Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2130/2023 23.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Hatəm oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ ( Açar sözlər: pul tələbi ) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Hatəm oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1279/2022 saylı, 06 dekabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 23 may 2023-cü tarixdə Al i Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Hatəm oğlunun Göyçay şəhərində geyim mağazası vardır.
2. İddiaçı ilə Cavabdeh2 arasında geyim mallarının alğı-satqısı barədə şifahi razılaşma olmuşdur.
3. Cavabdeh2 2018-ci ilin aprel ayında iddiaçıdan nisyə olaraq 35.000 manat dəyərində kişi geyimləri almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 11.500 manat məbləğində pulun və 300 manat nümayəndəyə ödənilmiş pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2018-ci ildə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ilə tanış olmuş və onlara satmaq üçün xeyli miqda rda geyim əşyaları vermiş, onlar həmin geyim əşyalarını bir neçə günə satıb pulunu ödəməyi iddiaçıya söz vermişlər. Lakin bu günədək həmin əşyaların pulunu ona tam qaytarmamışlar. Cavabdehlərin nisyə alğı-satqı müqaviləsi əsasında iddiaçıdan aldıqları geyim əşyalarının dəyərini təşkil edən 11.500 manat borclu qalmışdır. Həmin pulu cavabdehlər qaytarmadıqlarına görə Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə müraciət etmiş, cavabdehlər 18-ci Polis Şöbəsində izahat verərək ona olan borclarını etiraf etmişlər. Lakin o, dəfələrlə borclarını ödəmələrini cavabdehlərdən tələb etsə də, onlar müxtəlif bəhanələrlə pulu ödəməkdən yayınırlar.
6. Məhkəməyə təqdim edilmiş Bakı şəhər Nərimanov rayon 18-ci polis şöbəsində izahat vermiş Cavabdeh1 göstərmişdir ki, Cavabdeh2 çoxdan tanıyır, onunla eyni yerd ə təhsil almışdır. Vüqar hazırda Göyçay rayonunda yaşayır. Göyçayda kişi geyim mağazası işlədir. İddiaçı Rövşəni də xeyli müddətdir ki, tanıyır. 2018-ci ilin aprel ayında dostu Vüqar ondan xahiş etmişdir ki, ona topdan kişi geyimləri satan tanış tapsın ki, onlar daimi bir nəfərlə işləsinlər. Rövşən isə kişi geyimləri satışı ilə məşğul olduğu üçün Rövşəni Vüqarla tanış etmişdir. Vüqar ondan 35.000 manat dəyərində kişi geyimlərin onun yanında almışdır. 1 ay sonra Vüqar ona 10.000 ABŞ dolları pul göndərmiş, həmin pulu Rövşənə vermişdir. Pulun qalan hissəsini isə Vüqar özü Rövşənə göndərmişdir. X1 təxminən 10.000 manat civarında borcu qalmışdır. Lakin Vüqarla əlaqə saxlamış, Vüqar həmin malların satılmadığını bildirmişdir.
7. Məhkəməyə təqdim edilmiş Bakı şəhər Nərimanov rayon 18-ci polis şöbə sində izahat vermiş Cavabdeh2 göstərmişdir ki, İddiaçı dostu Cavabdeh1 vasitəsi ilə 2017-ci ildən tanıyır. Onun Göyçay şəhərində paltar mağazası vardır. 2018-ci ilin oktyabr ayına kimi Rövşən onun mağazasını kişi geyimləri ilə təmin etmişdir. Son dəfə 300 ədəd gödəkcə göndərmişdir. Lakin həmin gödəkcələrin heç biri satılmadığı üçün həmin gödəkcələri Rövşənə geri qaytarmışdır. Rövşəndən 2018-ci ilin aprel ayında 35.000 manat dəyərində kişi geyimləri almışdır. Daha sonra 35.000 manatlıq kişi geyimləri satıldıqca Rövşənin pulunu ödənmişdir. Bu günə kimi isə həmin puldan Rövşənə 24.039 manatı qaytarmışdır. Lakin ölkədə Karantin olunduğu üçün satışları dayanmış və Rövşənin pulunu qaytara bilməmişdir. Hal-hazırda Rövşənə 10.961 manat borcu qalmışdır.
8. Göyçay Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) e-2(046)1272/2021 nömrəli iş üzrə qəbul etdiyi 21 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim İbrahim Fəttahov) iddia qismən təmin edilmiş, Cavabdeh2 10.961 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi, iddianın Cavabdeh1 münasibətdə təmin edilməməsi qət olunmuşdur.
9. Məhkəmənin mövqeyini belə əsaslandırmışdır ki, Cavabdeh2 digər Cavabdeh1 vasitəsi ilə tanış olduğu İddiaçı 2018-ci ildə 35.000 manat dəyərində kişi geyimlərini nisyə almış, həmin puldan 24.039 manatı qaytarmış, iddiaçıya 10.961 manat borcu qalmışdır. İddia tələbi Cavabdeh1 qarşı qaldırılan hissədə təmin edilə bilməz. Ona görə ki, məhkəmə baxışı zamanı Cavabdeh1 İddiaçı qarşısında pul ödənilməsi ilə bağlı öhdəliyinin olması müəyyən edilməmişdir.
10. Məhkəmə mövqeyini Az ərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 600.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Cavabdeh2 apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, iddiаçıyа gəlib mаllаrın qаlığını təhvil götürməsini хаhiş еtsə də, iddiaçı dükаnının bаğlı оlduğunu və sаtmаğа yеri оlmаdığını bəhаnə еdərək, mаllаrı təhvil götürməmişdir. Bundаn sоnrа iddiаçı ilk öncə bаrəsində şikаyət ərizəsi ilə pоlis оrqаnlаrınа mürаciət еtmiş, dаhа sоnrа isə məhkəməyə iddiа ərizəsi təqdim еtmişdir. Pоlisdə оlаrkən y uхаrıdа qеyd оlunаn хüsusаtlаrа dаir еyni məzmunlu izаhаt vеrərək, iddiаçıyа gəlib mаllаrı təhvil götürməsini təklif еtmişdir. Lаkin iddiаçı sаtılmаmış mаllаrı dеyil, оnlаrın dəyərini pul şəklində tələb еtmişdir. Həmin mаllаrın qiyməti bаhаdır, insаnlаr gеdib аyrı yеrlərdən dаhа ucuz mаllаr аlırlаr və iddiаçının qаlıq mаllаrının bu qiymətə, xüsusilə də hаzırki dövrdə sаtılmаsı mümkün dеyil. İddiаçı nə gəlib mаlını götürür, nə də həmin mаllаrın nə vахt sаtılаrsа, pulunun ödənilməsini gözləyir. İddiаçı həmin mаllаrı götürməməsini mаğаzаsının fəаliyyət göstərməməsi ilə əsаslаndırsа dа, əsl həqiqətdə iddiаçıyа məхsus mаğаzа fəаliyyət göstərir və həmin mаllаrı iddiаçı həmin mаğаzаdа sаtışа qоyа bilər. İddiаçı nəyin bаhаsınа оlursа оlsun, ondan mаllаrın qаlığını dеyil, həmin mаl qаlığının dəyəri ni pul ifаdəsində istəyir. Hаlbuki, Mülki Məcəllənin 600.4-cü mаddəsinə əsаsən iddiаçı vеrilmiş əşyаnın ödənilməsini və yа ödənilməmiş mаlın qаytаrılmаsını tələb еdə bilər. O, həmin mаllаrı оbyеktiv səbəblərdən sаtа bilmir, mаllаr bаhаdır, digər mаğаzаlаrdа аltеrnаtiv və dаhа ucuz mаllаr vаr, əhаlinin аlıcılıq qаbiliyyəti ucuz mаllаrı bеlə аlmаğа imkаn vеrmədiyi bir dövrdə, o, iddiаçıyа məхsus mаl qаlığını hеç cür sаtıb, pulunu ödəyə bilmir. Lаkin məhkəmə işin bu kimi fаktiki hаllаrını nəzərə аlmаmış, iddiаçının iddiа tələbində göstərdiklərini əsаs götürərək, iddiа tələbinin qismən təmin оlunmаsı bаrədə qətnаmə çıхаrmışdır. Məhkəmə qətnаmə çıхаrаrkən Mülki Məcəllənin 600.1-ci mаddəsinə istinаd еtmişdir. Hаlbuki, onunla iddiаçı аrаsındа nisyə аlğı-sаtqı müqаviləsi bаğlаnmаmış, həmin müqаvil ədə müqаvilənin bаğlаnmа tаriхi və qüvvədə оlmа müddəti, mаllаrın аlğısаtqısındаn əldə оlunmuş vəsаitin ödənilməsi qаydаsı və müddəti, sаtılmаmış mаllаrın müqəddərаtının nеcə həll оlunmаsı və sаir zəruri şərtlər göstərilməmişdir. Məhkəmə nisyə аlğı-sаtqı müqаviləsinə dаir mаddi hüquq nоrmаsını аrаlarındа müqаvilə bаğlаnsаydı tətbiq еdə bilərdi. Məhkəmə qеyd оlunаn hаllаrа diqqət yеtirməmişdir. İddiаçı ilə onun arasında оlаn аnlаşmаyа görə, alınan mаllаrın sаtışını həyаtа kеçirdikdən sоnrа, pulunu iddiаçıyа ödəməli idi. İddiаçı ilə аrаlarındа mаlın аlınmаsı ilə bаğlı müqаvilə оlmаmış, uzun müddət bir-birilərini tаnıdıqlarındаn işgüzаr аdətlərə görə hərəkət еtmişlər. İşgüzаr аdətlərə görə isə хаrаb оlmаyаn mаllаr (yеyinti məmulаtlаrı və sаir аid еdilməyən) – pаltаr, tikinti mаtеriаllаrı, аvt оmоbil еhtiyаt hissələri – sаtılmаyаn hissəsi sаtıcıyа gеri qаytаrılır və sаtıcı həmin mаllаrı təhvil götürüb, yеrinə digər, аdеkvаt qiyməti və nоrmаl kеyfiyyətli digər mаllаrı sаtmаq üçün vеrir. O da iddiаçı ilə bu cür işləmişdir və аrаlarındа uzun müddət işgüzаr аdətlərə uyğun münаsibətlər оlmuşdur. Həttа indi də iddiаçı ilə münаsibət sахlаyır, işgüzаr аdətlərə uyğun 6.000 mаnаt civаrındа mаl аlаrаq, sаtıb pulunu ödəyib. Lаkin qiymətinin bаhаlığı və əhаlinin аlıcılıq qаbiliyyətinin zəif оlmаsınа görə sаtа bilmədiyi mаllаrı ondan hər vəchlə təhvil аlmаqdаn imtinа еdir. Göründüyü kimi iddiаçı ilə аrаsındа yаrаnmış mübаhisədə аlıcı kimi tərəfindən hər hаnsı öhdəliyin şərtləri pоzulmаmış, yəni iddiаçının hər hаnsı mаlını sаtаrаq pulunu özündə sахlаmаmış, sаtılаn mаllаrın pulunu vахtındа öd əmiş, digər mаllаr isə sаtılmаmış qаlmışdır və həmin mаllаrı iddiаçıdаn gizlətməmiş, qаytаrmаqdаn imtinа еtməmişdir. Hаzırkı mübаhisə onun dаvrаnışlаrı ilə bаğlı оlmаyıb, iddiаçının işgüzаr аdətlərə uyğun оlmаyаn dаvrаnışlаrı ilə bаğlıdır.
13. Apellyasiya baxışının iclasında iştirak edən Cavabdeh2 bildirmişdir ki, o, iddiaçıya olan borcunu mübahisələndirmir. Onda qalmış və satılmamış malların bəzilərini artıq dəyərdəyməz qiymətə satmışdır. Sadəcə həmin borcu bir dəfəyə ödəmək imkanı yoxdur. Borcundan hər ay 400-500 manat ödəmək istəsə də, iddiaçı buna razı olmur.
14. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1279/2022 nömrəli iş üzrə 6 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər G.İ.Cavadova (sədrlik edən və məruzəçi), E.Ş.Hüseynov və V.İ.Məlikov) Cavabdeh2 apellyasiya ş ikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385.1, 442, 443, 445.2, 448 və 567-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
17. Cavabdeh2 (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
18. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq belə əsaslandırılmışdır ki, qətnamə maddi hüquq normalarının pozulması ilə çıxarılmışdır. Çünki qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmamış, işə baxan məhkəmə işin həqiqi və faktiki hallarını düzgün müəyyən etməmiş, eləcə də tətbiq etdiyi maddi hüquq normalarının tələblərini səhv təfsir etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
20. Maddə
21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmə k üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
21. Maddə 329.3. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur.
22. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
23. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
24. Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 443.3. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. 443.5. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 443.6. Əgər əlavə müddətin təyin edilməsinin hər hansı nəticə verməyəcəyi aydındırsa və ya zərərin əvəzinin ödənilməsini tələb etmək hüququndan dərhal istifadəyə hər iki tərəfin mənafeləri əsas götürülməklə haqq qazandıran xüsusi hallar mövcuddursa, əlavə müddət təyin edilməsi zərurəti yoxdur. 443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. 443.8. Borclunun öhdəliyi qəsdən edilmiş hərəkətlər nəticəsində icra etməməsi zamanı onun zərərin əvəzini ödəməkdən azad edilməsi barədə tərəflərin qabaqcadan razılaşması yolverilməzdir. 443.9. Borclu öz qanuni təmsilçisinin və öhdəliklərinin icrası üçün xidmətlərindən istifadə etdiyi digər şəxslərin hərəkətləri üçün özünün təqsirli hərəkətləri üçün olan həcmdə məsuliyyət daşımalıdır. 443.10. Borclu icra predme tini başqa şəxsdən almalı olduqda və onu ala bilmədikdə də, əgər müqavilədən ayrı qayda irəli gəlmirsə, icra etməmək üçün məsuliyyət daşıyır.
25. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
26. Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya k obud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 448.3. Borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.
27. Maddə
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
28. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmi ş qüvvəsi yoxdur.
31. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
32. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
33. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
34. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
35. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh2 tərəfindən bütövlükdə mübahisələndirildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulmasına y ol verildiyindən, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir.
37. İşin mübahisə edilməyən hallarından görünür ki, tərəflər arasında 35.000 manat dəyərində geyim mallarının nisyə formada alqı-satqısına dair şifahi razılaşma olmuşdur. Həmin razılaşmanın şərtinə görə, cavabdeh malları satdıqca pulu iddiaçıya hissə-hissə ödəməli idi. Cavabdeh pulun bir hissəsini ödəmiş, iddiaçıya 10.961 manat borcu qalmışdır.
38. Birinci instansiya məhkəməsi Cavabdeh2 qalıq borcunu etiraf etməsinə istinadən iddianı təmin etmiş, apellyasiya instansiyası məhkəməsi isə həmin mövqe ilə razılaşmışdır.
39. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin faktiki hal larını tam araşdırmamış, tərəflər arasındakı münasibətlərə düzgün hüquqi qiymət verməmişdir.
40. Belə ki, işin hallarından görünür ki, cavabdeh nisyə aldığı malları sataraq əldə etdiyi gəlirdən iddiaçının pulunu ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı bununla razılaşmış olsa da, hal-hazırda həmin borcun birdəfəlik ödənilməsini tələb edir. Lakin cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, həmin borcu etiraf edir, lakin onu birdəfəlik ödəmək imkanı olmadığından ya borcunu hissə-hissə ödəməyi, ya da anbarda qalan malları iddiaçıya qaytarmağı təklif edir.
41. Apellyasiya instansiyası məhkəməsi ilk növbədə tərəflər arasında olan şifahi razılaşmanın şərtlərini müəyyənləşdirməli idi. Əgər yuxarıda qeyd edilən hallar, yəni iddiaçıdan nisyə götürülmüş mallar satılmadığı üçün cavabdehin borcunu ödəmək imkanının olmaması müəyyən olunarsa, cavabdehin dediyi kimi malların anbarda olubolmamasını yoxlamalı, mallar anbarda olduğu təqdirdə iddiaçının həmin malları götürmək, ya da pulu hissə-hissə tələb etmək hüququnu müəyyən etməli idi.
42. MPM-in 9, 14 və 88-ci maddələrinə əsasən tam hüquqlu məhkəmə kimi işə baxan apellyasiya instansiyası məhkəməsi əgər qanunda göstərilən müstəsna hallar mövcud deyilsə, yalnız işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qərar qəbul etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalı, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar a tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir.
43. Eyni zamanda prosessual qanunvericiliyə əsasən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir.
44. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğ v edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan prosessual hüquq normalarının tələblərinə cavab verən əsaslandırılmış məhkəmə aktı qəbul edilməlidir.
45. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1279/2022 nömrəli mülki iş üzrə 6 dekabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.