Məhkəmə qərarları › İş №2(102)-2131/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2131/2020

19.06.2020 · Aidiyyəti üzrə daxil olan sənədlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2131/2020 19.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Vəliyeva Elşanə Rafiq qızı, Kommersiya kollegiyasının hakimi Dadaşov İlqar Ağababaş oğlu və inzibati kollegiyasının hakimi Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət qarışıq tərkibdə, İmanov Turqut Muxtar oğlunun katibliyi ilə, İddiaçı ASC cavabdehlər Cavabdeh firmasına və X3 qarşı “daşınmaz əmlakın boşaldılaraq iddiaçıya təhvil verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 29.10.2019-cu il tarixli 2(103)-13583/2019 nömrəli qərardadından Cavabdeh firması tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxa raq MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh firmasına və X3 qarşı daşınmaz əmlakın boşaldılaraq iddiaçıya təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasından İddiaçı ASC-nin razılığı olmadan istifadə edən şəxslərin məcburi çıxarılması, sözügedən daşınmaz əmlakın boşaldılaraq İddiaçı ASC-nə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh firmasının qanuni təmsilçisi X4 vəsatət təqdim edərək, hazırki mülki işin aidiyyəti üzrə 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim Adilə Paşayevə) 10.09.2019-cu il tarixli, 2(008)-257/2019 saylı qərardadı ilə vəsatət təmin edilməmişdir. Qərardaddan narazı olan cavabdeh şikayətlə m əhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10.09.2019-cu il tarixli, 2(008)-257/2019 saylı qərardadının ləğv olunaraq mülki işin aidiyyəti üzrə 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər İlham Kərimli - sədrlik edən və məruzəçi, İsmayıl Xəlilov və Xəyalə Cəmilova) 29.10.2019-cu il tarixli 2(103)-13583/2019 nömrəli qərardadı ilə Cavabdeh firmasının şikayəti təmin edilməyərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 sentyabr 2019-cu il tarixli 2(008)- 257/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardaddan Cavabdeh firması kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və mülki işin baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə gönd ərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı iddia Cavabdeh firmasının təmsilçisi və təsisçisi olan Nəriman Əliyevin sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün iddiaçıdan götürdüyü kreditlə bağlı qaldırılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 403-1.2-ci maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə bu maddədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin 43-cü fəslində müəyyən olunmuş qaydalara uyğun olaraq baxılır. - 403-1.6-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərə flərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır. - 403-1.7-ci maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarını araşdıraraq məhkəmə tərkibi hesab edir ki, məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin iddia ərizəsi icraata qəbul edilən zaman qüvvədə olan: - 25.1-ci maddəsinə əsasən mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə o lunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. - 26.1-ci maddəsinə əsasən idarə və ya digər mənsubiyyətindən və tabeliyindən asılı olmayaraq, hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər arasında, yaxud vergi orqanının qaldırdığı iddialar ilə bağlı vergi orqanı ilə vergi ödəyicisi arasında iqtisadi mübahisələr üzrə işlər mülki icraat qaydasında inzibati-iqtisadi məhkəməyə aiddir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin hazırda qüvvədə olan: - 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. - 26-cı maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. - 26.2-ci maddəsinə əsasən isə kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiy yətlərinə aid edilən digər işlərə də baxırlar. Məhkəmə tərkibi qeyd edir ki, MPM-nin həm əvvəlki həmdə hazırda qüvvədə olan 24,25 və 26-cı maddələrinin tələbinə əsasən mübahisənin iqtisadi və ya hazırda kommersiya mübahisəsi hesab olunması həm subyektiv tərkib, həm mübahisənin predmeti, həm də hüquq münasibətinin xarakteri ilə müəyyən edilir. Hazırkı mübahisə 2 hüquqi şəxs arasında yaransa da, mübahisənin predmeti mülkiyyətinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakının geri tələb etməsi barədə mübahisə olmaqla, hər 2 hüquqi şəxsin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı deyildir. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilmişdir. Kassasiya şikayə tinin dəlilləri heç bir sübutla təsdiq edilmədiyindən apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, MPM 32.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxs məhkəmə aidiyyəti ilə razılaşmamasını əsaslandırmalı və bu barədə işə mahiyyəti üzrə baxılmağa başlanana qədər bildirməlidir. Hazırkı işdən görünür ki, 20.12.2017-ci il tarixdən icraata qəbul edilmiş iddia ərizəsi cavabdehin iş üzrə icraatın dayandırılması barədə vəsatətlərinə əsasən 2 ilə yaxın müddət ərzində işin icraatı dayandırmış və cavabdeh yalnız 06.09.2019-cu il tarixdə məhkəmə aidiyyətı barədə vəsatət verməklə MPM-nin 32.2-ci maddəsinin tələblərini pozmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2 9.10.2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Məhkəmə tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24, 25 və 26-cı və 403-cü maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Cavabdeh firmasının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin 29.10.2019-cu il tarixli 2(103)-13583/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar