Məhkəmə qərarları › İş №2(102)-2133/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2133/2021

19.04.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2133/2021 19.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair Cavabdeh qarşılıqlı iddia tələbinə iş üzrə QƏRARİ Açar sözlər: mənzilin təhvil verilməsi, öhdəliyin yerinə yetirilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlundan və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3882/2020 nömrəli iş üzrə 23 sentyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən veril miş kassasiya şikayətinə dair işə 19 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tikilmiş Bakı şəhəri Binəqədi rayonu Xutor qəsəbəsi S.Bəhlulzadə küçəsi 1 girişli yaşayış evinin 14-cü mərtəbəsində ümumi sahəsi 130 kv.m. olan 3 otaqdan ibarət 54 saylı mənzilin (bundan sonra – mübahisəli mənzil) ona təhvil verilməsi və həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, o, 26 dekabr 2011-ci il tarixdə cavabdehlə mənzil tikintisi barədə müqavilə bağla yaraq sonuncu tərəfindən tikilən binada mənzil almış, mənzilin hər kvadrat metrinə görə 500 manat olmaqla cavabdehə 65000 manat pul ödəmişdir. Pul vəsaitinin verilməsi yeni binanın həyətində yerləşən ofisdə həyata keçirilmiş, pul verilərkən ondan başqa həyat yoldaşı X3 və tikinti üzrə mühəndis olan tanışları X2 iştirak etmişlər. Ofisdə mənzil tikintisi barədə 26 dekabr 2011-ci il tarixli müqavilənin ona aid olan hissəsini doldurmuş və imzalamış, digər hissə isə əvvəlcədən doldurulmuş və imzalanmışdır. Müqavilənin arxasında sağ tərəfdə pulu qəbul edənin imzası bölməsində imza olmuş, cavabdeh ona demişdir ki, bu, satış müdirinin imzasıdır və onlar gələnə kimi müqaviləni imzalamışlar. Onlar 65000 manat pulu bank vasitəsi ilə ödəmək istəmişlər, lakin cavabdeh onlara bildirmişdir ki, pulu banka ödəsələr və ya onlara ödəniş barədə qəbz versələr, onda vergi ödəməli olacaqlar. Müqavilədə onların mənzilə görə 65000 manat pul ödədikləri göstərilmiş, cavabdeh imzası və möhürü ilə təsdiq etmişdir ki, onlar məbləği tam ödəmişlər. Müqavilənin bir nüsxəsi onlarda, digər nüsxəsi isə qarşı tərəfdə qalmışdır. Hazırda mənzilin tikintisi başa çatmış, lakin onlar əllərində müqavilə ola-ola mənzili ala bilmirlər. Bir neçə dəfə gedib evə baxmış və görmüşlər ki, mənzil hazır olmaqla qapısı bağlıdır. Cavabdeh mənzili onlara təhvil verməkdən imtina edir. Cavabdeh məhkəmə baxışı zamanı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı ilə onun arasında mənzil tikintisi barədə 26 dekabr 2011-ci il tarixli müqavilənin etibarsız hesab edilərək ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahi ş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, 26 dekabr 2011-ci il tarixli müqavilə aldatma nəticəsində bağlanmışdır. Belə ki, iddiaçının əri X3 həmin binada payçı olan X7 55000 manat məbləğində borc vermiş, X10 isə həmin pulu qaytara bilmədiyinə görə onlara müraciət etmiş və həmin borcun əvəzinə mübahisəli mənzilin iddiaçının adına keçirilməsini xahiş etmişdir. Buna görə də, X5 adına olan mənzil iddiaçının adına keçirilmiş, lakin həmin mənzilə dair onlara hər hansı vəsait ödənilməmişdir. Lakin sonradan X3 razılaşmanı pozaraq həm pulu X4 tələb etməyə başlamış, həm də formal olaraq bağlanmış müqaviləyə əsasən onlardan ev tələb etmişdir. Əslində tərəflər arasında bağlanmış əqd formal əqdir və həmin əqd üzrə mənzilin dəyəri ödənilməmişdir. Bu faktı həm də o təsdiq edir ki, iddiaç ıya mənzilin dəyərinin ödənilməsi barədə hər hansı maliyyə arayışı və ya kassa mədaxil qəbzi verilməmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-xəttşünaslıq ekspertizasının 01 noyabr 2018-ci il tarixli, 24906 saylı rəyinə əsasən, mənzil tikintisi haqqında 26 dekabr 2011-ci il tarixli müqavilənin arxa tərəfində “icraçı” qrafasındakı imza Cavabdeh tərəfindən icra olunmuşdur. Həmin müqavilənin arxa tərəfində “ödənilən pulun məbləği-rəqəm və yazı ilə” qrafasında ”2” rəqəmindən sonrakı “dəyəri tam ödənildi” yazıları Cavabdeh tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunmuşdur. Müqavilənin arxa tərəfində “pulu qəbul edənin imzası” qrafasındakı imzanın X6 tərəf indən icra olunub-olunmadığını müəyyən etmək mümkün olmadı. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-347/2019 nömrəli iş üzrə 18 mart 2019-cu il tarixli qətnaməsi ilə (hakim A.Rzayev) ilk iddia rədd edilmiş, qarşılıqlı iddia isə təmin edilmişdir. Birinci instansiya məhkəməsi 01 noyabr 2018-ci il tarixli ekspert rəyinə istinad edərək, gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən cavabdehə hər hansı vəsait ödənilməmişdir. Ekspert rəyi ilə təsdiq olunmuşdur ki, iddiaçı həmin müqaviləyə sonradan düzəliş etmiş, mənzilin dəyəri tam ödənilmədiyi halda, “dəyəri tam ödənildi” ifadəsini əlavə etməklə, guya ödənildiyi barədə təsəvvür yaratmağa çalışmışdır. Məhkəmə qeyd etmişdir ki, iddiaçının nümayəndəsi xxxxxxx razılaşmanı pozara q X4 pulu tələb etməyə, eyni zamanda formal bağlanmış müqaviləyə əsasən cavabdehdən mənzil tələb etməyə başlamışdır. Belə ki, hazırda Bakı Şəhəri 11 saylı Notariat Kontoru tərəfindən verilmiş icra qeydi əsasında Nərimanov Rayon İcra və Probasiya şöbəsində icra işi açılmışdır. Məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçı tərəfindən mənzilin pay haqqının ödənilməsi təsdiq olunmadığına görə, onun Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 178.8-ci maddəsinin tələblərinə əsasən, mənzilə dair mülkiyyət hüququ yaranmamışdır. Bu faktı həm də onunla təsdiq edilir ki, iddiaçıya mənzilin dəyərinin ödənilməsi barədə hər hansı maliyyə arayışı və ya kassa mədaxil qəbzi verilməmiş və həmin sənəd məhkəməyə təqdim olunmamışdır. Buna görə də iddia təmin oluna bilməz. Eyni zama nda məhkəmə qeyd etmişdir ki, müqavilə başqa əqdi pərdələmək məqsədi ilə, yəni borcun əvəzinə formal olaraq bağlandığına görə etibarsız hesab olunmalıdır. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 152.1, 178.8, 339.2, 339.3, 340.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-9329/2019 nömrəli iş üzrə 22 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – Ş.Məmmədova (sədrlik edən və məruzəçi), V.Həsənov və X.Sarıyev) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ona münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi ilə eyni mövqe irəli sürərək və eyni maddi hüquq normalarına istinad etməklə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-483/2020 nömrəli iş üzrə 27 yanvar 2020-ci il tarixli qərarı ilə (hakimlər – Q.Əsgərov (sədrlik edən və məruzəçi), E.Vəliyeva və S.Hacıyev) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin m əhkəməyə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə işin araşdırılmış həqiqi hallarına, eləcə də mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olmamaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmədiyi üçün qanuni və əsaslı sayıla bilməz. Məhkəmə hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən əqdin əhəmiyyətsiz əqd olması ilə bağlı Mülki Məcəllənin 340-cı maddəsinə istinad etsə də, bu nəticəni lazımi sübutlarla əsaslandırmamış, həmin Məcəllənin mübahisə edilən əqdlərin etibarsızlığı ilə bağlı 339.2 və 339.3-cü maddələrinin hazırkı mübahisəyə tətbiqini əsaslandırmamışdır. Məhkəmə qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi 3-cü şəx s X5 izahatını qətnaməsində əks etdirsə də, onun izahatında göstərilənlərin hazırkı mübahisə ilə hər hansı hüquqi əlaqəsinin olub-olmamasına hüquqi qiymət verməmiş, sonuncunun izahatında qeyd etdiyi kimi, 2016-cı ildə imzalanmış kredit müqaviləsinə əsasən 50.000 manat borc tələbinə dair notariusun icra qeydi əsasında Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin icraatında olan icra işinin hazırkı mübahisə ilə birbaşa və digər formada ələqəsinin olub-olmaması araşdırmamış, müəyyən edilmiş hallara hüquqi qiymət verməmişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Apellyasiya instansiyası məhkəməsinin 2(103)-3882/2020 nömrəli iş üzrə 23 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – İ.Kərimli (sədrlik edən və məruzəçi), A.İsgəndərov və E.Kazımov) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq, iddia tələbi təmin edilmiş, qarşlılıqlı iddia tələbi isə rədd olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq, gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə ilk iddia tələbini rədd edib qarşılıqlı iddianı təmin etməklə mübahisənin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir. Məhkəmə, tərəflər arasında mənzil tikintisi barədə 26 dekabr 2011-ci il tarixli müqavilə bağlanmasına, həmin müqavilənin şərtlərinə görə iddiaçı tərəfindən icraçı Cavabdeh tərəfindən tikilmiş mübahisəli 54 nömrəli mənzilə görə 65000 manat məbləğində pul verilməsi, cavabdeh tərəfindən isə həmin pulun müqabilində mənzili iddiaçıya verməsi barədə öhdəlik götürmələrinə, tərəflər arasında bağlanan həmin müqavilənin həm iddiaçı, həm də cavabdeh tərəfindən imzalanmasına, cavabdehin möhürü ilə təsdiqlənməsinə istinad edərək qeyd etmişdir ki, müqavilənin 12-ci bəndində “dəyəri tam ödənildi” qrafasının qarşısındakı “pulu qəbul edənin imzası” qrafasındakı imza Cavabdeh məxsus olmasa da, həmin qrafada olan möhür əksi sonuncuya məxsusdur. Pulun ödənilməsi barədə kassa mədaxil orderinin və ya maliyyə arayışının olmaması isə müqavilə üzrə pulun ödənilməməsi anlamını vermir. İşə apellyasiya qaydasında baxan məhkəmə qarşılıqlı iddiaya münasibətdə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış mənzil tikintisi haqqında 26 dekabr 2011-ci il tarixli müqavilənin etibarsız hesab e dilməsinə hər hansı əsas yoxdur. Birinci instansiya məhkəməsi həmin müqaviləni etibarsız əqd hesab etməklə düzgün nəticəyə gəlməmiş, Mülki Məcəllənin həm 339.2-ci, həm də 340.2-ci maddələrinə istinad etməklə tərəflər arasında bağlanmış müqavilənin aldatma nəticəsində bağlanmış əqd, yoxsa yalan əqd olmasını da aydınlaşdırmamışdır. Beləliklə, məhkəmə hesab etmişdir ki, iddiaçı mənzilə görə pay haqqını ödəməklə Mülki Məcəllənin 178.8-ci maddəsinə əsasən əmlaka mülkiyyət hüququ əldə etmişdir. Mənzil tikintisi haqqında 26 dekabr 2011-ci il tarixli müqavilə üzrə cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyi mövcuddur. Buna görə də ilk iddia üzrə iddiaçı iddia tələbində haqlıdır. Mülki qanunvericiliyin normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qi ymətləndirilməlidir. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 178.8, 324, 442-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilk iddianın rədd olunması, qarşılıqlı iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, əsassız və ədalətsiz qətnamə qəbul etmişdir. Kassator göstərmişdir ki, 26 dekabr 2011-ci il tarixli müqavilə başqa əqdi pərdələmək məqsədi ilə aldatma nəticəsində bağlanmışdır. Mənzilə görə ö dəniş edilmədiyindən, cavabdeh tərəfindən iddiaçıya nə maliyyə arayışı verilməmiş, nə də ki müqavilədə bu barədə qeyd olunmamışdır. Müqavilədə mənzilin dəyərinin ödənilməsi barədə qeydin kim tərəfindən icra olunması cavabdehə məlum deyildir. Bu fakt ekspert rəyi ilə də öz təsdiqini tapmışdır. Müqavilə formal olaraq mövcud olsa da, onun iradə ifadəsini ifadə etmədən başqa şəxs tərəfindən tərtib edilmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi işin bu kimi faktiki hallarına düzgün hüquqi qiymət verməmiş və heç bir sübuta əsaslanmayan ilk iddianın təmin edilməsi barədə qanunsuz, qərəzli və əsassız qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin əsası kimi Mülki Məcəllənin 152.1, 157.2, 178.8, MPM-nin 14.1, 14.2, 88, 217-ci maddələrinə istinad olunmuşdur. b) Kassasiya şikayətlərinə qarşı eti razın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi məhkəmə iclasına vəkilsiz gəldiyindən, MPM-nin 67-ci maddəsinin tələbinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq kassator və vəkili heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması na və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində iş üzrə yeganə cavabdeh olan kassator apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düz gün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığı ümumi ifadələrlə qeyd edilsə də, bunun nədən ibarət olması əsaslandırılmamışdır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq b elə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3882/2020 nömrəli iş üzrə 23 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar