Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2178/2021 03.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs “xxxx” MTK) qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: düzgün olmayan qətnaməni qəbul edilməsi ilə nəticələnən prosessual pozuntulara yol verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 və nümayəndəsi X5, Cavabd eh3, onun vəkilləri Vəkil2 və X9 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-582/2020 nömrəli iş üzrə 02 oktyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 03 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları X11 ilə Cavabdeh3 arasında bağlanmış 28 iyun 2006-cı il tarixli müqaviləyə əsasən, ünvan 1 ünvanda inşa edilən çoxmərtəbəli yaşayış evinin 1-ci blok, 3-cü mərtəbə, ümumi sahəsi 70 kvadrat metr olan 1 otaqlı 7 saylı mənzili Cavabdeh3 dəyərini tam ödəməklə (18900 manat) əldə etmişdir. X12 ilə Cavabdeh3 arasında bağlanmış 28 iyun 2006-cı il tarixli digər müqaviləyə əsasən ünvan 1 ünvanda inşa edilən çoxmərtəbəli yaşayış evinin 1-ci blok, 3-cü mər təbə, ümumi sahəsi 70 kvadrat metr olan 1 otaqlı 9 saylı mənzili Cavabdeh3 dəyərini tam ödəməklə (18900 manat) əldə etmişdir (Həmin müqavilənin mətnində mənzilin sayını göstərən «9» rəqəminin üzərində «7» rəqəmini xatırladan düzəlişə oxşar əlamətlər vardır). Baki şəhəri Yasamai Rayon Məhkəməsinin 08.04.2013-cü ii tarixli 2(004)-871/2013 saylı qəmaməsi ilə iddiaçılar İddiaçı və X1 qanuni nümayəndəsi X5 cavabdeh X8 (üçüncü şəxs Cavabdeh1) qarşı “mənzillərin təhvil verilməsi tələbinə dair” və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən ücüncü şəxs X10 cavabdehlər X6 hüquqi varisi X3 və X8 qarşı “müqavilənin etibarsız hesab edilməsi və mənzilin təhvil verilməsi tələbinə dair” iddia tələbləri rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 11.03.2014-cü il tarixli, 2(103)1868/2014 saylı qətnaməsi ilə Baki şəhəri Yasamai Rayon Məhkəməsinin 08.04.2013-cü ii tarixli 2(004)-871/2013 saylı qəmaməsindən iddiaçılar İddiaçı və X1 qanuni nümayəndəsi X13 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, X19 küçəsi 2 ünvanında yerləşən 10 mərtəbəli binadakı 2, 5, 7, 6a, 19, 21, 22, 24a, 25, 26, 38, 43, 51, 53, 65, 67, 69, 73, 75 saylı mənzillərin cavabdeh tərəfindən iddiaçılara təhvil verilməsi qət edilmişdir. Ali Məhkəmənin 01.08.2014-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 11.03.2014-cü il tarixli, 2(103)-1868/2014 saylı qətnaməsindən cavabdehin verdiyi kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırkı İddiaçı mərhum X6 birinci növbəd ə vərəsəsidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzildən çıxarılma, mənzilin boşaldılması və mənzilə köçürülmə tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 ünvan 3 ünvanda yerləşən 10 mərtəbəli binadakı 7 saylı mənzildən çıxarılması, mənzilin boşaldılması və onun həmin mənzilə köçürülməsi, ödənilmiş 10 manat dövlət rüsumunun və 11,5 manat notariat haqqının cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 11.03.2014-cü il tarixli, 2(103)-1868/2014 saylı qətnamasi ilə Bakı şəhəri Yasamal rayonu X19 küçəsi 2 ünvanda yerləşən 10 mərtəbəli binadakı 2, 5, 7, 6a, 19, 21, 22, 24a, 25, 26, 38, 43, 51, 53, 65, 67, 69, 73, 75 saylı mənzillərin cavabdeh X11 (üçüncü şəxs Cavabdeh1) tərəfindən iddiaçılara təhvil verilməsi qət edilmiş və həmin qətnamənin icra edilməsi üçün icra vərəqəsi verilmişdir. Sonradan ona məlum olmuşdur ki, Cavabdeh3 məhkəmə qətnaməsi ilə ona təhvil verilməsi qət olunan 7 nömrəli mənzildə qanunsuz olaraq yaşamaqla həmin mənzildən qanunsuz istifadə etməkdədir. Cavabdehin bu cür qanunsuz hərəkətləri nəticəsində məhkəmə qətnaməsi ilə pay qismində onun mülkiyyətinə verilmiş həmin mənzilə olan bütün hüquqlarından faktiki olaraq məhrum olunmuşdur. Hesab edir ki, cavabdehin qanunsuz hərəkətləri 7 nömrəli mənzilin ona təhvil verilməsi ilə bağlı məhkəmə qətnaməsinin icrasına maneədir və yeni iddia tələbləri üzrə məhk əmə qaydasında mənzildən çıxarılmadan və mənzil boşaldılmadan istinad olunan məhkəmə qətnaməsinin icrası mümkün deyildir. İşin hallarından göründüyü kimi, Bakı Apeliyasiya Məhkəməsinin qətnaməsində iddia ərizəsində qoyulmuş tələblərə müvafiq olaraq iddia tələblərinin təmin edilərək mənzillərin təhvil verilməsi qət edilsə də, mənzillərin təhvil verilərkən boşaldılması məsələsinə toxunulmadığından məhkəmə qətnaməsinə əsasən təhvil verilməli 7 saylı mənzildə qeyriqanuni yaşayışın olması məhkəmə qətnaməsinin icrasına maneə yaratmış, cavabdehlər tərəfindən isə həmin maneənin aradan qaldırılmasına yönələn heç bir hərəkət edilməmişdir. Hazırkı iddia üzrə cavabdehin prosessual statusu araşdırılarkən nəzərə alınmalıdır ki, qanuni qüvvəyə minmiş və iş üzrə preyudisial əhəmiyyət kəsb edən Bakı Apelly asiya Məhkəməsinin qətnaməsi ilə cavabdeh kimi müəyyən edilmiş şəxs X2 vəfat etmiş və ondan qalmış miras əmlak əvvəlki mülki iş üzrə cavabdehin tərəfində üçüncü şəxs qismində iştirak etmiş, mərhumun qanuni vərəsəsi (oğlu) Cavabdeh1 tərəfindən qəbul edilmişdir. Mübahisəli mənzillərin yerləşdiyi çoxmənzilli bina və həmin binanın yerləşdiyi torpaq sahəsi Cavabdeh2 mülkiyyətində olmuşdur. Cavabdeh iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, göstərilən ünvanda yerləşən binadan 2006-ci il tarixdə 9 saylı mənzili ümumi dəyərini tam ödəyərək “xxxx” MTK-dan (həmin şirkətdə podratçı kimı fəaliyyət göstərən X4) almışdır. İddiaçı və qanuni nümayəndəsi X7a ilə fıziki şəxs olmuş X11 arasında yaranmış məhkəmə çəkişməsinin ona heç bir aidiyyətı yoxdur. İddiaçı və X7anın təqdim etdikləri aktda belə 9 sa ylı mənzil göstərilməmişdir. MTK-nın rəhbərliyi tərəfındən ona verilmiş arayışda göstərilir ki, 7 saylı mənzilin ona heç bir aidiyyatı yoxdur, çünki, o, 9 saylı mənzili almış və hal-hazırda həmin mənzildə oğlu öz ailəsi ilə birlikdə yaşayır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Emin Mehtiyev) 29 avqust 2019cu il tarixli 2(004)-4275/2019 saylı qətnaməsi ilə iddia tələbləri rədd edilmişdir. Məhkəmə Mülki Məcəllənin 14.1, 14.21-14.2.9-cu maddələrinə, Mülki Prosessual Məcəllənin 9, 50.1, 50.3, 51, 54, 14.2, 77.1-ci maddələrinə istinad edərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh3 hazırkı iddia tələbi üzrə cavabdeh şəxs olmadığına görə iddiaçı ona qarşı “mənzildən çıxarılma, mənzilin boşaldılması və mənzilə köçürülmə tələbinə dair” iddia qaldırmaqda haqlı olmamışdır. Hə mçinin, iddia ərizəsində Cavabdeh1 və Cavabdeh2 cavabdeh şəxs qismində qeyd edilsələr də, onlara qarşı tələbin nədən ibarət olması müəyyən edilmir. İddia tələbi cavabdeh olmayan şəxslərə qarşı verilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Mübahisəli mənzilə apellyasiya instansiyası məhkəməsi tərəfindən yerində baxış keçirilmişdir. Yerində baxışın nəticəsi kimi məhkəmə qeyd etmişdir ki, mübahisəli mənzilin yerləşdiyi bina üç bloklu, 11 mərtəbəli binadır. Mənzilin yerləşdiyi blokun birinci mərtəbəsində iki üzbəüz yerləşən mənzillərin giriş qapısı vardır. Baxışda iştirak edən iddiaçının nümayəndəsi X7a həmin mərtəbədə daha iki mənzil olduğunu, sonradan qapıların ikisinin bağlandığını bildirmişdir. İkinci mərtəbədə pilləkanla qa lxarkən ikisi sağ, ikisi sol tərəfdə olmaqla dörd mənzilin yerləşdiyi müəyyən olunur. Üçüncü mərtəbədə də pilləkanla qalxarkən ikisi sağ, ikisi sol tərəfdə olmaqla dörd mənzilin yerləşdiyi müəyyən edilir. Üçüncü mərtəbədə pilləkanla qalxarkən saat əqrəbi istiqamətində dördüncü mənzilin qapısında «9» rəqəminin izi müəyyən olunur, lakin həmin rəqəm qopmuşdur. Həmin mərtəbədə yerləşən qonşuların qapıları döyülən zaman saat əqrəbi ilə dördüncü (sağdan birinci) mənzilin qapısı bağlı olmuşdur. Ardıcıllıqla növbəti (sağdan ikinci) qapını açan sakin “xxxx” ASC-nin qəbzini təqdim etmiş, həmin qəbzə əsasən mənzilin Sevda Muradova adlı şəxsin adına olan «8» saylı mənzil olduğu müəyyən edilmişdir. Saat əqrəbi ilə ikinci (sağdan üçüncü) ünvanda yerləşən mənzildə yaşayan sakin mənzilin «9» saylı olduğ unu, Mübariz Vəliyev adlı şəxsə məxsus olduğunu, növbəti mənzilin (sağdan dördüncü) isə «9A» saylı mənzil olduğunu bildirir. Həmin mənzilin qapısı bağlı olmuşdur. «9» saylı mənzilin sahibi olduğunu bildirən Mübariz Vəliyev adlı sakin mənzilin «9» saylı mənzil olmasına dair müqaviləni məhkəmə tərkibinə göstərmiş, lakin müqavilənin surətinin çıxarılmasından imtina etmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Rəşad Həsənov - sədrlik edən və məruzəçi, Məmməd Məmmədov, Şeyda Məhərrəmova) 02 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, Cavabdeh3 münasibətdə ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia tələbi təmin edilmiş, Cavabdeh3, X19 küçəsi 2 ünvanında yerləşən 10 mərtəbəli binadakı 7 saylı mənzildən çıxarılması, mənzilin boşaldılması və İddiaçı həmin mənzilə köçürülməsi qət edilmiş, iddia tələbi digər cavabdehlərə münasibətdə rədd edilmişdir. Məhkəmə gəldiyi nəticıni onunla əsaslandırmışdır ki, qanuni qüüvəyə minmiş məhkəmə qətnaməsi ilə mübahisəli ünvanda yerləşən 7 №-li mənzil iddiaçıya məxsusdur və həmin mənzilin ona təhvil verilməsi qərara alınmışdır. Lakin həmin qərar hal-hazıradək icra edilməmişdir. Belə ki, iddiaçının 7 saylı mənzil hesab etdiyi ünvanda Cavabdeh3nin ailə üzvləri yaşayır və mənzil hal-hazırda onların istifadəsində və sahibliyindədir. Cavabdeh mübahisəli mənzilin 7 saylı deyil, 9 saylı mənzil olduğunu iddia etmiş və bu səbəbdən də iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi bununla bağlı m übahisəli ünvana yerində baxış keçirmiş müayinə zamanı belə qənaətə gəlmişdir ki, mübahisəli «7» saylı mənzilin binanın 1-ci girişinin 3-cü mərtəbəsində pilləkənlə qalxarkən sağdan birinci mənzildir. Bundan başqa, məhkəmə qeyd etmişdir ki, cavabdehin mübahisəli ünvanda yerləşən 7 saylı mənzilin İddiaçı təhvil verilməsinə dair apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qüvvədə saxlanmasına dair Azərbaycan Respublikası Ali Məhkəməsinin 01 avqust 2014-cü il tarixli qərarından əlavə kassasiya şikayəti verməsi onun «7» saylı mənzilə heç bir aidiyyatı olmamasına dair dəlili ilə ziddiyyət təşkil edir. Qeyd edilənərə əsasən məhkəmə bu nəticəyə gəlmişdir ki, ünvan 1 ünvanda inşa edilən çoxmərtəbəli yaşayış evinin 1-ci blok, 3-cü mərtəbəsində pilləkanla çıxarkən sağdan birinci olan, ümumi sa həsi 70 kvadrat metr olan 1 otaqlı mənzil cavabdehin bildirdiyi kimi «9» saylı deyil, iddiaçının iddia etdiyi «7» saylı mənzil olmaqla, hal-hazırda cavabdehin faktiki olaraq qanunsuz sahibliyindədir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh3 (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarının tələblərini pozmuş, prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Məhkəmə heç bir sübut olmadan, qonşunun təqdim etdiyi kommunal xidmət barədə qəbzə istinad edərək ona məxsus olan 9 nömrəli mənzilin iddiaçının tələbində göstərdiyi 7 nömrəli mənzil olması qənaətinə gəlmişdir. Bundan başqa iş materiallarına əlavə edilmiş Ali Məhkəmənin 27 oktyar 2017-ci il tarixli qərarından da göründüyü kimi, həmin qərarla X6un hüquqi varisi X7a ona qarşı mübahisəli 7100 manat borc tələb etmiş və məhkəmə qətnamələri ondan V.Rüstəmovanın xeyrinə pulun tutulması qət olunmuşdur. Həmin pul ona məxsus olan və hal-hazırda sahibliyində olan 9 nömrəli mənzilin alqı-satqısı ilə bağlı mərhum X6 mənzilin pulundan qalan borc olmuşdur. Bu səbəbdən də həmin borcla bağlı notariat kontorunda X7a ilə kredit müqaviləsi bağlamışdır. Qətnamə ilə ondan pulu n tutulması qət edildikdən sonra o qətnaməni icra edərək pulu X7aya ödəmişdir. Göründüyü kim 9 saylı mənzilin pulunu tam ödəyərək mənzilə mülkiyyət hüququ əldə etmişdir. Məhkəmə işdə olan sübutlara qiymət verməyərək iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh və vəkilləri məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. İddiaçının nümayəndəsi və vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası icla sının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər cavabehlər üçüncü şəxs gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının: Maddə
13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz; Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 152.1-ci Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbi q edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, iddiaçı tələbi rədd edilən hissəsini mübahisələndirməmişdir. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə Cavabdeh3 tərəfindən iddia tələbinin təmin e dilən hissədə mübahisələndirildiyindən qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini, məhkəmə kollegiyasının iclasında iştirak edən şəxlərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, iş ləğv edilən hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş mübahisələndirilməyən hallarına görə, mübahisəli ünvanda yerləşən 7 №-li mənzil qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiaçıya məxsusdur. İşin mübahisələnd irilməyən digər halına görə mübahisəli ünvanda yerləşən 9 № li mənzil Cavabdeh3 məxsusdur. İddiaçı tələbini Cavabdeh3 qarşı yönəldərək Bakı Apellyasiya Məhkəməsinin 11.03.2014-cü il tarixli, 2(103)-1868/2014 saylı qətnaməsi ilə ona (iddiaçıya) verilməsi qət olunmuş 7 nömrəli mənzildə Cavabdeh3 yaşadığını qeyd etmişdir. Cavabdeh isə iddiaya etiraz edərək 7 №-li mənzilin onunla heç bir əlaqəsinin olmadığını, onun yaşadığı mənzilin 9 №-li mənzil olmasını göstərmişdir. Apellyasiya instansiyası məhkəməsi mübahisəli ünvana yerində baxış keçirməklə belə qənaətə gəlmişdir ki, Cavabdeh3 ailə üzvlərinin yaşadığı mənzil iddiaçının iddia etdiyi 7 №-li mənzildir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə işdə olan sübutları MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun tədqiq etməyərək düzgün olmayan qətnamə qəbul etmişdir. Həmin normaya görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 418.3-cü maddəsinə görə, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Belə ki, yerində baxış zamanı məhkəmə müəyyən etmişdir ki, mübahisəli ünvanın yerləşdiyi blokun birinci mərtəbəsində iki üzbəüz yerləşən mənzillərin giriş qapısı vardır. Baxışda iştirak edən idd iaçının nümayəndəsi X7a həmin mərtəbədə daha iki mənzil olduğunu, sonradan qapıların ikisinin bağlandığını bildirmişdir. Məhkəmə müəyyən etmişdir ki, ikinci mərtəbədə 4 mənzil, üçüncü mərtəbədə də 4 mənzil vardır. Göründüyü kimi, iddiaçının nümayəndəsinin də göstərdiyi kimi həmin blokun birinci mərtəbəsində də 4 mənzil olmuş, sonradan iki mənzilin qapısı bağlanmışdır. İkinci və üçüncü mərtəbələrdə də hərəsində 4 mənzil olmuşdur. Belə olan halda adi riyazi hesablama ilə 3 cü mərtəbədə 7 nömrəli mənzilin olmasının mümkünlüyü sual doğurur. Məhkəmə bu hala əhəmiyyət verməmiş, mənzillərin nömrələrinin hansı qaydada nömrələndiyini, mənzilə nömrələr verilərkən, o cümlədən mənzilin sakinləri ilə müqavilələr bağlanarkən mübahisəli blokun yerləşdiyi mərtəbələrdə neçə mənzilin olmasını müəyyən etməmi ş, MTK-nın nümayəndəsini cəlb etməklə və binanın cavabdehə mənzil satılan zaman möcud olmuş layihəsini tədqiq etməklə bu məsələni araşdırmamışdır. Digər tərəfdən məhkəmənin hansı əsasla Cavabdeh3 ailə üzvlərinin yaşadığı mənzilin iddiaçının iddia etdiyi 7-№ li mənzil olması qənaətinə gəlməsi də məlum deyildir. Məhkəmə bu qənaətə gələrkən mübahisəli binanın mənzilin yerləşdiyi mərtəbədənin sakini tərəfindən təqdim olunması iddia edilən, lakin iş materiallarında olmayan sübuta əsaslanmışdır. MPM-nin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli ol an, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı Cavabdeh3 məxsus 9 № li mənzilin ona məhkəmə qətnaməsi ilə verilmiş 7 № li mənzil olmasını iddia edir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan is tifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. İddiaçı cavabdehə məxsus mənzilin ona (iddiaçıya) qətnamə ilə verilmiş mənzil olmasını sübut etməlidir. Lakin iddiaçının bu barədə məhkəmə hər hansı sübut təqdim etməsi müəyyən edilmir. Əksinə cavabdeh tərəfindən təqdim edilmiş MTK-nın arayışında mübahisəli binada yerləşən 7 №li mənzilin Cavabdeh3la heç bir əlaqəsinin olmaması qeyd edilmişdir. İşdən daha sonra görünür ki, mübahisənin predmeti olan ünvan 1 ünvanda inşa edilən çoxmərtəbəli yaşayış evinin 1-ci blok, 3-cü mərtəbə, ümumi sahəsi 70 kvadrat metr olan 1 otaqlı 9 saylı mənzilə dair iddiaçının atası X12 ilə Cavabdeh3 arasında 28 iyun 2006-cı il tarixli digər müqavilə bağlanmış, Cavab deh3 həmin mənzilin dəyərini tam ödəmişdir. Həmin müqavilə mübahisələndirilməmişdir. Əksinə müqavilə üzrə mənzilin dəyərinin tam ödənilməməsi ilə bağlı mərhum X6un arvadı X7a ilə cavabeh Cavabdeh3 arasında mübahisə olmuş, X15 Rayon Məhkəməsində iddia qaldıraraq göstərmişdir ki, Cavabdeh3 mənzilə görə 7100 manat borclu qalmış, həmin borcu onlar notariat qaydasında təsdiqlənmiş (04 iyun 2015-ci il, Bakı şəhəri 42 saylı Notariat kontoru) müqavilə ilə rəsmiləşdirmiş, borc müqavilə göstərilən 04 yanvar 2016-cı il tarixdə qaytarılmadığına görə məhkəmədə iddia qaldırmağa məcbur olmuşdur. İşə baxan Lənkəran Rayon Məhkəməsinin 15 noyabr 2016-cı il tarixli qətnaməsi ilə X7anın iddiası təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 02 may 2017-ci il tarixli qətnaməsi ilə Lənkəran Rayon Məhkəməsinin q ətnaməsi, Ali Məhkəmənin 27 oktyabr 2017-ci il tarixli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsini qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşə baxan apellyasiya instansiyası məhkəməsi qanuni qüvvəyə minmiş qeyd olunan məhkəmə aktlarında göstərilənləri, hazırkı mübahisənin predmeti olan mənzilin cavabdehin sahibliyinə qanuni əsaslarla verilməsinin iddiaçının qanuni nümayəndəsi tərəfindən etiraf edildiyini nəzərə almamışdır. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi işdə olan sübutları tam və hərtərəfli baxmamış, sübutları düzgün tədqiq etməmiş, bütün bunlar nəticəsində düzgün olmayan qənaətə gəlmişdir. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, işin mübahisələndirilməyən halına görə Cavabdeh3 məxsus mənzildə onun ailə üzvləri (oğlu) yaşayır. İddiaçı isə tələbin Cavabdeh3 qarşı yönəltmişdir. İddia tələbini qismən təmin edən apellyasiya instansiyası məhkəməsi Cavabdeh3 iddia tələbinə cavab verməli olan şəxs olub-olmamasına qiymət verməmişdir. Qeyd olunan halları və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə mübahisələndirilən hissədə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə həmin hissədə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə yuxarıda göstərilən nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazı m olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsas ən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-582/2020 nömrəli iş üzrə 02 oktyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni iddia tələbinin Cavabdeh3 aid hissədə təmin edilməsi hissədə ləğv edilsin və mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.