Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2183/2025 24.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər “Astara rayon Mərkəzi Xəstəxanası” PHŞ-yə və Cavabdeh qarşı “işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisə, işə bərpa, işçinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 aprel 2025-ci il tarixli, 2(106)596/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Şirvanova (Ağalıyeva) X10 rayon Mərkəzi xəstəxanasında Siyakü ASM bölməsində tibb bacısı vəzifəsində işləmişdir. 2. “Astara rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Cavabdeh tərəfindən X3 ünvanlanmış 31 iyul 2024-cü il tarixli məktubunda göstərilmişdir: “xx.xx.2024-cü il tarixdən etibarən dəfələrlə telefon vasitəsi ilə İR şöbəsinin müdiri Süleymanova Natiqə tərəfindən xəstəxana direktorunun qəbuluna dəvət olunmağınıza baxmayaraq qəbula gəlməkdən imtina etməsi, 02 avqust 2024-cü il saat 10:00-da “Astara rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Cavabdeh qəbulunda olmasının vacib olduğu, gəlməyəcəyi təqdirdə haqqında ciddi tədbir görüləcəkdir”. 3. “Astara rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Cavabdeh tərəfindən Astara rayon SİHİ şurasının sədrinə ünvanlanmış 07 avqust 2024-cü il tarixli məktubdan görünür ki, “Astara rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin İSX şöbəsinin Siyakü ASM bölməsində tibb bacısı (qardaşı) vəzifəsində çalışan Şirvanova (Ağalıyeva) Vüsalə Akif qızı xx.xx.2024-cü il tarixində tərtib olunmuş akta əsasən heç bir üzrlü səbəb göstərmədən xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək xəbərdarlıqlara və edilən çağırışlara baxmayaraq işə gəlməmişdir. Bu müddət ərzində Siyakü ASM bölməsinin bölmə müdiri Surxay Məmmədov işçi ilə əlaqə saxlamış, lakin Şirvanova (Ağalıyev a) Vüsalə Akif qızı xx.xx.2024-cü il tarixində xəstəliyi ilə əlaqədar işə çıxacağını bildirmişdir. Bu məsələ ilə bağlı işçidən izahat alınması üçün xəstəxanaya dəvət edilmişdir (xx.xx.2024-cü il tarixində göndərilmiş məktub və 03 avqust 2024-cü il tarixində göndərilmiş teleqram). Lakin Şirvanova (Ağalıyeva) Vüsalə Akif qızı edilən çağırışlara önəm verməmişdir. Onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsinə münasibət bildirilməsi xahiş edilmişdir.
4. Astara rayon SİHİ şurasının 10 avqust 2024-cü il tarixli, 12 nömrəli protokoluna əsasən, Astara RMX-nin direktoru Cavabdeh tərəfindən Siyakü ASM bölməsinin tibb bacısı (qardaşı) vəzifəsində işləyən İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqa viləsinə xitam verilməsi, digər intizam tənbehi ilə əvəz olunmuşdur.
5. İddiaçı “Astara rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Cavabdeh 10 avqust 2024-cü il tarixli ərizə ilə müraciət edərək, həmin tarixində səhhətində yaranan problemlə əlaqədar işdən azad olunmasını xahiş etmişdir.
6. İddiaçı “Astara rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Cavabdeh 12 avqust 2024-cüil tarixli ərizə ilə müraciət edərək 10 avqust 2024-cü il tarixli ərizəsinin əsassız hesab edilməsini, müddətsiz müqavilə əsasında çalışdığı, yəni daimi iş yeri olan Siyakü ASM-də tibb bacısı olaraq müddətsiz əmək fəaliyyətini davam etdirməyinə razılıq verilməsini xahiş etmişdir.
7. İşəgötürənin 12 avqust 2024-cü il tarixli əmri ilə “Siyakü KHM” bölməsində “tibb bacısı” vəzifəsində işləyən X 7 ilə bağlanmış xxxxxxx000100 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-in 68.2-ci maddəsinin “a” bəndi ilə - “tərəflərdən birinin təşəbbüsü”nə əsasən xitam verilmişdir. 8. “Astara rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış 29 avqust 2024-cü il tarixli məktubdan görünür ki, 10 avqust 2024-cü il tarixli ərizəyə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən 12 avqust 2024-cü il tarixində əmək müqaviləsinə xitam verilmiş, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 19 mart 2021-ci il tarixli PHŞ/1-2-2021-5020 saylı məktubuna əsasən əmək müqaviləsinə xitam verilməsi nəticəsində yaranmış vakant tibb bacısı (qardaşı) vəzifəsinə Səhiyyə xidmətlərinin təşkili şöbəsində tibb ba cısı (qardaşı) vəzifəsində çalışan X8 təyin edilmişdir. Hazırda Siyakü ASM bölməsində tibb bacısı ixtisaslı vakant ştat olmadığı üçün onun işə bərpa edilməsi mümkün deyil.
9. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Lənkəran-Astara regional şöbəsinin İddiaçı müraciətinə dair 5 noyabr 2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı qanunsuz işdən azad olunması barədə müraciətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Lənkəran-Astara regional şöbəsində baxılmış, İddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işəgötürənin əmri ilə razılaşmadığı təqdirdə məhkəmə orqanına müraciət etmək hüququnun olması izah edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində i craat
10. İddiaçı cavabdehlər “Astara rayon Mərkəzi Xəstəxanası” PHŞ-yə və Cavabdeh qarşı iddia ərizəsi ilə və sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Astara rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Cavabdeh imzaladığı 12 avqust 2024-cü il tarixli 18-1-26/3-1-1018/2024 saylı əmrin ləğv edilməsi, məcburi iş buraxmaya görə iş stajının bərpa olunması, əmək haqqının tam ödənilməsi və Astara rayon X6 hüquqi şəxsin İSX şöbəsinin Siyakü ASM bölməsində tibb bacısı vəzifəsinə qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddia belə əsaslandırılmışdır ki, iddiaçı “Astara rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin İSX şöbəsinin Siyakü ASM bölməsində tibb bacısı vəzifəsində 2004cü ildən 2024-cü ilədək 20 il qüsursuz işl əmişdir. Heç vaxt işində nöqsanı olmamış, heç vaxt barəsində hər hansı tənbeh tədbiri olmamışdır. 10 avqust 2024-cü il tarixdə işində olarkən Astara rayon Siyakü kənd Ailə Sağlamlıq Mərkəzinin rəhbərliyinin ona qarşı ədalətsiz münasibətsizliyi affekt vəziyyətə düşməyi ilə nəticələnmişdir. Belə ki, Siyakü kənd ASM-nin rəhbəri Surxay Məmmədov iddiaçının həyat yoldaşı X2 pul borclu olduğu üçün aralarında mübahisə yaranmış, Astara rayon Siyakü kənd Ailə Sağlamlıq Mərkəzinin rəhbəri Surxay Məmmədov mübahisəni çalışdığı Dövlət müəssisəsinə daşımaqla mübahisəyə bilavasitə iddiaçını qarışdırmışdır. ASM-in rəhbərliyi bilərəkdən Dövlət müəssisəsində mübahisəni pik həddinə gətirərək, qisas almaq məqsədilə yaratdığı vəziyyətdən faydalanmaqla onun məcburi işdən azad olunmağı barədə ərizə yazmağını tələ b etmiş və yazdırmışdır. Həmin vaxt huşunu itirib yerə yıxıldığı üçün hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunmuşdur. 10 avqust 2024-cü il tarixdə işdən azad olunmağı barədə yazdığı ərizədə səhhəti ilə bağlı problemin yarandığını da qeyd etmişdir. Mövcud qanunvericiliyin tələblərinə əsasən əmək münasibətləri əmək qanunvericiliyi ilə tənzimləndiyindən Əmək Məcəlləsinin 69.4-cü maddəsini rəhbər tutaraq, 10 avqust 2024cü il tarixdə affekt vəziyyətdə yazmış olduğu ərizəsinin geri götürülməsini, daimi işinə davam etmək istədiyi barədə (növbəti iş günü) yəni, 12 avqust 2024-cü il tarixində işə götürənə yeni ərizə ilə rəsmi poçt vasitəsilə müraciət ünvanlamışdır. İşə götürən, yəni Astara rayon X6 hüquqi şəxsin direktoru olan Cavabdeh isə dərhal, yəni həmin gün onun işdən azad edilməs i barədə heç bir xəbərdarlıq etmədən əmr imzalamış və onunla bağlanan əmək müqaviləsinə xitam vermişdir. O isə 12 avqust 2024-cü, 13 avqust 2024cü, 14 avqust 2024-cü il tarixlərində işdə olmuş və işçilərin gündəlik işə davamiyyəti kitabına imza etmişdir. Vəzifəsinə hər hansı başqa şəxsin təyin olunması ilə bağlı ona rəsmi və ya qeyri-rəsmi məlumat verilmədən, işindən azad edilməsi faktı qanuna zidd xarakterizə olunur. Astara rayon X6 hüquqi şəxsin direktoru olan Cavabdeh 12 avqust 2024-cü il tarixli ərizəyə 29 avqust 2024-cü il tarixində cavab yazaraq bildirmişdir ki, onunla bağlanan müqaviləyə dərhal yəni, 12 avqust 2024-cü il tarixində xitam verilmiş və yerinə X8 işə götürülmüşdür. verilmiş qərar yolverilməzdir, Əmək Məcəlləsi ilə tənzimlənməlidir. Göründüyü kimi mövcud özbaşınalıq və qanunsuzluq korrupsiya əməllərinin mövcudluğundan xəbər verir. Belə ki, Astara rayon X6 hüquqi şəxsin direktoru olan Cavabdeh yazmış olduğu 12 avqust 2024-cü il tarixdə yenidən işə bərpa barədə ərizəsinə baxmayaraq, vəzifəsinə X4 tez tələsik təyin etməklə Azərbaycan Respublikası qanunlarını və mövcud qanunvericiliyin tələblərini qəsdən pozmuşdur. Cavabdeh və Surxay Məmmədov birləşərək Siyakü ASM-də vakant yer yaratmaq məcburiyyətində qalıblar, çünki X1 veriblər ki, onu təbibə, yəni iddiaçıya məxsus yerə təyin edəcəklər. Bu iki rəhbər şəraitdən istifadə edərək, X4 onun vəzifəsinə təyin ediblər. Bundan başqa, onu işdən çıxarmağı barədə 10 avqust 2024-cü ildə ərizə yazanda həftənin 6-cı günü olmuşdur. Bazar günü 11 avqust 2024-cü il və birinci gün yəni avqust ayın 12, 13, 14-də yenidən ərizə verməyi ilə bağlı işdə olmuş, Siyakü kənd ASM-də davamiyyət kitabına imza atmışdır. Həmin imzalar Cavabdeh göstərişinə əsasən silinmişdir.
12. Birinci instansiya məhkəməsində cavabdeh “Astara rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Cavabdeh iddiaya etiraz edərək göstərmişdir ki, İddiaçı 10 avqust 2024-cü il tarixində işdən azad olunması barədə ərizə ilə yazılı müraciət etmiş, ərizəsində həmin tarixində əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. 10 avqust 2024-cü il tarixi (şənbə günü) onun iş günü hesab edilmədiyi üçün 11 avqust 2024-cü il istirahət gününə təsadüf etdiyindən 12 avqust 2024-ci tarixində İddiaçı əmək müqaviləsinə tərəfindən Əmək Məcəlləsinin 68.2.a (tərəflərdən birinin təşəbbüsü) maddəsinə əsasən xitam verilmişdir. İddiaçının qeyd etdiklərini doğru hesab etmir. İddiaçı ərizəsində işdən azad edilməsini özü xahiş etmişdir. Təcili yardımla bağlı qeyd etdiyinə gəlincə isə bildirmişdir ki, özü də səhhətində əvvəllər də problemlər olduğunu bildirmişdir. Buna affekt vəziyyəti demək olmaz. Çünki özünün də ərizəsində qeyd etdiyi kimi səhhətində problem yaranır, bunu isə affekt vəziyyəti kimi qiymətləndirməsi əsassızdır. İşlədiyi Siyakü ASM-nin bölmə müdiri tərəfindən Astara rayon Mərkəzi Xəstəxanasına təqdimat daxil olmuşdur. Təqdimatda İddiaçı işə gəlmədiyi, işə gəlmədiyi ilə bağlı hər hansı üzürlü səbəbə dair sənəd təqdim etmədiyi və tədbir görülməsi xahiş edilmişdir. Hətta bölmə müdiri tərəfindən bununla bağlı Akt da tərtib edilmişdir. Tərəfindən məsələnin araşdırılması üçün İddiaçı Astara rayon Mərkəzi Xəstəxanasına dəvət edilmişdir. İza hat verməsi tələb edilməsinə baxmayaraq izahat verməkdən imtina etmişdir. 07 avqust 2024-cü il tarixli, 223 nömrəli məktubla Astara SİHİ şurasının sədri Emin Məmmədova tərəfindən məktub ünvanlanmışdır ki, həmin işçinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilməsi üçün münasibət bildirilsin. Astara rayon SİHİ şurası İddiaçı dəvət etməsinə baxmayaraq gəlməmişdir. Astara SİHİ şurasının sədri Emin Məmmədov tərəfindən 10 avqust 2024-cü il tarixli 12 nömrəli qərarla həmin işçinin 70-ci maddənin “ç” bəndi ilə deyil, digər inzibati tənbeh verilməsi ilə əvəz edilməsi barədə qərar qəbul edilmişdir. Tərəfindən humanist addım atılaraq bununla bağlı tədbir görməmiş, lakin, işçi özünün işə gəlmədiyini və bunun məsuliyyət yaradacığını bildiyi üçün nə onun nə də Astara SİHİ şurasın ın sədrinin qəbuluna gəlməmişdir. İddiaçı işdən azad edildiyini bildiyi halda bir neçə gün ardıcıl olaraq öz iş yerinə gəldiyi görüntüsü yaratmaq üçün ASM-nin böyük tibb bacısına və digər işçilərə bildirmədən bilərəkdən davamiyyət kitabına imza etmişdir. Tərəfindən araşdırma aparıldıqda böyük tibb bacısının vəzifəsini layiqincə yerinə yetirmədiyi üçün humanist addım ataraq həmin işçiyə daha ağır inzibati tənbeh deyil yüngül tənbeh verilməsinə qərar vermişdir (Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü bəndi il). İddiaçının ərizəsini geri götürməsi barədə ərizəsi 19 avqust 2024-cü il tarixində “Astara rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə daxil olmuşdur. İddiaçı ərizəsində Əmək Məcəlləsinin 69.4-cü maddəsinə əsaslanmışdır. Tərəfindən işçi işə qaytarılmamışdır. Çünki Əmək Məcəlləsinin 69.4-cü maddəsinə əsasən işdən azad olunması üçün ərizəsində konkret 10 avqust 2024-cü il tarixində işdən azad olunmasını xahiş etmişdir. Belə olduğu halda 1 ay xəbərdarlıq müddəti nəzərə alınmır. Eyni zamanda İddiaçı işlədiyi müddətdə intizamsız işçi kimi tanındığına görə işə qəbul edilməsi tərəfindən məqsədəuyğun hesab edilməmişdir. İddiaçının iddiasında qeyd etdiyi tələblər əsassızdır. Ona görə də İddiaçı iddiasının təmin edilməməsi barədə qətnamə qəbul edilməməsini xahiş etmişdir.
13. Astara Rayon Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli, 2(018)-229/2025 nömrəli qətnaməsi ilə (hakim Ş.Meybullayeva) iddia qismən təmin edilmiş, cavabdeh “Astara rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Cavabdeh tərəfindən verilmiş 12 avqust 2024-cü il tarixli, 18-1-26/3-1-1018/24 №-li “əmək müqaviləsinə xitam verilməsi barədə” əmrin ləğv edilməsi və İddiaçı “Astara rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin “Siyakü KHM” bölməsində “tibb bacısı” vəzifəsinə bərpa edilməsi, İddiaçı 12 avqust 2024-cü il tarixdən işə çıxdığı günə qədər məcburi işburaxma müddəti üçün hesablanmış əmək haqqının ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
14. Birinci instansiya məhkəməsi təqdim olunmuş sənədlərə əsasən müəyyən etmişdir ki, işçi ilə əmək müqaviləsinə xitam verilərkən qanunvericiliklə müəyyən olunmuş qaydaların tələblərinə əməl olunmamış, işəgötürən tərəfindən işçi ilə Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi üçün xəbərdarlıq müddəti gözlənilməmiş, həmçinin işəgötürən tərəfindən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq edilməmiş və edilməsi barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.
15. Belə ki, işçi tərəfindən yazılan işdən azad olunması ilə bağlı ərizədə işçi 10 avqust 2024-cü il tarixdə səhhəti ilə bağlı yaranan problemə görə əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Lakin, işəgötürən tərəfindən əmək müqaviləsinə 12 avqust 2024-cü il tarixdə xitam verilməsi və işçinin vəzifəsinə digər işçinin götürülməsi ilə bağlı işçiyə heç bir yazılı xəbərdarlıq edilməmişdir. Halbuki, əmək qanunvericiliyi imperativ olaraq rəsmi qaydada yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlığı vacib hesab edir və əks təqdirdə əmək müq aviləsinin ləğv edilməsinə yol vermir.
16. Cavabdeh tərəfin əmək müqaviləsinə iddiaçının xahişi ilə ərizəsində qeyd edilən gündə xitam verilməsi iddiasına münasibətdə məhkəmə qeyd etmişdir ki, bu, cavabdeh tərəfin özünü müdafiə məqsədilə istifadə etdiyi, söz oyunudur. Belə ki, ərizədən də görünür ki, iddiaçı 10 avqust 2024-cü il tarixdə səhhətində yaranan problemə görə işdən azad olunması ilə bağlı ərizə ilə müraciət edir və əmək müqaviləsinə xitam verilməsini xahiş edir. İş materiallarından da göründüyü kimi, iddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə 12 avqust 2024-cü il tarixdə işəgötürənə müraciət edərkən əmək müqaviləsinin ləğv edilməsindən xəbərsiz olmuş, hətta 12, 13, 14 avqust tarixlərdə iş yerində olmuş, davamiyyət jurnalına imza çəkmişdir.
17. Cavabdeh tərəfin digər işçinin məsuliyyətsizliyi səbəbindən iddiaçı tərəfindən davamiyyət jurnalına qol çəkildiyini və buna görə də həmin işçinin barəsində yazılı xəbərdarlıq tətbiq edildiyi məsələsinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, hər nə qədər işəgötürən və işçi əmək münasibətlərinin bərabərhüquqlu tərəfləri olsalar da, işəgötürənlə işçi arasında tabeçilik münasibətləri mövcuddur ki, məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən olunmuşdur ki, iddiaçı ilə işəgötürən arasında mübahisəli vəziyyət mövcud olmuşdur, buna görə də, məhkəmə sözügedən yazılı xəbərdarlığı formal xarakterli hərəkət hesab edərək, işəgötürən tərəfindən öz işinin qüsursuzluğunu isbat etməyə çalışan addım kimi qəbul edir.
18. Belə ki, iş materiallarına əlavə olunmuş videogörüntüdən, tərəfə ünvanlanmış məktublardan bir daha təsd iq olunur ki, iddiaçı ilə işəgötürən arasında mübahisəli vəziyyət mövcud olmuşdur. İşəgötürən tərəfindən iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində əsasən işdən çıxarılmasına münasibət bildirilməsi ilə bağlı Astara rayon SİHİ şurasına müraciəti və 10 avqust 2024-cü il tarixli Astara rayon SİHİ Şurasının cavabından da bir daha təsdiq olunur ki, iddiaçıya iddia etdiyi kimi əmək müqaviləsinə məcburi xitam verilməsi ilə bağlı ərizə yazması ilə bağlı təzyiqlər edilməsi ağlabatandır.
19. Beləliklə, əmək müqaviləsinə xitam verilməsinə səbəb olmuş hallar, hüquqi faktlar işəgötürən tərəfindən hər hansı yetərli sübutla əsaslandırılmamış, iddiaçıya işdən azad olunması ilə bağlı ərizə verdiyi üçün vəzifəsinin başqa bir işçiyə təklif olunması ilə bağlı yazılı x əbərdarlıq edilməsi ilə bağlı sübut təqdim edilməmişdir.
20. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi 12 avqust 2024-cü il tarixli, 18-126/3-1-1018/24 №-li “əmək müqaviləsinə xitam verilməsi barədə” əmrin ləğv edilməsi və İddiaçı Astara rayon X6 hüquqi şəxsin “Siyakü KHM” bölməsində tibb bacısı vəzifəsinə bərpa edilməsi, İddiaçı 12 avqust 2024-cü il tarixdən işə çıxdığı günə qədər məcburi işburaxma müddəti üçün hesablanmış əmək haqqının ödənilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir.
21. İddiaçı bərpa edilməsini tələb etdiyi vəzifənin adını “Astara rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin İSX şöbəsinin Siyakü ASM bölməsində “tibb bacısı” olaraq qeyd etsə də, 12 avqust 2024-cü il tarixli, 18-1-26/3-1-1018/24 №-li “əmək müqaviləsinə xitam verilməsi barədə” əmrdə iddiaçı nın vəzifəsi “Astara rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin “Siyakü KHM” bölməsində “tibb bacısı” olaraq qeyd edildiyindən məhkəmə hesab etmişdir ki, iddiaçı “Astara rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin “Siyakü KHM” bölməsində “tibb bacısı” vəzifəsinə bərpa edilməlidir.
22. İddia tələbinin qalan hissədə təmin edilməməsinə münasibətdə məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1 və 3-cü hissələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.1, 50.1 və 50.4-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum Qərarında qeyd edilir ki, hüquq və azadlıqların müdafiəsinin ən mühüm elementi olan məhkəmə qarşısında iddiaçı və ya cavabdeh qismində iddia qaldırmaq və y a müdafiə olunmaq hüququnun realizəsi üçün, ilk növbədə, prosessual qaydalara dəqiq riayət olunması mütləqdir. Məhz bu məqsədlə Mülki Prosessual Məcəllə ilə qanunverici mülki məhkəmə icraatının ümumi qaydalarını, prinsip və şərtlərini təsbit etmiş, işdə iştirak edən şəxslərin, o cümlədən tərəflərin dairəsini və onlara qarşı irəli sürülmüş tələbləri, həmçinin hüquq və vəzifələrini müəyyən etmişdir.
23. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 2021-ci il 30 iyul tarixli Qərarında əmək münasibətləri baxımından qeyd etmişdir ki, hüquqi şəxs, onun və xarici hüquqi şəxsin filial və nümayəndəlikləri əmək hüquq münasibətlərinin bərabərhüquqlu subyektləridirlər. Bu cür yanaşma Əmək Məcəlləsinin və onun tənzimlədiyi əmək hüquq münasibətlərinin səciyyəvi xüsusiyyətlərindən irəli gəlir. Belə ki, mülki hüquq münasibətlərində hüquqi şəxs hər hansı müqavilənin bərabər hüquqlu subyekti olaraq istənilən tərəfi ola bildiyi halda, əmək hüquq münasibətlərində hüquqi şəxs yalnız işəgötürən qismində çıxış edir. Qanunvericinin Əmək Məcəlləsinin 3-cü maddəsinin 3-cü hissəsində işəgötürənə verdiyi anlayışa görə, işəgötürən tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir. Bununla da qanunverici həm hüquqi şəxs olan mülkiyyətçini, həm də onun təyin etdiyi müəssisə rəhbərlərini iş əgötürən olaraq qəbul edir. Lakin filialın və ya nümayəndəliyin, eləcə də digər struktur vahidinin rəhbərinin işəgötürən kimi çıxış etməsini hüquqi şəxsin qəbul etdiyi əsasnamə və ya verdiyi etibarnamə ilə şərtləndirir.
24. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddiaçı cavabdeh qismində “Astara rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi qoymaqda haqlı olsa da, direktor Cavabdeh müstəqil cavabdeh olaraq qoymaqda haqlı olmamışdır. Belə ki, Cavabdeh yalnız “Astara rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru olaraq onun maraqlarından çıxış edə bilər. Bu səbəbdən Cavabdeh münasibətdə iddia tələbi təmin edilməməlidir.
25. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3, 9, 11, 68, 69, 80, 187, 300-cü maddələrinə istinad etməklə əsa slandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
26. Cavabdeh “Astara rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
27. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 aprel 2025-ci il tarixli, 2(106)-596/2025 nömrəli qətnaməsi ilə (hakim İ.Q.Əsədovun sədrliyi və məruzəsi ilə, hakimlər A.N.Novruzova və T.X.Heydərov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilərək, iddia rədd edilmişdir.
28. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq v ə təfsir etməmişdir.
29. Qanunun tələbinə görə işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bundan başqa, işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir.
30. Qanunun bu müddəasından görünür ki, işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir.
31. Lakin işin hallarından göründüyü kimi, iddiaçı ərizəsində əmək müqaviləsinə xitam verilməsi günü (10 avqust 2024-cü il) göstərmişdir.
32. Bununla yanaşı, həm də qanunun tələbinə görə, işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.
33. Məhkəmə qeyd etmişdir ki, iddiaçı əmək münasibətlərini dayandırmaq istədiyi günü ərizəsində göstərmiş, bunu səhhəti ilə əlaqələndirmişdir. Bu halda işəgö türənin onunla əmək münasibətlərini dayandırmaq barədə bir ay müddət gözləməyə məcbur deyil. Belə qadağa qanunvericilikdə nəzərdə tutulmamışdır.
34. İddiaçı iddia ərizəsində Siyakü kənd ASM-nin rəhbəri Surxay Məmmədovun, həyat yoldaşı X2 pul borclu olduğu üçün onların aralarında mübahisə yarandığını, buna görə affekt vəziyyətinə düşdüyünü və belə vəziyyətdə ərizə yazdığını qeyd etsə də izahatlarda iddiaçı eyni zamanda, ona təzyiq edildiyini bildirmiş, nə ilə əlaqədar ona təzyiq edildiyini, yaxud ASM-in rəhbərinin ərinə pul borclu olması ilə ona təzyiq edildiyinin hər hansı əlaqəsi olduğunu izah etməmişdir.
35. Bundan sonra, iddiaçı affekt vəziyyətdə ərizə təqdim etməsi, yaxud ona işəgötürən tərəfindən təzyiq edilməsi ilə bağlı hər hansı sübut təqdim etməmişdir. İddiaçının nümayəndələri iza hatlarında göstərmişlər ki, iddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə ərizəsində göstərdiyi tarix (10 avqust) onun səhhətində problem yarandığı günü göstərir.
36. Apellyasiya kollegiyası bu arqumentlə əlaqədar qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində bu dəlilə istinad etməmişdir.
37. Bununla yanaşı, iddiaçının ərizəsində göstərdiyi tarixi apellyasiya instansiyası məhkəməsi onun əmək münasibətlərinə xitam verildiyi tarix kimi qəbul etmişdir. (Həmin gün səhhətində problem yarandığı halda, o, bir günlük işdən icazə ala bilərdi).
38. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı işdən azad edilməsi barədə ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərmişdir. Belə halda xəbərdarlıq müddəti bitənədək işəgötürən tərəfindən işçi ilə əmək müqaviləsini lə ğv edilməsi qanunvericilikdə qadağan edilməmişdir.
39. Kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsi maddi hüquq normasını düzgün təfsir etməmişdir.
40. İddiaçının nümayəndəsi həmçinin onu qeyd etmişdir ki, işəgötürən tərəfindən iddia edilən vəzifəyə yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq edilməmişdir.
41. İş materiallarından görünür ki, 29 avqust 2024-cü il tarixli məktubla iddiaçıya məktubla məlumat verilmiş, həmin məktubda onunla əmək müqaviləsinə ərizəsi nəzərə alınaraq 12 avqust 2024-cü il tarixdən xitam verilməsi bildirilmişdir.
42. Qanunun tələbinə görə, əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq etməmiş olsun.
43. Hazırkı halda isə iddiaçı müddəti göstərməklə ərizə vermişdir.
44. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi maddi hüquq normasını düzgün tətbiq etməmiş, hesab etmişdir ki, işəgötürən bir aylıq müddəti gözləməli idi.
45. Apellyasiya məhkəməsi həmçinin birinci instansiya məhkəməsi tərəfindən prosessual pozuntulara yol verildiyini də müəyyən etmişdir.
46. Belə ki, iş materiallardan görünür ki, Cavabdeh qarşı iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş, hazırlıq iclası iddianın dəqiql əşdirilməsi məqsədilə xx.xx.2025-ci il tarixə təxirə salınmış, “Astara rayon Mərkəzi Xəstəxanası” ikinci cavabdeh qismində cəlb edilmiş, hazırlıq iclası yenidən xx.xx.2025-ci il tarixə təyin edilmişdir. Lakin dəqiqləşmədən sonra məhkəmə cavabdeh “Astara rayon Mərkəzi Xəstəxanası”na qarşı mülki işin hazırlanmış hesab edilməsini, iddianın predmetinə daxil olan hansı tələbi konkret qəbul etdiyini dəqiqləşdirməmiş, cavabdehlərdən hansının (yaxud hər ikisinin) cavabdehlik daşıdığını aydınlaşdırmadan işi məhkəmə baxışına təyin etmişdir.
47. İş materiallarına əlavə edilməsə də elektron sistemə əlavə edilmiş materiallardan müəyyən edilir ki, məhkəmənin qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardadda yalnız Cavabdeh qarşı işə bərpa tələbi hazırlanmış hesab edilmiş və məhkəmə baxışına təyin edilmiş dir.
48. Göstərilən hallar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir ki, bu da məhkəmə qətnaməsinin ləğvi üçün əsasdır.
49. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 69 və 70-ci (“ç” bəndi) maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
50. İddiaçı kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 aprel 2025-ci il tarixli, 2(106)-596/2025 nömrəli qətnaməsinin ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
51. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin, Mülk i Prosessual Məcəllənin 88-ci maddəsinin tələbləri pozulmuşdur.
52. Belə ki, apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, işçinin ərizəsində göstərdiyi gün əmək müqaviləsinin ləğv olunması yalnız Əmək Məcəlləsinin 69cu maddəsinin 3-cü hissəsində göstərilən konkret hallarda tətbiq olunur. Yəni işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Həmin maddənin 4-cü hissəsində göstərili r ki, əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. Yəni qanunun mənasından görünür ki, qanunun norması göstərilən hallardan başqa digər hallarda əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçinin xəbərdarlıq müddəti bitənədək ərizəsində göstərdiyi gün əmək müqaviləsini məhkəmənin göstərdiklərinin əksinə olaraq ləğv etməyi qadağan edir. İşin konkret hallarından görünür ki, İddiaçı yaşa, əlilliyə görə pensiyaya çıxmamış, müvafiq təhsil müəssisəsinə daxil olmamış, yeni yaşayış yerinə köçməmiş, başqa işəgötürənlə əmək müqaviləsi bağlamamış, seksual qısnamaya məruz qalmamışdır. Əmək münasibətlərini dayandırmaq istəyini səhhəti ilə əlaqələndirmişdir. Ola bilər, həmin gün özünü pis hiss etmiş, bunu səhhətinin artıq işləməkdə davam etməyəcəyi ilə əlaqələndirmiş, lakin növbəti gün müayinədən sonra ondan hər hansı bir xəstəlik olmamasına əmin olduqdan sonra ərizəsinin əsassız hesab edilməsi və işinin davam etdirilməsinə icazə verilməsi barədə işəgötürənə ərizə ilə müraciət etmişdir. Lakin məhkəmə heç bir qanun normasına əsaslanmadan gəldiyi nəticəni qanunun tələbləri kimi əsaslandırmağa çalışmışdır. Məhkəmə öz qərarını əsaslandırarkən gəldiyi nəticədən belə qənaətə gəlmək olur ki, məhkəmə qanunsuz olaraq hesab etmişdir ki, iddiaçı işdən azad olunması barədə ərizəsində işdən azad olunması üçün konkret tarix göstərmiş, Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü bəndi işçinin işdən azad edilməsi barədə ərizəsində konkret işdən çıxarılma tarixi göstərilmədiyi hallara şamil edilir. Bununla məhkəmə, imperativ norma hesab edilən Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü bəndinə münasibətdə belə bir səlahiyyətə malik olmadığı halda qanunsuz olaraq “genişləndirici təfsirə” yol vermişdir. İş materiallarından görünür ki, iddiaçı səhhəti ilə bağlı işdən azad edilməsi barədə 10 avqust 2024-cü ildə ərizə vermişdir. Bundan sonra işə gedib gəlməkdə davam etmişdir. İddiaçı ərizə ilə “Astara rayon Mərkəzi Xəstəxanası” PHŞ direktoru Cavabdeh müraciət edərək işdən azad edilməsi barədə 10 avqust 2024-cü il tarixli ərizəsinin əsassız hesab edilərək, Siyakü ASM-də tibb bacısı olaraq müddətsiz əmək fəaliyyətini davam etdirməyinə razılıq verilməsini xahiş etmişdir. 12 avqust 2024-cü il tarixdə imzalanmış həmin ərizə poçt vasitəsilə göndərilmiş və 20 avqust 2024-cü il tarixdə Mərkəzi Xəstəxanaya daxil olmuşdur. Həmin günə qədər ona onun işlədiyi vəzifəyə digər şəxsin götürülməsi barədə rəsmi xəbərdarlıq göndərilməmişdir. Yalnız İddiaçı işdən azad olunması barədə ərizəsini əsassız hesab edilməsinə dair ərizəsi “Astara rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin dəftərxanasına dax il olduqdan 09 gün sonra 29 avqust 2024-cü il tarixli məktubda iddiaçıya onun yerinə başqa şəxsin işə götürülməsi barədə rəsmi məktubla məlumat verilmişdir. Belə ki, iş materiallarında olan “Astara rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış 29 avqust 2024-cü il tarixli məktubdan görünür ki, 10 avqust 2024-cü il tarixli ərizəyə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən 12 avqust 2024-cü il tarixində əmək müqaviləsinə xitam verilmiş, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 19 mart 2021-ci il tarixli PHŞ/1-22021-5020 saylı məktubuna əsasən əmək müqaviləsinə xitam verilməsi nəticəsində yaranmış vakant tibb bacısı (qardaşı) vəzifəsinə Səhiyyə xidmətlərinin təşkili şöbəsində tibb b acısı (qardaşı) vəzifəsində çalışan X8 təyin edilmişdir.
53. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
54. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
55. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
56. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin bütövlüklə ləğv olunmasını xahiş etdiyindən, hazırkı kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
57. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 2-ci maddəsinin 3-cü bəndinə əsasən həmin Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalət lə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. 69-cu maddəsinin 1-ci hissəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. 69-cu maddəsinin 2-ci hissəsinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yeti rməyə borcludur. 69-cu maddəsinin 3-cü hissəsinə əsasən işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. 69-cu maddəsinin 4-cü hissəsinə əsasən əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. 69-cu maddəsinin 5-ci hissəsinə əsasən işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. 69-cu maddəsinin 7-ci hissəsinə əsasən işəgötürən tərəfindən zor işlədilərək, hədəqorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsi ni ləğv etməyə onu məcbur etmək qadağandır.
58. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsin ə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəm əsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
60. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə tam, ətraflı hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır.
61. Kassasiya şikayətinin dəlilləri Əmək Məcəlləsinin 69-cu maddəsinin 3 və 4-cü bəndlərinin tətbiqi ilə bağlıdır.
62. İddiaçı hesab edir ki, o, əmək müqaviləsinə xitam verilməsi barədə ərizədə konkret tarix göstərsə də, işəgötürən 1 aylıq xəbərdarlıq müddətini gözləmədən və iddiaçının ərizəsini geri götürməsini nəzərə almadan müqaviləyə xitam verməklə, maddi hüquq normasını pozmuşdur.
63. Məhkəmə kollegiyası iddiaçının dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normasının tətbiqində səhvə yol verilməmişdir.
64. Qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-5-ci bəndlərinin qarşılıqlı təhlili belə qənaətə gəlməyə əsas verir ki, işçinin təşəbbüsü ilə əmək müqaviləsinin ləğv edilməsinə dair qanunvericiliklə müəyyən olunmuş 1 aylıq müddət ilk növbədə işəgötürənin mənafelərinin qorunmasına xidmət edir. Belə ki, bu maddənin 1-ci bəndi işin və istehsalatın qəfil dayanmasının qarşısının alınması, işəgötürənə işdən çıxmaq istəyən işçini y eni işçi ilə əvəz edilməsi və bundan irəli gələn təşkilatı məsələlərin həlli üçün işçinin üzərinə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürəni 1 ay qabaqcadan xəbərdar etmək öhdəliyini qoyur.
65. İşəgötürənin bu hüququ qanunvericiliklə yalnız Məcəllənin 69-cu maddəsinin 3cü bəndində göstərilən şəxslərə münasibətdə məhdudlaşdırılır ki, sadalanan hallarda işəgötürən işçi ilə əmək müqaviləsinə sonuncunun ərizəsində göstərdiyi gündə ləğv etmək öhdəliyi daşıyır.
66. Düzdür, işçinin də əmək hüquqlarının təmini məqsədi ilə, qanunvericilik ona bu müddət ərzində ərizəsini geri götürmək hüququnu verir.
67. Bununla belə, nəzərə alınmalıdır ki, əmək münasibətləri tərəflərin hüquq bərabərliyi əsasında tənzimlənməklə, Məcəllənin 69-cu maddəsinin 3-cü bəndində göstərilən kateqoriya şəxslərə aid o lmayan işçi ilə də əmək müqaviləsinə işəgötürənlə qarşılıqlı razılıq əsasında istədikləri tarixdə xitam verilməsi mümkündür. Tərəflərin belə razılığa gəlmələrinin mümkünlüyü qanunvericiliklə istisna olunmur.
68. Hazırki işdə, iddiaçı işəgötürənə ərizə ilə müraciət edərək, əmək müqaviləsinin konkret göstərdiyi tarixdən xitam verilməsini xahiş etmiş, işəgötürən işçinin bu xahişini qəbul etmişdir.
69. İşçi, ərizəsinin geri götürülməsini qeyd etsə də, özü də etiraf edir ki, bu barədə işəgötürənə müraciətini poçt vasitəsi ilə göndərmiş və sonuncuya 20 avqust 2024-cü il tarixdə təqdim edilmişdir. Halbuki, işəgötürən artıq 12 avqust 2024-cü il tarixdə tərəflər arasında olan əmək müqaviləsinə xitam vermişdir.
70. Belə olan halda, iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə ərizəsinin geri götürülməsinə dair ərizə işəgötürənə təqdim edildiyi tarixədək əmək müqaviləsinə artıq xitam verildiyindən, cavabdehin hərəktələrində Əmək Məcəlləsinin 69-cu maddəsinin müvafiq müddəalarının pozulmasına yol verilməmişdir.
71. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirildən qətnamə qəbul edərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
72. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 aprel 2025-ci il tarixli, 2(106)-596/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.