Məhkəmə qərarları › İş №2(102)-2129/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2129/2025

02.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2129/2025 02.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh Yusifovnaya qarşı (X4 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinə dair alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, sübutetmə vəzifəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh Yusifovnaya qarşı (X4 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “alğı-sat qı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-145/2025 nömrəli, 4 mart 2025-ci il tarixli qətnaməsindən İddiaçı (vəkil Nümayəndə) tərəfindən verilmiş kassasiya şikayətinə 2 sentyabr 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Göygöl rayon Dövlət Arxivinin xx.xx.2012-ci il tarixli arayışına əsasən, Xanlar rayon XDS İcraiyyə Komitəsinin 25 fevral 1991-ci il tarixli 02 saylı qərarı əsasında Cavabdeh Yusif qızına fərdi yaşayış evi tikintisi üçün sahələrin 10 və 11-0ci məhəlləsindən 0,06 ha həyətyanı torpaq sahəsi verildiyi göstərilmişdir.

2. Namiq Bayramov, Eyvaz Məmmədov, Zirəddin Qurbanov, Rəşid Həsənov və Cavabdeh tərəfindən t ərtib edilmiş xx.xx.1992-ci il tarixli aktdan görünür ki, Cavabdeh öz adına olan 6 sot yaşayış sahəsi tikmək üçün ayrılmış torpaq sahəsini qonşusu İddiaçı 100 ABŞ dollarına satmış və torpağın sənədini yaxın bir neçə gün ərzində verəcəyinə söz vermişdir.

3. Torpağa mülkiyyətə verilməsinə dair JN-1101A, kod 50801004 saylı Şəhadətnaməyə əsasən, Xanlar rayon Aqrar İslahat Komissiyasının 7 fevral 2003-cü il tarixli 01 saylı qərarı ilə Xanlar şəhərində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsi Cavabdeh Yusifovnanın mülkiyyətindədir.

4. Azərbaycan Respubıikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsinin xx.xx.2012-ci il tarixli 141 nömrəli məktubundan görünür ki, Göygöl şəhəri ərazisində JN 1101A saylı Torpağa mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə Cavabdeh Yusifovnanın ad ına 0,06 ha həyətyanı torpaq sahəsi vardır.

5. DTXK-nin Göygöl rayon şöbəsinin xx.xx.2013-cü il tarixli 56 nömrəli məktubundan görünür ki, Cavabdeh Yusifovnanın mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin yerləşdiyi ünvan ünvan 1r.

6. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı Çıxarışa əsasən, ünvan 2 ünvanda 0,05 ha torpaq sahəsi, İddiaçı adına xx.xx.2013-cü il tarixdə qeydə alınmışdır.

7. A236735 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, ünvan 2 ünvanda 0,05 ha torpaq sahəsi Göygöl rayon Dövlət Notariat Kontorunun xx.xx.2018-ci il tarixli, 4Ə-77 nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən X2 xüsusi mülkiyyətinə verilmişdir.

8. Daşınmaz Əmlakın Dövlət Reye stri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı Çıxarışa əsasən, ünvan 2 ünvanda 0,05 ha torpaq sahəsi, X2 adına xx.xx.2018-ci il tarixdə qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

9. İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh Yusifovnaya (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdehin arasında Göygöl şəhəri 0,06 ha torpaq sahəsində yerləşən və torpağın mülkiyyətə verilməsinə dair 1101A nömrəli şəhadətnamə ilə müəyyən edilən 0,06 ha torpaq sahəsinə dair alğı-satqı müqaviləsinin bağlanmış hesab edilib həmin torpaq sahəsinin onun mülkiyyətinə verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

10. İddia tə ləbi onunla əsaslandırılmışdır ki, Göygöl şəhərinin 10-11-ci məhəlləsində yerləşən 0,06 ha torpaq sahəsi Xanlar (indiki Göygöl) rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 02 saylı qərarına əsasən fərdi ev tikintisi üçün cavabdehə verilmiş və Anna Kaloyeva həmin torpaq sahəsinə torpağın mülkiyyətə verilməsinə dair JN-1101A №li şəhadətnamə almışdır. Sonralar cavabdeh həmin torpaq sahəsində ev tikdirməkdən imtina etdiyi torpağa alıcı axtarmışdır. Torpağı cavabdehdən o, xx.xx.1992-ci il tarixdə 100 ABŞ dollarına müvafiq akt əsasında almışdır. Həmin vaxtdan torpaq sahəsi onun sahibliyindədir. Orada əkilən ağacların hamısını o, əkmişdir. Ağaclar çoxdan böyümüşdür və bar verir, yəni torpaq sahəsi onun faktiki sahibliyində olan bağa çevrilmişdir. Akt formasında alğı-satqı müqaviləsi b ağlayarkən cavabdeh torpağa şəhadətnamə almamışdı. Belə razılaşmışlar ki, Anna Kaloyeva, şəhadətnamə alandan sonra alğı-satqı müqaviləsinin notariatda rəsmiləşdirəcəkmişlər. Cavabdehin adına torpağın mülkiyyətə verilməsinə dair JN-1101A №-li şəhadətnamə yazılmasına baxmayaraq sonralar Anna Kaloyevanı tapmamışdır. Evində başqa şəxslər yaşamışlar. Ona bildirmişlər ki, Anna Kaloyeva, evini satıb həmişəlik olaraq Rusiyaya köçmüşdür. O, buna inanmayaraq Anna Kaloyevanın qayıtmasını gözləmiş, lakin Anna Kaloyeva qayıtmamışdır. Buna görə də, alğı-satqı rəsmiləşdirilməmiş qalmışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Müqavilə bağlanan zaman qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 43-cü maddəsinin 2-ci hissəsinə əsasən tərəflərdən biri notariatda təs diq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş şəxsin tələbi üzrə onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda, əqdin notariat tərtibatı tələb olunmur. İddianın əsaslı olması müvafiq sənədlərlə və şahid ifadələri ilə, eləcə də torpaq sahəsinin 1992-ci ildən onun sahibliyində olması faktı ilə sübut oluna bilər.

11. Məhkəmədə şahidlər X10, X7, X3 və X8 ifadələrində göstərmişlər ki, onlar iddiaçının sahibliyində olan və Cavabdeh adına olan torpaq sahəsinin qonşuluğunda torpaq sahələri alıb ev tikmişlər. Tərəflər arasında torpağa dair alğı-satqı təxminən 20 il bundan əvvəl onların yanında baş vermiş, alğı-satqıdan bir müddət sonra Cavabdeh görməmişlər. Eşit diklərinə görə sonuncu Göygöl rayonunu elə o zamandan tərk etmişdir.

12. Göygöl Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(066)-97/2013 nömrəli, 12 aprel 2013-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçı ilə cavabdehin arasında torpağın mülkiyyətə verilməsinə dair 1101A nömrəli şəhadətnamədə qeyd edilən və ünvan 2 ünvanda yerləşən 0,06 ha torpaq sahəsinə dair alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və həmin torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun tanınması qət edilmişdir.

13. Birinci instansiya məhkəməsinin 16 aprel 2013-cü il tarixli qərardadı ilə 12 aprel 2013-cü il tarixli qətnamədə yol verilmiş yanlışlıq düzəldilərək 0,06 ha torpaq sahəsinin 0,05 ha kimi oxunması qərara alınmışdır.

14. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibar ət olmuşdur ki, mübahisəli torpaq sahəsinin alğı-satqı müqaviləsi əsasında iddiaçının sahibliyinə keçməsi müəyyən edilmişdir.

15. Məhkəmə hesab etmişdir ki, torpaq sahəsinin alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi maddi hüquq normalarına uyğundur.

16. Birinci instansiya məhkəməsi öz mövqeyini müqavilə bağlanan zaman qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

17. Qətnamədən narazı qalan cavabdehin nümayəndəsi və vəkili X5 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

18. Göygöl Rayon Məhkəməsinin 2(066)-97/2013 nömrəli, 10 may 2024-cü il tarixli qərardadı ilə cavabdehin nümayəndəsi və vəkili Sabir Ağakişiyevin apellyasiya şikayəti vermək üçün prosessual müddətin bərpası barədə ərizəsi təmin edilərək, birinci instansiya məhkəməsinin 12 aprel 2013-cü il tarixli qətnaməsindən cavabdehin apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin torpaq sahəsi cavabdehə keçmiş Xanlar rayon X14 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 05 saylı qərarı əsasında fərdi yaşayış evi tikintisi üçün verilmişdir. Göygöl rayon Aqrar islahat Komissiyasının xx.xx.2003-cü il tarixli 01 saylı qərarı ilə torpaq sahəsi cavabdehin mülkiyyətinə verilmiş və bu barədə ona torpağın mülkiyyətə verilməsinə dair JN-1101A saylı şəhadətnamə verilmişdir. Maddi imkanı olmadığından cavabdeh torpaq sahəsində heç bir iş apara bilməmiş və 1993-cü ildə Rusiya Federasiyasına köçmüşdür. Rusiya Federasiyasına köçənə kimi cavabdeh ünvan 4 ünvanda yaşamışdır. Cavabdehə məlum olmuşdur ki, torpaq sahəsi məhkəmənin qətnaməsi əsasında başqa şəxsin adına rəsmiləşdirilmişdir. Cavabdeh iddiaçını tanımır və onunla hec bir yerdə, hec bir zaman alğı-satqı müqaviləsi bağlamamış və onun qarşısında hec bir zaman öhdəlik götürməmişdir. Bunlara baxmayaraq qəbul edilmiş qətnamədə göstərilmişdir ki, guya 12 dekabır 1992-ci il tarixdə alğı-satqı müqaviləsinin bağlanması ilə bağlı akt imzalanmışdır. 12 dekabr 1992-ci il tarixli aktı məhkəməyə sübut kimi təqdim etmək saxtakarlığın əyani sübutudur. Həmçinin qətnamədə şahid ifa dələri göstərilmişdir. Cavabdeh adları çəkilən şahidlərin heç birini tanımır və heç bir yerdə görməmişdir. Odur ki, şahidlər obyektiv dindirilərsə, həmçinin 12 dekabr 1992-ci il tarixli aktdakı imzalar araşdırılarsa müəyyən olunar ki, mülkiyyətində olan torpaq sahəsi saxtakarlıq yolu ilə iddiaçının mülkiyyətinə keçirilmişdir. İddia ərizəsində və qətnamədə cavabdehin alğı-satqının etməyə notarial qaydada bağlanmasından boyun qaçırılması ilə bağlı hər hansı sübut göstərilməmişdir. Əksinə iddia ərizəsində, iddiaçının və şahidlərin ifadələrində cavabdehlə əlaqə saxlanıla bilməməsi, cavabdehin ünvanda yaşamaması, köçüb başqa ölkəyə getməsi göstərilmişdir. Yəni alğı-satqının baş verməsi üçün cavabdehin notariat ofisinə getməkdən yayınması mütləq sübutlarla təsdiq olunmalıdır. Həmçinin işə baxan məhkəmə əqdin qanuna zidd olub-olmadığını müəyyən etməmişdir. Yəni məhkəmə cavabdehin iştirakı olmadan işə baxmış, həmin əqdin tərtib edilməsinin həqiqətəndə 1992-ci il tarixdə bağlanıbbağlanmamasını və orda imzanın cavabdehə məxsus olub-olmamasını müəyyən etməmişdir. Ancaq məhkəmə işə baxarkən cavabdehin iştirakı olmadığına görə əqdin mötəbərliyini yoxlamalıydı. Əgər yoxlaya bilmirdirsə onda iddianı təmin etməməliydi. Məhkəmə qətnamədə göstərilmiş mexaniki səhvi yenidən qərardad qəbul etməklə düzəltməkdə böyük prosessual pozuntuya yol vermişdir. Belə ki, qətnamədə 0,06 ha torpaq sahəsi düzgün göstərilmişdir. İddia ərizəsinə və alğı-satqı barədə tərtib olunmuş aktda torpaq sahəsi 0,06 ha göstərilmişdir. Həmçinin iddiaçı və şahidlərin ifadələrində də 0,06 ha torpaq sahəsinin olması göstəril mişdir. Mülki iş materiallarına nəzər saldıqda müəyyən olunur ki, qətnamə qəbul olunana qədər 0,05 ha torpaq sahəsi ilə bağlı hər hansı müzakirə olmamış, 0,05 ha torpaq sahəsi ilə bağlı hər hansı müzakirə edilməmişdir. Prosessual pozuntuya yol verilmişdir. İşə baxan məhkəmə əqdin qanuna zidd olubolmadığını müəyyən etməmişdir. Yəni məhkəmə cavabdehin iştirakı olmadan işə baxmış, həmin əqdin tərtib edilməsinin həqiqətəndə 1992-ci il tarixdə bağlanıb bağlanmamasını və orda imzanın cavabdehə məxsus olub-olmamasını müəyyən etməmişdir. Məhkəmə şahidləri dindirmiş, lakin alğı-satqı aktındakı imzanın Cavabdeh məxsus olmasını, həmcinin həmin aktın 1992-ci il tarixdə tərtib olunub olunmamasını aydınlaşdırmamışdır.

20. Məhkəmə kollegiyası tərəfindən X4 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi və vəkili Əfqan Zeynalov vəsatət verərək iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilməsini və xx.xx.1992-ci il tarixli aktda olan imzanın Cavabdeh aid olub-olmamasının yoxlanılmasını xahiş etmişlər.

22. Məhkəmə kollegiyası tərəfindən iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 4/31 saylı ekspert rəyinin tədqiqatın nəticə hissəsindən görünür ki, birinci sual üzrə ekspertə təqdim edilmiş, mülki işin 7-ci vərəqində olan 1992-ci ilin 4 sentyabr tarixli aktın arxa tərəfində “5.Cavabdeh” yazıları qarşısındakı imza – Cavabdeh Yusifovna tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. İkinci sual üzrə ekspertə təqdim edilmiş, mülki işin 7-ci vərəqində olan 1992-ci ilin 4 sentyabr tarixli aktın arxa tərəfində “5.Cavabdeh” yazıları qarşısındakı imzada – qəsdən dəyişdirilmiş xətlə icra olunmasını xarakterizə edən əlamətlər müşahidə olunmamışdır.

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X6 apellyasiya şikayətini müdafiə edərək şikayətin dəlillərinə uyğun məzmunlu izahat vermiş, həmçinin əlavə olaraq göstərmişdir ki, birinci instansiya məhkəməsinin xx.xx.2013cü il tarixli qətnamənin qəbul edilməsinə əsas olmuş xx.xx.1992-ci il tarixli aktdakı, cavabdehin imza qrafasının qarşısındakı imza Anna Koliyevnaya aid deyildir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2006-cı il tarixli, alğı-satqı müqavilələsi üzrə qərarında göstərilmişdir ki, 2000-ci il tarixə qədər olan mülki işlərə 2000-ci il tarixə qədər qüvvədə olmuş Mülki Məcəllə tətbiq edilir. Həmin Mülki Məcəllənin 73-cü maddəsində göstərilmişdir ki, iddiaçı alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi üçün 3 il müddətinə məhkəmədə iddia qaldıra bilər. Əgər iddiaçı iddia müddətini ötürmüşdürsə, iddia tələbi rədd edilməlidir. Bundan başqa, köhnə Mülki Məcəllənin 82-ci maddəsində göstərilmişdir ki, iddia qaldırana qədər iddia müddəti ötürülmüşdürsə, iddianın rədd edilməsi üçün əsasdır. Həmin köhnə Mülki Məcəllənin 77-ci maddəsində göstərilmişdir ki, iddia müddətinin ötürülməsi tərəflərin bildirməsindən aslı olmayaraq məhkəmə tərəfindən rədd edilir. Hal-hazırda iddia tələbindən görünür ki, guya iddiaçı cavabdehlə 1992-ci ildə alıq-satqı müqaviləsini bağlamışdır. Əgər iddiaçının saxta əqdini əsas götürsək, iddiaçı 1995-ci il tarixə qədər məhkəmədə iddia qaldırmalıydı. Göründüyü kimi, iddiaçı iddianı 20 ildən sonra qaldırmışdır. Mülki iş üzrə Cavabdeh əgər torpaq sahəsini satmışdırsa onda nəyə görə həmin torpaq sahəsinə görə bələdiyyəyə torpaq vergisi ödəmişdir. Apellyasiya şikayətinə əlavə edilmiş Cavabdeh tərəfindən Göygöl rayon Bələdiyyəsinin hesabına ödənilmiş 18 fevral 2009-cu il tarixli ödəniş qəbzi bunun sübutudur. İddiaçı torpaq sahəsini həqiqətən də 1992-ci ildən almışdırsa, hansı səbəbdən hal-hazırkı, dövrə qədər torpaq sahəsində özünə məxsus hər hansısa bir iş görməmişdir. Alğı-satqı aktı guya xx.xx.1992-ci il tarixdə tərtib edilib. Həmin aktda göstərilib ki, 0,06 ha torpaq sahəsi guya iddiaçıya satılıb. 1992-ci ildə sözü gedən torpaq sahəsi xüsusi mülkiyyətdə olmamışdır. Torpaq sahəsi xx.xx.2003-cü il tarixdə Cavabdeh xüsusi mülkiyyətinə verilmişdir. Belə olan halda sual yaranır xüsusi mülkiyyədə olmayan torpaq sahəsinin alğı-satqısı necə baş tutumuşdur? Birinci instansiya məhkəməsi xx.xx.2013-cü il tarixli qətnaməni qəbul edərkən, cavabdehin adına olan 0,06 ha torpaq sahəsinə dair alğısatqı müqaviləsinin bağlanması qət edilmişdir. İddia ərizəsində iddiaçı bildirmişdir ki, o, 0,06 ha torpaq sahəsinə alğı-satqı etmişdir. Həmin dövrdə fəaliyyət göstərən DƏDRXapellyasiya şikayəti vermiş və şikayətində Cavabdeh adına 0,05 ha torpaq sahəsi olması göstərilmişdir. Bundan sonra məhkəmə yalnışlığı qərardadı qəbul edərək, 0,06 ha torpaq sahəsini yox 0,05 ha torpaq sahəsinin alğı-satqısı edilməsi barədə qərardad qəbul etmişdir. Buradan sual yaranır ki, iddia ərizəsində 0,06 ha torpaq sahəsi göstərilməsinə baxmayaraq məhkəmə hansı dəqiqləşdirmə və yaxud iddia ərizəsinə əsas tutaraq səhvliyin aradan qaldırılması barədə qərardad qəbul etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, cavabdeh 1992-ci ildən Azərbaycandan getmişdir. Arada gəlib-getməsi ilə bağlı məlumatı yoxdur.

24. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə qarşı etiraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, rəylə razı deyillər.1992- ci ilin imzası ilə uyğun olmadığı vizual baxılan zamanda görünür. Torpaqlar 1995-2000-ci illərdə İslahata düşüb. Ancaq Azərbaycan Respublikası vətəndaşlarına verilirdi. Anna isə Rusiya Federasiyası vətəndaşı olmuşdur.

25. Məhkəmə kollegiyasının iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 apellyasiya şikayətinə qarşı etiraz edərək izahatında bildirmişdir ki, iddiaçı onun bacısıdır. Torpaq sahəsini iddiaçıdan qanuni əsaslarla satın almışdır. Həmin vaxt bacısı İddiaçı mülkiyyət sənədi olmuşdur.

26. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-145/2025 nömrəli, 4 mart 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Mustafa Mustafayev (sədrlik edən və məruzəçi), Rəhman Muradov və Fik rət Mehtiyev) apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilərək, iddia tələbinin rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət olunmuşdur.

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdirdir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edilərkən cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, məhkəmə bildirişlərinin və həmçinin həmin qətnamənin surətinin ona təqdim edilməsi barədə iş materiallarında heç bir sübut mövcud deyildir. Cavabdehin həmin qətnamənin mövcüdluğundan 21 noyabr 2023-cü il tarixdə xəbəri olmuşdur. Cavabdeh qətnamənin surətini Göygöl Rayon Məhkəməsindən 28 noyabr 2023-cü il tarixdə r əsmi şəkildə qəbul etmiş və həmin qətnamədən apellyasiya şikayəti ilə müraciət etmiş, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək qeyd etmişdir ki, cavabdeh göstərmişdir ki, o, heç bir alğı-satqı prosesində iştirak etməmişdir. Həmçinin, alğı-satqı müqaviləsindəki imzanın ona məxsus olmadığını qeyd etmişdir. Məhkəmə kollegiyasının qərardadına əsasən iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmiş və əldə edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 4/31 saylı ekspert rəyinin tədqiqatın nəticə hissəsi ilə müəyyən edilmişdir ki, birinci sual üzrə ekspertə təqdim edilmiş, mülki işin 7-ci vərəqində olan 1992-ci ilin 4 sentyabr tarixli aktın arxa tərəfində “5.Cavabdeh” yazıları qarşısındakı imza – Cavabdeh Yusifovna tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. İkinci sual üzrə ekspertə təqdim edilmiş, mülki işin 7-ci vərəqində olan 1992-ci ilin 4 sentyabr tarixli aktın arxa tərəfində “5.Cavabdeh” yazıları qarşısındakı imzada – qəsdən dəyişdirilmiş xətlə icra olunmasını xarakterizə edən əlamətlər müşahidə olunmamışdır. İş materiallarında olan, 1992-ci ilin 4 sentyabr tarixində tərtib edilmiş Aktdan görünür ki, Cavabdeh öz adına olan 0,06 ha torpaq sahəsini qonşusu İddiaçı satmış və torpağın sənədlərini yaxın bir neçə gün ərzində təhvil verəcəyinə söz vermişdir. Lakin həmin müqavilədəki imzanın Cavabdeh məxsus olmadığı aşkar edilmişdir.

29. Məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisəli hüquq münasibəti 1992-ci ildə yarandığından, mübahisəyə xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş 1964-cü il redaksiyalı Azərbaycan SSR Mülki Məcəlləsinin müddəaları tətbiq edilməldir. Qanunvericiliyin tələblərinə görə, bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə, habelə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr və daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilənin etibarlı sayılması üçün, mütləq iki şərtin mövcudluğu vacibdir: müqavilənin yazılı formada bağlanılması və notariat qaydasında təsdiqlənməsi. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alğı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır və birbaşa onların etibarsızlığına səbəb olur. Əqdin notariat qaydasında təsdiqlənməsi sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir.

30. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçı ünvan 5 ünvanda yerləşən 0,05 ha torpaq sahəsinə dair alğı-satqı müqaviləsinin 1992-ci ildə bağlanmış hesab edilməsinə dair iddia tələbinin əsası kimi, 1992-ci ilin 4 sentyabr tarixində tərtib edilmiş Akta istinad etsə də, həmin aktdakı imzanın cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunması ekspert rəyi ilə təsdiq olunur. Eləcə də iddia tələbinin əsası kimi, dörd şahid ifadəsinə istinad edilsə də, şahidlər dindirilərkən, cavabdehin məhkəmə iclasında iştirakı təmin edilməmiş, hazırki məhkəmə iclasında onların yenidən dindirilməsi üçün iddiaçı tərəfindən heç bir təşəbbüs göstərilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İ.K.Rəcəbovun şikayəti üzrə Azərbaycan Respublikasının Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 03 iyun 2005cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 22 mart 2006-cı il tarixli Qərarında ifadə etdiyi mövqeyinə görə, daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilənin etibarlı sayılması üçün, mütləq iki şərtin mövcudluğu vacibdir: müqavilənin yazılı formada bağlanılması və notariat qaydasında təsdiqlənməsi. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alğı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır və birbaşa onların etibarsızlığına səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd olunan hüquqi mövq eyini bir sıra Qərarlarında (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli Qərar, C.Abdullayevanın şikayəti üzrə 13 aprel 2007-ci il tarixli Qərar və s.) təsdiq etməklə göstərmişdir ki, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab etməsi üçün mütləq aşağıdakı hallar mövcud olmalıdır; əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Hazırkı iş üzrə nə qədər ki, əqdin yazılı forması kimi istinad edilən xx.xx.1992-ci il tarixli akt cavabdeh tərəfindən imzalanmamışdır. Əqdin bağlanmış hesab edilməsi üçün zəruri hesab edilən elementlərdən, y əni əqdin yazılı formasına riayət edilməsi halının mövcuddluğuna istinad edilə bilməz. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilini əsaslı hesab etmişdir.

31. Məhkəmə kollegiyası həmçinin hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməsini lazımi qaydada əsaslandırmamış, gəldiyi nəticəni işin halları və onlara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah etməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi onu tələb edir ki, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələr belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalıdırlar. Bununla hər kəs onun barəsindən çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir. Çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur.

32. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi xx.xx.2000-ci il tarixə qədər qüvvədə olmuş 1964-cü il redaksiyalı Azərbaycan SSR Mülki Məcəlləsinin 42, 43, 228 və 230-cu və hazırda qüvvədə olan Mülki Prosessual Məcəllənin 4.1, 77.1, 81, 88, 217.3, 385.1.1, 389 və 390-cı maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona e tirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

33. Qətnamədən iddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

34. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər. Göründüyü kimi qanunvericilik imperativ olaraq əcnəbi və vətəndaşlığı olmayan şəxslərə torpaq mülkiyyətçisi olmasını qadağan edir. Hazırkı mübahisədən görünür ki. Cavabdeh 1992-ci ildən Azərbaycan Respublikasının vət əndaşlığından çıxaraq Rusiya Federasiyasının vətəndaşlığını qəbul etmiş və hazırkı vaxtda da Rusiya Federasiyasının vətəndaşıdır. 1995-2005-ci illər ərzində Azərbaycan Respublikasında aparılmış torpaq islahatı zamanı Cavabdeh Rusiya Federasiyası vətəndaşı olmuşdur. Alğısatqı müqaviləsi üzrə satıcı əmlakı alıcının mülkiyyətinə verməyi, alıcı isə əmlakı qəbul edib əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür.

35. Məhkəmə qətnamənin əsaslandırıcı hissəsində ekspert rəyinə istinad edərək alğı-satqı ilə bağlı tərtib edilmiş aktdakı imzanın Cavabdeh tərəfindən icra edilmədiyini əsas gətirmişdir. Hansı ki, qeyd olunan imza 1992-ci ildə icra edilmişdir. Cavabdeh sonrakı illərdə olan imzlarına baxdıqda belə görünür ki, onun imzasının heç biri bir-birinə oxşamır. Həmçinin alğı-s atqının olmasını iş üzrə şahidlr təsdiq etmişlər. Həmin şahidlər birinci instansiya məhkəməsində, eləcə də apellyasiya baxışında dindirilmiş və təsdiqini tapmışdır. Tətbiq edilən hüquq: xx.xx.2000-ci ilə tarixədək qüvvədə olmuş 1964-cü il redaksiyalı Azərbaycan SSR Mülki Məcəlləsi.

36. Maddə

42. Əqdin qanunla tələb edilən sadə yazılı formasına (bu Məcəllənin 41-ci maddəsi) riayət edilməməsi, mübahisə zamanı tərəfləri, əqdi təsdiq etmək üçün şahid ifadələrinə istinad etmək hüququndan məhrum edir, qanunda bilavasitə göstərilən hallarda isə, bu Məcəllənin 44-cü maddəsində nəzərdə tutulan nəticələrlə əqdin etibarsızlığına səbəb olur.

37. Maddə

43. Əqdlərin notariat təsdiqi yalnız qanunda göstərilən hallarda məcburidir. Qanunla tələb olunan notariat formasına riayət edilməməsi (bu Məcəllənin 44 cü maddəsi) əqdin etibarsızlığına səbəb olur. Tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə, onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda, əqdin notariat tərtibatı tələb olunmur.

38. Maddə

228. Alğı-satqı müqaviləsi üzrə satıcı əmlakı alıcının mülkiyyətinə verməyi, alıcı isə əmlakı qəbul edib əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür.

39. Maddə

230. Tərəflərdən heç olmasa biri vətəndaş olduqda, yaşayış evinin alğısatqı müqaviləsi notariatda təsdiq edilməli və yerli xalq deputatları Sovetinin icraiyyə komitəsində qeydə alınmalıdır. Yaşayış evinin alğı-satqı müqaviləsi qeydə alındığ ı vaxtdan bağlanmış sayılır. Müqavilə notariatda təsdiq edildiyi gündən bir ay gec olmayaraq qeydə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

42. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

43. M addə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

46. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

47. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

48. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş süb utlarla əsaslandırır.

49. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

51. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yox lanılmalıdır.

52. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

53. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

54. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, ar aşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

55. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkə məsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

57. Kassasiya şikayətində cavabdehin Azərbaycan Respublikası vətəndaşı olmadığına görə torpağı əldə etmək hüququnun olmadığı qeyd olunsa da, həmin dəlil hər hansı qaydada əsaslandırılmamış, qeyd olunan halın hazırkı iş üzrə iddianın təmin olunması üçün yetərli olmamasına münasibət bildirilməmişdir. Eyni zamanda kassasiya şikayətində cavabdehə məxsus olan 1992-ci ilə aid olan imza ilə sonrakı illərdəki imzalarının oxşar olmadığı vurğulanaraq, məhkəmə-xətşünaslıq ekspertizasının rəyi mübahisələndirilsə də, iddiaçı tərəfindən qeyd olunan hallarla bağlı sübutları araşdırmaq səlahiyyətinə malik apellyasiya instansiyası məhkəməsinə hər hansı sübut təqdim etməmiş, vəsatət verilməmişdir.

58. Bu baxımdan kassasiya instansiyas ı məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırma aparılmış, iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verilmişdir.

59. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillər inə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən də kassasiya şikayətində sadalanan dəlilləri təkrar araşdırmağa lüzum olmadığından, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmır.

60. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunma masına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

61. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası həmdə qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə. Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

62. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktları n varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

63. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

64. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

65. Bu səbəbdən, kassasiya şikayəti təmin olun mamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

66. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-145/2025 nömrəli, 4 mart 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar