Məhkəmə qərarları › İş №2(102)-2178/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2178/2022

15.04.2022 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2178/2022 15.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9419/2021 saylı iş üzrə 02 dekabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 15 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları və iş üzrə məhkəmə icraatı

1. İddiaçı ilə 16 fevral 2008-ci ildə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında Bakı şəhərində, Abşeron rayonu ərazisində, Xırdalan qəsəbəsi, Sumqayıt şossesi 7 KM inşa etdirdiyi 1 saylı binanın 82 blok, 6a saylı 1 otaqdan ibarət ümumi yaşayış sahəsi 49,72 kv.m. olan mənzilə dair 5626 saylı "Mənzilin Alqı-Satqı Müqaviləsi" bağlanmışdır. Müqavilənin 1.2-ci bəndində göstərilir ki, "Satıcı" satdığı mənzili nəzərdə tutulmuş müddətdə (həmin müddət müqavilənin 3.1.2.4 bəndinə əsasən 18 ay müəyyən edilmişdir) alıcıya verməyi öhdəsinə götürür. Həmin Müqavilənin 2.1-ci bəndində deyilir: hazırkı alqısatqı müqaviləsinin predmeti olan məzilin qiyməti tərəflərin razılığı ilə 89185,25 manat məbləğində müəyyən olunur və alıcı mənzilin qiymətini səksən doqquz min yüz səksən beş manat 25 qəpik 300 (üç yüz) ay müddətində ödəməyi öhdəsinə götürür. Həmin Müqavilənin 3.1.2.1-ci bəndində deyilir ki, bu müqavilənin müddəaları ilə nəzərdə tutulan qaydada və müəyyən edilmiş şərtlər daxilində mənzilin alıcıya verilməsini təmin etmək "satıcının" vəzifəsidir. "Satıcı" tərəfindən müqavilənin "Satıcının vəzifələri"ni göstərən 3.1.2 -ci bəndinin tələbləri layiqincə yerinə yetirilməmişdir. Ümumiyyətlə bu Müqavilə "Alıcının" hüquqlarının kobud surətdə pozulması ilə bağlanmışdır. Müqavilənin 3.2.2.1-ci bəndinin son iki abzasında göstərilənlər buna misal ola bilər. Həmin abzaslarda qeyd olunur ki, Satıcıdan alınmış mənzilin təmir işlərini yalnız satıcının təklif etdiyi sığorta şirkətində mənzili sığorta etdirdikdən sonra həyata keçirə bilər. Sonra qeyd olunur ki, Alıcı yalnız satıcı tərəfindən təklif olunmuş sı ğorta şirkətində öz həyatını və əmək qabiliyyətinin itirilməsi riskini sığortalatdırmalıdır. Həmin Müqavilənin 5.7-ci bəndində göstərilir ki, "Alıcı" tərəfindən verilmiş ikin ödəniş məbləği mənzilin qiymətinə hesablanmır və sonradan müqavilənin dəyişdirilməsi, ləğvi, müqavilə öhdəliklərinin başqa şəxslərə keçirilməsi hallarında "Alıcıya" qaytarılmır. Halbuki, həmin Müqavilənin 3.2.2.1-ci bəndində mənzilin dəyəri 89185,25 manat (səksən doqquz min bir yüz səksən beş manat iyirmi beş qəpik) göstərilmişdir. Müqavilənin bu iki bəndi bir-biri ilə ziddiyyət təşkil edir və "Alıcının" aldadılması deməkdir. Bildirilir ki, "Satıcının" öz vəzifəsini layiqincə yerinə yetirmədiyi, aldadıldıqlarını başa düşdükləri üçün, həmçinin sonradan satıcı "X3" Açıq Səhmdar Cəmiyyətinin ona qarşı Abşeron Məhkəməsind ə arasında "Müqavilənin ləğv edilməsi mənzilin boşaldılması, geri qaytarılması tələbinə dair" iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət etdiyi ona məlum olduğu üçün o da həmin mənzildən imtina edir. Həmin iddia üzrə Abşeron rayon Məhkəməsi Məhkəməsi iddiaçı "xxxx" ASC-nin cavabdeh İddiaçı qarşı "Müqavilənin ləğv edilməsi, mənzilin boşaldılması və geri qaytarılması tələbinə dair" iddiasının təmin olunması barədə 2(012)-2329/2015 saylı iş üzrə 23 iyul 2015-ci il tarixli qətnamə qəbul etmişdir. Müqavilənin 5.3-ci bəndində deyilir: Alıcı tərəfindən Müqavilənin icrasından imtina edilməsi hallarında ilkin ödəniş istisna olmaqla, ödənilmiş məbləğin əsas hissəsi yalnız mənzil satıldıqdan sonra alıcıya qaytarılır. Bu zaman satıcı alıcıya çatası həmin məbləğin ilkin ödənişini mənzilin sat ılması ilə əlaqədar çəkilən xərclərin əvəzi kimi tutur. Mənim tərəfimdən indiyə qədər 22296,96 manat (iyirmi iki min iki yüz doxsan altı manat 96 qəpik) pul ödənilib. Axırıncı ödəniş 12.05.2014-cü ildə həyata keçirilib. Həmin vaxt onlar cavabdehə mənzilin geri qaytarılması üçün razılığa gəlməyi xahiş etmişlər. Onlar isə cavabında heç bir məbləğ ödəməyəcəklərini və məhkəməyə verəcəklərini bildirdilər. Həmçinin bildirilir ki, həmin mənzilin təmirinə iddiaçı tərəfindən 12000 manat (on iki min) pul xərclənib. Müqavilə qarşı tərəfin iddiası əsasında ləğv edildiyi üçün həmin məbləği geri tələb etmək hüququ var. Bildirmək istəyir ki, o, iki dəfə bu problemin qanunauyğun həll edilməsi üçün Nərimanov rayon Mləhkəməsinə müraciət etmiş və bundan sonra cavabdeh iddiaçı ilə problemin həlli ilə əlaqədar razılığa gəlib, lakin sənədlər məhkəmədən götürüldükdən sonra onu aldadaraq, iddiaçı tərəfindən qəbul edilməsi mümkün olmayan qanunsuz tələblər irəli sürüblər. a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5626 saylı "Mənzilin alğı-satqı müqaviləsinin icrası ilə əlaqədar ödənilmiş 22296,96 manat (iyirmi iki min iki yüz doxsan altı manat 96 qəpik) məbləğin, 12000 manat (on iki min) təmirə çəkilmiş xərcin, 30 manat dövlət rüsumunun, cəmi 34296,96 manat (otuz dörd min iki yüz doxsan altı manat doxsan altı qəpik) məbləğin və 30 manat (otuz) dövlət rüsumunun "X3" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Bakı şəhəri Nərimanov Ra yon Məhkəməsinin 05.11.2019-cu il tarixli, 2(005)102/2019 saylı qətnaməsi ilə (hakim S.Ədilova) iddia qismən təmin edilmiş, Cavabdeh ASC-dən Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt Şossesi 7 km inşa etdiyi 1 saylı binanın 82-ci blokunun ümumi sahəsi 49,72 kv.m olan 1 otaqlı 6a saylı mənzilin təmirinə çəkilmiş 12000 manat məbləğində pul və 30 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri bərabər qaydada "xxxx" ASC-dən 150 manat və İddiaçı 150 manat olmaqla, cəmi 300 (üç yüz) manat məbləğində pulun tutulması, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə sə viyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməsi qət edilmişdir.

4. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh “X2 Korporasiyası” ASC hər hansı hüquqi əsas olmadan həmin mənzilin təmirinə sərf edilmiş vəsaitdən (artıq mənzilin dəyərini artıran bir amil olaraq) faydalanması və bu hal cavabdehin əsassız varlanması kimi qiymətləndirilməlidir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 30.09.2019-cu il tarixli, 13883 saylı ekspert rəyini mötəbər sübut kimi qiymətləndirib, belə qənaətə gəlir ki, cavabdeh “X2 Korporasiyası” ASC hər hansı hüquqi əsas olmadan təmirin dəyəri qismində əldə etmiş 12000 manat məbləğində pulu İddiaçı qaytarmalıdır. Belə ki, iddiaçının iddia tələbi 12000 manat olmuş, iddia tələbinin həcmi artırılmamışdır. İddiaçı cavabdehə cəmi nağd şəkildə 22.296,96 manat məbləğində pulun ödənildiyini qeyd edir. Ona görə də həmin pulun cavabdehdən alınıb ona ödənilməsini xahiş edir. Ancaq 16.02.2018-ci il tarixli, 5626 saylı mənzilin alqı-satqı müqaviləsinin 5.8-ci bəndində göstərilir ki, müqavilə alıcının təşəbbüsü ilə ləğv edildiyi hallarda, Alıcı tərəfindən müqavilədən imtina edilməsi hallarında ilkin ödəniş istisna olunmaqla, ödənilmiş məbləğin əsas hissəsi yalnız mənzil satıldıqdan sonra alıcıya qaytarılır. Bu zaman satıcı alıcıya çatası həmin məbləğin ilkin ödənişini mənzilin satılması ilə əlaqədar çəkilən xərclərin əvəzi kimi tutulur. Bu səbəbdən iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir.

5. Məhkəmə iş üzrə gəldiyi nəticənin qanuni əsasları kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 157.6, 157.7, 560.1, 560.2, 1091.1, 1091.2, 1092.1, 1093.1, 1094-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, 119.1-ci maddələrinə istinad etmişdir.

6. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, onun ləğv edilərək, iddianın tam təmin edilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki 1-ci icraat

7. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-234/2021 saylı mülki iş üzrə 22 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Ş.Talışinski (sədrlik edən və məruzəçi hakim), R.Ə.Eyvazov və Z.A.Şirinov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsini n 05.11.2019-cu il tarixli, 2(005)-102/2019 saylı qətnaməsi dəyişdirilmiş, "xxxx" ASC-dən Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt Şossesi 7 km inşa etdiyi binanın 82-ci blokunun ümumi sahəsi 49.72 kv.m olan 1 otaqlı 6a saylı mənzilin təmirinə çəkilmiş 7200 manat məbləğində pul İddiaçı xeyrinə tutulması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

8. Qətnamədən narazı qalan iddiaçı kassasiya şikayəti verərək, onun ləğv edilərək, iddianın tam təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki 1-ci icraat

9. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)3991/2021 saylı mülki iş üzrə 12 avqust 2021-ci il tarixli qərarı ilə (hakimlər V.Həsənov (sədrlik edən və məruzəçi hakim), Ə.Əhmədov və İ.Şəfi yev) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)234/2021 saylı mülki iş üzrə 22 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki 2-ci icraat

10. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-9419/2021 saylı mülki iş üzrə 02 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Mərdanova (sədrlik edən və məruzəçi hakim), E.Həsənov və F.Babayev) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05.11.2019-cu il tarixli, 2(005)-102/2019 saylı qətnaməsi qismən, yəni iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi qismən təmin edilmiş, Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt Şossesi 7 km ünvanında yerləşən bina 1, blok 82, ümumi sahəsi 49.72 kv.m olan 1 otaqlı 6a saylı mənzil satıldıqdan sonra cavabdeh "xxxx" ASC-dən 21.999,68 manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

11. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 16.02.2008-ci il tarixli, 5626 saylı mənzilin alqı-satqı müqaviləsinə əsasən satıcı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt Şossesi 7 km inşa etdiyi 1 saylı binanın 82 blok, 6A saylı ümumi sahəsi 49,72 kv.m olan 1 otaqlı mən zilini alıcı İddiaçı satmağı, alıcı isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini (qiymətini) satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Mənzilin dəyəri (qiyməti) tərəflərin razılğı ilə 89185,25 manat məbləğində müəyyən olunur və alıcı mənzilin qiymətini 300 ay müddətinə, hər ay 297,28 manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 5.8-ci bəndinə əsasən alıcı tərəfindən müqavilənin icrasından imtina edilməsi hallarında ilkin ödəniş istisna olmaqla, ödənilmiş məbləğin əsas hissəsi yalnız mənzil satıldıqdan sonra alıcıya qaytarılır. Bu zaman satıcı alıcıya çatası həmin məbləğin ilkin ödənişini mənzilin satılması ilə əlaqədar çəkilmiş xərclərin əvəzi kimi tutur. Abşeron Rayon Məhkəməsinin 2(005)-23 29/2015 nömrəli, 23 iyul 2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, "X2 Korporasiyası” ASC ilə cavabdeh İddiaçı arasında bağlanılmış 16.02.2008-ci il tarixli, 5626 saylı müqavilənin ləğv edilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şosesi, 7-ci km-də yerləşən 1 saylı binanın 82-ci blokunun ümumi sahəsi 49,72 kv.m olan 1 otaqlı 6 a saylı mənzilin boşaldılması və mənzilin cavabdeh "X2 Korporasiyası” ASC-yə təhvil verilməsi qət edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 24.05.2018-ci il tarixli qərardadına əsəsən təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının nəticələrinə dair Məhkəmə Ekspertiza Mərkəzinin 18.10.2018-ci il tarixli, 14650 saylı ekspert rəyi ilə Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şosesində yerləşən 1 saylı binada İddiaçı yaşadığı mübahis əli mənzil üzrə aparılmış təmir işlərinin bazar qiymətlərinə uyğun təqribi ümumi dəyəri 9872 manat məbləğində olduğu müəyyən edilir. Məhkəmə Ekspertiza Mərkəzinin 15.03.2019-cu il tarixli 32290 saylı məhkəmə tikinti-texniki ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 7-ci km-də inşa edilmiş 1 saylı yaşayış binasının 82-ci blokunda yerləşən 6a saylı mənzilində yerinə yetirilmiş müxtəlif növ tikinti-təmir və quraşdırma işlərinin təqribi dəyərinin 2012-ci ildə mövcud olmuş bazar qiymətlərinə uyğun olaraq, 12250 manat məbləğində olduğu müəyyən edilir. Tədqiq olunan mənzil üzrə aparılmış müxtəlif növ işlərin dəyərinə dair ilkin ekspertiza ilə təkrar ekspertizanın nəticələri arasında artmağa doğru yaranmış 237 8 manat (12250-9872) qiymət fərqi, hazırkı ekspertiza tədqiqatı zamanı tədqiq olunan mənzilin təmirinə çəkilmiş xərclərlə bağlı tərtib edilmiş aktda göstərilənlərin nəzərə alınması ilə izah olunur. Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 7-ci km-də inşa edilmiş 1 saylı yaşayış binasının 82-ci blokunda yerləşən 6a saylı mənzilində təmir işlərinin hansı dövrdə başlanıb yekunlaşdığı barədə məlumat mülki iş materiallarında olmadığından, mənzilin təmir işlərinin köhnəlmə faizini müəyyən etmək mümkün deyildir. Bu səbəbdən də, amortizasiya – köhnəlmə nəzərə alınmaqla, mənzilin təmirinə çəkilmiş xərclərin müəyyən olunmasına dair tədqiqat aparılmamışdır. Məhkəmə Ekspertiza Mərkəzinin 30.09.2019-cu il tarixli, 13883 saylı ekspert rəyi ilə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, A bşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 7-ci km-də inşa edilmiş 1 saylı yaşayış binasının 82-ci blokunda yerləşən 6a saylı mənzilində yerinə yetirilmiş təmir işlərinin ümumi dəyəri 12250 manat məbləğində olduğu müəyyən edilir. Təmir işlərinin köhnəlmə əmsalının hesablanmasına dair metodika olmadığından bu suallar tədqiqat aparılmamışdır. Lakin tədqiq olunan mənzilə baxış keçirilən zamanı, həmin mənzil üzrə yerinə yetirilmiş təmir işlərinin normal vəziyyətdə olduğu, konstruktiv elementlər üzrə hər hansı qüsurlar yaranmadığı müəyyən edilir. Məhkəmə kollegiyasına "xxxx" ASC tərəfindən təqdim olunmuş 30 noyabr 2021-ci il tarixli arayışdan görünür ki, alıcı tərəfindən mənzilə görə 22296.96 manat ödəniş edilmişdir. 22296.96 manatdan 297.28 manat ilkin ödəniş kimi qəbul edilmişdir.

12. Mənzil təmir edildikdən sonra, iddiaçı həmin mənzildə yaşamamışdır. Bu iddiaçı tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş fotoşəkillərlə təsdiq edilir. İdidaçının həmin mənzildə yaşaması cavabdeh tərəfindən digər hallarla sübuta yetirilməmişdir.

13. Bundan başqa Məhkəmə Ekspertiza Mərkəzinin 30.09.2019-cu il tarixli, 13883 saylı ekspert rəyindən görünür ki, mübahisəli mənzildə təmir işləri normal vəziyyətdə olduğu, konstruktiv elementlər üzrə hər-hansı qüsurun yaranmadığı müəyyən edilmişdir.

14. Cavabdeh tərəf iddia tələbinə etirazında köhnəlmə (amortizasiya) hesablanmasının yeni (açıq) metodunun tətbiqi üzrə təlimata istinad etsə də, həmin təlimat Azərbaycan Respublikası Ədliyyə Nazirinin 76-S saylı 31.08.2005-ci il tarixli sərəncamı ilə qüvvədən düşmüş hesab edilmişdir. Belə olan ha lda, mənzildə qüsurlar olmadığından köhnəlmə faizi də tətbiq edilə bilməz.

15. Bundan başqa cavabdeh tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş, 30.11.2021-ci il tarixli arayışdan görünür ki, iddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 7-ci km-də inşa edilmiş 1 saylı yaşayış binasının 82-ci blokunda yerləşən 6a saylı mənzilə görə, ümumilikdə 22296,96 manat pul vəsaiti ödənilmişdir. 22296,96 manat pul vəsaitindən 297,28 manat ilkin ödəniş kimi qəbul edilmişdir.

16. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(005)-2329/2015 nömrəli, 23 iyul 2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, “X2 Korporasiyası” ASC ilə cavabdeh İddiaçı arasında bağlanılmış 16.02.2008-ci il tarixli, 5626 saylı müqavilənin ləğv edilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şosesi, 7-ci km-də yerləşən 1 saylı binanın 82-ci blokunun ümumi sahəsi 49,72 kv.m olan 1 otaqlı 6 a saylı mənzilin boşaldılması və mənzilin cavabdeh “X2 Korporasiyası” ASC-yə təhvil verilməsi qət edilmişdir. Buna baxmayaraq, iddiaçı tərəfindən cavabdehə ödənilmiş pul vəsaitinin geri qaytarılması qətnamə ilə müəyyən edilməmiş, cavabdeh isə həmin pul vəsaitinin geri qaytarılmasına cəhd etməmişdir. Bununla da, cavabdeh həm, mübahisəli əmlakı, həm də, iddiaçı tərəfindən mənzil üçün ona ödənilmiş məbləği özündə saxlamaqla iddiaçıya münasibətdə üstün mövqe tutmağa çalışmış və əsassız varlanmaya yol vermişdir. Halbuki, həmin müqavilənin 5.8-ci bəndinə əsasən alıcı tərəfindən müqavilənin icrasından imtina edilməsi hallarında ilkin ödəniş istisna olmaqla, ödənilmiş məbləğin əsas hissəsi yalnız mən zil satıldıqdan sonra alıcıya qaytarılır. Bu zaman satıcı alıcıya çatası həmin məbləğin ilkin ödənişini mənzilin satılması ilə əlaqədar çəkilmiş xərclərin əvəzi kimi tutur.

17. Maliyyə arayışına əsasən iddiaçı tərəfindən ödənilmiş 21.999,68 manat (22.296,96-297.28) pul vəsaiti cavabdeh "xxxx" ASC-dən tutularaq, İddiaçı ödənilməlidir. Bundan başqa müqavilə şərtlərinə uyğun olaraq, mübahisəli mənzil satıldıqdan sonra həmin məbləğ iddiaçıya ödənilməlidir.

18. Apellyasiya instansiyası məhkəməsi müəyyən etdiyi hallar üzrə qiymətləndirmə apararkən aşağıdakıları qeyd etmişdir.

19. İddiaçı tərəfindən mənzilin təmirinə ödənilmiş pul vəsaitinin cavabdehdən tutularaq, ona ödənilməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. İddiaçı tərəfindən mənzilin təmirinə 12000 manat məb ləğində pul vəsaitinin xərclənməsi işin mübahisəsiz halıdır. Odur ki, qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən bununla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mənzil təmir edildikdən sonra, iddiaçı həmin mənzildə yaşamamışdır. Bu iddiaçı tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş fotoşəkillərlə təsdiq edilir. İdidaçının həmin mənzildə yaşaması cavabdeh tərəfindən digər hallarla sübuta yetirilməmişdir.

20. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası gəldiyi nəticəni əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.6, 157.7, 186.1, 1091, 1092-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələrinə ist inad etmişdir.

21. Cavabdeh "xxxx" ASC (vəkili Nümayəndə) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9419/2021 saylı iş üzrə 02 dekabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilib, işin yeni apelyasiya baxışına qaytarılmasına qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə İddiaçı mənzilin təmirinə çəkdiyi xərcin "xxxx" ASC tərəfindən ödənilməsi barədə qətnamə çıxararkən maddi hüquq normalarını pozmuşdur. Belə ki, İddiaçı Akkordan aldığı mənzilin pulunu ödəmədiyinə, müqavilə öhdəliklərini pozduğuna görə Akkord məhkəmədə iddia qaldırmış, alqı-satqı müqaviləsi məhkəmə qaydasın da ləğv edilərək mənzil Akkorda qaytarılmışdır. İddiaçı müqavilənin ləğv edilməsində təqsirli tərəfdir. Məhkəmə buna qiymət verməmişdir. İddiaçı mənzili təmir edərkən bunu Akkordla razılaşdırmamış, mənzili istədiyi kimi öz riski ilə təmir etmişdir. Təmirlə bağlı iddiaçı ilə Akkord arasında hər hansı razılaşma olmadığına görə Akkord iddiaçı qarşısında mənzilin təmirinin pulunun geri qaytarılması öhdəliyi götürməmiş və belə bir cavabdehlik daşımır. İddiaçı aldığı mənzili hələ də Akkorda geri qaytarmamış, eləcə də Akkord həmin mənzili təmirli mənzil kimi satıb əsassız varlanmamışdır. Ona görə də Akkord bu əsasla da iddiaçı qarşısında öhdəlik daşımır. İddiaçı məhkəməyə Akkordun əsassız varlanması ilə bağlı heç bir sübut təqdim etməmiş, məhkəmə də heç bir hüquqi əsas olmadan əsassız olaraq öz m ülahizəsi ilə Akkordun gələcəkdə əsassız varlanacağı qənaətinə gəlmişdir. Qeyd olunanlara əsasən Akkord İddiaçı qarşısında heç bir öhdəlik daşımadığına görə təmirə çəkilmiş xərci ödəməməlidir. İddiaçı mənzili 2012-ci ildə təmir etməsinə baxmayaraq, Məhkəmə təmirin pulunun ödənilməsi barədə qənaətə gələrkən mənzilin təmirinin köhnəlməsini, aşılanmasını nəzərə almamış, təmirə çəkilmiş xərci, köhnəlmə faizi tətbiq etmədən tam ödənilməsi qənaətinə gəlmişdir. Ekspertiza rəylərində mənzilin köhnəlməsi barədə suala cavab verilmədiyi halda Məhkəmə yarımçıq və əsassız ekspertiza rəyinə istinad etməklə səhv nəticəyə gəlmişdir. Məhkəmə qətnaməsində Azərbaycan Respublikası Ədliyyə Nazirinin 76- S saylı 31.08.2005-ci il tarixli sərəncamı ilə köhnəlmə (amortizasiya) hesablanmasının yeni (açıq) metodunun tətbiqi üzrə təlimatın qüvvədən düşdüyünü qeyd etsə də köhnəlmənin (amortizasiyanın) Vergi məcəlləsi ilə tənzimlənməsi məsələsinə, Vergi Məcəlləsinin 114.3.1-ci bəndinin tələbinə qiymət verməmişdir. Mübahisəsiz haldır ki, mənzilin təmiri köhnəlir, dəyəri aşağı düşür və mənzilin təmirinə köhnəlmə faizinin tətbiq etməmək olduqca məntiqsiz olduğu kimi tam qanunsuz və əsassızdır. İddiaçı 16 fevral 2008-ci il tarixli, 5626 nömrəli alqı-satqı müqaviləsi əsasında Akkordan mənzil almış, aldığı mənzilin pulunu ödəmədiyinə, müqavilə üzrə öhdəliklərini pozduğuna görə Akkord ona qarşı “müqavilənin ləğv edilməsi, mənzilin boşaldılması və təhvil verilməsi tələbinə dair” iddia qaldırmış, iddia təmin edilmişdir. Göründüyü kimi Müqavilənin ləğvinə səbəb İddiaçının mənzilə görə ödənişləri etməməsi, müqav iləni əhəmiyyətli dərəcədə pozması əsas olmuşdur. Ona görə də iddiaçı qarşısında öhdəlik daşımır.

23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları

24. Məhkəmə iclası yazılı icraat qaydasında keçirildiyindən MPM-nin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

25. Maddə 157.6 İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər.

26. Maddə 157.7 Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşı laşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.

27. Maddə 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

28. Maddə 1091.1 Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

29. Maddə 1092.1 Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

30. Maddə 14.2 Məhkəmə yalnız tərəfləri n təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmı r və onlara qiymət vermir.

34. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

35. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

36. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

37. Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların a ydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

38. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

39. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktl ara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

40. İş üzrə cavabdeh "xxxx" ASC kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsini istədiyindən və bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

42. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, mənzil təmir edildikdən sonra, iddiaçı həmin mənzildə yaşamamışdır. İddiaçının həmin mənzildə yaşaması cavabdeh tərəfindən digər hallarla sübuta yetirilməmişdir. Belə olan halda cavabdehin mənzilin təmirinin köhnəlməsi, aşılanması kimi dəlilləri öz təsdiqini tapmır.

43. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, onu qanuni və ədalətli hesab edir.

44. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmi ş, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş. Belə ki, iddiaçı tərəfindən edilmiş mənzilin təmirindən ibarət yaxşılaşdırmaların ayrılması mümkün olmadığından, vicdanlı sahib qismində bu yaxşılaşdırmaya çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Yaxşılaşdırmaların qiymətləndirilməsi baxımından isə bir daha qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin mənzildə iddiaçı tərəfin yaşamadığı müəyyən edildiyindən məhkəmə haqlı olaraq köhnə faizini tətbiq etməkdən imtina etmişdir.

45. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

46. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassas iya şikayətində göstərilən dəlillər əsassız olduğu üçün hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

47. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh "xxxx" ASC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9419/2021 saylı iş üzrə 02 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar