Məhkəmə qərarları › İş №2(102)-2125/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2125/2024

10.06.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2125/2024 10.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh3, Nümayəndə2 və Cavabdeh2 qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: icraata xitam, işə məhkəmədə baxılmalı deyildirsə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh3, Nümayəndə2 və Cavabdeh2 qarşı “mirasın qəbulunun müəyyən edilməsi” tələbinə dair iddia üzrə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 8 aprel 2024-cü il tarixli 2(105)-187/2024 saylı qərardadından İddiaçı tər əfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Nümayəndə1 Balakişi oğlu (16 avqust 1975-ci ildə vəfat etmişdir) və X5 (28 mart 2008-ci il tarixdə vəfat etmişdir) 22 mart 1959-cu ildə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan İddiaçı, X6 (4 noyabr 2014-cü ildə vəfat etmişdir), Nümayəndə2, Cavabdeh2, Cavabdeh3, Ağayeva (Əzizova) Həqiqət Süleyman qızı (01 fevral 2004-cü il tarixdə vəfat etmişdir) anadan olmuşlar.

2. Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli, 16 nömrəli qərarına əsasən X2 mülkiyyətinə Xaçmaz rayonunun İlxıçı kəndi ərazisindən 0,16 ha həyətyanı torpaq sahəsi verilmiş, torpaq sahəsi JN-049 B seriyalı, 30210068 kodlu torpağın mülkiyyətə verilməsin ə dair şəhadətnamə əsasında sonuncunun adına qeydə alınmışdır.

3. Xaçmaz rayonu 1 saylı notariat ofisi tərəfindən İddiaçı Xaçmaz rayonu X9 kəndi ərazisində yerləşən ümumi sahəsi 0.16 ha torpaq sahəsi və onun üzərində yerləşən 138.9 kv.m. fərdi yaşayış evinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xaçmaz rayonunun İlxıçı kəndində yerləşən mərhum anası X1 miras qalmış, JN-049B seriyalı, 30210068 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə 0,16 ha torpaq sahəsinə münasibətdə mirasın tərəfindən qəbul edilməsinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı iddia ərizəsini işin yuxarıda qeyd oluna n faktiki hallarına istinadən belə əsaslandırmışdır ki, anasının vəfatı ilə əlaqədar ondan miras qalmış Xaçmaz rayonunun İlxıçı kəndi ərazisində yerləşən 0, 16 ha həyətyanı torpaq sahəsinə vərəsəlik açılmışdır. Vərəsəlik açıldığı vaxtdan o, həmin torpaq sahəsi üzərində yerləşən evdə yaşamaqla mübahisəli torpaq sahəsinə sahiblik etməklə onu idarə etmişdir. Torpaq sahəsi üzərində olan yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. İş üzrə cavabdeh olan bacısı Cavabdeh3 vərəsəlik açılmamışdın çox əvvəl ailə qurub Rusiya Federasiyasına köçmüş və orada yaşamışdır, Xədicə analarından qalmış əmlaka iddialı deyildir. İş üzrə digər cavabdeh olan qardaşı Nümayəndə2 analarından miras qalmış başqa torpaq sahəsinə sahiblik edir və həmin torpaq sahəsində yerləşən evdə öz ailəsi ilə birlikdə yaşayır, hazırda mübahisə predmeti olan həyətyanı torpaq sahəsi ilə qardaşı Ağaverdinin heç bir əlaqəsi yoxdur, Ağaverdi anaları vəfat etməzdən əvvəl təsərrüfatdan ayrılmışdır. Həmçinin digər cavabdeh olan qardaşı Cavabdeh2 da öz ailəsi ilə birlikdə başqa ünvanda Xaçmaz şəhərində özünə məxsus evdə yaşayır, mübahisə predmeti olan həyətyanı torpaq sahəsi ilə heç bir əlaqəsi yoxdur, anaları vəfat etməzdən əvvəl təsərrüfatdan ayrılmışdır. Miras qalmış qeyd olunan mübahisəli torpaq sahəsini vərəsəlik qaydasında adına rəsmiləşdirməkdən ötrü Xaçmaz rayon 1 saylı Notariat Ofisinə müraciət etmişdir. Lakin digər birinci növbəli vərəsələr olan cavabdehlərlə aralarında miras əmlaka dair qarşılıqlı razılaşma baş tutmadığından və notarius tərəfindən vərəsəlik işinin mübahisəli xarakterli oldu ğu müəyyən edildiyindən vərəsəlik işini notariat qaydasında həll etmək mümkün olmamış, notarius tərəfindən ona bununla əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Yuxarıda qeyd etdiyi kimi mərhum anasından miras qalmış mübahisəli əmlakı qanun üzrə vərəsəlik qaydasında faktiki olaraq əmlaka sahiblik etməklə və əmlakı idarə etməklə mirası qəbul etmiş tək vərəsədir, digər birinci növbəli vərəsələr olan cavabdehlər- qardaşları və bacısı mirası hər hansı əsasla qəbul etməmişlər. O, mirası qəbul etmiş vərəsə olduğundan hesab edir ki, miras əmlak vərəsəlik qaydasında bütövlükdə onun adına rəsmiləşdirilməlidir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur.

6. Məhkəmə iclasında dindirilən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

7. Məhkəmə iclasında dindirilən cavabdeh Nümayəndə2 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iş üzrə iddiaçı onun doğma qardaşıdır. Hazırda qardaşı İddiaçı ona və digər qardaşı Siyavuş və bacısı Xədicəyə qarşı məhkəmədə iddia qaldıraraq mərhum anaları X1 miras qalmış Xaçmaz rayonunun İlxıçı kəndində yarləşən 0,16 ha torpaq sahəsini vərəsəlik qaydasında adına rəsmiləşdirmək istəyir. O, miras əmlaka dair iddialı deyildir. Lakin iddiaçı olan qardaşı İddiaçı ümumi razılıq əsasında mərhum anaları Anaxanım Ağayevadan miras qalmış Xaçmaz rayonunun İlxıçı kəndində yerləşən 0,64 ha pay torpaq sahəsi verilmişdir. Bundan başqa Zülfiqarın özünün də kəndin ərazisində 0,40 ha həyətyanı torpaq sahəsi vardır. Buna baxmayaraq Zülfiqar hazırda mübahisələndirdiyi 0,16 ha torpaq sahəsinə də iddia edir. Bu torpaq sahəsi onların ata yurdudur və həmin torpaq sahəsində mərhum qardaşı Yaqub anaları sağ ikən ev tikmişdir. İddiaçının isə bu işlərdə heç bir əməyi olmamışdır. O, digər bacısı və qardaşı iddiaçının mübahisəli torpaq sahəsində yerləşən evdə yaşamasına etirazları yoxdur və onlar iddiaçının həmin evdən çıxmasını tələb etməmişlər. O, istəyir ki, onların ata yurdu ümumi istifadədə qalsın. Ona görə də iddianın təmin olunmamasını xahiş etmişdir.

8. Mülki işə əlavə olunmuş Xaçmaz rayon X9 bələdiyyəsi tərəfindən verilmiş 03 noyabr 2020-ci il tarixli, 50 nömrəli arayışdan görünür ki, iddiaçı Ağayev X4 rayonunun İlxıçı kənd sakinidir, həqiqətən X9 bələdiyyəsinin İlxıçı kəndində JN-049B seriyalı, ******* kodli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə ə sasən anası mərhum X2 mülkiyyətinə verilmiş 0,16 ha həyətyanı torpaq sahəsində yerləşən miras qalmış evdə yaşamaqla miras qalmış əmlakları, yəni torpaq sahəsini və onun üzərindəki evi idarə edir və həmin əmlaklar onun sahibliyindədir.

9. Müllki işə əlavə olunmuş Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Niyazoba kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 04 noyabr 2020-ci il tarixli, 749 nömrəl arayışdan müəyyən olunur ki, X5 28 mart 2008-ci il tarixədək Xaçmaz rayonunun İlxıçı kəndində yaşamış və orada 28 mart 2008-ci il tarixdə vəfat etmişdir. Anaxanım Ağayevanın vərəsələri-övladları X6, Nümayəndə2, İddiaçı, Cavabdeh2, Ağayeva (Əzizova) Həqiqət Süleyman qızı və Cavabdeh3 olmuşlar. Anaxanım Ağayevanın vərəsələrindən X6 və Ağayeva (Əzizova) Həqiqət Süleyman qızı vəfat etmişlər, halhazırd a onun birinci növbəli vərəsələri olaraq digər övladları Nümayəndə2, İddiaçı, Cavabdeh2 və Cavabdeh3 qalmışlar. Nümayəndə2anın ölümündən sonra JN-049B seriyalı, ******* kodli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən mərhum X2 mülkiyyətinə verilmiş 0,16 ha həyətyanı torpaq sahəsində yerləşən miras qalmış evdə oğlu İddiaçı yaşamaqla miras qalmış evi və həmin torpaq sahəsini idarə edir.

10. Mülki işə əlavə olunmuş 26 noyabr 2020-ci il tarixli 8İ-12914 reyestr nömrəli ərizənin surətindən görünür ki, İddiaçı mərhum anası X1 miras qalmış Xaçmaz rayonunun İlxıçı kəndi ərazisində yerləşən torpaq sahəsinin vərəsəlik qaydasında adına rəsmiləşdirilməsi ilə əlaqədar Xaçmaz rayon 1 saylı Notariat Ofisinə müraciət etmişdir.

11. Mülki işə əlavə olunmuş Xaçmaz rayon 1 saylı Notariat Ofi sinin notariusunun İddiaçı ünvanladığı 26 noyabr 2020-ci il tarixli, 667 nömrəli məktubdan görünür ki, İddiaçı mərhum anası X1 miras qalmış Xaçmaz rayonunun İlxıçı kəndi ərazisində yerləşən torpaq sahəsinin vərəsəlik qaydasında adına rəsmiləşdirilməsi ilə əlaqədar Xaçmaz rayon 1 saylı Notariat Ofisinə müraciət etmişdir. Lakin vərəsəlik işinin mübahisəli xarakterli olduğu müəyyən edildiyindən notariat hərəkətinin aparılması mümkün olmamışdır. Bununla əlaqədar iddiaçıya məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir.

12. Xaçmaz Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(067)-992/2021 saylı iş üzrə 21 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim Xıdır Quliyev) iddia təmin edilmiş,mərhum X1 miras qalmış Xaçmaz rayonunun İlxıçı kəndi ərazisində yerləşən, JN-049B seriyalı, 30210068 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə 0,16 ha torpaq sahəsinə münasibətdə mirasın İddiaçı tərəfindən qəbul edildiyinin müəyyən edilməsi qət edilmişdir.

13. Məhkəmə hesab etmişdir ki, cavabdehlər Nümayəndə2, Cavabdeh2 və Cavabdeh3 mirası qanunla müəyyən edilmiş qaydada və müddətdə qəbul etməməsi qanunun tələbinə müvafiq olaraq mirası qəbul etməkdən imtina kimi qiymətləndirilməli, onların payı qanun üzrə mirası qəbul etmiş vərəsə olaraq İddiaçı payına əlavə edilməlidir.

14. Məhkəmə hesab edir ki, miras qoyan X2 28 mart 2008-ci il tarixdə vəfatından sonra ondan miras qalmış Xaçmaz rayonunun İlxıçı kəndi ərazisində yerləşən 0,16 ha həyətyanı torpaq sahəsinə münasibətdə miras əmlakı birinci növbəli vərəsələrindən İddiaçı miras əmlaka sahiblik etməklə və mirası fa ktik surətdə idarə etməklə mirası qəbul etməsi öz təsdiqini

15. Məhkəmə hesab etmişdir ki, miras qoyan X2 28 mart 2008-ci il tarixdə vəfatından sonra ondan miras qalmış Xaçmaz rayonunun İlxıçı kəndi ərazisində yerləşən 0,16 ha həyətyanı torpaq sahəsinə münasibətdə miras əmlakı birinci növbəli vərəsələrindən İddiaçı miras əmlaka sahiblik etməklə və mirası faktik surətdə idarə etməklə mirası qəbul etməsi öz təsdiqini tapdığından qəbul edilmiş həmin miras əmlak onun açıldığı gündən qanun üzrə vərəsəlik qaydasında mirası qəbul etmiş vərəsə olaraq iddiaçının mülkiyyəti hesab edilməlidir.

16. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1145, 1146, 1147.1, 1159.1.1, 124 3.1, 1243.2, 1246, 1255, 1256, 1262, 1263 və 1273-1-ci maddələrinə, Azərbaycan Respublikasının MPM-in 14.2.77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Qəbul edilmiş qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Maraqlı şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, 10 noyabr 1986-cı il tarixdə X6 ilə rəsmi nikah qeyd etdirərək ailə qurmuşdur. Miras qoyan X5 onun qayınanası olmuşdur. Qayınanası vəfat etdikdən sonra əri Yaqub Ağayev anasından miras qalmış əmlakları faktiki qəbul edərək idarə etmişdir. Bunun ən bariz sübutu Yaqub Ağayevə və ona məxsus olan əmlakların hələ də Anaxanım Ağayevadan miras qalmış torpaq sahəsində yerləşən fərdi yaşayış evində qalmasıdır. Məhz iş üzrə cavabdeh olan Anaxanım Ağayevanın digər oğlu İddiaçı onun oğlu Nümayəndə1 qarşı məhkəmədə iddia qaldıraraq guya ona miras qalmış əmlakdan onlara məxsus əmlakın çıxarılmasını tələb etmişdir. Bununla bağlı Xaçmaz Rayon Məhkəməsinin 2(067)-626/2022 saylı, xx.xx.2022ci il tarixli və Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2123/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnamələri vardır. X3 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. Ərinin vəfatından sonra ondan miras qalmış əmlakı o qəbul etmişdir və adına 13 avqust 2015-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə tərtib edilmişdir. Hal-hazırda onlara məlum olmuşdur ki, X2 vərəsələrindən olan cavabdeh İddiaçı onun mərhum əri Yaqub Ağayevin də miras əmlakı faktiki qəbul etdiyini gizlədərək Anaxanım Ağayevadan miras qalmış əmlaklarla bağlı 01 noyabr 2018-ci il tarixdə və 29 iyul 2021-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr ilə tam hissədə pay almışdır. Həmin şəhadətnamələrin mübahisələndirilməsi zamanı ona məlum olmuşdur ki, İddiaçı cavabdehlər Cavabdeh3, Nümayəndə2 və Cavabdeh2 qarşı mirasın qəbulunun müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xaçmaz rayonu, İlxıçı kəndində yerləşən mərhum anası X1 miras qalmış JN-049 B seriyalı, 30210068 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə 0,16 ha torpaq sahəsinə münasibətdə mirasın tərəfindən qəbul edilməsinin müəyyən edilməsini xahiş etmişdir. Birinci inst ansiya məhkəməsinin qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamə onun hüquqlarına toxunur. Belə ki, iddiaçı özü də iddia ərizəsində Anaxanım Ağayevanın vərəsələrindən birinin Yaqub Ağayev olmasını, onun xx.xx.2014-cü il tarixdə vəfat etməsini bildirsə də, məhkəmə bu məsələyə diqqət ayırmamış və məhkəmədə iştirakını təmin etməmişdir. Hətta məhkəmə qətnaməsində cavabdeh Nümayəndə2 da izahatında qeyd edilən torpaq sahəsində mərhum qardaşı Yaqubun anaları sağ ikən ev tikdiyini bildirmişdir. Lakin Xaçmaz Rayon Məhkəməsi tərəfindən Yaqub Ağayevin vərəsələrinin ən azından müstəqil tələb irəli sürməyən üçüncü şəxslər kimi məhkəməyə cəlb edilməsi təmin edilməmişdir. Belə ki, miras əmlaka dair vərəsəlik şəhadətnaməsinin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir, vərəsəlik şəhadət naməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Belə ki, miras əmlakın hansı üsulla qəbul edilməsindən asılı olmayaraq vərəsə tərəfindən miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin bariz şəkildə nümayiş etdirilməsi onun miras aktivini qəbul etməsinə dəlalət edir. Xaçmaz Rayon Məhkəməsi tərəfindən isə qeyd etdiyi hallar araşdırılmadan və onun iştirakı təmin olunmadan iddia tələbi təmin edilmişdir. Qeyd etdiyi hallar isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühim əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, eyni zamanda birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsidir ki, bu hal da məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır.

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Nümayəndə2 və Cavabdeh2, qəbul edilmiş qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs, onun nümayəndəsi və vəkili Vəkil1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nümayəndə1 apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

20. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 8 aprel 2024-cü il tarixli, 2(105)-187/2024 saylı qətnaməsi ilə (hakimlər İ.K.Dəmirov (sədrlik edən və məruzəçi), F.Ə.Məmmədov və L.E.Rəhimli) Maraqlı şəxs apellyasiya şikayəti qismən təmin edilmiş, hazırki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2(067)-992/2021 nömrəli qətnaməsinin ləğv edilməsi, İddiaçı cavabdehlər Cavabdeh3, Nümayəndə2 və Cavabdeh2 qarşı Xaçmaz rayonunun İlxıçı kəndində yerləşən mərhum anası X1 miras qalmış, JN049B seriyalı, 30210068 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə 0,16 ha torpaq sahəsinə münasibətdə mirasın tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi tələbi üzrə işin icraatına işə məhkəmədə baxılmalı olmadığından xitam verilməsi qərara alınmışdır.

21. Məhkəmə öz mövqeyini be lə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmiş, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibərlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilmişdir.

22. İşin araşdırılmış hallarına əsasən müəyyən edilir ki, vərəsələr miras əmlakından qanunla müəyyən edilmiş müddətdə imtina barədə notarial qaydada ərizə vermədiklərindən hər birinin pay hüququ tanınmalıdır və buna görə iddiaçı tərəfindən Xaçmaz rayonunun İlxıçı kəndində yerləşən mərhum anası X1 miras qalmış, JN-049B seriyalı, 30210068 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə 0,16 ha torpaq sahəsinə münasibətdə mirasın tərəfindən qəbul edilməsinin müəyyən edilməsi barədə iddia ərizəsi məhkəmə baxılmalı olmadığından icraata xitam veri lməlidir.

23. Belə ki, iddiaçı iddia ərizəsində mirasın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Bu cür tələb isə mirasın qəbul edilməsi müddəti ilə əlaqədar mübahisə yaradırdı. Yuxarıda qeyd edildiyi kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri qüvvədən düşmüş hesab edilmişdir.Bununla əlaqədar hazırki mübahisə üzrə işə məhkəmə qaydasında baxılmalı olması aradan qalxmışdır. Buna görə hər bir qanun üzrə birinci növbə vərəsə miras əmlakda payının vərəsələrin sayına münasibətdə müəyyən edilməsi üçün müvafiq notariat orqanına müraciət edə bilər.

24. Apellyas iya instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261 və 384.0.5-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

25. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunmasını xahiş etmişdir.

26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır. İşin obyektiv həllinə kömək etmək üçün öz səlahiyyətləri daxilində araşdırmalar aparmamışdır. Belə ki, məhkəmə tərəfindən iş üzrə araşdırma aparılmamış və yuxarıda qeyd olunan qərardad qəbul edilmişdir. Mirası qəbul etmiş vərəsə olduğundan hesab edir ki, miras əm lak vərəsəlik qaydasında bütövlükdə onun adına adına rəsmiləşdirilməli idi. Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 992/2021 saylı mülki iş üzrə 21 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, mərhum X1 miras qalmış Xaçmaz rayonunun İlxıçı kəndi ərazisində yerləşən, JN-049B seriyalı, 30210068 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə 0,16 ha torpaq sahəsinə münasibətdə mirasın İddiaçı tərəfindən qəbul edildiyinin müəyyən edilməsi qət edilmişdir. Sözügedən məhkəmə qətnaməsində mübahisə predmeti olan əmlak rəsmi qaydada onun mülkiyyətinə keçmişdir. Qeyd edir ki, iş üzrə cavabdehlərin işin bütün faktiki hallarından xəbəri olmuş və hər hansı mübahisə yaratmamışdılar. Hətta qardaşları mirasın qəbulu zamanı onun xeyrinə imtina etmələri barədə ərizə də təqdim etmişdirl ər. İş üzrə maraqlarına toxunan şəxs Maraqlı şəxs mərhum qardaşının həyat yoldaşıdır. Göstərilən halların hər birindən xəbəri olmuşdur. Lakin sonradan sözügedən məhkəmə qətnaməsindən apellyasiya şikayəti vermişdir. Məhkəmənin qeyd olunan qərardadı ilə razı deyil. Belə ki, məhkəmə öz qərardadını belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun o lmadığından qüvvədən düşmüş hesab edilmiş, Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmiş, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibərlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilmişdir. Lakin mən məhkəmənin mövqeyini düzgün hesab etmirəm. Çünki göründüyü kimi Xaçmaz Rayon Məhkəməsinin qətnaməsi 2021-ci ildə qəbul edilmişdir və qətnamə öz qanuni qüvvəsini almış və nəticədə mübahisə predmeti olan əmlak onun adına rəsmiləşdirilmişdir. Yəni, vərəs əlik münasibətləri həmin qərardan əvvəl yaranmışdır. Məhkəmə isə əsassız olaraq qeyd olunan qərara istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

28. Maddə261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə;...

29. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

30. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4- cü madd əsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

31. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

32. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

33. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qət namə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

34. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

35. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktı iddiaçı tərəfindən tam mübahisələndirildiyindən qərardad bütövlükdə yoxlanılır. Kassassiya instansiyası məhkəməsinin mövq eyi

36. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə işin araşdırılmış hallarına əsasən müəyyən edilir ki, vərəsələr miras əmlakından qanunla müəyyən edilmiş müddətdə imtina barədə notarial qaydada ərizə vermədiklərindən hər birinin pay hüququ tanınmalıdır və buna görə iddiaçı tərəfindən Xaçmaz rayonunun İlxıçı kəndində yerləşən mərhum anası X1 miras qalmış, JN-049B seriyalı, 30210068 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə 0,16 ha torpaq sahəsinə münasibətdə mirasın tərəfindən qəbul edilməsinin müəyyən edilməsi barədə iddia ərizəsi məhkəmə baxılmalı olmadığından icraata xitam verilməlidir. Belə ki, iddiaçı iddia ərizəsində mirasın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Bu cür tələb isə mirasın qəbul edilməsi müddət i ilə əlaqədar mübahisə yaradırdı. Yuxarıda qeyd edildiyi kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri qüvvədən düşmüş hesab edilmişdir.Bununla əlaqədar hazırki mübahisə üzrə işə məhkəmə qaydasında baxılmalı olması aradan qalxmışdır. Buna görə hər bir qanun üzrə birinci növbə vərəsə miras əmlakda payının vərəsələrin sayına münasibətdə müəyyən edilməsi üçün müvafiq notariat orqanına müraciət edə bilər.

37. Apellyasiya instansiyası məhkəməsi göstərilən hallara Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsini tətbiq etmişdir.

38. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin göstərilən mövqeyi ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli Qərarındakı mövqelər işin məhkəmədə baxılmalı olmaması nəticəsinə deyil, işə mahiyyəti üzrə baxılmaqla iş üzrə müəyyən edilmiş hallara müvafiq olaraq tələbin təmin və ya rədd edilməli olması nəticəsinə gəlinməsinə əsas verir.

39. Kassasiya kollegiyası göstərilənlərə baxmayaraq belə hesab edir ki, prosessual hüquq normasının düzgün tətbiq olunmaması nəticə etibarilə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnməmişdir.

40. Belə ki, iş üzrə iddia hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi (mirasın qəbulunun müəyyən edilməsi) barədədir. Mülki prosesdə həyata keçirilən icraatın iddia icraatı və xüsusi icraat adlanan iki növü vardır. MPM-in 306.1-cı maddəsin ə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, həmin icraatın qaydalarını, şərtlərini və baxılma əsaslarını tənzimləyən, qanunla müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla iddia icraatı qaydasında baxılır.

41. MPM-də xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi, o cümlədən şəxslərin qohumluq münasibətlərinin, mirasın qəbul edilmə faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi mümkün hesab olunsa da, həmin ərizələrə yalnız hüquq haqqında mübahisə olmadığı halda baxıla bilər. Siyahısı qanunda nəzərdə tutulan bu cür mübahisəsiz faktların xüsusi icraat qaydasında məhkəmə qaydasında müəyyən olunması barədə qətnamə faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməsə də MPM-in 3 11-ci maddəsinə əsasən əlavə məhkəmə qətnaməsi tələb olunmadan belə qeydəalınma üçün əsas kimi çıxış edir.

42. Bununla da qanunverici hüquq tətbiqedici orqanlar üçün müəyyən olunması çətinlik yaradan mübahisəsiz faktların daha sadə yolla məhkəmə qaydasında təsbit olunmasına şərait yaratmaqla həm maraqlı şəxslərin, həm də dövlət orqanlarının işini asanlaşdırmış olur.

43. Əgər hüquq haqqında, yəni digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması barədə mübahisə varsa MPM-in 259.0.10-cu maddəsi və 306.4-cü maddəsi hakimin üzərinə xüsusi icraat qaydasında verilmiş ərizəni baxılmamış saxlamaq vəzifəsi qoyur. Bu zaman iddiaçıya ümumi əsaslarla iddia icraatı qaydasında iddia vermək hüququ izah olunur.

44. Lakin istinad olunan maddələr iddiaçının iddia icraatı qaydasında yenidən həmin fa ktın müəyyən olunması barədə iddia qaldırmalı olduğu kimi başa düşülməməlidir.

45. Hüquq barədə mübahisə olduğu üçün xüsusi icraat qaydasında ərizə verə bilməyən, yaxud belə ərizəsi baxılmamış saxlanılmış iddiaçı iddia icraatı qaydasında birbaşa müvafiq hüququn (əldə olunması (məsələn,miras payının müəyyən olunması, hüquq müəyyənedici sənədin verilməsi) barədə tələb irəli sürməli və həmin icraat çərçivəsində iddianın əsasını təşkil edən hüquqi faktı (məsələn mirası qanunla müəyyən olunmuş müddət ərzində faktiki qəbul etdiyini) sübuta yetirməlidir.

46. Belə ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Fiziki və hüquqi şəxslər məhz özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmədə iş o halda başlanır ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etmiş olsun (MPM-in 2.1, 4.1, 5.1-ci maddələri).

47. Bu baxımdan iddia icraatı qaydasında məhkəməyə verilən istənilən iddia tələbi üzrə deyil, elə iddia tələbi üzrə məhkəmə icraatı başlana bilər ki, həmin tələb şəxsin qanunvericilikdən irəli gələn hüquqlarının və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud tə sdiqi üçün verilmiş olsun. MPM-in 149 və 153-cü maddələri iddianın müvafiq olaraq qəbuledilənliyi və yolverilənliyi şərtlərini müəyyən etməklə yanaşı, Məcəllənin 151.1-ci maddəsi nəzərdə tutur ki, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür.

48. Beləliklə, hüquq barədə mübahisə olduğu halda hər hansı hüquqi faktın müəyyən edilməsi barədə məsələyə xüsusi icraat qaydasında baxılması istisna edildiyi üçün həmin hüquqi fakt iddia icraatı qaydasında irəli sürülən tələbin əsasını təşkil edən hüquqi fakta və ya faktlardan birinə çevrilmiş olur. İddia icraatı qaydasında tələb irəli sürmüş iddiaçı isə öz tələbinin uğurlu olmasını təmin etmək üçün həmin faktın mövcud olduğunu, baş verdiyini sübuta yetirməli, həyata keçirilən icraat nəticəsində işin həmin halı müəyyən edildiyi və iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olduğu halda isə iddianın məhkəmə tərəfindən təmin olunması üçün əsasdır.

49. Əks yanaşma yuxarıda sadalanan mülki prosessual normalara uyğun olmamaqla, istənilən faktın (işin halının) müəyyən edilməsi barədə iddia icraatı qaydasında müstəqil iddia tələbinin irəli sürülməsinin mümkün olması mənasını verə bilər. Halbuki belə bir yanaşma mülki işlər üzrə məhkəmə icraatının məqsəd və vəzifələrinə ziddir.

50. Məhkəmə kollegiyası hesab edir ki, hüquq barəsində mübahisə olduğu hallarda MPM-in 307-ci maddəsində sadalanan hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barədə tələblər iddia icraatı qaydasında ayrıca iddia tələbi kimi məhkəmədə mülki işin başlanmasına əsas ola bilməz. Belə olan hallarda i ddiaçı hüquq barədə mübahisə edən tərəfə qarşı əldə etmək istədiyi hüquqi nəticənin (məsələn miras payın tanınması, vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin qoyulması, əmlakın bölünməsi, ziyanın ödənilməsi və s) əldə olunması ilə bağlı iddia irəli sürməli və iddiasının əsası kimi yuxarıda qeyd olunan hüquqi faktların mövcud olduğunu (baş verdiyini) sübuta yetirilməlidir.

51. Hüquq barəsində mübahisə olduğu halda hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə iddia icraatı qaydasında müstəqil tələbin irəli sürülməsi isə yolverilməz olduğundan məhkəmənin icraatına qəbul edilə bilməz. Qanunda başqa hal nəzərdə tutulmayıbsa, belə iddia tələblərinin icraata qəbulundan məhkəmə tərəfindən MPM-in 153.2.1-ci maddəsinə əsasən imtina edilməli, yaxud əgər icraata qəbul edilibsə, MPM-in 261. 0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir.

52. Buna baxmayaraq həm birinci instansiya məhkəməsi iddia icraatı qaydasında hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə iddia tələbinə mahiyyəti üzrə baxaraq həmin tələbin təmin olunması barədə qətnamə çıxarmışdır.

53. Məhkəmə kollegiyası bildirir ki, qeyd edilənlər üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsi tətbiq edilməklə iş üzrə icraata xitam verilməli idi.

54. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, prosessual hüquq normasının düzgün tətbiq olunmaması nəticə etibarilə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnməmişdir.

55. Məhkəmə kollegiyası kassasiya şikayətinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli Qərarının hazırki işə şamil edilməs i barədə məhkəmənin mövqeyini Xaçmaz Rayon Məhkəməsinin qətnaməsinin 2021-ci ildə qəbul edildiyi, qətnamənin öz qanuni qüvvəsini aldığı və nəticədə mübahisə predmeti olan əmlak onun adına rəsmiləşdirildiyi, yəni, vərəsəlik münasibətləri həmin qərardan əvvəl yarandığı üçün düzgün hesab etmədiyi barədə dəlilləri ilə əlaqədar qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumunun istinad edilən qərarında qərara alınmışdır ki, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin. Digər tərəfdən kassasiya kollegiyası yuxarıda qeyd edildiyi kimi apellyasiya instansiyası məhkəməsinin Konstitusiya Məhkəməsi Plenumunun göstərilən qərarına istinad edilmək lə iş üzrə icraata xitam verilməli olması barədə mövqeyi ilə razılaşmır.

56. Məhkəmə kollegiyası hesab edir ki, işə iddia icraatı qaydasında baxılmalı olmamasına görə iş üzrə icraata xitam verilməli olduğuna görə kassasiya şikayətinin digər dəlillərinə hüquqi qiymət verilməsinə zərurət yoxdur.

57. Yuxarıda qeyd edilənlərə görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normasının düzgün tətbiq olunmaması nəticə etibarilə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnmədiyinə görə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 8 aprel 2024-cü il tarixli 2(105)-187/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

58. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu madd ələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 8 aprel 2024-cü il tarixli 2(105)-187/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar