Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2148/2024 29.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" X23 Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ Kateqoriya: kredit borcunun tutulması, müqavilə tələbləri üzrə iddia müddəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), X13 və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" X23 Cəmiyyətinin Cavabdeh qarşı “xx.xx.2014-cü il tarixli **********30014 nömrəli kredit müqaviləsi üzrə qalıq borc məbləğinin borc alandan tutulması” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-111/2024 nömrəli, 12 yanvar 2024-cü il tarixli qətn aməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 29 iyul 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(051)-32/2019 saylı qətnaməsinə əsasən, ASC "xxxx" X2, Cavabdeh və X5 qarşı “29 oktyabr 2014-cü il tarixli, **********30014 nömrəli kredit müqaviləsi üzrə iddiaçının (kreditorun) tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan mənzildən çıxartma” tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh 12999.74 ABŞ dolları məbləğdə əsas, 926.41 ABŞ dolları məbləğdə faiz və 50 ABŞ dolları məbləğdə cərimə olmaqla, cəmi 13976.15 ABŞ dolları məbləğdə borcun qətnamə icra olunan günə manat mə zənnəsi ilə hesablanıb ASC "xxxx" Bankına verilməsi, həmin borcun ödənilməsinin ipotekaya qoyulmuş, X9 mülkiyyətində olan Mingəçevir şəhərinin A.Şaiq küçəsindəki 15 saylı evin 46 saylı mənzilinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 40000 (qırx min) manat müəyyən edilməsi, mənzilin açıq hərracda satılmasından əldə olunacaq vəsait hesabına X10 banka olan borcunun ödənilməsi qət edilmişdir. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) X16, Cavabdeh və X3 ASC "xxxx" Bankına qarşı “xx.xx.2014-cü il tarixli, **********30014 nömrəli kredit müqaviləsi üzrə iddiaçının (kreditorun) tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair qarşılıqlı iddia tələbi təmin edilməmişdir.
2. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(1 07)3154/2019 saylı qətnaməsinə əsasən, "xxxx" Bank ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Mingəçevir Şəhər Məhkəməsinin 22 avqust 2019-cu il tarixli, 2(051)-32/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-2462/2020 saylı qərarına əsasən, iddiaçı ASC "xxxx" Bankının kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 4 dekabr 2019-cu il tarixli qətnaməsi ipotekaya qoyulmuş, X9 mülkiyyətində olan, Mingəçevir şəhərinin A.Şaiq küçəsindəki 15 saylı evin 46 saylı mənzilin ilkin satış qiymətinin 40000 (qırx min) manat müəyyən edilməsi və X16, Cavabdeh və X7, onların ailə üzvləri və digər şəxslər mənzili 1 ay ərzində tərk etmədiklə ri halda, həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmalarının rədd edilməsi hissələrində ləğv edilmişdir.
4. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(107)159/2021 saylı qətnaməsinə əsasən, Mingəçevir Şəhər Məhkəməsinin 22 avqust 2019-cu il tarixli, 2(051)-32 saylı qətnaməsi ipotekaya qoyulmuş, X9 mülkiyyətində olan Mingəçevir şəhərinin A.Şaiq küçəsindəki 15 saylı evin 46 saylı mənzilin satış qiymətinin 40000 (qırx min) manat müəyyən edilməsi və X16, Cavabdeh və X7 onların ailə üzvləri və digər şəxslər mənzili 1 ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmalarının rədd edilməsi hissələrində ləğv edilmiş və həmin hissədə yeni qətnamə qəbul edilərək, ipoteka predmetinin satış qiymətinin 34000 (otuz dörd min) manat müəyyən edilməsi, mənzil satıldıqdan sonra boşaldılması, X16, Cavabdeh və X7 1 ay ərzində çıxarılmaları qət edilmişdir.
5. ASC "xxxx" Bankı tərəfindən DƏDRX-ın 17 saylı Ərazi İdarəsinə ünvanlanmış məktuba əsasən, 29 oktyabr 2014-cü il tarixli, **********0014/ip nömrəli ipoteka müqaviləsinə əsasən X12 məxsus Mingəçevir şəhəri, Abdulla Şaiq küçəsində yerləşən 15 nömrəli, 5 mərtəbəli binanın 5-ci girişində, 2-ci mərtəbəsində yerləşən 47.81 kv.m ümumi, 26.57 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 46 nömrəli mənzil ipotekaya qoyulmuşdur. Bu barədə idarə Banka xx.xx.2011-ci il tarixli, MA seriyalı, ******* saylı, DƏDRX-dən Çıxarış (reyestr nömrəsi **********82-05101-093015, qeydiyyat nömrəsi **********) vermişdir. İpoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında xx.xx.2016-cı il ta rixli, 614 saylı bildirişin qeydiyyata alınması üçün, xx.xx.2016-cı il tarixli, 584 saylı Ərizə ilə müraciət olunmuş və həmin ərizə idarə tərəfindən qeydiyyata alınmaq üçün qəbul edilmişdir. Yuxarıdakıları nəzərə alaraq, adı çəkilən əmlakın üzərinə qoyulmuş bütün məhdudiyyətləri və eləcə də bildirişin ləğv edilməsini xahiş etmişdir.
6. ASC "xxxx" Bankı tərəfindən Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə ünvanlanmış məktuba əsasən, Mingəçevir şəhər Məhkəməsinin 22 avqust 2019-cu il tarixli, 2(051)-32/2019 saylı və Şəki Apellyasiya Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2(107)-159/2021 saylı qətnamələrinə əsasən müəyyən edilmiş borc məbləğinin cavabdehlərdən alınıb ASC "xxxx" Bankına ödənilməsini təmin etmək məqsədilə cavabdeh X11 mülkiyyətində olan Mingəçevir şəhəri, A.Şaiq küçəsində 15 saylı evin 46 saylı mənzilinə tutma yönəldilməsi həmin mənzilin hərracda satılması və mənzil hərracda satıldıqdan sonrakı 1 ay ərzində mənzildən cavabdehlərin ailə üzvləri ilə birlikdə çıxarılmaları qət edilmişdir. Məlumat üçün bildirilir ki, cavabdeh X16 tərəfindən qeyd olunan qətnamələr üzrə müəyyən edilmiş borc məbləği ödənilmişdir. Göstərilən qətnamə üzrə icraata xitam verilməsini və bu barədə banka məlumat verilməsini xahiş etmişdir. 7. 16.03.2022-ci il tarixli icraata xitam verilməsi haqqında qərarın surətindən görünür ki, icra sənədi üzrə borclular Cavabdeh, X8, X1 müştərək qaydada 13976.15 ABŞ dolları məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar xxxxnın xeyrinə ödənilməlidir. İcra sənədində qeyd olunan tələb borclular Cavabdeh, X16, X7 tərəfindən tam şəkil də təmin olunmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(051)-32/19 saylı icra sənədinə xitam verilməsi qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı ASC "xxxx" Bank (bundan sonra “iddiaçı” və ya “Bank”) iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək xx.xx.2014-cü il tarixli **********30014 nömrəli kredit müqaviləsi üzrə 4989,43 (dörd min doqquz yüz səksən doqquz ABŞ dolları 43 sent) ABŞ dolları məbləğində xx.xx.2018-ci il tarixinədək illik 19% (on doqquz faiz) dərəcəsi ilə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləği, xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% (beş faiz dərəcəsi ilə hesablanmış 1457,27 (bir min dörd yüz əl li yeddi ABŞ dolları 27 sent) ABŞ dolları məbləğində əldən çıxmış faydanın (zərər) əvəzi, xx.xx.2020-ci il tarixə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanmış 5187,48 (beş min bir yüz səksən yeddi ABŞ dolları, 48 sent) ABŞ dolları məbləğində penya olmaqla, cəmi 11634,18 (on bir min altı yüz otuz dörd ABŞ dolları, 18 sent) ABŞ dolları məbləğində pul vəsaitinin Cavabdeh (bundan sonra “cavabdeh” və ya “Borclu”) Bankın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia tələbi belə əsaslandırılmışdır ki, Bankla cavabdeh arasında xx.xx.2014-cü il tarixdə bağlanmış **********30014 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən cavabdehə 48 ay müddətinə, illik 19 faizlə 17500 (on yeddi min beş yüz) ABŞ dolları məbləğin də kredit verilmişdir. Kredit müqaviləsi üzrə cavabdehin öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə X6 (ipoteka qoyan) arasında mülkiyyət hüququ əsasında sonuncuya məxsus mənzilin ipoteka qoyulması barədə xx.xx.2014-cü il tarixli, **********30014/ip nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə Bank kredit müqaviləsi üzrə tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan bağ evinin boşaldılması haqqında iddia tələbi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 22 avqust 2019-cu il tarixli, 2(051)-32/2019 saylı qətnaməsi ilə Bankın iddiası qismən təmin edilmişdir. Belə ki, qətnamə ilə 12999,74 (on iki min doqquz yüz doxsan doqquz ABŞ dolları 74 sent) ABŞ dolları məbləğində əsas borcun, 926,41 (doqquz yüz iyirmi altı ABŞ dolları, 41 sent) ABŞ dolları məbləğində adi fazilər üzrə borcun və 50 (əlli) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 13976,15 (on üç min doqquz yüz yetmiş altı ABŞ dolları 15 sent) ABŞ dolları məbləğində borcun qətnamə icra olunan günə manat məzənnəsi ilə hesablanıb Banka verilməsi, həmin borcun ödənilməsi ipotekaya qoyulmuş, X9 mülkiyyətində olan Mingəçevir şəhəri, Abdulla Şaiq küçəsində yerləşən 15 saylı evin 46 saylı mənzilinə tutma yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 40000 (qırx min) manat müəyyən edilməsi qət edilmişdir. Eyni zamanda həmin iş üzrə cavabdehlərin Banka qarşı verdikləri qarşılıqlı iddia rədd edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 22 avqust 2019cu il tarixli, 2(051)-32/2019 saylı qətnaməsindən narazı qalan Bank apellyasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsindən Mingəçevir Şəhər Məhkəməsinin 22 avqust 2019-cu il tarixli, 2(051)-32/2019 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin 04 dekabr 2019-cu il tarixli, 2(107)-3154/2019 saylı qətnaməsilə apellyasiya şikayəti təmin edilməmiş, Mingəçevir Şəhər Məhkəməsinin 22 avqust 2019-cu il tarixli, 2(051)-32/2019 qətnaməsi isə dəyişdirilmədən saxlanılmışdır. Bankın kassasiya şikayəti əsasında Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 avqust 2020-ci il tarixli, 2(102)-2462/2020 saylı qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin 04 dekabr 2019-cu il tarixli, 2(107)-3154/2019 saylı qətnaməsi ipoteka predmeti olan mənzilin ilkin satış qiymə tinin 40000 (qırx min) manat məbləğində müəyyən edilməsi, X9, Cavabdeh və X4, onların ailə üzvləri və digər şəxslərin mənzili 1 (bir) ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmalarının rədd edilməsi hissələrində ləğv edilmiş və həmin hissələrə işə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir.
10. Şəki Apellyasiya Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2(051)-159/2021 saylı qətnaməsi ilə Bankın apellyasiya şikayəti qismən təmin edilmiş və Mingəçevir Şəhər Məhkəməsinin 22 avqust 2019-cu il tarixli, 2(051)-32/2019 saylı qətnaməsi mənzilin ilkin satış qiymətinin 40000 (qırx min) manat məbləğində müəyyən edilməsi, X9, Cavabdeh və X4, onların ailə üzvləri və digər şəxslərin mənzili 1 (bir) ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmalarının rədd edilməsi hissələrində ləğv edilərək həmin hissələrdə yeni qətnamə qəbul edilmişdir. Yeni qətnamə ilə mənzilin ilkin satış qiyməti 34000 (otuz dörd min) manat müəyyən edilmiş və mənzil satıldıqdan sonra boşaldılaraq, X16, Cavabdeh və X4 1 (bir) ay ərzində mənzildən çıxarılmaları qət edilmişdir. Bundan sonra cavabdeh kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2(051)-159/2021 saylı qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Ali Məhkəmənin 13 dekabr 2021-ci il tarixli, 2(102)-5770/2021 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin 19 may 2021- ci il tarixli, 2(051)159/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
11. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə göndərilmiş və iş icra mərhələsində olarkən cavabdeh tərəfindən ödənilən ödənişlər hesabına qətnamə üzrə borc məbləği tam şəkildə ödənilmiş və bununla əlaqədar olaraq, mənzil üzərində ipotekaya xitam verilmişdir. Lakin, cavabdeh Bank qarşısında kredit öhdəliklərini tam icra etmədiyi üçün Kredit müqaviləsi qüvvədə qalmışdır. Belə ki, cavabdehin Kredit müqaviləsi üzrə iddiaçı qarşısında kreditin qaytarılma müddətinin bitdiyi xx.xx.2018-ci il tarixinədək illik 19 faiz dərəcəsi ilə hesablanmış və ödənilməmiş 4989,43 (dörd min doqquz yüz səksən doqquz ABŞ dolları, 43 sent) ABŞ dolları məbləğində adi faizlər üzrə b orcu qalmışdır. Bundan əlavə, cavabdeh kredit üzrə ödənişlərin həyata keçirilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq Banka Kredit müqaviləsinin 6.2-ci maddəsinə əsasən ödənilməsi gecikdirilmiş məbləğə 15 dərəcəsi ilə penya ödəməlidir. Lakin Bankın daxili qərarına əsasən Kredit müqaviləsi üzrə penyanın hesablanması xx.xx.2020-ci il tarixdən etibarən Borc alanın xeyrinə dayandırılmışdır. Beləliklə, xx.xx.2020-ci il tarixinə bu məbləğ 5187,48 ABŞ dolları təşkil edir.
12. Bundan əlavə, kredit müqaviləsi üzrə əsas borc həmin müqavilə ilə nəzərdə tutulmuş kreditin qaytarılma müddəti bitdikdən uzun müddət sonra qaytarıldığından Bank həmin müddətdə ona qaytarılmalı olan pul vəsaitindən istifadə edə bilməmiş və bunun nəticəsində əldən çıxmış fayda qismində zərərə uğramışdır. Kreditin qaytarılma müddətinin bitdiyi tarixdən, yəni xx.xx.2018-ci il tarixdən əsas borcun ödənildiyi xx.xx.2021-ci il tarixə kimi faizlər formasında əldən çıxmış faydanınıln hesablanmasında illik 5 faiz dərəcəsi rəhbər tutulmalıdır. Beləliklə kreditin qaytarılma müddəti bitdiyi tarxidən (xx.xx.2018) əsas borcun ödənildiyi tarixədək (xx.xx.2021) olan dövr üçün müvafiq məbləğ 1457,27 ABŞ dolları təşkil edir.
13. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 21, 443.2, 445.7, 462, 465.2, 528-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 09 iyul 2009-ci il və 24 dekabr 2014-cü il tarixli Qərarlarına istinad etmişdir.
14. Cavabdeh iddiaya qarşı yazılı etiraz vermiş və etirazını belə əsaslandırmışdır: - iddia ərizəsindən də göründüyü kimi, iddiaçı tərəf təxminən 4 ildən sonra əsassız və mülki qanunvericiliyin tələblərinə zidd formada haqsız tələblə məhkəmədə iddia qaldırmışdır. İddia ərizəsinin əsassız olması ilə yanaşı, nəzərə almaq lazımdır ki, mülki qanunvericiliyin tələbləri baxımından iddia müddəti də ötürülmüşdür. Nəzərə alınsa ki, kredit müqaviləsi 48 ay müddətinə bağlanmışdır, o zaman məlum olur ki, iddiaçı ilə bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin müddəti xx.xx.2018-ci il tarixədək olmuşdur. Bu iddia tələbi xx.xx.2021-ci il tarixə qədər qaldırılsa idi, 3 illik iddia müddəti ötürülməmiş hesab olunardı; - iddiaçı pul öhdəliklərinin vaxtında icra edilməməsi nəticəsində yığılmış faizlərin ödənilməsini tələb etsə də, nəzərə almamışdır ki, cavabdehin apellyasiya və ya kassasiya instansiyası məhkəməsinə müraciət etməsi konstitusion hüququdur. Buna b axmayaraq Mingəçevir Şəhər Məhkəməsinin 22 avqust 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayətini və Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 dekabr 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayətlərini məhz iddiaçı özü vermişdir. Mingəçevir Şəhər Məhkəməsinin 22 avqust 2019-cu il tarixli, qətnaməsindən apellyasiya şikayətini və Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 dekabr 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayətlərini məhz iddiaçı özü vermişdirsə, bu müddətə görə faiz və penya hesablanması əsassızdır. Çünki, həmin müddətin yaranmasının əsas səbəbkarı bank təşkilatıdır.
15. Cavabdeh həmçinin iddia tələbinə iddia müddətinin tətbiqi barədə ərizə də vermişdir.
16. Birinci instansiya məhkəməsi iş üzrə mühasibatlıq ekspertizası təyin etmişdir. 1
7. Məhkəmə Ekspertizası Mərkəzinin 22 fevral 2023-cü il tarixli, 9/9016 saylı ekspert rəyinə əsasən kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2014-cü il tarixədək illik 19 faiz dərəcəsi ilə adi faiz borcu 3869,59 ABŞ dolları məbləğində və xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 5 faiz dərəcəsi ilə əldən çıxmış fayda borcu 1243,66 ABŞ dolları məbləğində təşkil edir. Kredit müqaviləsi üzrə müəyyən edilmiş 1438,85 ABŞ dolları məbləğində artıq ödəniş hazırki tədqiqatla xx.xx.2018-ci tarixə müəyyən edilmiş 3869,59 ABŞ dolları adi faiz borcundan çıxıldıqda cavabdehin xx.xx.2018-ci il tarixinə adi faiz borcu 2430,74 ABŞ dolları təşkil edir.
18. İddiaçı ekspert rəyi ilə razı olmadığı üçün təkrar ekspertiza təyin edilməsini xahil etmi şdir.
19. Birinci instansiya məhkəməsi 29 mart 2023-cü il tarixli qərardadla iş üzrə təkrar mühasibatlıq ekspertizası təyin etmişdir.
20. Məhkəmə Ekspertizası Mərkəzinin 09 iyun 2023-cü il tarixli, 9/3229 saylı ekspert rəyinə əsasən, cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2014-cü il tarixdən xx.xx.2018-ci il tarixədək illik 19 faiz dərəcəsi ilə adi faiz borcu 5372,1 ABŞ dolları və xx.xx.2018-ci il tarixədən xx.xx.2021-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 5 faiz dərəcəsi ilə əldən çıxmış fayda borcu 1.461,82 ABŞ dolları təşkil edir. xx.xx.2021-ci il tarixdən sonra 977 ABŞ dolları ödəniş aparılmış, lakin borc məbləğinin xx.xx.2021-ci il tarixinə hesablanması göstərildiyindən həmin məbləğ nəzərə alınmamışdır.
21. Mingəçevir Şəhər Məhkəməsinin e-2(051)-52/2023 nömrəli, 12 iy ul 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Ələkbər Hüseynov)
22. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini tam şəkildə icra etdikdən sonra, Bank tərəfindən kreditin qaytarılma müddətinin bitdiyi tarixdən sonra yenidən həmin kredit müqaviləsi üzrə borcların, ona hesablanmış faiz borclarının əldən çıxmış faydanın və penyanın tələb edilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbləri ilə aşkar surətdə ziddiyyət təşkil edir. Bu səbəbdən cavabdehin borcu ödədiyi vaxtdan cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini tam şəkildə icra etmiş sayılır və həmin hallar da tərəflər arasında mövcud olan müqavilə öhdəliklərinin xitamına səbəb olmuşdur. Belə olan halda iddiaçı bankla cavabdeh arasında öhdəl ik hüquq münasibətləri başa çatmışdır.
23. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 399.3, 449.1, 560.1, 560.2-ci maddələri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarı ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
24. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
25. Apellyasiya şikayəti iddia ərizəsinin məzmunu ilə oxşar olmaqla, şikayətdə əlavə olaraq bunlar göstərilmişdir: - Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(051)-32/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş, ipoteka predmetinin dəyərindən tutulmalı olan kredit müqaviləsi üzrə 12 999,74 ABŞ dolları məbləğində əsas borcdan, 926,41 ABŞ dolları məbləğində adi faizlər üzrə borcdan, 50 ABŞ dolları məbləğində penyadan ibarət olan cəmi 13 976,15 ABŞ dolları məbləğində borcun ödənilməsi cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərin tam şəkildə yerinə yetirilməsi mənasına gəlmir. Qeyd edilən mülki iş üzrə bank tərəfindən tələb edilən borc məbləği xx.xx.2017-ci il tarixinədək hesablanmış borc məbləğindən ibarət olmuşdur; - Bankın hazırkı tələbi isə həmin tarixdən kreditləşmə müddətinin bitdiyi xx.xx.2018-ci il tarixinədək hesablanmış adi faiz borcunun, kreditləşmə müddətinin bitdiyi xx.xx.2018-ci il tarixindən əsas borcun tam olaraq ödənildiyi xx.xx.2021-ci il tarixinədək hesablanmış əldən çıxm ış faydanın və xx.xx.2020-ci il tarixinədək kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə hesablanmış penyanın cavabdehdən tutulması ilə bağlıdır; - birinci instansiya məhkəməsi Bankın iddiasını rədd etməklə Konstitusiya Məhkəməsinin məhkəmələr üçün məcburi sayılan hüquqi mövqeyini nəzərə almamışdır.
26. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-111/2024 nömrəli mülki iş üzrə 12 yanvar 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – “əldən çıxmış faydanın (zərərin) əvəzinin tutulmasının rədd edilməsi” hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia tələbi həmin hissədə qismən təmin olunmuş, cavabdehdən Bankın xeyrinə 974.55 (doqquz yüz yetmiş dörd ABŞ dolları, əlli beş se nt) ABŞ dolları məbləğində əldən çıxmış faydanın (zərərin) əvəzi ödəniş gününə olan məzənnə üzrə Azərbaycan manatı ilə tutulmuş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanmışdır. (hakimlər Elçin Hüseynov (sədrlik edən və məruzəçi), Günay Cavadova, Vəzirxan Məlikov)
27. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı kredit müqaviləsi üzrə cavabdehdən: 1) xx.xx.2018-ci il tarixinədək müvafiq müqavilə şərtinə uyğun hesablanmış ödənilməsi gecikdirilmiş məbləğə illik 19 faiz dərəcəsi ilə hesablanmış 4989,43 ABŞ dolları təşkil edən adi faizlər üzrə borcun; 2) xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 5 faiz dərəcəsi ilə hesablanmış 1457,2 ABŞ dolları məbləğində əldən çıxmış faydanın (zərər) əvəzinin; 3) xx.xx.2020-ci il tarixə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15 faiz dərəcəsi ilə hesablanmış 5187,48 ABŞ dolları məbləğində penyanın tutulmasını xahiş etmişdir.
28. İşin müəyyən edilmiş hallarına görə iddiaçı hazırkı cavabdehə qarşı ilk dəfə, kredit müqaviləsi üzrə borcun tutulması ilə tutmanın ipoteka predmetlərinə yönəldilməsini, ipoteka predmetlərindən əldə olunan vəsait hesabına borcun ödənilməsinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmiş, həmin iş üzrə məhkəmənin 22 avqust 2019-cu il tarixli qətnaməsi qanuni qüvvəyə minmiş, verilmiş icra vərəqəsi əsasında olan borc 29 noyabr 2021-ci il tarixdə cavabdeh tərəfindən ödənildiyindən tutma ipoteka predmetinə yönəlməmiş, 16 mart 2022-ci il tarixli qərarla icra sənədi üzrə icraata xitam verilmişdir.
29. Apellyasiya in stansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının cavabdehə qarşı bu məzmunda olan tələblərinə məhkəmələr tərəfindən baxılmış və qət olunan borc məbləği 29 noyabr 2021-ci il tarixdə banka ödənmişdir. Hazırkı iddiada bankın kredit müqaviləsinin müddətinin bitdiyi 29 oktyabr 2018-ci il tarixədək müvafiq müqavilə şərtinə uyğun hesablanmış ödənilməsi gecikdirilmiş məbləğə illik 19% dərəcəsi ilə hesablanmış 4989,43 ABŞ dolları təşkil edən adi faizlər üzrə borc tələbi ilə bağlı qeyd edilməlidir ki, daha əvvəl cavabdehə borcun tam qaytarılması haqqında bildirişin göndərilməsi və ya qeyd olunan iddianın qaldırılması müqavilənin bank tərəfindən birtərəfli qaydada ləğv edilməsi sayıldığı üçün həmin tarixdən sonra artıq qüvvədə olmayan müqavilədəki (adi) faizin hesablanması və tələ b edilməsi yolverilməzdir.
30. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, dəbbə pulu müqavilə müddətində hesablanmalı olan pul məbləğidir və müqavilə müddəti artıq bitmişdir. Bundan başqa, iddiaçı müqavilə müddətinə hesabladığı dəbbə pulunu tələb etmiş və Mingəçevir Şəhər Məhkəməsinin qətnaməsi ilə 50 ABŞ dolları məbləğdə cərimə borcunu cavabdehdən tutulması qət edilmişdir. Şərh olunanlara əsasən iddiaçının müqavilə müddəti bitdikdən sonra müqaviləyə əsasən cavabdehdən cərimə tələb etmək hüququ yoxdur.
31. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının istinad etdiyi, öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verildiyini nəzərdə tutan MM-in 528-ci maddəsi əsas öhdəliyin icrasından bəhs edir və tərəflər aras ında baş tutmuş məhkəmə mübahisəsindən sonrakı dövrü ehtiva etmir. İddiaçı hüququndan istifadə edərək məhkəməyə müraciət etmiş və Mingəçevir Şəhər Məhkəməsinin 22 avqust 2019-cu il tarixli qətnaməsi ilə tərəflər arasında yaranmış müqavilə münasibətlərinə son qoyulmuş, hazırda isə qətnamədən irəli gələn tələblərin yerinə yetirilməsi öhdəliyi və bundan irəli gələn tələbkar və borcu münasibətləri mövcuddur ki, iddiaçının cərimə faizləri ilə bağlı MM-in 528-ci maddəsinə istinadən iddia irəli sürməsi əsassızdır.
32. Əldən çıxmış faydanın (zərərin) cavabdehdən tutularaq iddiaçıya ödənilməsi ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, kreditorun müqavilə ləğv edildikdən sonrakı dövrdə (müqavilə müddətinin bitdiyi vaxtadək, habelə b u tarixdən sonra öhdəlik tam icra edilənədək) pul vəsaitini qanunsuz şəkildə özündə saxlayan borcludan müvafiq vəsaitin azı illik 5 faizini tələb etmək hüququ istisna olunmur.
33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər”. Bu baxımdan iddiaçının 29 oktyabr 2018-ci il tarixdən 29 noyabr 2021-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış 1457,2 ABŞ dolları məbləğində əldən çıxmış faydanın (zərərin) tutulması tələbi əsaslıdır.
34. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti 29 oktyabr 2018-ci ildə bitmişdir. İddiaçı hazırkı iddianı 14 iyul 2022-ci il tarixdə qaldırmışdır. Həmçinin cavabdeh hazırkı mübahisəyə iddia müddətinin tətbiqi barədə ərizə versə də, birinci instansiya məhkəməsi həmin ərizəyə münasibət bildirməmişdir. Qanunun tələbinə görə, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Mülki Məcəllənin 741-ci maddəsinin köhnə redaksiyasına əsasən kredit müqaviləsi üzrə faizlər müvafiq olaraq bir ilin sonunda ödənilməlidir.
35. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı kredit müqaviləsinin müddəti bitdikdən təxminən 3 il 8 ay sonra sonra hazırkı iddianı qaldırdığından və kredit müqaviləsi üzrə faizlər də ilin sonunda ödənilməli olduğundan sonuncu 2019-cu il üçün hesablanmış faizlər üzrə iddia müddətini ötürmüşdür. Buna görə də, 29 oktyabr 2018-ci il tarixdən 29 noyabr 2021-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5 faiz dərəcəsi ilə hesablanmış 1457,2 ABŞ dolları məbləğindən 29 oktyabr 2018-ci il tarixdən 29 noyabr 2019-cu il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5 dərəcəsi ilə hesablanmış məbləğ olan 482,65 ABŞ dolları çıxılmalı, yerdə qalan 974,55 ABŞ dolları (1457,2-482,65=974,55) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
36. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21.2, 21.3, 373.3, 375.1, 375.2, 443.1, 443.2, 445.7, 449.1, 462.1, 465.2, 528, 560.1, 560.2, 741-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il 9 iyul tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarları ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
37. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdi r.
38. Kassasiya şikayətinin dəlilləri: - işə məhkəmə iclasında baxılarkən məhkəmənin nəzərinə çatdırılmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(051)-32/2019 №-li qətnaməsi ilə müəyyən edilmiş, ipoteka predmetinin dəyərindən tutulmalı olan kredit müqaviləsi üzrə 12 999,74 ABŞ dolları məbləğində əsas borcdan, 926,41 ABŞ dolları məbləğində adi faizlər üzrə borcdan, 50 ABŞ dolları məbləğində penyadan ibarət olan cəmi 13 976,15 ABŞ dolları məbləğində borcun ödənilməsi cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərin tam şəkildə yerinə yetirilməsi mənasına gəlmir. Qeyd edilən mülki iş üzrə Bank tərəfindən tələb edilən borc məbləği xx.xx.2017-ci il tarixinədək hesablanmış borc məbləğindən ibarət olmuşdur. Bankın hazırkı tələbi isə həmin tarixdən kreditləşmə müddə tinin bitdiyi xx.xx.2018-ci il tarixinədək hesablanmış adi faiz borcunun, kreditləşmə müddətinin bitdiyi xx.xx.2018-ci il tarixindən əsas borcun tam olaraq ödənildiyi xx.xx.2021ci il tarixinədək hesablanmış əldən çıxmış faydanın və xx.xx.2020-ci il tarixinədək kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə hesablanmış penyanın cavabdehdən tutulması barədədir. Belə olan halda Mülki Məcəllənin 399.3-cü maddəsinin tələbləri pozulmuşdur. Belə ki, həmin maddəyə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən həmin müqavilə tər əflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır və göründüyü kimi bu şərt Mülki Məcəllənin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur. Bu normanın hüquqi mahiyyəti bir daha “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında öz təsdiqini tapmışdır; - Bankın hazırkı iddia tələbi xx.xx.2018-ci il tarixədək hesablanmış 4989,43 ABŞ dolları məbləğində adi faiz borcunun, kreditləşmə müddətinin bitdiyi xx.xx.2018-ci il tarixindən əsas borcun tam olaraq ödənildiyi xx.xx.2021-ci il tarixinədək hesablanmış 1457,27 ABŞ dolları məbləğində əldən çıxmış faydanı n və xx.xx.2020-ci il tarixinədək kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə hesablanmış 5187,48 ABŞ dolları məbləğində penyanın cavabdehdən tələb edilməsi ilə bağlı olmuşdur. İddia tələblərindən də göründüyü kimi, faiz borcu və əldən çıxmış fayda (zərər) bir birindən fəqli anlayışlardır; - Bankın xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış 1457,27 ABŞ dolları məbləğində əldən çıxmış faydanın ödənilməsi barədə tələbləri Bankın xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış 1457,27 ABŞ dolları məbləğində əldən çıxmış faydanın ödənilməsi barədə tələbi qanundan, xx.xx.2018-ci il tarixədək illik 19% dərəcəsi ilə hesablanmış və ödənil məmiş 4989,43 ABŞ dolları məbləğində adi faizlər üzrə borc tələbi isə Kredit müqaviləsinin şərtlərindən irəli gəlir; - bundan başqa Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda göstərilən müvafiq qərarlarında da faiz, əldə çıxmış fayda şəklində zərər və maliyyə sanksiyası anlayışları bir birindən fərqləndirilir; - apellyasiya instansiya məhkəməsi kobud səhvə yol verərək əldən çıxmış faydanın (zərərin) qismən təmin edilməsini AR MM-in 741-ci (əvvəlki redaksiyada) maddəsi ilə əlaqələndirmişdir. Həmin maddəyə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər üzrə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq olaraq bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Halbuki, yuxarıda qeyd edilmişdir ki, adi faiz ilə əldən çıxmış fayda bir-birindən fəqli anlayışlardır və MM-in 741-ci (əvvəlki redaksiyada) maddəsində isə adi fazilərin ödənilməsindən bəhs edilir. Apellyasiya instansiya məhkəməsi yuxarıda göstərilən mövqeyə gəlməklə maddi hüquq normasını düzgün tətbiq etməmiş və səhv təfsir etmişdir; - apellyasiya instansiya məhkəməsinin iddiaçı tərəfindən iddia qaldırıldığı zaman iddia müddətinin ötürülməsi ilə bağlı qətnamədə gəldiyi nəticə də əsassızdır. Bankın “ipoteka predmetinə tutma yönəldilməsi və mənzildən çıxarılma” barədə iddiası üzrə yekun məhkəmə aktı Azərbaycan Respublikasının Ali Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli 2(102)-5770/2021 №-li qərarı olmuşdur. MM-in 553.2-ci maddəsinə əsasən “müddətin kəsilməsi iddia üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı qəbul edilənədək davam edir”. Be lə olan halda isə kəsilmiş müddətin yenidən hesablanması xx.xx.2021-ci il tarixdən sonra başlanmış, yəni Bankın cavabdehə qarşı hazırkı iddianı qaldırmaq hüququ xx.xx.2021-ci tarixdən sonra yaranmışdır. Bu halda isə hazırkı iddia Bank tərəfindən xx.xx.2022-ci il tarixdə məhkəməyə verilmişdir; - yuxarıda qeyd edilənlərdən əlavə, iş üzrə Azərbaycan Respublikasının Ali Məhkəmənin 13 dekabr 2021-ci il tarixli 2(102)-5770/2021 №-li qərarı qəbul olunanadək cavabdeh iş üzrə müəyyən vaxtlarda ödənişlər edərək borcun etiraf edilməsi kimi qəbul edilən hərəkətlər etmişdir. Bu faktı iş materialarında olan cavabdehin borcuna dair arayışdan görmək mümkündür. Bank tərəfindən cavabdehə qarşı iddianın qaldırılması zamanı iddia müddəti ötürülməmişdir. Bankın xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixi nə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5 faiz dərəcəsi ilə hesablanmış 1457,27 ABŞ dolları məbləğində əldən çıxmış faydanın ödənilməsi barədə tələbi qanundan irəli gələn tələb olduğundan apellyasiya instansiya məhkəməsi üç illik iddia müddətini tətbiq etməklə səhvə yol vermişdir; - Bank tərəfindən Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/3229 №li ekspert rəyi ilə bağlı yazılı etiraz verilsə də, birinci instansiya məhkəməsi Bankın təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə dair vəsatətini rədd etmiş və vəsatəti rədd edərkən prosessual normaların tələblərini pozmuşdur. Apellyasiya instansiya məhkəməsi isə təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə dair Bankın vəsatətinə münasibət bildirməmişdir. Hər iki instansiya məhkəməsi tərəfindən B ankın təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə dair vəsatətinin rədd edilməsinə dair həm birinci instansiya, həm də apellyasiya instansiya məhkəməsi tərəfindən əsaslandırılmış qərardad qəbul edilməmiş və həmin qərardad Bankın “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 35.Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxm ış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Maddə 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qə rar çıxarması üçün əsasdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödən ilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımın ca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübutayetirməyə borclu deyildir. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxl amış olduğu halda tələb edə bilər. Maddə
528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 741 (köhnə redaksiyada). Əgər müqavilənin iştirakçıları borcun faizlər üzrə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq olaraq bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdır malı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apel lyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər k i, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
36. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
37. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən iddianın təmin edilməyən hissəsində mübahisələndirildiyindən həmin məhkəmə aktı qeyd edilən hissədə yo xlanılır.
38. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırkı şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları da müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. Apellyasiya məhkəməsi iddia tələbi üzrə mübahisələndirilən hissədə düzgün nəticəyə gəlib.
41. İddia tələbi kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixinədək illik 19 faiz dərəcəsi ilə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləği, xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5 faiz dərəcəsi ilə hesablanmış əldən çıxmış faydanın (zərər) əvəzi, xx.xx.2020-ci il tarixə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15 faiz dərəcəsi ilə penyanın tutulması barədədir.
42. Göründüyü kimi iddia tələbi 3 hissədən ibarətdir: 1) xx.xx.2018-ci il tarixinədək müvafiq müqavilə şərtinə uyğun hesablanmış ödənilməsi gecikdirilmiş məbləğə illik 19 faiz dərəcəsi ilə hesablanmış 4989,43 ABŞ dolları təşkil edən adi faizlər üzrə borcun; 2) xx.xx.2018-ci il tarixdən xx.xx.20 21-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 5 faiz dərəcəsi ilə hesablanmış 1457,2 ABŞ dolları məbləğində əldən çıxmış faydanın (zərər) əvəzinin; 3) xx.xx.2020-ci il tarixə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15 faiz dərəcəsi ilə hesablanmış 5187,48 ABŞ dolları məbləğində penyanın tutulması.
43. İddia tələbinin birinci hissəsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının cavabdehə qarşı eyni məzmunda olan tələblərinə məhkəmələr tərəfindən baxılmış və qət olunan borc məbləği 29 noyabr 2021-ci il tarixdə banka ödənmişdir. Buna görə də daha əvvəl cavabdehə borcun tam qaytarılması haqqında bildirişin göndərilməsi və ya qeyd olunan iddianın qaldırılması müqavilənin bank tərəfindən birtərəfli qaydada ləğv edilməsi sayıldığı üçün həmin tarixdən sonra artıq qüvvədə olmayan müqavilədəki (adi) faizin hesablanması və tələb edilməsi yolverilməzdir.
44. Apellyasiya instansiyası məhkəməsinin qüvvədə olmayan müqavilədəki (adi) faizin hesablanmasının yolverilməzliyi ilə bağlı gəldiyi nəticə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarında əks edilmiş hüquqi mövqeyə də uyğundur. Belə ki, həmin Qərarda əks edilən hüquqi mövqeyə görə Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqa vilənin ləğv edilməsi məhkəmədənkənar qaydada baş verir. Öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər.
45. Bu baxımdan, kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən həmin müqavilənin tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlaması barədə kassasiya şikayətinin dəlilləri əsassızdır.
45. İddia tələbinin üçüncü hissəsi – xx.xx.2020-ci il tarixə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15 faiz dərəcəsi ilə hesablan mış 5187,48 ABŞ dolları məbləğində penyanın tutulması barədə iddianın təmin edilməməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyi də əsaslıdır.
46. Məhkəmə kollegiyası həmin hissə üzrə apellyasiya instansiyası məhkəməsinin 30-31-ci bəndlərində əks edilən hüquqi dəyərləndirməsi ilə razılaşır.
47. Həmçinin iddia tələbinin ikinci hissəsi – xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 5 faiz dərəcəsi ilə hesablanmış 1457,2 ABŞ dolları məbləğində əldən çıxmış faydanın (zərər) əvəzinin tutulması barədə gəlinən nəticə də, həmin tələbin bir hissəsinə iddia müddəti tətbiq edilməklə əsaslı olmuşdur.
48. İllik 5 faiz dərəcəsi ilə hesablanmış 1457,27 ABŞ dolları məbləğində əldən çıxmış faydanın ödənilməsi barədə tələbin qanundan irəli gələn t ələb olduğundan apellyasiya instansiya məhkəməsinin üç illik iddia müddətini tətbiq etməklə səhvə yol verməsi barədə kassasiya şikayətinin dəlilinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 376.1-ci maddəsinə görə əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Bu baxımdan, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən kreditor tərəfindən irəli sürülmüş tələblərə 3 illik iddia müddətinin tətbiqi Mülki Məcəllənin 376.1-ci maddəsinin tələblərinə uyğun olmuşdur.
49. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
50. Yuxarıda gö stərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı xxxxn kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-111/2024 nömrəli, 12 yanvar 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.