Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2180/2025 10.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər X7, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, X5, Cavabdeh6, X6, Cavabdeh7 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər X7, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, X5, Cavabdeh6, X6, Cavabdeh7 qarşı “mənzi ldən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-430/2025 nömrəli, 6 mart 2025-ci il tarixli qətnaməsindən Cavabdeh4 İ xaṡ oğlu tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı ASC ilə Cavabdeh4 arasında 12 avqust 2008-ci il tarixli 205 saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Bank tərəfindən Cavabdeh4 20.322, 58 manat məbləğində kredit verilmişdir.
2. Cavabdeh4 özünə məxsus Quba rayonu, M.Tahirov küçəsində 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 139,4 kv.m yaşayış, 163,3 kv.m köməkçi sahədən ibarət 24 saylı fərdi yaşayış evini ipoteka müqaviləsi əsasında Bank qar şısında ipoteka ilə yüklü etmişdir.
3. Quba Rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(027)-619/2010 saylı qətnaməsi ilə iddia təmin olunmuş, 23.697,98 manat borcun Cavabdeh4 tutulması və mübahisəli fərdi yaşayış evinə yönəldilməsi qət edilmişdir.
4. Hərracın yekunları barədə 22 avqust 2012-ci il tarixli Y-964 №li protokola əsasən, Cavabdeh4 məxsus Quba şəhəri Mirzəbala Tahirov küçəsində yerləşən 24 saylı fərdi yaşayış evi hərracda ipoteka saxlayan İddiaçı ASC tərəfindən 63750 manata alınmışdır.
5. Əmlaka dair mülkiyyət hüququ DƏDRX-da ********** qeydiyyat nömrəsi ilə xx.xx.2014-ci il tarixdə qeydə alınmış, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən İddiaçı ASC-nin adına çıxarış alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məh kəməsində icraat
6. İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər X7, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, X5, Cavabdeh6, X6, Cavabdeh7 qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, cavabehlər X4, Cavabdeh4, Cavabdeh1 qıznın, Cavabdeh3, Cavabdeh8, Cavabdeh6, Cavabdeh2, Cavabdeh7 mübahisəli yaşayış evinə dair istifadə hüquqlarının itirilmiş hesab edilmələrinə, fərdi yaşayış evindən məcburi qaydada çıxarılmalarına, mənzilin boşaldılmasına, Banka təhvil verilməsinə və 100 (yüz) manat dövlət rüsümunun cavabehlərdən tutularaq İddiaçı ASC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh4 arasında 12 avqust 2008-ci il tarixli 205 saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Bank tərəfindən Cavabdeh4 20.322, 58 (iyirmi min üç yüz iyirmi iki, 58) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh4 özünə məxsus Quba rayonu, M.Tahirov küçəsində 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 139,4 kv.m yaşayış, 163,3 kv.m köməkçi sahədən ibarət 24 saylı fərdi yaşayış evini xx.xx.2008-ci il tarixli ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü etmişdir. Lakin qeyd olunan kredit müqaviləsinin tələbləri pozulmuş, kredit ödənişləri qrafikə uyğun həyata keçirilməmiş, bununla da kredit öhdəlikləri lazımınca icra edilməmişdir. Bank tərəfindən kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsinə, tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Quba Rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(027)-619/2010 saylı qətnaməsi ilə iddia təmin olunmuş, 23.697,98 manat borcun Cavabdeh4 tutulması və Quba rayonu, M.Tahirov küçəsində 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 139,4 kv.m yaşayış, 163,3 kv.m köməkçi sahədən ibarət 24 saylı fərdi yaşayış evinə yönəldilməsi qət edilmişdir. Bank qarşısında ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaka tutma yönəldilməsinə dair qətnamə qanuni qüvvəsini almış, icraya yönəldilmiş, həmin əmlak barəsində məcburi icra hərəkətləri həyata keçirilmiş, əmlak qiymətləndirilmiş və satılması üçün açıq hərraca çıxarılmışdır. "xxxx" MMC tərəfind ən verilmiş xx.xx.2022-ci il tarixli, Y-964 saylı hərracın yekunlarına dair protokola əsasən harracın qalibi İddiaçı ASC olmuşdur. Əmlaka dair mülkiyyət hüququ DƏDRX-da ********** qeydiyyat nömrəsi ilə xx.xx.2014-ci il tarixdə qeydə alınmış, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən İddiaçı ASC-nin adına RX Seriyalı ******* nömrəli çıxarış alınmışdır. Daşınmaz əmlak hal-hazırda Bankın mülkiyyətində olduğuna görə cavabdehlərin qeyd olunan yaşayış sahəsini 1 (bir) ay müddətində boşaltmaq vəzifəsi yaranmışdır.
8. Quba Rayon Məhkəməsinin 05 noyabr 2024-cü il tarixli, e-2(027)-1703/2024 nömrəli qətnaməsi ilə (hakim Vüqar Seyidov) iddia təmin edilmiş, cavabdehlər X7, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh8, Cavabdeh6, Cavabdeh2, Cavabdeh7 Quba şəhəri, Mirzəbal a Tahirov küçəsində 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 139,4 kv.m yaşayış, 163,3 kv.m köməkçi sahədən ibarət 24 saylı fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər X7, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh8, Cavabdeh6, Cavabdeh2 və Cavabdeh7 Quba şəhəri, M.Tahirov küçəsi, 24 saylı fərdi yaşayış evindən çıxarılması, hazırkı iddia ilə əlaqədar dövlət rüsumu kimi ödənilmiş 100 manatın cavabdehlərdən tutularaq iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi qət edilmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, işdəki sübutlardan görünür ki, Quba şəhəri, M.Tahirov küçəsində yerləşən 24 saylı fərdi yaşayış evi İddiaçı ASC-nin xüsusi mülkiyyətindədir və cavabdehlər X7, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, X5, Cavabdeh6, X6, Cavabdeh7 mülkiyyətçi olmadan, mülkiyyətçi ilə icarə və kirayə müqaviləsi bağlamadan, həmçinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslar olmadan həmin evdə yaşamaqla, evdən istifadə edirlər.
10. Məhkəmə hesab etmişdir ki, ipoteka predmeti olmuş Quba şəhəri, M.Tahirov küçəsində yerləşən 24 saylı fərdi yaşayış evinə İddiaçı ASC-nin mülkiyyət hüququ olduğundan və cavabdehlər hazırda heç bir hüquqi əsas olmadan həmin evə qanunsuz sahiblik edib, evdən istifadə etdiklərindən və bununla da iddiaçının mülkiyyət hüquqlarını pozduqlarından, cavabdehlərin həmin evə istifadə hüquqlarına xitam verilərək, iddiaçının sözügedən evə pozulmuş mülkiyyət hüquqları bərpa olunmalıdır. İş üzrə cavabdehlər Quba şəhəri, M.Tahirov küçəsində yerləşən 24 saylı fərdi yaşayış evi ndən qanuni əsaslarla istifadə etmələrini, həmin evin onların qanuni sahiblik və istifadəsində olmalarını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdirlər.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 205.2, 152.1 və 157.2-cü maddələri, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyat haqqında» Azərbaycan Respublikası Qanununun 2 və 9-cu maddələri, İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Cavabdeh4 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsini və iddianın rədd edilərək iddia tələbinin Cavabdeh4 dair hissəsində təmin olunmamasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qəbul etdiyi xx.xx.2024-cü il tarixli, e-2(027)-1703/2024 saylı qətnamə qeyri-qanunidir, bu səbəbdən ləğv edilməlidir. Belə ki, Cavabdeh4 2024-cü ilin avqust ayının əvvəlindən X2 mədə xorasından stasionar (reanimasiyada) müalicədə olmuş və müalicə alan zaman daxili qanaxma baş verdiyindən 21 avqust 2024-cü il tarixində saat 2:30-dan 5:30-a kimi açıq əməliyyat keçirmiş, ona beş litrə yaxın qan köçürülmüşdür. Daha sonra müayinə və müalicədə olmuşdur. Bununla yanaşı məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehlər lazımi qaydada xəbərdar edilməmişdir. Məhkəmə bildirişi onlara şəxsən təqdim edilməmiş, bildirişlər olsa belə bildirişlərə cavabdehl ər imza atmamışlar və bu hal məhkəmə tərəfindən ətraflı araşdırılımamışdır.
14. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 6 mart 2025-ci il tarixli, 2(105)-430/2025 nömrəli qətnaməsi ilə (hakim Almaz Süleymanovanın sədrliyi və məruzəsi ilə, hakimlər Lalə Rəhimli və Fuad Məmmədovdan ibarət tərkibdə) Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Quba Rayon Məhkəməsinin 05 noyabr 2024-cü il tarixli, e-2(027)-1703/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir.
15. Apellyasiya məhkəməsinin mövqeyinə görə kollegiya araşdırması zamanı müəyyən edilmişdir ki, Quba şəhəri, M.Tahirov küçəsində yerləşən 24 saylı fərdi yaşayış evi İddiaçı ASC-nin xüsusi mülkiyyətindədir və cavabdehlər X7, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, X5, Cavabdeh6, X6, Cavabde h7 mülkiyyətçi olmadan, mülkiyyətçi ilə icarə və kirayə müqaviləsi bağlamadan, həmçinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslar olmadan həmin evdə yaşamaqla, evdən istifadə edirlər.
16. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə və əsaslandırma ilə razılaşmış və hesab etmişdir ki, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlinmiş və tətbiq edilməli olan maddi hüquq normaları düzgün tətbiq edilmişdir.
17. Məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq hesab etmişdir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qətnamənin ləğvi və şikayətin tə min olunması üçün əsaslı sayıla bilməz. Kollegiya şikayətin dəlilləri ilə bağlı aşağıda şərh olunanları qeyd etməyi zəruri hesab etmişdir.
18. Şikayətin dəlilindən göründüyü kimi apellyator birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehlərin lazımi qaydada xəbərdar edilməməsini mübahisələndirmişdir. Kollegiya şikayətin dəlilini əsassız hesab edir.
19. Belə ki, iş materiallarında olan məhkəmə bildirişlərindən görünür ki, cavabdehlərin yaşayış yerləri üzrə məhkəmə bildirişləri göndərilmiş və iş materialının 69(a) vərəqində olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, Cavabdeh4 xx.xx.2024-cü il tarixində xəbərnaməyə imza etməklə məhkəmə bildirişini qəbu etmişdir.
20. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlmişd ir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
21. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2 və 205.2-ci maddələri, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyat haqqında» Azərbaycan Respub likası Qanununun 2 və 9-cu maddələri, Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1, 372.6, 372.7-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. Cavabdeh4 (Vəkil) kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(105)- 430/2025 saylı qətnaməsinin tamamilə ləğv edilməsini, işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh4 21 avqust 2024-cü il tarixdə X 3 ağır əməliyyat keçirmişdir, evə 18 sentyabrda buraxılandan sonra dərhal Bakı şəhərinə gəlmiş və noyabr ayının sonuna kimi Bakı şəhərində reabilitasiya kursu keçmişdir.Buna baxmayaraq, o, tam sağalmamış və yenidən təkrarən mədə xorasından Bakı şəhərində Real Klinikada 30 aprel 2025-ci il tarixində ağır əməliyyat olmuşdur və hal-hazıra kimi, yəni 19 may 2025-ci il tarixə kimi reanimasiyadadır, vəziyyəti ağırdir. Məsələ ondadır ki ünvan 1 ünvanında pasport qeydiyyatında X7, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh8, Cavabdeh6, Cavabdeh2, Cavabdeh7 olsalarada Cavabdeh1, Cavabdeh6 ümumiyyətlə kim olduqları və bu evə necə qeydiyyata düşdükləri bəlli deyil. O ki qaldı ailə üzvlərinə, Cavabdeh2 Bakı şəhəri, Yeni Günəşli qəsəbəsində yaşayır və müəllimə işləyir. Cavabdeh8 Quba şəhəri Dəvədabanı yaşayış massivində şəxsi evində yaşayır. Cavabdeh3 əri Cavabdeh4 xəstəliyi ilə əlaqədar uzun müddətdir ki Bakı şəhərindədir, xəstəyə qulluq edir. Qaldı Cavabdeh5 isə işdə olduğundan gündüz vaxtlar ev bağlı olur. Bu arada sual olur ki, necə ola bilər huşu üstündə olmayan Cavabdeh4 rəsmi şəkildə poçt zərfini qəbul etsin. İstər birnci instansiya məhkəməsi istərsə də apellyasiya instansiyası məhkəməsi bildirişin məhz Cavabdeh4 tərəfindən imza edilməsi qənaətinə hansı xətşünaslıq ekspertizası rəyi əsasında gəlməsi bəlli deyil.
24. İşə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa bu prosessual hüquq normalarının pozulması hesab olunur. Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmişdir. Məhkəmə bildirişi ona şəxsən təqdim edilməmişdir, bildirişə cavabdeh imza atmamışdır. Apellyasiya instansiyası məhkəməsi sözügedən bildirişdəki imzanın məhz Cavabdeh4 məxsus olmasını əsaslandırmamışdır. Yəni bildirişdəki imzanın Cavabdeh4 məxsus olmasına dair məhkəmə xətşünaslıq ekspertizası keçirilməmişdir.
25. Hesab edirlər ki, kassasiya şikayəti təmin olunaraq iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır və apellyasiya instansiyası məhkəməsinə tövsiyyə olunmalıdır ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixili xəbərnamədəki imza Cavabdeh4 tərəfindən icra edilib edilməməsini müəyyən edilməsindən ötəri məhkəmə xətşünaslıq ekspertizası təyin edilsin və ekspert rəyi əsasında qətnamə qəbul olunsun. Belə ki, iş material larında olan Cavabdeh4 tərəfindən verilmiş etibarnamədəki imzası ilə məhkəmə bildirişlərindəki imzaların vizual baxışı kifayətdir ki, həmin bildirişlərin onun tərəfindən imzalanmaması aydın olunsun.
26. Kassasiya şikayəti Azərbaycan Respublikasının MPM-in 372.7,387.2.2-ci maddələrinə istinad edilməklə əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi
28. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
29. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
30. M addə 205.2. Tutmanın yönəldildiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin həmin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verilir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyat haqqında» Azərbaycan Respublikasının Qanunu:
31. Maddə
2. Şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi, icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür.
32. Maddə
9. Müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmanın əsaslarından biri də şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüqu quna xitam verilməsidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmama sına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
40. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
41. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgü n tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
42. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
43. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən ma ddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
44. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəl i hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
46. Kassasiya şikayətinin əsas dəlili Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmədiyi barədədir.Bununla əlaqədar məhkəmə kollegiyası bildirir ki, iş materialları ilə, o cümlədən 06 mart 2025-ci il tarixli məhkəmə iclasının protokolu ilə təsdiq edilir ki, apelyasiya məhkəməsi tərəfindən iş üzrə Cavabdeh4 və onun nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış, iş üzrə Cavabdeh4 məhkəmə iclasına hər hansı bir məlumat vermədən gəlməmiş, onun nümayəndəsi və vəkili isə ərizə təqdim edərək 6 mart 2025-ci il tarixə saat 11.00-a təyin edilmiş iclasda üzrlü səbəbdən iştirak edə bilməyəcəyini, son vaxtlar yayılmış virus səbəbindən yüksək hərarəti və təzyiqi olduğunu, ev şəraitində ambulator müalicə aldığını bildirərək məhkəmə baxışı iclasının təxirə salınmasını xahiş etmiş və növbəti baxış iclasında mütləq iştirak edəcəyini bildirmişdir.Apellyasiya məhkəməsi vəsatəti müzakirə edərək təmin edilməməsini və məhkəmə iclasının iş üzrə tərəflərin iştirakı olmadan keçirilməsini qərara almışdır.Dəlilin birinci instansiya məhkəməsində Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmədiyi barədə hissəsi üzrə isə apelyasiya məhkəməsi tərəfindən hüquqi qiymət ləndirmə aparılmışdır və kassasiyta məhkəməsi həmin qiymətləndirmə ilə razılaşır.
47. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və kasasiya şikayətində göstərilən hallara prosessual hüquq normalarının tələbinə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdu r, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
49. Ona görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 6 mart 2025-ci il tarixli 2(105)-430/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.