Məhkəmə qərarları › İş №2(102)-2154/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2154/2024

09.07.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2154/2024 09.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan Cavabdeh X17rşı iş üzrə QƏRARİ (Açar sözlər: işə bərpa olunma və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan Cavabdeh X17rşı “işə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə B akı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-815/2024 nömrəli, 20 fevral 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 1 nömrəli X3 (Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin) 1 fevral 2018-ci il tarixli əmri ilə, İddiaçı həmin Mərkəzə 1 fevral 2018-ci il tarixdən 3 ay sınaq müddəti olmaqla 15 iyul 2018-ci il tarixədək dərnək rəhbəri vəzifəsinə işə qəbul edilmiş, əmək haqqı ştat cədvəlinə uyğun müəyyənləşdirilmişdir.

2. Mərkəzin 28 fevral 2018-ci il tarixli 67 saylı əmri ilə, Mərkəzin dərnək rəhbəri İddiaçı 1-28 fevral 2018-ci il tarixlərdə dərnəkdə qrup təşkil edə bilmədiyinə və göstərilən müddətdə məşğələ keçmədiyinə görə əmək haqqı ödənilməsi dayandırılmış və hesablanmamışdır.

3. Mərkəzin 30 mart 2018-ci il tarixli 94 saylı əmri ilə, dərnək rəhbəri İddiaçı 1-30 mart 2018-ci il tarixlərdə dərnəkdə qrup təşkil edə bilmədiyinə və göstərilən müddətdə məşğələ keçmədiyinə görə əmək haqqı dayandırılmış və hesablanmamışdır.

4. Mərkəzin 28 aprel 2018-ci il tarixli 114 saylı əmri ilə, Mərkəzin dərnək rəhbəri İddiaçı 1-28 aprel 2018-ci il tarixlərdə dərnəkdə qrup təşkil edə bilmədiyinə və göstərilən müddətdə məşğələ keçmədiyinə görə əmək haqqı dayandırılmış və hesablanmamışdır.

5. Mərkəzin 2 may 2018-ci il tarixli 119 saylı əmri ilə, Mərkəzin dərnək rəhbəri İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin «d» bəndinə əsasən sınaq müddəti ərzində özünü doğrultmadığına g örə 2 may 2018-ci il tarixdən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan Cavabdeh PHŞ-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh «1 nömrəli Uşaq X16»nın əmək müqaviləsinin ləğv edilməsi və onun işdən azad olunmasına dair 2 may 2018-ci il tarixli 119 nömrəli əmrinin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, uzun müddət, yəni 2001-ci il tarixdən əvvəlcə Xətai rayonu 2 nömrəli X1, daha sonra isə 2007-ci ildən müəssisənin adı dəyişdirilərək Yeniyetmələrin 23 nömrəli Yaradıcılıq Mərkəzi (bu ndan sonra: Yaradıcılıq Mərkəzi) adlandırılan müəssisədə dərnək rəhbəri kimi çalışmışdır. Yaradıcılıq Mərkəzinin xx.xx.2017-ci il tarixli 93 nömrəli əmrinə əsasən dərnək rəhbərinin sosial məzuniyyəti uşağın xəstəliyi ilə əlaqədar 6 ay müddətinə, yəni xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək uzadılmışdır. Lakin Yeniyetmələrin 23 nömrəli Yaradıcılıq Mərkəzi əvvəlcə xx.xx.2017-ci il tarixdə 96 nömrəli əmr verərək 23 nömrəli Yaradıcılıq Mərkəzi üzrə işçilərlə, o cümlədən analıq məzuniyyətində olduğu halda onunla bağlanmış əmək müqaviləsini ləğv etmişdir. Halbuki həmin vaxt qanuni əsaslarda uzadılmış sosial məzuniyyətdə olmuşdur. xx.xx.2017-ci il tarixdə isə Yeniyetmələrin 23 nömrəli Yaradıcılıq Mərkəzi 98 nömrəli əmrlə 96 nömrəli əmri etibarsız hesab etmiş və bu zaman artıq ləğv ed ilmiş Yaradıcılıq Mərkəzinin işçiləri ilə, o cümlədən analıq məzuniyyətində olduğu halda onunla bağlanmış əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin «a» bəndinə əsasən yenidən ləğv etmişdir. X15 yenidən səhvə və qanun pozuntusuna yol vermişdir. 96 və 98 nömrəli əmrlərdən qabaq, yəni xx.xx.2017-ci ildə Təhsil Nazirinin 233 nömrəli əmri ilə Yeniyetmələrin 23 nömrəli Yaradıcılıq Mərkəzi artıq ləğv edilmiş və bir neçə yaradıcılıq mərkəzlərinin bazası əsasında 1 nömrəli Respublika X8 (bundan sonra: Respublika İnkişaf Mərkəzi) yaradılmışdır. Lakin Nazirin 233 nömrəli əmrində 1 nömrəli X3 yaradılması barədə heç bir bənd olmadığı kimi, belə bir müəssisənin adı da yoxdur. Yəni Nazirin məlum əmrinə görə belə bir müəssisə yaradılmamışdır. Lakin Nazirliyin saytında Nazirliyin tabeliyində o lan məktəbdənkənar təhsil müəssisələrinin siyahısı verilmiş və həmin siyahıda 1 nömrəli Uşaq X10 adı yer almışdır. Məktəbdənkənar təhsil müəssisələrinin Nümunəvi Əsasnaməsinin 36-cı bəndinə görə, bu müəssisələr hüquqi statusuna görə hüquqi şəxslərdir. 1 nömrəli X8 isə publik hüquqi şəxsdir. Bundan başqa, bu müəssisəyə rəhbərlik etmiş şəxs Nazirin məlum 233 nömrəli əmrinin imzalanması tarixindən, əmrdə qeyd edildiyi kimi, 3 aylıq müddətin keçməsinə baxmayaraq, ləğv edilmiş Estetik Tərbiyə üzrə Respublika Tədris Metodik Mərkəzinin adını müəssisə ləğv ediləndən 9 ay sonra rəsmi blanklarda saxlamaqla həmin ləğv edilmiş müəssisənin möhüründən istifadə etmiş və özünü həm də ləğv edilmiş müəssisənin direktoru kimi təqdim etməklə onun adından çıxış etmiş və faktiki olaraq iki müəssisəni bir müəssi sə kimi təqdim etməklə hüquqi müəyyənlik prinsipini pozmuşdur. Çox saylı şikayətlərdən sonra xx.xx.2018-ci ildə onu yeni yaradılmış, lakin Nazirin 233 nömrəli əmrində adı qeyd edilməyən 1 nömrəli X5 (bundan sonra: İnkişaf Mərkəzi) dərnək rəhbəri kimi işə qəbul etmişlər və sözügedən Mərkəzin o zamanki rəhbəri Kəmalə Cəfərzadə ona öz imzası və artıq 6 ay qabaq ləğv edilmiş Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin möhürü ilə müvafiq sənədlər verərək tapşırmışdır ki, dərnək təşkil edəcəyi hər hansı tam orta məktəbi seçib, əmək fəaliyyətini davam etmək üçün həmin tam orta məktəbin direktoru ilə yeni qaydalara uyğun olaraq müqavilə bağlamalıdır. Nazirin 233 nömrəli əmrində adı olmayan 1 nömrəli X3 direktoru ona şifahi bildirmişdir ki, İnkişaf Mərkəzinin qaydasına görə müqaviləni n qüvvəyə minməsi və onun dərnək rəhbəri kimi seçdiyi məktəbdə işə başlaması üçün mütləq seçdiyi məktəbin direktoru müqaviləni ikinci tərəf kimi imzalamalıdır. Əgər imzalamaqdan imtina edərsə, İnkişaf Mərkəzinin işçisi gedib başqa məktəb direktoruna müraciət etməlidir. Nazirin 233 nömrəli əmri ilə yaradılmış X18 Mərkəzləri əslində məktəbdənkənar təhsil müəssisələri olaraq Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərirlər. Əvvəllər dərnəklər onların yaradıcılıq mərkəzlərinin binasındakı sinif otaqlarında təşkil olunurdu. Lakin Nazirin 233 nömrəli əmrindən sonra dərnəklər İnkişaf Mərkəzlərinin və Yaradıcılıq Mərkəzlərinin müəllimləri tərəfindən ayrı-ayrı məktəblərdə təşkil olunmağa başlanmışdır. Bakı şəhərində 116, 245, 285, 86, 220 nömrəli tam orta məktəblərə dəfələrlə gedib, Nazirin 23 3 nömrəli əmrində qeyd edilməyən 1 nömrəli X3 direktorunun imzaladığı və Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin möhürü ilə möhürlədiyi müqaviləni müraciət etdiyi məktəb direktorlarına təqdim edirdi və bildirirdi ki, İnkişaf Mərkəzinin işçisi kimi həmin məktəblərdə şagirdlər üçün dərnək təşkil etmək və fəaliyyətə başlamaq istəyir. Məktəb direktorlarının və işlədiyi İnkişaf Mərkəzinin direktorlarının hərəkətsizliyi ilə bağlı qeyd edir ki, tam orta məktəblərin direktorlarına (86, 245, 249, 254, 116 və s.) dəfələrlə müraciət etsə də, onlar İnkişaf Mərkəzinin direktorunun (o zaman direktor Kəmalə Cəfərzadə idi) imzasının olduğu müqaviləni ikinci tərəf kimi imzalamaq istəməmişlər və müxtəlif bəhanələr gətirmişlər. Bunun səbəbi ona aydın deyildi və heç bir direktor da bunun əsl səbəbini ona demirdi. Bütün bunlara baxmayaraq, o, həmin vaxt direktorları olmuş Kəmalə Cəfərzadəyə, Təhsil Nazirliyinə və Bakı Şəhər Təhsil İdarəsinə çoxlu şikayətlər etmişdir. İşdə buraxdığı ciddi nöqsanlara görə İnkişaf Mərkəzinin direktoru olmuş Kəmalə Cəlalzadənin özünü tutduğu vəzifəsindən azad etmişlər. İnkişaf Mərkəzin yeni təyin olunmuş direktoru Kəmalə Abdullayevanın yanında da dəfələrlə olmuş və hər il dəfələrlə yanına gedib ondan xahiş etmişdir ki, dərnək rəhbəri kimi fəaliyyətə başlamaq üçün ona kömək etsin və məktəblərin birinə zəng edib onu tapşırsın ki, əlində olan müqaviləni hansısa məktəb direktoru imzalasın və müqavilə qüvvəyə minsin. İnkişaf Mərkəzinin yeni təyin olunmuş direktoruna yazdığı məktuba verilmiş xx.xx.2023-cü il tarixli 11 nömrəli cavab məktubunu xx.xx.2023 -cü il tarixdə alandan sonra ona məlum olmuşdur ki, sözügedən müəssisənin direktorunun xx.xx.2018-ci il tarixli 119 nömrəli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin «d» bəndinə əsasən guya sınaq müddətində özünü doğrultmadığına görə işdən çıxarılmışdır. Yəni bu tarixə qədər özünü həmişə 1 nömrəli X3 işçisi hesab edirdi. Bu həm də onunla təsdiq olunur ki, 1 nömrəli X3 imzaladığı və möhürlədiyi müqavilənin əsli indiyədək ondadır və xx.xx.2023-cü il tarixə qədər həmin müqavilə üzrə ona verilmiş öhdəliklərə və səlahiyyətlərə əsasən Bakı şəhərində ayrı-ayrı məktəblərə getmiş, direktorlarla görüşmüş və 1 nömrəli X3 işçisi kimi həmin direktorlara bu müqaviləni təqdim etmiş və onlardan ikinci tərəf (bir tərəf 1 nömrəli X4) kimi bu müqavilənin imzalanmasını xahiş etmişdir. Subyektiv hüquqların ın pozulması ilə bağlı qeyd edir ki, ona xəbərdarlıq etmədən, bildiriş göndərmədən gizlincə onu 1 nömrəli X2 xaric etmək, bunu bir neçə il ondan gizli saxlamaq, işdən çıxarılmağına dair əmrin surətini, əmək kitabçasını, son haqq-hesabı ona təqdim etməmək nəticəsində hüquqları pozulmuş və qanunla qorunan mənafelərinə ciddi ziyan dəymişdir. Onun işdən çıxarıldığı dövrədək direktorun hərəkətsizliyi və biganəliyi bir işçi kimi hüquq və vəzifələrinə toxunmuş, vəzifələrinin vaxtında və peşəkar səviyyədə icrasına mane olmuş, öz bilik və bacarıqlarının istifadəsini və gənc nəslə çatdırılmasını əngəlləmiş, işləyərək əmək haqqı almaq hüququndan onu məhrum etmiş, ona münasibətdə rəhbər üzərinə düşən vəzifələrini yerinə yetirməmiş, eləcə də keçmiş direktorun işdən azad olunmasına yönəlik niyyəti və ba rəsində verilmiş əmrin həm keçmiş, həm də indiki direktor tərəfindən gizlin saxlanılması göstərir ki, onun subyektiv hüquqları sabiq və indiki direktorlar tərəfindən pozulmuşdur. Kəmalə Cəfərzadə 29 aprel 2018-ci ildə, yəni işdən çıxarılması barədə verdiyi əmrin tarixindən 3 gün qabaq ona yazılı xəbərdarlıq etmədən 2 may 2018-ci ildə onu işdən azad etmişdir, daha doğrusu onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Bu fakt onu deməyə əsas verir ki, Kəmalə Cəfərzadə xəbəri olmadan gizli şəkildə onu işdən azad etmiş və məhz buna görə də əmrin imzalandığı tarixdən 3 gün qabaq ona yazılı xəbərdarlıq etməmişdir. Lakin bununla belə ona heç bir sənəd təqdim etməmiş, əmək kitabçasını, əmrin surətini, son-haqq hesabı ona göndərməmişdir. O, həqiqətən də hüquqlarının pozulduğunu məhz 21 fevral 2023-cü il tarixdə bilmişdir. Çünki bu tarixdə Mərkəzin direktoru tərəfindən ona göndərilən məktubda əmək kitabçasının surəti göndərilmişdir və bu zaman ona aydın olmuşdur ki, xx.xx.2018-ci ildə onunla bağlanmış əmək müqaviləsinə xitam verilibmiş.

8. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında iddianı qəbul etmədiyini bildirərək, iddianın rədd edilməsini xahiş etmişdir.

9. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 11 oktyabr 2023-cü il tarixli, 2(006)2934/2023 nömrəli qətnaməsi ilə (hakim Anar İbadzadə) iddia tələbi təmin edilmişdir.

10. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan «1 nömrəli Uşaq X16» PHŞ iddiaçı ilə 3 ay sınaq müddətinə bağlanmış əmə k müqaviləsinə xitam verərkən, əmək qanunvericiliyinin tələblərini pozmuşdur. Belə ki, Mərkəzin iddiaçıya təqdim etdiyi, Mərkəzin möhürü ilə möhürlənmiş və rəhbərliyi tərəfindən imzalanmış müqavilə formasından göründüyü kimi iddiaçıya tutduğu vəzifəni icra etmək üçün şərait yaradılmamış, işəgötürən tərəfindən təmin edilməli olan məsələlər iddiaçının üzərinə qoyulmuş, onun Bakı şəhəri ərazisində fəaliyyət göstərən məktəblərdə dərnək təşkil etməsinə şərait yaradılması xahişi ilə bağlı məktub (müraciət) yazılaraq, iddiaçıya təqdim edilməmişdir.

11. Bundan başqa, iddiaçıya münasibətdə Əmək Məcəlləsinin bir sıra normalarının tələbləri pozulmuşdur. Belə ki, iddiaçıya onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı 3 gün öncə müvafiq yazılı xəbərdarlıq edilməmişdir (Əmək Məcəlləsinin 53-cü maddəsinin 1 ci hissəsinin tələbləri pozulmuşdur).

12. Son iş günündə həmin əmrin surəti, əmək kitabçası, son haqq-hesab iddiaçıya təqdim olunmamışdır. İddiaçıya cavabdeh tərəfindən hüquqlarının pozulması yalnız 21 fevral 2023-cü il tarixdə məlum olmuşdur. Həmin dövrə qədər iddiaçıya işdən azad edilməsi barədə heç bir məlumat verilməmiş, əmrin surəti, əmək kitabçası və son haqqhesab ona təqdim olunmamışdır. İddiaçı bundan sonra hüquqlarının pozulduğunu bilmiş və mediasiya təşkilatına müraciət etmişdir. Təqdim olunmuş sənədlərdən görünür ki, Əmək Məcəlləsinin müvafiq maddi hüquq normaları cavabdeh tərəfindən pozulmuşdur.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsinə, 300-cü maddəsinin 1-ci hissəsinə, Azərbaycan Respublikası M ülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində iddiaçı tərəfin təqdim etdiyi və mövqelərini əsaslandırmağa çalışdığı hallar və sübutlar, iddianın predmetindən kənara çıxmaqla yanaşı mülki və əmək qanunvericiliyi normalarının təhrif edilməsinə və nəticədə ilkin məhkəmə qətnaməsinin yanlış çıxarılmasına səbəb olmuşdur. “Məktəbdənkənar təhsil müəssisələrinin publik hüquqi şəxs və ya hüquqi şəxs” olması ilə əlaqədar iddiaçının irəli sürdüyü məsələ ilə bağlı qeyd edilməlidi r ki, Mülki Məcəllənin 43.5-ci maddəsinə əsasən, hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan (kommersiya hüquqi şəxsləri) və ya əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən (qeyri-kommersiya hüquqi şəxsləri), habelə ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan (publik hüquqi şəxslər) qurumlar ola bilər. Müəyyən etmək olar ki, publik hüquqi şəxslər hüquqi şəxslərin növlərindən biridir və hüquqi şəxslərə aid hüquq və vəzifələr də analoji olaraq “Məktəbdənkənar təhsil müəssisələrinin nümunəvi Əsasnaməsi” də nəzərə alınmaqla publik hüquqi şəxslərə şamil edilir. Texniki olaraq müvafiq ifadənin düzgün yazılmaması hazırkı işdə publik hüquqi şəxsin fəaliyyətini və həmin fəaliyyət nəticəsində qəbul edilmiş sənədlərin qüvvəsini kölgə altına qoya bilməz. “Müəssisənin ləğv edilməsi və sonradan yeni yaradılmış müəssisənin iki fərqli adla fəaliyyət göstərməsi, köhnə müəssisənin möhüründən istifadə edilməsi, yeni müəssisənin möhürünün olmaması, xx.xx.2018-ci il tarixli əmrdə işdən çıxaran müəssisənin hansı Mərkəz (1 saylı X8 və ya Estetik Tərbiyə üzrə Respublika TədrisMetodiki Mərkəz) olmasının aydın olmaması, analıq məzuniyyətində olması və həmin dövrdə işdən çıxarılmasının qanunazidd olması” kimi əsassız faktlara istinad edən iddiaçı qüsurlu fəaliyyətini və iddia müddətinin ötürülməsini pərdələməyə cəhd göstərir. Hazırkı iş üzrə müəssisənin möhürünün olmaması və köhnə möhürdən istifadə edilməsi, onun ləğv edilib yenidən təşkil edilməsi, texniki yanlışlıqlara görə müəssi sənin iki adda fəaliyyət göstərməsi və analıq məzuniyyətində olduğu dövrdə vətəndaşın işdən çıxarılması kimi məsələlər 2018-ci ilin fevral ayından əvvəl baş verdiyindən və iddia tələbinin xx.xx.2018-ci il tarixindən işə bərpa edilməsi olduğundan yuxarıda qeyd edilən halar iddia predmetinin həlli üçün əhəmiyyət kəsb etmir. Bundan əlavə, İddiaçı iddia ərizəsində qeyd edir ki, “onun xx.xx.2018-ci ildən işə götürüldüyünü təsdiq edən müqavilənin qüvvəyə minmə tarixi onun dərnək rəhbəri kimi fəaliyyət göstərəcəyi təhsil müəssisəsinin rəhbəri tərəfindən sözügedən müqavilə imzalanıb möhürləndikdən sonra” mümkün olacaqdır. Həmçinin iddiaçı qeyd edir ki, sözügedən qayda heç bir yerdə rəsmi təsdiq edilməyib və belə bir təlimat mövcud deyildir. Doğrudur ki, İddiaçı 2018-ci ilin 1 fevral tarixindən PHŞ -də sınaq müddəti ilə işə götürülmüşdür. Onun sınaq müddəti ilə işə götürülməsi hüquqi şəxsin yenidən təşkil edilməsi və ştatların ixtisar olunmasına münasibətdə əmək qanunvericiliyinə tam uyğundur. Onunla bağlanan müqavilənin qüvvəyə minməsi başqa təhsil müəssisəsinin möhüründən və ya imzasından asılı olmamış və ümumiyyətlə sözügedən dövrdə əmək münasibətlərinin rəsmiləşdirilməsi qanunvericiliyə uyğun olaraq həyata keçirilmişdir. İş üzrə sənədlərin təhlili də göstərir ki, iddiaçı xx.xx.2018-ci il tarixli, 37 saylı əmrlə dərnək rəhbəri kimi 3 aylıq sınaq müddəti ilə xx.xx.2018-ci il tarixinədək işə götürülmüşdür. Onunla rəsmi müqavilə bağlanmış və müvafiq məlumatlar elektron hökumət portalına (məşğuluq alt sisteminə) daxil edilmişdir. İş üzrə təqdim edilmiş sənədlər (əmrlər, iclas protokol arı və digər sənədlər) bunu deməyə əsas verir ki, həqiqətən də iddiaçı öz əmək fəaliyyətini sınaq müddəti ərzində yerinə yetirə bilməmiş və bu səbəbdən səlahiyyətli şəxslərlə razılaşdırmaqla, müvafiq iclas protokoluna əsaslanmaqla və iddiaçıya şifahi və rəsmi (əmək kitabçasına rəsmi qeyd aparılmaqla və yazılı məlumatlandırılmaqla) məlumat verilməklə o, Əmək Məcələsinin 70-ci madddəsinin “d” bəndi ilə işdən azad edilmişdir. İddiaçıya əmək kitabçası rəsmi olaraq PHŞ-ın hazırda pensiyada olan əməkdaşı X7 tərəfindən təhvil verilmiş və iddiaçıdan müvafiq akta imza ataraq əmək kitabçasını təhvil almasının bəyan etməsi istənilsə də, bundan imtina etmişdir. Məlum olduğu kimi, kargüzarlıq qaydalarına uyğun olaraq işçi işdən çıxarıldıqdan sonra ona əmək kitabçası təhvil verildikdə həmin kitabçanın surəti iş yerində saxlanılır. Cari ilin yanvar ayında iddiaçı PHŞ müraciət edərək əmək kitabçasının əslinin ona verilməsini xahiş etmişdir. Bunu etməklə iddiaçının məqsədi sadəcə iddia müddətinin axımının dəyişmək olub. Qeyd edildiyi kimi, 2018-ci ildə may ayının 2-də əmək kitabçası iddiaçıya təhvil verilmişdir. İddiaçının rəsmi müraciətindən sonra ona əmək kitabçasının PHŞ-da olan surəti təqdim edilmişdir. Ümumilikdə, yuxarıda qeyd edilənləri və iddiaçının əmək fəaliyyətindəki qüsurları qəbul etməsini təsdiq edən sübut isə xx.xx.2018-ci il tarixindən keçən müddətdir. Maraqlısı budur ki, iddiaçı xx.xx.2018-ci ildən etibarən cəmi bir dəfə 2023-cü ilin yanvarında PHŞ-nə rəsmi müraciət etmiş və ona verilən cavabda rəsmi olaraq işdən azad edildiyi göstərilmişdir. Beləliklə, iddiaçı Əmək Məcəl ləsinin 45-ci fəslində, xüsusən 296-cı maddəsində nəzərdə tutulmuş iddia müddətlərindən heç birinə riayət etməmişdir. Bundan əlavə, iş üzrə məhkəmə əsaslandırması qanuni qətnamənin qəbul edilməsi üçün kifayət deyil. Məhkəmə əsaslandırmasında 1 nömrəli Uşaq X10 xx.xx.2018-ci il tarixli, 37 saylı, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli 94 saylı, xx.xx.2018-ci il tarixli, 114 saylı və xx.xx.2018-ci il tarixli, 119 saylı əmrlərinə istinad edilməklə iddiaçının 37 saylı əmrlə 3 aylıq sınaq müddəti ilə işə götürülməsi, dəfələrlə öz işini icra edə bilməməsi və nəticədə 119 saylı əmrlə əmək fəaliyyətinə xx.xx.2018-ci il tarixində xitam verilməsi təsdiqini tapır. Qeyd edildiyi kimi, iddiaçıya əmək kitabçası rəsmi olaraq PHŞ-nin hazırda pensiyada olan əməkdaşı X7 tərəfindən təhvil verilmi ş və iddiaçıdan müvafiq akta imza ataraq əmək kitabçasını təhvil almasının bəyan etməsi istənilsə də, bundan imtina edərək əmək kitabçasını təhvil almışdır. Nəticə etibarı ilə, işçinin işdən çıxarılması tam qanuni və əsaslıdır.

