Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2149/2025 09.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyət hüququnun müdafiəsi, mənzilə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, X4 (məruzəçi), Babayev Zəki Baba oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh (X10, X5, X13 və X6 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işdə iştirak etməyə cəlb olunmaqla) qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-637/2025 nömrəli, 16 aprel 2025-ci il tarix li qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 09 sentyabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı1 və Cavabdeh qardaşdırlar.
2. İddiaçılar İddiaçı1, İddiaçı2 ər-arvaddırlar.
3. Şirvan şəhəri Xəqani küçəsi 17 saylı evin 37 nömrəli mənzil xx.xx.2024-cü il tarixdən X7 və ailə üzvləri Şəkərova Şamama, Şəkərova Minayə, İddiaçı1, Şəkərova Vəfa və Şəkərova Ülviyyənin ümumi birgə mülkiyyətindədir.
4. Hazırda qeyd edilən mənzildə Cavabdeh yaşayır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
5. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə Şirvan Şəhər Məhkəməsinə müraciət edərək, övladları ilə birlikdə ünvan 1 ünvanında yerləşən mənzilə köçürülmələri və həmin evdə yaşamalarına maneə törədilməsinin cavabdehə və digər şəxslərə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
6. İddiaçılar tələbini belə əsaslandırmışdır ki, ailə qurduqdan sonra bir neçə il ünvan 2 ünvanında yaşamışlar. Həmin mənzil Əli-Bayramlı şəhər X12 İcraiyyə Komitəsinin qərarı ilə İddiaçı1 mərhum atası X1 verilmişdir. Mənzilin orderində İddiaçı1 adı vardır. İddiaçılar ailə qurduqları vaxtdan bir neçə il qeyd edilən mənzildə yaşamışlar, sonra kirayə mənzildə yaşamışlar. Hal-hazırda mənzilə köçmək istəsələr də, cavabdeh onların həmin mənzilə köçmələrinə mane olur.
7. Birinci instansiya məhkəməsində cavabdeh iddiaya etiraz edərək, bildirmişdir ki, ünvan 3 ünvanda yerləşən mənzilə anasının qanun üzrə vərəsəliyi təsdiq olunmuş və ona çıxarış ver ilmişdir. Bu mənzilin 4 otağı olmaqla 50.15 kv.metr sahəyə malikdir. Mənzildə anası Şamama Şəkərova, qardaşı Şəkərov Səlimnur, İddiaçı1, oğlu X14 və oğlu X17 və o qeydiyyatdadırlar. Bunlardan savayı mənzildə arvadı X8, qardaşı Səlimnur Şəkərovun arvadı X9 da faktiki surətdə yaşayırlar. Qardaşı İddiaçı1 11 mart 2009-cu ildə İddiaçı2 ilə nikahlarını rəsmi surətdə qeyd etdirməklə evlənmiş və 2010-cu ilin əvvəllərində qaynanası Nailə Əliyevanın evinə köçüb orada yaşamağa başlamışdır. O, ailəsi ilə 2011-2012-ci ildən etibarən bu günə kimi Şirvan şəhərində müxtəlif ünvanlarda kirayədə yaşamışdır. Hazırda da yaşamaqdadır. Onların Şirvan Şəhər Məhkəməsində anasına məxsus olan mənzillə bağlı ona qarşı “evə köçürmə tələbinə dair” iddia qaldırması absurddur. Ev anasına məxsusdur və mülkiyyət hüququ i lə onun mülkiyyətindədir. Mənzildə sıxlıqdır və özləri güclə yerləşmişlər. Anasının qardaşı İddiaçı1 ilə yaşayış evi barəsində payların qanunda nəzərdə tutulmuş qaydalara uyğun olaraq müəyyənləşdirilməsi üzrə aralarında razılıq baş tutmamışdır. O, mənzildən ona təklif olunan məbləğlə razılaşmamış və ona bir otaqlı mənzilin pulunun verilməsini tələb etmişdir.
8. Birinci instansiya məhkəməsində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş şəxslərdən X13 və X6 iddianın təmin olunmasına etirazlarının olmadığını bildirmişlər.
9. Şirvan Şəhər Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli 2(032)-1244/2024 saylı qətnaməsi ilə (A.Z.Məmmədli) iddia qismən təmin olunaraq, iddiaçılar İddiaçı1 və İddiaçı2 övladları ilə birlikdə Şirvan şəhəri Xəqani küçəsində y erləşən 17 saylı evin 37 nömrəli mənzilinə (yeni qaydalarla Şirvan şəhəri Xaqani Şirvani küçəsi giriş 278, M4, m 1) köçürülmələri, iddianın qalan hissədə təmin olunmaması, məhkəmə xərclərinin 1/2 hissəsi cavabdehə aid edilməsi, ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun 50 (əlli) manat hissəsinin Cavabdeh alınaraq İddiaçı1 verilməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında yaşayış sahəsindən istifadə edilməsi ilə əlaqədar mübahisənin həlli zamanı Mənzil Məcəlləsinin 53 və 123-cü maddələrinin müddəaları nəzərə alınmalıdır. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-buluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir.
11. Birinci instansiya məhkəməsi bu hissədə toplanmış sübutlara qiymət verərək qeyd etmişdir ki, dövlət mənzil fonduna daxil olmuş Şirvan şəhəri Xəqani küçəsi 17 saylı evin 37 nömrəli (Yeni qaydalarla Şirvan şəhəri Xaqani Şirvani küçəsi giriş 278, M4, m 1) mənzilində 1988-ci ildən yaşayan İddiaçı1 və arvadı digər İddiaçı2 icarədar ilə birlikdə yaşayaraq ümumi təsərr üfat idarə etdiyindən, onlar icarədarın ailə üzvü qismində yaşayış sahəsindən istifadə hüququna malik olmuşdur.
12. Birinci instansiya məhkəməsi eyni zamanda hesab etmişdir ki, İddiaçı2 ailə qanunvericiliyi əsasında digər İddiaçı1 özünün saxlanılmasını tələb etmək hüququ olduğundan Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan «ailə üzvləri» anlayışının əhatə dairəsinə daxildir. Bu baxımdan məhkəmə qeyd etmişdir ki, İddiaçı2 Şirvan şəhəri Xaqani küçəsi 17 saylı evin 37 nömrəli (Yeni qaydalarla Şirvan şəhəri Xaqani Şirvani küçəsi giriş 278, M4, m 1) mənzilindən mülkiyyətçinin ailə üzvü qismində istifadə etmək hüququna malik olduğundan onların iddiası övladları ilə birlikdə həmin mənzilə köçürülmə hissədə təmin olunmalıdır.
13. Məhkəmə Şirvan şəhəri Xaqani küçəsi 17 saylı evin 37 n ömrəli (Yeni qaydalarla Şirvan şəhəri Xaqani Şirvani küçəsi giriş 278, M4, m 1) mənzildə yaşamağa cavabdeh və digər şəxslərin hər hansı bir maneə törətmələrinin onlara qadağan edilməsi hissədə hesab etmişdir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 mübahisəli evdə yaşamaqlarına cavabdehlər tərəfindən sonradan maneçilik törədilməsi halı icra qaydasında həll edilməli məsələ olduğundan və bu qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olduğundan, bu məsələ “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsi ilə həll edildiyinə görə bu hissədə də iddia təmin olunmamalıdır. Belə ki, adıçəkilən Qanunun 73-cü maddəsinin tələblərinə görə tələbkarın yaşayış və ya qeyri-yaşayış sahəsinə köçürülməsi haqqında icra sənədi borclu tərəfindən könüllü icra üçün icra məmurunun müəyyən etdiyi müddətdə ic ra edilmədikdə, köçürülmə icra məmuru tərəfindən həyata keçirilir. İcra məmuru tələbkarın icra sənədində göstərilmiş yaşayış və ya qeyri-yaşayış sahəsinə maneəsiz daxil olmasını və orada yaşamasını (olmasını) təmin edir. Borclu tələbkarın köçürülməsi haqqında icra sənədinin icrasına mane olduqda, icra hərəkətləri hal şahidlərinin iştirakı ilə həyata keçirilir, zəruri hallarda isə icra məmuru müvafiq icra hakimiyyəti və yerli özünüidarə orqanlarının əməkdaşlarını dəvət edir. Tələbkarın yaşamasına (olmasına) borclu tərəfindən sonradan maneçilik törədildikdə, icra məmuru bu Qanunun 82-ci maddəsi ilə müəyyən edilmiş tədbirləri görür. Tələbkarın köçürülməsi haqqında icra məmuru tərəfindən müvafiq akt tərtib olunur. Tələbkarın yaşayış və ya qeyriyaşayış sahəsindən maneəsiz istifadə etmək imkanı təmin olunduqda, icra sənədi icra edilmiş sayılır. Tələbkarın köçürülməsi barədə akt tərtib edildikdən sonra, borclu tələbkarın yaşamasına (olmasına) yenidən maneçilik törətdikdə, icra sənədi üzrə icraat təzələnməlidir. Tələbkarın yaşamasına (olmasına) maneçilik törədən şəxs icra sənədində göstərilən borclu şəxs olmadıqda, icraat təzələnə bilməz. Bu halda köçürülmə haqqında məsələ məhkəmə qaydasında həll olunur.
14. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 213.1, 213.2, 213.6-cı, Mənzil Məcəlləsinin 30.1, 30.2, 53 və 123-cü, Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» 16 dekabr 2014-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Pro sessual Məcəllənin 119.1 və 220.5-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunan hissəsində ləğv edilməsi və iddianın həmin hissədə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qardaşı X11 11 mart 2009-cu ildə İddiaçı2 ilə nikahlarını rəsmi surətdə qeyd etdirməklə evlənmişlər. 2010-cu ilin əvvəllərində qaynanası Nailə Əliyevanın evinə köçüb orada yaşamağa başlamışdır. O, ailəsi ilə 20112012-ci ildən etibarən bu günə kimi Şirvan şəhərində müxtəlif ünvanlarda yaşayır. Mənzilə dair çıxarış mövcuddur, həmin çıxarış anası X3 məxsusdur. Anası da iddiaçıların həmin mənzilə kö çürülmələrinə razı deyil, onların birgə yaşamaları mümkün deyil. Məhkəmə iddia tələbini qismən təmin edərkən mübahisəli mənzilin anası X2 mülkiyyətində olması və iddiaçının ailəvi olaraq həmin mənzildən başqa ünvana köçməsi faktını aydınlaşdırılmamışdır.
17. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)-637/2025 nömrəli mülki iş üzrə 16 aprel 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər T.S.Kərimov (sədrlik edən və məruzəçi), Q.V.Əliyev və C.F.İmanov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmış, mübahisə predmet i ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir.
19. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, mübahisələndirlən qətnamənin ləğvinin əsasını təşkil edə bilməz. Belə ki, iddiaçılardan İddiaçı1 mübahisəli mənzil üzərində 1/6 hissədə pay hüququna malik olmaqla mülkiyyətçi kimi öz əmlakından sərbəst istifadə etmək hüququna malikdir və bu hüququn məhdudlaşdırılması yolverilməzdir.
20. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 43-cü, Mülki Məcəlləsinin 152.1, 157.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazı n dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin hissəsində ləğv olunaraq həmin hissədə iddia tələbinin təmin olunmaması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
22. Kassasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyasının 13, 26, 29, 60-cı, Mülki Məcəlləsinin 17, 20, 154, 157, 425.1, 448.1-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24.11. 2005-ci il tarixli Qərarına, MPM-in 9, 76, 77.1, 88, 217.3, 218.1, 220-ci maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, iddiaçı 2010-cu ilin əvvəllərində qaynanası Nailə Əliyevanın evinə köçüb orada yaşamağa başlamışdır. O, ailəsi ilə 2011-2012-ci ildən etibarən bu günə kim i Şirvan şəhərində müxtəlif ünvanlarda yaşamışdır, hazırda yaşamaqdadırlar. Eyni zamanda, mənzilə dair çıxarış mövcuddur, həmin çıxarış anası X3 məxsusdur. Anası da iddiaçıların həmin mənzilə köçürülmələrinə razı deyil, onların birgə yaşamaları mümkün deyil. Lakin buna baxmayaraq, iddiaçı mübahisəli evin mülkiyyətçisi X3 qarşı deyil, ona qarşı məhkəmədə iddia qaldırmışdır. Digər tərəfdən, məhkəmə iş üzrə icraat zamanı onun, nümayəndəsinin və vəkilinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Belə ki, məhkəmə iclasının keçirilmiş olduğu gün tarixində cərrahi əməliyyatında olmuş və bu barədə vəkili tərəfindən məhkəmə iclas katibinə məlumat verilmişdir. Hətta vəkil və nümayəndəsi istifadəsində olan mobil telefonla məhkəmə iclasında iştirak edən iclas katibinin mobil telefonuna iclas b aşlamamışdan təxminən 5 dəqiqə öncə SMS göndərərək iclasın qeyd olunmuş səbəbdən başqa tarixə təxirə salınmasını xahiş etmişdir. İclas katibi göndərilmiş SMS-lə tanış olduqdan sonra bu barədə hakimə məlumat verdiyini bildirmişdir. Lakin buna baxmayaraq məhkəmə iclası keçirərək qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. İddiaçılar kassasiya şikayətinə qarşı etiraz edərək təmin edilməməsini xahiş edərək qeyd etmişlər ki, apellyasiya şikayətinin dəlilləri kassasiya şikayətinin dəlilləri ilə eyni olmuş və onlara hüquqi qiymət verilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
24. Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
25. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüquq u, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsi
26. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
27. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götü rmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
28. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.
29. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
30. Maddə 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. A zərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
33. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlill ərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
35. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən iddianın təmin edilən hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasi ya instansiyası məhkəməsinin mövqeyi:
36. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsinə əsas olmadığından kassasiya şikayəti təmin edilməməlidir.
37. İlk növbədə məhkəmə kollegiyası MPM-nin 418.4-cü maddəsində nəzərdə tutulmuş kobud prosessual hüquq pozuntularına yol verilib-verilmədiyini yoxlayaraq hesab edir ki, işə baxmış məhkəmə tərəfindən qətnamənin kassasiya qaydasında ləğv edilməsinə əsas olan, bu normada nəzərdə tutulan pozuntulara yol verilməmişdir.
38. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı1 Şirvan şəhəri Xəqani küçəsi 17 saylı evin 37 nömrəli mənzilin mülkiyyətçilərindən biridir və cavabdeh tərəfindən onun həyat yoldaşı ilə birlikdə həmin mənzilə köçürülməsinə maneə yaradılır.
39. İddia təl əbinin qanuni əsasını MM-nin 157.4-cü maddəsi təşkil etmiş və apellyasiya instansiyası məhkəməsi mübahisə üzrə bu normanı tətbiq edərək iddianın əsaslı olması barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.
40. Kollegiya kassasiya şikayətinin dəlilləri əsasında qətnaməni yoxlayaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsinə əsas olan hər hansı pozuntu müəyyən etmir.
41. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, MM-nin 157.4-cü maddəsinə əsasən mülkiyyətçi onun öz mülkiyyət hüququnun həyata keçirilməsinə maneə yaradan istənilən şəxsə qarşı iddia qaldıraraq bu hərəkətlərə son qoymağı tələb etmək hüququna malik olduğundan hazırkı halda iddianın digər mülkiyyətçilərə qarşı deyil, məhz iddiaçının hüquqlarına ma neə yaradan cavabdehə qarşı qaldırılmasında və bu iddiaya məhkəmə tərəfindən mahiyyəti üzrə baxılaraq hüquqi qiymət verilməsində hər hansı prosessual pozuntu yoxdur.
42. Kollegiya apelyasiya instansiyası mərhələsində məhkəmə iclasının cavabdehin iştirakının təmin edilməsi üçün təxirə salınmalı olduğuna dair kassasiya şikayətinin dəlilini əsassız hesab edərək qeyd edir ki, MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Cavabdeh tərəfindən apelyasiya məhkəməsinə iclasda üzürlü səbəbdən iştirak etmədiyinə dair sübut təqdim edilmədiyindən iclasın təxirə salınmadan işə cavabdehin iştirakı olmadan baxılması prosessual pozuntu hesab e dilə bilməz.
43. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayətinin dəlilləri əsaslı olmadığından şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
44. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-637/2025 nömrəli, 16 aprel 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.