Məhkəmə qərarları › İş №2(102)-2118/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2118/2024

26.07.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2118/2024 26.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Qaraqurbanlı (Musayev) Həmzə Bəhlul oğlunun Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: xüsusi mülkiyyətdə olmayan torpaq sahəsindən istifadə qaydasının müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Qaraqurbanlı (Musayev) Həmzə Bəhlul oğlunun Cavabdeh qarşı “paylı mülkiyyətində olan evin naturada bölünməsi, evdən və torpaq sahəsindən istifadə qaydasının müəyyən edilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-153/2024 nömrəli, 05 fevral 2024-cü il tarixli qətnaməsindən iddiaçı Həmzə Qaraqurbanlı (Vəkil3) tərəfindən verilmiş kassasiya şikayətinə 26 iyul 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, M.Məmmədxan küçəsində istifadədə olan 0,0271 ha. torpaq sahəsində yerləşən 1 mərtəbəli, 6 otaqlı, 93,1 kv.metr yaşayış, 95,5 kv.metr köməkçi sahədən ibarət 76 nömrəli fərdi yaşayış evi İddiaçı 3 otaq – 46,9 kv.metr, Cavabdeh 3 otaq - 46,2 kv.metr adlarına paylı mülkiyyət hüququ ilə xx.xx.2007-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.

2. Hazırkı icraatdan əvvəl Cavabdeh İddiaçı q arşı “küçəyə çıxış yolunun açılması ilə əlaqədar sahənin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətinə məxsus yaşayış sahəsinə aid 5 metrə yaxın divar zolağının qarşısında tikilmiş hasarın sökülərək ünvan üzrə Rəsulzadə qəsəbəsi, M.Məmmədxan küçəsinə çıxış yolunun açılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4296/2010 nömrəli, 19 oktyabr 2010-cu il tarixli qətnaməsinə əsasən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 iyul 2010-cu il tarixli qətnaməsi qismən, yəni iddianın özbaşına tikilinin sökülməsi barədə hissəsinin rədd olunması hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissədə təmin edilmiş, Cavabdeh məxsus, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə aid divar zolağının qarşısında tikilmiş özbaşın a tikilinin sökülməsi qərara alınmışdır.

3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2420/2011 nömrəli, 06 may 2011-ci il tarixli qətnaməsi ilə İddiaçının Cavabdeh qarşı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsini üçüncü şəxs qismində cəlb edilməklə) “məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğv edilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Məhkəmə göstərmişdir ki, iddiaçı, paylı mülkiyyətçinin razılığı olmadan maraqlı şəxs kimi məhkəmə qaydasında qeydiyyatın ləğvini tələb etmək hüququna malik deyildir.

4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-79/2014 nömrəli, 7 fevral 2014cü il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzər də tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişdir. Belə ki, İddiaçı 22 iyul 2013-cü il tarixdə həmin məhkəmə tərəfindən Azərbaycan Respublikası İXM-nin 313-1.1-ci maddəsi ilə təqsirli bilinərək ona inzibati tənbeh olaraq 500 manat məbləğində cərimə tətbiq edilməsinə baxmayaraq, bundan sonrakı müddətdə də, yəni 13 avqust 2013-cü il tarixədək Bakı Apellyasiya Məhkəməsinin qətnaməsini icra etməkdən qərəzli olaraq yayınmış, yəni qətnamədə göstərilən qanunsuz tikilini sökməmişdir. Bundan sonra tikili sökülsə də, yerində hasar kimi bir divar qalmışdır ki, bu da sözügedən qətnamənin hələ də tam olaraq icra olunmadığını göstərir.

5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7438/2017 nömrəli, 24 noyabr 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “divar zolağının bərpa ed ilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Məhkəmə qeyd etmişdir ki, məhkəmə qətnaməsində nəzərdə tutulmayan divar zolağının da qanunsuz sökülməsi və nəticədə iddiaçıya məxsus həyətə giriş açılmasını müəyyən etmək mümkün olmamışdır.

6. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-18006/2015 nömrəli, 06 dekabr 2021-ci il tarixli qərarı ilə İddiaçı Bakı şəhəri Binəqədi İcra şöbəsinə qarşı (Cavabdeh üçüncü şəxs qismində cəlb edilməklə) “hərəkətlərin qanunsuz hesab edilməsi və divar zolağının bərpa edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır.

7. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə q əsəbəsi, M.Məmmədxan küçəsi 76 nömrəli fərdi yaşayış evinin qanuni istifadəsində olan 225,33 kv.metr həyətyanı torpaq sahəsinə çıxarışın verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, İddiaçı iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. Həmin məhkəmə tərəfindən aparılmış araşdırma zamanı ünvanlanmış sorğulara cavab məktublarından məlum olmuşdur ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi bağışlama müqavilələri əsasında X3 tərəfindən İddiaçı və Cavabdeh bağışlanmışdır. 1992-ci ildə tərtib olunmuş texniki pasportda olan məlumatlardan görünür ki, sözügedən evin yerləşdiyi faktiki torpaq sahəsi 400,8 kv.metr (istifadədə olmaqla), tikinti altı sahəsi isə 271 kv.metr təşkil edir. Göründüyü kimi, həqiqətən də fərdi yaşayış evinin həyətyanı torpaq sahəsi ilə bağlı Cavabdeh mərhum atasının adına texniki inventarlaşdırma orqanı tərəfindən texniki pasport tərtib edilmişdir ki, həmin texniki pasportda həyətyanı torpaq sahəsinin ölçüləri göstərilmiş və ən əsası isə texniki pasport xx.xx.2001-ci il tarixədək tərtib olunmuşdur. İddiaçı 400,8 kv.m. torpaq sahəsinin 225,33 kv.m. onun həyətyanı torpaq sahəsidir əsası ilə həmin sahənin yerinin müəyyən edilməsi və çıxarış və texniki sənədlərinin verilməsini cavabdehdən tələb edə bilməz. Bakı İnzibati Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli qərarı əsasında Cavabdeh iddiası təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

8. İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi barədə ərizə il ə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, M.Məmmədxan küçəsində istifadədə olan 0,0271 ha. torpaq sahəsində yerləşən 1 mərtəbəli, 6 otaqlı, 93,1 kv.metr yaşayış, 95,5 kv.metr köməkçi sahədən ibarət 76 nömrəli fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə onun mülkiyyətində olan 3 otaq – 46,9 kv.metr, köməkçi sahələrin – faktiki istifadəsində olan ümumi sahəsi 115,07 kv.metr, o cümlədən yaşayış sahəsi 99,76 kv.metr, yardımçı sahəsi 15,31 kv.metr natura şəklində bölünməsi, istifadə qaydasının müəyyən edilməsi və evinin altında və həyətində yerləşən 209,93 kv.metr torpaq sahəsindən istifadə qaydasının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

9. İddia tələbi işin yuxarıda qeyd olunan hallarına uyğu n olaraq onunla əsaslandırılmışdır ki, o, 15 iyun 1989-cu il tarixdə verilmiş etibarnamə əsasında keçmişdə yaşadığı Ermənistan respublikası Kalinin rayonu, Qızıl Şəfəq kəndində olan evini hazırda yaşadığı evlə dəyişdirmişdir. Həmin vaxtdan həmin evdə ailə üzvləri ilə birlikdə yaşamağa başlamışdır. Bakı şəhəri Kirov rayon XDS-nin İcraiyyə Komitəsinin 55/465 saylı, 25 avqust 1989-cu il tarixli qərarı ilə ailə üzvləri ilə birlikdə həmin evə qeydiyyata alınmışdır. Eyni zamanda onun mərhum atası da keçmişdə yaşadığı evini onunla eyni ünvanda olan, evin divarı ilə təcrid olunmuş şəkildə yerləşən evlə dəyişdirmişdir. Atası anası ilə birlikdə Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 92 saylı, xx.xx.1992-ci il tarixli qərarı ilə həmin evə qeydiyyata alınmışdır. Hər iki ev bir-birindən evin divarı ilə təcrid olunmuş şəkildə olsa da, ünvan nömrələri onlara qədər eyni – 76 nömrəli ünvan kimi qeydə alınmışdır. Cavabdeh 1994-cü ildə ailəsi ilə birlikdə Rusiyadan qayıdaraq atasına məxsus evdə yaşamağa başlamışdır. Atası evin özünə məxsus hissəsini 27 noyabr 2007-ci il tarixdə cavabdehə bağışlamışdır. 12 dekabr 2007-ci il tarixdə evin həmin hissəsi və ona məxsus evin dam hissəsinin bir hissəsi yanmışdır. Atası 15 dekabr 2007-ci il tarixdə vəfat etmişdir. Atasının vəfatından sonra cavabdehlə mübahisə başlamış, bugünədək davam etməkdədir. ünvan 3 ünvanda yerləşən evin paylar üzrə 3 yaşayış otağı onun, üç yaşayış otağı isə cavabdehin mülkiyyəti kimi qeydiyyata alınmışdır. Eyni zamanda, 29 dekabr 2007-ci il tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, M.Məmmədxan küçəsində (keçmiş 20-ci Qurultay) istifadədə olan 0,0271 ha. torpaq sahəsində yerləşən 1 mərtəbəli, 6 otaqlı, 93,1 kv.metr yaşayış, 95,5 kv.metr köməkçi sahədən ibarət 76 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə 46,9 kv.metr sahəli 3 otaq iddiaçının, 46,2 kv.metr sahəli 3 otaq isə cavabdehin adına qeydiyyata alınmışdır. 23 iyul 1992-ci il tarixdə tərtib olunmuş texniki parportun surətindən görünür ki, paylı mülkiyyətdə olan evin ümumilikdə altında və həyətində yerləşən torpaq sahəsinin ümumi sahəsi 400,81 kv.metrdir. İddiaçıya məxsus payın altında və həyətində yerləşən torpaq sahəsinin və evinin eskiz layihəsi tərtib edilərkən müəyyən olunmuçdur ki, ümumi torpaq sahəsi 209,93 kv.metr, evin sahəsi isə 140,91 kv.metrdir.

10. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz ünvanlamış və etirazında göstərmişdir ki, mülki atası Bəhlul Musayevə məxsus olmuşdur. Sağlığında atası mülkin yarısını ona, yarısını isə qardaşı Həmzəyə bağışlamışdır. Atasının adına olan fərdi yaşayış evinin texniki pasportunda həmin evin həyətyanı sahəsi 400,8 kv.metr göstərilmişdir. O, öz adına çıxarış aldıqdan sonra evini və obyektlərini layihələndirmiş, ona məxsus fərdi yaşayış evinin qanuni istifadəsində olan həyətyanı torpaq sahəsi 225,33 kv.metr müəyyən edilmişdir. Ona məxsus fərdi yaşayış evində 2007-ci ildə yanğın baş vermiş, bundan sonra İddiaçı ona məxsus məhv olmuş daşınmaz əmlakın qeydiyyatının ləğv edilməsi barədə Binəqədi Rayon Məhkəməsiə iddia ərizəsi ilə müraciət etmiş, məhkəmənin 06 may 2011-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 19 oktyabr 2010-cu il tarixli qətnaməsinə əsasən, ona məxsus yaşayış sahəsinə aid divar zolağının qarşısında tikilmiş özbaşına tikilinin sökülməsi qərara alınmışdır. Həmin qərarı İddiaçı icra etmədiyindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 fevral 2014-cü il tarixli hökmünə əsasən, İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 9 ay müddətinə islah işləri cəzası təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xx.xx.2015-ci il tarixli qərardadına əsasən, İddiaçı Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinə qarşı (3-cü şəxs Cavabdeh) cavabdeh şöbənin 3-cü şəxsin mülkiyyətində olan M.Məmmədxan küçəsi 76 sa ylı ünvanda yerləşən yaşayış evinin iddiaçının həyətinə bitişik qanunsuz sökülmüş güc götürən divar zolağın sökülməsi barədə hərəkətlərinin qanunsuz sayılması və həmin güc götürən divar zolağının əvvəlki vəziyyətə cavabdeh şöbənin vəsaiti hesabına bərpa edilməsi tələbindən ibarət iddiası mümkün sayılmamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 noyabr 2017-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı ona qarşı divar zolağının bərpa edilməsi barədə iddiası onun mülkiyyətində olan evin həyətyanı yotpaq sahəsinin sərhəddində mövcud olmuş qanunsuz sökdüyü divar zolağının onun vəsaiti hesabına əvvəlki vəziyyətə bərpa edilməsi barədə iddiası rədd edilmişdir. Hazırda iddiaçı ona məxsus, qeyd olunan ünvandakı həyətyanı torpaq sahəsində qeyriqanuni inşa etdiyi özbaşına tikilini və həmin özbaşın a tikintiyə aid zəbt etdiyi torpaq sahəsini hüquqi qaydada öz adına rəsmiləşdirmək istəyir. Halbuki, həmin özbaşına tikintiinin sökülməsinə dair məhkəmə qətnaməsi var və həmin qətnaməni icra etmədiyinə görə İddiaçı barəsində məhkəmə hökmü vardır.

11. Məhkəmə iclasında cavabdehin vəkili Vəkil1 iddianı qəbul etmədiklərini, iddiaya etirazda göstərilənlərini təsdiq etdiyini bildirərək göstərmişdir ki, onlar ekspert rəyi ilə razı deyillər. Belə ki, sözügedən ünvan əvvəllər tam ünvan olmuş, sonradan ərazi bölgüsü aparılsa da, küçəyə giriş-çıxış müəyyən edilməmişdir. Ekspert rəyində torpaq sahəsinin təxminən 400 kv.metr olduğu göstərilmişdir. Lakin bu ölçüdə torpağa tərəflərin mülkiyyət hüquqları yoxdur. Həmin torpaq sahəsi istifadədə olan torpaqdır. Ərazinin naturada bölgüsünə razıdırlar, lakin bölgünün M.Məmmədxan küçəsinə paralel şəkildə deyil, şaquli istiqamətdə aparılmalı, beləliklə M.Məmmədxan küçəsinə həm iddiaçının, həm də cavabdehin giriş-çıxış qapısı müəyyən edilməlidir.

12. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 sentyabr 2022-ci il tarixli, 10/2674 saylı müvafiq rəyində göstərilmişdir ki, çıxarışda mübahisə predmeti olan tikilinin yerləşdiyi torpaq sahəsinin 0,0271 ha olduğu qeyd olunmuşdur. Lakin baxış zamanı aparılan ölçü işləri nəticəsində həmin torpaq sahəsinin mülki iş materiallarında olan Texniki İnvertarlaşdırma bürosu tərəfindən verilmiş mübahisəli tikiliyə dair 1992-ci il iyul ayında tərtib edilmiş tex niki pasport sənədində də qeyd olunduğu kimi 0,4 ha (400,8 kv.m.) olduğu müəyyən olunmuşdur. Həmin torpaq sahəsinə 2 hissədən giriş-çıxış mövcuddur və həmin giriş-çıxış yolları texniki pasport sənədində öz əksini tapmışdır. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, M.Məmmədxan küçəsində yerləşən paylı mülkiyyətdə olan 76 saylı evin və torpaq sahəsinin təcrid şəklində naturada ayrılması mümkündür. Bölgü variantı rəyə əlavə edilmiş sxemdə ətraflı qeyd edilmişdir.

13. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(001)-312/2022 nömrəli, 03 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Etibar Mustafayev) iddia qismən təmin edilərək Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, M.Məmmədxan küçəsində istifadədə olan 0,0271 ha. torpaq sahəsində yerləşən 1 mərtəbəli, 6 otaqlı, 93,1 kv.metr yaşayış, 95,5 kv.metr köməkçi sahədən ibarət 76 nömrəli fərdi yaşayış evi və torpaq sahəsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/2674 saylı ekspert rəyinə əlavə olunmuş sxemə uyğun olaraq onların arasında naturada bölünməsi, iddiaçının və cavabdehin Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, M.Məmmədxan küçəsində istifadədə olan 0,0271 ha. torpaq sahəsində yerləşən 1 mərtəbəli, 6 otaqlı, 93,1 kv.metr yaşayış, 95,5 kv.metr köməkçi sahədən ibarət 76 nömrəli fərdi yaşayış evi və torpaq sahəsindən istifadə qaydasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/2674 saylı ekspert rəyinə əlavə olunmuş sxem ə uyğun olaraq müəyyən edilməsi və həmin qaydalara uyğun olaraq onların bərabər vəsaiti hesabına bu torpaq sahələri arasında sərhəd hasarının çəkilməsi, iddianın qalan hissədə rədd edilməsi qət olunmuşdur.

14. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddia tələbində Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, M.Məmmədxan küçəsində istifadədə olan 0,0271 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 6 otaqlı, 93,1 kv.metr yaşayış, 95,5 kv.metr köməkçi sahədən ibarət 76 nömrəli fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə onun mülkiyyətində olan 3 otaq – 46,9 kv.metr, köməkçi sahələrin – faktiki istifadəsində olan ümumi sahəsi 115,07 kv.metr, o cümlədən yaşayış sahəsi 99,76 kv.metr, yardımçı sahəsi 15,31 kv.metr natura şəklində bölünməsi, isti fadə qaydasının müəyyən edilməsi və evin altında və həyətində yerləşən 209,93 kv.metr torpaq sahəsindən istifadə qaydasının müəyyən edilməsinə dair qeyd etmişdir ki, 76 nömrəli fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə iddiaçının mülkiyyətində olan 3 otaq - 46,9 kv.metr, köməkçi sahələrin – faktiki istifadəsində olan ümumi sahəsi 115,07 kv.metr, o cümlədən yaşayış sahəsi 99,76 kv.metr, yardımçı sahəsi 15,31 kv.metr natura şəklində bölünməsi yalnız iddiaçı tərəfin mövqeyini ifadə etdiyindən digər tərəfə münasibətdə bölgünü tam əhatə etmədiyindən, habelə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 sentyabr 2022-ci il tarixli, 10/2674 saylı rəyində ümumi istifadə olan həm torpaq sahəsi, həm də fərdi yaşayış yerinin sərhədləri tam göstərildiyindən, eləcə də hər iki sahəyə girişçıxışın haradan olması qeyd edildiyindən məhkəmə hesab etmişdir ki, iddia qismən təmin olunmalı, bölgü Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 sentyabr 2022-ci il tarixli, 10/2674 saylı rəyinə əlavə olunmuş sxemə uyğun aparılmalıdır.

15. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213.2, 215.1, 220.2, 220.3-cü və Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

16. Qətnamədən cavabdehin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasın ı xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə aralarında dəfələrlə torpaq sahəsindən istifadə qaydası barədə mübahisələr olmuşdur. Binəqədi Rayon Məhkəməsinin 2(001)-149/2010 nömrəli, 13 iyul 2010-cu il tarixli qətnaməsi ilə onun cavabdeh İddiaçı qarşı “küçəyə çıxış yolunun açılması ilə əlaqədar sahənin boşadılması barədə” iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4296/2010 nömrəli, 19 oktyabr 2010-cu il tarixli qətnaməsi ilə Binəqədi Rayon Məhkəməsinin 2(001)-149/2010 nömrəli, 13 iyul 2010-cu il tarixli qətnaməsi qismən, iddianın özbaşına tikilinin sökülməsi barədə hissəsinin rədd olunması hissəsində ləğv edilmiş, iddia tələbinin qalan hissədə təmin edilməsi, ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi M.Məmmədxan küçəsindəki 76 saylı yaşayış sahəsinə aid divar zolağının qarşısında tikilmiş özbaşına tikilinin sökülməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamə İddiaçı tərəfindən icra edilmədiyi üçün Binəqədi rayon Məhkəməsinin 1(001)-79/2014 nömrəli, 07 fevral 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək qazancının 20%-i dövlət nəfinə tutulmaqla 9 ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Binəqədi Rayon Məhkəməsinin 2(001)-2420/11 nömrəli, 06 may 2011-ci il tarixli qətnaməsi ilə İddiaçı ona və 3-cü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “məhv olmuş daşınmaz əmlakın qeydiyyatının ləğv edilməsi” tələbinə dair iddia tələbi təmin edilməmişdir. Binəqədi Rayon Məhkəməsinin 2(001)-7438/2017 nömrəli, 24 noyabr 2017ci il tarixli qətnaməsi ilə İddiaçı ona qarşı “divar zolağının bərpa edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4296/2010 nömrəli, 19 oktyabr 2010-cu il tarixli qətnaməsi ilə sökülməsi qət edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi M.Məmmədxan küçəsindəki 76 saylı yaşayış sahəsinə aid divar zolağının qarşısında tikilmiş özbaşına tikili hazırda ona məxsus hissədən giriş-çıxış yerində yerləşmişdi. Həmin özbaşına tikili onun giriş-çıxışını bağladığı və evinə başqa giriş-çıxış olmadığı üçün həmin tikili sökülmüşdür. Hazırkı qətnamə ilə də onun həmin giriş-çıxışı bağlanmış olacaqdır. Evinə isə başqa giriş-çıxış yoxdur. Binəqədi Rayon Məhkəməsinin 04 aprel 2022-ci il tarixli qərardadı ilə icraatında olan iddiaçı Qaraqurbanlı (Musayev) Həmzə Bəhlul oğlunun Cavabdeh qarşı Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, M.Məmmədxan küçəsində yerləşən paylı mülkiyyətdə olan 76 saylı evin yerləşdiyi torpaq sahəsindən istifadə qaydalarının müəyyən edilməsi barədə 2(001)-312/2022 saylı mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Ekspertiza Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin mühəndis-texniki ekspertizası şöbəsinin eksperti Ziya Tağıyev tərəfindən aparılmış və 06 sentyabr 2022-ci il tarixli 10/2674 saylı ekspert rəyi verilmişdir. Rəydə qeyd edilir ki, Bakı şəhəri Binəqəd i rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, M.Məmmədxan küçəsində yerləşən paylı mülkiyyətdə olan 76 saylı evin və torpaq sahəsinin təcrid şəklində naturada ayrılmasının mümkün olması qeyd edilmiş, bölgü variantı rəyə əlavə edilmiş sxemdə ətraflı şərh edilmişdir. Sxemdən aydın olur ki, bölgü mövcud giriş-çıxış qapısı yerləşən ərazidə ”yaradılmalı sərhəd hasarı” çəkilməsi ilə mümkündür. Rəyin həmin hissəsi əsassızdır, ekspert rəy verərkən iş üzrə mövcud vəziyyəti və toplanmış sübutları nəzərə almamışdır, rəy işdəki məlumatlara istinadən deyil, ekspertin şəxsi ehtimalları əsasında tərtib olunmuşdur. Belə ki, tərəflər arasında Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, M.Məmmədxan küçəsində yerləşən paylı mülkiyyətdə olan 76 saylı ev və torpaq sahəsi barədə bir neçə məhkəmə mübahisələri olmuş və həmin məhkəmə mübahisələri üzrə yuxarıda şərh edilən qanuni qüvvəyə minmiş məhkəmə qərarları vardır. Qanuni qüvvəyə minmiş həmin məhkəmə qərarları ilə müəyyən edilmişdir ki, Həmzə Qaraqurbanlı (Musayev) bölgünün mümkün olmasının ekspert rəyində ayrıc sərhədi çəkilməsi qeyd edilən yerdə qanunsuz tikili inşa etmişdir. Ona məxsus Bakı şəhəri Məmmədxan küçəsinə giriş-çıxışı bağlayıb həmin qanuni ünvanını zəbt etmişdir. Ekspert qanuni qüvvəyə minmiş və icrası bütün fiziki və hüquqi şəxslər üçün məcburi olan məhkəmə qərarlarını Azərbaycan Respublikası Əmlak Layihə Smeta Bürosunun 2020-ci ilin hüquqi sənədini və bölgü sxemində onun ünvanına aid olmayan qonşu (Hacı İsmayılov küçəsini) giriş-çıxış göstərməklə, qanuni ünvanının ünvan 5 poçt göndərişlərinin həmin ünvana göndərilməsini nəzərə alma dan rəy vermişdir. Əgər rəydə göstərilən qaydada bölgü aparılarsa, onun ünvanı dəyişdirilməlidir, Hacı İsmayılov küçəsindən ünvanına girişçıxış yolu almaq üçün müvafiq icra hakimiyyətindən razılıq alınmalıdır. Ona görə də həmin rəy obyektiv hesab oluna bilməz. Qeyd etdiyi hallar fotoşəkillərdə əks olunmuşdur. Hər iki evin yerləşdiyi torpaq sahəsinin hamısı şəxsi mülkiyyətdə deyildir. Torpaq sahəsinin bir hissəsi Bələdiyyə mülkiyyətindədir. O, bütün kommunal xərclərini həmin ünvandan həyata keçirmişdir. Hazırkı məhkəmə qətnaməsi ilə ünvanının dəyişdirilməsi zərurəti yaranacaqdır.

18. İddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, hər iki evin bir ünvanı olmuş, giriş-çıxış qapısı bir olmuş, münasibətlər pozulandan sonra cav abdeh ayrı qapıdan istifadə etmişdir. Cavabdeh özü etiraf edir ki, paylı mülkiyyətdə olan evin 3 otağı onun, 3 otağı isə iddiaçının istifadəsində olmaqla təcrid olunmuşdur, lakin naturada bölünməsi barədə məhkəmə qətnaməsi yox idi. Bu səbəbdən məhkəmə payların və istifadədə olan torpaq sahəsinin naturada bölgüsünü həll etmişdir. Eyni zamanda cavabdehin onun istifadəsində olan torpaq sahəsindən girişçıxış qapısının açılması ilə bağlı tələbinin rədd edilməsi barədə məhkəmə qətnaməsini özü məhkəməyə təqdim etmişdir. Həmin sahə cavabdehdən çox əvvəl - 1989-cu ildən onun istifadəsində olmuş, hazırda da istifadəsindədir. Cavabdehin digər küçədən giriş-çıxış qapısının olması həmin qətnamə ilə müəyyən edilmişdir. Eyni zamanda məhkəmə kollegiyasının nəzərinə çatdırır ki, hələ 2007-ci ildən sonra, y əni atasının vəfatından sonra cavabdehlə aralarında mübahisə başlamış, xx.xx.2008-ci il tarixdə onun şikayəti əsasında Binəqədi RPİ-nin 4-cü Polis Bölməsinin təhqiqatçısı tərəfindən araşdırma aparılmış və cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Cavabdeh təhqiqat zamanı izahat verərək göstərmişdir ki, 1998-ci ildə qardaşı Həmzə atalarından icazə alaraq onun adına olan otağın pəncərəsinin qarşısında mebel sexi tikmiş və həmin yeri həmin vaxtdan istifadə edir. Qərar mülki işə əlavə edilmişdir. Bundan əlavə Binəqədi RİH-nin M.Ə.Rəsulzadə qəsəbəsi üzrə nümayəndəsinin 27-xx.xx.2010-cu il tarixli, 4966 və 104 saylı arayışlarından görünür ki, iddiaçının evinə giriş-çıxış qapısı Mirzə Məhəmmədxan küçəsinə, cavabdehə məxsus evin giriş-çıxış qapısı isə xx.xx.1992-ci ildə verilmiş texniki pasportda qeyd olunduğu kimi H.Ə.İsmayılov (Amangəldi) küçəsinə çıxır. Eyni zamanda həmin ünvanda digər şəxslərə məxsus evlərin ünvanları M.Məhəmmədxan küçəsi göstərilsə də onların evlərinə giriş-çıxış qapısı H.Ə.İsmayılov (Amangəldi) küçəsinə çıxır. Bundan əlavə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4100/10 saylı xx.xx.2012-ci il tarixli qətnaməsini icra edən Binəqədi rayon icra məmuru Qədir Mikayılov qətnaməni icra edərkən qanunsuz olaraq cavabdehə məxsus evin pəncərəsi olan divar zolağının səhvən sökülməsini Bakı İnzibati Məhkəməsinin hakimi Fəqan Əhmədova ünvanladığı ərizədə etiraf etmişdir. Yəni cavabdeh öz evinin divarını sökərək 2-ci giriş-çıxış yolu almaq məqsədi ilə qəsdən mübahisə yaratmışdır. Həmin mübahisə bu gün də davam edir. Bu vaxta qədər aralarında baş vermiş mübahisələrlə bağlı məhkəmə qətnamələri vardır. Yuxarıda göstərdiyi kimi, uzun müddət cavabdehlə aralarında mübahisələr olmuş, həmin mübahisələr məhkəmə qətnamələri ilə öz həllini tapmışdır. Ekspert qarşısında qoyulan suallar üzrə bölgünün mövcud giriş-çıxış qapısı yerləşən ərazidə “yaradılmalı sərhəd hasarı” çəkilməsi mümkündür hissəsində ekspertin rəy əsassızdır. Ekspert rəy verərəkən iş üzrə mövcud vəziyyəti və toplanmış sübutları nəzərə almamışdır, rəy ekspertin şəxsi ehtimalları əsasında tərtib olunmuşdur. Cavabdehin göstərdiyi arqumentin də hüquqi əsası yoxdur. Belə ki, iş üzrə 2 ekspert rəyi mövcuddur. Hər iki rəy bir biri ilə üst-üstə düşür və cavabdehin arqumentini inkar edir. Eyni zamanda “yaradılmalı sərhəd hasarı”nın qarşısında hər hansı tərəfə məxsus giriş-çıxış darvaz ası mövcud deyildir. Həmin sahə 1989-cu ildən iddiaçının istifadəsindədir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edilmişdir ki, İddiaçı bölgüsü mümkün olmayan ayrıc sərhədi çəkilməsi qeyd edilən yerdə qanunsuz tikili inşa etmişdir. Ona məxsus Bakı şəhəri, Məmmədxan küçəsindəki qanuni ünvanını zəbt etmişdir. Cavabdehin bu arqumenti də əsassızdır. Belə ki, ayrıc sərhədi çəkilməsi nəzərdə tutulan yer cavabdehdən çox əvvəl, hələ iddiaçının evini 1989-cu ildə erməni ilə dəyişib həmin evə köçəndən bu günə qədər onun istifadəsindədir. Həmin sahədə əvvəllər dülgər sexi fəaliyyət göstərirdi. Məhkəmə qətnaməsinə əsasən sökülsə də torpaq sahəsi iddiaçının istifadəsində qalmaqdadır. AR Smeta Layihə Bürosunun 2020-ci ilin hüquqi sənədini və bölgü sxemində iddiaçının ünvanına aid olmayan q onşu küçəni -qanuni ünvanına aid olmayan küçəni nəzərə almadan ekspert rəyi verilmişdir. Cavabdeh bu halda da hüquqi əsası olmayan sənədə istinad edərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi əsası olmayan sənədinə istinad edir. Halbuki, həmin sənəd hüquqverici sənəd kimi qiymətləndirilə bilməz. Belə ki, cavabdeh özünün etiraf etdiyi kimi evi yanmış, yanğından sonra özünə otaqlar inşa etməmişdir. Lakin həmin layihə sənədində saxtakarlığa yol verilərək yaşayış otağının olması göstərilmişdir. Hazırki iddia tələbi payların müəyyən edilməsi barədə deyildir, torpaq sahəsinin istifadə qaydasının müəyyən edilməsi barədədir. Cavabdeh bu halda diqqətsizliyə yol vermişdir. Hakim mübahisəli sahəyə yerində müayinə etməmiş və tədqiq etməmişdir. Cavabdehin bu arqumenti də əsaslı deyildir. Belə ki, iki ekspert rəyi mövcud olduğu halda məhkəmənin mübahisəli sahəni müayinə və tədqiq etməsi lüzumsuzdur. Çünki tədqiq və müayinə olunan sahə xüsusi bilik tələb edir. Əlavə ekspertiza təyin edilməsi və pay verən ekspertin dindirilməsi barədə vəsatət verilsə də vəsatət müzakirə olunmamışdır. Cavabdehin bu arqumenti üzrə məhkəmə müzakirə apararaq vəsatəti düzgün olaraq rədd etmişdir. Ayrıc xətti üfiqi deyil şaquli xətlə aparılması onun hüququnu pozmazdı. Ekspert rəyinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli bölgü sxemindən göründüyü kimi tərəflərin faktiki istifadəsində olan torpaq sahəsi F şəkilli olmaqla bir-birinin davamı kimi göstərilmişdir. Tərəflərin hər birinin faktiki istifadəsində olan torpaq sahəsi düzgün olaraq sxemdə göstərilən qaydada istifadə qaydası müəyyən edilmişdir. Başq a variantı mümkün deyildir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7619/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə hazırki iş üzrə cavabdehin 1 saylı Bakı Ərazi idarəsinə və ona qarşı “Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, M.Məmmədxan küçəsində 76 nömrəli fərdi yaşayış evinin qanuni istifadəsində olan 225,33 kv.metr həyətyanı torpaq sahəsinə çıxarışın verilməsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsi yuxarıda göstərilən maddi hüquq normalarını düzgün tətbiq etməklə, eyni zamanda prosessual hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Qətnamə cavabdehin formal mülahizələrinə görə ləğv edilə bilməz.

19. Apellyasiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizas ı təyin edilərək müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/2674 saylı rəyində qeyd edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, M.Məmmədxan küçəsində yerləşən tərəflərin paylı mülkiyyətində olan 76 saylı evin altındakı və həyətyanı torpaq sahəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/2674 saylı ekspert rəyində nəzərdə tutulan qaydada bölündüyü təqdirdə tərəflərin paylarına düşən sahələrin qismən fərqli olmaqla bərabər olmadığı müəyyən olunur. Belə ki, bölgü zamanı iddiaçı X1 payına düşən torpaq sahəsinin ölçüsü 211,8 kv.m., Cavabdeh payına düşən torpaq sahəsinin ölçüsü isə - 189,0 kv.m. olacaqdır. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, M.Məmmədxan küçəsində yerləşən paylı mülkiyyətdə olan 76 saylı evin altındakı və həyətyanı torpaq sahəsi tərəflərin paylarına uyğun bərabər şəkildə bölünməsi inşaat norma və qaydaları 2.08.01.89*1.1, 2.2, 2.4 bəndlərində və məhkəmə tikinti-texniki ekspertizasının həlli metodlarının tələlərinə, elecə də “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000 il 4 sentyabr tarixli, 160 nömrəli qərarı”na əsasən M.Məmmədxan küçəsi istiqamətində yeni qapının açılması ilə mümkündür. Cavabdehin payına düşən hissədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/2674 saylı ekspert rəyində nəzərdə tutulan giriş-çıxış qapısının (Hacı İsmayılov küçəsi istiqamətində açılan) faktiki olaraq mövcud olduğunu və mülki iş mat eriallarında olan (cild İ, səh. 70) mübahisə predmeti olan fərdi yaşayış evinə dair tərtib edilmiş texniki pasport sənədində qeyd olunduğunu nəzərə alaraq həmin giriş-çıxış qapısının “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000 il 4 sentyabr tarixli, 160 nömrəli qərarı”na uyğun olduğu müəyyən olunur. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, M.Məmmədxan küçəsində yerləşən paylı mülkiyyətdə olan 76 saylı evin yerləşdiyi torpaq sahəsinin kimə məxsus olmasını müəyyənləşdirmək ekspertin səlahiyyətlərindən kənar olduğu üçün bu sual üzrə tədqiqat aparılmadı. Qeyd: Bölgü zamanı cavabdehin payına düşən torpaq sahəsinə giriş-çıxış M.Məmmədxan küçəsi istiqamətinə verilmiş, həmin qapının açılması üçün iddiaçının istifadəsində olan 2,5 metr enində, 3,5 metr uzunluğunda tikilinin sö külməsi nəzərdə tutulmuşdur. Həmin sahə mülki iş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-79/2014 nömrəli mülki iş üzrə, xx.xx.2014-cü il tarixli və Bakı Apellyasiya Məhkəməsinin qüvvəyə minmiş 1(103)-462/2014 nömrəli mülki iş üzrə xx.xx.2014-cü il tarixli qərarı ilə qanunsuz tikili olduğu müəyyən edilmişdir.

20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(103)-153/2024 nömrəli, 05 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Cəmilə Musayeva (sədrlik edən və məruzəçi), Fuad Babayev və Günay Axundova) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - apellyasiya baxışının predmeti olan hissədə ləğv edilmiş, həmin hissədə mülki iş üzrə yeni qətnamə qəbul edilməklə, iddianın həmin hissədə qismən təmin edilməsi, iddiaçının və cavabdehin Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, M.Məmmədxan küçəsində yerləşən 1 mərtəbəli, 6 otaqlı, 93,1 kv.metr yaşayış, 95,5 kv.metr köməkçi sahədən ibarət 76 nömrəli fərdi yaşayış evinin altındakı və həyətyanı torpaq sahəsindən istifadə qaydasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/4800 saylı ekspert rəyinə əlavə olunmuş sxemə uyğun olaraq müəyyən edilməsi qət olunmuşdur.

21. Apellyasiya instansiya məhkəməsi ilk öncə qeyd etməyi zəruri saymışdır ki, tərəflərə mülkiyyət hüququ ilə məxsus olan evdən fərqli olaraq bu evin altındakı və ətrafındakı torpaq sahəsi onlara yuxarıda qeyd edildiyi kimi hər hansı əşya hüquq ilə məxsus olmamaqla məhz həmin evə xidmət edir. Yəni həmin sahə tərəflərin istifadəsindədir. Bu baxımdan hazırki qətnamə ilə mübahisəli torpaq sahəsindən istifadə qaydasının müyyən olunması nə onun təyinatını, nə də statusunu dəyişdirmir, həmin torpaq sahəsinə münasibətdə hər hansı hüquqlarının əmələ gəlməsinə əsas yaratmır. Torpağın eyni ölçüdə bölünərək tərəflərin istifadəsinə verilməsi məhz mübahisənin həllinə xidmət edir. Əks yanaşma onsuz da uzun müddət davam edən hazırki mübahisənin daha da uzanmasına gətirib çıxara bilər.

22. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/2674 saylı ekspert rəyi ilə tərəflərin faktiki istifadələrində olan torpaq sahəsinin təcrid şəklində ayrıla bildiyi müəyyən edilmiş, lakin rəydə faktiki vəziyyətdə bölgünun məhz bu qaydada həyata keçirilməsinin zəruriliyi əsaslandırılmamış, həmçinin qanunsuz tikili olduğu yer boş torpaq sahəsi kimi göstərilmişdir. Göründüyü kimi, ekspert tərəfindən iddiaçının təqdim etdiyi sxem təkrarlanmaqla müəyyən edilmiş istifadə (bölgü) qaydası tərəflərin mənafeyinə, mülkiyyətlərində olan evdən bərabər istifadə şərtlərinə, habelə aralarında mövcud olmuş məhkəmə mübahisələrinin nəticələrinə uyğun deyildir. Bununla əlaqədar kollegiya apellyasiya baxışı zamanı təkrar məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsini labüd hesab etmiş, iş üzrə yenidən müvafiq ekspertiza təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 316-16/2-10/ 4800 saylı ekspert rəyi alınmışdır. Belə ki, xx.xx.2023-cü il tarixli, 3-16-16/210/4800 saylı ekspert rəyi ilə fərdi yaşayış evinin bölgüsünə uyğun torpaqdan istifadə qaydalarının texniki cəhətdən mümkünlüyü öz təsdiqini tapmışdır. Tərəflərin paylarına düşən sahələrin bərabər bölündüyü təqdirdə iddiaçının və cavabdehin payına düşən torpaq sahələrinin ölçüləri - 200,4 kv.m olacaqdır. Bölgü zamanı cavabdehin payına düşən torpaq sahəsinə giriş-çıxış M.Məmmədxan küçəsi istiqamətinə verilməsi, həmin qapının açılması üçün iddiaçının istifadəsində olan və əvvəlki məhkəmə aktlarına əsasən sökülməsi nəzərdə tutulan 2,5 metr enində, 3,5 metr uzunluğunda tikilinin özbaşına tikili olması müəyyən edilmişdir. Həmçinin sözügüdən bu tikilinin mövcudluğu mübahisəli ünvan üzrə 1963-cü ilin dekabr ayında və 1992-ci ilin iyul ayında tərtib edilmiş texniki pasportlarda, həmçinin xx.xx.2007-ci il tarixli, MH seriyalı ******* nömrəli Çıxarışda öz əksini tapmadığı aşkardır.

23. Bundan başqa, Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(103)4296/2010 nömrəli mülki iş üzrə xx.xx.2010-cu il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, birinci instnasiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara, yəni, mübahisəli ünvan 8 ünvanında həyətin sol tərəfində texniki pasportda həyətyani sahə kimi göstərilən hissənin bağlanaraq otaq kimi istifadə olunan tikili özbaşına tikildir. Bu səbəbdən həmin qətnaməyə əsasən İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, M.Məmmədxan küçəsində yerləşən paylı mülkiyyətdə olan 76 saylı ev ünvanında tikilmiş özbaşına tikilinin sökülməsi qət e dilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-79/2014 nömrəli, 07 fevral 2014-cü il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişdir. Müəyyən edilmişdir ki, İddiaçı 22 iyul 2013-cü il tarixdə həmin məhkəmə tərəfindən Azərbaycan Respublikası İXM-nin 313-1.1-ci maddəsi ilə təqsirli bilinərək ona inzibati tənbeh olaraq 500 manat məbləğində cərimə tətbiq edilməsinə baxmayaraq, bundan sonrakı müddətdə də, yəni 13 avqust 2013-cü il tarixədək Bakı Apellyasiya Məhkəməsinin qətnaməsini icra etməkdən qərəzli olaraq yayınmış, yəni qətnamədə göstərilən qanunsuz tikilini sökməmişdir. Bundan sonra tikili sökülsə də, yerində hasar kimi bir divar qalmışdır ki, bu da sözügedən qətnamənin h ələ də tam olaraq icra olunmadığını göstərir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)7438/2017 nömrəli mülki iş üzrə, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə (iş materiallarına, yerli baxış nəticələrinə və və ekspert rəyinə əsasən) müəyyən edilmişdir ki, qətnamə icra olunarkən hazırki iş üzrə cavabdehin təşəbbüsü ilə məhkəmə qətnaməsində nəzərdə tutulmayan divar zolağının da qanunsuz sökülməsi və nəticədə iddiaçıya məxsus həyətə giriş açılmasını müəyyən etmək mümkün olmamışdır. Buna görə də, məhkəmə hesab etmişdir ki, İddiaçı Cavabdeh qarşı “divar zolağının bərpa edilməsi” barədə iddia ərizəsi, Cavabdeh mülkiyyətində olan ünvan 8 ünvanında yerləşən yaşayış evinin həyətyani torpaq sahəsinin sərhədində mövcud olmuş qanunsuz sökdüyü divar zolağının cavabdeh vəsaiti hesabına əvvəlki vəzi yyətinə bərpa edilməsi barədə iddia rədd edilməlidir.

54. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7619/2021 nömrəli, 06 dekabr 2021-ci il tarixli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, M.Məmmədxan küçəsi 76 nömrəli fərdi yaşayış evinin qanuni istifadəsində olan 225,33 kv.metr həyətyanı torpaq sahəsinə çıxarışın verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, İddiaçı iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. Həmin məhkəmə tərəfindən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı 400,8 kv.m. torpaq sahəsinin 225,3 3 kv.m. onun həyətyanı torpaq sahəsidir əsası ilə həmin sahənin yerinin müəyyən edilməsi və çıxarış və texniki sənədlərinin verilməsini cavabdehdən tələb edə bilməz. İddia təmin edilməmişdir.

24. Məhkəmə kollegiyası birdə vurğulamışdır ki, mübahisəli torpaq sahəsi üzərində tərəflərin hər hansı hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da fərdi yaşayış evinin onlar arasında naturada bölünməsi torpaqdan istifadə qaydasının müəyyən edilməsini də zəruri edir. Çünki, tərəflər onsuzda qeyd olunan həyətyanı torpaq sahəsindən uzun illərdir ki, istifadə edir və faktiki olaraq onların sahibliyində və istifadəsindədir. Evin naturada bölgüsündən sonra bölgüyə uyğun torpaq sahəsinin hansı hissələrindən kimin istifadə edəcəyi də dəqiq olmalıdır. Əks halda evin naturada bölünməsinin əh əmiyyəti də itmiş olacaqdır. Çünki, bölünən evlərin hər birinə giriş-çıxış ayrı olacaqsa, demək evlərə aid torpaq sahəsi də ayrılmalıdır. Bundan başqa, torpağın eyni ölçüdə bölünərək tərəflərin istifadəsinə verilməsi məhz mübahisənin həllinə xidmət edir. Əks yanaşma onsuz da uzun müddət davam edən hazırki mübahisənin daha da uzanmasına gətirib çıxara bilər.

25. Bununla belə birinci instansiya məhkəməsi xüsusi mülkiyyətdə olmayan torpaq sahəsinə tərəflərin istifadə qaydasını müəyyən edərkən tərəflərin paylarına düşən sahələrin bərabər olmadığını, həmçinin cavabdehin payına düşən torpaq sahəsinə girişçıxışın M.Məmmədxan küçəsi istiqamətinə verilməsi, həmin istiqamətinə qapının açılması və bölgünün bərabər şəkildə həyata keçirilməsi üçün iddiaçının istifadəsində olan 2,5 metr enində, 3,5 me tr uzunluğunda tikilinin qanuni qüvvəsini almış məhkəmə aktlarına görə sökülməli olan özbaşına tikili olduğunu nəzərə almamış, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin ayrılmalı olduğunu qeyd edərkən iddiaçının öz hüquqlarından suiistifadə etməsi üçün şərait yaratmışdır. Halbuki qanunsuz tikilinin altında olan torpaq sahəsinin iddiaçının faktiki istifadəsində olmasına əsaslanaraq tərəflərin paylarına düşən sahələrin qeyri-bərabər şəkildə bölünməsi üçün hər hansı əsas yoxdur.

26. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 139.1, 180.1, 180.3, 215.1, 220.1, 220.2, 220.3, 241.3, 243.1, 243.2, 243.3, 560.3.4-cü, Torpaq Məcəlləsinin 10.4-cü, Mülki Prosessual Məcəllənin 4.1, 14.2, 77.1, 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

27. Qətnamədən iddiaçı (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında yaranan mübahisənin mahiyyətindən görünür ki, fikir ayrılıqları mövcud tikililər və onların altında olan torpaq sahəsinin istifadə qaydalarının düzgün və ədalətli müəyyən edilməsindən ibarətdir ki, burada da xüsusi biliyə malik ekspert və mütəxəssiz rəyinə ehtiyac var. Mülki işin materiallarından da göründüyü kimi 1992-ci ildə tərtib olunmuş texniki pasport mövcuddur. Texniki pasportun surətində çıxışın biri Məhəmmədxan küçəsi tərəfə, digəri is ə İsmayılov küçəsinə, keçmiş Amangəldi küçəsinə göstərilmişdir. Bu barədə Binəqədi Rayon İcra Hakimiyyətinin sorğusuna Rəsulzadə qəsəbəsi icra nümayəndəliyi arayışlar vermişdir. Arayışlarda göstərilmişdir ki, tək onun yox digər həmin ünvanda Məhəmmədxan küçəsində yaşayan sakinlərin də bir çıxışı İsmayılov küçəsinədir. Bu texniki pasport sübut edir ki, qeyd edilən tikililərin altındakı və ümumi istifadədə olan torpaq torpaq sahəsi kimə məxsusdur və hal-hazırda iddiaçının istifadəsində olduğu müəyyən edilir. Həmçinin polis orqanlarında və sair dövlət quqrumlarında araşdırma zamanı cavabdeh etiraf etmişdir ki, həqiqətən də 1998-ci ildən həmin mübahisələndirilən torpaq sahəsindən iddiaçı istifadə etmişdir. Rəsulzadə qəsəbəsi nümayəndəsinin xx.xx.2010 və xx.xx.2010-cu il tarixli 4966 və 104 say lı arayışlarından görünür ki, evə giriş-çıxış sahəsi iddiaçı tərəfə Məhəmmədxan küçəsindən çıxır və cavabdehin istifadəsində olan əmlaka giriş-çıxışla heç bir problem yoxdur, o rahat şəkildə, maneəsis girib-çixa bilir. Hazırda tələb yalnız istifadə qaydasının müəyyən edilməsi ilə baölıdır. Cavabdehin evinin Məhəmmədxan küçəsindən giriş-çıxışı heçvaxt olmayıbdır. Çıxarışı təqribi olaraq 2007-ci ildə alınmışdır. Hər birinin ayrı-ayrılıqda giriş-çıxışının mövcud olması əsası ilə cavabdehin birinci instansiya məhkəməsində girişçıxışın müəyyən olunmasına dair iddiası rədd olunmuşdur. İddiaçı hamıdan əvvəl həmin ünvana köçüb yaşamışdır. Mübahisəli ərazidəki hasarın məhz orada olmasını texniki pasport təsdiq edir. Texniki pasportdakı ev əvvəlcə vahid əmlak kimi göstərilib, daha sonra bölünübdür. Texniki pasporta uyğun olaraq evin iki giriş-çıxışı vardır. Torpaq bələdiyyənin mülkiyyətindədir. Torpağa dair nə iddiaçının, nə də cavabdehin qanuni sahibliyi yoxdur. Göründüyü kimi mülki iş üzrə aşağı məhkəmələrin öz təşəbbüsü ilə təyin etdiyi iki ekspertiza rəyi və iddiaçının öz təşəbbüsü ilə keçirilmiş ekspertizaya dair bir rəy mövcuddur. Xüsusi diqqət çəkən məqam isə, birinci instansiya məhkəməsində icraat zamanı təyin edilmiş ekspertizada rəy verən ekspertin, eyni iş üzrə apellyasiya instansiyasında verdiyi rəylər arasında ziddiyətin olmasıdır. Hesab edirik ki, bir iş üzrə eyni ekspert tərəfindən fərqli rəylərin verilməsi onun qərəzsizlyini şübhə altına alır və belə olan halda işə baxan hakim təkrar-kompleks ekspertiza təyin etməklə ziddiyyətli məqamları aradan qaldırmağa çalışmalı i di. Bunun üçün ekspertiza mərkəzindən yeni rəyin verilməsi üçün başqa bir ekspertin təyin edilməsini və ekspertiza qarşısında yeni dəqiqləşdirici suallar qoymalı idi. Lakin, göründüyü kimi nədənsə məhkəmə nəinki təkrar ekspertiza təyin etməmiş, vəsatət verilməsinə baxmayaraq əvvəlki rəylərin müəllifi olan eksperti məhkəməyə dəvət edib ziddiyyətli məqamları aradan qaldırmaq məqsədilə ekspertin dindirilməsinə təşəbbüs göstərməmişdir. Bundan əlavə apellyasiya məhkəməsi alternativ ekspertiza mərkəzi tərəfindən verilmiş müstəqil ekspert rəyini də nəzərə almamışdır. Beləliklə işə baxan məhkəmə iş üzrə mövcud sübutlar arasında ziddiyyətli məqamları tam olaraq aradan qaldırmadığına görə nəticə etibarı ilə yanlış qərara gəlmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

29. Cavabdehin vəki li Nümayəndə iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, kassasiya şikayətinin dəlillərinin əsassız olduğunu qeyd etmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası.

30. Maddə 13 (İ hissə). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

31. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, buhüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

32. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

33. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxsüçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.

34. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan isti fadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.

35. Maddə 215.3. Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Lakin onlar mülkiyyətçilərdən hər birinə mənsub olan aşağıdakı səlahiyyətləri ləğv edə və ya məhdudlaşdıra bilməzlər: 215.3.1. əşyanın dəyərini və işlənməyə yararlığını saxlamaq üçün ondan istifadə üzrə hərəkətlərin yerinə yetirilməsini tələb etmək, belə hərəkətlər yerinə yetirilmədikdə isə onların yerinə yetirilməsi barədə məhkəmənin qərar çıxarmasını tələb etmək səlahiyyəti; 215.3.2. əşyaya dəymək qorxusu olan və ya dəyə biləcək zərərin qarşısını almaq üçün dərhal görülməli olan tədbirləri bütün şərikli sahiblər hesabına müstəqil həyata keçirmək səlahiyyəti.

36. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.

37. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.

38. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.

39. Maddə 241.3. Bu Məcəllənin 243-cü maddəsində nəzərdə tutulan hallarda torpaq sahəsindən istifadə hüququnu binanın, qurğunun və digər daşınmaz əmlakın mülkiyyətçisi də əldə edə bilər.

40. Maddə 243.1. Başqa şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malikdir.

41. Maddə 243.2. Özgə torpaq sahəsində yerləşən daşınmaz əmlaka mülkiyyət hüququ başqa şəxsə keçərkən, o, torpaq sahəsinin müvafiq hissəsindən istifadə hüququnu daşınmaz əmlakın əvvəlki mülkiyyətçisi ilə eyni şərtlərlə və eyni həcmdə əldə edir. Torpaq sahəsinə mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin torpaq sahəsində yerləşən daşınmaz əmlakın mülkiyyətçisinin sahədən istifadə hüququnun xitamı və ya dəyişdirilməsi üçün əsas deyildir.

42. Maddə 243.3. Özgə torpaq sahəsində yerləşən daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququna, habelə müvafiq binaları və qurğuları uçurmaq hüququna malikdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi.

43. Maddə 10 (4-cü hissə). torpaq kateqoriyalarının məqsədli təyinatı və hüquqi rejimi qanunvericiliklə müəyyən edilir, şəhərsalma və yerquruluşu sənədlərində əks etdirilir. Kateqoriyalar daxilində torpaqlardan istifadə qaydaları onların təbii-təsərrüfat rayonlaşdırılması, zonalaşdırılması, istifadəsinin ərazi planlaşdırılması və yerquruluşu sənədlərinə uyğun olaraq mülkiyyətçilər, istifadəçilər və icarəçilər tərəfindən müəyyən edilir.

44. Maddə

109. Torpaq istifadəçiləri və icarəçiləri tərəfindən özgənin mülkiyyətində olan torpağın alınıb-satılması, bağış lanması, torpaq sahələrinin özbaşına dəyişdirilməsi barədə bağlanılan əqdlər, habelə torpaq mülkiyyətçilərinin bu Məcəllədə nəzərdə tutulmuş qaydaları pozmaqla bağladıqları əqdlər etibarsız hesab edilir.

45. Maddə 111, (1-ci hissə). Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

46. Maddə 111, (2-ci hissə). Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

48. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa ha lların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

49. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

51. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

52. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.

53. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

54. Maddə 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər.

55. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.

56. Maddə 102.3. Məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti ilə əlavə və ya təkrar ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.

57. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

58. Maddə 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır.

59. Maddə 175.1. Məhkəmə işə baxarkən iş üzrə sübutları bilavasitə tədqiq etməyə, tərəflərin və üçüncü şəxslərin izahatlarını, şahidlərin ifadələrini, ekspertlərin rəylərini dinləməyə, yazılı sübutlarla tanış olmağa, maddi sübutları müayinə etməyə, səs yazılarına qulaq asmağa, video yazılara baxmağa və işə baxılması ilə əlaqədar digər hərəkətləri etməyə borcludur.

60. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

61. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

62. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

63. Maddə 416.1. Kassasiya instan siyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

64. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

65. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

66. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri:

67. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

68. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

69. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi kassasiya qaydasında yoxlanılarkən, iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, həmçinin mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının düzgün tətbiq olunmaması və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilməsi müəyyən edilmişdir.

70. Belə ki, iddiaçı məhkəməyə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, M.M əmmədxan küçəsində istifadədə olan 0,0271 ha. torpaq sahəsində yerləşən 1 mərtəbəli, 6 otaqlı, 93,1 kv.metr yaşayış, 95,5 kv.metr köməkçi sahədən ibarət 76 nömrəli fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə onun mülkiyyətində olan 3 otaq - 46,9 kv.metr, köməkçi sahələrin - faktiki istifadəsində olan ümumi sahəsi 115,07 kv.metr, o cümlədən yaşayış sahəsi 99,76 kv.metr, yardımçı sahəsi 15,31 kv.metr natura şəklində bölünməsi, istifadə qaydasının müəyyən edilməsi və evinin altında və həyətində yerləşən 209,93 kv.metr torpaq sahəsindən istifadə qaydasının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

71. Apellyasiya instansiya məhkəməsi iddianın qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək, yenə də iddianın qismən təmin edilməsi barədə nəticəyə gələrkən, tərəflərə mülkiyyət hüququ ilə məxsus olan evdən fərqli olaraq bu evin altındakı və ətrafındakı torpaq sahəsinin onlara hər hansı əşya hüququ ilə məxsus olmamaqla məhz həmin evə xidmət etməsini, yəni həmin sahənin tərəflərin istifadəsində olmasını, bu baxımdan hazırki qətnamə ilə mübahisəli torpaq sahəsindən istifadə qaydasının müyyən olunmasının nə onun təyinatını, nə də statusunu dəyişdirmədyini, həmin torpaq sahəsinə münasibətdə hər hansı hüquqlarının əmələ gəlməsinə əsas yaratmadığını, torpağın eyni ölçüdə bölünərək tərəflərin istifadəsinə verilməsinin məhz mübahisənin həllinə xidmət etməsini, əks yanaşmanın onsuz da uzun müddət davam edən hazırki mübahisənin daha da uzanmasına gətirib çıxara biləcəyini qeyd edərək, mübahisəli torpaq sahəsi üzərində tərəflərin hər hansı hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da fərdi yaşayış evinin onlar arasında naturada bölünməsinin torpaqdan istifadə qaydasının müəyyən edilməsini də zəruri etməsini məqsədəuyğun saymış, bununla bağlı iddiaçının və cavabdehin payına düşən torpaq sahələrinin ölçülərinin - 200,4 kv.m. olacağı barədə Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/4800 saylı ekspert rəyinə əsaslanmışdır.

72. Məhkəmə kollegiyası işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmaması və iş materiallarında olan mövcud sübutlara düzgün hüquqi qiymət verilməməsi səbəbindən, iddiaçı və cavabdehin ümumi paylı mülkiyyətində olan evin altındakı və həyətyanı torpaq sahəsindən istifadə qaydasını müəyyən etməsi barədə apellyasiya instansiya məhkəməsinin gə ldiyi nəticə ilə aşağıdakılara əsasən razılaşmır.

73. Belə ki, iddiaçı iddia tələbində onunla cavabdehin faktiki istifadəsində olan fərdi yaşayış evinin natura şəklində bölünməsini, istifadə qaydasının müəyyən edilməsini xahiş etməklə yanaşı, evinin altında və həyətində yerləşən 209,93 kv.metr torpaq sahəsindən istifadə qaydasının müəyyən edilməsini xahiş etmiş, apellyasiya instansiya məhkəməsi tərəfindən iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərkən ekspert qarşısında suallar mübahisəli ünvanda tərəflərin paylı mülkiyyətdə olan evin altındaki və həyətyanı torpaq sahəsinin tərəflərin payları, istifadəyə düşən sahələrin ölçüləri baxımından bərabər olmaqla hansı qaydada bölünməsinin mümkün olması, habelə həmin ünvanda yerləşən, tərəflərin paylı mülkiyyətində olan torpaq sahəsinin kimə məxsus olması barədə suallar qoyulmuşdur.

74. Lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/4800 saylı ekspert rəyində tərəflərin paylarına düşən sahələrin bərabər bölündüyü təqdirdə iddiaçının və cavabdehin payına düşən torpaq sahələrinin ölçüləri - 200,4 kv.m olacağı qeyd olunmuş, bununla belə mübahisəli ünvanda yerləşən paylı mülkiyyətdə olan evin yerləşdiyi torpaq sahəsinin kimə məxsus olmasını müəyyənləşdirməyin ekspertin səlahiyyətlərindən kənar olduğu üçün bu sual üzrə tədqiqat aparılmadğı göstərilmişdir.

75. Nəzərə alınmalıdır ki, iş üzrə ekspert rəyləri mülki iş üzrə əldə edilən sübutlar sırasında olmaqla, MPM-in 88-ci maddəsinə əsasən onların da məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəs i yoxdur. İşin hallarından asılı olaraq, yaxud qanunun birbaşa göstərişinə əsasən məhkəmə işə baxılması zamanı ekspertiza təyin etmişsə və ya müvafiq dövlət orqanlarından rəylər almışsa, hər bir halda alınmış rəyi məhkəmə prosesi zamanı tədqiq etməli, tərəflərlə müzakirə etməli və digər sübutlarla yanaşı qiymətləndirməlidir. Məhkəmənin sübutlardan biri kimi ekspert rəyi və ya onun müəyyən hissələri ilə razılaşmamaq hüququ olduğu kimi, MPM-in 103.2-ci maddəsinə əsasən, bu halı qəbul etdiyi qətnamədə və ya qərardadda əsaslandırmaq vəzifəsi də vardır.

76. Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xüsusi bilik tələb olunan sualları izah etmək üçün təyin edə bilər. MPM-in 101.6-cı maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsa sən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. 77. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən məhkəmə ekspertizası - təhqiqat, ibtidai istintaq orqanının və ya məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır (maddə 1). Ekspert qarşısında qoyulan suallar ekspertin zəruri biliyindən kənara çıxdıqda ekspert məhkəmə ekspertizasının aparılmasından imtina etmək hüququ vardır (maddə 12).

78. Eyni zamanda ekspert və ya dövlət orqanları tərəfindən verilmiş rəylərdə anlaşılmazlıqlar, ziddiyyətlər və qeyri-müəyyənliklər varsa, MPM-in 175-ci maddəsində ifadə edilmiş məhkəmə baxı şının bilavasitəliyi və şifahiliyi prinsipinə görə hakim bu məsələni aydınlaşdırmaq üçün təqdim olunmuş rəyi tədqiq etməli, zərurət yaranarsa, ekspertin izahatını və mütəxəssisin məsləhət və şərhini dinləməklə həmin məsələlərə aydınlıq gətirməlidr. MPM-in 206-cı maddəsinə müvafiq olaraq zərurət olarsa məhkəmə əlavə və ya təkrar ekspertiza təyin edə bilər.

79. Bununla yanaşı, nəzərə alınmalıdır ki, torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan dah a səmərəli istifadəni təmin etmək məqsədi ilə “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı imzalanmışdır.

80. Həmin Fərmanla “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” təsdiq edilmişdir.

81. Göründüyü kimi Fərmanla yaradılan torpaqların elektron kadastr uçotu informasiya sisteminin və rəqəmsal kadastr xəritəsinin əsas məqsədlərindən biri məhz torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılması olmuşdur. Fərmanın 2.1-ci bəndinə əsasən bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edi lmiş Qaydalara uyğun olaraq, dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasını və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsini bu Fərmanın 6.1-ci bəndində nəzərdə tutulmuş Tədbirlər Planına müvafiq olaraq 2020-ci ilədək təmin edilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılmışdır. Fərmanın icrası qaydasında Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu işləri aparılmış və həmin məlumatlar Torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) və AZCAD-a inteqrasiya edilmişdir.

82. Apellyasiya instansiya məhkəməsi isə təqdim edilmiş sübutlar əsasında işin bu fakti ki halları, həmçinin apellyasiya şikayətinin dəlilləri ilə bağlı ətraflı araşdırma aparmamış, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsi yuxarıda sadalanan prosessual hüquq normalarının tələblərinə zidd olaraq işin hallarını ekspert rəyində xüsusi biliklər tələb edən məsələ üzrə verilmiş nəticələr əsasında deyil, gəldiyi subyektiv qənaət əsasında müəyyən etmiş, bu halda mübahisəli ünvanda yerləşməklə tərəflərin faktiki istifadəsində olan torpaq sahəsinin kimə məxsus olmasını başqa qaydada da yoxlamadan iddianın qismən təmin edilməsi barədə düzgün olmayan qənaətə gəlmiş, bununla iş üzrə istinad etdiyi maddi hüquq normalarını da düzün tətbiq etməmişdir.

83. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri kimi digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmi ş üstünlüyə malik olmamaqla, məhkəmə üçün məcburi deyildir və digər sübutlar kimi obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq, müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (Mülki Prosessual Məcəllənin 88, 101.7 və 103-cü maddələri). Bununla belə nəzərə alınmalıdır ki, xüsusi bilik tələb olunan sualları izah etmək məhz ekspertizanın səlahiyyətinə aiddir (Mülki Prosessual Məcəllənin 97, 99-cu maddələri).

84. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin işə baxarkən gəldiyi nəticəsi maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır.

85. Məhkəmə kollegi ya belə qənaətə gəlir ki, iddiaçının kassasiya şikayətində mübahisələndirilən hissədə apellyasiya instansiya məhkəməsi işin hallarını ziddiyyətli olaraq müəyyən etmiş, nəticədə mübahisə düzgün həllni tapmamışdır.

86. Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 11 fevral 2015ci il və F.Şirinovun şikayəti üzrə 16 noyabr 2016-cı il tarixli Qərarlarında qeyd olunmuşdur ki, məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır.

87. Avropa İnsan Hüquqları Mə hkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli qərarında sübutların qiymətləndirilməsi, onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

88. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qa ldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.

89. Göründüyü kimi hazırkı iş üzrə mübahisənin düzgün həll edilməsi üçün apellyasiya instansiyası məhkəməsi MPM-in 88-ci maddəsinin tələblərinə riayət etməklə qeyd edilən sübutlara məcmu halında hüquqi qiymət verməmişdir.

90. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti təmin olunmalı, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

91. İşə yenidən baxılarkən məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, işin müəyyən edilmiş hallarına uyğun olaraq hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq və iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılması üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88 və 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, qanuni və əsaslı yekun məhkəmə aktı qəbul etməlidir.

92. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-153/2024 nömrə li, 05 fevral 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar