Məhkəmə qərarları › İş №2(102)-2187/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2187/2025

17.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2187/2025 17.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ASC Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması, faizlərin hesablanması qaydası Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Xıdırov Əhliman Mehman oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı ASC Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1941/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 17 iyul 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qayda sında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 2140**********0 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana aylıq faiz dərəcəsi 18% оlmaqla, 48 ay müddətinə ödənilməsi şərti ilə 39.000 manat məbləğində kredit verilmişdir.

2. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 2290***-*******01R nömrəli restrukturizasiya razılaşmasına əsasən bank tərəfindən Cavabdeh aylıq faiz dərəcəsi 18% оlmaqla, 48 ay müddətinə ödənilməsi şərti ilə 39.000 manat məbləğində verilmiş kreditin restrukturizasiya razılaşmasının imzalanması tarixinə Cavabdeh qalıq əsas borcunun 27.536,72 manat, faiz borcunun 2.411,52 manat mövcud olduğu və digər mühüm şərtlər qeyd edilərək, kredit üzrə faiz dərəcəsi 18 faiz və k reditin son icra müddəti xx.xx.2027-ci ilədək müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı ASC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 29.948,92 manat məbləğində əsas kredit borcunun, 1.048,18 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun, cəmi 30.997,1 manat məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 182,09 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia ərizəsi yuxarıda göstərilən işin faktiki hallarına istinad olunmaqla onunla əsaslandırılmışdır ki, cavabdehə onunla bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etmədiyindən, dəfələrlə şifahi və rəsmi (bildirişlə) müraciət edilməsinə baxmayaraq, onun tərəfindən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir.

5. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir.

6. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, e2(006)1886/2024 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 2527/2024 nömrəli rəyinə əsasən Cavabdeh b anka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, xx.xx.2021-ci il tarixli, 2140***-*******0 saylı kredit müqaviləsinin və xx.xx.2023-cü il tarixli, **********878601R saylı restrukturizasiya razılaşmasının şərtləri nəzərə alınmaqla Cavabdeh xx.xx.2024-cü il tarixə (sualda göstərilən tarixə) banka olan əsas və faiz borcu 30.635,84 manat məbləğində müəyyən olunur. O cümlədən: xx.xx.2024-cü il tarixə - əsas borc üzrə - 27.718,15 manat; - faiz borcu üzrə - 2.917,69 manat.

8. Sonradan, İddiaçı ASC MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, ekspertin məhkəmənin sualına uyğun olaraq borcu xx.xx.2024-cü il tarixinə hesabladığı, xx.xx.2024cü il və xx.xx.2024-cü il tarixdə cavabdehin bank hesabına ümumilikdə 6.226, 82 manat məbləğində vəsaitin daxil olduğu, xx.xx.2024-cü il tarixinə cavabdehin 25.952,74 manat əsas borc, 1.708,73 manat faiz borcu olmaqla, cəmi 27.661,47 manat məbləğində borcu qaldığı qeyd edilərək, Cavabdeh İddiaçı ASC-in xeyrinə 25.952,74 manat əsas borc, 1.708,73 manat faiz borcu olmaqla, cəmi 27.661,47 manat, həmçinin iddia qaldırılması üçün ödənilmiş 182,09 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, e2(006)1886/2024 nömrəli qərardadı ilə iş üzrə yenidən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.

10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 7957/2024 nömrəli rəyinə əsasən iş materiallarında olan cavabd ehin banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 2140***-*******0 saylı kredit müqaviləsinin və xx.xx.2023-cü il tarixli, 2290***-*******01R saylı restrukturizasiya razılaşmasının şərtləri nəzərə alınmaqla Cavabdeh xx.xx.2024-cü il tarixə (pretenziya məktubunun göndərildiyi tarixə) qərardadın qəbul edildiyi tarixədək həyata keçirilmiş bütün ödənişlər nəzərə alınmaqla hesablanmalı əsas və faiz borcu aşağıdakı kimi müəyyən olunur: xx.xx.2024-cü il tarixə - əsas borc üzrə - 24.409,02 manat; - faiz borcu üzrə - 0,00 manat.

11. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, e2(006)1886/2024 nömrəli qətnaməsi ilə (hakim C.Ə.Tağıyev) iddia qismən təmin edilmiş, 24.409,02 manat əsas borc və dövlət rüsumu nun əvəzi olaraq 182,09 manatın Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi, 100 manat ekspertiza xərcinin Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

12. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh yuxarıda qeyd olunan müqavilə üzrə İddiaçı ASC-dən 39.000 manat məbləğində kredit almış, daha sonra bankla razılaşmasına əsasən kredit müqaviləsi restrukturizasiya edilmiş, lakin cavabdeh ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş olsa da, ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Nəticədə bank məhkəməyə müraciət edib borcun ödənilməsini tələb etmək məcburi yyətində qalmışdır.

13. İşin araşdırılması zamanı məhkəmə tərəfindən cavabdehin banka olan borc məbləğinin müəyyən edilməsindən ötrü məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və cavabdehin əsas və faiz borcunu əks etdirən rəy daxil olmuşdur. Lakin rəy daxil olduqdan sonra da cavabdeh tərəfindən ödənişlər həyata keçirildiyi üçün bank iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət etmiş, məhkəmə tərəfindən yenidən ekspertiza təyin edilib, cavabdehin banka yalnız əsas borcunun olduğu müəyyən edilmişdir. Belə olan halda iddia tələbi qismən təmin edilərək, qalıq qalmış əsas borc cavabdehdən bankın xeyrinə ödənilməlidir.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 385.1, 386.1, 442, 445, 448.1, 739.1, 743.1-ci maddələrinə, Mülki Prosessual Məcəllən in 14.2, 77.1, 107, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin iddiaçıya borcu düzgün hesablanmamış, tələblərin artırılması üzrə mühasibatlıq ekspertizası aparılmamışdır. Belə ki, ödəniş cədvəllərində kredit üzrə faizlərin ayda bir dəfə ödənilməsi nəzərdə tutulur. Faktiki olaraq da faizlər cavabdehdən ayda bir dəfə tutulub. Halbuki Mülki Məcəllənin 741-ci maddəsinə (müqavilə bağlandığı andakı redaksiyada) əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 390.2-ci maddəsinə görə müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Beləliklə, mülki dövriyyə iştirakçıları arasında müqavilə azadlığı prinsipini təbliğ edən bu müddəa sonsuz “azadlığı” məhdudlaşdıraraq, imperativ normalardan asılı edir. Kredit müqavilələrində faizlərin ayda bir dəfə tutulmasının nəzərdə tutulması və faktiki olaraq tutulması Mülki Məcəllənin 741-ci maddəsində təsbit edilmiş imperativ normanın pozulmasıdır. Nəticədə cavabdehin İddiaçıya olan əsas borcu şişirdilmişdir. Belə ki, cavabdehin il ərzində İddiaçıya ayda bir dəfə ödədiyi pul məbləği əsas borca yönəldilsəydi, cavabdehin iddiaçıya olan borcu xeyli azalmış olardı. Mülki Məcəllənin sözügedən norması (əvvəlki redaksiyada) imperativ idi. Həmin norma xx.xx.2023-cü il tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə dəyişiklik ediləndən sonra dispozitiv formada 740.5-ci maddədə təsbit edilmişdir: “Müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borc müqaviləsi üz rə faizlər və (və ya) haqlar müqavilənin qüvvədə olduğu hər bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, faizlər və(və ya) haqlar borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.” Beləliklə, edilmiş dəyişiklik də 741-ci maddənin əvvəlki redaksiyasının imperativ olduğunu bir daha təsdiqləyir. Məhkəmə bu normanı nəzərə almamışdır. O cümlədən, müvafiq ekspertiza təyin edilməmiş, yekunda borc səhv hesablanmışdır.

17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1941/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və X3) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

18. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, tərəflər arasında kredit müqa viləsi, daha sonra müqavilə üzrə borcun restrukturizasiyası haqqında razılaşma imzalanmış, cavabdeh üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməmiş, nəticədə onun iddiaçıya borcu yaranmışdır.

19. Birinci instansiya məhkəməsi tərəfindən iki dəfə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, əldə edilmiş sonuncu xx.xx.2024-cü il tarixli, 7957/2024 nömrəli ekspert rəyinə əsasən, cavabdehin xx.xx.2024-cü il tarixə (pretenziya məktubunun göndərildiyi tarixə) qərardadın qəbul edildiyi tarixədək həyata keçirilmiş bütün ödənişlər nəzərə alınmaqla, hesablanmalı əsas borcu 24.409,02 manat və faiz borcu 0 manat müəyyən edilmişdir.

20. Cavabdeh tərəfindən sözügedən borcun düzgün hesablanmamasına dair sübutlar məhkəməyə təqdim edilməmişdir.

21. Kollegiya apellyasiya şikayətinin dəlillərinə mün asibətdə qeyd etmişdir ki, İddiaçı ASC tərəfindən xx.xx.2024-cü il tarixdə MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılması barədə ərizə verildikdən sonra birinci instansiya məhkəməsinin eyni tarixli qərardadı ilə yenidən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və borc ekspert rəyinə əsasən müəyyən edilmişdir. Həmçinin iş materialları ilə ekspert rəyinin mötəbərliyini şübhə altına alan hər hansı hal müəyyən edilməmişdir.

22. Bundan başqa, işdə olan ödəniş cədvəlinə əsasən tərəflər kredit borcunun və ona hesablanmış faizlərin aylıq ödənilməsini razılaşdırmışlar.

27. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan “Banklar haqqında” Azərbaycan Respublikası Qanuna əsasən banklarla onların müştəriləri arasında münasibətlər həmçinin sözügedən Qanun və müqa vilə əsasında həyata keçirilir. Qanuna əsasən, kredit üzrə faizlər bankla müştəri arasında bağlanmış müqavilə şərtlərinə uyğun hesablanır və ödənilir.

28. Buna görə də, məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. Cavabdeh kassasiya şikayəti verərək (Vəkil) qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, kredit müqavilələrində faizlərin ayda bir dəfə tutulmasının nəzərdə tutulması və faktiki olaraq tutulması Mülki Məcəllənin 741-ci maddəsində təsbit edilm iş imperativ normanın pozulmasıdır. Nəticədə cavabdehin əsas borcu şişirdilmişdir. Belə ki, cavabdehin il ərzində iddiaçıya ayda bir dəfə ödədiyi pul məbləği əsas borca yönəldilsəydi, borc xeyli azalmış olardı. Məhkəmə bu normanı nəzərə almamışdır. O cümlədən, müvafiq ekspertiza təyin edilməmiş, yekunda borc səhv hesablanmışdır.

25. Mülki Məcəllənin 741-ci maddəsinə (müqavilə bağlandığı andakı redaksiyada) əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 390.2-ci maddəsinə görə müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Beləliklə, mülki dövriyyə iştirakçıları arasında müqavilə azadlığı prinsipini təbliğ edən bu müddəa sonsuz “azadlığı” məhdudlaşdıraraq, imperativ normalardan asılı edir.

26. Apellyasiya məhkəməsinin “işdə olan ödəniş cədvəlinə əsasən tərəflər kredit borcunun və ona hesablanmış faizlərin aylıq ödənilməsini razılaşdırmışlar. Mübahisəli hüquq münasibətinin yarandığı zaman q üvvədə olan “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına əsasən banklarla onların müştəriləri arasında münasibətlər həmçinin sözügedən Qanun və müqavilə əsasında həyata keçirilir. Qanuna əsasən, kredit üzrə faizlər bankla müştəri arasında bağlanmış müqavilə şərtlərinə uyğun hesablanır və ödənilir. mövqeyi tamamilə yanlışdır. Məhkəmə Mülki Məcəllənin sözügedən normasına ümumiyyətlə qiymət verməyib. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununa istinad edir. Halbuki borc münasibətləri Mülki Məcəllə ilə tənzimlənir və hər bir halda “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi mülki hüquq normalarını əks etdirən digər məcəllə və qanunlarla ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikasını n Mülki Məcəlləsi tətbiq edilir. Beləliklə, Məhkəmə Mülki Məcəllənin 741-ci maddəsini tətbiq etməməklə işə düzgün baxmayıb və nəticədə cavabdehin şişirdilmiş borcu üzrə qətnaməni qüvvədə saxlayıb. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı iddiaçın nümayəndəsi Tariyel İsmayılov etiraz daxil olmuşdur.

28. Etiraz onunla əsaslandırılmışdır ki,kassator şikayətin dəlili kimi MM-in 741-ci maddəsinin tətbiq olunmadığını göstərib. Onun qənaətinə görə bu maddəyə uyğun olaraq faizlər bir ilin sonunda ödənilsəydi, hər ay faiz kimi ödənilən məbləğ əsas borcun ödənilməsinə yönəldilərdi və nəticədə onun banka borcu daha az məbləğdə olardı.

29. Kredit müqaviləsinə və restruktizasiya sazişlərinə əlavə olunan ödəniş cədvəllərindən görünür ki, aylıq ödəniş məbləği əsas b orc və faizdən ibarətdir. Kassatorun fikrinə görə aylıq ödənişə daxil olan faiz məbləği ilin sonunda ödənilməlidirsə, bu halda ilin sonuna qədərki hər ayın faiz məbləğinin cəmi ilin sonunda ödəniləcək ki, bu zaman borcalan üçün heç nə dəyişməyəcək, ilin hər ayında yalnız əsas borc ödəniləcək və həmin aylar üzrə ödəməli olduğu faiz məbləğinin cəmini ilin sonunda ödəməli olacaq.

30. Beləliklə, kreditin və onun faizlərinin tərəflər arasındakı müqavilədə yuxarıda göstərilən qaydada müəyyən edilməsi borcalanın hüququnu pozmur və “Banklar haqqında” Qanunun 36.6-cı maddəsinə uyğundur. Həmin maddəyə görə bank müştərilərlə bağladığı müqavilədə kreditlərin ödənişi şərtlərini və qaydalarını müəyyən etməkdə sərbəstdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

31. Maddə Maddə 38 5.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

32. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

33. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

34. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

35. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

36. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

37. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır.

38. Maddə 739.1(müqavilə bağlanan zaman qüv vədə olan redaksiyada). Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

39. Maddə 739.2 (müqavilə bağlanan zaman qüvvədə olan redaksiyada). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

40. Maddə 741 (müqavilə bağlanan zaman qüvvədə olan redaksiyada) Əgər müqavilənin iştirakçıları borcun f aizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunu

41. Maddə 36.1. Banklarla onların müştəriləri arasında münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi, həmin Məcəlləyə və Qanuna müvafiq olaraq Mərkəzi Bank tərəfindən qəbul edilmiş normativ xarakterli aktlar və müqavilə əsasında həyata keçirilir.

42. Maddə 36.6. Hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqlarını və göstərilən bank xidmətləri üçün digər ödənişləri, habelə bank tərəfindən verilmiş kreditlərin ödənişi şərtlərini və qaydalarını müəyyən etməkdə sərbəstdir... Kredit üzrə faizlər bankla müştəri arasında bağlanmış müqavilə şərtlərinə uyğun hesablanır və ödənilir. Faiz dərəcələri və bank qarşısında borca görə verilməli olan digər ödənişlər yalnız borcun olduğu günlər üçün borc qalığı məbləğinə hesablanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

45. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

46. Maddə 217.1. Məhkəmənin qətnaməsi q anuni və əsaslı olmalıdır.

47. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

50. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tu tulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

51. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

52. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyy ən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

53. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyiş dirilməsi üçün əsas yoxdur.

55. Kassasiya şikayətinin dəlilləri üzrə qiymətləndirmə apararaq məhkəmə kollegiyası aşağıdakıları qeyd edir:

56. Mülki qanunvericiliyin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığının onun iştirakçılarının bərabərliyi əsasında təmin edilməsi kimi müəyyən edilmişdir (Mülki Məcəllənin 1.1-ci maddəsi).

57. Müqavilələr hüququnda iradə sərbəstliyi və müqavilə azadlığı prinsipləri də məhz birbaşa bu məqsədə nail olmaq üçün təsbit edilmişdir (Məcəllənin 6.1.2, 6.1.5, 12.2 və 390-cı maddələri). Həmin Məcəllənin 389.1-ci maddəsinin mənasına görə müqavilə tərəflər arasında məhz iradə ifadələri nəticəsində yaranan razılaşmadır.

58. Mülki Məcəllənin tərəflər arasında müqavilə bağlanan zaman qüvvədə olan olan redaksiyada 739.2-ci maddəs inə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

59. Hazırki müqavilə peşəkarlıq qaydasında kreditlərin verilməsi ilə məşğul olan kredit təşkilatı və müştərilər arasında bağlandığından bnu kredit münasibətinin qanunvericilik əsasları “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda (bundan sonra – “Banklar haqqında” Qanun) müəyyən edilmişdir.

60. Bu Qanunun 1-ci maddəsinə əsasən bank krediti – bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin azaldılması hüququ ilə) və faizlər (komisyon haqlar) ödənilmək şərtilə, təminatla və ya təminatsız müəy yən məbləğdə borc verilən pul vəsaitidir. Həmin şərtlərlə pul vəsaitinin verilməsi haqqında götürülmüş hər hansı öhdəlik, qarantiya, zəmanət, borc qiymətli kağızların diskontla və ya faizlər alınmaqla satın alınması və müqaviləyə əsasən hər hansı formada verilmiş vəsaitin qaytarılmasını tələb etməklə bağlı digər hüquq da kredit anlayışına aiddir.

61. Həmin Qanunun 36.6-cı maddəsinə əsasən isə hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqlarını və göstərilən bank xidmətləri üçün digər ödənişləri, habelə bank tərəfindən verilmiş kreditlərin ödənişi şərtlərini və qaydalarını müəyyən etməkdə sərbəstdir.

62. MM-in 739.2-ci maddəsinin müqavilə bağlanan zaman qüvvədə olan redaksiyasında göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır.

63. MM-in 390-cı maddəsinin məzmununa əsasən fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin və müqavilənin qanuna zidd olmayan istənilən şər tinin müəyyən edilməsində sərbəstdirlər.

64. Qeyd olunan normaların müddəaları tətbiq edildiyi halda müqavilə üzrə tərəflərin hüquq və öhdəliklərini müəyyən edən normanın mahiyyəti və qanunvericilik tənzimlənməsinin məqsədləri, həmçinin bu normada ehtiva olunan söz və ifadələrin hərfi mənası deyil, qanunvericinin normanı müəyyən edərkən güddüyü məqsəd də nəzərə alınmalıdır.

65. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarında kredit müqaviləsinin qüvvədə olma və kreditin müddətlərinə dair belə bir hüquqi mövqe ifadə edilmişdir ki, kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir.

66. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olur

67. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur.

68. Kredit müddəti ilə bağlı nəzərə alınmalıdır ki, bu müddət müvafiq öhdəliyin əmələ gəlməsi, zərurət olduqda ona xitam verilməsi və öhdəliyin icrasının gecikdirilməsi baxımından əhəmiyyət kəsb edir. Kredit müqaviləsi üzrə tərəflər arasında hüquq və vəzifələrin müəyyən bir anda əmələ gəlməsinə dair əldə olunan razılaşma borc alanın və borc verənin hansı andan etibarən, yaxud hansı ana qədər müəyyən hərəkətləri etməli olmaları, yaxud edə bilmələri ilə bağlıdır (borc alanın borcun ödənilməsini tələb edə bilməsi; borc verənin borcun götürülməsini tələb edə bilməsi; borc alanın kredit məbləğini müvafiq qrafik üzrə hissələrlə, yaxud birdəfəlik ödəmə şəklində həyata keçirməsi).

69. Konstitusiya Məhkəməsi Plenumunun müəyyən etdiyi hüquqi mövqelərə əsasən kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən kredit müqaviləsində ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və annuitet ödənişlərin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanm a və öhdəliklərin tam icra edilməsini, kreditin müddəti isə annuitet ödənişlərinin müddətini nəzərdə tutur. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarı).

70. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun kredit müqavilələrindən irəli gələn münasibətlər üzrə qanunvericilik normalarına verdiyi şərhlərə dair Qərarlarındakı hüquqi mövqelər də onu deməyə əsas verir ki, Mülki Məcəllənin 739.2ci maddəsinin tələblərinə əsasən müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan kredit təşkilatı ilə müştərilər arasında bağlanan müqavilələrdə “Banklar haqqında” Qanunun 36.6-cı maddəsinin tələblərinə uyğun kredit müqaviləsi üzrə fazilər in annuitet ödənişlər (əsas məbləğ və hesablanmış faizlərin) qaydasında qaytarılmasının müəyyən edilməsi borc müqaviləsi üzrə faizlərin ödənilməsi qaydası ilə bağlı ümumi norma olan Mülki Məcəllənin 741-ci maddəsinə zidd hesab edilə bilməz.

71. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, cavabdeh kreditə hesablanmış faizlərin ilin sonunda ödənilməsi əvəzinə kredit müqaviləsi üzrə annuitet ödənişlər (əsas məbləğ və hesablanmış faizlər) şəklində hər ay ödənilməsinin borcalanın hüququnu pozması və onun üçün daha ağır məsuliyyətə səbəb olması barədə məhkəmələrə heç bir sübut təqdim etməmişdir. Kassasiya şikayətində iddianın tamamilə rədd edilməsini xahiş etsə də, cavabdeh kredit müqaviləsi üzrə bütün öhdəliklərinin icra etməsinə dair heç bir sübuta və hesablamaya da istinad etməmişdir.

72. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

73. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 aprel 2025-ci il tarixli 2(103)-1941/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar