Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1027/2024 25.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və miras əmlakda payın müəyyən edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X32 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı, Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X15, X3 və X6 iştirakı ilə, Quba Rayon Məhkəməsinin 13 mart 2024-cü il tarixli, 2(027)-298/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdehnna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayon Notariat Kontoru tərəfindən Cavabdeh adına verilmiş 10 iyul 2013-cü il tarixli, 2/V- 01-297 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və X2ndan qalmış miras əmlakın qəbul etmə müddətinin üzrlü hesab edərək onun payına uyğun vərəsəlik hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra iddiaçı iddianın həcminin dəqiqləşdirilməsi ilə bağlı məhkəməyə müraciət edərək, Quba rayon Notariat Kontoru tərəfindən Cavabdeh adına verilmiş 10 iyul 2013-cü il tarixli, 2/V-01-297 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və X2ndan qalmış miras əmlakın qəbul etmə müddətinin üzrlü hesab edərək onun payına uyğun vərəsəlik hüququnun müəyyən edilməsi və Cavabdeh adına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1934-cü ildə Quba rayonu Buduq kəndində anadan olub. X2 olmuş və o, xx.xx.2001-ci ildə vəfat etmişdir. Atası N.Məmmədov vəfat etdikdə o bir böyük oğul kimi onun bütün dəfn xərclərini çəkərək, ondan miras qalmış əmlakı qoruyub saxlamaqda iştirak edərək və uzun müddət atası N.Məmmədovdan miras qalmış ünvan 1 ünvanda yaşamışdır. Sonradan özünə ünvan 2ləsilə birlikdə köçərək həmin evə qeydiyyata düşmüşlər. Atası N.Məmmədovdan miras qalmış ünvan 3 ünvanda 0,06 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 129,2 kv.m olan evin atası N.Məmmədovun adında qalmasını düşünərək vərəsəlik məsələsini həll etməmişdir. Lakin son vaxtlar cavabdeh bacısı Cavabdeh ona pis münasibət bəsləyərək bildirmişdir ki, bu evlər atasının adına deyil, onundur. Ona görə də X48 Xidmət Notariat Ofisinə müraciət edib, mərhum Atası N.Məmmədova vərəsəlik işi açılıb-açılmamasını yoxladığda sorğuya cavab olaraq bildiriblər ki, xx.xx.2013-cu il tarixli vərəsəlik işinə əsasən atası N.Məmmədovdan miras qalmış Quba şəhəri Ağamalı oğlu küçəsi 40 nömrəli evi və torpağı bacısı Cavabdeh yeganə vərəsə olması barədə saxta arayış alaraq öz adına vərəsəlik hüququ haqqında şəhadətnamə alaraq evi mənimsəmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh dövlət orqanlarını aldadaraq mərhum atası N.Məmmədovun yeganə vərəsəsi olması barədə saxta arayış alaraq onu və ondan başqa 5 nəfər miras vərəsəsinin vərəsəlik hüququndan məhrum edərək atası N.Məmmədovdan miras qalmış əmlakı mənimsəmişdir.
4. Cavabdeh etiraz təqdim edərək etirazını onunla əsaslandırmışdır ki, iddiaçının ona qarşı iddia tələbi qanunsuz, əsassızdır və bu səbəblərdən də iş üzrə icraata xitam verilməsi labüddür. Belə ki, iddiaçının da qeyd etdiyi kimi ataları X11 26 sentyabr 2001-ci il tarixində vəfat etmişdir. Ölümündən 22 il müddət keçmişdir. 22 il sonra iddia qaldırılması özü absurd, cəfəng olmaqla qanunsuz və əsassızdır. Belə ki, onları tanıyan hamı bilir ki, mərhum ataları Nizam Məmmədovun yuxarıda göstərilən ünvanda yerləşən evində atası ilə birlikdə qeydiyyatda olaraq o yaşamış, atasının sağlığında qulluğunda duraraq ona baxmışdır. Həmin evi faktiki atası ilə birlikdə o sahiblik və istifadə edərək idarə etmişdir. Qardaşı İddiaçı ailə qurduqdan sonra buradan köçüb başqa yerdə yaşamış və onların ailənin heç bir işində iştirak etməmişdir. Ataları 26 sentyabr 2001-ci il tarixində vəfat etdikdə də bütün dəfn xərclərini çəkmiş, iddiaçı və digərləri dəfndə iştirak etsələr də başqa iştirakları və hər hansısa köməklikləri əsla olmamışdır. Başqa sözlə atası vəfat etdikdə onunla birlikdə yaşamış vərəsə kimi mirası qəbul etmiş və qoruyub saxlamışdır. Digər vərəsələr dəfndə iştirak etsələr də miras payında maraqlı olmamışlar və hər hansı istəklərinin olduğunu bildirməmişlər. Həmçinin mərhum atasının, anasının və qardaşının qəbirüstü məzar daşlarının da hazırlanıb ərsəyə gəlməsi onun zəhməti və vəsaiti ilə olmuşdur. Onların hər üçünün ehsanlarını və digər dəfn xərclərini o qarşılamışdır. Atalarından miras qalmış Quba şəhəri Ağamalı küçəsi ev 40-da atası ilə birlikdə daima qeydiyyatda olaraq yaşamış, evin bütün xərclərini çəkmiş, təmir işlərini gördürmüş və abad saxlamışdır. O bütün bunları nəzərə alaraq digər vərəsələrin də xəbəri olmaqla xx.xx.2013-cü il tarixində X48 Xidmət Mərkəzinin Notariat Ofisinə müraciət edərək vərəsəlik işi açdırmış və vərəsəlik şəhadətnaməsi almışdır. Həmin vərəsəlik şəhadətnaməsi əsasında ünvan 4 ünvanda yerləşən 0,06 hektar həyətyanı torpaq sahəsinə və həmin torpaqda yerləşən ümumi sahəsi 129,2 kvadratmetr yaşayış sahəsi olan evə dair Çıxarış almışdır. Hal-hazırda yeganə yaşayış və qeydiyyat yeri həmin ünvandır.
5. Quba Rayon Məhkəməsinin 13 mart 2024-cü il tarixli, 2(027)- 298/2024 nömrəli qətnaməsi ilə (hakim Aydın Babayev) iddia təmin edilmiş, Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********96 reyestr nömrəli çıxarışın ləğv edilməsi, ünvan 4 ünvanda yerləşən 0,06 hektar həyətyanı torpaq sahəsinə və həmin torpaqda yerləşən ümumi sahəsi 129,2 kvm yaşayış sahəsi olan fərdi yaşayış evinə Cavabdeh verilmiş “Qanun üzrə vərəsəlik haqqında şəhadətnamə”sinin etibarsız hesab edilməsi, ünvan 4 ünvanında yerləşən 0,06 hektar həyətyanı torpaq sahəsinə İddiaçı 1/10, Cavabdeh 1/3, X7 1/30 payı, X8 1/30 payı və həmin torpaqda yerləşən ümumi sahəsi 129,2 kv/m yaşayış sahəsi olan evə İddiaçı 1/5, Cavabdeh 2/3 payı, X7 1/15 payı və X8 1/15 payı müəyyən edilməklə vərəsəlik hüquqlarının tanınması, ünvan 4 ünvanında yerləşən 0,06 hektar həyətyanı torpaq sahəsinə Cavabdeh 1/2 payı və torpaq sahəsinə miras üzrə yuxarıda qeyd edilən 1/3 payı cəmlənməklə, ümumilikdə həmin torpaq sahəsinə 5/6 pay üzrə mülkiyyət hüququnun müəyyən edilməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, X5 mülkiyyətində olan ev tam, torpaq sahəsi isə qızı Cavabdeh ilə ümumi birgə mülkiyyətində olmuş və X11 vəfat etdikdən sonra qızı Cavabdeh onun vərəsəsi kimi həyətyanı torpaq sahəsinin atasına düşən hissəsini və həmin torpaqda yerləşən evi qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında öz mülkiyyətinə qəbul etmişdir. İddiaçı X2ndan qalmış miras əmlak olan həyətyanı torpaq sahəsinə və həmin torpaqda yerləşən evə vərəsəlik əsasında hüquqlarının olmasını iddia edir. X5 aşağıdakı vərəsələri müəyyən olunmuşdur: qızı-X16, oğlu-İddiaçı, qızı-X17, oğlu-X27, qızı-Cavabdeh, oğlu-X24. X12 X2ndan əvvəl öldüyündən ailə üzvlərinin olmaması və ölüm haqqında şəhadətnamə alınmaması işin mübahisəsiz halıdır. Mirasın ünvan 4 ünvanda yerləşən 0,06 hektar həyətyanı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ ilə X11 və Cavabdeh ümumi birgə mülkiyyətində olmuş və həmin əmlaka dair paylar müəyyən olunmamışdır. Beləliklə də, ünvan 4 ünvanda yerləşən 0,06 hektar həyətyanı torpaq sahəsindən ibarət hissəsinə X11 və Cavabdeh payları bərabər sayılmaqla torpağın 1/2 hissəsi miras aktivi kimi qəbul edilməli və vərəsələr arasında bölünməlidir. Əmlaka dair vərəsəlik üzrə mülkiyyətə dair payları müəyyən olunduğundan, cavabdehə Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarış da ləğv edlməlidir. X27 11 avqust 2022-ci ildə vəfat etməsi nəzərə alınmaqla miras əmlak olan torpaq sahəsinin X27 düşən 1/10 hissəsi və yaşayış evinin 1/5 hisssəsi onun vərəsələri arasında bölünməlidir. X18 vərəsələri arvadı-X13, oğlu- X28, qızı-X19, oğlu- X33, oğlu-X22r. X24 atası X14 əvvəl öldüyündən və ölümü barədə şəhadətnamənin alınmaması, habelə ailə üzvlərinin olmaması mübahisələndirilməmişdir. Müstəqil tələb irəli sürməyən X33 ataları X18 miras payından ümumi imtina etdiyini, X28 isə miras payından bibisi Cavabdeh xeyrinə imtina etdiyini, X19 imtina etmədiyini bildirmişdir. X20 iştirak etməmiş və münasibət bildirməmişdir.
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 1133.1, 1134.1, 1151.1, 1159.1, 1252, 1261, 1321.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü tarixli Qərarına istinad edərək əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh apellyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 13 mart 2024cü il tarixli, 2(027)-298/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmənin qanun üzrə vərəsəlik haqqında şəhadətnaməni və DƏDRX tərəfindən verilmiş Çıxarışı ləğv etməsi əsassızdır. Ona görə ki, iddiaçı miras əmlaka faktiki sahiblik etməmiş, həmin əmlakdan istifadə etməmişdir. Həm valideyinlərinin sağlığında və həm də onların ölümündən sonra mübahisəli evdə özü yaşamışdır. Atasının öldüyü 26 sentyabr 2001-ci il tarixindən sonra da atasından miras qalmış evin və torpaq sahəsinin saxlanılması, cari təmiri, qorunması və yaşayış üçün yararlı vəziyyətdə qalması üçün bütün hərəkətlər onun tərəfindən həyata keçirilmişdir. Evə dair bütün ödənişlər, həmçinin fiziki şəxslərin mülkiyyətində və istifadəsində olan daşınmaz əmlaka dair əmlak və torpaq vergisi, kommunal ödənişləri ödəmişdir. İddiaçının ərizəsində qeyd etdiklərindən fərqli olaraq valideynlərini bir övlad olaraq o, dəfn etmiş, bunun üçün çəkilən xərcləri ödəmişdir. Beləliklə, atasından miras qalmış evə iddiaçı deyil, o, faktiki sahiblik etmiş və miras əmlakı faktiki idarə etmişdir. İddiaçı isə uzun müddət əvvəl, 50 ildən artıq bir vaxtdır ki, valideynlərinə məxsus evdən köçmüş, onun özünün ayrı evləri, təsərrüfatı olmuş və halhazırda da vardır. İddiaçının və onun qeydiyyat ünvanlarından da aydın olur ki, iddiaçının atasından miras qalmış evlə heç bir bağlılığı qalmamışdır. Belə olduğu təqdirdə atasından qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən hər hansı qanunsuzluğa yol verilməsi və bu əsasla şəhadətnamənin etibarsız hesab edilməsi barədə məhkəmənin gəldiyi qənaət tamamilə yanlışdır. Həmin vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında verilən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış da tam qanuni əsaslarla verilmişdir. Müddətlə əlaqədar qeyd olunmalıdır ki, iddiaçı yuxarıda göstərildiyi kimi 50 ildən artıq bir müddətdə hazırki iş üzrə mübahisəli miras evdən daimi köçmüşdür. 26 sentyabr 2001-ci ildə atasının ölümü günü və bundan sonrakı müddətdə miras evdə yaşamamış, amma atasının ölümündən məlumatlı olmuşdur. Buna baxmayaraq 2023-cü ildə məhkəməyə müraciət etmişdir. Bununla da iddiaçı həm mirasın qəbulu ilə bağlı nəzərdə tutulmuş müddəti, həm də iddia müddətini üzürsüz səbəbdən ötürmüşdür. İddiaçı mirasın qəbulu üçün qanunla müəyyən edilən müddət ərzində atasından miras qalmış əmlakı heç bir formada qəbul etməmişdir. Belə olan halda iddianın təmin edilərək ona miras əmlakdan payın müəyyən edilməsi düzgün hesab oluna bilməz. Hazırki iş üzrə iddianın təmin edilməsi və adına verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2013cü il tarixli, ********** qeydiyyat nömrəli, **********96 reyestr nömrəli çıxarşın ləğv edilməsi ilə mülkiyyət hüququnu pozulmuşdur. Qeyd olunan çıxarış tam qanuni əsaslarla verilmişdir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, ömrünü atası və anasına həsr etmiş, ailə qurmamış, evi idarə etmiş, xərcləri o, çəkmişdir. 1957-ci ildən, yəni doğulandan indiyə qədər mübahisəli evdə yaşamışdır. Orada atası, anası, ölən qardaşı və o yaşamış, anası öldükdən sonra atası ilə ikisi yaşamışlar. Demişdir ki, kim istəyirsə gəlib ata-anasına baxsın, o, evdən çıxar. Heç kəs qəbul edib gəlməmişdir. Evin təmiri, digər bütün xərclərini özü çəkib, balaca bir yerdir. Oradan pay verə bilməz. İddiaçı 22 yaşında evlənmiş və evdən çıxıb getmişdir. 22 yaşlı birinin ev tikməsi ağlabatan deyildir. Evi öz adına rəsmiləşdirməzdən öncə, digər vərəsələrlə əlaqə saxlamış və onların bu barədə fikirlərini soruşmuşdur. Digər vərəsələr mirası qəbul etməyiblər. Apellyasiya şikayətinin təmin olunması barədə qərar qəbul etməyinizi xahiş edir.
12. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, torpaq sahəsini o almış, evi o tikmiş, atasının adına rəsmiləşdirmişdir. Cavabdeh onun ailəsinə əzab-əziyyət vermiş, ona görə də həmin evdən çıxıb getmişdir. Atası öləndə o, başqa ünvanda PMK adlanan yerdə yaşayırdı. Cavabdeh evi qanunsuz yola öz adına rəsmiləşdirib və rəsmiləşdirməzdən öncə onun fikrini soruşmayıb. Qardaşa nifrət və hörmətsizlik göstərib. Qızı və oğlu kirayədə yaşayırlar. Miras əmlakdan öz payını alıb qızına ev tikdirmək istəyir. Torpaq sahəsinin 0,2 ha-nın onun payı olaraq müəyyənləşdirilməsini və ona verilməsini tələb edir. Evin Cavabdeh adına rəsmiləşdirilməsindən təxminən 4-5 il bundan əvvəl xəbəri olmuşdur. Qonşular ona məlumat vermişlər ki, cavabdeh evi öz adına rəsmiləşdirib. Ona görə də apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir.
13. Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X28 bildirdi ki, babasının yas mərasimində Cavabdeh digər vərəsələrə müraciət edərək bildirib ki, kim istəyirsə qarışılığında pul verərək miras əmlakı götürə bilər. Lakin digər vərəsələr miras əmlakı qəbul etməyiblər. Həmin vaxt İddiaçı də orada olmuş və danışılanlardan xəbəri olmuşdur.
14. Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 bildirdi ki, bacısı Cavabdeh mövqeyindədir. Atası, anasına o qulluq etmiş, o əziyyət çəkmişdir. Özünün evi, bağı var. Ona düşən paydan Cavabdeh xeyrinə imtina edir. Evin rəsmiləşdirildiyindən xəbəri var idi. Qardaşı İddiaçı də bundan xəbərdar idi.
15. Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X23 bildirdi ki, ona düşən paydan bacısı Cavabdeh xeyrinə imtina edir. Cavabdeh müəllim olub, əziyyətlə pul qazanıb, evin bütün xərclərin çəkib. Həyatını atasına, anasına, qardaşı Sadığa həsr edib. Atası öləndə qardaşı Məmmdov Mehyəddin yas mərasininin xərcləri ilə maraqlanmayıb. Qonşular yardım ediblər. Evin Südabənin adına rəsmiləşdirilməsindən xəbəri olub. Atasının yas mərasimində onlara demişdir ki, kim istəyirsə mirası qəbul etsin, evdən çıxır. İşləyib, pul qazanıb özünə ev alacaq. Amma miras əmlakı heç kəs qəbul etməyib.
16. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X21, X33, X13 məhkəməyə teleqram vuraraq məhkəmə iclasında iştirak edə bilməyəcəklərini, mübahisəli mülkdən onlara düşən vərəsə payından Cavabdeh xeyrinə imtina etdiklərini bildirmişlər.
17. İş üzrə maraqlı şəxs X48 Xidmət Mərkəzində notariat ofisinin notariusu Süleyman Məmmədov məhkəməyə müraciət edərək iş rejmi və vətəndaş müraciətlərinin çoxluğu səbəbindən məhkəmə iclaslarında nümayəndənin iştirakının mümkün olmayacağını, məhkəmə iclaslarının nümayəndənin iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
İşdə olan sübutlar
18. Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********96 reyestr nömrəli çıxarışa əsasən, ünvan 4 ünvanda yerləşən 0,06 hektar həyətyanı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ ilə X11 və Cavabdeh adına, həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 129,2 kv.m olan yaşayış evi isə tam mülkiyyət hüququ ilə X5 adına daşınmaz əmlakın dövlət reyestrində 21 nömrə ilə qeydiyyata alınmışdır.
19. Quba Rayon Notariusu tərəfindən Cavabdeh adına verilmiş xx.xx.2013-cü il tarixli, 2V/01-297 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”nin surətindən göründüyü kümi, xx.xx.2001-ci il tarixdə vəfat etmiş X5 vərəsəsi qızı- Cavabdeh ünvan 4 ünvanda yerləşən 0,06 hektar həyətyanı torpaq sahəsinə və həmin torpaqda yerləşən ümumi sahəsi 129,2 kvm yaşayış sahəsi olan evdən pay almalıdır.
20. Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********96 reyestr nömrəli çıxarışa əsasən, ünvan 4 ünvanda yerləşən 0,06 hektar həyətyanı torpaq sahəsinə və həmin torpaqda yerləşən ümumi sahəsi 129,2 kvm yaşayış sahəsi olan ev tam mülkiyyət hüququ ilə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 21 nömrə ilə qeydiyyata alınmışdır.
21. İV-ЖГ 329396 seriya və nömrəli ölüm haqqında şəhadətnamənin surətindən və Qeydiyyat şöbəsinin arayışından görünür ki, X10 xx.xx.1991-ci il tarixdə vəfat etmiş, ölüm haqqında akt qeydləri kitabında xx.xx.1991-ci ildə 172 nömrə ilə qeyd edilmişdir.
22. AZ 132813 seriya və nömrəli ölüm haqqında şəhadətnamənin surətindən və Qeydiyyat şöbəsinin arayışından görünür ki, X11 xx.xx.2001-ci il tarixdə vəfat etmiş, ölüm haqqında akt qeydləri kitabında xx.xx.2001-ci ildə 305 nömrə ilə qeyd edilmişdir.
23. Məhkəmənin sorğusu əsasında Quba rayon Qeydiyyat şöbəsinin məlumatında bildirilir ki, elektron informasiya sistemində xx.xx.2024-cü ilədək araşdırılma aparılmış, həmçinin elektron informasiya sisteminə və akt qeydində olan məlumatlara əsasən mərhum X5 aşağıdakı vərəsələri- arvadı-X10, qızı-X16, oğlu-İddiaçı, qızı-X17, oğlu X27, oğlu-X24 barədə məlumat aşkar olunmuşdu. X18 ölüm arayışı əlavə edilərək, elektron informasiya sistemində olan məlumatlara əsasən onun ailə üzvləri arvadı-X20, oğlu- X28, qızıX19, oğlu-X33, oğlu-X29 barədə məlumat aşkar olunmuşdu. X1 ölümü və ailə üzvləri barədə məlumat aşkar olunmamışdır. Məlumata əlavə olunan xx.xx.2024-cü il tarixli, 42 nömrəli ölüm haqqında arayışdan göründüyü kimi, X27 xx.xx.2022-ci il tarixdə vəfat etmiş, Qeydiyyat şöbəsinin arayışından ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-ci ildə 600 nömrə ilə qeyd edilmişdir.
Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145. Miras fıziki şəxsin ölümü və ya məhkəmə tərəfındən ölmüş elan edilməsi ilə açılır. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1162. qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1272. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər.
25. Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında iddia müddətləri və kəsici müddətlərlə bağlı Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, kəsici müddət - şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur.
26. Konstitusiya Məhkəməsi Plenumunun A.Nadirova və qeyrilərinin şikayəti üzrə 16 mart 2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri-müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.2. Apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
28. Məhkəmə kollegiyası tərəfindən Quba Rayon Məhkəməsinin 13 mart 2024-cü il tarixli, 2(027)-298/2024 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Quba Rayon Məhkəməsinin 13 mart 2024-cü il tarixli, 2(027)- 298/2024 nömrəli qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməməlidir.
30. İş materiallarından müəyyən edilir ki, miras qoyuan X5 ünvan 6 ünvanda yerləşən ev tam, torpaq sahəsi isə qızı Cavabdeh ümumi birgə mülkiyyətində olmuş və X11 vəfat etdikdən sonra qızı Cavabdeh ondan qalmış mirası faktiki olaraq qəbul edərək, idarə və istifadə etmiş, 2013-cü ildə isə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında öz mülkiyyətinə keçirmişdir.
31. İş materialları ilə müəyyən edilir ki, iddiaçı atası xx.xx.2001-ci ildə öldükdən sonra mübahisəli əmlakda yaşamamış, həmin əmlakın faktiki qəbul edərək idarə və istifadə etməmiş, bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirməmişdir. Bunun əksinə cavabdeh doğulduğu gündən mübahisəli evdə valideynləri ilə yaşamış, valideynləri öldükdən sonra da həmin əmlakı faktiki qəbul etmiş, daha sonar isə notriat orqanına ərizə ilə müraciət etməklə qanunun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əldə edərək, miras əmlakı öz mülkiyyətinə keçirmişdir.
32. Məhkəmə kollegiyasının iclasında cavabdeh, o cümlədən iş üzrə cəlb edilmiş müstəqil tələb sürməyən üçüncü şəxslər mirasın cavabdeh tərəfindən qəbul edilərək mülkiyyətinə keçirilməsindən çox əvvəl məlumatlı olduqlarını, həmçinin iddiaçının da bundan məlumatlı olduqlarını bildirmişlər. Hərçənd ki, iddiaçının özü də cavabdehin mirası öz mülkiyyətinə keçirməsindən təxminən 4-5 il əvvəl məlumatlı olduğunu da etiraf etmişdir. Lakin, iddiaçı cavabdehin mirası öz mülkiyyətinə keçirməsindən məlumatlı olsa da qanunla müəyyən edilmiş müddətdə cavabdehin mirasın qəbul edilməsinə dair mübahisə açmamışdır. Halbuki, yuxarıda istinad olunan Mülki Məcəllənin 1272-ci maddəsinə əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər.
33. Konstitusiya Məhkəməsi Plenumunun A.Nadirova və qeyrilərinin şikayəti üzrə 16 mart 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri-müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə kəsici müddət–şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır (B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərar).
34. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mirasın qəbul edilməsi ilə bağlı verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə iddia tələbinə baxılan zaman Mülki Məcəllənin 1272-ci maddəsində müəyyən edilmiş müddətin ötürülüb-ötürülməməsi məsələsinə hüquqi qiymət verməmiş, bununla da mübahisəyə tətbiq edilməli olan maddi hüquq normasını tətbiq etməmişdir.
35. Belə ki, hazırki işdən görünür ki, cavabdehə mirası qəbul etməsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə 10 iyul 2013-cü il tarixdə verilmişdir. İddiaçı isə izahatında əmlakın cavabdehin adına sənədləşməsindən 4-5 il əvvəl məlumatlı olduğunu bildirmişdir ki, bununla da iddiaçı mirasın qəbulu ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malik olsa da mirasın qəbulunu mübahisləndirməmiş və qanunla müəyyən edilmiş iki aylıq müddəti ötürülmüşdür.
36. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəyə Mülki Məcəllənin 1272-ci maddəsini tətbiq etməməklə, düzgün olmayan nəticəyə gəlmişdir. Həmin maddi hüquq normasının mübahisəyə tətbiqi isə iddianın təmin edilməsini istisna etmişdir.
37. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılmayaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Quba Rayon Məhkəməsinin 13 mart 2024-cü il tarixli, 2(027)- 298/2024 nömrəli qətnaməsi ləğv edlməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir.
38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 392 və 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏTETDİ
Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Quba Rayon Məhkəməsinin 13 mart 2024-cü il tarixli, 2(027)-298/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.