Məhkəmə qərarları › İş №2(102)-2174/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2174/2024

23.08.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin tə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2174/2024 23.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi Maraqlı şəxs qarşı mülki iş üzrə QƏRARİ Kateqoriya: mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Ərizəçi Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiq olunması tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-266/2024 nömrəli, 27 fevral 2024-cü il tarixli qətnaməsindən Ərizəçi tərəfindən verilmiş kassasiya şikayətinə 23 avqust 2024-cü il tarixdə Al i Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Ərizəçi (bundan sonra – ərizəçi) ilə Maraqlı şəxs (bundan sonra – maraqlı şəxs) 25 iyul 2019-cu ildə nikah bağlamışlar, bu nikahdan 21 may 2020-ci ildə Damla Cumayzadə adlı uşaqları doğulmuşdur.

2. Tərəflər arasındakı ailə münasibətlərinin pozulması ilə bağlı 13 sentyabr 2022-ci il tarixdə Bakı 13 saylı Mediasiya təşkilatında nikahın pozulması, uşağın atanın himayəsində saxlanılması, alimentin tələb olunmaması, ananın uşaqla ünsiyyətinə dair barışıq sazişi bağlanmışdır.

3. Ərizəçi sazişin uşağın onun himayəsinə verilməsi barədə bəndinin maraqlı şəxs tərəfindən icra edilmədiyini əsas gətirərək həmin bəndin məcburi icrası üçün təsdiq olunması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İş ü zrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. Ərizəçi mediasiya prosesləri nəticəsində onunla maraqlı şəxs arasında bağlanmış 13 sentyabr 2022-ci il tarixli, MŞB/13-00094 nömrəli barışıq sazişinin “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə maraqlı şəxs tərəfindən könüllü icra edilməyən 1.1-ci bəndlərinin məcburi icrasısı üçün təsdiq olunması və ödədiyi dövlət rüsumunun Maraqlı şəxs tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Ərizəçi işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, əvvəllər səmimi ailə münasibətlərində olsalar da, sonradan münasibətləri uyğun gəlmədiyindən ayrılmaq qərarına gəlmişlər. O, artıq azyaşlı uşağı il ə birlikdə maraqlı şəxsdən ayrı yaşayır. Həmçinin aralarında bağlanmış nikahın pozulması və digər tələblərlə bağlı Mediasiya şurasına müraciət etmiş və mediasiya prosesində 13 sentyabr 2022-ci il tarixdə iştirak etmişlər. Uşağın onun yanında saxlanılmasına razılaşmışlar. Lakin aralarında razılaşma olsa da, mübahisənin nikahın pozulması hissəsinin mediasiya prosesində həll edilməsi mümkün olmamışdır. Belə ki, onlar arasında bağlanmış nikahın pozulması, birgə nikahdan anadan olmuş uşağın himayədə saxlanılması, aliment, uşaqla görüş və əmlak barədə tələbləri üzrə aparılmış mediasiya prosesi zamanı 13 sentyabr 2022-ci il tarixli barışıq sazişi bağlanmışdır. Lakin maraqlı şəxs barışıq sazişinin şərtlərinə riayət etməmiş, uşağın onun yanında saxlanılmasına süni maneələr yaratmışdır. Artıq barışı q sazişinin könüllü icrası üçün müəyyən olunmuş müddət keçmişdir.

6. Maraqlı şəxs birinci instansiya məhkəməsindəki icraatda iştirak etməmiş, ərizəyə münasibət bildirməmişdir.

7. Şəki Rayon Məhkəməsinin 2(075)- 819/2023 nömrəli iş üzrə 10 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim Pərviz Hacıyev) ərizə təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı iş üzrə tərəflər arasında bağlanmış 13 sentyabr 2022-ci il tarixli barışıq sazişinin şərtləri hazırda Şəki Rayon Məhkəməsinin icraatında olan Ərizəçi Maraqlı şəxs qarşı nikahın pozulmasına dair mülki işdə Maraqlı şəxs tərəfindən mübahisələndirilmişdir. Göründüyü kimi, tərəflərin arasında övladlarının hansı valideynin yanında saxlanılması ilə bağlı mübahisə vardır və nikahın pozulması ilə bağlı işə baxılarkən qeyd olunan məsələyə qiymət verilməlidir. Ona görə də, hazırkı iş üzrə tələbin təmin edilərək barışıq sazişinin təsdiqlənməsi yolverilməzdir.

9. Məhkəmə öz mövqeyini “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

10. Ərizəçi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və ərizənin təmin olunmasını xahiş etmişdir.

11. Şikayət belə əsaslandırılmışdır ki, qarşı tərəflə aralarında qanunvericiliyin tələblərinə əsasən mediasiya prosesi keçirilmiş və barışıq sazişi bağlanmışdır. Həmin sazişin şərtlərinə əsasən uşağın onun yanında saxlanılmasına razılaşmışlar. Həmin saziş qüvvədə dir və qanunvericiliklə müəyyən edilmiş qaydada hər hansı bir şəkildə mübahisələndirilməmişdir. Yəni, tərəfin məhkəmə zalında barışıq sazişinin şərtləri ilə razı olmaması, onun həmin barışıq sazişini mübahisələndirməsi kimi qiymətləndirilə bilməz. Əgər həmin barışıq sazişi etibarlı deyildirsə, onda tərəf həmin barışıq sazişinin etibarsızlığı ilə məhkəməyə müraciət etmək hüququndan istifadə edə bilərdi. Belə olduğu halda yenidən uşağın hansı mediatorun yanında qalması məsələsinə hüquqi qiymət verilməsi, bununla bağlı Abşeron rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının rəyinin alınmasına zərurət qalmamışdır. Əgər qalmışdırsa, onda mediatora nə ehtiyac vardır və onlar niyə mediasiyaya müraciət etməli olmuşlar. Bu o deməkdir ki, artıq presedent yaranır ki, barışıq sa zişləri bağlandıqdan sonra bütün işlər məhkəmədə yenidən baxılmalı olacaq və bu hal mediatorların vasitəçiliyi ilə əldə edilmiş barışıq sazişlərinə olan inamı azaldacaqdır. Şübhəsiz ki, bu məsələ mediasiya institutunun adına xələl gətirəcəkdir. Hər hansı bir sənədlər təqdim edilmədən, tərəfin mediasiyadan sonra məhkəmədə fərqli fikir bildirməsi məhkəmənin belə bir nəticəyə gəlməsi üçün əsas hesab edilə bilməz. Ona görə də Şəki Rayon Məhkəməsinin 2(075)- 819/2023 saylı, 10 mart 2023-cü il tarixli qətnaməsindən narazıdır.

12. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-622/2023 nömrəli mülki iş üzrə 31 may 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Ələddin Məcidov (sədrlik edən və məruzəçi), Elçin Mehdiyev və Mahir Əsədli) ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mediasiya tərəflər arasında yaranan mübahisənin məhkəməyə müraciət etmədən daha qısa müddətdə və az məsrəflə, qarşılıqlı razılıq əsasında həll edilməsi məqsədini daşımaqla, məhkəmələrin iş yükünü azaldaraq onların daha səmərəli fəaliyyət göstərməsinə səbəb olur. Hazırki halda isə, tərəflər arasında barışıq sazişi bağlansa belə, barışıq sazişi bağlanan zaman və həmin vaxtdan hal-hazıradək ötən dövr ərzində barışıq sazişinin 1.1-ci bəndinə görə iddiaçının himayəsində saxlanılmalı olan 21 may 2020-ci il tarixdə anadan olmuş X2 hazırki iş üzrə cavabdeh olan anası Maraqlı şəxs himayəsində olmaqla sonuncu ilə birlikdə yaşaması da nəzərə alındıqda, hə min məsələnin – uşağın hansı valideynin yanında qalması məsələsinin məhkəmənin icraatında olan başqa iş üzrə mübahisələndirilməsi həmin məsələ üzrə mediasiya prosesinin yuxarıda göstərilən məqsədlərinə çata bilmədiyini göstərir.

14. Məhkəmə qeyd etmişdir ki, tərəflər mübahisələrin alternativ həlli üsulu kimi aralarındakı mübahisənin mediasiya yolu ilə həll edilməsinə cəhd göstərmiş, lakin barışıq sazişi bağlamalarına rəğmən, nikahın pozulması iddiası ilə bağlı məhkəmə prosesində münasibətlərinin məhkəmə vasitəsi ilə tənzimlənməsini seçmişlər. Bu hal mediasiya institutunun hazırkı mübahisənin alternativ həlli üsulu kimi məqsədinə çatmadığı anlamına gəlir və hazırki barışıq sazişi mediasiya institutunun hüquqi təyinatı və məqsədi ilə ziddiyyət təşkil edir. Belə ki, yuxarıda da qeyd olunduğu kimi, mediasiya mübahisələrin məhkəmədən kənar alternativ həlli yolu olmaqla tərəflər arasında münaqişə səviyyəsinin azaldılması, məsələlərin tərəflərin öz iradə və istəklərinə uyğun, qarşılıqlı kompromis əsasında həll edilməsi məqsədini daşıyır.

15. Apellyasiya məhkəməsi hesаb etmişdir ki, birinci instаnsiyа məhkəməsi ərizəni rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn iddiaçı Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin 10 mart 2023- cü il tarixli 2(075)-819/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

16. Məhkəmə öz mövqeyini “Mediasiya haqqında” Azərbaycan Resp ublikası Qanunun 33.3, 34.1, 34.2, 34.3, 34.4 və 34.5-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 77.1, 355-25 və 355.26-cı maddələrinə istinad edərək əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

17. Ərizəçi (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti apellyasiya şikayətinə uyğun əsaslandırılmışdır.

19. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)3840/2023 nömrəli mülki iş üzrə 6 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Zaur Əliyev (məruzəçi), Aqil Abbasov və Vidadi Məmmədov) əri zəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)622/2023 nömrəli, 31 may 2023-cü il tarixli qətnaməsi ləğv edilərək, iş yeni apellyasiya baxışına göndərilmişdir.

20. Kassasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, ərizəçi, mediasiya prosesində maraqlı şəxslə bağladığı barışıq sazişinin şərtlərinin sonuncu tərəfindən yerinə yetirilmədiyini bildirərək sazişin məcburi icrasının təmin olunması üçün məhkəmə tərəfindən təsdiqlənməsini xahiş etmişdir. Qanuna əsasən, barışıq sazişi – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. Barışıq sazişinin icrasını təmin etmək tərəflərin vəzifələrindən biridir. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündə n tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunmalıdır. Məhkəmə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir.

21. Ali Məhkəmə qeyd etmişdir ki, işə mahiyyəti üzrə baxan məhkəmələr ərizəni o əsasla rədd etmişlər ki, tərəflərin arasında uşağın hansı valideynin yanında saxlanılması ilə bağlı mübahisə vardır, bu məsələyə Ərizəçi Maraqlı şəxs qarşı nikahın p ozulmasına dair Şəki Rayon Məhkəməsinin icraatında olan mülki işə baxılarkən qiymət verilməlidir. Uşağın hansı valideynin yanında qalması məsələsinin Maraqlı şəxs tərəfindən mübahisələndirilməsi həmin məsələ üzrə mediasiya prosesinin məqsədlərinə çata bilmədiyini göstərmişdir.

22. Kassasiya məhkəməsi bu əsaslandırmanı qanunvericiliyə uyğun hesab etməmişdir, ona görə ki, mediasiya prosesində bağlanmış barışıq sazişinin və ya onun bir hissəsinin məhkəmə tərəfindən təsdiq edilməsindən imtina olunmasının MPM-in 355-26.1ci maddəsində nəzərdə tutulan iki əsası vardır: 1) barışıq sazişinin və ya onun bir hissəsinin qanuna zidd olması; 2) barışıq sazişinin mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanılması (§ 39).

23. Ali Məhkəmə qeyd etmişdir ki, aşağı instansiya məhkəmələrinin istinad etdikləri, tərəflər arasında nikahın pozulmasına dair mülki işə dair təsdiqedici sənədlər də hazırkı işə əlavə olunmamışdır. Belə olan halda, mediasiya prosesində bağlanmış barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina olunmasının hansı qanuni əsasa söykəndiyini və bu əsasın işin müəyyən edilmiş faktiki halları ilə uyğunluğunun nədən ibarət olmasını müəyyən etmək mümkün olmamışdır.

24. Kassasiya instansiyası məhkəməsi vurğulamışdır ki, məhkəmənin önünə gəlmiş məsələyə yuxarıda göstərilən şəkildə hüquqi qiymət vermədən, aidiyyəti hüquq normalarını yoxlamadan, sadəcə bəzi q anunvericilik normalarını sadalayaraq, formal mülahizələrlə ərizənin həlli barədə qənaəti əks etdirən qətnamə əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin aktı kimi qəbul etməyə imkan vermir. Bu qaydalara riayət edilməməsi həm Azərbaycan Respublikasının Konstitusiyası ilə təminat verilən hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun, həm də İnsan Hüquqlarının və X3 X1 6-cı maddəsində əks olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etmişdir.

25. Məhkəmə mövqeyini “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.7, 9.3.1, 33.1, 33.3, 34.1, 34.3, 34.4 və 34.5-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki P rosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.1, 217.3, 305.1.17, 355-23.1, 355-25.3, 355-26.1 və 416.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

26. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-266/2024 nömrəli mülki iş üzrə 27 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər İmamverdi Şükürov (sədrlik edən və məruzəçi), Akif Eyvazov və Xəqani Səmədov) ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli 2(075)-819/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

27. Apellyasiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, tərəflər arasında nikahın pozulmasına dair mülki işə dair təsdiqedici sənədlər də hazırkı işə əlavə olunmamışdır. Belə olan h alda, mediasiya prosesində bağlanılmış barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina olunmasının hansı qanuni əsasa söykəndiyini və bu əsasın işin müəyyən edilmiş faktiki halları ilə uyğunluğunun nədən ibarət olmasını müəyyən etmək mümkün olmamışdır.

28. Məhkəmə tərəfindən iş materiallarında olan sənədlərin tədqiqi zamanı müəyyən edilmişdir ki, tərəflər arasında mediasiya qaydasında barışıq sazişi bağlanan zaman ”Mediasiya haqqında” Qanunun 26-cı maddəsinin tələbləri pozulmuşdur. Belə ki, həmin Qanunun 26.3-cü maddəsinə deyilir ki, uşağın maraqlarına toxunan ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediator müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyini alır.

29. Məhkəmə qeyd etmişdir ki, nikah pozulduqdan sonra uşağın yaşayış yerinin müəyyən edilməsi onun maraqlanına toxunanan mübahisədir. Uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Uşağın ailədə yaşamaq və tərbiyə almaq hüququnun həyata keçirilməsi müxtəlif vasitələrlə, o cümlədən onun yaşayış yerinin müəyyən edilməsi ilə də təmin edilir. Uşağın yaşayış yerinin müəyyən edilməsi zamanı ailə qanunvericiliyinin əsas prinsiplərindən biri olan yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının və mənafelərinin müdafiə edilməsi prinsipi rəhbər tutulur.

30. İş materiallarından da görünür ki, tərəflər arasında mediasiya qaydasında barışıq sazişi bağlanan zaman mediator müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyini almamışdır. Tərəflər arasında mediasiya qaydasında barışıq sazişi mediasiya prosesini tənzimləyən normanın tələblərini pozmaqla bağlandığından təsdiq edilə bilməz.

31. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırkı iş üzrə tərəflər arasında bağlanmış 13 sentyabr 2022-ci il tarixli barışıq sazişinin şərtlərinin Şəki Rayon Məhkəməsinin icraatında olan Ərizəçi Maraqlı şəxs qarşı nikahın pozulmasına dair mülki işdə Maraqlı şəxs tərəfindən mübahisələndirilməsi, tərəflərin arasında övladlarının hansı valideyinin yanında saxlanılması ilə bağlı mübahisə olması və nikahın pozulması ilə ba ğlı işə baxılarkən qeyd olunan məsələyə qiymət verilməli olduğu mövqeyinə münasibətdə qeyd etmişdir ki, iş materiallarından görünür ki, yuxarıda qeyd edilən mübahisə ilə bağlı Şəki Rayon Məhkəməsində qətnamə qəbul edilmiş, tərəflərin birgə nikahından olan uşaqları 21 may 2020-ci il təvəllüdlü X2 iddiaçı Ərizəçi alınaraq cavabdeh Maraqlı şəxs verilməsi və cavabdehin yanında saxlanılması qət edilmişdir.

32. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olduğundan apellyasiya şikayətinin dəlilləri, apellyasiya şikayətinin təmin edilməsi üçün əsas ola bilməz. Qətnamənin nəticə hissəsi düzgün və əsaslı nəticəni ehtiva etdiyindən, məhkəmə kollegiyası qətnamənin ləğv edilməsi üçün əsas görmür.

33. Məhkəmə öz mövqeyini “Mediasiya haqqında” Azərbay can Respublikası Qanunun 26.1, 26.1.1, 26.1.2, 26.1.3, 26.1.4, 26.1.5, 26.2, 26.3, 26.4, 26.5, 26.6, 33.3, 34.1, 34.2, 34.3, 34.4 və 34.5-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 77.1, 88, 217.1, 217.3, 217.4, 218.1, 355-25.3, 355-26, 35526.1.1, 355-26.1.2, 355-26.2, 372.1, 372.6, 372.7, 384.0.1 və 385.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

34. Ərizəçi (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 fevral 2024-cü il, 2(107)- 266/2024 saylı qətnaməsi ləğv edilməsini, ərizəsinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

35. Şikayətin dəlilləri digər kassasiya şikayəti ilə oxşarl ıq təşkil edir.

36. Kassasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci bəndinə, 127-ci maddəsinin 2-ci bəndinə, Mediasiya haqqında Azərbaycan Respublikası Qanununun 26.3, 34-cü maddələrinə, Azərbaycan Respublikası Mülki prosessual Məcəlləsinin 9.1, 9.3, 217 və 420-ci maddələrinə istinad edilərək əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

37. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu

38. Maddə 1.0.7. Barışıq sazişi – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır.

39. Maddə 9.3.1. Barışıq sazişinin icrasını təmin etmək tərəflərin vəzifələrindən biridir.

40. Maddə 33.1. Barışıq sazişi tərəflər arasında yazılı formada b ağlanır.

41. Maddə 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır.

42. Maddə 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır.

43. Maddə 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər.

44. Maddə 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla).

45. Maddə 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

48. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

49. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğu n çıxarılmalıdır.

50. Maddə 305.1.17. Məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır.

51. Maddə 355-23.1. "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasmdan imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər.

52. Maddə 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təs diq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir.

53. Maddə 355-26.1. Barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir.

54. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

55. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

56. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

57. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

58. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, 13 sentyabr 2022-ci il tarixli Barışıq sazişinin tərəflərin birgə nikahlarından 21 may 2020-ci ildə doğulmuş Damla Cumayzadə adlı uşağın ərizəçinin yanında saxlanmasın a dair 1.1-ci bəndi “Mediasiya haqqında” Qanunun 26.3-cü maddəsinin tələblərinə zidd olmuş, bü məsələni həll edən mediator tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyini almamışdır. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

59. Ərizəçinin kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin və birinci dəfə verdi kassasiya şikayətində irəli sürülən dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə Ali Məhkəmənin qərarınldakı göstərişləri də nəzərə alınaraq tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88 -ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

60. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının s übut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

61. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasi bətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Ərizəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (107)-266/2024 nömrəli iş üzrə 27 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar