Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2157/2019 04.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin, cavabdeh x2nun və vəkili Nəsibov Cahangir Hacıbala oğlunun iştirakı ilə, iddiaçı x1nın Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 noyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Yevlax Rаyоn Məhkəməsinin (hаkim Vəzirxan Məlikov) 30 may 2018-ci il tаrixli, 2(039)-790/2018 saylı qətnaməsi ilə (hakim V.Məlikov) ilk iddia qismən təmin edilmiş, cavabdehlərdə olan zinət əşyalarının - cəmi qiyməti 1200 manat olan 1 ədə d brilyant qaşlı çəkisi 21 qram olan qızıl Kale boyunbağı və 1 ədəd brilyant qaşlı qızıl Kale qolbağı dəsti, qiyməti 1100 manat olan 1 ədəd komplekt brilyant qaşlı, İtaliya istehsalı qızıl çəkisi 20 qram sırğa-üzük dəsti, qiyməti 200 manat olan 1 ədəd Rusiya istehsalı, qızıl çəkisi 4 qram olan sadə qızıl üzük, qiyməti 250 manat olan 1 ədəd Rusiya istehsalı, qızıl çəkisi 6 qram olan qızıl uşaq boyunbağı, qiyməti 160 manat olan 1 ədəd Rusiya istehsallı, qızıl çəkisi 4 qram olan qızıl uşaq bilərziyi, qiyməti 1200 manat olan 1 ədəd brilyant qaşları olan qızıl çəkisi 6 qram olan brilyant üzük - qiyməti 1400 manat olan 1 komplekt Yataq mebel dəsti, qiyməti 1600 manat olan 1 komplekt qonaq mebel dəsti, qiyməti 700 manat olan divan, kreslo dəsti, qiyməti 650 manat olan 6 ədəd stol və 1 ədəd stul d əsti, qiyməti 600 manat 4 ədəd böyük döşək, qiyməti 100 manat 2 ədəd xırda döşək, qiyməti 350 manat 7 ədəd yorğan, qiyməti 120 manat 8 ədəd yastıq, qiyməti 200 manat 2 ədəd pakrval, pərdə, qiyməti 290 manat 3 ədəd Xalça, qiyməti 60 manat 1 ədəd divan örtüyü, qiyməti 300 manat Abedni çay dəsti, qiyməti 120 manat 2 ədəd bagema su qabı, qiyməti 30 manat 6 ədəd bagema rumka, qiyməti 60 manat 3 ədəd bagema vaz, qiyməti 150 manat 8 ədəd meyvə qabı, qiyməti 80 manat 2 ədəd gül qabı (xrustal), qiyməti 150 manat 1 ədəd çay servisi, qiyməti 60 manat 12 ədəd xrustal bakal, qiyməti 25 manat 1 ədəd Gül qabı, qiyməti 23 manat olan 48 ədəd boşqab dəsti, qiyməti 41 manat 2 ədəd çaydan, qiyməti 60 manat çamadan qaşıq dəsti, qiyməti 84 manat 1 ədəd tefal, qazan dəsti, qiyməti 60 manat 1 ədəd qazan dəsti, qi yməti 45 manat 2 ədəd tunc qazan, 1 ədəd vedrə, qiyməti 50 manat 4 ədəd qənd qabı, qiyməti 36 manat 3 ədəd podnos, qiyməti 40 manat 2 ədəd şokolad qabı, qiyməti 30 manat 4 ədəd ləpə qabı, qiyməti 60 manat 1 ədəd DVD, qiyməti 80 manat 1 ədəd ətçəkən, qiyməti 45 manat 1 ədəd qapılı mikser, qiyməti 35 manat 1 ədəd ütü, qiyməti 10 manat 1 ədəd salatdoğrayan, qiyməti 10 manat 1 ədəd qoz çəkən, qiyməti 120 manat 5 ədəd sürfə, qiyməti 120 manat olan 6 ədəd soruq-çuxol dəsti, qiyməti 115 manat 12 ədəd məhrəba, qiyməti 50 manat 8 ədəd yastıq üzü, qiyməti 15 manat 1 ədəd soyuducu örtüyü, qiyməti 25 manat 1 ədəd bıçaq dəsti, qiyməti 23 manat 1 ədəd divar saatı, qiyməti 25 manat 1 ədəd saç feni, qiyməti 20 manat 1 ədəd ütü feni olmaqla naturada əmlakın özünün və yaxud da dəyərinin, azyaşlı övladının s ağlamlıq imkanının məhdud olması ilə bağlı ona təyin edilmiş müavinətin, 8 aylıq məbləğinin 592 manat əlillik müavinətinin, həmçinin dövlət tərəfindən ona və övladına verilmiş 576 manat çörək pulu, tibbi kağızlar, uşağın doğum şəhadətnaməsinin və şəxsiyyət vəsiqəsinin cavabdehdən alınaraq x1n verilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, x2nun 10000 manat pulun, qarşılıqlı iddia ərizəsi üçün banka ödədiyi 30 manat pulun cəmi 10030 manat pulun iddiaçı cavabdeh x1ndan alınıb ona verilməsinə dair qarşılıqlı iddia tələbinin rədd edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi MK-nın 2(103)-2502/2018 saylı, 05 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: İ.Quliyev, Ə.Məcidov və Ə.Məcidov) Yevlax Rаyоn Məhkəməsinin 30 may 2018-ci il tаrixli qətnаməsi qismən - tələbin qiymət i 1200 manat olan bir ədəd brilyant qaşlı, çəkisi 21 qram qızıl Kole boyunbağı və bir ədəd brilyant qaşlı qızıl Kole qolbağı dəsti, qiyməti 1100 manat olan bir ədəd komplekt brilyant qaşlı, İltalya istehsalı çəkisi 20 qram olan qızıl sırğa-üzük dəsti, qiyməti 200 manat olan bir ədəd Rusiya istehsalı çəkisi 4 qram olan sadə qızıl üzük, qiyməti 250 manat olan bir ədəd Rusiya istehsalı, çəkisi 6 qram olan uşaq boyunbağı, qiyməti 160 manat olan bir ədəd Rusiya istehsalı, çəkisi 4 qram olan qızıl uşaq bilərziyi, qiyməti 1200 manata olan bir ədəd brilyant qaşları olan çəkisi 6 qram olan qızıl üzük, qiyməti 84 manata olan bir ədəd tefal qazan dəsti, qiyməti 40 manat olan iki ədəd şokolad qabı, qiyməti 120 manat olan 6 ədəd soruq-çuxol dəsti, tərəflərin azyaşlı uşağı x3 təyin edilmiş müavinətın 8 aylıq məbləği olan 592 manatla bağlı hissədə ləğv edilərək, ləğv edilmiş hissə üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçı x1nın cavabdehlər x2 və x3 qarşı tələbin qiyməti 1200 manat olan bir ədəd brilyant qaşlı, çəkisi 21 qram qızıl Kole boyunbağı və bir ədəd brilyant qaşlı qızıl Kole qolbağı dəsti, qiyməti 1100 manat olan bir ədəd komplekt brilyant qaşlı, İtalya istehsalı çəkisi 20 qram olan qızıl sırğa-üzük dəsti, qiyməti 200 manat olan bir ədəd Rusiya istehsalı çəkisi 4 qram olan sadə qızıl üzük, qiyməti 250 manat olan bir ədəd Rusiya istehsalı, çəkisi 6 qram olan uşaq boyunbağı, qiyməti 160 manat olan bir ədəd Rusiya istehsalı, çəkisi 4 qram olan qızıl uşaq bilərziyi, qiyməti 1200 manata olan bir ədəd brilyant qaşları olan çəkisi 6 qram olan qızıl üzük, qiyməti 84 manata olan bir ədəd te fal qazan dəsti, qiyməti 40 manat olan iki ədəd şokolad qabı, qiyməti 120 manat olan 6 ədəd soruqçuxol dəsti, tərəflərin azyaşlı uşağı x3 təyin edilmiş müavinətın 8 aylıq məbləği olan 592 manatla pulun alınaraq ona verilməsi tələbi rədd edilmiş, qətnаmə qаlаn hissədə dəyişdirilmədən sаxlanılmışdır. İddiaçı x1 kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi MK-nın 2(103)-2502/2018 saylı, 05 noyabr 2018-ci il tarixli qətnaməsinin “qətnamənin ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş” hissəsində ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı x1 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlərdə olan zinət əşyalarının - cəmi qiyməti 3000 manat olan 1 ədəd brilyant qaşlı çəkisi 21 qram olan qızıl Kale boyunbağı və 1 ədəd brilyant qaşlı qızıl Kale qolbağı dəsti, qiyməti 2000 manat olan 1 ədəd komplekt brilyant qaşlı, İtaliya istehsalı qızıl çəkisi 20 qram sırğa-üzük dəsti, qiyməti 1000 manat olan 1 ədəd brilyant qaşlı kişi üzük, qiyməti 200 manat olan 1 ədəd Rusiya istehsalı, qızıl çəkisi 4 qram olan sadə qızıl üzük, qiyməti 250 manat olan 1 ədəd Rusiya istehsaalı, qızıl çəkisi 6 qram olan qızıl uşaq boyunbağı, qiyməti 160 manat olan 1 ədəd Rusiya istehsallı, qızıl çəkisi 4 qram olan qızıl uşaq bilərzik, qiyməti 1200 manat olan 1 ədəd brilyant qaşları olan qızıl çəkisi 6 qram olan, brilyant üzük - qiyməti 1400 manat olan 1 komplekt Yataq mebel dəsti, qiyməti 1600 manat olan 1 komplekt qonaq mebel dəsti, qiyməti 700 manat olan divan, kreslo dəsti, qiyməti 650 manat olan 6 ədəd stol və 1 ədəd stul dəsti, qiyməti 600 manat 4 ədəd böyük döşək, qiyməti 100 manat 2 ədəd xırda döşək, qiyməti 350 manat 7 ədəd yorğan, qiyməti 120 manat 8 ədəd yastıq, qiyməti 200 manat 2 ədəd pakrval, pərdə, qiyməti 290 manat 3 ədəd Xalça, qiyməti 60 manat 1 ədəd divan örtüsü, qiyməti 300 manat Abedni çay dəsti, qiyməti 120 manat 2 ədəd bagema su qabı, qiyməti 30 manat 6 ədəd bagema rumka, qiyməti 60 manat 3 ədəd bagema vaz, qiyməti 150 manat 8 ədəd meyvə qabı, qiyməti 80 manat 2 ədəd gül qabı (xrustal), qiyməti 150 manat 1 ədəd çay servisi, qiyməti 60 manat 12 ədəd xrustal bakal, qiyməti 25 manat 1 ədəd Gül qabı, qiyməti 23 manat olan 48 ədəd boşqab dəsti, qiyməti 41 manat 2 ədəd çaydan, qiyməti 60 manat Çamadan qaşıq dəsti, qiyməti 84 manat 1 ədəd tefal, qazan dəsti, qiyməti 60 manat 1 əd əd qazan dəsti, qiyməti 45 manat 2 ədəd tunc qazan, 1 ədəd vedrə, qiyməti 50 manat 4 ədəd qənd qabı, qiyməti 36 manat 3 ədəd padnus, qiyməti 40 manat 2 ədəd şokolad qabı, qiyməti 30 manat 4 ədəd ləpə qabı, qiyməti 60 manat 1 ədəd DVD, qiymət 80 manat 1 ədəd ətçəkən, qiyməti 45 manat 1 ədəd qaplı mikser, qiyməti 35 manat 1 ədəd ütü, qiyməti 10 manat 1 ədəd salatdoğrayan, qiyməti 10 manat 1 ədəd qoz çəkən, qiyməti 120 manat 5 ədəd sürfə, qiyməti 120 manat 6 ədəd soruq-çuxol dəsti, qiyməti 115 manat 12 ədəd məhrəba, qiyməti 50 manat 8 ədəd yastıq üzü, qiyməti 15 manat 1 ədəd soyuducu örtüsü, qiyməti 25 manat 1 ədəd bıçaq dəsti, qiyməti 23 manat 1 ədəd divar saatı, qiyməti 25 manat 1 ədəd saç feni, qiyməti 20 manat 1 ədəd ütü feni olmaqla naturada əmlakın özünün və yaxud da dəyərinin, azyaşlı övladının sağlamlıq imkanının məhdud olması ilə bağlı ona təyin edilmiş müavinətin 8 aylıq məbləğinin 592 manat, əlillik müavinətinin, həmçinin dövlət tərəfindən ona və övladına verilmiş 576 manat çörək pulunun, həmçinin pensiya kartının, tibbi kağızların, uşağın doğum şəhadətnaməsinin və şəxsiyyət vəsiqəsinin cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh x2 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, x1 ilə birgə nikahlarından 02 iyul 2016-cı ildə anadan olmuş x3 müalicəsinə çəkilmiş xərclərə x1nı cəlb etməklə 10000 manat pulun qarşılıqlı iddia ərizəsi üçün banka ödədiyi 30 manat pulun iddiaçı – cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdi r. Kassasiya şikayətinin dəlilləri: İddiaçı x1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Şəki Apellyasiya Məhkəməsi MK-nın 2(103)-2502/2018 saylı, 05 noyabr 2018-ci il tarixli qətnaməsinin “qətnamənin ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş” hissəsində ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Prosesiştirakçılarının izahatları: Cavabdeh x2 və vəkili Nəsibov Cahangir Hacıbala oğlukassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İddiaçı x1 məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün məhkəmə kollegiyası Azər baycan Respublikası MPM-nin 67.1-ci maddəsinə əsasən işin baxılmasında onun iştirakını mümkün hesab etmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, cavabdehi və vəkilini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İşdə olan 17 yanvar 2018-ci il tarixli, 103 №-li Yevlax rayon qeydiyyat şöbəsinin arayışından görünür ki x1 ilə x2 20 iyul 2011-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər. İşdə olan AZ-İ № 289520 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən gö rünür ki x1 ilə x2 20 iyul 2011-ci il tarixli nikah qeydi pozulmuşdur. İşdə olan 25 dekabr 2017-ci il tarixli, 216 saylı arayışdan görünür ki x1 Ağdam rayonundan məcburi köçkündür. O, həqiqətən Yevlax şəhəri köçkünlər qəsəbəsi 2/3 saylı mənzildə yaşayır. İşdə olan 25 dekabr 2017-ci il tarixli, 2(039)-3224/2017 saylı Yevlax Rayon Məhkəməsinin qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilməsi, iddiaçı x1 ilə cavabdeh x2 arasında bağlanmış 30 iyul 2011-ci il tarixli nikah qeydinin ləğv edilməsi, tərəflərin birgə nikahından olan uşaqları - xx.xx.2016-cı il təvəllüdlü x3 anasının yanında saxlanılması, cavabdeh x2ndan xx.xx.2016-cı il təvəllüdlü x3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 120 manat sabit pul məbləğində aliment alınaraq cavabdeh x1na verilməsi, iddia tələbin in qalan hissədə rədd edilməsi qət edilmişdir. İşə əlavə edilmiş x4-nin Yevlax rayon filialının 24.07.2018-ci il tarixli 463 nömrəli arayışından görünür ki, x2 həmin bankın Yevlax filialından 24 iyul 2018-ci il tarixə kimi qızıl girovu ilə və ya lombard krediti verilməmişdir. Hazırda heç bir öhdəliyi yoxdur. İşə əlavə edilmiş x5-nin Yevlax filialından verilmiş 19.07.2018-ci il tarixli YVF 0600239 nömrəli arayışından görünür ki, x3 həmin bankın Yevlax filialında hazırki vaxt kimi qızıl girovu ilə verilmiş krediti olmayıb. İşdə olan 05.03.2018-ci il tarixli qəbzdən görünür ki, cavabdeh-qarşılıqlı iddiaçı x2 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. İşdə olan x6ın arayışından görünür ki, Bakı şəhər x6da cərrah uroloq x7 tərəfindən Cərrah 24 noyabr tarixində əməliyyata götürülmüş x3 əməliyy at etmək üçün Kazan şəhərindən dəvət olunmuş həkim uroloq x8 tərəfindən əməliyyat etdirmək üçün 6000 manat dəyərində pul ödənilib, 3000 manat dərmanlara ödənilib, 2000 manat x6 ödəniş kassasına ödənilib və bütün bu maliyyə hamısı x2 tərəfindən ödənilib. Məhkəmə kollegiyası hesab edir ki, iş materiallarında iddiaçının tələb etdiyi və məhkəməyə təqdim etdiyi siyahıda göstərilən əşyaların həqiqətən hamısının cavabdehlərin evinə aparılması ilə bağlı heç bir sübut yoxdur. İddiaçı iddia ərizəsində qeyd etdiyi əşyaların hamısının həqiqətən alınmasını, həmin əşyaların cavabdehə məxsus evə aparılmasını, iddiaçı evdən gedərkən həmin əşyaların cavabdehlərə məxsus evdə qalmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəmələrə təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsin ə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, ondan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsının 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiy yət hüququ subyektin ona mənsub olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası AiləMəcəlləsinin34.1-ci maddəsində müəyyən edilmişdir ki, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutla rı qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neqanti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir- birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. Əmlakdan maneəsiz istifadə hüququnun mahiyyətini açıqlayan İnsan Hüququları üzrə Avropa Məhkəməsinin 1979-cu il tarixli Marks Belçikaya qarşı qərarında göstərilir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normaların tələbindən göründüyü kimi, sübutetmə vəzifəsi ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulmuşdur, işdə iştirak edən hər bir tərəf istinad etdiyi hallarin mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: x1nın kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan q
Məhkəmə qərarları › İş №2(102)-2157/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2157/2019
04.04.2019 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver