərinin qarşılıqlı təhlili, iddiaçılara mübahisəli mənzil üzərində xeyrinə müqavilə bağlanmış iddiaçı Leyla Bayramaovanın mülkiyy ət hüququnun tanınması tələbini də irəli sürməyə hüquq vemişdir. İşə baxan birinci instansiya məhkəməsi isə işdə olan sübutları nəzərə almayaraq, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır ki, bununla da birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması ilə çıxarılmış, məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun gəlməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq, ilk iddia qismən təmin olunmalıdır.
57. İlk iddianın qismən təmin olunmaqla, mübahisəli əmlak üzərində ilk iddia üzrə İddiaçı1 mülkiyyət hüqu qunun tanınması, qarşılıqlı iddia üzrə iddiaçının mübahisəli mənzilə dair subyektiv hüququnun mövcudluğunu istisna edir. Buna görə də qarşılıqlı iddia təmin edilməməlidir.
58. Apellyasiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.1, 390.1, 390.3, 403.1, 403.2, 403.3, 425.1, 777.1, 777.2, 782.1, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 14.2, 77.1, 82.3, 217.4, 384.0.2, 420-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
51. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 kassasiya şikayəti verərək (Vəkil2) Sumqayıt Apelyasiya Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamənin ləğv edilməsi, iddiaçılar İddiaçı1 və İddiaç ı2 oğlunun Cavabdeh1 qarşı “mənzil üzərində mülkiyyət hüququnun tanınması tələbi barədə”ilk iddiasının rədd edilməsi, Cavabdeh1 İddiaçı2 oğlu, İddiaçı1, Cavabdeh2, Başkurt Fatma Hasan qızına qarşı“mənzildən çıxarılma və sair tələbi barədə” qarşılıqlı iddianın təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
52. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh1 və "xxxx" MTK arasında mənzilin alınması ilə bağlı xx.xx.2015-ci il tarixli ********* №-li müqavilə bağlanmışdır. Cavabdeh1 və "xxxx" MTK arasında bağlanmış xx.xx.2015-ci il tarixli ********* №-li müqavilə qanunvericiliyin tələblərinə, yəni subyekt tərkibinə, əqdin məzmununa, əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə və əqdin formasına dair tələblərə əməl olunmaqla bağlanmışd ır. Sözügedən müqavilə ləğv olunmamış, etibarsız hesab edilməmişdir. Cavabdeh1 müqavilənin şərtinə uyğun olaraq mənzilin dəyərindən ilkin ödəniş olan 10.890 ABŞ dollarını MTK-ya ödəmiş, mənzilin qalan dəyərini isə tərtib olunmuş cədvələ əsasən hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Keçən müddət ərzində Cavabdeh1 müqavilə öhdəliklərini yerinə yetirmiş, mənzilin dəyərini ilkin ödəniş də daxil olmaqla MTK-ya tam həcmdə ödəmişdir. Belə ki, Cavabdeh1 və "xxxx" MTK arasında bağlanmış xx.xx.2015-ci il tarixli ********* №-li müqavilənin predmeti olan Sumqayıt şəhəri, 6-cı mkr-n, Səməd Vurğun küçəsində inşa etdyi çoxmənzilli binanın 3-cü blok, 8-ci mərtəbəsində yerləşən 2 otaqdan ibarət 59 №-li mənzilə görə razılaşdırılmış ilkin ödəniş (10.890 ABŞ dolları) Cavabdeh1 atası Atabala Hüseynovun ona hədiyyə şəklində verdiyi pul vəsaiti hesabına həyata keçirilmişdir. Hazırki işin birinci instansiya məhkəməsi və 1-ci apelyasiya icraatı zamanı İddiaçı2 (əvvəlki vəkili və nümayəndəsi) mənzilin ilkin ödənişinin də bilavasitə onun tərəfindən həyata keçirildiyini bildirirdi. Yalnız işin 2-ci apelyasiya icraatı zamanı İddiaçı2 yeni nümayəndəsi və vəkili mənzilin ilkin ödənişinin X15 verdiyi pul hesabına aparılması faktını xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında verdiyi izahatında etiraf etmişdir. Guya mənzil almaq məqsədilə xarici ölkədən gələn İddiaçı2 mənzilə görə ilkin ödənişin aparılması üçün pulunun olmaması anlaşılan deyil və təəccüb doğurur. Bu hal iddiaçıların mənzilin guya onlar tərəfindən alınması barədə dəlillərinin cəfəngiyat olmasınının bir daha təsdiqidir. İşdə ola n bank sənədlərindən göründüyü kimi, "xxxx" QSC-nin “Masallı Filialı və Atabala Hüseynov arasında xx.xx.2015-ci il tarixdə 040R********** saylı və **********206 saylı kredit müqavilələri bağlanmışdır. "xxxx" QSC-nin “Masallı Filialı tərəfindən 040R********** saylı kredit müqaviləsinə əsasən Atabala Hüseynova 24 ay müddətinə 5.000 ABŞ dolları, **********206 saylı kredit müqaviləsi üzrə isə 18 ay müdətinə 5.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 isə atası X14 götürdüyü həmin vəsaitin üstünü də düzəldərək, mənzilin ilkin ödənişini "xxxx" MTK-ya ödəmişdir. Bundan sonrakı aylıq ödənişləri də 2016-cı ilin fevral ayınadək Cavabdeh1 həyata keçirmişdir. 2016-cı ilin fevral ayının 17-də isə Cavabdeh1 və "xxxx" ASC arasında 11-xx-xx-2016-MA-S1 saylı təminatlı kredit müqaviləsi (daxili ipo teka krediti üçün) bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən Sumqayıt şəhəri, 6-cımkr-n, S.Vurğun küçəsi, ev 3, mənzil 59-un dəyərinin ödənilməsi məqsədilə Bank tərəfindən 18 ay müddətinə Cavabdeh1 59.265 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 götürdüyü həmin kredit və özünə məxsus digər vəsaitlər hesabına mənzilin dəyəri "xxxx" MTK-ya tam ödənilmişdir. Onu da qeyd etmək lazımdır ki, "xxxx" ASC və Cavabdeh1 arasında xx.xx.2016-cı il tarixdə xx.xx.2017-ci il tarixli müqaviləyə 01 №-li Əlavə imzalanmış, həmin Əlavəyə əsasən kreditin qaytarılması müddəti 60 ay, aylıq ödəniş məbləği isə 882,17 manat müəyyən edilmişdir. Mənzilin dəyərinin ödənilməsinə görə həm Atabala Hüseynovun "xxxx" QSC-dən götürdüyü kredit borcu, həm də Cavabdeh1 "xxxx" ASC-dən götürdüyü kredit borcu Cavabdeh 1 tərəfindən tam ödənilmişdir. Hazırda həmin kredit müqavilələri üzrə Atabala Hüseynov və Cavabdeh1 banklara hər hansı məbləğdə borcları yoxdur. Bu halı təsdiq edən arayış tərəflərindən məhkəməyə təqdim olunmuşdur. Daha sonra Cavabdeh1 mənzil üzərində mülkiyyət hüququnun qeydə alınması üçün müvafiq sənədləri İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin Sumqayıt Ərazi İdarəsinə təqdim etmişdir. xx.xx.2017-ci il tarixdə sözügedən mənzil üzərində Cavabdeh1 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydə alınmış və bu barədə onun adına RX seriyalı ******* saylı çıxarış verilmişdir. Mənzilə dair Cavabdeh1 adına çıxarış verilməzdən əvvəl onun təqdim etdiyi sənədlərin həqiqiliyi Reyestr Xidmətində yo xlanılmış, Cavabdeh1 mənzil üzərində mülkiyyət hüququnun qeydə alınmasının dayandırılması və ya imtina edilməsi üçün hər-hansı hal müəyyən edilməmişdir. Bundan sonra Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Bu çıxarış hal-hazırda da qüvvədədir. İş materiallarından görünür ki, İddiaçı2 əsas dəlillərindən biri ondan ibarətdir ki, o, xarici ölkənin vətəndaşı olduğuna, övladı Leyla isə azyaşlı olduğuna görə, mənzili özünün və Leylanın adına ala bilməmişdir. Bildirirlər ki, iddiaçı tərəfin bu dəlili absurdur. Belə ki, hər hansı əcnəbinin Azərbaycan Respublikasının vətəndaşı kimi Azərbaycanda fərdi əmlak almaqda bərabər hüquqları vardır. Əcnəbi, torpaq istisna olmaqla, Azərbaycanda yaşayış və ya qeyri-yaşayış sahələrindən ibarət daşınmaz əmlak ala bilər. Başqa sö zlə ev, villa, mənzil və digər əmlak alınmasında xarici vətəndaş və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının vətəndaşları kimi oxşar hüquqlardan istifadə etmək imkanı vardır. Xarici vətəndaş və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasında yalnız torpaq sahəsini mülkiyyət hüququ əsasında əldə etmək imkanına malik deyil. Həmin şəxslərin Azərbaycan Respublikasında torpaqdan başqa digər əmlaklar üzərində mülkiyyət hüququnu əldə etməsi Torpaq Məcəlləsi, “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüququ vəziyyəti haqqında” Azərbaycan Respublikası qanununun 17-ci maddəsi, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi və digər normativ aktlarla tənzimlənir. Bunlardan başqa, yetkinlik yaşına çatmayan şəxsərə münasibətdə də Azərbaycan Respublikasının qanunvericiliyi əmlak üzərində hüquq əldə etmək üçün hər hansı məhdudiyyət və ya qadağa qoymamışdır. Həmin qadağa yalnız 18 yaşına çatmayan şəxslərin adına olan əmlakların özgəninkiləşdirilməsinə münasibətdə Mülki Məcəllənin 36cımaddəsində təsbit edilmişdir. Göründüyü kimi, İddiaçı2 və ya onun övladı İddiaçı1 adına Azərbaycan Respublikası ərazisində daşınmaz əmlak olan mənzilin alınması ilə bağlı hər hansı məhdudiyyət və ya qadağa olmamışdır. Bu hal onu təsdiq edir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 adına guya mənzil ala bilməmələri barədə dəlilləri yalandır və əsassızdır. Bunlardan başqa, iddiaçı tərəf bildirir ki, mənzilin dəyəri guya İddiaçı2 tərəfindən ödənilmişdir. İşə 3-cü dəfə apelyasiya qaydasında baxan Sumqayıt Apelyasiya Məhkəməsi, hazırki iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnaməsi ndə qeyd etmişdir ki, mənzilin dəyəri İddiaçı2 tərəfindən tam ödənilmişdir. Bildiririk ki, mənzilin İddiaçı2 tərəfindən tam ödənilməsi ilə bağlı həm İddiaçı2 dəlilləri, həm də Sumqayıt Apellyasiya Məhkəməsinin mövqeyi əsassızdır və işdə olan sənədlərlə tam təkzib olunur. Mənzilin dəyəri Cavabdeh1 tərəfindən ödənilmiş və onun MTK-ya borcu qalmamışdır. Mənzilin dəyərinin guya İddiaçı2 tərəfindən Cavabdeh1 adına göndərilmiş pul vəsaitləri hesabına ödənilməsi də iddiaçı tərəfin özünün təqdim etdiyi sübutlarla təkzib olunur. Belə ki, iddiaçı tərəfin tərtib etdərək məhkəməyə təqdim etdiyi cədvəldə göstərilir ki, 2015-ci ilin mart ayının 17-dən başlayaraq xx.xx.2018-ci il tarixədək İddiaçı2, Aygün Bayramova, Aslan Şadimanov, Luiza Şadimanova adlı şəxslər Cavabdeh1 və onun atası Atabala Hüseynov un adına guya pul köçürmələri etmişlər. Cədvələ görə köçürülmə yolu ilə göndərilən vəsaitin cəmi məbləği guya 79.980 ABŞ dolları təşkil etmişdir. Sözügedən cədvəldə həmçinin qeyd olunur ki, guya İddiaçı2 nağd şəkildə mənzilə görə Cavabdeh1 12.583 ABŞ dolları məbləğində pul ödəmişdir. Bildirirlər ki, iddia ərizəsində göstərilənlər kimi, iddiaçı tərəfin özünün tərtib etdiyi bu cədvəl mötəbər sübut kimi qəbul edilə bilməz, həmin məlumatlar yalandır və həqiqəti əks etdirmir. Çünki, həmin cədvəldə göstərilən və bank köçürmələri vasitəsilə göndərilməsi iddia edilən pul vəsaitləri barədə məlumatlar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinin tələbinə görə, yalnız bank sənədləri ilə təsdiq olunmalıdır ki, bu kimi sübutlarıı iddiaçı tərəf məhkəmələrə təqdim etməmişdir. Hə min maddənin mənasına görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İddiaçı tərəf məhkəməyə yalnız xx.xx.2015-ci il tarixdə 3.168 ABŞ dolları, xx.xx.2015-ci ildə 3.200 ABŞ dolları, xx.xx.2015-ci il tarixdə 5.000 ABŞ dolları, xx.xx.2015-ci il tarixdə 5.000 ABŞ dolları(2.000 və 3.000 olmaqla), xx.xx.2015-ci il tarixdə 100 ABŞ dolları, xx.xx.2016-cı il tarixdə 2.350 ABŞ dolları, xx.xx.2016-cı il tarixdə 2.450 ABŞ dolları, xx.xx.2016-cı il tarixdə 2.250 ABŞ dolları, xx.xx.2016-cı il tarixdə 990 ABŞ dolları, xx.xx.2016-cı il tarixdə 1.000 ABŞ dolları, xx.xx.2017-ci il tarixdə 1.000 ABŞ dolları, xx.xx.2017-ci il tarixdə 1.000 ABŞ dolları,xx.xx.2017-ci il tarixdə 600 ABŞ dolları, xx. xx.2017- ci il tarixdə 504 ABŞ dolları, ümumilikdə 26.612 ABŞ dollarıməbləğində pulun göndərilməsi barədə köçürmə qəbzlərini təqdim etmişdir. Bununla bağlı qeyd edir ki, Qazağıstanda yaşayan Cavabdeh1 bacısı, İddiaçı2 isə keçmiş aravadı Aygün Bayramova və Mahir özləri üçün iş qurmaq, bu məqsədlə 2 otaqlı yaşayış sahəsi və onun qarşısında 1 qeyri-yaşayış sahəsi (mağaza) inşa etmək qərarına gəlmişlər. Onların pul vəsaitləri həmin tikililəri tam başa çatdırmağa çatmamış, bu səbəbdən onlar Aygünün Çita vilayətində yaşayan bacısı Aynurədən, dayısı Nizamidən və atası Atabala ilə qardaşı Ramidgildən borca pul istəmişdir. Aygünün dayısı Nizam pulu olmadığnı bildirmiş, bacısı Aynurə müəyyən bir məbləğdə pul göndərmişdir. Atabala bankdan kredit götürmüş, Ramid isə mal-heyvanlarının bir hissəsini sat mış və həmin pulları özü ilə Qazağıstana gətirmiş və onlara vermişdir. Aygün və Mahir tikinti işlərini tamamlamış, təmir işlərini də başa çatdırmışlar. Bu işlərin görülməsindən sonra mağazanın işlədilməsi üçün malların, avadanlıqların əldə olunmasına pulları çatmamışdır. Aygün və Mahir mağazanı Banka girov qoymuş və Bankdan kredit götürmüşlər. Aygün və Mahir Ramidlə razılaşmışlar ki, onlar ilk öncə Qazağıstanda götürdükləri krediti ödəyəcəklər, bu səbəbdən ona olan borclarını tez bir zamanda qaytara bilməyəcəklər. Sonradan Cavabdeh1 hazırda iddia predmeti olan mənzili aldıqdan sonra borcunun qaytarılmasını Aygün və Mahirdən istəmişdir. Onlar da həmin borcu hissə-hissə qaytarmışlar. Beləliklə də müəyyən edilir ki, İddiaçı2 Cavabdeh1 adına göndərdiyi 26.612 ABŞ dolları, Atabala Hüseynova gön dərdiyi 800 ABŞ dolları məbləğində pul, onların (Aygün və Mahirin) Ramid və Atabalaya olan borcunun qaytarılması üçün köçürülən məbləğlər olmuşdur. Hazırda isə İddiaçı2 həmin köçürmələrə dair sənədləri “mənzilə görə ödənişlər” görüntüsünü yaratmaq niyyəti ilə məhkəməyə təqdim etmiş və bu zaman məhkəməyə həqiqəti əks etdirməyən, yalan məlumatlar vermişdir. Bundan başqa, cədvəldəki digər məlumatlar da həqiqəti əks etdirmir. Birincisi mənzilin alınması ilə bağlı Cavabdeh1 və "xxxx" MTK arasındakı müqavilə xx.xx.2015-ci il tarixdə bağlanmışdır. Belə olan halda, müqavilə bağlanmazdan 5 ay əvvəl Cavabdeh1 adına guya 2.035 ABŞ dolları məbləğində pulun göndərilməsinin məqsədi başa düşülən deyil. İkincisi İddiaçı2 adından vahid elektron məhkəmə sisteminə yüklənmiş məlumatda iddiaçı bildirir ki, guy a 2017-ci ilin sentyabr ayından 2018-ci ilin may ayınadək Cavabdeh1 Qazağıstan Respublikasında olduğuna görə pul vəsaitlərini onun atası Atabala Hüseynovun adına göndərmişdir. Mahir Bayrmovun bu dedikləri sözügedən cədvəldə əks olunmuş məlumatlarla təkzib olunur. Belə ki, həmin cədvələ görə, Atabala Hüseynovun adına 2017-ci ilin oktyabr, noyabr və dekabr aylarında pul vəsaitləri köçürülmüşdür. 2018-ci ilin yanvar-may ayları isə pul köçürülən şəxsin adı kimi cədvəldə Ramid Hüseynvovun adı qeyd olunmuşdur. Üçüncüsü, cədvəldəki məlumatlara görə, İddiaçı2 Bakı şəhərində olanda mənzilə görə guya Cavabdeh1 nağd pullar vermiş, onlar birlikdə MTK-ya gedərək, həmin pulları MTK-ya ödəmişlər. İddiaçı2 bu dəlilləri də həqiqətə uyğun deyil. Çünki, yuxarıda qeyd etdiyimiz kimi, bu halları təsdiq edən hər hansı mötəbər sübut mövcud deyil, digər tərəfdən isə mənzilin dəyəri Cavabdeh1 tərəfindən o, cümlədən "xxxx" ASC-dən götürdüyü kredit vəsaiti hesabına ödənilmiş, Cavabdeh1 mənzil üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə qeydə alınmışdır. Mənzilə dair xx.xx.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın alınması faktı onu təsdiq edir ki, mənzilin dəyəri MTK-ya həmin tarixədək tam ödənilmişdir. Belə olan halda İddiaçı2 xx.xx.2017-ci il tarixdən sonra guya Cavabdeh1 mənzilə görə pul köçürməsi, hətta nağd şəkildə belə verməsi barədə bildirdikləri yalandır və yuxarıda qeyd olunan faktlarla və sübutlarla təkzib olunur. Bütün bunlardan başqa bir daha qeyd edir ki, xx.xx.2015-ci il tarixdən başlayaraq 2019-cu il də daxil olmaq la Ramid və Atabala Hüseynovun adına 79.980 ABŞ dolları məbləğində pulun göndərilməsi barədə iddiaçının dəlilləri həqiqət deyildir. Həmin dəlillər işdə olan sübutlarla təsdiq olunmur. Bununla bağlı iddiaçı məhkəmələrə mötəbər sübutları(o cümlədən bank sənədləri) təqdim etməmişdir. İddiaçı həmin məbləğdə vəsaiti Ramid və Atabala Hüseynovlara göndərməmiş, sonuncular bu vəsaiti almamışlar. İş üzrə 2 dəfə Ali Məhkəmə tərəfindən qəbul edilmiş qərarlarda da, qeyd olunmuşdur ki, mənzilin dəyərini təşkil edən məbləği İddiaçı2 ödəməmiş, bununla bağlı sonuncu məhkəməyə mötəbər sübutları(məsələn bank sənədlərini) təqdim etməmişdir. İşə baxan Sumqayıt Apellyasiya Məhkəməsi iş üzrə tərəflər arasındakı münasibətlərin tapşırıq müqaviləsi əsasında yarandığı nəticəsinə gəlsə də, həmin müqavilə üzrə üzərinə düşən əsas öhdəliyin, yəni mənzilin dəyərinin tam ödəniliməsi barədə öhdəliyin yerinə yetirib-yetirməməsinə düzgün hüquqi qiymət verməmiş, bu halın üzərindən bir cümlə ilə keçməyə üstünlük vermişdir. Həmçinin, mənzil tikildikdən sonra Cavabdeh1 təhvil verilmiş, mənzil daimi Cavabdeh1 sahibliyində olmuş, sonuncu mənzili öz vəsaiti hesabına təmir etdirmiş, mənzildə sayğacların quraşdırılmasına görə xərclər, mənzilə görə aylıq haqlar da Cavabdeh1 tərəfindən MTK-ya ödənilmiş, bu barədə MTK tərəfindən onun adına kassa mədaxil orderinin qəbzləri verilmişdir (qəbzlər etiraza əlavə olunur). Bunlardan başqa, mənzilə kommunal xidmətlərin göstərilməsi barədə müqavilələr də məhz Cavabdeh1 adına bağlanmış və həmin xidmətlərə görə ödənişlər də məhz Cavabdeh1 tərəfindən aparılmışdır. Bu da bir daha təsd iq edir ki, mənzil Cavabdeh1 təhvil verilmiş və hazırkı məhkəmə mübahisəsi başlananadək onun sahiblik və istifadəsində olmuşdur. Onu da qeyd etməyi zəruri hesab edir ki, İddiaçı2 tərəfindən hazırki iddia, Cavabdeh1 bacısı Aygün Mahiri boşadıqdan sonra qaldırılmışdır. Başqa sözlə İddiaçı2, bu kimi məsələləri ortaya atmaqla, sanki keçmiş arvadı Aygün və onun ailə üzvlərindən qisas amaq niyyəti güdür. Hazırda daşınmaz əmlakın dövlət reyestrində mənzil üzərində mülkiyyət hüququ barədə qeyd mənzilin dəyərini ödəyərək əldə edən Cavabdeh1 xeyrinə aparılmışdır. Mənzilin alınması barədə müqavilə, mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə qeyd, mülkiyyət hüququnu təsdiq edən çıxarış hal-hazırda qüvvədədir. Göstərilənlərə əsasən hesab edirlər ki, Cavabdeh1 sözügedən mənzil üzərində olan mülkiyyət hüququna xitam verilməsi və mənzilin iddiaçılar İddiaçı2 və İddiaçı1 mülkiyyətinə verilməsi barədə iddia əsassızdır. Sumqayıt Şəhər Məhkəməsi həmin iddianı rədd etməklə, qarşılıqlı iddianı isə təmin etməklə iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. İşə baxan Sumqayıt Şəhər Məhkəməsi işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, təqdim olunmuş sübutlara düzgün hüquqi qiymət vermişdir. Lakin işə apelyasiya qaydasında baxan Sumqayıt Apellyasiya Məhkəməsi, əsaslı və qanuni olan həmin qətnaməni ləğv etmiş, nəticədə maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir.
53. İşin mübahisə doğurmayan hallarından biri də, mübahisəli mənzilin əldə olunmasına dair müqavilə bağlanıldığı vaxt İddiaçı2 Aygün Bayramova ilə birgə nikahda olmasıdır. Həmin nikah 202 2-ci ilin iyul ayının 18-də məhkəmə qaydasında pozulmuşdur. Sumqayıt Apelyasiya Məhkəməsinin iddia etdiyi kimi, mənzilin İddiaçı2 göndərdiyi pul hesabına əldə olunması qəbul olunduğu halda, həmin vəsaitin yalnız İddiaçı2 aid olmadığı ortaya çıxır. Lakin Sumqayıt Apelyasiya Məhkəməsi işin bu halına ümumiyyətlə toxunmamış, Aygün Bayramovanın mübahisəli məsələyə münasibətini öyrənməmiş, onu işə cəlb etməmişdir. Nəticədə isə Aygün Bayramovanın hüquq və maraqlarını pozan qətnamə qəbul etmişdir.
54. İşə baxan və İddiaçı2 iddiasının təmin edilməsi barədə qətnamə qəbul edən Sumqayıt Apelyasiya Məhkəməsi, tərəflər arasındakı münasibətlərin tapşırıq münasibətləri olması və mənzilin dəyərinin tam olaraq İddiaçı2 tərəfindən ödənilməsi qənaətinə gəlmişdir. Halbuki, Mahir Abbasovun həmin mənzilin dəyə rini təşkil edən 79.980 ABŞ dolları məbləğində pulun Cavabdeh1 və (və ya) Atabala Hüseynova göndərilməsi və ya nağd şəkildə verilməsini təsdiq edən heç bir mötəbər sübut yoxdur. İddiaçı2 təmsil edən nümayəndə məhkəməyə bir neçə sayda cədvəllər təqdim etmişdir. Həmin cədvəllərdə olan məlumatlar ziddiyətli olmaqla yanaşı, həqiqətə uyğun deyil. Belə ki, təqdim olunmuş cədvəllərdən birində Mahir Bayrmaovun ödədiyi məbləğin 68.562,00 ABŞ dolları, digər cədvəldə isə 77.945,00 ABŞ dolları olduğu qeyd olunmuşdur. Bundan başqa, cədvəllərdə pulun Cavabdeh1 və Atabala Hüseyova bank vasitəsilə və nağd şəkildə verilməsi qeyd olunmuşdur. Lakin məhkəməyə həmin cədvəldə əks olunan və İddiaçı2 özünün də iddia etdiyi kimi 68.562,00 ABŞ dolları və ya 77.945,00 ABŞ dolları məbləğində pulun ödənilməsini təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Elə bu səbəbdən də işə baxan Sumqayıt Apelyasiya Məhkəməsi qətnaməsində mənzilin dəyərinin ödənilməsi barədə qısa bir cümlə yazmaqla kifayətlənmişdir. Məhkəmə işi tam, hərtərəfli və obyektiv baxılmasında maraqlı olsaydı, o, İddiaçı2 məhkəməyə təqdim etdiyi mötəbər sübutlar əsasında sadə riyazi hesablamalar apara və İddiaçı2 Ramid Hüsenyov və Atabala Hüseynova göndərdiyi (sübutlarla təsdiq olunan) pulun heç də mənzilin tam dəyərinin təşkil etmədiyini aşkar edərdi. İşdə olan bank sənədlərindən isə məlum olur ki, İddiaçı2 Ramidl Hüseynov və Atabala Hüseynova ümumilikdə 33.415 ABŞ dolları(56.805 manat) təşkil etmişdir. İşdə olan bank sənedlərindən isə görünür ki, mübahisəli mənzilə görə, Cavabdeh1 atası Atabala Hüseynov ilkin ödəniş olaraq 10.890 ABŞ dolları ödəmiş, daha sonra Cavabdeh1 mənzilin dəyərini öz vəsaiti hesabına ödəmiş, daha sonra isə 2016-cı ilin fevral ayından "xxxx" ASC ilə bağladığı kredit müqaviləsi əsasında bankdan borc aldığı 59.265 manat (34.820,79 ABŞ dolları) hesabına ödənişləri həyata keçirmişdir. Ramid Hüsenyov mənzilə görə bağladığı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmiş, əsas və faiz borcu olaraq Banka ümumilikdə 70.117,05 manat (41.169,85 ABŞ dolları) ödəmişdir. Cavabdeh1 atası Atabala Hüseynov da mənzilin ilkin ödənişi olaraq "xxxx" ASC-dən götürdüyü 10.890 ABŞ dolları(18.530 manat) kreditə görə, əsas və faiz borcu olaraq Banka ümumilikdə təqribən 14.000 ABŞ dolları(23.758 manat) məbləğində pul ödəmişdir. Həm Cavabdeh1, həm də Atabala Hüseynovun ödədiyi həmin məbləğlə ri topladıqda cəm olaraq 93.875 manat (55.155,69 ABŞ dolları) məbləğ alınır. İddiaçı2 özünün və digər şəxslərin Cavabdeh1 və Atabala Hüseynovun adına göndərdiyi məbləğ isə 33.415 ABŞ dolları (56.805 manat) təşkil edir. Qeyd olunanlara əsasən müəyyən edilir ki, İddiaçı2 və Sumqayıt Apelyasiya Məhkəməsinin də iddia etdiyi kimi, mənzilin dəyəri İddiaçı2 tərəfindən tam ödənilməmişdir. Mənzilin dəyəri 79.980 manat təşkil etdiyi halda, İddiaçı2 göndərdiyi pul 56.805 manatdır ki, bu da mənzilin dəyərinin İddiaçı2 tərəfindən ödənilməməsinin təsdiqidir.
55. İşə baxan Bakı Apelyasiya Məhkəməsi işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, ilk iddia üzrə iddiaçının verdiyi sübutlara, o cümlədən müqavilələrə, məhkəmə aktlarına, şahid ifadələrinə, fotoşəkil və videoyazılara düzgün hüquqi qiy mət verməmiş, həmin sübutları nəzərə almamış, nəticədə isə iş üzrə ədalətsiz, qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
56. Kassasiya şikayəti İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə, “İnsan hüquqlarının və əsas azadılıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 157.2, 157.4, 178, 225.1, 777, 783, 784, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32, Azərbaycan Respublikasının MPM-in 4.1, 9, 76, 77, 86, 217-ci maddələrinə istinad edilməklə əsaslandırılmışdır.
57. Cavabdeh1 (vəkil və nümayəndə Vəkil4) kassasiya şikayətinə əlavə təqdim edərək bildirmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qətnaməsində nəticə olaraq ilk iddianı qismən təmin etmiş, mü bahisəli mənzil üzərində İddiaçı1 mülkiyyət hüququnu tanımış, Cavabdeh1 mülkiyyət hüququma xitam vermiş, qarşılıqlı iddianı təmin etməmişdir. Qətnamə maddi və prosessual hüquq normalarının ciddi pozuntusu ilə qəbul edildiyindən və iş üzrə düzgün hüquqi qiymətləndirmə aparılmadığından qanunsuz və əsassızdır. Hesab edirlər ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə səhv nəticəyə gəlmişdir. Belə ki,"xxxx" MTK ilə 20 avqust 2015-ci il tarixli müqavilə bağlanmış, mənzil alıcı kimi Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Mənzilin mülkiyyət hüququ 05 avqust 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və Cavabdeh1 adına RX seriyalı ******* saylı çıxarış verilmişdir. Qətnamədə mənzilin alınmasına dair ödənişlərin bir qisminin İddiaçı2 və digər şəxslər tərəfindən göndərildiyi iddia olunur, lakin Cavabdeh1 bu köçürmələrin ona İddiaçı2 tərəfindən borcun qaytarılması olduğunu bildirmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası isə köçürmələri və “WhatsApp” yazışmalarını əsas götürərək şifahi “tapşırıq müqaviləsi” nəticəsinə gəlmiş, bununla da Cavabdeh1 mülkiyyət hüququna xitam verib İddiaçı1 mülkiyyət hüququnu tanımışdır. Məhkəmə tərəfindən pul köçürmələrinin təyinatı sübut olunmamış, bu xüsusat üzrə tam, obyektiv və hərtərəfli araşdırma araşdırılmamış və mənzilin pulunun İddiaçı2 tərəfindən məhz ‘mənzil ödənişi’ kimi göndərilməsi sübut olunmamışdır. Pul göndərmək hər zaman “evin pulu” demək deyil, borc ola bilər, ailə daxili yardım ola bilər, başqa öhdəlik ola bilər. Belə ki, köçürmə qəbzlərindən göründüyü kimi həmin qəbzlər də ‘mənzil ödənişi’ kimi konkret əsaslandırma yoxdur.” Qətnamədə “Qeydiyyatda olan çıxarışın ləğvi üçün hüquqi əsaslar daha dəqiq və sərt sübutlarla əsaslandırılmalı olduğu halda (məsələn etibarlı yazılı hüquqi əməliyyat, notarial razılaşma,aydın müqavilə mexanizmi) məhkəmə tərəfindən tək şifahi razılaşma + yazışma + pul köçürməsi kimi iddiaçının əsası olmayan izahatlarına, “WhatsApp yazışmalarına, “mənzil ödənişi’ kimi konkret əsaslandırma olmayan köçürmə qəbzlərinə” əsaslanaraq Cavabdeh1 mülkiyyət hüququna xitam verməsi, Leylanın mülkiyyəti hüququnun tanınması barədə qanunsuz və əsassız qətnamə çıxarılmışdır. Mülkiyyət hüququnun dövlət qeydiyyatı və çıxarışın hüquqi qüvvəsi nəzərə alınmamışdır. Mənzilin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bu barədə çıxarış verilmişdir. Bu faktın hüquqi nəticəsi ondan ibarətdir ki, mülkiyyət hüququnun xitamı yalnız qanunda nəzərdə tutulan əsaslarla mümkündür. Apellyasiya instansiyası məhkəməsi isə mülkiyyət hüququnun xitamı kimi kəskin hüquqi nəticəyə gəlməsinə baxmayaraq, bu xitamın hüquqi əsasını tam və düzgün sübutlarla təsdiqləməmiş, əslində ehtimal və subyektiv qənaətlərə əsaslanmışdır. Qətnamədə göstərmişdir ki, guya Cavabdeh1la İddiaçı2 arasında şifahi tapşırıq müqaviləsi bağlanmş və Cavabdeh1 mənzili Leylanın adına keçiriməsini öhdəsinə götürmüş və bu barədə şifahi razılaşma olmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyası tərəfindən bu razılaşmanın dəqiq tarixi, şərtləri, nə vaxt icra ediləcəyi, tərəflərin öhdəliyinin həcmi, “mənzili məhz hansı qaydada Leylanın adına keçirəcəyi b arədə (bağışlama? alqı-satqı? hədiyyə?)” xüsusatlar konkret olaraq araşdırılmamışdır. Göstərilən xüsusat Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyası tərəfindən ümumiyyətlə araşdırılmamışdır. Bu səbəbən “Şifahi tapşırıq müqaviləsinin predmeti və şərtləri konkret müəyyən edilmədiyinə görə, bu razılaşma əsasında Cavabdeh1 mülkiyyət hüququna xitam verilməsi və İddiaçı1 həmin mənzilə dair mülkiyyət hüququnun tanınması barədə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasınının xx.xx.2025-ci il tarixli, 2(105)-1020/2025 saylı qətnaməsi hüquqi baxımdan şübhəlidir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777 və 782-ci maddələrinin tələbləri pozulmuş və “Tapşırıq müqaviləsi” düzgün tətbiq edilməmişdir. Apellyasiya instans iyası qətnamədə iddiaçılarla Cavabdeh1 arasında üçüncü şəxsin xeyrinə şifahi tapşırıq müqaviləsi olduğu nəticəsinə gəlmişdir. Lakin tapşırıq müqaviləsinin mövcudluğu üçün təkcə ümumi iddia yox, aydın iradə ifadəsi, öhdəliklərin konkret məzmunu, tapşırığın şərtləri, icra mexanizmi sübuta yetirilməlidir. İş materiallarında belə müqavilənin şərtlərini təsdiqləyən mütləq və birmənalı sübut yoxdur. “WhatsApp” yazışmaları mülkiyyət hüququnun xitamı üçün yeganə əsas ola bilməz, çünki yazışmalar hüquqi əqdi əvəz etmir, habelə məzmun şərhə açıqdır və əmlakın hüquqi taleyini dəyişən rəsmi iradə bəyanı kimi qiymətləndirilə bilməz. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 403-cü maddəsinin tələbləri pozulmuş və Üçüncü şəxsin xeyrinə mü qaviləni yanlış şərh etmişdir. Məhkəmə yanlış olaraq iddiaçıların Azərbaycan Respublikası MM-nin 403.2-ci maddəsinə istinadla tələbi irəli sürmək hüququnun yarandığını qeyd etmişdir. Amma üçüncü şəxsin xeyrinə müqavilə o zaman tətbiq edilir ki, müqavilənin tərəfləri həmin üçüncü şəxsin hüquq əldə etməsini açıq və birmənalı müəyyən etsinlər. Hazırkı işdə isə MTK ilə bağlanan müqavilədə alıcı tərəf yalnız Cavabdeh1 və üçüncü şəxsin (İddiaçı1) adına hüquq əldə etməsi barədə müqavilədə heç bir müddəa yoxdur. Belə olan halda məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 403-cü maddəsini tətbiq etməklə faktiki olaraq MTK müqaviləsinin məzmununu dəyişmiş kimi yanaşma göstərmişdir ki, bu da düzgün deyil. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən Azərbaycan Respublikası Mü lki Məcəlləsinin 390.3-cü maddəsinin tələbləri pozulmuş və Müqavilə azadlığı prinsipi pozulmuşdur. Apellyasiya instansiyası qətnaməsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.3-cü maddəsinə istinad etməklə, cavabdehi (Cavabdeh1) əmlakı Leylanın adına keçirməyə “məcburetmə” məntiqi qurmuşdur. Halbuki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.3-cü maddəsndə bir qayda olaraq müqavilə bağlamağa məcburetməyə yol vermir. Mübahisəli əmlakın bir şəxsdən digərinə keçirilməsi “sadəcə istək və yazışmalarla” deyil, qanuni əsasla və qanuni əqdlə olmalıdır. Mülkiyyət hüququnun ləğvi və başqasının mülkiyyətinin tanınması üçün yalnız “niyyət” və ya “vəd” məzmunlu yazışmalar kifayət sayılmamalıdır.
58. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən Azərbaycan Respublikası Mülk i Prossesual Məcəlləsinin 14.2, 217.4- cü maddələrinin tələblərinə əsasən sübutların qiymətləndirilməsi tələbləri pozulmuşdur.Məhkəmə öz nəticəsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Lakin apellyasiya instansiyası bank köçürmələrinin təyinatı, məbləğlərin tamlığı və evin dəyəri ilə uyğunluğu məsələsini tam araşdırmamış, köçürmələrin hamısının mənzilə görə ödəniş olmasını fərziyyə kimi qəbul etmiş, Cavabdeh1 “borc münasibəti” izahatını təkcə “sübut yoxdur” deyərək kənara qoymuş, lakin iddiaçıların iddiasının da eyni səviyyədə mübahisəli və şərhə açıq olduğunu nəzərə almamışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 77.1-ci maddəsinin tələblərinə əsasən sübutetmə yükü düzgün tətb iq edilməmişdir. İddiaçılar mənzilin dəyərinin tam ödənildiyini, tapşırıq münasibətinin mövcud olduğunu iddia edirlər. Bu halda həmin faktları sübut etmək iddiaçıların üzərinə düşür. Lakin işdə köçürmələr müxtəlif şəxslər tərəfindən edimiş, ödənişlərin hamısı birbaşa MTK-ya deyil, Cavabdeh1 və onun atası Atabala Hüseynova göndərilmişdir. Pul köçürmələrinin təyinatı sübut olunmamış, bu xüsusat üzrə tam, obyektiv və hərtərəfli araşdırılmamış və mənzilin pulunun İddiaçı2 tərəfindən məhz ‘mənzil ödənişi’ kimi göndərilməsi sübut olunmamışdır. Köçürmələrin təyinatı məhkəmə qaydasında tam təsdiqlənməmişdir. Buna baxmayaraq məhkəmə iddiaçıların mövqeyini yanlış olaraq “ağılabatan və inandırıcı” kimi qəbul etmişdir. Bu isə kassasiya baxışı üçün əsas yaradan prosessual qüsurdur. Qətnamədə “WhatsApp” yazışmalarının hüquqi qüvvəsi həddindən artıq şişirdilmişdir. Apellyasiya instansiyası “WhatsApp” yazışmalarını mübahisənin əsas sütunu kimi götürmüşdür. Lakin yazışmalar mülkiyyət hüququnun xitamı üçün hüquqi əsas yaradan əqdi əvəz etmir. “WhatsApp yazışmaları “ən mühüm sübut” kimi göstərilsədə təssüf ki, Sumqayıt Apellyasiya Məhkəməsnin Mülki Kollegiyası tərəfindən real hüquqi boşluqlar, yəni, “WhatsApp” yazışmalarının çıxarışının original olub-olmamasını, yazışmaların tamlığı, konteksti, şəraiti, texniki mənşəyi (tam və dəyişdirilməmiş olması) yazışmanın telefon hesab sahibi ilə tam uyğunluğunu müəyyən etmək məqsədi ilə ekspertiza (rəqəmsal iz, metadata, cihazdan çıxarış) təyin edilib rəyi alınmaqla ayrıca qiymətləndirilməmişdir. Beləliklə, işə baxan Sumqayıt Apelyasiya Məhkəməsinin Mü lki Kollegiyası tərəfindən işin halları tam, hərtərəfli və obyektiv araşdırmamış, maddi və prossesual hüquq normaları düzgün tətbiq edilməmiş, sübutlar düzgün qiymətləndirlməmiş, sübutetmə yükü səhv bölüşdürülməklə və mülkiyyət hüququ kimi fundamental hüquqa qanunsuz müdaxilə edilməklə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
59. Kassasiya şikayətinə qarşı ilkin iddiaçılar İddiaçı2 oğlu və İddiaçı1 Mahir qızı (Vəkil3) tərəfindən etiraz verilərək kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya məhkəməsinin qətnaməsinin qüvvəsində saxlanılması xahiş olunmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
60. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.
61. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
62. Maddə 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir.
63. Maddə 403.1. Üçüncü şəxsin xeyrinə müqavilə elə müqavilədir ki, onun tərəfləri borclunun icranı müqavilədə göstərilmiş və ya göstərilməmiş, öhdəliyin öz xeyrinə icrasını borcludan tələb etmək hüququ olan üçüncü şəxsə həyata keçirməli olduğunu müəyyənləşdirirlər.
64. Maddə 403.2. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yaxud öhdəliyin mahiyyətindən hər hansı ayrı hal irəli g əlmirsə, üçüncü şəxsin xeyrinə bağlanmış müqavilənin icrasını həm kreditor, həm də üçüncü şəxs tələb edə bilər.
65. Maddə 403.3. Xüsusi qeyd-şərt olmadıqda, işin hallarına, o cümlədən onun məqsədinə əsasən aşağıdakılar müəyyənləşdirilməlidir: 403.3.1. üçüncü şəxs hüquq əldə etməlidir, yoxsa əldə etməməlidir; 403.3.2. bu hüquq dərhal, yoxsa müəyyən ilkin şərtlər olduqda əmələ gəlir; 403.3.3. üçüncü şəxsin razılığı olmadan onun hüququna xitam verməyə və ya hüququnu dəyişməyə müqavilənin tərəflərinin ixtiyarı var, yoxsa yox.
66. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və t ələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
67. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
68. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.
69. Maddə 782.1. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
70. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı v ə onlardan istifadə etməlidir.
71. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
72. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
73. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
74. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
75. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
76. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
77. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
78. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətn amə və qərardadının ləğv edilməsi üçün əsasdır.
79. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
80. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
81. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilkin iddianın təmin edilən və qarşılıqlı iddianın təmin edilməyən hissələrində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
82. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
83. Məhkəmə kollegiyası bildirir ki, kassasiya şikayətinin bir sıra dəlilləri işin faktiki hallarının araşdırılmaması və işin hallarının sübut olunmaması barədədir ki belə dəlillərə hazırkı icrrat çərçivəsində hüquqi qiymət verilə bilməz. Çünki Azərbaycan Respublikasının MPM-in 407.2-ci maddəsinin tələbinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
84. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında da qeyd edilmişdir ki,...kassasiya məhkəməsi s übut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”.
85. Məhkəmə kollegiyası kassasiya şikayətinin, işin mübahisə doğurmayan hallarından biri də, mübahisəli mənzilin əldə olunmasına dair müqavilə bağlanıldığı vaxt İddiaçı2 Aygün Bayramova ilə birgə nikahda olması olduğu, həmin nikahın 2022-ci ilin iyul ayının 18-də məhkəmə qaydasında pozulduğu, Sumqayıt Apellyasiya Məhkəməsinin iddia etdiyi kimi, mənzilin İddiaçı2 göndərdiyi pul hesabına əldə olunması qəbul olun duğu halda, həmin vəsaitin yalnız İddiaçı2 aid olmadığının ortaya çıxdığı, lakin Sumqayıt Apellyasiya Məhkəməsinin işin bu halına ümumiyyətlə toxunmadığı, Aygün Bayramovanın mübahisəli məsələyə münasibətini öyrənmədiyi, onu işə cəlb etmədiyi, nəticədə isə Aygün Bayramovanın hüquq və maraqlarını pozan qətnamə qəbul etdiyi barədə dəlilləri ilə əlaqədar bildirir ki, kassasiya şikayəti verən Cavabdeh1 öz adından kassasiya şikayəti vermişdir. Başqa şəxsə aid ola bilən dəlillərə istinad etməsi isə prosessual qanunvericiliyin normalarının tələbinə uyğun hesab edilə bilməz.Digər Azərbaycan Respublikasının MPMin 418.4 və 418.4.6-cü maddələrinin tələbinə əsasən məhkəmə işdə iştirak etməyə cəlb edilməmiş şəxslərin hüquq və vəzifələrinə dair onların hüquqlarının pozulmasına səbəb olan qətnamə qəbul et mişsə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəlillərindən asılı olmayaraq ləğv edilməlidir. Lakin apellyasiya məhkəməsi tərəfindən Aygün Bayramovanın hüquq və vəzifələrinə dair onun hüquqlarının pozulmasına səbəb olan qətnamə qəbul edildiyi iş materialları ilə təsdiqlənmir.Göstərilənlərə əsasən də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayətinin qeyd edilən dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvinə əsas ola bilməz.
86. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi işə əvvəl kassasiya qaydasında baxmış məhkəmə tərkibinin göstərişlərini icra etməklə yoxlanılan hissə üzrə işdəki sübutları araşdırmış, onlara, eləcə də kassasiya şikayətində göstərilən digər hüquqi hallara mülki prosessual hüquq normalarına əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır və əlavə hüquqi dəyərləndirmə aparılmasına lüzum görmür.
87. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
88. Yuxarıda qeyd edilənlərə görə də kassasiya şikayəti təmi n edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilkin iddianın təmin edilən və qarşılıqlı iddianın təmin edilməyən hissələrində dəyişdirilmədən saxlanılmalıdır.
89. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(105)-1020/2025 nömrəli qətnaməsi ilkin iddianın təmin edilən və qarşılıqlı iddianın təmin edilməyən hissələrində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.