Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2131/2025 15.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, iddia müddəti, müqavilədən sonrakı müddət üçün 5 faiz tələb, işin bir hissəsinə xitam verilməsi, kassasiya instansiyası məhkəməsinin göstərişləri ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Abbas oğlundan ibarət tərkibdə, İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tut ulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələblərinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-40/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçının kassasiya şikayətinə 15 iyul 2025ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" ASC (hazırda İddiaçı1) ilə Cavabdeh1 arasında bağlanmış RBB(A)407 saylı, xx.xx.2008-ci il tarixli kredit müqaviləsinə Bank borcalana 60 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 32500 ABŞ dolları kredit vermiş, borcalan isə krediti və ona hesablanacaq faizləri ödəməyi öhdəsinə götürmüşdür. 2. "xxxx" ASC ilə bağlanmış RBB(A)407 saylı, xx.xx.2008-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh2 ona məxsus **-GF-*** dövlət qeydiyyat nişanlı, 2001-ci il buraxılışlı, “Mercedes Benz 320” minik markalı avtomobil ipoteka ilə yüklü etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı1 ASC (bundan sonra “iddiaçı” və ya “Bank”) iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh1 Bankın xeyrinə 31 iyul 2008-ci il tarixli kredit müqaviləsi üzrə banka 15359.1 ABŞ dolları əsas, 27393.71 ABŞ dolları faiz, 1233.70 ABŞ dolları cərimə və kredit müqaviləsinin müddəti bitdiyi tarixdən, xx.xx.2013-cü il tarixindən xx.xx.2022-ci il tarixədək illik 5 faizlə hesablanmaqla 4817 ABŞ dolları əldən çıxmış fayda borcu olmaqla, ümumilikdə cəmi 48803.51 ABŞ dolları borcun və 338.90 ABŞ dolları ödənilmiş dövlət rüsumunun tutulması, Cavabdeh1 tutulmalı olan məbləğ, yəni cəmi 48803.51 ABŞ dolları borcun və 338.90 ABŞ dolları ödənilmiş dövlət rüsumunun Bank qarşısında ipoteka ilə yüklü edilmiş və Cavabdeh2 mülkiyyətindəki **-GF-*** dövlət qeydiyyat nişanlı, 2001-ci il buraxılışlı, “Mercedes Benz 3202 minik markalı (ban:WDB2200261A202629) avtomobilə yönəldilməsi, avtomobilin açıq hərrac vasitəsilə satılması, borcun həmin vəsait hesabına ödənilməsi, ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş məbləğ borc məbləğinin yönəldilməsi üçün kifayət etmədikdə borcun qalan hissəsinin ümumi qaydada Cavabdeh1 tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2008-ci il tarixli kredit müqaviləsinə əsasən Abdıyev X2 illik 24 faizlə 60 ay müddətinə 32500 ABŞ dolları məbləğində kredit götürmüşdür. Eyni zamanda borcun t əminatı olaraq Cavabdeh2 mülkiyyətindəki **-GF-*** dövlət qeydiyyat nişanlı, 2001-ci il buraxılışlı, “Mercedes Benz 320” minik markalı avtomobilə xx.xx.2008-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Girovla yüklülük dövlət qeydiyyatına alınmışdır. Cavabdeh xəbərdarlıq edilməsinə baxmayaraq borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, kredit borcu tutulmalı və tutma ipoteka predmetinə yönəldilməlidir.
5. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/6934 saylı məhkəmə ekspertizasının rəyinə əsasən Cavabdeh1 banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 31 iyul 2008-ci il tarixli, RBB(A)407 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla, müqavilə müddətində illik 15%-lə, müqavilə müddətindən sonra illik 5%lə faiz borcu hesablanmaqla Cavabdeh1 xx. xx.2013-cü il tarixə (müqavilə müddətinin son tarixi) banka olan əsas və faiz borcu 15.748,11 ABŞ dolları məbləğində, xx.xx.2022-ci il tarixə (sualda göstərilən tarix) banka olan əsas və faiz borcu 17.119,21 ABŞ dolları məbləğində müəyyən edilir. O cümlədən, xx.xx.2013-cü il tarixə: 12.461,42 ABŞ dolları əsas, 286,70 ABŞ dolları (illik 15%-lə) faiz, xx.xx.2022-ci il tarixə: 12.461,42 ABŞ dolları əsas, 0,00 ABŞ dolları (illik 15%-lə) faiz, 4.657,80 ABŞ dolları (illik 5%-lə (zərər) faiz. İddiaçı1 ASC ilə Cavabdeh1 arasında bağlanmış 31 iyul 2008-ci il tarixli, RBB(A)407 saylı kredit müqaviləsi üzrə təqdim edilmiş hesabdan çıxarış məlumatlarına əsasən bank tərəfindən kredit ödənişlərinin gecikdirilməsinə görə cərimə hesablanmışdır. Təqdim edilmiş sənədlərə əsasən cərimə borcu mövcud deyil.
6. Cavabdehlər iddia müddətinin tətbiq olunması barədə məhkəməyə ərizə ünvanlamışlar. 7. ünvan 1 qətnaməsi ilə iddia rədd edilmişdir. (hakim Xədicə Səfərli)
8. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında 60 ay müddətinə bağlanmış xx.xx.2008-ci il tarixli kredit müqaviləsinin müddəti xx.xx.2013-ci il tarixində bitmiş, iddiaçı həmin tarixdən 9 ildən artıq müddət keçdikdən sonra – xx.xx.2022-ci il tarixdə iddia müddətini ötürərək hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı zamanı iddia müddətinin dayanması və ya kəsilməsinə əsas olacaq hallar aşkar edilməmişdir.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi maliyyə arayışına əsasən, kredit müqaviləsi üzrə son ödəniş xx.xx.2016-cı ildə edilmiş olsa da, xx.xx.2013-ci il tarixində başlayan 3 illik iddia müddəti xx.xx.2016-cı il tarixində başa çatdığı üçün bu hal iddia müddətinin axımının kəsilməsi və yenidən başlanması üçün əsas hesab edilə bilməz. Əksi hesab edilməli olsa belə, xx.xx.2016-cı ildən başlamalı olan 3 illik iddia müddətini ötürməklə iddia qaldırılmış olacaqdır.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 373.2, 375.2, 385.1, 442, 448.1, 739.1-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
11. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə iddia tələbini rədd edə rkən maddi hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsinə yol vermişdir. Belə ki, kredit müqaviləsi üzrə öhdəliyin icrası vaxtı xx.xx.2013-cü il tarixdə başa çatmalı idi, lakin borclu öhdəliyini tam şəkildə yerinə yetirməmiş, belə olan halda, kredit müqaviləsi qüvvədə sayılır. Bundan əlavə, şərti olaraq hesab edilsə ki, öhdəliyin icrası vaxtı xx.xx.2013-cü ildə başa çatmışdır, ona görə də birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü il tarixli qərarına istinad edərək iddianın rədd edilməsi ilə bağlı qənaət formalaşmışdır, beləliklə də məhkəmə maddi hüquq normasının pozuntusuna yol vermişdir. İddiaçı olaraq tələb etdiklər i illik 5 faiz pul tələbi kredit müqaviləsindən irəli gələn tələb olmamışdır. Cavabdeh üzərinə götürmüş öhdəliyini tam şəkildə yerinə yetirməyərək gecikməyə yol vermiş və bundan sonra bankın gecikdirilmiş vaxt üçün faiz tələb etmək hüququ yaranmışdır. Bu tələb müqavilədən yox, qanundan irəli gəlmişdir.
13. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-637/2023 nömrəli iş üzrə 1 mart 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Fikrət Mehtiyev (sədrlik edən və məruzəçi), Rəhman Muradov, Ədil Məmmədov)
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti xx.xx.2013-ci il tarixində bitm işdir. İddiaçı həmin tarixdən 9 ildən artıq müddət keçdikdən sonra xx.xx.2022-ci il tarixdə iddia müddətini ötürərək hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı isə kredit müqaviləsinin müddətinin başa çatdığı vaxtdan sonrakı dövrdə cavabdeh tərəfindən ödəniş edilməsini təsdiq edən sübutunu məhkəməyə təqdim etməmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia müddətinin axımının xx.xx.2019-cu il tarixdən hesablanmağa başlaması nəzərə alındıqda, iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət edərkən qanunla müəyyən edilmiş üç illik iddia müddətini ötürmüşdür. Odur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuş, maddi və ya prosessual hüquq pozuntusuna yol verməmişdir. c)Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
16. İddia çı (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin “Cavabdeh1 İddiaçı1 ASC-nin xeyrinə 31 iyul 2008-ci il tarixli kredit müqaviləsi üzrə banka 15359.1 ABŞ dolları əsas, 27393.71 ABŞ dolları faiz, 1233.70 ABŞ dolları cərimənin tutulması; Cavabdeh1 tutulmalı olan borcun İddiaçı1 ASC qarşısında ipoteka ilə yüklü edilmiş və Cavabdeh2 mülkiyyətindəki 10GF-320 dövlət qeydiyyat nişanlı, 2001ci il buraxılışlı, «Mercedes Benz 320» minik markalı GF-320 dövlət qeydiyyat nişanlı, 2001-ci il buraxlışlı, «Mercedes Benz 320» minik markalı (ban:WDB2200261A202629) avtomobilin açıq hərrac vasitəsilə satılması və hesabına yönəldilməsi; İpoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş məbləğ borc məbləğinin yönəldilməsi üçün kifayət etmədikdə borcun qalan hissəsi ümumi qaydada Cavabdeh1 tutulması” hissəsində icraata xitam verilməsi, iddia tələbinin “kredit müqaviləsinin müddəti bitdiyi tarixdən, xx.xx.2013-cü il tarixindən xx.xx.2022-ci il tarixədək illik 5 faizlə hesablanmaqla 4817 ABŞ dolları əldən çıxmış faydanın” tələb olunması hissəsində isə işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
17. İş kassasiya məhkəməsinin icraatında olduğu zaman iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddianın Cavabdeh1 oğu və X1 qarşı bankın xeyrinə 31 iyul 2008-ci il tarixli kredit müqaviləsi üzrə banka 15.359,1 ABŞ dolları əsas, 27.393,71 ABŞ dolları faiz, 1.233,70 ABŞ dolları cərimə və tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində imtina etdiyini göstərmiş və iş üzrə icraata h əmin hissələrdə xitam verilməsini, iddia tələbinin kredit müqaviləsinin müddəti bitdiyi xx.xx.2013-cü il tarixdən xx.xx.2022-ci il tarixədək illik 5 faizlə hesablanmaqla 4.817 ABŞ dolları əldən çıxmış faydanın tələb olunması hissəsində kassasiya şikayətinin müdafiə edildiyini, həmin hissədə işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2739/2023 saylı, 11 iyul 2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 1 mart 2023-cü il tarixli, 2(104)-637/2023 nömrəli qətnaməsi “Cavabdeh1 İddiaçı1 ASC-nin xeyrinə 31 iyul 2008-ci il tarixli kredit müqaviləsi üzrə banka 15359,1 ABŞ dolları əsas, 27393,7 1 ABŞ dolları faiz, 1233,70 ABŞ dolları cərimənin tutulması, Cavabdeh1 tutulmalı olan borcun İddiaçı1 ASC qarşısında ipoteka ilə yüklü edilmiş və Cavabdeh2 mülkiyyətindəki ** GF *** dövlət qeydiyyat nişanlı, 2001-ci il buraxılışlı, «Mercedes Benz 320» minik markalı avtomobilin açıq hərrac vasitəsi ilə satılması və hesabına yönəldilməsi, ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş məbləğ borc məbləğinin yönəldilməsi üçün kifayət etmədikdə borcun qalan hissəsinin ümumi qaydada Cavabdeh1 tutulması” hissəsində iddiaçının iddiadan imtinası qəbul olunaraq, həmin hissələrdə iş üzrə icraata xitam verilmişdir.
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2739/2023 saylı, 11 iyul 2023-cü il tarixli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 1 mart 2023-cü il tarixli, 2(104)-637/2023 nömrəli qətnaməsi “iddia tələbinin “kredit müqaviləsinin müddəti bitdiyi tarixdən, xx.xx.2013-cü il tarixdən xx.xx.2022-ci il tarixədək illik 5 faizlə hesablanmaqla 4817 ABŞ dolları əldən çıxmış faydanın tələb olunması və 338,90 manat dövlət rüsumunun tutulması” hissəsində ləğv edilmiş və həmin hissədə iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.
20. Ali Məhkəmənin mövqeyi belə olmuşdur: - kassasiya instansiya məhkəməsinin 11 iyul 2023-cü il tarixli qərarı ilə iddiaçı iddianın bir hissəsindən, yəni Cavabdeh1 oğu və Cavabdeh2 qarşı bankın xeyrinə 31 iyul 2008-ci il tarixli kredit müqaviləsi üzrə banka 15.359,1 ABŞ dolları əsas, 27.393,71 ABŞ dolları faiz, 1.233,70 ABŞ dolları cərimə və tutmanın ipoteka predmetinə yönəldilməsi hissəs ində imtina etdiyindən, həmin hissədə iddiadan imtina etməsi onun həqiqi niyyətini əks etdirdiyindən, həmin imtina qanuna zidd olmadığından, habelə başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilmişdir; - İddia tələbinin kredit müqaviləsinin müddəti bitdiyi tarixdən, yəni xx.xx.2013-cü il tarixindən xx.xx.2022-ci il tarixədək illik 5 faizlə hesablanmaqla 4817 ABŞ dolları əldən çıxmış faydanın tələb olunması hissəsi üzrə isə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, iddiaçı xx.xx.2013-cü il tarixindən xx.xx.2022-ci il tarixədək illik 5 faizlə hesablanmaqla 4817 ABŞ dolları əldən çıxmış faydanı tələb edir, işə baxan məhkəmələr isə iddia müddətini tətbiq edərək həmin hissədə i ddianın təmin olmamasını qeyd edir; - müəyyən olunur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 may 2010-cu il tarixli qətnaməsi ilə xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə əsas borc, faiz, gecikməyə görə cərimə, cəmi 35.000,06 ABŞ dolları tutulmuş, tələb ipoteka predmetinə yönəldilmişdir. Bundan sonra, iddiaçı həmin cavabdehlərə qarşı həmin kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsinə dair eyni əsaslarla yenidən tələb irəli sürmüşdür. Hazırkı vaxtda iddiaçı göstərilən tələblərinin bir hissəsindən imtina etmiş, 445.7-ci maddəsinə uyğun olaraq tələb etdiyi faiz məbləğinə iddia müddətinin tətbiqini mümkünsüz hesab edərək həmin hissədə qətnamənin ləğv edilməsini xahiş edir; - qeyd edilməlidir ki, nə qədər ki, xx.xx.2008-ci il tarixli müqavilə üzrə öhdəlik lazımi qaydada icra edilmədiyinə görə 2010-cu ildə iddia tələbi irəli sürülmüş, bu halda iddia müddətinin axımı kəsilmişdir. Bu müddətin kəsilməsi müqavilə üzrə həm də qanun əsasında yarana biləcək bütün öhdəliklər üçün keçərlidir; - belə olan halda, məhz istinad olunan müqavilə üzrə qanun üzrə tələb olunması mümkün hesab edilən faizin tələb olunmasının mümkünlüyü barədə iddiaçının bildirdiyi ilə işin müəyyən edilmiş faktiki halları arasında uyğunluğuna (uyğunsuzluğuna) dair hüquqi dəyərləndirmə aparılmalıdır. d)Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
21. Təkrar apellyasiya baxışı zamanı cavabdeh Ə.Abdiyev vəsatət verərək, işin icraatının dayandırılmasını xahiş etmiş, vəsatətini onunla əsaslandırmışdır ki, 31 iyul 2008-ci il tarixli kredit və eyni tarixli ipotek a müqavilələri üzrə öhdəliyə xitam verilmiş hesab edilməsi barədə iddia qaldırıb, bu işin nəticəsi həmin işin nəticəsindən asılıdr.
22. Hazırki işin icraatı qeyd edilən əsasla dayandırılmışdır.
23. Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Ə.Abdiyevin iddiası qisməın təmin edilmiş, 31 iyul 2008-ci il tarixli kredit və eyni tarixli ipoteka müqavilələri üzrə öhdəlik icra edilmiş hesab edilərək, öhdəliklərə xitam verilmiş, maddi zərər görə Ə.Abdiyevin xeyrinə Bankdan 2547 ABŞ dolları pul tutulmuşdur.
24. Bakı Apellyasiya Məhkəməsini Mülki Kollegiyasını xx.xx.2024-cü il tarixli qərardadı ilə Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə icrata xitam verilmişdir. Əsas: avtomobilin 2011-ci ilin sonlarındakı (banka təhvil verildiyi güm an edilən tarix) dəyəri barədə heç bir sübut təqdim edilməməişdir və onun 2010-cu ildən 2011-ci ilədək dəyər itkisinə məruz qaldığı adi həyat təcrübəsindən bilinən reallıqdır, həmçinin nə qədər ki iddiaçılar da iddia tələbində “avtomobilin təhvil verilməsi ilə borcun əvəzləşdirilməsi”ni irəli sürmüşlər, belə olan halda, avtomobilin banka təhvil verildiyi zamandakı dəyərinin borc məbləği qədər olduğu qəbul edilməlidir.
25. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-40/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 2(125)-1382/2022 saylı, 24 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Mustafa Mustafayev (sədrlik edən və məruzəçi), Loğman Süleymanov, Şamil Rz aquliyev)
26. Apellyasiya insrtansiyası məhkəməsi qeyd etmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 may 2010-cu il tarixli qətnaməsi ilə xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehdən əsas borc, faiz, gecikməyə görə cərimə, cəmi 35.000,06 ABŞ dolları tutulmuş, tələb ipoteka predmetinə yönəldilmiş, qətnamə qanuni qüvvəsini almış və icraya yönəlmişdir. Hazırda iddiaçı xx.xx.2013-cü il tarixindən xx.xx.2022-ci il tarixədək illik 5 faizlə hesablanmaqla 4817 ABŞ dolları əldən çıxmış faydanı tələb edir.
27. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e2(004)114/2024 saylı qətnaməsindən görünür ki, Cavabdeh1 cavabdeh "xxxx" ASC-nə qarşı "öhdəliyin icra edilmiş hesab edilməsi və pul" tələbinə dair, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən ü çüncü şəxs Cavabdeh2 cavabdeh "xxxx" ASC-nə qarşı "öhdəliyin icra edilmiş hesab edilməsi və pul" tələbinə dair iddia ərizələrinin qismən təmin edilməsi, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2008-ci il tarixli RBB(A)407 nömrəli kredit müqaviləsi və "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış RBB(A)407 saylı, xx.xx.2008-ci il tarixli ipoteka müqaviləsi üzrə öhdəlik icra edilmiş hesab edilərək xitam verilməsi, dəymiş maddi zərərə görə 2547 ABŞ dolları məbləğində pul ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) cavabdeh "xxxx" ASC-dən alınaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh2 verilməsi, iddia ərizələrinin qalan hissələrdə təmin edilməməsi qət edilmişdir.
28. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3473/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə "xxxx" ASC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)-114/2024 saylı qətnaməsi dəymiş maddi zərərə görə 2547 ABŞ dolları məbləğində pulun ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) cavabdeh "xxxx" ASC-dən alınaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh2 verilməsi hissəsində ləğv olunmuş, Cavabdeh2 dəymiş maddi zərərə görə 2547 ABŞ dolları məbləğində pul ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) cavabdeh "xxxx" ASC-dən alınaraq ona verilməsi tələbi təmin edilməmiş, Cavabdeh1 və C avabdeh2 apellyasiya şikayətləri təmin olunmamış, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
29. Həmin qətnamənin əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, Cavabdeh1 Cavabdeh2 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2010-cu il qətnaməsi üzrə bank qarşısında öhdəlikləri qalmamışdır və onlar, hazırkı qətnamə ilə müəyyən olunan halları əsas götürərək, hazırda Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icraatında olan 1 iyul 2010-cu il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə həmin quruma müraciət edə bilərlər.
30. Cavabdeh1 tərəfindən ünvanlanmış, ərizə və ərizəyə əlavə edilmiş, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin “İcraata xitam verilməsi haqqında” 24 yanvar 2025-ci il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3473/2024 saylı xx.x x.2024-cü il tarixli qətnaməsi ilə borcluların bank qarşısında öhdəliklərinin tam icra olunması müəyyən olunduğundan Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2(004)2402/2010 saylı, xx.xx.2010-cu il tarixli icra sənədinin icraatına xitam verilmişdir.
31. İddiaçı xx.xx.2008-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 Bank qarşısında pul məbləğinin ödənilməsini gecikdirdiyinə istinad edərək gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edir. Halbuki qeyd edilən məhkəmə aktları ilə borclunun bank qarşısında öhdəliyinin icra edilməsi müəyyən edilmişdir.
32. Apellyasiya insrtansiyası məhkəməsi hesab etmişdir ki, borclunun bank qarşısında öhdəliyi vaxtında icra edildiyindən və borclunun bank qarşısında pul məbləğinin ödənilməsini gecikdirməsini təsdiq edən sübutlar təqdim edilmədiyindən və bu baxımdan apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan apellyasiya şikayəti təmin edilməməlidir.
33. Apellyasiya instansiyası məhkəməsi mövqeyini kimi Mülki Məcəllənin 445.1, 445.7, 739.1, 742.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
34. İddiaçı kassasiya şikayəti verərək (vəkil Nümayəndə2) qətnamənin ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
35. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli qərarına diqqət yetirməmişdir. Belə ki, həmin qərarda göstərilmişdir: “nə qədər ki, xx.xx.2008-ci il tarixli müqavilə üzrə öhdəlik lazımi qaydada icra edilmədi yinə görə 2010-cu ildə iddia tələbi irəli sürülmüş, bu halda iddia müddətinin axımı kəsilmişdir. Bu müddətin kəsilməsi müqavilə üzrə həm də qanun əsasında yarana biləcək bütün öhdəliklər üçün keçərlidir”. Qətnamə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinin əsaslandırma hissəsində qeyd olunan “Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsi üzrə bank qarşısında öhdəlikləri qalmamışdır və onlar, hazırkı qətnamə ilə müəyyən olunan halları əsas götürərək, hazırda Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icraatında olan 01 iyul 2010-cu il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə həmin quruma müraciət edə bilərlər” ifadəsi üzərində qurulmuşdur. Apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, Bank B akı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsindən kassasiya şikayəti vermiş, sadəcə Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə iş kassasiya icraatından çıxarılmışdır. Qərarda qeyd olunmuşdur ki, kassasiya şikayətindən görünür ki, cavabdeh qətnamənin əsaslandırma hissəsindən, yəni qətnamədə tərəflərin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsi əsasında ödənilməli borc məbləğinin avtomobilin banka təhvil verilməsi yolu ilə ödənilməsi barədə razılığa gəlmələri və avtomobili təxminən 2011ci ilin sonlarında bankın sahibliyinə keçməklə, Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsi üzrə bank qarşısında öhdəliklərinin qalmamasının müəyyən edilməsindən narazıdır. Lakin mülki prosessual qanun vericilikdə məhkəmə aktının yalnız əsaslandırma hissəsindən şikayət verilməsi nəzərdə tutulmamışdır. Göründüyü kimi Bakı Apellyasiya Məhkəməsi bir tərəfdən iddianı Bankın xeyrinə rədd etmiş olsa da, lakin qətnamənin əsaslandırma hissəsində qanunvericiliyin yol vermədiyi bir nəticəyə gəldiyini bəyan etməklə digər tərəfdən Bankın ziyanına qətnamə çıxarmış, həmin qətnamə yuxarı instansiya məhkəməsində mübahisələndirilsə də, işə mahiyyəti üzrə baxılmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
36. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstə rməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli h üquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəmə si tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən ap ellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
37. Kassasiya instansiyası məhkəməsi işin fak tiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Kassasiya şikayətində iddiaçı qətnaməni tam mübahisələndirib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır.
39. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya inst ansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlmiş, apellyasiya şikayətinin dəlillərinə tam qiymət vermişdir.
42. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırkı qərarın 2632-ci bəndlərində əks edilən hüquq dəyərləndirməsi ilə razılaşır və bu səbəbdən ə lavə şərhə zərurət görmür.
43. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi sübutları ətraflı araşdırmış, iddia tələbi üzrə hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğunu prosessual normalara əsasən müəyyən etmiş, sübut etmə yükünü düzgün bölüşdürmüş, apellyasiya şikayətinin dəlillərinə qiymət vermiş, nəhayət hazırkı iş üzrə kassasiya instansiyası məhkəməsinin göstərişlərinə uyğun olaraq əsaslı hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsaslarını düzgün müəyyən etmişdir.
44. İşdən görünür ki, təkrar apellyasiya baxışı zamanı cavabdeh kredit və ipoteka müqavilələri üzrə öhdəliyin icra edilmiş hesab edilməsi barədə iddia qa ldırmış, son nəticədə cavabdehin kredit müqaviləsi üzrə borcunun olmaması, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2010-cu il qətnaməsi üzrə bank qarşısında öhdəlikləri qalmaması müyyən edilmişdir.
45. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, qeyd edilməlidir ki, bu dəlillər qüvvədə olan məhkəmə aktları ilə müəyyən edilmiş halların təkzibinə yönəlib ki, bu da MPM-in 82.3-cü maddəsinin tələbləri ilə ziddiyyət təşkil edir.
46. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
47. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikay əti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-40/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.