Məhkəmə qərarları › İş №2(102)-2131/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2131/2021

03.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2131/2021 03.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun tutulması, ipoteka predmetinin ilkin satış qiyməti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili X1, Cavabdeh1 vəkili Vəkil Bahadur oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəm əsi mülki kollegiyasının 2(103)-381/2020 nömrəli iş üzrə 14 oktyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı ASC və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə 03 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları “xxxx” ASC-nin “Yasamal” filialı ilə Cavabdeh1 arasında 857 YPK saylı 12.12.2014cü il tarixli kredit kartı üzrə kredit xəttinin açılması haqqında müqavilə bağlanmış və həmin müqaviləyə əsasən bank tərəfindən illik 28% olmaqla 12 ay müddətinə Cavabdeh1 5000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda bankın “Yasamal” filialı ilə Cavabdeh1 arasında bağlanmış 2030Y saylı 12.12.2014-cü il tarixli kredit müqaviləsinə əsasən Bank tərəfindən illik 18% olmaqla 36 ay müddətinə borcluya 39000 manat məbləğində kredit verilmişdir. Həmin kreditin təminatı olaraq bankın “Yasamal” filialı ilə digər Cavabdeh3 arasında 20.11.2012-ci il tarixli ipoteka müqaviləsi bağlanmış, sonuncunun xüsusi mülkiyyət hüququ əsasında məxsus olan ünvan, mənzil bank qarşısında ipoteka ilə yüklü edilmiş və ipoteka ilə yüklü edilmiş əmlak 90000 manat məbləğində qiymətləndirilmişdir. İpoteka ilə yüklülük Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınmış və bu barədə müvafiq reyestrdən çıxarış verilmişdir. Bankın “Yasamal” filialı ilə digər Cavabdeh2 arasında 12.12.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmış və zamin həm 857YPK saylı 12.12.2014-cü il tarixli, həm də 2030Y saylı 12.12.2014-cü il tarixli müqavilələr üzrə borcalanın bank q arşısında olan öhdəliklərinin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı bank cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “kredit məbləğinin geri qaytarılması, ipoteka predmetinə tutmanın yönəldilməsi və fərdi yaşayış evinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2030Y saylı 12 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 31484 manat əsas borcun, 12 dekabr 2017-ci il tarixə 19448 manat faiz borcunun, 12 dekabr 2017-ci il tarixdən 01 may 2019-cu il tarixinə illik 5 faiz olmaqla 1983 manat faiz borcunun, ümumilikdə 52915 manat kredit borcunun və 857YPK saylı 12 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 4999 manat əsas borcun, 7139 manat faiz borcunun, 12 dekabr 2015-ci il tarixdən 01 may 2019-cu il tarixə illik 5 faizlə hesablanmış 775 manat, ümumilikdə 12913 manat kredit borcunun, hər iki kredit müqaviləsi üzrə 65828 manat borcun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 60 manat dövlət rüsumunun, kredit və ipoteka müqavilələrinin, eləcə də mülkiyyət və yüklülük çıxarışlarının surətlərinin notarial qaydada təsdiqi üçün ödənilmiş 56 manat rüsum məbləğinin tutulub bankın xeyrinə öd ənilməsi, ödəmənin Cavabdeh3 xüsusi mülkiyyət hüququ əsasında məxsus mənzilə yönəldilərək, həmin ipoteka predmetinin açıq hərracdan satılması, satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün banka ödənilməsi, ipoteka predmeti satıldıqdan sonra mənzildə yaşayan cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh2 ipoteka predmetindən əşyaları ilə birlikdə 1 ay ərzində çıxarılması, əmlakın satışından əldə edilən vəsait yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün kifayət etmədikdə qalıq borcun ümumi qaydada Cavabdeh1 və Cavabdeh2 tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bank tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən Cavabdeh1 ilə bank arasında bağlanılmış 2030 Y saylı 12 dekabr 2014-cü il tarixli “ kredit müqaviləsi”nə əsasən cavabdehin banka 04 iyul 2018-ci il tarixə olan borcu 31484 manat məbləğində əsas borc, 25682 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 57166 manat, 857YPK saylı 12 dekabr 2014-cü il tarixli “kredit müqaviləsi”nə əsasən cavabdehin banka olan borcu isə 4999 manat məbləğində əsas borc, 7139 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 12138 manat təşkil edir. Hər iki kredit müqaviləsi üzrə cəmi borc 69304 manat təşkil edir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim İlahə Abbasova) 2(011)-329/2018 saylı 02 may 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh1 2030Y saylı kredit müqaviləsi üzrə 31484 əsas borcun, 11790,15 manat faiz borcunun, 12.12.2017-ci il tarixdən 01.05.2019-cu il tarixinə illik 5% olmaqla 1983 manat faiz borcun, ümumilikdə 45257,15 manat, 857 YPK saylı kredit müqaviləsi üzrə isə 4999 manat əsas borcun, 1399,72 manat faiz borcunun, 12.12.2015-ci il tarixdən 01.05.2019-cu il tarixə illik 5% olmaqla hesablanmış 775 manat, ümumilikdə 7173,72 manat kredit borcunun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 60 manat dövlət rüsumunun, kredit və ipoteka müqavilələrinin, eləcə də mülkiyyət və yüklülük çıxarışlarının surətlərinin notarial qaydada təsdiqi üçün ödənilmiş 56 manat rüsumun iddiaçının xeyrinə tutulması, tələbin Cavabdeh3 məxsus mübahisəli mənzilə yönəldilməsi, həmin mənzilin ilkin satış qiymətinin 115000 manat müəyyən olunmaqla açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına Cavabdeh1 banka olan bo rcunun ödənilməsi, həmin ipoteka predmeti satıldıqdan sonra bir ay müddətində cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 (əşyaları ilə birlikdə) tərəfindən boşaldılmadığı təqdirdə məcburi boşaldılması və iddia tələblərinin Cavabdeh2 qarşı təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 385.1, 739.1, 739.2, 386.1, 427.3, 429.1.3, 448.1, 445.2.1, 449.4, 449.1, 470.1, 472.1, 472.2, 477.0.4, 741, 317.1, “İpoteka haqqında” qanunun 33, 34, 36.1, 36.2.4, 36.3, 59.3, 59.4-ci maddələrinə istinad edərək qeyd etmişdir ki, cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmiş və belə qənaətə gəlmişdir ki, borclu kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün müqavilədən yaranan əsas və fa iz borcu tutulmalı, tutma ipoteka predmeti olan əmlaka yönəldilməlidir. Məhkəmə zaminə qarşı tələbetmə müddəti ötürülməsi əsası ilə iddia tələbini rədd etmişdir. Qətnamədən narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin qismən ləğv edilərək, iddia tələblərinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Eyni zamanda qətnamədən narazı qalan Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya baxışı zamanı təqdim olunmuş X3 Palatasının məlumatında qeyd edilmişdir ki, Cavabdeh1 cəmi hesablanmış kompensasiya məbləği 3000.00 manat, borcların ödənilməsinə yönələn məbləğ isə 3000.00 manat, restrukturiza siya məbləği 0.00 manat, cavabdehin 21.02.2015-ci il tarixinə ödəniş müddəti keçmiş kredit borclarının ödənilməsinə yönələn hissə xarici valyutada əsas kredit borc (manat ekvivalentində) 0.00 manat, 21.12.2015-ci il tarixinə xarici valyutada əsas kredit borc (ekvivalentində) 3000.0 manat, cəmi 3000.0 manat, 01.03.2019-cu il tarixinə əsas kredit borcu (manat ekvivalentində) 31483,99 manat, borcun azaldılmasına yönəldilən məbləğ 2588,94 manat, qalıq borcunun məbləği 28895,05 manat, eyni zamanda 01.03.2019-cu il tarixinə əsas kredit borcu (manat ekvivalentində) 4998,89 manat, borcun azaldılmasına yönəldilən məbləğ 411,06 manat, qalıq borcunun məbləği 4587,83 manat təşkil etmişdir. Tərəflər arasında hazırda kredit müqaviləsi üzrə borcun məbləği ilə bağlı mübahisə yarandığından cavabdehin Ban ka məhz hansı məbləğdə borcunun olmasını müəyyən etmək məqsədilə apellyasiya instansiyası məhkəməsi məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Təqdim olunmuş Məhkəmə Ekspertizası Mərkəzinin 9/2831 saylı 01.09.2020-ci il tarixli ekspert rəyi əsasında müəyyən edilmişdir ki, 857 YPK saylı 12.12.2014-cü il tarixli müqavilə üzrə Cavabdeh1 müqavilə müddətinin bitdiyi 12.12.2015-ci il tarixə banka olan borcu 4998,89 manat, o cümlədən əsas borc üzrə 4998,89 manat, faiz borcu üzrə 0,0 manat təşkil edir. İşdə olan X3 Palatasının məlumatlarında 01.03.2019-cu il tarixə əsas kredit borcunun 4998,89 manat, borcun azaldılmasına yönəldilən məbləğin 411,06 manat olduğu qeyd edildiyi üçün ekspert rəyində müqavilə müddətinin bitdiyi tarixə əsas borcun 4587,83 manat (4998,89 manat – 411 manat = 4587, 83 manat), faiz borcunun 0,0 manat olduğu müəyyən olunur. Qeyd olunmuşdu ki, müqavilənin 3.3 və 3.4-cü bəndlərinin tələblərinə əsasən borcalana istifadə olunmuş kredit üzrə faiz borcu 01.01.2016-cı il tarixdən hesablanmalı idi. Bu səbəbdən ekspert tərəfindən qeyd olunan kredit müqaviləsi üzrə Cavabdeh1 müqavilə müddətinin bitdiyi 12.12.2015-ci il tarixədək olan müddət üçün faiz borcu hesablanmamışdır. Bundan başqa rəyin təqdiqat hissəsində göstərilənlərə əsasən iş materiallarında olan sənədlərə (bank tərəfindən tərtib olunmuş hesabdan çıxarış, kredit müqaviləsi, ödəniş qrafiki və s.) əsasən 2030 Y saylı 12.12.2014-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 müqavilə müddətinin bitdiyi 12.12.2017-ci il tarixə banka olan borcu 44697,49 manat, o cümlədən əsas borc üzrə 31483,99 manat, faiz borcu üzrə 13213.5 manat təşkil edir. Lakin iş materiallarına əlavə olunmuş (i.v. 304-305) X3 Palatasının məlumatlarında əsas kredit borcunun 31483,99 manat, borcun azaldılmasına yönələn məbləğin 2588.94 manat olduğu qeyd edildiyi üçün 2030Y saylı 12.12.2014-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 banka olan borcu 42108,55 manat, o cümlədən əsas borc üzrə 28895.05 manat (31483,99 manat – 2588,94 manat = 28895,05 manat), faiz borcu üzrə 13213,5 manat təşkil edir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Xəyalə Cəmilova sədrlik edən və məruzəçi, Mirzə Tağızadə, Şeyda Məhərrəmova) 14 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi q ismən, Cavabdeh1 857 YPK saylı kredit müqaviləsi üzrə 1399,72 manat faiz borcunun tutulması hissəsində ləğv edilmiş və həmin hissədə iddia tələbi rədd edilmişdir. Qətnamə 2030 Y saylı 12.12.2014-cü il tarixli müqavilə üzrə iddia tələblərinin Cavabdeh2 qarşı təmin edilmədiyi hissədə ləğv edilmiş və həmin hissədə iddia təlbi qismən təmin edilmiş, qətnamə 857 YPK saylı 12.12.2014-cü il tarixli müqavilə üzrə 4999 manat əsas borcun, 2030 Y saylı 12.12.2014-cü il tarixli müqavilə üzrə 31484 manat əsas və 11790,15 manat faiz borcunun tutulması hissələrində dəyişdirilmiş, 857 YPK saylı 12.12.2014-cü il tarixli müqavilə üzrə Cavabdeh1 tutulmalı olan əsas borcun məbləği 4587,83 manat, 2030 Y saylı 12.12.2014-cü il tarixli müqavilə üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulmalı ol an əsas borcun məbləği 28895,05 manat, faiz borcunun məbləği isə 13213,5 manat müəyyən edilmişdir. Qətnamə ilə həmçinin məhkəmə xərcləri ilə bağlı məsələlər həll edilmişdir. Apellyasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsində keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə qiymət verərək qeyd etmişdir ki, həmin rəy mülki prosessual qanunvericiliyin tələbləri baxımından mötəbər sübut kimi qəbul edilməlidir. Buna görə də, birinci instansiya məhkəməsinin qətnaməsi ilə 857 YPK saylı 12.12.2014-cü il tarixli müqavilə üzrə müəyyən edilən 4999 manat əsas borcun məbləği dəyişdirilərək, ekspert rəyində qeyd olunan həcmdə, yəni 4587.83 manat məbləğində, 2030 Y saylı 12.12.2014-cü il tarixli kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləği isə dəyişdirilərək, ekspert rəyinə uyğun həcmdə, yəni 28895.05 manat əsas borc, 13213.5 manat faiz borcu məbləğində müəyyən edilməlidir. Həmçinin qətnamə ekspert rəyinə uyğun olaraq 857 YPK saylı 12.12.2014-cü il tarixli müqavilə üzrə 1399,72 manat faizin iddiaçının xeyrinə tutulması hissəsində ləğv edilərək iddia həmin hissədə rədd edilməlidir. Məhkəmə iddiaçının apellyasiya şikayətində göstərdiyi “məhkəmə tərəfindən faizlər azaldılmalı deyildi” dəlillərini əsassız hesab edərək qeyd etmişdir ki, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən sübut etmə yükü iddia edən şəxsin üzərinə düşsə də, iddiaçı tələb etdiyi faiz məbləğlərini əsaslandıra bilməmiş və bu barədə hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətində göstərdiyi “iddia tələb inin həcminin azaldılması barədə ərizənin 03.05.2019-cu il tarixdə verilməsi” barədə dəlilinə münasibətdə isə qeyd etmişdir ki, həmin dəlil əsassızdır və iş materialları ilə təkzib olunur. Belə ki, apellyasiya baxışı zamanı cavabdehin apellyasiya şikayətində göstərdiyi həmin dəlili araşdırılarkən iddiaçının nümayəndəsinin təqdim etdiyi “iddia tələbinin həcminin azaldılması barədə” ərizədən müəyyən olunmuşdur ki, həmin ərizə birinci instansiya məhkəməsinin dəftərxanası tərəfindən 02.05.2019-ci il tarixdə ştamp vurulmaqla qəbul edilsə də, işdəki həmin ərizənin məhkəmənin daxil olma ştampı vurulan nüsxəsində texniki səhv nəticəsində ərizənin məhkəməyə 03.05.2019-cu il tarixdə daxil olduğu göstərilmişdir. Odur ki, məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi 02.05.2019-cu il tarixdə işə baxarkən iddiaçının sözügedən ərizəsini düzgün olaraq qəbul edib ona müvafiq hüquqi qiymət vermişdir. Bundan başqa iş üzrə müəyyən olunur ki, birinci instansiya məhkəməsi bank tərəfindən 2030 Y saylı 12.12.2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliyin icrası vaxtının çatdığı gündən zaminə qarşı vaxtında iddia irəli sürülmədiyinə istinad edərək, iddianın Cavabdeh2 qarşı rədd edilməsi qənaətinə gəlmişdir. Tələbi bu hissəsi ilə bağlı apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etməyərək qeyd etmişdir ki, bank ilə Cavabdeh2 arasında 12.12.2014-cü il tarixdə zaminlik müqaviləsi bağlanaraq sonuncu 2030 Y saylı 12.12.2014-cü il tarixli kredit müqaviləsi üzrə kredit öhdəliyinin yerinə yetirilməsinə görə cavabdehliyi öz üzərinə götürmü şdür. Cavabdeh1la ilə kredit müqaviləsi 12.12.2014-cü il tarixdə 36 ay müddətinə bağlanmış, zaminliklə təmin olunmuş öhdəliyin icra vaxtı tərəflər arasında 12.12.2017-ci il tarix müəyyən olunmuş, iddiaçı isə hazırki iddia ilə məhkəməyə 06.07.2018-ci il tarixində, yəni müqavilə müddətinin bitdiyi tarixdən 1 il keçmədən müraciət etmişdir ki, bununla da zaminə münasibətdə qanunvericiliklə müəyyən edilmiş müddəti ötürməmişdir. Bu baxımdan məhkəmə hesab etmişdir ki, iddiaçı borcludan 2030Y saylı 12.12.2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icra olunmasını tələb edərkən həmin borcun müştərək qaydada borclu Cavabdeh1 və zamin Cavabdeh2 tutulmasını tələb etməkdə haqlı olmuşdur. Kassasiya şikayətlərinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kas sasiya şikayətlərinin dəlilləri İddiaçı (vəkil X2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Məhkəmə mötəbər olmayan ekspert rəyinə istinad edərək prosessual normaların tələblərini pozmuşdur. Məhkəmə komisyon ekspertiza keçirilməsi barədə vəsatəti əsassız olaraq təmin etməmişdir. Bundan başqa ipoteka predmetinin ilkin satış qiyməti r eal bazar qiymətini əks etdirmir. Əmlak həddindən çox qiymətləndirilmişdir. Cavabdeh1 (Vəkil Bahadur oğlu) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətlərinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakç ılarının izahatları İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, cavabdehin kassasiya şikayətini isə əsassız hesab edərək rədd edilməsini xahiş etdi. Cavabedh H.Qasımvun vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, iddiaçının kassasiya şikayətini isə əsassız hesab edərək rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə digər cavabdehlər iştirakı olm adan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə

739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun p ozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzg ün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən borcun tutulması və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyə edilməsi hissələrdə, cavabdeh tərəfindən isə iddia tələbinn həcminin azaldılması barədə ərizəni n nəzərə alınması hissədə mübahisələndirildiyindən qətnamə yalnız mübahisələndirilən hissələrdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissələrdə - mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissələrdə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İddiaçının kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı rəyin mötəbər olmaması nı ümumi sözlərlə ifadə etmiş, lakin etirazının əsası kimi istinad etdiyi bu halı əsaslandırmışdır. MPM-nin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Digər tərəfdən iddiaçı məhkəmə tərəfindən komisyon ekspertizanın keçirilməsi barədə vəsatətinin rədd olunmasını qeyd etmişdir. Laklin MPM-də komisyon ekspertizanın keçirilməsi nəzərdə tutulmamışdır. MPM-nin 101.7-ci maddəsinə görə, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 102.1 və 102.2-ci maddələrinə əsasən ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Məhkəmə, əsassızlığına görə ekspertin r əyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla təkrar ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 102.3-cü maddəsinə görə, məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti ilə əlavə və ya təkrar ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. İşdən görünür ki, iddiaçı tərəf kredit borcunun hesablanması üçün əlavə, yaxud təkrar ekspertiza təyin etmənin zəruriliyi barədə də əsaslı dəlillər irəli sürə bilməmişdir. İpoteka predmetinin ilkin satış qiymətinin yüksək qiymətləndirilməsi ilə iddiaçının kassasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, qeyd edilən əmlakın qiymətinin ipoteka müqaviləsində göstərilən qiymətdən əhəmiyyətli dərəcədə çox olması bankın mənafeyinə uyğun olduğu halda, sonuncunun bu əsasla kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etməsi anlaşılmazdır. Belə ki, həmin evin hərracdan satılmasının məqsədi banka olan borcun ödənilməsini təşkil edir ki, bu halda da bank özündə yüklü olan əmlakı hərrac vasitəsilə almaqda deyil, ilk olaraq ona olan borcun bütövlükdə ödənilməsinin təmin edilməsi üçün yüksək qiymətə satılmaqda maraqlı olmalıdır. Cavabehin kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Məhkəmə kollegiyası qeyd olunanlar ı nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı ASC və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-381/2020 nömrəli iş üzrə 14 oktyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar