Məhkəmə qərarları › İş №2(102)-2171/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2171/2020

25.06.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2171/2020 25.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), X13 və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İlk iddia üzrə İddiaçı, Qarşılıqlı iddia üzrə Cavabdeh4 və onun vəkili X8, Qarşılıqlı iddia üzrə cavabdeh X1, İlk iddia üzrə Cavabdeh3 və onun nümayəndəsi və vəkili Vəkil, digər vəkili X2, İlk iddia üzrə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 nümayəndəsi və vəkili X9, İlk iddia üzrə Cavabdeh1 iştirakları ilə, Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil Fəxrəddin oğlu ayrıca və cav abdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən birlikdə Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)-13309/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kasasiya şikayətləri üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Səməd Cəfərov) 2(006)-3585/2019 saylı işi üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə ilkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı «evdən istifadə ilə bağlı maneələrin aradan qaldırılması və evə köçürülmə» barədə ilk iddia tələbi rədd edilmiş, qarşılıqlı iddianın qismən təmin edilməsi, Cavabdeh3 ünvan 1 ünvanda yerləşən 3 otaqlı evə köçürülməsi, cavabdehlər X1 və Cavabdeh4 ünvan 1 ünvanda yerləşən 3 otaqlı evdən çıxarılması qət edilmiş, qarşılıqlı iddia tələbi qalan hissədə rə dd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının (hakimlər – Azad İmanov - sədrlik edən və məruzəçi, Abiddin Hüseynov, Vahid Sadıqov) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə ilk iddia üzrə İddiaçı apelyasiya şikayəti qismən təmin edilmiş, qarşılıqlı iddia üzrə Cavabdeh4 apelyasiya şikayəti tam təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək ilkin iddia tələbi qismən təmin edilmiş, İddiaçı ünvan 1 ünvanda yerləşən 200 kvadrat metr torpaq üzərində inşa edilmiş 138 kvadrat metr tikinti sahəsi, 5 otaqlı (2+3) hər bir şəraiti bir-birindən ayrı olan 2 otaqlı mənzilə köçürülməsi və cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tərəfindən İddiaçı həmin evdən istifadə ilə bağlı yaradılmış m aneələrin aradan qaldırılması qət edilmiş, ilkin iddia tələbi qalan hissədə və qarşılıqlı iddia tələbi rədd edilmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı «evdən istifadə ilə bağlı maneələrin aradan qaldırılması və evə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 2 ünvanda yerləşən və qeydiyyatda olduğu, lakin cavabdehlər tərəfindən zəbt edilərək çıxarıldığı fərdi yaşayış evindən istifadə hüquqlarının bərpa edilməsi, həmin ünvanda yerləşən 200 kvadrat metr torpaq sahəsi üzərində onun tərəfindən inşa edilmiş 138 kvadrat metr tikinti sahəsi, 5 otaqlı (2+3) hər bir şəraiti bir birindən ayrı olan 2 otaqlı mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır k i, o, 1966-cı ildə ünvan 2 ünvanda yerləşən 200 kvadrat metr torpaq sahəsini öz şəxsi vəsaiti ilə almışdır və həmin (özbaşına tikili, maliyyə hesabı 2018-ci ilə kimi onun adına olmuşdur) torpaqda da 3+2 yaşayış otaqlarından ibarət 138 kvadrat metr sahəsi olan ev tikmişdir. 2 və 3 otaqlı evlər biri birindən ayrıdır və tam şəraiti vardır. xx.xx.1969-cu il tarixdə ilə nikaha daxil olmuş və 4 övladları doğulmuşdur. Uzun müddət birgə ailə həyatı sürmüşlər, nəvələri də vardır. Artıq 2 ildən çoxdur ki, cavabdehlər onun qeydiyyatda olduğu, öz vəsaiti hesabına tikib yaşadığı, istifadə etdiyi evindən çıxarmışlar (qovmuşlar). Özünə məxus olan bütün əşyalarını, hətta pal-paltarlarını da əlindən alaraq onu demək olar ki küçəyə atmışlar. Uzun zamandır ki, 71 yaşında, ahıl zamanında o, kirayələrdə qalır. Bundan başqa, yuxarıda göstərilən qeydiyyatda olduqları ünvanda yerləşən ev özbaşına tikilidir. Həmin evin maliyyə hesabı həmişə onun adına olmuşdur. Axır vaxtlarda ona məlum olmayan səbəblərdən həmin maliyyə hesabı Cavabdeh3 adına rəsmiləşdirilmişdir. Həmin ünvanda yerləşən ev söküntü zonası nəzərə alınmışdır. Buna görə də, Cavabdeh3 Nəsimi rayonu 33 saylı MKİS-in rəisi və onun rəhbərliyi altında işləyən işçilər ilə birlikdə onun adına olan maliyyə hesabını hansısa yollarla öz adına keçirmişlər. Bu məsələ ilə bağlı Nəsimi Rayon Prokurorluğuna ərizə ilə müraciət etmişdir. Ümidvardır ki, saxta sənədlər əsasında özgənin əmlakını ələ keçirənlər öz cəzalarını layiqincə alacaqlar. Məcburiyyət qarşısında tərəfindən xx.xx.2019-cu il tarixdə Nəsimi Rayon Məhkəməsinə nikahın pozulmasına dair iddia ərizəsi vermişdir. Hal-hazırda Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında mülki işləri vardır. 3 ay müddət verilmişdir və müddət xx.xx.2019-cu il tarixdə bitməlidir. Mənzil qanunvericiliyinə istinad edən iddiaçı qeyd etmişdir ki, o, cavabdehlərin ailə üzvü sayılır və mübahisəli mənzilə dair cavabdehlərlə eyni hüquqları var. İlkin iddiaçı eyni zamanda iddia ərizəsinə əlavə verərək mübahisəli mənzilə dair sənədlərin Cavabdeh3 adından, onun yəni İddiaçı adına rəsmiləşdirilməsini xahiş etmişdir. Cavabdeh3 və Cavabdeh2, İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə, daha sonra isə X3 və Cavabdeh4 cavabehlər sırasına daxil etməklə, qarşılıqlı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh3 ünvan 2 ünvanda yerləşən 3 otaqlı evə köçürülməsi; X1 və Cava bdeh4 ünvan 2 ünvanda yerləşən 3 otaqlı evdən çıxarılması; İddiaçı ünvan 2 ünvanda yerləşən 3 otaqlı evdən istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 1970-ci ildən, yəni doğulduğu vaxtdan hal-hazıradək bu ünvanda qeydiyyatda olmaqla yaşayır. Yaşayış evi 2005-ci ilədək ilk iddia üzrə iddiaçının sahibliyində olmuş, sonradan isə atası İddiaçı razılığı ilə evə faktiki sahiblik hüququ ona keçmişdir. Bu barədə ərazi üzrə MKİS-in rəsmiləri tərəfindən tikintinin xarakteristikası (göstəriciləri) və evin plan-sxemi işlənib hazırlanmışdır. 2005-ci ildən evin onun sahibliyində olması müəyyən olunmuş aylıq kommunal ödənişlərin məhz onun tərəfindən ödənilməsi ilə də sübut olunur. Hazırda onlara qarşı qaldırılmış id dia tələbləri qərəzli xarakter daşıyır. Belə ki, Fəxrəddin ailəsi ilə (5 nəfər), o (Səadət) qızı ilə, anası Cavabdeh1 isə onlarla birlikdə yaşayır. Faktiki olaraq 3 ailə hazırkı mübahisəli evdə yaşayırlar. İddiaçı anaları Cavabdeh1 ilə boşanmış, nikahın pozulması barədə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli 2(006)-1755/2019 saylı qətnaməsi qəbul edilmişdir. Nikahı pozulmuş ər-arvadın, daha doğrusu 4-cü bir ailənin bir evdə yaşaması, 2 otaqdan ibarət ayrıca yaşayış sahəsinin onun istifadəsinə verilməsi, oraya köçürülməsi isə qeyri-mümkündür. Digər tərəfdən qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı artıq bu yaşayış evinə istifadə hüququnu itirmişdir. Belə ki, o, 2015-ci ildən hal-hazıradək evdən öz xoşu ilə çıxıb getmiş, başqa bir qadınla faktiki olaraqyaşamış, ailə üzvləri ilə onun arasında bu səbəbdən mübahisələr yaranmışdır. Bu müddət ərzində yaşadıqları evə gəlməmiş, onlarla maraqlanmamış, daha doğrusu, daimi getdiyi ünvanı həmişə gizli saxlamışdır. Evdən çıxıb getmə faktını uzun illər bir məhəllədə yaşayan qonşular da təsdiq edə bilər. İlk iddia üzrə iddiaçı 4 ay müddətində Nəsimi Rayon Prokurorluğuna şikayət etmiş, guya ki, sonuncunu onlar döyüb evdən çıxarmışlar. Prokurorluqda iş araşdırılmış və təsdiqini tapmamışdır. Bundan istifadə edən ilk iddia üzrə iddiaçı bir gün də olsa bu evdə yaşamayan, qeydiyyatdan çıxmış və ailəsi ilə birlikdə Sabunçu rayonu Maştağa qəsəbəsində yaşayan Kürdova Nəzakəti və 2 körpə uşağı ilə kirayədə yaşayan digər qızı Cavabdeh4 də bu mübahisələrə cəlb etmişdir. Bütün bu mübahisələrin səbəbkarı isə İddiaçıdur. Sonuncunun bu evə özbaşı na tikili kimi nəzərə alınaraq köçürülməsi qeyri-mümkündür. Onun mübahisəli yaşayış sahəsinə istifadə hüququ itirilməli, o pasport qeydiyyatından çıxarılmalıdır. Qarşılıqlı iddia ərizəsinə əlavə onunla əsaslandırılmışdır ki, məhkəmə araşdırmasının nəticəsi və işin faktiki halları ilə müəyyən edilir ki, iddiaçı Cavabdeh3 1970-ci ildə mübahisəli Bakı şəhəri Nəsimi rayonu 3-cü Alatava küçəsi ev 516 ünvanda yerləşən 3 otaqlı evdə doğulmuşdur. Sonuncu həmin tarixdən mübahisəli Bakı şəhəri Nəsimi rayonu 3-cü Alatava küçəsi ev 516 ünvanda qeydiyyatda olmaqla orada yaşayır. Həmin evin faktiki olaraq sahibi Cavabdeh3dır. Bu barədə ərazi üzrə MKİS rəsmiləri tərəfindən tikintinin xarakteristikası (göstəricilər) və evin plan-sxemi işlənib hazırlanmışdır. İşıq, qaz və su xətləri Cavabdeh3 adınadır. B ütün kommunal xərclər Cavabdeh3 tərəfindən ödənilir. Lakin aralarında məhkəmə mübahisələri başladıqdan sonra cavabdehlər X6 və Cavabdeh4 sonuncunu faktiki sahibi olduğu evə buraxmamaqla yanaşı, qanunsuz olaraq həmin evdə məskunlaşmışlar. ünvan 3 ünvanda 2 ədəd ev mövcuddur. Həmin evlərdən biri 2 otaqlı, digəri isə 3 otaqlıdır. Cavabdeh3 və ailə üzvləri daimi olaraq 3 otaqlı evdə yaşamışlar. Hazırda isə cavabdeh qismində göstərdiyi bacıları onun daimi yaşadığı evdə məskunlaşaraq sonuncunu oraya buraxmırlar. Bu səbəbdən də, iddia tələbinin həcmini artırmaq məcburiyyətində qalmışlar. Cavabdehlər qeyrimüəyyənlikdən (ev üzərində heç kəsin hüququnun qeydə alınmadığından) istifadə edərək zor tətbiq etməklə iddiaçını və onların uşaqlarını evdən məhrum etmək istəyirlər. Ona görə də, cavabdehlərin b u hərəkətinin qarşısı alınmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və kasasiya şikayətinə qarşı etiraz: Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil Fəxrəddin oğlukasasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırımışdır ki, məhkəmə iş üzrə nəticəyə gələrkən yalnız İddiaçı və Cavabdeh1 izahatlarına istinad etmişdir. Məhkəmənin bu mövqeyi əsassızdır. Çünki mübahisəli evin İddiaçı vəsaiti hesabına alınmasını təkzib edən kifayət qədər dəlillər vardır. Birinci və apelyasiya instansiyası məhkəmələrində İddiaçı tərəfində çıxış edən Cavabdeh1 Bakı şəhəri Nəsimi Rayon Prokurorluğunda izahat vermişdir. Cavabdeh1 h əmin izahatında mübahisəli evin kimə məxsus olması, həmin evdə kimlərin yaşaması və iş üzrə zəruri olan məlumatları izahatında göstərmişdir. Mübahisəli mənzilin İddiaçı vəsaiti hesabına alınması, Səadətin və Rövşənin mübahisəli evdə yaşamaması ilə bağlı məhkəmənin gəldiyi mövqe tam olaraq Cavabdeh1 izahatı ilə təkzib olunmuşdur. Əgər Cavabdeh3 və Cavabdeh2 mübahisə predmeti olan ünvanda yaşamırlarsa, Cavabdeh1 isə İddiaçı həmin ünvanda yerləşən 2 otaqlı evdə yaşamasını istəyirsə, necə olur ki, bu şəxslər, yəni Cavabdeh3, Cavabdeh2 və Kürdova X5 Kürdovun həmin evdən istifadəsinə maneələr yaradırlar. Göründüyü kimi, məhkəmənin gəldiyi nəticələr ziddiyətli olmuşdur. Qətnamə maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan h allar sübut edilmədiyindən və qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməlidir. Cavavdehlər Cavabdeh3 və Cavabdeh2 birgə kasasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kasasiya şikayətinə görə, apelyasiya instansiyası məhkəməsi tərəflər arasındakı münasibətləri düzgün qiymətləndirməmişdir. Məhkəmə İddiaçı hər hansı maneənin törədilməsinin qadağan edilməsi ilə bir daha təsdiq etmişdir ki, ilkin iddia üzrə cavadehlər həmin yaşayış sahəsində yaşayırlar. Cavabdeh2 apelyasiya məhkəməsinə işə cəlb edilməsinə dair heç bir bildiriş, məlumat yoxdur. Apelyasiya məhkəməsi onun iştirakını formal olaraq Vəkil vasitəsilə təmin etmişdir ki, bu da prosessual pozunt udur. Buradan belə bir nəticəyə gəlinir ki, apelyasiya məhkəməsi mülki iş üzrə tam araşdırma aparmamaşdır. Apelyasiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyindən, qətnamə ləğv edilməli və mülki iş yenidən araşdırılması üçün apelyasiya məhkəməsinə qaytarılmalıdır. Tərəflərin izahatları: İlk iddia üzrə Cavabdeh3 və onun nümayəndəsi və vəkili Vəkil və digər vəkili X7 məhkəmə kollegiyasının iclasında kasasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. İlk iddia üzrə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 vəkili X14 məhkəmə kollegiyasının iclasında kasasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Qarşılıqlı iddia üzrə Cavabdeh4 və onun vəkili X12 məhkəmə kollegiyasının iclasında kasasiya şikayətini əsassız hesab edərək təmin edi lməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İlk iddia üzrə İddiaçı, qarşılıqlı iddia üzrə digər cavabdeh X6, ilk iddia üzrə Cavabdeh1 məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiklərindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onların izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, Cavabdeh4 və onun vəkili X8, ilk iddia üzrə Cavabdeh3 və onun vəkili Vəkil, digər vəkili X2 və ilk iddia üzrə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 vəkili X9 izahatlarını dinləyib, iş materiallarını və kasasiya şikayətlərinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayətləri tə min edilməməlidir. Əsaslandırıcı hissə: Apelyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, ünvan 2 ünvanda 2 və 3 otaqlı olmaqla iki tikili mövcuddur. Həmin tikililərin hər ikisi hüquqi vəziyyətinə görə özbaşına tikilidir. İddiaçı özü 2015-ci ilədək, onun qızı X6 və və həyat yoldaşı KürdovaZenfira Baxşəli qızı isə daimi olaraq həmin ünvanda yerləşən 3 otaqlı evdə yaşamışlar.Apelyasiya instansiyası məhkəməsində işə baxılarkən sonuncu məhkəmə iclasında tərəflər bu halı təsdiq edərək mübahisləndirməmişdir. İddiaçı 2015-ci ildən həyat yoldaşından faktiki (sonradan rəsmi) olaraq ayrılmış və həmin tarixdən məhkəməyə məlum olmayan başqa ünvanda yaşamış, lakin hazırda başqa yaşayış yeri olmadığından, mübahisə predmeti olan 5 otaqlı (2+3) hər bir şəraiti bir-b irindən ayrı olan 2 otaqlı mənzilə köçüb yaşamaq istəsə də, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tərəfindənİddiaçı həmin evdən istifadəsinə maneələr yaradılır. Ona görə də, apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ilkin iddia üzrə İddiaçı hazırda həmin mənzilə köçürülməsini tələb etməkdə haqlı olmuşdur. Apelyasiya instansiyası məhkəməsi qarşılıqlı iddia tələbi ilə bağlı qeyd etmişdir ki, Cavabdeh3 qarşılıqlı iddia tələbi 3 hissədən ibarət olduğundan hər bir tələblə bağlı qiymətləndirmə aparılması zəruridir. Belə ki, Cavabdeh3 ünvan 1 (3 otaqlı) evə köçürülməsi məsələsi həll edilərkən onun həmin evdə yaşaması, yaşadığı yerdən məhrum edilməsi və məhrum edilmənin qanuni olubolmadığı müəyyən edilməlidir. Hazırki işdə 1-ci və 2-ci hallar mövcud deyil. Belə ki, iddiaçı 1970- ci ildən hal-hazıradək bu ünvanda qeydiyyatda olmaqla yaşadığını qeyd etməklə ünvan 2 ünvanda yerləşən 3 otaqlı evdə köçürülməsini xahiş etmiş, eyni zamanda yaşayış evi 2005-ci ilədək ilk iddia üzrə iddiaçı olan atası Fəcərdin Kürdovun sahibliyində olmasını, sonradan isə atasının razılığı ilə evə faktiki sahiblik hüququnun ona keçdiyini qeyd edərək X1 və Cavabdeh4 ünvan 2 ünvanda yerləşən 3 otaqlı evdən çıxarılmasını və İddiaçı ünvan 2 ünvanda yerləşən 3 otaqlı evdən istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan birinci instansiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin X1 və Cavabdeh4 ünvan 2 ünvanda yerləşən 3 otaqlı evdən çıxarılmasını və İddiaçı ünvan 2 ünvanda yerləşən 3 otaqlı evdən istifadə hüququnun itirilməsini tələb etmək üçün müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmamışdır. Yuxarıda sadalanan işin hallarını nəzərə almaqla apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Cavabdeh3 cavabdehlərin çıxarılması və digər cavabdehin mübahisəli mənzilə istifadə hüququnun itirilməsini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilə bilməz. Eyni zamanda Cavabdeh3 iddiasında ünvan 2 ünvanda yerləşən 3 otaqlı mübahisəli evə köçürülməsini xahiş etsə də, iş materiallarından və tərəflərin izahatlarından müəyyən edildiyi kimi, iddiaçı Cavabdeh3 mübahisəli mənzildə son 20 ildənçox müddətdə ümumiyyətlə yaşamamamışdır. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, İddiaçı 1966-cı ildə ünvan 2 ünvanda yer ləşən 200 kvadrat metr torpaq sahəsini öz şəxsi hesabına almışdır və həmin (özbaşına tikili, maliyyə hesabı xx.xx.1970-ci ildən 2018-ci ilə kimi onun adına olmuşdur) torpaqda da 3+2 yaşayış otaqlarından ibarət 138 kvadrat metr sahəsi olan ev tikmişdir. 2 və 3 otaqlı evlər biri birindən ayrıdır və tam şəraiti vardır. xx.xx.1969-cu il tarixdə ilə nikaha daxil olmuş və birgə nikahdan 4 uşağı olmuşdur. Cavabdeh3Fəxrəddin qızı xx.xx.1970-ci ildə anadan olmuş və həmin evə qeydiyyata alınmışdır. Apelyasiya instansiyası məhkəməsiqeyd etmişdir ki, Cavabdeh3 qeydiyyatda olduğu ünvan 2 ünvanda yerləşən 3 otaqlı evdə daimi olaraq yaşadığını qeyd etsə də, bu halı təsdiq edəcək hər hansı sübut nə birinci instansiya məhkəməsində, nə də apelyasiya icraatı zamanı təqdim etməmişdir. Əksinə olaraq iş materia lları ilə təsdiq olunmuşur ki, o, 20 ildən çoxdur ailə həyatı qurmuş və həmin mənzildə yaşamamaqla formal qeydiyyatda qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddiaçının ona məxsus olmasını sübut edə bilmədiyi və 20 ildən çox müddətə yaşamadığı ünvan 1 ünvanda yerləşən 3 otaqlı evə köçürülməsi üçün hər hansı hüquqi əsası olmamış, həmçinin iddia qaldırmış şəxsin cavabdehlər X1 və Cavabdeh4 ünvan 2 ünvanda yerləşən 3 otaqlı evdən çıxarılmasını və İddiaçı ünvan 2 ünvanda yerləşən 3 otaqlı evdən istifadə hüququnun itirilməsini tələb etmək üçün ümumiyyətlə subyektiv hüquqa malik olmamışdır. Ona görə də, qarşılıql ı iddia tələbinin təmin ediməsi üçün də hər hansı hüquqi əsas yoxdur. Qeyd edilənlərə əsasən apelyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, ilkin iddia tələbi qismən təmin edilməli, İddiaçı ünvan 1 ünvanda yerləşən 200 kvadrat metr torpaq üzərində inşa edilmiş 138 kvadrat metr tikinti sahəsi, 5 otaqlı (2+3) hər bir şəraiti birbirindən ayrı olan 2 otaqlı mənzilə köçürülməli, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tərəfindən İddiaçı həmin evdən istifadə ilə bağlı yaradılmış maneələr aradan qaldırılmalı, ilkin iddia tələbi qalan hissədə təmin edilməməli, Cavabdeh3 və Cavabdeh2 İddiaçı, X4 və Cavabdeh4 qarşı «istifadə hüququnun itirilməsi, evdən çıxarılma və evə köçürülmə» tələbinə dair qarşılıqlı iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlər lə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kasasiya şikayətlərinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tədbiq edilməməsi halı müəyyən edilməmişdir. İşin faktiki hallarının araşdırılmamasına dair kasasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Odur ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayətləri təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil Fəxrəddin oğlunun və cavavdehlər Cavabdeh3 və Cavabdeh2 ayrı-ayrı lıqda verdikləri kasasiya şikayətləri təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)-13309/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar