Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2128/2023 23.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ Açar sözlər: mühafizə zonası, tikilinin sökülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 qarşı qaz xəttinin mühafizə zonasında inşa edilmiş tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-174/2023 nömrəli, xx.xx.20 23-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə 23 may 2023-ci il tarixdə Ali Məhkəmənin İnzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Şəki şəhəri, N.Nərimanov prospekti, 127 saylı (yeni qaydalarla: Az5500, Şəki şəhəri, Y.Səfərov küçəsi, ev 1) yaşayış evi və 0.1736 ha həyətyanı torpaq sahəsi 20 noyabr 1987-ci il tarixli, 2/437 nömrəli qeydə alma vəsiqəsi əsasında aparılmış qeydiyyata görə 1/3 hissədə Cavabdeh1, 2/3 hissədə X4 mülkiyyətindədir. Torpaq sahəsində anbar tikilisi inşa edilmişdir.
2. İddiaçı İB-nin Zaqatala RQİİ-nin əməkdaşları tərəfindən tərtib olunmuş 05 mart 2021-ci il tarixli aktda göstərilmişdir ki, qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri tələblərinə zidd olaraq, Şəki ş əhəri, N.Nərimanov prospekti, 127 ünvanında Cavabdeh1 tərəfindən D-76 mm-lik aşağı təzyiqli yerüstü qaz xətt qaz kəmərinin mühafizə sonasında, kəmərdən 0 metr məsafədə üst hissəsi talvar (altıaçıq) olan mağaza tipli tikili inşa edilmişdir. Uzunluğu 18 metr məsafədə 76 mm-lik qaz xətti tikinti bünövrəsinin altından keçir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı İB (bundan sonra iddiaçı) cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 oğlu tərəfindən Şəki şəhəri, N.Nərimanov prospektindən keçən d-76 mm diametri olan aşağı təzyiqli yerüstü qaz kəmərinin mühafizə zonasında inşa etdikləri tikilinin, cavabdehin öz hesabına (əvəzi ödənilmədən) sökülərək mühafizə z onasından çıxarılması və ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Cavabdeh1 tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələbləri pozularaq ”Azəriqaz” X1 istismarı İdarəsinin balansında və istismarında olan Şəki şəhəri N.Nərimanov prospektindən keçən d-76 mm diametrli aşağı təzyiqli yerüstü qaz kəmərinin 18 (on səkkiz) p/m. hissəsində qaz xəttinin mühafizə zonası pozularaq üzərində tikili inşa edilmişdir. ”Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1998-ci il tarixli, 773 nömrəli Fərmanına uyğun olaraq qaz təchizatı sahəsində magistral və qaz boru kəmərlərinin, sənaye qurğularının, digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insanların həyatını, sağlamlığını və əmlakını mühafizə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları” təsdiq edilmişdir. “Qaydalar”ın 2 nömrəli əlavəsinə əsasən orta təzyiqli yeraltı qaz kəmərinin mühafizə zonası kəmərin orta oxundan hər t ərəfə 5 (beş) metr müəyyən edilmişdir. Göstərilən məsafədə hər hansı bir tikintinin inşa olunması qəti qadağandır. Kəmərin zədələnməsi və ya qaz sızmasının baş verməsi partlayışa, yanğına və digər bədbəxt hadisələrə gətirib çıxara bilər.
5. İddiaçı tərəfin təqdim etdiyi 200013/25 inventar nömrəli qaz kəmərinin pasportuna əsasən Şəki şəhəri, N.Nərimanov küçəsi ərazisində 1979-cu ildə 2323,9 pm dərinliyində polad materiallı qaz borusu quraşdırılmışdır.
6. Məhkəmənin sorğusuna əsasən təqdim edilmiş Şəki şəhər İH başçısının xx.xx.1996-cı il tarixli, 1/267 nömrəli sərəncamından çıxarışdan müəyyən olunub ki, Şəki şəhər 24-cü rayon, N.Nərimanov küçəsi, ev 127-də yaşayan Cavabdeh1 həyətyani torpaq sahəsinin Azərbaycan Respublikasında fərdi mənzil tikintisi üçün ayrılan minimum normadan az, yəni 213.8 kv.metr olduğunu nəzərə alınaraq, həyətyani torpaq sahəsinə bitişik olan boş istifadəsiz 150 kv.metr torpaq sahəsinin onun həyətyanı torpaq sahəsinə qatılaraq cəmi torpaq sahəsi 353 kv.metr olmaqla həmin torpaq sahəsində sahəsi 50 kv.metr tövlə tikintisinə icazə verilmişdir.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 06 yanvar 2022-ci il tarixli, 10/6293 saylı rəyə əsasən, Şəki şəhəri. N.Nərimanov prospektindən keçən d-76 mm diametrli aşağı təzyiqli qaz kəmərinin layihə smeta sənədlərinin təqdim edilməsi barədə vəsatət təmin edilmədiyi üçün, müqayisəli analiz aparmaqla həmin qaz kəmərinin layihə-smeta sənədlərinə uyğun çəkilməsini müəyyən etmək mümkün olmamışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində n **********12-10301 reyestr nömrəli çıxarış üzrə 1/3 hissədə Cavabdeh1 mülkiyyətində olan Şəki şəhəri, N.Nərimanov prospektində yerləşən 127 nömrəli yaşayış evinin (yeni qaydalarla: Az5500t Şəki şəhəri, N. Nərimanov küçəsi, ev 1) aşağı təzyiqli qaz kəmərinə bitişik inşa edildiyini nəzərə aldıqda, həmin fərdi evin ‘'Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının tələblərinə əsasən qaz kəmərinin mühafizə zonasında yerləşdiyi müəyyən edilir. Həmin qaydaların 3.4 bəndinin tələblərinə əsasən isə məhəllələrarası yerüstü qaz kəmərləri yaşayış və ictimai binaların xarici divar boyu çəkilə bilər. Ekspertiza xərci 100 manat təşkil etmişdir.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 22 iyul 2022-ci il tarixli, 10/2813 say lı rəydə göstərilmişdir ki, anbar tikilisi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********12-10301 reyestr nömrəli çıxarış üzrə 1/3 hissədə Cavabdeh1, 2/3 hissədə isə X4 mülkiyyətində olan Şəki şəhəri, N.Nərimanov prospekti, 127 saylı (yeni qaydalarla: Az5500, Şəki şəhəri, Y.Səfərov küçəsi, ev 1) evin yerləşdiyi 0.1736 ha torpaq sahəsində inşa edilmişdir. Həmin tikili cavabdehlərin mülkiyyətində olan 0.1736 ha torpaq sahəsinin hüdudları daxilində tikilmişdir. Bu barədə ƏMDK tərəfindən texniki pasport tərtib edilmiş və həmin texniki pasportda həmin tikili “K” tikilisi kimi qeydə alınmışdır.
9. Sözügedən anbar tikilisinin qaz kəmərindən 0.30 metr aralı məsafədə yerləşdiyini nəzərə alaraq, anbar tikilisinin “Qaz təchizatında mühafizə zonaları və təhlükəsi zlik tədbirləri Qaydalarının tələblərinə əsasən qaz kəmərinin mühafizə zonasında yerləşdiyi müəyyən edilir. Həmin qaydaların 3.4 bəndinin tələblərinə əsasən isə məhəllələrarası (həyətlərarası) yerüstü qaz kəmərləri yaşayış və ictimai binaların xarici divar boyu çəkilə bilər. Bundan əlavə qeyd olunur ki, mübahisəli anbar tikilisinin divarı 1962-ci ildə inşa edilmişdir.
10. Şəki Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e2(075)-85/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim Cahid İmanov) iddia tələbi rədd edilmişdir.
11. Məhkəmə müəyyən etmişdir ki, iddiaçıya məxsus anbar tikilisi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********12-10301 reyestr nömrəli çıxarış üzrə 1/3 hissədə Cavabdeh1, 2/3 hissədə isə X4 mülkiyyəti ndə olan Şəki şəhəri, N.Nərimanov prospekti, 127 saylı (yeni qaydalarla: Az5500, Şəki şəhəri, Y.Səfərov küçəsi, ev 1) evin yerləşdiyi 0.1736 ha torpaq sahəsində inşa edilmişdir. Həmin tikili cavabdehlərin mülkiyyətində olan 0.1736 ha torpaq sahəsinin hüdudları daxilində tikilmişdir. Bu barədə ƏMDK tərəfindən texniki pasport tərtib edilmiş və texniki pasportda həmin tikili “K” tikilisi kimi qeydə alınmışdır. Sözügedən anbar tikilisinin qaz kəmərindən 0.30 metr aralı məsafədə yerləşdiyini nəzərə alaraq, anbar tikilisinin “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələblərinə əsasən qaz kəmərinin mühafizə zonasında yerləşdiyi müəyyən edilir. Həmin Qaydaların 3.4-cü bəndinin tələblərinə əsasən isə məhəllələrarası (həyətlərarası) yerüstü qaz kəmərləri yaşayış və ictimai binaların xarici divar boyu çəkilə bilər. Bundan əlavə, mübahisəli anbar tikilisinin divarı 1962-ci ildə inşa edilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən sökülməsi tələb edilən tikili cavabdehin adına qeydiyyata alınmış torpaq sahəsində inşa edilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən mübahisələndirilən tikili qanunsuz tikili deyildir.
12. Məhkəmə hesab etmişdir ki, mülkiyyət hüququ əsasında cavabdehin mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş tikili üzərində onun hüquqları Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə əsasən Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi çərçivəsində “mülkiyyət” hüququ kimi qorunmalıdır.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13.1,33 Mülki Məcəllənin 17.1,152.1,157.8,158.4,180.2,180.4-cü maddələrinə, Torpaq Məcəllənin 111-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, sözügedən qaz kəməri iş materiallarına əlavə edilmiş sənədlərdən də göründüyü kimi 1979-cu ildə inşa edilmişdir. Cavabdeh tərəfindən inşa olunmuş tikili qaz kəmərinin mühafizə zonasında yerləşdiyindən kəmərin zədələnməsi, qaz sızmasının baş verməsi partlayışa, yanğına və insan tələfatı ilə nəticələnə bilən digər bədbəxt hadisələrə səbəb ola bilər. Həmçinin qaz kəmərinin istismarının mütəmadi olaraq nəzarətdə saxlanm asına, profilaktik işlərin və zərurət yarandıqda təmir-bərpa işlərinin aparılmasına maneçilik törədir. Cavabdeh tərəfindən inşa olunmuş tikililər qaz kəmərinin mühafizə zonasında yerləşdiyindən qanunsuz tikilidir və daim təhlükə mənbəyidir.Qaz xəttinin zədələnməsi və ya qaz sızmasının baş verməsi partlayışa, yanğına və digər ağır nəticəli bədbəxt hadisələrə səbəb ola bilər. Məhkəmə Ekspetiza Mərkəzindən daxil olmuş 10/2813 saylı rəydə də tikili (anbar) ilə mübahisəli qaz kəməri arasında olan məsafə 0.3 m-likdə yerləşdiyindən cavabdehə məxsus mağazanın qaz xəttinin mühafizə zonasında yerləşdiyi müəyyən edilərək həmin tikintiyə icazə verilərkən qaz təchizatı müəssisəsinin razılığının olması qeyri müəyyəndir.
16. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya inst ansiya məhkəməsi) 2(107)-174/23 nömrəli, 17 yanvar 2023-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ələddin Məcidov (sədrlik edən və məruzəçi), Elçin Mehdiyev və Mahir Əsədli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində irəli sürdüyü dəlillərə münasibət bildirərək qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur. Belə ki, işin hallarından da göründüyü kimi iddiaçı tərəfindən mübahisələndirilən tikili qanunsuz tikili deyildir.
18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13.1, 33-cü, Mülki Məcəllənin 17.1, 152.1, 157.8, 158.4, 180.2, 180.4-cü maddələrinə, Torpaq Məcəllənin 111-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qaz xəttinin təhlükəsiz istismarı marağı ilə yanaşı, çoxsaylı vətəndaşların təhlükəsizliyinin təmin olunması marağından da çıxış edir. Bu cür ümumi maraqla cavabdehin mülkiyyət hüququ kimi “xüsusi marağın” rəqabətində ümumi marağa üstünlük verilməsi üçün əsaslar vardır. Çünki qeyd edildiyi kimi mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir. Əgər həmin tikili qaz kəmərinin mühafizə zon asınından kənarda tikilsəydi bu halda həmin tikilinin sökülməsi barədə iddia irəli sürülməsinə ehtiyac olmazdı. Buna baxmayaraq apelyasiya instansiyası məhkəməsi mübahisəyə yalnız mülkiyyət hüququ prizmasından yanaşmış, mübahisəli tikilinin qaz kəmərinin üzərində (mühafizə zonasında) inşa edilməsinə və həmin tikilinin Qaz İstismar İdarəsinin qaz kəmərindən təhlükəsiz istismarına maneə yaratmasına, orada və ətrafda yaşayan insanların həyatlarının təhlükəsizliyinə təhkükə yaratmasına əhəmiyyət verməmişdir.
21. Məhkəmə kollegiyası tərəfindən anbar tikilisinin 1962-ci ildə tikilməsi qənaətinə hansı sübutlar əsasında gəlindiyi qəbul edilmiş qətnamədə əsaslandırılmamışdır. Yalnız ekspert rəyində bu barədə qeyd vardır. Ekspert qarşısında isə belə bir sual qoyulmamışdır. Ekspert cavabdehin məlumat ı əsasında bunu qeyd etmişdir. Bu tikilinin həqiqətən 1962-ci ildə tikilməsi ilə bağlı ətraflı araşdırma aparmamışdır. Bu tikilinin həqiqətən qaz xəttindən öncə çəkilib çəkilməməsi barədə aidiyyəti qurumlara sorğu ünvanlamamışdır. Bundan əlavə kassator hesab etmişdir ki, torpaq sahəsinin çıxarışının olmasının və texniki pasportda anbar tikilisinin “K” şərti işarəsi ilə işarələnməsi həmin tikiliyə mülkiyyət hüququnun tanınması kimi qəbul edilə bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Cavabdeh1 kassasiya şikayətinə qarşı etiraz verərək, Şəki Apellyasiya Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli 2(107)174/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
23. Maddə 13, İ hissə. Azərbaycan Res publikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
24. Maddə 33, İ hissə. Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
25. Maddə 17.1. Bütün dövlət hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları, fiziki və hüquqi şəxslər mülki hüquqlara hörmət bəsləməyə və onların müdafiəsinə kömək göstərməyə borcludurlar..
26. Maddə
18. Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir.
27. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qo runan hüququdur.
28. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
29. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir..
30. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
31. MAddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
32. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.
33. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. “Qaz təchizatı haqqında” Qanun
34. Maddə 19.2. Mühafizə zonası dairəsində tikinti iş ləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri müvafiq qaz qurğusuna xüsusi icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 217.1. Məhkəmən in qətnaməsi qanuni və əsaslı olmalıdır.
39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsi ndə nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
43. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
45. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
47. Belə ki, tərəflər arasında olan mübahisə qaz boru xəttinin mühafizə zonasında inşa edilmiş tikilinin sökülməsi üzrə yaranmışdır.
48. İstənilən işə baxılması zamanı məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını, daha sonra cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
49. İddiaçının verilmiş tələblə bağlı subyektiv hüququ ilə əlaqədar qeyd olunmalıdır ki, Mülki Məcəllənin 180.4-cü maddəsində tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozm aqla tikilmiş bina və qurğuların müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur.
50. Nəzərə alınmalıdır ki, «Qaz təchizatı haqqında» Qanunun 19-cu maddəsinə əsasən, sənaye qurğularını, digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insanların həyatını, sağlamlığını və əmlakını müdafiə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanı mühafizə zonası və tədbirləri ilə bağlı qaydalar tətbiq edə bilər.
51. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyul 1999-cu il tarixli, 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbi rləri Qaydaları”nın 1.1-ci bəndində göstərilmişdir ki, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununa, digər qanunvericilik aktlarına, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli Fərmanına uyğun olaraq, qaz təchizatı sahəsində magistral və xarici qaz boru kəmərlərinin, sənaye qurğularının, digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insan həyatı və ya sağlamlığını, ətraf mühiti və dövlətin əmlak maraqlarını mühafizə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədi ilə qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydalarını müəyyən edir.
52. Həmin Qaydaların 2.7-c i bəndində deyilir ki, boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir.
53. Göründüyü kimi mühafizə zonalarının müəyyən olunmasında qanunvericinin məqsədlərindən biri qaz kəmərlərinin istismarına normal şərait yaratmaq, zədələnmə hallarının qarşısını almaqdan ibarətdir.
54. Lakin işə baxmış məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, iddiaçıya məxsus anbar tikilisi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********12-10301 reyestr nömrəli çıxarış üzrə 1/3 hissədə Cavabdeh1, 2/3 hissədə isə X4 mülkiyyətində olan Şəki şəhəri, N.Nərimanov prospekti, 127 saylı (yeni qaydalarla: Az5500, Şəki şəhəri, Y.Səfərov küçəsi, ev 1) evin yerləşdiyi 0.1736 ha torpaq sahəsində inşa edilmişdir. Həmin tikili cavabdehlərin mülkiyyətində olan 0.1736 ha torpaq sahəsinin hüdudları daxilində tikilmişdir. Anbar tikilisinin divarı 1962-ci ildə inşa edilmişdir. Həmin ərazidən keçən 200013/25 inventar nömrəli qaz kəməri isə 1979-cu ildə quraşdırılmışdır. İddiaçı tərəfindən mübahisələndirilən tikili qanunsuz tikili deyildir.
55. Məhkəmə kollegiyası hazırki mübahisə mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı olduğuna görə mülkiyyət hüququnun məzmununa, habelə mülkiyyət hüququnun ümumi və xüsusi məhdudiyyətlərinin hədlərinin müəyyən olunması üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, habelə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Qərarlarında olan hüquqi mövqelərə diqqət yetirilməsini zəruri hesab edir.
56. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir və şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o, mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir. (Konstitusiya Mə hkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarı).
57. Həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion h üququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məh dudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarı).
58. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də bu məsələyə dair oxşar hüquqi mövqelər ifadə etmişdir. Məhkəmə mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Konvensiya baxımından qanunçuluq tələ bi dövlətdaxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşması deməkdir. (“Kuşoğlu Bolqarıstana qarşı” iş üzrə 2007-ci il 10 may tarixli Qərar).
59. Göründüyü kimi cavabdeh torpaq sahəsinə və orada yerləşən anbar tikilisinə mülkiyyət hüquqlarını həyata keçirdiyindən, hazırki işdə bu mülkiyyət hüququna müdaxilə üçün qanunda nəzərdə tutulan şərtlər mövcud olmadığından, iddia tələbi təmin oluna bilməz.
60. Kassatorun məhkəmə tərəfindən anbar tikilisinin 1962-ci maddəsində inşa edilməsi barədə gəlinən nəticənin əsaslandırılmaması, həmin faktın araşdırılmaması barədə dəlili işin hallarının araşdırılması ilə bağlıdır və bu dəlillər kassasiya araşdırmasının predmeti deyildir.
61. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəmə si tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
62. Kassasiya şikayətinin digər dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
63. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. 2(107)-174/2023 nömrəli,