16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-815/2024 nömrəli 20 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Sabit Bəhrəmzadə və Elnur Həsənov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia tələbi rədd edilmişdir.

17. Məhkəmə kollegiyası gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı 3 ay sınaq müddəti müəyyən edilməklə cavabdeh mərkəzdə işə qəbul edilmiş, bundan sonra isə tərtib edilmiş müvafiq ə mrlərlə iddiaçı dərnəkdə qrup təşkil edə bilmədiyinə və göstərilən müddətdə məşğələ keçmədiyinə görə əmək haqqı dayandırılmış və hesablanmamış, eləcə də sınaq müddəti qurtardığından onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.

18. İddiaçı isə cavabdeh tərəfindən hüquqlarının pozulmasını yalnız 21 fevral 2023cü il tarixdə məlum olduğunu bildirmişdir. Lakin məhkəmə kollegiyası qeyd edir ki, işin qeyd olunan hallarından göründüyü kimi iddiaçı barəsində müvafiq əmrlər tərtib edilməklə iddiaçıya əmək haqqı verilməsinin dayandırılması ilə ona artıq 2018-ci il tarixdən əmək haqqı hesablanmamasından məlumatlı idi və keçən 5 il müddət ərzində bununla bağlı işəgötürənə hər hansı müraciət etməmişdir.

19. İddiaçının işdən azad olunması həmçinin iş materiallarında onun həyat yoldaşının, hazırk i işdə nümayəndəsinin Bakı şəhər Təhsil İdarəsinə ünvanladığı xx.xx.2018-ci il tarixli elektron məktubun məzmununda da öz əksini tapmışdır. Belə ki, həmin məktubda iddiaçının əri Nümayəndə yoldaşının əsassız olaraq işdən qovulmasını göstərmişdir (i.v. 30).

20. İddiaçıya əmək kitabçasının əslinin xx.xx.2018-ci il tarixində deyil, 5 il sonra verilməsi ona görə inandırıcı deyildir ki, iddiaçının göstərilən tarixdən işdən azad edilməsi barədə tam məlumatlı olması işin araşdırılmış halları ilə tamamilə təsdiq edilmişdir. Məhkəmə kollegiyası 2018-ci ildə may ayının 2-də əmək kitabçasının iddiaçıya təhvil verilməsi, lakin onun bu barədə müvafiq sənədə imza etməkdən imtina etməsinə dair cavabdeh tərəfin dəlillərini inandırıcı və ağlabatan sayır.

21. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, i ddiaçı sınaq müddəti ərzində özünü doğrultmadığına görə onunla bağlanmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi və hüquqlarının pozulmasından məhz 2018-ci ildən məlumatlı olduğu halda işdən azad olunması ilə bağlı hüquqlarının pozulmasının guya xx.xx.2023-cü ildə bilməsinə dair dəlilləri və bu barədə olan izahatlarının inandırıcı olmamaqla işin faktiki araşdırılmış halları ilə uzlaşmamasına birinci instansiya məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilməmiş, qeyd edilən tarixə qədər iddiaçıya işdən azad edilməsi barədə heç bir məlumat verilməməsi, əmrin surəti, əmək kitabçası və son haqq hesabın ona təqdim olunmaması kimi nəticələrinə işin hansı müəyyən edilmiş və araşdırılmış halları üzrə gəlinməsi əsaslandırılmamışdır.

22. Kollegiya hesab edir ki, iddiaçı hazırki iddi a tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla müəyyən edilmiş müddəti ötürməsinə baxmayaraq, cavabdeh tərəfindən apellyasiya instansiyası məhkəməsinin iclasında verdiyi iddia müddətinin tətbiqi barədə ərizəsi əsas kimi götürülə bilməz.

23. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının işdən azad edilməsi əmək qanunvericiliyinin tələbləri baxımından düzgün olduğu üçün iddiasının da məhz bu əsasla rədd edilməli olmasına birinci instansiya məhkəməsi düzgün qiymət verməmişdir.

24. Məhkəmə kollegiyası daha sonra hesab edir ki, birinci instansiya məhkəməsinin Əmək Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsinə istinad etməklə cavabdeh tərəfindən iddiaçıya onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı 3 gün öncə müvafiq yazılı xəbərdarlıq edilməməsi barədə gəldiyi nətic ə düzgün olmamışdır.

25. Belə ki, iş materiallarından göründüyü kimi sonuncu dəfə Mərkəzin 28 aprel 2018-ci il tarixli 114 saylı əmri ilə Mərkəzin dərnək rəhbəri İddiaçı 01-28 aprel 2018-ci il tarixlərdə dərnəkdə qrup təşkil edə bilmədiyinə və göstərilən müddətdə məşğələ keçmədiyinə görə əmək haqqı dayandırılmış və hesablanmamışdır. Bu isə onu deməyə əsas verir ki, iddiaçı artıq sınaq müddəti ərzində özünü doğrultmamış və 28 aprel 2018-ci il tarixli əmrin verilməsi onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xəbərdarlıq edilməsi anlamına gəlir.

26. Həmçinin iddiaçı tərəfin sübut kimi qəbul edilməsinə etiraz etdiyi, cavabdeh tərəfin apellyasiya instansiyası məhkəməsinə təqdim etdiyi 17 və 19 aprel 2018-ci il tarixli iddiaçıya ünvanlanmış teleqramların və ona olan cavabların mə zmunundan görünür ki, cavabdeh tərəf iddiaçını görüşə dəvət etsə də o, görüşə gələ bilməyəcəyini və izahatla məktub göndərəcəyini bildirmişdir.

27. Məhkəmə kollegiyası qəbul edir ki, bu sənədlər birinci instansiya məhkəməsində işə baxılan zaman təqdim edilməmişdir. Lakin bu əsas vermir ki, hazırki işin obyektiv həlli baxımından kollegiya bu sənədlərdə olan məlumatlara diqqət yetirməsin. Məhkəmə kollegiyası bu sənədləri iddiaçıya olan xəbərdarlıq kimi qiymətləndirir və iddiaçı tərəfin bu sənədlərlə sübut kimi qəbul edilməməsinə dair vəsatət verməsini bir daha iddiaçının dəfələrlə öz işini icra edə bilməməsi nəticəsində 119 saylı əmrlə onun əmək fəaliyyətinə xx.xx.2018-ci il tarixində qanuni əsaslarla xitam verilməsini bir daha təsdiq edir.

28. Məhkəmə kollegiyası bununla bağlı həmçinin hesa b edir ki, işin bu müəyyən edilmiş halları birinci instansiya məhkəməsinin Mərkəzin möhürü ilə möhürlənmiş və rəhbərliyi tərəfindən imzalanmış müqavilə formasına istinadən iddiaçıya tutduğu vəzifəni icra etmək üçün şərait yaradılmaması, işəgötürən tərəfindən təmin edilməli olan məsələlərin iddiaçının üzərinə qoyulması, onun Bakı şəhəri ərazisində fəaliyyət göstərən məktəblərdə dərnək təşkil etməsinə şərait yaradılması xahişi ilə bağlı məktub (müraciət) yazılaraq, iddiaçıya təqdim edilməməsi kimi qənaətlərə natamam və araşdırılmamış hallar üzrə gəlinmişdir.

29. Göründüyü kimi cavabdeh tərəfindən 02 may 2018-ci il tarixli 119 saylı əmr verilərkən Əmək qanunvericiliyinin istinad edilən normaları pozulmamışdır.

30. Məhkəmə kollegiyası iddiaçının ərizəsində “müəssisənin ləğv edilməsi və sonra dan yeni yaradılmış müəssisənin iki fərqli adla fəaliyyət göstərməsi, köhnə müəssisənin möhüründən istifadə edilməsi, yeni müəssisənin möhürünün olmaması, xx.xx.2018-ci il tarixli əmrdə işdən çıxaran müəssisənin hansı Mərkəz (1 saylı X8 və ya Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodiki Mərkəz) olmasının aydın olmaması, analıq məzuniyyətində olması və həmin dövrdə işdən çıxarılmasının qanunazidd olması” kimi dəlillərinin əsassız faktlara istinadı ilə bağlı cavabdeh tərəfin arqumentlərini əsaslı və inandırıcı sayır.

31. Qeyd etmək zəruridir ki, hazırki iş üzrə müəssisənin möhürünün olmaması və köhnə möhürdən istifadə edilməsi, onun ləğv edilib yenidən təşkil edilməsi, texniki yanlışlıqlara görə müəssisənin iki adda fəaliyyət göstərməsi və analıq məzuniyyətində olduğu dövrdə vətəndaşın iş dən çıxarılması kimi məsələlər 2018-ci ilin fevral ayından əvvəl baş verdiyindən və vətəndaşın xahişinin xx.xx.2018-ci il tarixindən işə bərpa olunması olduğundan, yuxarıda qeyd edilən hallar iddia predmetinin həlli üçün əhəmiyyət kəsb etmir.

32. Kollegiya əlavə olaraq qeyd edir ki, iddiaçının sınaq müddəti ilə işə götürülməsi hüquqi şəxsin yenidən təşkil edilməsi və ştatların ixtisar olunmasına münasibətdə əmək qanunvericiliyinə tam uyğundur. Bağlanan müqavilənin qüvvəyə minməsi başqa təhsil müəssisənin möhüründən və ya imzasından asılı olmamış və ümumiyyətlə sözügedən dövrdə əmək münasibətlərinin rəsmiləşdirilməsi qanunvericiliyə uyğun olaraq həyata keçirilmişdir. Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci hissəsinə əsasən, əmək müqaviləsi (kontraktı) - işəgötürənlə işçi arasında fərdi qayda da bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. İş üzrə sənədlərin təhlili də göstərir ki, iddiaçı xx.xx.2018-ci il tarixli, 37 saylı əmrlə dərnək rəhbəri kimi 3 aylıq sınaq müddəti ilə xx.xx.2018-ci il tarixinədək işə götürülmüş və məlumatlar elektron hökumət portalına (məşğulluq alt sisteminə) daxil edilmişdir.

33. Məhkəmə kollegiyası hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından iddiaçı işdən azad edilməsi barədə 02 may 2018-ci il tarixli 119 nömrəli əmrinin qanunsuz olmasına dair öz hüquqi mövqeyini sübut edə bilməmiş və hər hansı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.

34. İddi açının tələbinin işdən azad edilməsi barədə 02 may 2018-ci il tarixli 119 nömrəli əmrin ləğv edilməsi hissəsi, irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı üçün əsassızdır və və həmin tələbdən törəmə tələb olan işə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi hissələri üzrə əlavə araşdırma aparılmasına zərurət yoxdur.

35. Məhkəmə kollegiyası gəldiyi nəticəni Əmək Məcəlləsinin 2.1, 11.1, 51, 53, 68.1, 68.2-ci maddələrinə istinadla əsasladırılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

36. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

37. Kassasiya şikayəti onunla əsaslandırılmışdır k i, apellyasiya instnasiya məhkəməsi iddiaçının məhkəmədə müdafiəsinə təminat verməmiş və işə qərəzli yanaşmışdır. Sədrlik edən hakim 1-ci baxış iclasında audio-video səsyazma sisteminin işləməməsi barədə iddiaçının nümayəndəsini xəbərdar etməmiş, iclası aparmış və növbəti baxış iclasına hansı sübutların məhkəməyə təqdim edilməsini cavabdehə bildirməklə ona kömək etmişdir. Bununla da apellyasiya instnasiya məhkəməsi Konstitusiyanın 60-cı maddəsinin tələblərinə əməl etməmiş, Konstitusiyanın 27-ci maddəsinin İV hissəsinin tələblərini pozmuşdur. Apellyasiya instansiya məhkəməsi hər baxış iclasında cavabdehdən tələb etdiyi yeni sübutları qəbul etmiş, qanun və məhkəmə qarşısında iddiaçının bərabərliyini pozmuşdur. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hazırlıq iclası nda olduğu kimi iclası aparmışdır.

38. Məhkəmə kollegiyası Əmək Məcəlləsinin 169.1-ci maddəsini tətbiq etməmişdir. Belə ki, iddiaçı boşdayanmaya görə dəfələrlə cavabdehə şifahi və yazılı məlumat verdiyindən məhkəmə əmək haqqının ödənilməsinin tam dayandırılması barədə cavabdehin əmrlərinə hüquqi qiymət verməmiş və bu maddənin tələblərini tətbiq etməmişdir. Bundan başqa, məhkəmə kollegiyası qətnamədə Əmək Məcəlləsinin 53-cü maddəsinin birinci hissəsini düzgün tətbiq etməmiş və məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərkən, bunu özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağa çalışmışdır. Belə ki, məhkəmə kollegiyası iddiaçıya əmək haqqının ödənilməsinin dayandırılmasını iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə xəbərdarlıq kimi dəyərləndirmişdir. Halbuki, əmək haqqının ödənilməsinin dayandırılması barədə keçirilmiş bir iclas, qəbul edilmiş bir akt və üç əmrin heç birində əmək müqaviləsinə xitam verilməsi barədə xəbərdarlıq yoxdur. Ümumiyyətlə, Əmək Məcəlləsində bu cür xəbərdarlıqlar başqa intizam tədbirləri ilə həyata keçirilir. Məhkəmə kollegiyası isə bunu nəzərə almamış və ya düzgün tətbiq etməmişdir. Məhkəmə kollegiyası Əmək Məcəlləsinin 296.2-ci və 296.3-cü maddələrinin tələblərini tətbiq etməmişdir. Belə ki, iddiaçı hüquqlarının pozulduğunu aşkar etdiyi gün əmək kitabçasının və əmrin surətinin ona verildiyi gün hesab edilsə də, məhkəmə iddiaçının hüquqlarının pozulduğu günü cavabdehin uydurduğu və əsası olmayan dəlillə əlaqələndirmişdir. Lakin bununla belə məhkəmə kollegiyası Mərkəzin direktorunun 11 n ömrəli, 13 fevral 2023-cü il tarixli məktubuna sübut kimi istinad etmədiyindən bu maddələrin tələblərini tətbiq etməmişdir.

39. Apellyasiya instansiya məhkəməsi hər baxış iclasında cavabdehdən tələb etdiyi yeni sübutları qəbul etmiş, qanun və məhkəmə qarşısında iddiaçının bərabərliyini pozmuşdur.

40. Məhkəmə kollegiyası cavabdehin uydurduğu yalanı inandırıcı və ağlabatan sayanda, Mərkəzin iddiaçıya ünvanladığı 13 fevral 2023-cü il tarixli 11 nömrəli məktubuna sübut kimi istinad etməmişdir. Çünki ən azından iddiaçının əmək kitabçasını götürməkdən imtina etməsi barədə mülahizə Mərkəzin direktorunun iddiaçıya yazdığı məktubda əks olunmalı idi. Nəhayət, cavabdeh bu yalanı heç olmasa, birinci instansiya məhkəməsində səsləndirsəydi və ya iddiaya qarşı əsaslandırılmış etiraz yazıb dəlillərini təq dim etsəydi, haradasa inandırıcı təsəvvür yarada bilərdi.

41. Məhkəmə kollegiyası həmçinin MPM-nin 377-ci maddəsini tətbiq etməmişdir. Məhkəmə kollegiyası iclas protokoluna qeydlərin daxil edilməsi barədə vəsatətdən başqa, tərəflərin verdiyi digər vəsatətlərə iclaslarda heç bir münasibət bildirməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

42. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

43. Maddə

11. İşəgötürənin əsas hüquqları 1.Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: a) bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək;...

44. Maddə

51. Sınaq müddəti

1. Əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək f unksiyasını icra etmək bacarığını yoxlamaq məqsədi ilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Sınaq müddəti 3 aydan artıq olmamaq şərti ilə müəyyən edilir.

2. Sınaq müddəti işçinin faktiki olaraq əmək funksiyasını icra etdiyi iş vaxtından ibarətdir. İşçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə iş yeri və orta əmək haqqı saxlanılmaqla işdə olmadığı dövrlər sınaq müddətinə daxil edilmir.

3. Sınaq müddəti göstərilməyən əmək müqaviləsi sınaq müəyyən edilmədən bağlanmış hesab olunur.

45. Maddə

53. İşə qəbul zamanı sınağın nəticəsi və onun tənzimlənməsi qaydası

1. Sınaq müddəti qurtaranadək tərəflərdən biri digərinə üç gün əvvəl yazılı xəbərdarlıq etməklə əmək müqaviləsini poza bilər.

2. Sınaq müddəti qurtaranadək tərəflərdən biri əmək müqaviləsinin xitamını tələb etməyibsə, işçi sınaqdan çıxmış hesab edilir. İşçi sınaqdan çıxmış hesab edildiyi andan etibarən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla xitam verilə bilər.

46. Maddə

68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları

1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü;...

47. Maddə

70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər:... d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda;...

48. Maddə

71. Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlər...

3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

49. Maddə

76. Əmək müqaviləsinin ləğv edilməsini məhdudlaşdıran şərtlər

1. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.

2. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.

50. Maddə

296. Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri

1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündə n etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.

2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

51. Maddə

300. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri

1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

52. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

53. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

54. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına m üvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

55. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

56. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

57. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

58. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düz gün tətbiq edilməsini yoxlayır.

59. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

60. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

61. Kassasiya baxışının hədləri

62. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

63. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

64. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

65. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

66. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

67. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın n əticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

68. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.

69. Kassatorun məhkəmə tərəfindən Əmək Məcəlləsinin 169.1-ci maddəsini tətbiq edilməməsi barədə dəlili əsassızdır. Çünki Əmək Məcəlləsinin 169-cu maddəsi boşdayanma vaxı üçün əmək haqqının ödənilməsi əsaslarını müəyyən edir.

70. Həmin normaya görə boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir. İşçinin təqsiri üzündən boşdayanma vaxtı ödənilmir.

71. Verilmiş iddia tələbi isə boşdayanma vaxtı üçün əməyin ödənilməsi barədə deyil. İddiaçı onunla əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv olunması və işə bərpa olunması ilə əlaqədar məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsini tələb edir. Bu ödənişin maddi hüquqi əsası Əmək Məcəlləsinin 169-cu maddəsi deyil, 300-cü maddəsi çıxış edir və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi, əmək müqaviləsinin ləğv edilməsi əsaslarına və qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri kimi tətbiq olunur. Baxıla n işdə iddiaçı ilə əmək müqaviləsinin pozulması üçün qanunla müəyyən olunmuş əsasların və qaydaların pozulması müəyyən olunmadığı üçün iddiaçıya məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi üçün hüquqi əsas olmamışdır.

72. Kassatorun Əmək Məcəlləsinin 53-cü maddəsinin birinci hissəsinin düzgün tətbiq edilməməsi barədə dəlili də qətnamənin ləğvinə əsas vermir.

73. Belə ki, Əmək Məcəlləsinin 53-cü maddəsi işə qəbul zamanı sınağın nəticəsi və onun tənzimlənməsi qaydalarını müəyyən edir. Sınaq müddəti qurtaranadək tərəflərdən biri digərinə üç gün əvvəl yazılı xəbərdarlıq etməklə əmək müqaviləsini poza bilər.

74. Məhkəmə kollegiyası qeyd edir ki, işçi ilə əmək münasibətlərinə xitam verilməsinin əsassız sayılması, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsi nə bərpa edilməsi tələbinin maddi hüquqi əsasını Əmək Məcəlləsinin 300-cü maddəsi təşkil edir. Həmin normada işə bərpa olunması üçün müəyyən olunmuş zəruri dispozisiya şərtlərini iki qrupa ayırmaq olar:

1. Əmək müqaviləsinin ləğv edilməsi üçün qanunla nəzərdə tutulmuş əsasların pozulması;

2. Əmək müqaviləsinə xitam verilməsi üçün qanunla müəyyən olunmuş qaydaların pozulması.

75. Birinci şərt işəgötürən tərəfindən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarının pozulmasıdır. İkinci şərt isə Əmək Məcəlləsinin 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl edilməməsi, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam verilməsidir.

76. Göründüyü kimi Ə mək Məcəlləsinin 53-cü maddəsində müəyyən olunan qaydanın pozulması, işçi ilə əmək münasibətlərinə xitam verilməsinin əsassız sayılması, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi üçün əsas kimi nəzərdə tutulmamışdır.

77. Kassatorun məhkəmə tərəfindən iddia müddətinin buraxılması barədə gəlinən nəticənin əsassız olması, Əmək Məcəlləsinin 296.2-ci və 296.3-cü maddələrinin tətbiq edilməməsi barədə dəlilləri də qətnamənin ləğvinə əsas vermir. Çünki məhkəmə iddianı müddətin ötürülməsi əsası ilə deyil, iddianın əsassız olmasına görə rədd etmişdir və buna görə də iddia müddəti ilə bağlı məsələnin araşdırılmasına zərurət qalmır.

78. Kassatorun apellyasiya instansiya məhkəməsinin yeni sübutları qəbul etməsi barədə dəlili ilə bağlı məhkəmə kollegiyası q eyd edir ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (MPM-nin 14 və 77.1-ci maddələri).

79. Lakin nəzərə alınmalıdır ki, qanunverici məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir. Məsələ məhkəmənin həqiqəti nəyin bahasına olursa olsun, hətta tərəflərin istəyinin ziddinə üzə çıxarmaq vəzifəsindən deyil, bunu necə və hansı məqsədlə müəyyən etməsindən ibarətdir. Əgər məhkəmənin fəallığı çəkişmə prinsipindən kənara çıxmırsa, qarşısını almırsa, əksinə onun təmin edilməsində vasitəçilik edirsə, bu zaman belə fəallıq yolverilən, bəzi hallarda isə zəruri hesab edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 2011-ci il 20 may tarixli Qərarı).

80. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək gös tərir (Mülki Prosessual Məcəllənin 9.1, 9.3 və 14.1-ci maddələri).

81. Məhkəmə işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Eyni zamanda həmin Məcəllənin 78.2-ci maddəsinə görə, işdə iştirak edən şəxsin işdə iştirak edən və etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər.

82. Göründüyü kimi məhkəmə, işin mahiyyəti üzrə həlli üçün zəruri olan faktik halların müəyyən olunması üçün araşdırmanı prosessual fəallıqla aparmalı, tərəflərlə mübahisənin vəziyyətini müzakirə etməli, sübut olunmalı halları tərəflərə izah etməlidir. Bu cür müza kirə formal xarakter daşımamalıdır. Həmçinin işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

83. Lakin iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəflərlə işin hallarını müzakirə edib, zəruri saydığı sübutları təqdim etməyi təklif etməmiş, hətta baxılan mübahisə əmək münasibətləri ilə bağlı olduğu və bu münasibətlərin əmək müqaviləsinə əsaslandığı halda əmək müqaviləsini və ya surətini işə əlavə etməmiş, qətnamədə işıqlandırdığı hüquqi məsələlərlə bağlı cavabdehin mövqeyini öyrənməmiş, çəkişmə şəraitini zəruri həddə təmin etməmişdir.

84. Nəticə etibarilə, məhkəmənin işin mahiyyəti üzrə həll olunması və qanun qərar çıxarılması üçün zəruri hesab etdiyi işin halları tam müəyyən olunmamışdır.

85. MPM-in 2.2-ci maddəsinə g örə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (MPM-in 2.1-ci maddəsi).

86. Buna görə, həmçinin qanunçuluğun maraqları baxımından zəruri olduğuna görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsində təqdim olunmayan və işin həlli üçün zəruri olan sənədləri müqayisəli şəkildə təhlil edib qiymətləndirərək, sübut kimi qəbul etmişdir.

87. Kassatorun məhkəmə iclas protokoluna dair qeydlərlə və məhkəmə iclasının audio, video və digər yazan texniki vasitələrdən istifadə etməklə qeydə alınmaması barədə dəlilləri ilə bağlı qeyd edir ki, mülki işə əlavə olunmuş akt lardan göründüyü kimi audio və video yazının aparılmaması texnikli qüsurlarla bağlı olmuşdur. Bu dəlillər prosessual tələblərin pozulması ilə bağlıdır və düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnməyə səbəb olmamışdır. MPM-nin 418.3-cü maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

88. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

89. Kassasiya şik ayətinin digər dəlilləri əsasən işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

90. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-815/2024 nömrəli, 20 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlan

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar