Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2186/2025 09.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): kredit müqaviləsindən irəli gələn mübahisə, müqavilənin vaxtından əvvəl ləğvi, öhdəliyin icra edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 4 aprel 2025-ci il tarixli, 2(103)-2119/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları: 1. 8 sentyabr 2022-il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh 48 ay müddətinə, illik 20% dərəcəsi ilə 11700 manat, 16 may 2022-ci il tarixli istehlak krediti müqaviləsinə əsasən 48 ay müddətinə, illik 20% dərəcəsi ilə 6000 manat məbləğində kredit verilmişdir.
2. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh xx.xx.2023- cü il tarixdə pretenziya ilə müraciət edərək, hər iki müqavilə üzrə qalıq borcun ödənilməsinin təmin edilməsini tələb etmiş və müqavilə üzrə öhdəliklərini icra etmədiyi təqdirdə qanunla müəyyən olunmuş qaydada məhkəməyə müraciət ediləcəyi barədə xəbərd arlıq edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 101804-763699/7 nömrəli kredit müqaviləsi üzrə 9383,79 manat məbləğində əsas borc, 457,94 manat faiz borcu olmaqla, cəmi 9841,73 manat, 109804-763699/6 nömrəli kredit müqaviləsi üzrə 4709.86 manat məbləğində əsas borc, 559,14 manat faiz borcu olmaqla, cəmi 5269 manat, hər iki müqavilə üzrə 15110,73 manat borcun və 135,73 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi işin yuxarıda göstərilən faktiki hallarına uyğun əsaslandırılmaqla qeyd edilmişdir ki, cavabdeh iddiaçı ilə bağlanmış kredit müqavilələri üzrə öhdəliklərini lazım i qaydada yerinə yetirməmiş, borcalan ilə bank arasında borcun güzəşt olunması ilə bağlı razılıq əldə olunmamışdır.
5. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, səhhəti ilə əlaqədar məhkəmədə iştirakının mümkün olmamasının nəzərə alınmasını və məhkəmə iclasının təxirə salınmasını, həmçinin iddiaçının nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməməsini xahiş etmişdir.
6. Birinci instansiya məhkəməsi tərəfindən alınmış Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının 22 may 2024-cü il tarixli rəyi ilə cavabdehin 25 dekabr 2023-cü il tarixə (maliyyə arayışında göstərilən tarixə) 101804-763699/7 nömrəli kredit müqaviləsi üzrə 9208,11 manat əsas, 127,89 manat faiz borcunun yarandığı müəyyən edilmişdir. 7.Bu rəydə 109804-763699/6 nömrəli kredit müqaviləsi üzrə borc öz əksini tapmadığından birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə yenidən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin 23 oktyabr 2024-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, cavabdehin 101804763699/7 nömrəli kredit müqaviləsi üzrə 25 dekabr 2023-cü i! tarixə (maliyyə arayışında göstərilən tarix) iddiaçıya 9208.11 manat əsas, 127.89 manat faiz borcu, 109804 763699/6 nömrəli kredit müqaviləsi üzrə isə sözügedən tarixə 4768.85 manat əsas, 145.71 manat faiz borcu yaranmışdır.
8. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 dekabr 2024-cü il tarixli 2(008)1762/2024 nömrəli qətnaməsi ilə (hakim Ruslan Mirzəliyev) iddia təiəbi qismən təmin edilmiş, cavabdehdən 101804-763699/7 nömrəli kredit müqaviləsi üzrə 9208,11 manat məbləğində əsas borc və 127.89 manat faiz borcu olmaqla, cəmi 9336 manat, 109804763699/6 nömrəli kredit müqaviləsi üzrə 4709,86 manat məbləğində əsas borc və 145,71 manat faiz borcu olmaqla, cəmi 4855,57 manat, hər iki müqavilə üzrə cəmi 14191.57 manat pulun tutularaq, iddiaçının xeyrinə ödənilməsi və ekspertiza xərci olaraq 100 manat məbləğində pulun tərəflərdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmiş, iddia təiəbi qalan hissədə təmin edilməmişdir.
9. Daha sonra birinci istansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli əlavə qətnaməsi ilə Cavabdeh 130 manat dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir.
10. Məhkəmə mövqeyini onunla əsaslandırmışd ır ki, cavabdeh müqavilə ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, o kredit müqavilələri üzrə yaranmış borcu iddiaçıya ödəməlidir.
11. Məhkəmə nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 433.1,442, 462.1, 739 və 741-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində
12. Cavabdeh apellyasiya şikayəti verərək, Sabunçu Rayon Məhkəməsinin 27 dekabr 2024-cü il tarixli 2(008)- 1762/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən hər ay ödəniş həyata keçirilməsinə baxma yaraq, hər iki kredit müqaviləsi üzrə iş məhkəməyə təqdim edilmişdir. Bankın “daxili” qaydalarına əsasən bir kredit müqaviləsi gecikmədədirsə, bu zaman digər müqavilə üzrə iş də məhkəməyə göndərilməlidir. Hər ay ödənİşini həyata keçirdiyi böyük məbləğdə kredit üzrə İşinin məhkəməyə verilməsi digər müqavilə üzrə borcunun bağlamasına mane olmuşdur. Hər ay şişirdilmiş faizləri zamanında ödəmişdir. Vətəndaşların, istehlakçıların hüquqlarını bu formada pozulması və daxili qaydalara əsasən bu formada məhkəməyə verilməsi müsbət hal deyil. Onun birinci instansiya məhkəməsinə ərizə ilə müraciət edərək bankın ünvanına göndərdiyi məktubun çatdırılma qəbzində onun əvəzinə başqasının saxta imza çəkdiyini bildirməsinə baxmayaraq, ərizəsi nəzərə alınmamışdır. Bundan başqa, hər ay etdiyi ödənişlər ekspert rəyində nəzərə alınmamışdır. Ekspert rəyi ilə qətiyyətlə razı deyildir. Sonuncu məhkəmə iclasında isə iddiaçı tərəfindən təxir ərizəsini gördüyü üçün məhkəmə iclasında iştirak etməmiş, yuxarıda qeyd olunan qaranlıq məqamlara aydınlıq gətirə bilməmişdir.
14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 4 aprel 2025-ci il tarixli, 2(103)- 352/2025 nömrəli qətnaməsi ilə (hakimlər - İlham Cəfərov (sədrlik edən və məruzəçi), Fərrux Qasımov və Günay Axundova) apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, məhkəmə araşdırılması zamanı qanunvericiliklə mübahisə edilən kredit müqaviləsinin etibarsız hesab edilməsi üçün hər hansı bir əsas müəyyən edilməmiş, cavabdehin apellyasiya şikayətində etirazının əsası kimi qeyd etdiyi hallar öz təsdiqini tapmamışdır.
16. Belə ki, cavabdeh formal mülahizələrə əsaslanaraq apellyasiya şikayəti vermişdir. Bu kimi formal dəlillərdən biri ekspert rəyləri ilə razılaşmaması, kredit müqaviləsi üzrə borcun düzgün hesabianmaması və ödənişlərin nəzərə alınmamasıdır. Cavabdeh şikayətində sözügedən dəlilləri göstərsə də, bu halları əsaslandıra və bu barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir.
17. İş materiallarından da müəyyən edilir ki, birinci istansiya məhkəməsi tərəfindən 101804-763699/7 nömrəli müqaviləsi üzrə iki dəfə, 109804-76399/6 nömrəli kredit müqaviləsi üzrə bir dəfə ekspertiza keçirilmiş və məhkəmə müvafiq ekspertiza rəyləri əsasında qərar qəbul etmişdir. Ey ni zamanda, işdə olan sübutlardan (kredit müqaviləsi, maliyyə arayışı, ödəniş cədvəli və s.) görünür ki, kredit borcunun hesablanmasında kredit müqaviləsinin şərtlərinə hər hansı uyğunsuzluğun mövcudluğu müşahidə olunmur. Həmçinin işdə olan hesabdan çıxarışdan da görünür ki, cavabdeh tərəfindən ödənilmiş əsas və faiz bordan nəzərə alınmaqla, qalıq borc müəyyən edilmişdir.
18. Belə olan halda, məhkəmə kollegiyası qətnamənin ləğvi üçün hər hansı əsas olmadığını (ekspertizanın təyin olunması üçün real əsaslar mövcud olmalı, təqdim olunmuş sübutlarla tələb olunan məbləğ arasında uyğunsuzluq müəyyən edilməli və s.), eləcə də icraatın əsassız uzadılması və ləngidilməsi ilə nəticələnə biləcəyini nəzərə alaraq, əlavə və ya təkrar ekspertizanın təyin olunmasını zəruri hesab etməmiş və bildirmişdi r ki, birinci instansiya məhkəməsi ekspert rəyinə əsaslanmaqla iddiaçıdan ümumilikdə 14191.57 manat borc pul tutmaqda haqlı olmuşdur.
19. Bundan başqa, cavabdeh şikayətində hər ay ödənişlərini həyata keçirdiyi kredit müqaviləsi ilə bağlı məhkəməyə müraciət edilməsinin digər müqavilə üzrə ödənişlərini ödəməyinə mane olduğunu, bununla da bir istehlakçı olaraq hüququnun pozulduğunu bildirmişdir.
20. Məhkəmə kollegiyası həmin dəlili əsassız hesab edərək qeyd etmişdir ki, iş materialındakı maliyyə arayışlarından cavabdehin hər iki kredit müqaviləsini icra etmədiyi, cədvə! üzrə ödənişləri gecikdirdiyi müəyyən edilir. Bunun əksini sübut edən faktlar cavabdeh tərəfindən də məhkəməyə təqdim edilməmişdir. Bir müqavilə üzrə ödənişlər həyata keçirilmədiyində mövcud olan kredit müqavilələri üzrə ödəniş lərin məhkəmə qaydasında tələb edilməsi bankın hüququdur.
21. Məhkəmə kollegiyası cavabdehin pretenziya məktubunu özünün almaması və qaimələrdəki imzanın ona məxsus olmaması ilə bağlı dəlili ilə bağlı qeyd etmişdir ki, xx.xx.2023- cü il və xx.xx.2023-cü il tarixli qaimələrdən cavabdehin yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvana sürətli poçt xidməti ilə çatdırılma olduğu məlum olur. Lakin cavabdeh bu halı təkzib edəcək hər hansı mötəbər sübut təqdim edə bilməmiş (sözügedən ünvanda özü və ailə üzvlərinin faktiki olaraq yaşamadıqlarını təsdiq edən sənəd və s.), sadəcə formal mülahizə olaraq irəli sürmüşdür.
22. Məhkəmə kollegiyası iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4, 385.1, 386.1, 389.1, 390.1,425.1,442, 443.1,443.5, 739.2, 741, 743.1ci maddələrinə isti nadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddianın rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
24. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayəti ilə eyni olmaqla əlavə olaraq qeyd edilmişdir ki, Bankın cavabdehin ünvanına göndərdiyi məktubun çatdırılma qəbzinə onun əvəzinə imza edilmiş, lakin nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi bankın hərəkətlərini araşdırmamışdır. Tərəfindən cari tarixdə də ödəniş həyata keçirilir, lakin əvvəldən əsas və faiz borcunun səhv hesablanması nəticəsində banka artıq pul ödənilir. Kassasiya şikayətində maddi hüquq pozuntusu kimi, Azərbaycan Respublikası Mərkəzi Bankının №38/2 saylı 26 iyul 2023-cü il qərarı ilə təsdiq edilmiş “İstehlak krediti müqaviləsi üzrə standart məlumatlandırma forması”na, prosessual hüquq pozuntusu kimi MPM-nin 88-ci, 217-ci maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
26. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.
27. Maddə 443.1. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
28. Maddə 443.5. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməs ini tələb edə bilər.
29. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
30. Maddə 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür.
31. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zər ər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
32. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hallan sübut etməlidir.
35. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məh kəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 407.2. Kassasıya şikayətində İşin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırıimamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin İşin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apeliyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
38. Kassasiya instansiyası məhkəməsi İşin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbi q olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
39. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq norm alarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. MPM-nin 418.4-cü maddəsinə əsasən kassasiya şikayətinin dəlillərindən asılı olmayaraq həmin normada nəzərdə tutulmuş prosessual pozuntulara yol verilməsi apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas olduğundan məhkəmə kollegiyası ilk növbədə işə baxmış məhkəmə tərəfindən həmin pozuntulara yol verilib-verilmədiyini yoxlayaraq bu pozuntulara yol verilmədiyini müəyyən edir.
42. Cavabdehin kassasiya şikayətində qeyd etdiyi dəlillərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. Kollegiya həmin hüquqi mövqe ilə razılaşaraq əlavə olaraq qeyd edir ki, ka ssasiya şikayətində istinad edilmiş Azərbaycan Respublikası Mərkəzi Bankının 26 iyul 2023-cü il qərarı ilə təsdiq edilmiş “İstehlak krediti müqaviləsi üzrə standart məlumatlandırma forması” tərəflər arasında kredit müqaviləsi bağlandıqdan sonra qəbul edildiyindən MPM-nin 217.2-ci maddəsinə əsasən hazırkı mübahisə üzrə tətbiq edilə bilməz. Belə ki, həmin normaya əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və İşin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
43. Sübutların düzgün qiymətləndirilmədiyinə dair dəlillərlə bağlı məhkəmə qeyd edir ki, prosessual qanunvericiliyə əsasən sübutları qiymətləndirmək səlahiyyəti apellyasiya instansiyası məhkəməsinə aid olduğundan kassasiya instansiyası məhkəməsi ya lnız sübutların qiymətləndirilməsi zamanı prosessual qanunvericiliklə müəyyən edilmiş prinsiplərin və tələblərin pozulub-pozulmadığını yoxlayır. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-nin 88-ci maddəsinin tələblərinin pozulduğu müəyyən edilmir.
44. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, kassasiya şikayəti əsassız hesab edilərək təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
45. Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 4 aprel 2025-ci il tarixli, 2(103)2119/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir