Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2174/2025 11.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARDADİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), X1 və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2025-ci il 10 aprel tarixli, 2(106)-674/2025 nömrəli qərardadından X2 işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunulan şəxs qismində verdiyi ərizəyə yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “cavabdehlərin BəhrəmləpəHoradiz avtomobil yolunun sol tərəfində yerləşən Bəhrəmtəpə bələdiyyəsinə məxsus olan və Ə.H. Heydərovun icarəsinə verilmiş 11.6 ha torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinin üzərində olan cavabdehlərə məxsus binaların, tikililər və qurğuların cavabdehlərin öz hesabına sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İmişli Rayon Məhkəməsinin 2024-cü il 13 iyun tarixli, 2(036)-544/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2024-cü il 2 oktyabr tarixli, 2(106)-1575/2024 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin Mülki Kollegiyasının 2025-ci 22 yanvar tarixli, 2(102)-298/2025 nömrəli qətnaməsi ilə cavabdehin kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2025-ci il 10 aprel tarixli, 2(106)-674/2025 nömrəli qərardadı ilə iddiaçının iddiadan imtinası qəbul edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək mülki işin icraatına xitam verilmişdir. X4 həmin qərardaddan müddətin bərpa edilməsi barədə ərizə ilə birlikdə kassasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2025-ci il 30 may tarixli, 2(106)-674/2025 nömrəli qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır. Məhkəmə kollegiyası mövqeyini belə əsaslandırmışdır ki, X3 Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 403.2-ci maddəsinə əsasən işdə işti rak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxs qismində apellyasiya instansiyası məhkəmələsinin qərardadından ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə müraciət etməli olduğu halda, kassasiya şikayəti vermiş, şikayətində isə həmin qərardadın onun maraq və mənafelərinə toxunmasını qeyd etmişdir. Bundan sonra, MPM-in 403.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Ali Məhkəməsinin sədrinə müraciət edərək apellyasiya instansiyası məhkəməsinin qərardadının onun maraqlarına toxunduğunu bildirməklə ərizənin təmin olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəyə kassasiya şikayəti də əlavə olunmuşdur. MPM-in 403.2-ci maddəsinə əsasən, işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslər apellyasiya instansiya sı məhkəmələrinin qətnamələrindən və qərardadlarından ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə müraciət edə bilər. Ərizədə qəbul edilmiş qətnamə və ya qərardadla şəxsin hüquq və vəzifələrinin pozulmasının nədən ibarət olması, yaxud hansı maraq və ya mənafelərinə toxunması əsaslandırılmalıdır. Ərizəyə kassasiya şikayəti əlavə edilməlidir. Həmin Məcəllənin 403.2-2-ci maddəsinə görə, isə işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxsin ərizəsi mülki və ya kommersiya kollegiyalarına daxil olan 3 hakimdən ibarət məhkəmə tərkibi tərəfindən məhkəmə baxışı keçirilmədən araşdırıldıqdan sonra, ərizəsinin təmin və yaxud rədd edilməsi barədə qərardad qəbul edilir. Məhkəmə kollegiyası bildirir ki, yuxarıda qeyd olunan məhkəmə mübahisəsi üzrə iddiaçı, cav abdehlə arasında hər hansı mübahisə olmaması barədə iradəsini ifadə edərək iddiadan imtina etmiş və bu səbəbdən iş üzrə icraata xitam verilmişdir. Göründüyü kimi, yekunda nəticə olaraq hər hansı mübahisə həll edilməmişdir. Belə olan halda, mübahisələndirilən qərardadın Ə.H.Heydərovun maraqlarına toxunan məhkəmə aktı hesab edilməsi üçün hər hansı əsas müəyyən edilmir. Məhkəmə tərkibi əlavə edir ki, ərizəçi hazırkı iş üzrə tərəflərin hər hansı hərəkətinin (hərəkətsizliyinin) onun hüquqlarını pozduğunu hesab edərsə, o pozulmuş hüququnun müdafiəsi üçün müvafiq məhkəməyə müraciət edə bilər. Bu səbəbdən, ərizə və ona əlavə edilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Göstərilənlərə əsasən, MPM-in 402 və 403-cü maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi Qərara aldı: Şirvan Apellyasiya Məhkəm əsinin Mülki Kollegiyasının 2025-ci il 10 aprel tarixli, 2(106)-674/2025 nömrəli qərardadından X2 işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunulan şəxs qismində verdiyi ərizə və ona əlavə edilmiş kassasiya şikayəti geri qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(102)-2174/2025
Ali Məhkəmə Qərardad — İş №2(102)-2174/2025
11.07.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver