Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2152/2019 28.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, kassatorun vəkili X5, iddiaçının vəkili X2 iştirakı ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 noyabr 2018-ci il tarixli qətnaməsindən XXX qızının kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Mingəçevir Şəhər Məhkəməsinin 01 avqust 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(051)-1787/2018, hakim Ə.M.Hüseynov) İddiaçı cav abdeh XXX qızı və X3 qarşı iddiası qismən təmin edilmiş, cavabdehlərdən 57 adda məişət əşyasının alınıb iddiaçıya verilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 noyabr 2018-ci il tarixli qərardadı ilə (iş № 2(107)-2583/2018, hakimlər Ə.T.Məcidov, M.A.Əsədli, İ.F.Quliyev) İddiaçı cavabdeh X3 qarşı iddiasından imtinaya dair ərizəsi təsdiq edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 01 avqust 2018-ci il tarixli qətnaməsi X3 aid hissədə ləğv edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(107)-2583/2018, hakimlər Ə.T.Məcidov, M.A.Əsədli, İ.F.Quliyev) X1 apellyasiya şikayəti təmin edilməmiş, Mingəçevir Şəhər Məhkəməsinin 01 avqust 2018-ci il tarixli qətna məsi XXX qızına münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsinixahiş etmişdir. İşin halları: 29.05.2018-ci il tarixdə İddiaçı cehiz əşyalarının qaytarılması tələbinə dair hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Tahir Tahirov ilə 28 aprel 2016-cı il tarixdə rəsmi nikaha daxil olmuş, tərəflər arasındakı nikah məhkəmə qətnaməsi ilə ləğv edilmişdir. Hazırda Cavabdeh məxsus mənzildə 9.385 manat dəyəri olan 58 adda cehiz əşyası qalmışdır. O əmlakının qaytarılması üçün dəfələrlə müraciət etsə də, heç bir nəticəsi olmamışdır. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şika yətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üçün əhəmiyyət kəsb edən hallara düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə kollegiyasının iclasında kassator və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçı və vəkili kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddiaçı cavabdeh İntizar Tahirovaya məxsus evdə qalmış cehiz əşyalarının qaytarılması barədə hazırki iddia tələbini irəli sürmüşdür. İddiaçı 58 adda 9.385 manat dəyərində cehiz əşyasının cavabdehə məxsus evdə qaldığını göstərmişdir. Cavabdeh iddiaya etiraz edərək iddiaçının tələb etdiyi əmlakları gəlin köçərkən gətirmədiyini və gətirdiyi əşyaları evdən gedərkən apardığını göstərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Apellyasiya məhkəməsi tərəfindən araşdırılmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, İddiaçı X6 ilə аilə qurub, cаvаbdehin yаşаdığı mənzilə gəlin köçərkən cehiz əmlaklarını cavabdehlərə məxsus mənzilə aparmışdır. İddiaçı ilə Tahir Tahirov arasında olan münasibətlər pozularkən iddiaçıya məxsus cehiz əşyaları cavabdehlərə məxsus mənzildə qalmışdır. Tərəflərin izah atları, şahid ifadələri iddiaçının tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edir. Lakin cavabdeh etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Apellyasiya məhkəməsi mütəxəssis rəyini də nəzərə alaraq 8.655 manat dəyərində 57 adda məişət əşyasının cavabdehdən alınıb iddiaçıya verilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmışdır. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətlərinin dəlilləri mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2152/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2152/2019
28.03.2019 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver