Məhkəmə qərarları › İş №2(102)-2154/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2154/2025

08.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2154/2025 08.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Suidimzadə (Miriyeva) Miranə Ağayar qızının Cavabdeh qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): kassasiya şikayətinin qeyri-mümkünlüyü (kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verildikdə) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı Suidimzadə (Miriyeva) Miranə Ağayar qızının Cavabdeh qarşı əmlak tələbinə dair Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-747/2025 nömrəli, 22 may 2025-ci il tarixli qərardadından c avabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı iddia və tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus olan cehiz əmlaklarının və qızıl-zinət əşyalarının naturada, naturada olmadığı halda onların 19.262 manat məbləğində dəyərinin Cavabdeh alınıb ona ödənilməsini xahiş etmişdir.

2. Lənkəran Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli 2(049)-694/2023 nömrəli qətnaməsi ilə (hakim Rəşad Məmmədov) iddia təmin edilmişdir. b) pellyasiya instansiyası məhkəməsində birinci icraat

3. Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin qismən təmin e dilərək apellyasiya şikayətində göstərdiyi cehiz əmlaklarının evdə olan hissəsinə münasibətdə təmin, digər hissələrə, eləcə də qızıl-zinət əşyalarına münasibətdə rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1224/2023 nömrəli, 8 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər İlham Əsədov (sədrlik edən və məruzəçi), Tale Kərimov və Tofiq Heydərov) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, e-2(049)-694/2023 saylı qətnaməsi dəyişdirilmiş, iddia təmin edilərək İddiaçı məxsus - dəyəri 3400 olan 1 dəst yataq mebeli (taxt), trümo, 2 tumba, şifoner, dəyəri 500 manat olan uşaq mebeli (besik, komod), dəyəri 48 manat olan uşaq besik tül oyuncaq, dəyəri 100 man at olan uşaq beşik matras yorğanı yastıq dəsti, dəyəri 50 manat olan uşaq carşaf dəsti, dəyəri 15 manat olan uşaq südəmər yastığı, dəyəri 200 manat olan 2 nəfərlik döşək yorğan - 2 yastıq dəsti, dəyəri 50 manat olan yastıq türkiyə, dəyəri 250 manat olan pokrıval dəsti + 2 yastıq üzlüyü, dəyəri 58 manat olan 1 ədəd yun adyal, dəyəri 40 manat olan 1 ədəd yaşıl ədyal, dəyəri 30 manat olan 1 ədəd sarı ədyal, dəyəri 40 manat olan 1 ədəd 2 nəfərlik yay yorğanı, dəyəri 80 manat olan 2 ədəd tək nəfərlik yay yorğanı, dəyəri 100 manat olan 2 nəfərlik yorğan, dəyəri 80 manat olan 2 ədəd tək nəfərlik yorğan, dəyəri 250+200=450 manat olan 2 ədəd çil-çıraq, dəyəri 300+200+250=750 manat olan 3 ədəd xalça, dəyəri 250 manat olan pərdə tül günlük, dəyəri 200 manat olan 5 ədəd hamam dəsmalı, dəyəri 300+100+8 0+60=540 manat olan 4 süfrə, dəyəri 20 manat olan 1 ədəd jurnal masası üçün süfrə, dəyəri, 150+100+80+120=450 manat olan 4 ədəd kiçik ölçülü ədyal, dəyəri 400 manat olan 12 ədəd əl üz dəsmalı, dəyəri 200 manat olan çay dəsmalı dəsti, dəyəri 144 manat olan 18 ədəd çay dəsmalı, dəyəri 5 manat olan şpilka, dəyəri 20 manat paltar səbəti, dəyəri 120 manat olan ütü masası, dəyəri 50 manat olan güzgü, dəyəri 50 manat uşaq vanna dəsti (1 ədəd vanna, vedrə, qruşka, qorşok), dəyəri 830 manat olan soyuducu, dəyəri 800 manat olan “Vestel” markalı televizor, dəyəri 200 manat olan “Samsung” markalı tozsoran, dəyəri 200 manat olan ətçəkən, dəyəri 50 manat olan blender, dəyəri 50 manat ütü, dəyəri 50 manat olan “Fakir” markalı Tefal çaynik, dəyəri 760 manat olan qazan dəsti, dəyəri 500 manat olan servis b oşqab dəsti 12 nəfərlik-çay dəsti, kofe dəsti, servis boşqab dəsti 6 nəfərlik+6 nəfərlik çay dəsti, dəyəri 380 manat olan “Versaje” dəsti, dəyəri 150 manat olan podnos dəsti, dəyəri 30 manat olan 2 ədəd podnos, dəyəri 30 manat olan bıçaq dəsti, dəyəri 25 manat olan qozqıran dəsti, dəyəri 20 manat olan 2 ədəd şirniyyat saxlama qabı, dəyəri 10 manat olan 2 ədəd oxlov, dəyəri 15 manat olan balon açan, dəyəri 20 manat olan böyük çörək qabı, dəyəri 20 manat olan 2 ədəd kiçik ölçülü çörəkqabı, dəyəri 15 manat olan 2 ədəd aşsüzən, dəyəri 15 manat olan yağ qabı, dəyəri 30 manat olan ədviyyat qabı dəsti, dəyəri 6 manat olan əl ələyi, dəyəri 20 manat olan plastmas ərzaq qabları, dəyəri 90 manat olan böyük ölçülü alüminium qab, dəyəri 70 manat olan 2 tərəfli qazan, dəyəri 40 manat olan bakallar, də yəri 40 manat olan rumkalar, dəyəri 13 manat olan 6 nəfərlik qaşıq dəsti, dəyəri 50 manat olan qaşıq çamadan, dəyəri 20 manat olan 2 ədəd salat qabı, dəyəri 35 manat olan 3-lü dəst salat qabı, dəyəri 4 manat olan tualet fırçası, dəyəri 20 manat olan iri meyvə qabı, dəyəri 35 manat olan 2 ədəd meyvə qabı, dəyəri 100 manat olan 2 ədəd böyük ölçülü meyvə qabı, dəyəri 60 manat olan 4 ədəd iri qənd qabı, dəyəri 20 manat olan 2 ədəd kiçik qəndqabı, dəyəri 30 manat olan şirniyyat qabı, dəyəri 80 manat olan 5 gözlü ləpə qabı, dəyəri 6 manat olan 2 ədəd ləpə qabı, dəyəri 30 manat olan rəngli çərəz qabı, dəyəri 15 manat olan taxta, dəyəri 8 manat olan tyorka, dəyəri 50 manat olan qızılı çaynik dəsti, dəyəri 40 manat olan 6 nəfərlik çay dəsti, 585 əyarlı, 16 qram çəkidə pandora qızıl-zinət dəsti – də yəri 1600 manat, 916 əyarlı, 16 qram çəkidə qolbaq (ərəbistan istehsalı) – dəyəri 2400 manat, 750 əyarlı 6 qram çəkidə olan İtaliya istehsalı nişan üzüyü -dəyəri 1000 manat, 750 əyarlı, 18 qram çəkidə İtaliya istehsalı olan qızıl-zinət dəsti – dəyəri 2340 manat, həmin əmlaklardan hər hansı biri olmadıqda isə əmlakın dəyərinin Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

5. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib iddia tələbini etiraf etdiyi hissədə qismən təmin olunmasına dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

6. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)-255/2024 saylı qərarı ilə (hakimlər Əhməd Nurməmmədov (sədrli k edən və məruzəçi), Abiddin Hüseynov və Zəki Babayev) kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1224/2023 nömrəli, 8 sentyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

7. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-80/2025 nömrəli, 3 mart 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər – Pərviz Əhmədov (sədrlik edən və məruzəçi, Mahir Əsədli və Cahid İmanov) apellyasiya şikayəti qismən təmin edilmiş, Lənkəran Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, e-2(049)-694/2023 nömrəli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmişdir. Cavabdeh ona məxsus əmlakların - 860 manat dəyərində yataq mebeli (taxt), trümo, 2 tumba, paltar dolabı (şifoner), 500 manat dəyərində uşaq mebeli (beşik komod) 50 manat dəyərində uşaq beşik tül oyuncaq, ümumilikdə 100 manat dəyərində uşaq beşik matras yorğanı yastıq dəsti, 50 manat dəyərində uşaq çarşaf dəsti, 15 manat dəyərində uşaq südəmər yastığı, 200 manat dəyərində 2 nəfərlik döşək yorğan və 2 yastıq dəsti, 50 manat dəyərində türkiyə istehsalı 2 yastıq, 250 manat dəyərində 2 yastıq üzü ilə birlikdə örtük dəsti, 60 manat dəyərində yun adyal, 40 manat dəyərində yaşıl rəngli adyal, 30 manat dəyərində sarı rəngli adyal, 40 manat dəyərində 2 nəfərlik yay yorğanı, 80 manat dəyərində 2 ədəd tək nəfərlik yay yorğanı, 100 manat dəyərində 2 nəfərlik yorğan, 80 manat dəyərində 2 ədəd tək nəfərlik yorğan, 450 manat dəyərində 2 ədəd çilçıraq, 250 manat dəyərində 3 ədəd xalça, 250 manat dəyərində günlük pərdə tül, 200 manat dəyərində 5 ədəd hamam dəsmalı, 540 manat dəyərində 4 ədəd süfrə, 20 manat dəyərində kiçik masa süfrəsi, 450 manat dəyərində 4 ədəd kiçik ölçülü adyal, 400 manat dəyərində 12 ədəd əl-üz dəsmalı, 200 manat dəyərində çay dəsmalı dəsti, 150 manat dəyərində 18 ədəd çay dəsmalı, 5 manat dəyərində paltar asmaq üçün asılqan (şpilka), 20 manat dəyərində 1 ədəd paltar səbəti, 120 manat dəyərində ütü masası, 50 manat dəyərində güzgü, 50 manat dəyərində 1 ədəd uşaq vanna dəsti, 850 manat dəyərində soyuducu, 800 manat dəyərində “Vestel” markalı televizor, 200 manat dəyərində “Samsung” markalı tozsoran, 200 manat dəyərində ətçəkən 50 manat dəyərində blender, 50 manat dəyərində ütü, 50 manat dəy ərində “Fakir” markalı elektrik çayniki, 760 manat dəyərində qazan dəsti, 500 manat dəyərində yemək dəsti (boşqab dəsti 12 nəfərlik +çay dəsti +kofe dəsti +servis boşqab dəsti 6 nəfərlik+6 nəfərlik çay dəsti), 400 manat dəyərində “Versace” boşqab dəsti, 150 manat dəyərində məcməyi dəsti, 30 manat dəyərində 2 ədəd məcməyi, 30 manat dəyərində bıçaq dəsti, 25 manat dəyərində qozqıran dəsti, 20 manat dəyərində 2 ədəd şirniyyat saxlama qabı, 10 manat dəyərində 2 ədəd oxlov, 15 manat dəyərində balon açan, 20 manat dəyərində böyük çörək qabı, 20 manat dəyərində 2 ədəd kiçik çörək qabı, 15 manat dəyərində 2 ədəd aşsüzən, 15 manat dəyərində yağ qabı, 30 manat dəyərində ədviyyat qabı dəsti, 6 manat dəyərində ələk, 20 manat dəyərində plastmas ərzaq qabları, 90 manat dəyərində böyük ölçülü alüminium qab, 70 manat dəyərində 2 tərəfli qazan, 40 manat dəyərində şərab stəkanı (bokallar), 40 manat dəyərində kiçik ölçülü stəkan (rumkalar), 15 manat dəyərində 6 nəfərlik qaşıq dəsti, 50 manat dəyərində qaşıq dəsti (çamadan), 20 manat dəyərində 2 ədəd salat qabı, 35 manat dəyərində 3-lü dəst salat qabı, 5 manat dəyərində tualet fırçası, 20 manat dəyərində iri ölçülü meyvə qabı, 35 manat dəyərində 2 ədəd meyvə qabı, 100 manat dəyərində böyük ölçülü 2 ədəd meyvə qabı, 60 manat dəyərində 4 ədəd iri qənd qabı, 20 manat dəyərində kiçik ölçülü 2 ədəd qənd qabı, 30 manat dəyərində şirniyyat qabı, 80 manat dəyərində 5 gözlü ləpə qabı, 6 manat dəyərində 2 ədəd ləpə qabı, 30 manat dəyərində çərəz qabı (rəngli), 15 manat dəyərində göyərti doğrayan taxta, 10 manat dəyərində doğrayıcı (tyorka), 50 manat d əyərində çaynik dəsti (qızılı dəm çayniki), 40 manat dəyərində 6 nəfərlik stəkan dəsti, cəmi 10722 manat dəyərində cehiz əmlaklar, habelə 1440 manat dəyərində 585 əyarlı 16 qram çəkidə türkiyə istehsalı olan pandora qızıl-zinət dəsti, 1500 manat dəyərində 999 əyarlı 16 qram çəkidə qolbaq (ərəbistan istehsalı), 700 manat dəyərində 750 əyarlı 6 qram çəkidə olan İtaliya istehsalı nişan üzüyü, 2000 manat dəyərində 750 əyarlı 18 qram çəkidə İtaliya istehsalı olan qızıl-zinət dəsti, cəmi 5640 manat dəyərində qızıl-zinət əşyaları naturada, olmadığı halda dəyəri alınıb iddiaçı Suidimzadə (Miriyeva) Miranə Ağayar qızına verilsin.

8. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 19 may 2025-ci il tarixdə elektron kabinet vasitəsi ilə kassasiya şikayəti vermişdir.

9. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə (hakimlər – Pərviz Əhmədov (sədrlik edən və məruzəçi), Mahir Əsədli və Cahid İmanov) kassasiya şikayəti geri qaytarılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli qətnaməsi “Elektron məhkəmə” informasiya sistemində cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 elektron kabinetinə xx.xx.2025-ci il tarixdə yerləşdirilmiş və növbəti gündən onun həmin qətnamədən kassasiya şikayəti vermək üçün prosessual müddətinin axını başlamışdır. Lakin cavabdeh kassasiya şikayəti müddətini ötürəndən 8 gün sonra – xx.xx.2025-ci il tarixdə kassasiya şikayəti (və ona əlavə olunmuş sənədlər) “Elektron məhkəmə” informasiya sisteminə yerlə şdirilməklə məhkəməyə təqdim olunmuşdur. Bununla da, həmin kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişdir.

11. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3, 128.1, 129.3 və 130.1-ci maddələri, “X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 fevral 2007-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarlarında qeyd edilən hüquqi mövqeyə istinadla əsaslanmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

12. Cavabdeh (vəkil Nümayəndə2) kassasiya şikayə ti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilərək kassasiya şikayətinin icraata qəbul edilməsini xahiş etmişdir.

13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şirvan Apellyasiya Məhkəməsinin 3 mart 2025-ci il tarixli 2(106)-80/2025 nömrəli qətnaməsi Cavabdeh 19 mart 2025-ci il tarixdə poçt vasitəsi ilə təqdim edilmiş və həmin zərfin üzərində də qətnamənin alındığı tarixin məhz 19 mart 2025-ci il olması barədə poçt möhürü vardır.

14. Həmin qətnamənin elektron kabinet vasitəsilə cavabdehin nümayəndəsi və vəkili olaraq Nümayəndə2 elektron kabinetinə 11 mart 2025-ci il tarixdə yüklənilməsi məsələsinə münasibətdə bildirilmişdir ki, sonuncu iki məhkəmə iclasında vəkil və nümayəndə iştirak etməmişdir. Belə ki, Cavabdeh Nü mayəndə2 20 noyabr 2023-cu il tarixdə verdiyi etibarnamənin müddəti 1 il olmuş və həmin etibarnamənin müddəti 20 noyabr 2024-cü il tarixdə bitmişdir. Bu səbəbdən də, növbəti məhkəmə iclaslarında Cavabdeh nümayəndəsinə sonrakı məhkəmə iclaslarında iştirak etmək üçün etibarnamə verməmiş, onun xidmətindən imtina etmişdir. Bu səbəbdən sonrakı məhkəmə iclaslarında bacısı Nümayəndə1 etibarnamə əsasında onun hüquqlarını müdafiə etmişdir. Etibarnamənin müddəti bitdiyindən Nümayəndə2 sözügedən mülki işlə bağlı heç bir prosessual hərəkəti olmamış, yəni cavabdehin nümayəndəsi olmamışdır. Yalnız sonradan Cavabdeh yenidən müraciət edərək hazırkı işdən məlumatlı olduğundan Nümayəndə2la müqavilə bağlamış, 16 may 2025-ci il tarixdə yenidən etibarnamə vermiş və ona qətnamənin 19 mart 2025-ci il tarixdə poç t vasitəsilə çatdığını bildirərək poçt zərfini təqdim etmiş, nümayəndə tərəfindən də 19 may 2025-ci il tarixdə sözügedən kassasiya şikayəti verilmişdir. Bu səbəbdən hesab edir ki, hazırkı iş üzrə qətnamədən kassasiya şikayəti vermə müddəti ötürülməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

16. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir.

17. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

18. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keç dikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.

19. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

20. Maddə 405.0.2. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

21. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

22. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılır.

23. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

24. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessu al hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

25. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirdiyindən, məhkəmənin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli qərarına görə qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.

28. Baxılan işdən görünür ki, “AZEMİS” Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan müəyyən edilir ki, qətnamə cavabdehin həm nümayəndəsi, həm də vəkili qismində məhkəmə prosesində iştirak etmiş Nümayəndə2 elektron kabinetinə 11 mart 2025-ci il tarixdə yerləşdirilmişdir. Cavabdeh tərəfindən həmin şəxsə verilmiş etibarnamənin müddətinin başa çatması onun prosesdə vəkil qismində iştirakının davam etməsinə mane olmur. Buna baxmayaraq, kassasiya şikayəti elektron sistemə 19 may 2025-ci il tarixdə yerləşdirilmiş və həmin tarixdə elektron imza ilə imzalanmışdır. Cavabdeh tərəfindən kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddət 8 gün ötürülmüş, müddətin buraxılması səbəbinin üzrlü hesab edilməsi üçün cava bdeh məhkəməyə hər hansı bir əsaslı sübut təqdim edə bilməmişdir.

29. Apellyasiya məhkəməsi haqlı olaraq iddiaçı tərəfindən kassasiya şikayəti verilməsi üçün müddəti üzrlü səbəblər olmadan ötürülmüş hesab etmiş və cavabdehin irəli sürdüyü dəlilləri müddətin bərpası üçün kifayət hesab etməmişdir.

30. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-747/2025 nömrəli, 22 may 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul ed

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar