Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2131/2024 16.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi Maraqlı şəxsnə qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: şəxsin ölmüş elan edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 fevral 2024-cü il tarixli, 2(103)737/2024 saylı qətnaməsindən Ərizəçi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 16 iyul 2024-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Sadıqova (İsmayılova) Aygü n Aydın qızı 28 avqust 1965-ci il tarixdə anadan olub, 25 aprel 1987-ci il tarixdə X12 ilə ailə qurduqdan sonra ona Sadıqova soyadı verilib.
2. Sadıqova (İsmayılova) Aygün Aydın qızının atası X8 19 oktyabr 1999-cu il tarixdə, anası X2 17 yanvar 2021-ci il tarixdə, qardaşı X10 11 yanvar 2020-ci il tarixdə, bacısı X9 09 fevral 2023-cü il tarixdə ölmüşlər.
3. Sadıqova (İsmayılova) Aygün Aydın qızının digər qardaşı X11 isə 10 iyul 1964-cü il tarixdə doğulub və 1993-cü il tarixdən onun harada olması barədə heç bir məlumat yoxdur. 4. 27 iyun 1990-cu il tarixdə X7 adına verilmiş Hərbi biletdən çıxarışdan görünür ki, o, sovet ordusunda xidmət, habelə hərbi əməliyyatlarda iştirak etməyib.
5. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 22 sentyabr 2023-cü il tarixli arayışına görə, 10 iyul 1 964-cü il tarixdə doğulmuş X7 Dövlət Miqrasiya Xidmətinə müraciəti qeydə alınmayıb.
6. Azərbaycan Respublikası DİN-nin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 23 sentyabr 2023-cü il tarixli arayışına görə 10 iyul 1964-cü il tarixdə doğulmuş X11 Bakı şəhəri Yasamal rayon Polis İdarəsindən 18 iyul 1980-cı il tarixdə Xİİİ-JQ seriyalı, 651223 nömrəli keçmiş SSRİ nümunəli pasport ilə 03 iyul 1990-cı il tarixdən Bakı şəhəri, Yasamal rayonu, Qarayev küçəsi 5 saylı evin 4-cü mənzilində yaşayış yeri üzrə qeydiyyatdadır və onun adına Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi və ümumivətəndaş pasportu verilməyib.
7. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin 22 sentyabr 2023-cü il tarixli arayışına görə 10 iyul 1964-cü il tarixdə doğulmuş X7 dövlət sərhəddindən hərəkəti barə də İMAS bazasında hər hansı məlumat qeydə alınmayıb.
8. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 26 oktyabr 2023-cü il tarixli arayışına görə, X11 Azərbaycan ordusunda həqiqi hərbi xidmət keçməyib.
9. Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 09 fevral 2024-cü il tarixli arayışına görə, X11 haqqında (sağ və ya ölü olmasına dair) qeydə alınmış heç bir məlumat yoxdur.
10. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsin 29 yanvar 2024-cü il tarixli arayışına görə 10 iyul 1964-cü il tarixdə doğulmuş X11 01 yanvar 1993-cü il tarixdən bu günədək Birliyin Bakı şəhərinin rayon, Sumqayıt şəhər və Abşeron rayon Şöbəsində meyitlərin qeydiyyat kitabından qeydiyyatdan keçməyib.
11. Azərbaycan R espublikası Səhiyyə Nazirliyi, 2 saylı X4 17 yanvar 2024-cü il tarixli arayışına görə 10 iyul 1964-cü il tarixdə doğulmuş X5 10 ildə stasionar müalicə üçün Xəstəxanaya müraciət etməyib.
12. Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis İdarəsinin 17 yanvar 2024-cü il tarixli arayışına görə 10 iyul 1964-cü il tarixdə doğulmuş X3 və ya ölü olması barədə Polis Şöbəsində heç bir məlumat qeydə alınmayıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
13. Ərizəçi Maraqlı şəxsnə qarşı “şəxsin ölmüş elan olunması” barədə ərizə ilə məhkəməyə müraciət edərək 10 iyul 1964-cü il tarixdə doğulmuş X7 ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş edib.
14. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin ailəsi valideynlərin dən, iki qardaş və bacısından ibarət olub. Ərizəçinin 10 iyul 1964-cü il tarixdə doğulmuş qardaşı X11 barəsində 1993-cü il tarixdən bu günədək heç bir məlumat yoxdur. O həmin tarixdən sonra evə qayıtmayıb, əşyalarını, sənədlərini evdən götürməyib və heç bir ailə üzvü, qohumu və ya dostu ilə əlaqə saxlamayıb. Ərizəçi və ailə üzvləri X7 axtarışı üçün hüquq mühafizə orqanlarına müraciət etsələr də və digər vasitələrlə onu tapmağa çalışsa da, bunun heç bir nəticəsi olmayıb. X11 həyatda olsaydı, bu vaxta qədər onunla və ya ən yaxın dostlarından biri ilə əlaqə saxlayar və ya başqa bır şəxsə sağ-salamat olması barədə xəbər göndərər və 30 il müddətində onu və ailəsini intizarda qoymazdı. 1980-ci ildə X11 Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olub və 21 iyun 1986-cı il tarixdə təhsilini başa vur ub və ona həkim ixtisası verilib. X11 ailə qurmayıb, evdən gedərkən subay olub və ondan geriyə yalnız ona aid sənədlər, fotoşəkillər və onun mülkiyyətində olan mənzil qalıb. X1 birinci növbəli vərəsəsi kimi o qalıb və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı müraciət edə bilməyi üçün məhkəmə tərəfindən onun ölmüş elan edilməsi zərurəti yaranıb. Odur ki, məhkəmədən iddianın təmin olunmasını xahiş edir.
15. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli, 2(006)3400/2023 saylı qətnaməsi ilə (hakim Natavan Tağıyeva) ərizə rədd edilib.
16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunla müəyyən edilmiş müstəsna hallarda müəyyən edilə bilən və ciddi hüquqi nəticələrə səbəb ola biləcək hal olan şəxsin ölmüş elan edilməsi, yalnız həmin şəxsin axtarışı üzrə bütün mümkün vasitələr bitdikdən sonra mümkündür.
17. Göründüyü kimi ərizəçi qardaşı 10 iyul 1964-cü il tarixdə doğulmuş X7 axtarışı ilə bağlı hər hansı aktiv hərəkətlər etməyib. Ərizəçi, qardaşı 10 iyul 1964-cü il tarixdə doğulmuş X7 ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etsə də bu barədə məhkəməyə mötəbər sübutlar təqdim etməyib, ərizədə göstərilənlər isə işin hər hansı halı ilə müəyyən olunmayıb.
18. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Mülki Məcəlləsinin 40, 41-ci maddələrinə, habelə MPM-in 77.1, 217, 305.1, 307, 308, 311 və 312-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat
19. Ərizəçi apellyasiya şikayəti verərək iş üzrə b irinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ərizənin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edib.
20. Ərizəçi apellyasiya şikayətini onunla əsaslandırılıb ki, hazırkı halda onun qardaşının yaşayış yerində (ailəsində, dostlarında, qonşularında, bir sözlə, heç kimdə) onun harada olması barədə nəinki beş il, artıq otuz ildən çoxdur ki, heç bir məlumat yoxdur. Bu isə, qeyd edilən norma ilə müəyyən olunmuş birinci halın şərtlərinə uyğundur. Həmçinin, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 9.5-ci bəndinə əsasən şəxsin müəyyən vaxtda müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini şəxsin ölmüş elan edilməsindən də fərqləndir mək lazımdır. Şəxsin ölmüş elan edilməsi üçün Mülki Məcəllənin 41-ci maddəsində nəzərdə tutulan vaxtın keçməsi zəruridir, lakin ölüm faktının müəyyən edilməsi üçün belə müddət məhdudiyyəti yoxdur və yalnız ölümün konkret yerdə və konkret şəraitdə baş verməsi zəruri şərt kimi müəyyən edilir. Məhkəməyə müraciət olunanadək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə və Bakı şəhəri Yasamal Rayon Qeydiyyat şöbəsinə (qardaşının sonuncu yaşayış ünvanı üzrə) yazılı müraciətlər edib. Həmin müraciətlərə cavablar birinci instansiya məhkəməsinə təqdim edilib. Həmçinin, birinci instansiya məhkəməsi tərəfindən Daxili İşlər Nazirliyinə, Dövlət Sərhəd Xidmətinə, Dövlət Miqrasiya Xidmətinə və Müdafiə Nazirliyinə sorğular ünvanlanıb və həmin sorğulara cavabların ümumiləşdirilməsindən aydın olur ki, X3 olması barədə heç bir dövlət orqanında məlumat yoxdur. Məlum məsələdir ki, hazırkı tələb üzrə mötəbər sübutlar yalnız dövlət orqanları tərəfindən təqdim oluna bilər və həmin sübutlar artıq məhkəmənin sərəncamında olmaqla iş materiallarına əlavə edilmişdir. Məhkəmənin ərizənin təmin edilməməsi barədə gəldiyi nəticə nə işin müəyyən olunmuş hallarına, nə qanunvericiliyin müddəalarına, nə də vahid məhkəmə təcrübəsinə uyğun hesab oluna bilməz.
21. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 fevral 2024-cü il tarixli, 2(103)-737/24 saylı qətnaməsi ilə (hakimlər Sabit Bəhramzadə (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Elnur Həsənov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli, 2(006)3400/2023 say lı qətnaməsi ilə dəyişdirilmədən saxlanılıb.
22. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırıb ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib. Belə ki, şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər.
23. Göründüyü kimi, şəxsin ölmüş elan edilməsi üçün müvafiq normada 3 müstəqil əsas nəzərdə tutulub. Hazırda ərizəçi birinci əsasa, yəni “şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa” əsasına istinad etməklə şəxsin ölmüş elan edilməsini tələb edir. Bu halda qanunverici şəxsin ölməsinə güman verən halın, hadisənin olmasını istisna edir. Lakin bu o demək deyil ki, şəxsin ölümünə formal mülahizələrlə gümana əsaslanaraq, ölmüş elan edilə bilər.
24. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, şəxsin ölmüş elan edilməsi qanunla müəyyən edilmiş müstəsna hallarda tətbiq edilə bilən və ciddi hüquqi nəticələrə səbəb ola biləcək hüquqi vasitədir və yalnız həmin şəxsin axtarışı üzrə bütün mümkün vasitələr tükəndikdən sonra mümkündür. İşin hallarından aydın olur ki, ərizəçi qardaşının axtarılması ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etməyib, yalnız onun uzun illərdir harada olması barədə məlumatın olmaması ilə əsaslandırıb.
25. Ərizəçi tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərdən də göründüyü kimi 10 iyul 19 64-cü il tarixdə doğulmuş X7 axtarışına dair hər hansı bir məlumatların mövcudluğuna rast gəlinmir.
26. Göründüyü kimi ərizəçi, qardaşı 10 iyul 1964-cü il tarixdə doğulmuş X7 axtarışı ilə bağlı hər hansı aktiv hərəkətlər etməyib və onun ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etsə də, bu barədə məhkəməyə mötəbər sübut təqdim etməyib, göstərilənlər isə işin hər hansı halı ilə müəyyən olunmur. Belə ki, son məhkəmə kollegiyasına təqdim edilən müxtəlif polis idarələrindən alınan cavablarda da, ərizəçinin qardaşı barəsində hər hansı bir məlumatın daxil olmadığı qeyd edilib, barəsində axtarış işinin açılması istisna edilir. Belə olan halda şəxsin axtarışı üzrə bütün mümkün vasitələr tükənmədiyindən və ciddi hüquqi nəticələrə səbəb ola biləcək hal barəsində ərizənin təmin edil məsi hazırki halda əsaslı hesab edilə bilməz.
27. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə yalnız formal mülahizələrə görə ləğv edilə və ya dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
28. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1, 41.3 və 41.4-cü maddələrinə istinad etməklə əsaslandırıb. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
29. Ərizəçi (vəkili Vəkil ) kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ərizənin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib.
30. Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi öz mövqeyini əsaslandırarkən yalnız ona istinad edib ki, “ərizəçi qardaşının axtarılması ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etməyib, yalnız onun barəsində uzun illər harada olması barədə məlumatın olmaması ilə əsaslandırıb.” Əvvəla, mülki qanunvericilikdə belə bir imperativ tələb yoxdur. Qanunvericiliklə müəyyən olunmamış tələbə əsaslanmaqla apellyasiya instansiyası məhkəməsi qanuna zidd qətnamə qəbul edib. Şəxsin ölmüş elan edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41ci maddəsində nəzərdə tutulan vaxtın keçməsi zəruridir, lakin ölüm faktının müəyyən edilməsi üçün belə müddət məhdudiyyəti yoxdur və yalnız ölümün konkret yerdə və konkret şəraitdə baş verməsi zəruri şərt kimi müəyyən edilib. Ümumiyyətlə, beynəlxalq hüquqda bu cür hallar “ölüm prezumpsiyası” adlanır. Prezumpsiya- əksi sübut olunmayana qədər hüquqi cəhətdən doğru sayılan faktın qəbul edilməsidir. Mülki qanunvericilikdə şəxs barəsində yaşayış yerində 5 il müddətində məlumatın olmaması və bu halın hüquq-mühafizə orqanının qərarından asılı olmaması müəyyən olunduğundan iş materiallarında toplanmış sübutlarla ərizəçinin qardaşının ölməsi hüquqi cəhətdən doğru sayılan faktdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Kasasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
32. Maddə 41.1. Əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habe lə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər.
33. Maddə 41.3. Şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır.
34. Maddə 41.4. Bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə
88. Məhkəmə s übutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 217.2 Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayə tində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
41. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
42. Hazırkı kassasiya şikayətində qətnamə ərizəçi tərəfindən tam mübahisələndirild iyindən qətnamə bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
43. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi hüquq normalarının təfsirində səhvə yol verib.
44. Belə ki, apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni, ərizəçinin qardaşı X7 axtarışı ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etməməsi, onun axtarışı üzrə hər hansı aktiv hərəkətlər etməməsi və bu barədə məhkəməyə mötəbər sübutlar təqdim etməməsi, başqa sözlə X7 axtarışı üzrə bütün mümkün vasitələrin tükənməməsi ilə əsaslandırmağa çalışsa da kassasiya instansiyası məhkəməsi bununla razılaşmır.
45. Əvvəla, işin mübahisə olunmayan hallarına görə 10 iyul 1964-cü il tarixdə doğulmuş X7 yaşayış yerində onun harada olması barədə 1993-cü il tarixdən heç bir məlumat yoxdur və işin bu halları onun nə sovet ordusunda, nə də Azərbaycan ordusunda xidmət, habelə hər hansı hərbi əməliyyatlarda iştirak etməməsi; ötən müddət ərzində ölkə sərhədlərini keçməməsi; 18 iyul 1980-cı il tarixdə onun adına yalnız keçmiş SSRİ nümunəli pasportun verilməsi və ötən müddət ərzində onun Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini, o cümlədən ümumivətəndaş pasportunu almaması; daxili işlər orqanlarında onun sağ və ya ölməsinə dair hər hansı qeydiyyatın aparılmaması və sair ilə də təsdiq olunur.
46. Digər tərəfdən, Mülki Məcəllənin 41.1-ci maddəsinin mənasına görə əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hans ısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o məhkəmə qaydasında ölmüş elan edilə bilər.
47. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Məhkəmə şəxsin hərbi əməliyyatlarda həlak olduğunu güman etməyə əsas verən halları nəzərə alaraq, onu bu müddət bitməzdən əvvəl, lakin hərbi əməliyyatların qurtardığı gündən altı aydan tez olmayaraq ölmüş elan edə bilər.
48. Göründüyü kimi mülki qanunvericilikdə şəxsin ölmüş elan edilməsinin şərtləri dəqiq müəyyən edilib göstərilib və şəxs məhkəmə qaydasında o halda ölmü ş elan edilə bilər ki, birincisi, şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmasın; ikincisi, şəxs ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşsün və ondan altı ay ərzində xəbər çıxmasın; üçüncüsü, hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatlarla əlaqədar olaraq xəbərsiz itkin düşmüş olsun və hərbi əməliyyatların qurtardığı gündən azı iki il ondan xəbər çıxmasın.
49. Eyni zamanda qanunun mənasına görə məhkəmə şəxsin hərbi əməliyyatlarda həlak olduğunu güman etməyə əsas verən halları nəzərə alaraq, onu bu müddət bitməzdən əvvəl, lakin hərbi əməliyyatların qurtardığı gündən altı aydan tez olmayaraq da ölmüş elan edə bilər.
50. Göründüyü kimi, mülki qanunvericilik qeyd olunan hər bi r şərtin ödənilməsi üçün konkret müddət müəyyən edib və bu müddət altı aydan başlayaraq beş ilə qədər davam edir.
51. Hazırkı iş üzrə ərizəçi, qardaşı X7 ölmüş elan edilməsi ilə bağlı Mülki Məcəllənin 41.1-ci maddəsinin tələblərinə istinad edərək, həmin normada müəyyən olunmuş şərtin ödənildiyini bildirir.
52. Nəzərə alınmalıdır ki, ərizəçinin qardaşı hərbi xidmətdə olmadığı üçün onun hər hansı hərbi əməliyyatlar zamanı itkin düşməsi mümkün deyil. Belə olan halda ərizəçinin tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 41.1-ci maddəsinin tələbləri nəzərdən keçirilməlidir. Həmin normada isə göstərilir ki, şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmadıqda, o maraqlı şəxsin ərizəsinə əsasən məhkəmə qaydasında ölmüş elan edilə bilər.
53. İşdən görünür ki, ərizə çinin qardaşının yaşayış yerində onun harada olması barədə nəinki beş il ərzində, artıq otuz ildən çoxdur ki, heç bir məlumat yoxdur.
53. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni ərizəçinin qardaşının axtarılması ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etməməsi ilə əsaslandırsa da qanunda belə bir imperativ tələb yoxdur. Yəni, şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa məhkəmə onu ölmüş elan edə bilər. Bu halda şəxsin ölümünü güman etməyə başqa əsaslar tələb olunmur.
54. Eyni hüquqi mövqe “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9.5-ci bəndində də ifadə olunub və həmin bənddə göstərilir ki, şəxsin müəyyən vaxtda müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini, şəxsin ölmüş elan edilməsindən fərqləndirmək lazımdır. Belə ki, şəxsin ölmüş elan edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41-ci maddəsində nəzərdə tutulan vaxtın keçməsi zəruridir, lakin ölüm faktının müəyyən edilməsi üçün belə müddət məhdudiyyəti yoxdur və yalnız ölümün konkret yerdə və konkret şəraitdə baş verməsi zəruri şərt kimi müəyyən edilib.
55. Qeyd edilməlidir ki, beynəlxalq hüquqda bu cür hallar “ölüm prezumpsiyası” adlanır. Prezumsiya-əksi sübut olunmayana qədər hüquqi cəhətdən doğru sayılan faktın qəbul edilməsidir.
56. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razıl aşmır və hesab edir ki, şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumatın olmaması, onun məhkəmə qaydasında ölmüş elan edilməsinə əsas verdiyi üçün, ərizəçinin qardaşının axtarılması ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etməməsi, ərizənin təmin edilməməsi üçün mütləq şərt kimi qəbul edilə bilməz.
57. Ümumiyyətlə, apellyasiya instansiyası məhkəməsi ərizəçinin qardaşının ölmüş elan edilməsi üçün onun axtarışı üzrə bütün mümkün vasitələrin tükənməməsinə dair gəldiyi nəticəni hər hansı norma ilə əsaslandırmayıb. Bu mənada işə baxan məhkəmələrin qətnamələrindən aydın olmur ki, həmin məhkəmələr Mülki Məcəllənin 41.1-ci maddəsinin tələblərini hansı qaydada təfsir və tətbiq edib.
58. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərd ə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.
59. Azəbaycan Respublikası MPM-in 417.1.3 və 418.1-ci maddələrinin tələblərinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi və işin yenidən baxılmaq üçün apellyasiya ins tansiyası məhkəməsinə göndərilməsi üçün əsasdır.
60. Ona görə də işə yenidən apellyasiya qaydasında baxılarkən hazırkı Qərarda şərh olunan hallara və hüquqi mövqeyə uyğun olaraq işə əlavə edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq düzgün hüquqi qiymət verilməlidir.
61. Beləliklə, kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.
62. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: Ərizəçi kassa siya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 fevral 2024-cü il tarixli, 2(103)-737/2024 saylı qətnaməsi ləğv edilsin, mülki yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.