Məhkəmə qərarları › İş №2(102)-212/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-212/2023

16.01.2023 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-212/2023 16.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Abşeron rayon Saray Bələdiyyəsinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 5 saylı Sumqayıt torpaq müsabiqə və hərrac komissiyasına qarşı tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: torpaq müsabiqə və hərracının keçirilməsi nəticələrinin ləğvi, inzibati mübahisə, işə mülki məhkəmə icraatı qaydasında baxılmasının yolverilməzliyi) Azərbaycan Respublikası Ali Məhkə məsi Mülki kollegiyası hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Abşeron rayon Saray Bələdiyyəsinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 5 saylı Sumqayıt torpaq müsabiqə və hərrac komissiyasına qarşı hərracın nəticələrinin və alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, reyestrdən çıxarışların ləğv olunması tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)458/2022 nömrəli, 11 avqust 2022-ci il tarixli qətnaməsindən idd iaçı tərəfindən verilmiş kassasiya şikayətinə 16 yanvar 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra - iddiaçı) sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə Abşeron rayon Saray qəsəbəsində yerləşən 0,1557 ha ölçülü ehtiyat fondu təyinatlı torpaq sahəsini mülkiyyət hüququ əsasında əldə etmiş və 04 sentyabr 2008-ci il tarixində daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır.

2. Abşeron rayonunun Saray qəsəbəsində iddiaçının mülkiyyətində olan torpaqla qonşuluqda yerləşən 0,0518 ha ehtiyat fondu torpaq sahəsi Abşeron rayon Saray Bələdiyyəsinin (bundan sonra – Bələdiyyə) adına daşınmaz əmlakın dövlət reyestrində 10 mart 2015-ci il tarixdə qeydiyyata alınmışdır.

3. Əzimov X4 rayonunun Saray qəsəbəsində yerləşən 0,518 ha torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 5 saylı Sumqayıt torpaq müsabiqə və hərrac komissiyası (bundan sonra – Hərrac mərkəzi) tərəfindən keçirilmiş torpaq müsabiqəsinin qalibi olmuş, 19 aprel 2016-cı il tarixdə həmin torpaq sahəsi Bələdiyyə tərəfindən 3480 manata Cavabdeh2 satılmışdır.

4. Abşeron rayonunun Saray qəsəbəsində iddiaçının mülkiyyətində olan torpaqla qonşuluqda yerləşən 0,06 ha ehtiyat fondu torpaq sahəsi Bələdiyyənin adına daşınmaz əmlakın dövlət reyestrində 04 dekabr 2017-ci il tarixdə qeydiyyata alınmışdır.

5. Cavabdeh1 Abşeron rayonunun Saray qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinə dair Hərrac mərkəzi tərəfindən keçirilmiş torpaq müsabiqəsinin qalibi olmuş, 11 iyul 2018-ci il tarixdə həmin torpaq sahəsi Bələdiyyə tərəfindən 4290 manata Cavabdeh1 satılmışdır.

6. Cavabdeh1 ilə Kərimova Ayna Qürbət qızı arasında 27 iyul 2018-ci il tarixdə bağlanan alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 Abşeron rayonunun Saray qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinin 0.03 ha hissəsini Kərimova Ayna Qürbət qızına satmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı iddia ərizəsi, daha sonra iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək Hərrac mərkəzi tərəfindən Cavabdeh1 adına verilmiş 10 may 2018-ci il tarixli 005248 №-li şəhadətnamənin, Bələdiyyə ilə Cavabdeh1 arasında bağlanmış 11 iyul 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin, Cavabde h2 adına verilmiş 07 aprel 2016-cı il tarixli, 14/6 saylı protokolun, Cavabdeh2 adına verilmiş 000867 №-li şəhadətnamənin, Bələdiyyə ilə Cavabdeh2 arasında bağlanmış 13 aprel 2016-cı il tarixli, 136 №-li torpağın alqı-satqına dair müqavilənin, Bələdiyyə ilə Cavabdeh2 arasında 13 aprel 2016-cı il tarixdə Abşeron rayon 1 saylı notariat kontorunda 4Ə-784 reyestr nömrəsi ilə qeydiyyata alınmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, eləcə də həmin müqavilələr əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi (bundan sonra – Reyestr xidməti) tərəfindən aparılmış qeydiyyatların və həmin qeydiyyata əsasən verilmiş müvafiq çıxarışların ləğv edilməsi, Cavabdeh2 mülkiyyəti kimi qeydiyyata alınmış 0,0 242 ha torpaq sahəsində qazılmış şambo quyusunun onun hesabına doldurularaq torpağın əvvəlki vəziyyətə qaytarılması və həmin torpaq sahəsində quraşdırılmış elektrik transformatorunun Cavabdeh2 hesabına sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən belə əsaslandırılmışdır ki, iddiaçı mübahisəli torpaq sahəsində istehsalat sahəsi yaratmaq məqsədilə dövlət qurumlarına müraciət edərək qanuni prosedurlara əməl etməklə torpaq sahəsində nəzərdə tutulmuş istehsalat təyinatlı bir mərtəbəli tikinti obyektinin və iki mərtəbəli ofis binasının tikintisinə başlamış, müvafiq orqanlardan texniki şərtlərlə bağlı icazələr almışdır. Lakin iddiaçıya Bələdiyyə tərəfindən maneələr yaradılmış, inşa edilmiş müəssisənin dörd bir tərəfində yerləşən torpaq sahəsi başqa şəxslərə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi adı altında qanunsuz olaraq satılmışdır. Halbuki həmin torpaq sahəsi sənaye təyinatlı torpaq sahəsi zolağında yerləşir və həmin torpaq sahələrinə Reyestr xidməti tərəfindən araşdırılma aparmadan çıxarışlar verilmişdir. İddiaçı Bələdiyyənin sədri Natiq Tahirova dəfələrlə müraciət edərək müəssisənin ətrafında olan torpaq sahələrinin qanunsuz olaraq başqa şəxslərə satılması nəticəsində ona ciddi məhdudiyyətlərin yarandığını bildirməsinə baxmayaraq, Bələdiyyə sədri ona qarşı qərəzli mövqe nümayiş etdirərək, dəyəri ***-**** manat olan torpaq sahəsini ona 15000-20000 manata almağı təklif etmişdir. Nəzərə alınsa ki, müəssisənin anbarına xammalın daşınması, hazır m əhsulun müəssisədən kənara daşınması üçün iri tutumlu nəqliyyat vasitələrindən (təxminən 12 metr uzunluğunda olan yük avtomobillərindən) istifadə olunacaqdır, onda müəssisənin hasarına bitişik torpaq sahələrinin başqa şəxslərə satılmasının məqsədi iddiaçıya süni maneə yaratmaq, yaxud Bələdiyyə sədrinin istədiyi böyük məbləğlərdə pulları verib torpaq sahələrini almağa məcbur etmək olmuşdur. Bələdiyyənin sədri Natiq Tahirovun və Reyestr xidməti əməkdaşlarının qanunsuz əməlləri barəsində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə və Abşeron Rayon İcra hakimiyyətinə və Bələdiyyə orqanına edilmiş müraciətlərə cavabda qeyd edilmişdir ki, Bələdiyyənin mülkiyyətində olan ehtiyat fondu torpaqlarına aid 0,06 ha torpaq sahəsi 10 ma y 2018-ci il tarixdə keçirilmiş hərrac vasitəsi ilə Cavabdeh1 4290 manata satılmış və buna müvafiq olaraq Hərrac mərkəzi tərəfindən 005248 №-li şəhadətnamə verilmiş və 11 iyul 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən qeyd edilən torpaq sahəsi notarial qaydada Cavabdeh1 satılmışdır. Bundan başqa Bələdiyyənin mülkiyyətində olan ehtiyat fondu torpaqlarına aid 0,0618 ha torpaq sahəsi 07 aprel 2016-cı il tarixdə keçirilmiş hərrac vasitəsi ilə Cavabdeh2 Əlifağa oğluna 3480 manata satılmış və buna müvafiq olaraq Hərrac mərkəzi tərəfindən 000866 №-li şəhadətnamə verilmiş və 07 aprel 2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən qeyd edilən torpaq sahəsi notarial qaydada Cavabdeh2 Əlifağa oğluna satılmışdır. Lakin hər iki şəhadətnamə əsasında verilmiş torpaq sahələrinə dair Reyestr xidməti tərəfindən verilmiş çıxarışlar olsa da, həmin çıxarışların yalnız məhkəmə sorğusu vasitəsi ilə verilməsi bildirilmişdir.

9. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, Bələdiyyənin mülkiyyətində olan ehtiyat fondu torpaqlarına aid 0,06 ha torpaq sahəsi 10 may 2018-ci il tarixdə keçirilmiş hərrac vasitəsilə ona satılmışdır. Hərracla həmin torpaq sahəsini aldıqdan sonra o torpaq sahəsinin 0,03 ha hissəsini başqa şəxsə satmış, qalan 0,03 ha hissəsinə dair öz adına çıxarış almışdır. Həmin hərracın keçirilməsi və çıxarışın alınması tam qanuni olmuş və heç bir qanunsuzluq olmamışdır. Onun mülkiyyətinə verilmiş torpaq sahəsinin İddiaçı torpaq sahəsinə heç bir maneçiliyi yoxdur.

10. Məhkəmə iclasında Cavabdeh2 Əlifağa oğlu iddi a tələbini qəbul etməyərək bildirmişdir ki, Bələdiyyənin mülkiyyətində olan ehtiyat fondu torpaqlarına aid 0,0518 ha torpaq sahəsi 07 aprel 2016-cı il tarixdə keçirilmiş hərrac vasitəsilə ona satılmışdır. Hərracla həmin torpaq sahəsini aldıqdan sonra o torpaq sahəsinə dair öz adına çıxarış almışdır. Həmin hərracın keçirilməsi və Çıxarışın alınması tam qanuni olmuşdur. Mülkiyyətinə verilmiş torpaq sahəsinin iddiaçının torpaq sahəsinə heç bir maneçiliyi yoxdur.

11. Məhkəmə iclasında cavabdeh Reyestr xidmətinin nümayəndəsi X1 iddia tələbini qəbul etməyib, izahatında bildirmişdir ki, Cavabdeh1 və Cavabdeh2 Əlifağa oğluna Bələdiyyə tərəfindən hərraclar keçirilərək həmin qəsəbə ərazisində iddiaçının mübahisələndirdiyi torpaq sahələrinin satılmasında və həmin torpaq sahələrinin mülkiyyətin pred meti olaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əlifağa oğlunun adına dövlət reyestrində qeydə alınmasında və müvafiq qaydada çıxarışların verilməsində heç bir qanun pozuntusu olmamışdır. Həmin torpaq sahələri ilə əlaqədar keçirilmiş hərraclar və onların nəticələrinin rəsmiləşdirilməsi tam qanuni olmuşdur. Sənədləşmə aparılarkən müvafiq əməkdaşlar tərəfindən lazımi yoxlamalar aparılmış və heç bir nöqsan aşkar olunmamışdır. Həmin yoxlamaların nəticəsinə əsasən də təmsil etdiyi qurum tərəfindən Cavabdeh1 və Cavabdeh2 Əlifağa oğlunun adına olan torpaq sahələrinin çıxarışları təqdim edilmişdir. İddianın əsassız olmasını nəzərə alıb təmin edilməməsini xahiş etdi.

12. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 04 fevral 2020-ci il tarixli mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh1 xüsusi mülkiyyətində olan Abşeron rayonunun Saray qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ilə iddiaçının xüsusi mülkiyyətində olan Abşeron rayonunun Saray qəsəbəsində yerləşən 0,0157 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının arasındakı məsafə 5,19 metr təşkil edir. Cavabdeh2 Əlifağa oğlunun xüsusi mülkiyyətində olan Abşeron rayonunun Saray qəsəbəsində yerləşən 0,0518 ha torpaq sahəsinin plan və ölçüsündə göstərilən 1-ci və 2-ci döngə nöqtələrinin koordinatları iddiaçının xüsusi mülkiyyətində olan Abşeron rayonunun Saray qəsəbəsində yerləşən 0,0157 ha torpaq sahəsinin plan və ölçüsündə göstərilən 1-ci və 5-ci döngə nöqtələrinin koordinatları ilə qonşuluq təşkil edir.

13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 28624 saylı ekspert rəyində qeyd edilmişdir ki, Cavabdeh1 xüsusi mülkiyyətində olan Abşeron rayonunun Saray qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsinin yerləşmə yerinə iddiaçının xüsusi mülkiyyətində olan Abşeron rayonunun Saray qəsəbəsində yerləşən 0,0157 ha torpaq sahəsindən, o cümlədən torpaq sahəsindəki mövcud obyektlərdən təyinatı üzrə istifadə etməsinə maneçilik törədilməsi müəyyən edilir. Cavabdeh2 Əlifağa oğlunun xüsusi mülkiyyətində olan Abşeron rayonunun Saray qəsəbəsində yerləşən 0,0518 ha torpaq sahəsinin yerləşmə yerinə iddiaçının xüsusi mülkiyyətində olan Abşeron rayonunun Saray qəsəbəsində yerləşən 0,0157 ha torpaq sahəsindən, o cümlədən, torpaq sahəsindəki mövcud obyekt lərdən təyinatı üzrə istifadə etməsinə maneçilik törədilməsi faktı müəyyən edilmir. Eyni zamanda tədqiq olunan ərazidə, iddiaçının torpaq sahəsindən təqribən 5,20 metr aralıda, Cavabdeh1 0,03 ha torpaq sahəsinə bitişik (həmsərhəd) vəziyyətdə, X3 xüsusi mülkiyyətində 0,03 ha torpaq sahəsi, eləcə də iddiaçının torpaq sahəsi ilə həmsərhəddə Cavabdeh2 Əlifağa oğlunun digər torpaq sahəsi və həmin torpaq sahəsində şambo və elektrik transformatoru mövcud olmuş, Cavabdeh2 Əlifağa oğlunun bu torpaq sahəsinə dair hüquq müəyyənedici və texniki sənədlər mülki iş materiallarında öz əksini tapmamışdır.

14. Abşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 12 noyabr 2020-ci il tarixli, 2(012)-104/2020 saylı qətnaməsi ilə (hakim Cəmilə Səfiyeva) iddia ərizəsi qismən təmin edilərək, Hərrac mərkəzi tərəfindən Cavabdeh1 adına verilmiş 10 may 2018-ci il tarixli, 005248 №-li şəhadətnamə və Bələdiyyə ilə Cavabdeh1 arasında bağlanmış 11 iyul 2018-ci il tarixli Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin qismən 0.03 ha torpaq sahəsinə aid hissədə etibarsız hesab edilməsi, həmin müqavilə əsasında 0.03 ha torpaq sahəsi üzrə Reyestr xidməti tərəfindən Cavabdeh1 adına aparılmış qeydiyyat və həmin qeydiyyata əsasən verilmiş çıxarışların ləğv edilməsi, Bələdiyyədən 2145 manat məbləğində pulun alınıb Cavabdeh1 verilməsi, Hərrac mərkəzi tərəfindən Cavabdeh2 adına verilmiş 000867 №-li şəhadətnamənin, Bələdiyyə ilə Cavabdeh2 arasında bağlanmış 13 aprel 2016-cı il tarixli, 136 №-li, Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,0242 ha ölçüdə torpağın alqısatqına dair müqavilənin və Bələdiyyə ilə Cavabdeh2 arasında 13 aprel 2016-cı il tarixdə Abşeron rayon 1 saylı notariat kontorunda 4Ə-784 reyestr nömrəsi ilə qeydiyyata alınmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilələr əsasında Reyestr xidməti tərəfindən aparılmış qeydiyyat və həmin qeydiyyata əsasən verilmiş çıxarışın ləğv edilməsi, Bələdiyyədən 1630 manat məbləğində pulun alınıb Cavabdeh2 verilməsi, Cavabdeh2 mülkiyyəti kimi qeydiyyata alınmış Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,0242 ha torpaq sahəsində qazılmış şambo quyusunun onun hesabına doldurularaq torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması qət edilmişdir.

15. Məhkəmə mövqeyini iş materiallarına istinadən belə əsaslandırmışdır ki, iddiaçının mübahisələndirdiyi torpaq sah ələri alınma tarixlərinə görə daha sonralar və qanunvericiliyin tələblərinin pozulması ilə cavabdehlərin mülkiyyətinə verildiyindən iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iddia tələbinin torpaq sahəsində quraşdırılmış elektrik transformatorunun Cavabdeh2 hesabına sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması hissəsinə münasibətdə qeyd etmişdir ki, iddianın bu hissəsinə münasibətdə cavab verməli olan şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti olduğundan, sonuncu isə cavabdeh kimi qeyd edilmədiyindən iddia bu hissədə təmin edilməməlidir.

16. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə; Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 152.1,157.4-ci Azərbaycan Respublikası Şəhərsa lma və Tikinti Məcəlləsinin (bundan sonra - Şəhərsalma və Tikinti Məcəlləsi) 69.1, 69.5 69.5.1, 69.5.2, 69.5.2-1, 69.5.3-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

17. Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin, Mülki Məcəllənin və mülki prosessual qanunvericiliyin tələblərini pozmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Belə ki, Bələdiyyəsi, Hərrac mərkəzi və Reyestr xidməti nin cavabdeh qismində işə cəlb olunmalarına baxmayaraq məhkəmə qeyd olunan şəxslərin iştiraklarını təmin etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 9-cu maddəsinə əsasən tərəflərin iştiraklarını təmin etmək məhkəmənin vəzifəsidir. Məhkəmə notariusun bağladığı müqaviləni etibarsız saysa da, onu cavabdeh kimi işə cəlb etməmişdir. Bundan başqa, Cavabdeh2 cavabdeh olaraq məhkəmədə izahatında bildirmişdir ki, ona məxsus olan 0,0242 ha torpaq sahəsinin iddiaçıya heç bir aidiyyəti yoxdur. Torpaq sahələri biri-birinin qonşuluğunda yerləşir və biri-birilərinə heç bir maneçilikləri yoxdur. Məhkəmə yerli baxış keçirmək barədə vəsatəti təmin etməmişdir. Birinci instansiya məhkəməsi yalnız mütəxəssisin verdiyi rəyi əsas götürərək hazırkı qətnaməni qə bul etmişdir. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh2 və qeyrilərinin torpaq sahələri almaları iddiaçının öz mülkiyyətində olan torpaq sahəsindən istifadə etməsinə imkan vermir. Bu nəticə anlaşılan deyildir.

19. Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Cavabdeh apellyasiya şikayətini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir.

21. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 23 aprel 2021-ci il tarixli, 2(105)-1228/2021 nömrəli qətnaməsi ilə (hakimlər- T.O.Quliyev (sədrlik edən və məruzəçi), G.F.Tağızadə və L.M.Məmmədova) cavabdehlər tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməmişdir.

22. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, qeyd olunan mülki hüquq münasibətləri qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmiş və bu zaman hər hansı bir hüquq pozuntusuna və başqasının mülkiyyət hüququnun pozulmasına səbəb olan hallara yol verilməmişdir. İddia tələbinin torpaq sahəsində quraşdırılmış elektrik transformatorunun Cavabdeh2 hesabına sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddianın bu hissəsinə münasibətdə cavab verməli şəxs "xxxx" ASC olduğu halda, həmin hüquqi şəxs cavabdeh kimi göstərilməmiş və iddia tələbi həmin hissədə qeyd olunan hüquqi şəxsə yönəlməmişdir.

23. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ, İİ hissələri, 29-cu maddəsinin İ, İİ və İV hissələri, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (bundan sonra – Torpaq Məcəlləsi) 66, 238.1, 238.3, 239.2-ci; Mülki Məcəllənin 337, 390.1, 390.3, 404.1-ci maddələrinə istinad etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

24. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələblərinin tam həcmdə təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

25. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, mə hkəmə işə baxarkən iddia tələbinə uyğun iddiaçının ərizəsində göstərdiyi hüquqi əsaslara görə hansı hüquqlarının pozulub-pozulmamasının əsaslarını müəyyən etməmiş, işin faktiki hallarına uyğun hüquq normalarını düzgün tətbiq etməmişdir. İş materiallarında olan ekspert və mütəxəssis rəyləri ilə təsdiq olunur ki, mübahisələndirilən ərazilərin satılması iddiaçının hüquqlarını pozur. Məhkəmə onun tələbinin əsası kimi istinad etdiyi dəlillərə qiymət verməmiş, o cümlədən ayrılmış torpaq sahəsinin təyinatını müəyyən etməmiş, həmin sahələrin qərarda qeyd olunan təyinatla satılmasının qanuniliyinə fikir bildirməmişdir. Cavabdehlərə ayrılmış torpaq sahələrinin iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə həmsərhəd olması, eyni zamanda, Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə ziddir.

26. Az ərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-5456/2021 nömrəli iş üzrə 12 oktyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər İ.K.Xəlilov (sədrlik edən və məruzəçi), M.T.Əhmədova və Ə.Ə.Əliyev) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yeni apellyasiya baxışına qaytarılmışdır.

27. Kollegiyanın mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamə MPM-in tələblərinə uyğun deyil. Belə ki, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və dig ər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Qətnamə çıxararkən hazırkı işə aidiyyəti olubolmamasından asılı olmayaraq çoxsaylı sənədlərin sadalanması, eyni sənədlərin uzunuzadı təkrarlanması ilə qərarın tərtib edilməsi prosessual qanunvericiliyin tələblərinə uyğun deyil. Mübahisənin həll edilməsi üçün ilk növbədə iddiaçının tələbi və onun əsaslandığı hallar dəqiqləşdirilməlidir. Yəni, məhkəmə kimin kimdən hansı əsasla nə istəməsini müəyyən etməlidir. Bundan sonra tələbin qanuni əsası tapılmalı və iddiaçının məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olub-olmaması yoxlanmalıdır. Hazırkı işdə iddiaçı bildirir ki, 2008-ci ildən onun mülkiyyətində torpaq sahəsi var. O, sahibkarlıqla məşğul olur və həmin sahədə tikinti işi aparmışdır. Onunla həmsərhəddə olan ehtiyat fondu torpaq sahəsi sənaye torpaq fonduna aid olmasına baxmayaraq kənd təsərrüfatı təyinatı ilə başqa şəxslərə satılmış, bu zaman onun hüquqları pozulmuşdur. Onun yolunun daralması, qonşu sahə ilə ara məsafəsi saxlanmadan torpağın satılması, orada kanalizasiya quyusunun qazılması, elektrik transformatorlarının quraşdırılması ilə onun hüquqları pozulmuşdur. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi iddiaçının əsas dəlillərindən biri olan torpağın təyinatına uyğun verilməməsi (satılmaması) ilə bağlı ümumiyyətlə yoxlama aparmamış və qiymətləndirmə aparmamışdır.

28. Cavabdeh2 Əlifağa oğluna məxsus olan torpaq sahəsinə dair hüquq müəyyənedici və texniki sənədlər sonradan təqdim edilmişdir. Əslində, həmin sənədlər daxil olduqdan sonra məhkəmə natamam rəyin (sənədlər təqdim edilmədən verilmiş rəy) tamamlanması üçün əlavə ekspertiza keçirməklə mübahisəli hala aydınlıq gətirməli və yaxud sübutların vaxtında tələb olunmamasının hüquqi nəticələrini tətbiq etməli idi.

29. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ, İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İV hissələrinə, Torpaq Məcəlləsinin 11.1, 12, 13, Şəhərsalma və Tikinti Məcəlləsinin 69.3, 69.4 və 69.5.3-cü maddələrinə istinad etmişdir. d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

30. Yeni apellyasiya baxışı zamanı X5 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs q ismində işə cəlb olunmuşdur.

31. Məhkəmə Bələdiyyənin sədri X7 bildirmişdir ki, torpaqların yararlığı onun bonitet balından asılıdır. Bunu isə bələdiyyələr deyil, torpaq sahəsi üzrə sənədlər tərtib edilərkən rəy verən mütəxəssislər müəyyən edir. Bonitet balı 20 və ondan aşağı olan torpaq sahələri kənd təsərrüfatına az yararlı və ya yararsız hesab olunur. Mübahisəli torpaq sahəsinin də bonitet balı 20-dən aşağı olduğu üçün mülkiyyətə verilmişdir.

32. Reyestr xidməti tərəfindən tərtib olunmuş 0,0242 ha torpaq sahəsinin planı və ölçüsündən görünür ki, həmin torpaq sahəsinin bonitet balı “0” göstərilmişdir. Başqa sözlə, kənd təsərrüfatına yararsız torpaq sahəsidir.

33. İş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza sı Mərkəzinin 16 iyun 2022-ci il tarixli, 10/974 nömrəli rəydə ekspert Cavabdeh2 torpaq sahəsinin iddiaçının xüsusi mülkiyyətindəki torpaq sahəsinin, torpaq sahəsindəki istehsalat təyinatlı tikililərin və girişçıxış yolunun qarşısında yerləşməsinin Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.4, 69.5 və 69.5.3-cü bəndlərinin tələblərinə zidd olduğunu nəzərə alaraq, RX ******* saylı, xx.xx.2016-cı il tarixli reyestrdən çıxarışla Cavabdeh2 Əlifağa oğlunun mülkiyyətindəki Abşeron rayonunun Saray qəsəbəsində yerləşən 0.0242 ha torpaq sahəsi, o cümlədən həmin torpaq sahəsində olan tikili və qurğular (şambo, elektrik transformatoru) yerləşmə yerinə görə MH ******* saylı, xx.xx.2008-ci il tarixli reyestrdən çıxarışla iddiaçının mülkiyyətindəki Abşeron rayonunun Saray qəsəbəsində yerləşə n 0.1557 ha torpaq sahəsindən təyinatı üzrə istifadə və sahiblik etməsinə maneçilik törətdiyini müəyyən etmişdir.

34. Təkrar apellyasiya icraatı zamanı yerli baxış keçirilmiş və müəyyən edilmişdir ki, tərəflərə məxsus torpaq sahələri qonşuluqda yerləşsə də, bir təmas xətti üzərində deyildir. Yəni iddiaçı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və 3-cü şəxs X3 torpaq sahələrini ümumi istifadədə olan yol ayırır. Bir tərəfdən eni 6 metr, digər tərəfdən isə 5 metr olan həmin yola iddiaçı tərəfindən beton döşənmişdir. Tərəflərin izahatına görə iddiaçının inşa etdiyi tikililər bütövlükdə 1557 kv.m-i əhatə edir və o, öz torpağında sərbəst sahə, o cümlədən istehsal sahəsinə təyinatına uyğun yük daşıyacaq iri tutumlu nəqliyyat vasitələrinin sərbəst surətdə yoldan binaya giriş, binadan yola çıxış üçün boş yer saxlamamışdır. İddiaçının istehsal binasına onun tərəfindən çəkilmiş yol da ümumi istifadədə olan torpaq sahəsinə düşür. İddiaçıya məxsus qeyri-yaşayış sahəsinə əsas yoldan geniş məsafəli yol vardır. Binanın arxa hissəsində geniş boş sahə olsa da, orada binaya giriş üçün geniş darvaza qoyulmamışdır. İddiaçıya məxsus qeyri-yaşayış(istehsal) sahəsinin cavabdehlərin torpaq sahələrinə baxan hissəsində iki giriş-çıxış qapısı vardır. Ayna Kərimovaya məxsus 0,03 ha torpaq sahəsi ilə Cavabdeh2 məxsus 0,0242 ha torpaq sahəsi arasında əsas yola çıxışa qədər təxminən 5-6 metr enində ümumi istifadə üçün boş sahə vardır. Yol kimi istifadə üçün nəzərdə tutulmuş həmin sahədə ehtiyat su rezervuarı tikilmişdir. İddiaçının vəkili və nümayəndəsinin məlumatına görə həmin rezervuar Fövqəladə Hallar Naz irliyinin işçilərinin tələbi ilə yanğından mühafizə üçün iddiaçı tərəfindən tikilmişdir. Cavabdeh2 məxsus torpaq sahəsində iddiaçının torpaq sahəsindən təxminən 9-10 metr məsafədə onun tərəfindən tikilmiş kiçik bir kanalizasiya quyusu (“şambo”) vardır. Kiçik bir transformator isə təxminən 5 metr məsafədə yerləşir. Həmin transformatordan bir neçə dəfə həcmcə böyük daha çox enerji gücünə malik 2 transformator isə Cavabdeh1 torpaq sahəsinə bitişik sahədə qoyulmuşdur ki, onun biri iddiaçının istehsal sahəsinə xidmət edir. Cavabdehlərə məxsus torpaq sahəsində heç bir tikili inşa edilməmişdir. Onlar tərəfindən hazırda iddiaçının təsərrüfat fəaliyyətinə maneə ola biləcək heç bir hal müəyyən edilmir. İş materiallarına əlavə edilmiş foto-şəkillərdən də bu aydın görünür. Bununla belə, yerli baxış zamanı həm Cavabdeh1, həm də üçüncü şəxs Ayna Kərimova mübahisəyə son qoymaqdan ötrü, iddiaçı istəsə binaya girən nəqliyyat vasitələrinin geniş manevri üçün öz torpaqlarından əvəzi ödənilməklə, ümumilikdə 6 metr enində, 15 metr uzununda yol verə biləcəklərini bildirdilər.

35. Apellyasiya instansiyası məhkəməsinin 2(105)-458/2022 nömrəli iş üzrə 11 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.R.Abasov (sədrlik edən və məruzəçi), F.Ə.Məmmədov və T.Q.Məmmədov) apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunmuş hissəsində ləğv edilmiş, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilmiş, iddia təmin edilməmişdir.

36. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə araşdırması zamanı, iddiaçının iddi a etdiyi və hazırkı mübahisəyə səbəb kimi cavabdehlər, o cümlədən məhkəmənin sonradan üçüncü şəxs kimi cəlb etdiyi Ayna Kərimova tərəfindən onun təsərrüfat fəaliyyətinə mane ola biləcək hər hansı bir hal müəyyən olunmayıb. Əksinə, müəyyən olundu ki, iddiaçının təsərrüfat fəaliyyətini həyata keçirmək üçün zəruri olan qurğular (transformator, yanğından mühafizə üçün ehtiyat su rezervuarı) ona məxsus olmayan, ümumi istifadə üçün nəzərdə tutulmuş torpaq sahəsində tikilmiş, quraşdırılmışdır.

37. Məhkəmə hesab etmişdir ki, sahibkarlıq məqsədilə iddiaçı tərəfindən inşa edilən istehsal sahəsinin layihəsi tərtib edilərkən, həmin istehsal sahəsinin təyinatına uyğun, ona məxsus torpaq sahəsinin həcminin nəzərə alınmaması, yaxud düzgün hesablanmaması digər şəxslərin, o cümlədən bələdiyyənin mülkiyyət hüququnun məhdudlaşdırlması hesabına aradan qaldırıla bilməz. Başqa sözlə, iddiaçıya məxsus istehsal binasına iri həcmli nəqliyyat vasitələrinin, özgənin mülkiyyətində olan qonşu torpaqlarından istifadə etmədən sərbəst girə bilməməsinin günahını həmin mülkiyyətçilərdə axtarmaq düzgün olmazdı.

38. Məhkəmə, həmçinin müəyyən etmişdir ki, torpaq mülkiyyətçiləri iddiaçıya məxsus istehsal binasına iri həcmli nəqliyyat vasitələrinin daha sərbəst girişi üçün öz torpaq sahələrindən yol ayrılmasını da etiraz etmirlər. Belə ki, məhkəmə iclasında Cavabdeh1 tələb olunan 0,01 ha torpaq sahəsini iddiaçıya 6000 manata təklif etdiyini, lakin onun razılaşmadığını bildirdi. İşin tədqiq olunan faktiki hallarından göründüyü kimi hazırkı mübahisəyə səbəb olan problemin aradan qaldırlması elə bir böyük çətinlik yaratmır. Bundan əlavə hazırkı mübahisəyə istinad olunan normativ aktların tələbləri baxımından yanaşdıqda mübahisələndirilən əqdlərin etibarsızlığı üçün əsaslar müəyyən edilmir. Belə ki, Bələdiyyə mülkiyyətində olan və özəlləşdirilməsi qadağan edilməyən torpaq sahəsi barədə sərəncam hüququnu həyata keçirmişdir, bu hüquq gerçəkləşdirilərkən daha öncə istinad olunan normalara əməl edilmiş, torpaqlar hərrac vasitəsilə satılmış, alqı-satqı notarial qaydada bağlanmışdır. Məhkəmə araşdırması zamanı həmin əqdlərin etibarsız sayılması üçün əsaslar müəyyən edilməmişdir.

39. Mübahisələndirilən torpaq sahələri təyinatına görə alqı-satqı predmeti ola bilər, həmin sahələrin cavabdehlərə satılması bələdiyyə torpaqlarının satılmasını tənzimləyən qanunvericilik normalarına uyğun olmuşdur, Bələdiyyə tərəf indən mübahisəli torpaq sahələri özgəninkiləşdirilərkən sahələr arası ara məsafə gözlənilmişdir.

40. Məhkəmə bu baxımdan iş üzrə ekspert rəyləri ilə razılaşmamış və qeyd etmişdir ki, ekspert tədqiqat apararkən iddiaçıya məxsus tikilinin özünün tədqiqatını aparmamış, həmin tikililər inşa edilərkən tikinti normalarına əməl edilib-edilməməsi, o cümlədən ara məsafəsinin saxlanılıb-saxlanılmaması araşdırılmamışdır. Məhkəmə tərəfindən mübahisəli torpaq sahələrinə keçirilən yerli baxışdan sonra isə təkrar məhkəmə ekspertizası keçirməyə zərurət qalmamışdır. İşdə olan ekspert rəyindən də göründüyü kimi iddiaçıya məxsus tikilinin hündürlüyü 5 metrdir, belə olan halda ara məsafə 1,25 metr olmalıdır. Daha öncə istinad olunan Məcəllənin 69.2-ci maddəsinin tələblərinə görə həmin ara məsafə, yəni 1,25 metr sahə iddiaçının öz torpağında saxlanılmalı idi. Lakin iddiaçı öz torpaq sahəsində ara məsafə saxlamamışdır. Əks təqdirdə hazırkı mübahisəyə ehtiyac qalmazdı. Digərə tərəfdən işdən göründüyü kimi iddiaçıya məxsus istehsal binası ilə cavabdehlərin torpaq sahəsi arasında (həmin torpaq sahələrində heç bir tikili yoxdur) olan ara məsafə hər bir halda daha öncə qeyd olunan normadan çoxdur.

41. Məhkəmə qeyd etmişdir ki, bu tipli mübahisələrdə iddia tələbi irəli sürmüş şəxsin subyektiv hüququnun müəyyən edilməsi vacib əhəmiyyət daşıyır. Qeyd edildiyi kimi iddiaçı bir neçə dəfə iddia tələbini artırıb azaltsa da, tələbinin əsası kimi istinad etdiyi hallara dair heç bir mötəbər və legitim sübut təqdim edə bilməmişdir. İddiaçı iddia vermək üçün subyektiv hüquqa malik olmamışdır.

42. Apellyasiya i nstansiyası məhkəməsi öz hüquqi mövqeyini Mülki Məcəllənin 152.1, 170.1, 170.2, 175.1, 175.2, 175.3, 255.1, 255.4, 256, 261, 324, 337.1, 338, 339, 390.1, Torpaq Məcəlləsinin 56.2, 66, Şəhərsalma və Tikinti Məcəlləsinin 69.2, 69.4, 69.5 və 69.5.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

43. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin tam ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

44. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Cavabdehlər tərəfindən torpaq qanunvericiliyinin kənd təsərrüfatı təyinatlı torpaqlarla bağlı müəyyən etdiy i imperativ normalar pozulmuşdur. Bu normalar həmin torpaq sahələrinin ümumiyyətlə alqı-satqının predmeti olmadığını müəyyən edir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsinin mülkiyyət hüquqlarının qorunmasına dair əsaslandırması işin mahiyyətinə aid deyil. Apellyasiya instansiyası məhkəməsi mübahisəyə Mülki Məcəlləsinin tətbiq edilməli olmayan 170.1, 170.2, 255.1, 255.4, 256, 261-ci maddələrini tətbiq etmiş, Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsinə münasibətdə Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin tələblərini pozulmuş, ekspert rəyləri ilə razılaşmadığını əsaslandırmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

45. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

46. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmi ş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Torpaq Məcəlləsi

47. Maddə 56.2. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə Bələdiyyə torpaq larının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.

48. Maddə 66.1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xü susi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.

49. Maddə 66.2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Mülki Prosessual Məcəllə

50. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlar ını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

51. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

52. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

53. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

54. Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə.

55. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə ü çün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

56. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

57. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

58. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətna mə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

59. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

60. Hazırkı kassasiya şikayətində iddiaçı qətnaməni tam mübahisələndirdiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhk əməsinin mövqeyi

61. Baxılan iş üzrə cavabdehlərdən Bələdiyyə, Reyestr xidməti və Hərrac mərkəzi inzibati orqanlardır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş İnzibati orqanların Təsnifatının 31.1, 31.1.1 və 31.1.2-ci maddələrinə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Komitənin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi və Komitənin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Təsnifatın İV hissəsinə müvafiq olaraq isə Azərbaycan Respublikasının bələdiyyələri inzibati orqanlar kateqoriyasına aid edilmişdir.

62. İddiaçının hazırkı iş üzrə iddia tələbinin birinci hissəsi bələdiyyə torpaqlarının hərracdan satılmasına dair protokolun və Hərrac mərkəzi tərəfindən verilmiş şə hadətnamələrin etibarsız hesab olunmasından ibarətdir. Mübahisələndirilən torpaq müsabiqəsi Hərrac mərkəzi tərəfindən keçirilmişdir. 63. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları y alnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər (maddə 9.1).

64. Qeyd olunan Qanuna və həmin sahəni tənzimləyən digər normativ hüquqi aktlara əsasən Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli, 972 nömrəli Fərmanı ilə “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi” Qaydaları təsdiq edilmişdir. Qaydaların 4-cü bəndinə əsasən müsabiqə və hərracların təşkilatçısı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzidir.

65. Qaydalara müvafiq olaraq Hərracların Təşkili üzrə Auksion Mərkəzi alqı-satqı və icarə obyekti üzrə tələb olunan sənədləri və materialları hazırlayır (bənd 5), müsabiq ə və ya hərracın keçirilməsi haqqında bildirişi hazırlayıb və onun kütləvi informasiya vasitələri ilə yayılmasını təşkil edir (bənd 6), müsabiqə və ya hərracı keçirir, müsabiqə və ya hərracın qalibinə müsabiqə və ya hərrac komissiyası tərəfindən müvafiq şəhadətnamə verilir. Bu şəhadətnamə əsasında hərrac və ya müsabiqədə qalib gəlmiş hüquqi və ya fiziki şəxslə bələdiyyə torpaqlarına münasibətdə müvafiq bələdiyyə arasında 20 gündən gec olmayaraq mülki və torpaq qanunvericiliyinə uyğun olaraq müvafiq müqavilə bağlanır. Hərracın və ya müsabiqənin keçirilməsi ilə bağlı bütün mübahisələr məhkəmə qaydasında həll edilir (bənd 18).

66. Göründüyü kimi, qanunvericilik bələdiyyə torpaqları üzərində mülkiyyət hüquqlarının bir qayda olaraq açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilməsi qaydasını müəyyənləşdirir və qeyd olunan hüquq münasibətləri dövlət tərəfindən xüsusi qaydada tənzimlənən publik hüquq münasibətlərinə (bələdiyyə torpaqlarının mülkiyyətə verilməsi üçün hərracın (müsabiqənin) keçirilməsi) aiddir, həmin hüquq münasibətləri bununla bağlı qəbul olunmuş xüsusi qaydalara əsasən Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə müəyyən olunmuş inzibati orqan tərəfindən həyata keçirilir.

67. Nəzərə alınmalıdır ki, dövlət və bələdiyyə torpaqlarının alqı-satqısı və icarəsinin xüsusi qaydalarını tənzimləyən, yuxarıda istinad olunan Qaydalara əsasən keçirilən hərrac və müsabiqələri Mülki Məcəllənin 414 və 415-ci maddələri ilə tənzimlənən müqavilələrin hərracda bağlanması qaydaları ilə eyniləşdirmək olmaz.

68. Çünki mülki qanunvericiliklə tənzimlənən hərrac larda təşkilatçı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. Bu zaman ixtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. Belə hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik protokol imzalayırlar.

69. Lakin “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi” Qaydalarına əsasən Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən keçirilən müsabiqə və hərraclar hərracın qalibinin elan olunması ilə nəticələnir və bu, müəyyən olunmuş müddət ərzində torpaq mülkiyyətçisi olan bələdiyyə ilə hərracın (müsabiqənin) qalibi arasında mülki və torpaq qanunvericiliyinə uyğun olaraq müvafiq müqavilə bağlanması üçün əsas kimi çıxış edir.

70. Beləliklə, mülki qanunvericiliklə tənzimlənən hərraclarda təşkilatçı xüsusi (özəl) hüquq münasibətlərinin subyekti qismində mülki hüquqi əqd əsasında hərəkət etdiyi halda, dövlət və bələdiyyə torpaqlarının alqı-satqısı və icarəsi ilə bağlı açıq torpaq hərraclarında publik hüquq münasibətləri çərçivəsində qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir.

71. Baxılan iş üzrə iddiaçı tələbinin birinci hissəsində həmin münasibət çərçivəsində keçirilmiş müsabiqənin hüquqi nəticələrinin etibarsız hesab olunmasını tələb edir. 72. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn müb ahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı, 10 aprel 2015-ci il tarixli Qərarına görə mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi b arədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır (2, 3.1, 4 və 5.1-ci bəndlər).

73. Qərarın 6.1-ci maddəsinə əsasən torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qayda sında baxılır. 74. “İnzibati icraat haqqında” Qanunun 1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən isə bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində isə təsbit edilmişdir ki, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə gö rə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir.

75. MPM-in 261.0.1-ci maddəsinə əsasən məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir.

76. Buna baxmayaraq birinci və apellyasiya instansiyası məhkəməsi yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərini, bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə verilməsi ilə bağlı müsabiqə və hərracların nəticələrinin mübahisələndirilməsinə dair iddiaların inzibati mübahisə olduğunu nəzərə almadan işə mülki məhkəmə icraatı qaydasında baxmış və mahiyyəti üzrə qərar qəbul etmişdir.

77. Ona görə də, apelyasiya instansiyası məhkəməsinin qət naməsi Hərrac mərkəzi tərəfindən Cavabdeh1 adına verilmiş şəhadətnamənin, Cavabdeh2 adına verilmiş protokolun və şəhadətnamənin etibarsız hesab edilməsi tələblərinə aid hissədə ləğv edilməli, iş üzrə icraata həmin hissələrdə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığına görə xitam verilməlidir.

78. Məhkəmə kollegiyası, həmçinin MPM-in 262.2-ci maddəsinə əsasən izah edir ki, iddiaçı əldə etmək istədiyi hüquqi nəticələrlə bağlı inzibati qaydada və (və ya) aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə şikayət verə bilər.

79. Bununla yanaşı, Məhkəmə kollegiyası nəzərə alır ki, iddia tələbi alqı-satqı müqavilələrinin və onların əsasında verilmiş hüquq müəyyənedici sənədlərin etibarsız hesab olunması, torpaq sahəsinin boşaldılması hissələrində də əqdlərin etibarsızlığı ilə bağlı mülki qanunv ericilikdə müəyyən edilmiş əsaslarla deyil, cavabdehlərə torpaq sahələri satılarkən qanunsuzluğa yol verildiyi, torpaq sahələrinin təyinatının nəzərə alınmadığı, sahələrin ilk növbədə iddiaçıya təklif edilməli olduğu, torpaq sahələrinin satılması nəticəsində iddiaçının öz mülkiyyətində olan torpaqdan istifadəyə maneçilik yarandığı ilə əsaslandırılmışdır. Halbuki sadalanan əsaslar məhz mübahisəli torpaq sahələrinin hərraca çıxarılması zamanı nəzərə alınmalı olan və publik hüquq münasibətləri ilə tənzimlənən hallarla bağlıdır və hərracın nəticələrinin mübahisələndirilməsi zamanı inzibati icraat qaydasında mahiyyəti üzrə baxıla və qiymət verilə bilər.

80. Baxılan iş üzrə iddia tələbinin hərracın nəticələrinin etibarsız hesab edilməsi hissəsinin mülki məhkəmə icraatı qaydasında baxılmalı olmad ığına görə xitam verilməsi mövcud vəziyyətdə hərracın nəticələrinin qüvvədə olduğu anlamına gəldiyi üçün həmin hərracın nəticəsində bağlanmış alqı-satqı müqavilələrinin və onların əsasında verilmiş hüquq müəyyənedici sənədlərin iddia ərizəsində istinad olunan əsaslarla (mübahisəli torpaq sahələrinin hərraca çıxarılması zamanı nəzərə alınmalı olan və publik hüquq münasibətləri ilə tənzimlənən) etibarsız hesab edilməsi mümkün deyildir.

81. Başqa sözlə, bələdiyyə mülkiyyətində olmuş torpaq sahələrinə dair hərracın nəticələri qüvvədə olduğu müddətdə bunun nəticəsində bağlanmış alqı-satqı müqavilələrin və onun nəticələrinin etibarsız hesab olunması yalnız mülki qanunvericilikdə əqdlərin etibarlılığı ilə müəyyən edilmiş şərtlərin (subyekt tərkibi, iradə ifadəsinin sağlamlığı, forma və məzmun v ə s.) pozulması halında mümkündür. Lakin baxılan iş üzrə iddianın əsasını bu cür hüquqi faktlar təşkil etmir, iddiaçı iddia ərizəsində və məhkəmədə verdiyi izahatlarında belə halların mövcud olduğuna istinad etməmişdir.

82. Eyni zamanda, iddiaçıya izah edilməlidir ki, inzibati məhkəmə icraatı qaydasında hərracın nəticələri (şəhadətnamələr) qüvvədən salındığı halda iddiaçı artıq yeni əsasla həmin hərracın nəticələri əsasında bağlanmış mülki hüquqi əqdləri və onların əsasında verilmiş hüquq müəyyənedici sənədləri mübahisələndirə və bundan irəli gələn digər hüquqi nəticələri tələb edə bilər.

83. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, keçirilmiş müsabiqənin nəticəl ərinin, müsabiqənin qaliblərinə verilmiş şəhadətnamələrin ləğv edilməsi tələblərinə aid hissədə iş üzrə icraata mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığına görə xitam verilməlidir. Qalan hissədə iş üzrə müəyyən edilmiş hallar və sübutlar yeni qərar qəbul olunmasına imkan verdiyindən MPMin 417.1.4 və 417.2-ci maddələrinə əsasən yeni qərar qəbul edilməli və iddia həmin hissədə təmin olunmamalıdır.

84. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-458/2022 nömrəli, 11 avqust 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə icraata Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Kom itəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 5 saylı Sumqayıt torpaq müsabiqə və hərrac komissiyası tərəfindən Cavabdeh1 adına verilmiş 10 may 2018-ci il tarixli, 005248 №-li şəhadətnamənin, Cavabdeh2 adına verilmiş 07 aprel 2016-cı il tarixli şəhadətnamənin və protokolun etibarsız hesab edilməsi tələblərinə aid hissədə xitam verilsin. Abşeron rayon Saray Bələdiyyəsi ilə Cavabdeh1 arasında bağlanmış 11 iyul 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin, həmin Bələdiyyə ilə Cavabdeh2 arasında bağlanmış 13 aprel 2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, eləcə də həmin müqavilələr əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən aparılmı ş qeydiyyatların və həmin qeydiyyata əsasən verilmiş çıxarışların ləğv edilməsi, Cavabdeh2 mülkiyyəti kimi qeydiyyata alınmış 0,0242 ha torpaq sahəsində qazılmış quyunun onun hesabına doldurularaq torpağın əvvəlki vəziyyətə qaytarılması və həmin torpaq sahəsində quraşdırılmış elektrik transformatorunun Cavabdeh2 hesabına sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması tələblərinə aid hissədə iş üzrə yeni qərar qəbul edilsin, həmin hissələrdə iddia təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar